Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-32/2025 15.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs, müdafiəçi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.2004-cü il tarixdə Ağcabədi rayonu Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəailiyyəti ilə məşğul olan, hazırda Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ağcabədi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 03 sentyabr 2024-cü il tarixdə saat 23:00-də özünə məxsus Mercedes Benz 190D markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi- Ağdam avtomobil yolunun 23-cü km-də, Ağcabədi rayonu, Hindarx qəsəbəsinin mərkəzində keçən asfalt yolda Ağcabədi şəhəri istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» 03 iyul 1998-ci il tarixli, 517-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozub, həmin maddənin tələblərinə riayət etməklə toqquşma hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək 60 km/saat sürətlə hərəkətdə olarkən avtomobilin qabaq tərəfi ilə həmin yolda qarşısısnda eyni istiqamətdə hərəkət edən Şahid1 idarə etdiyi VAZ-2107 markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə təhlükəsiz ara məsafəsi saxlamaması səbəbindən arxa tərəfindən ehtiyyatsızlıqdan vuraraq sürücü Şahid1 başın sol gicgah nahiyəsində şişkinlik və sol qulaq seyvanında sıyrıq xəsarətləri ilə müşayiət olunmaqla sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər, Mercedes Benz 190D markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Şahid2 oğlunun alının sol yarısında, sifətin sol yarısında və sol qulaq seyvanında sıyrıq xəsarətləri ilə müşayiət olunmaqla sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər, VAZ-2107 markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs 7-ci boyun fəqərəsinin spinoz çıxıntısının xətti sınığı, beyin silkələnməsi və sol dirsək oynağının arxa səthində əzilmiş yara xəsarətləri ilə müşayiət olunmaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 263.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs AR CM-nin 263.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Şahid1 tanıyır, həmkəndlisidir, aralarında ədavəti olmamışdır. 03 sentyabr 2024-cü il tarixdə saat 22:30 radələrində yaşadığı evdə olan zaman həmkəndlisi Şahid2 oğlu zəng edib avtomobilinin xarab olub Ağcabədi şəhəri ərazisində “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında qaldığını, avtomobili təmir etmək üçün ora aparmağı xahiş etmişdir. O da razılaşmış və özünə məxsus Mercedes E190 markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxıb aralığa tərəf getmişdir. Həmin vaxt yolun kənarında dayanmış Məhəmməd, Ceyhun və usta işləyən həmkədlisi Salman onun avtomobilinə əyləşmişlər, Məhəmməd qabaqda, Salman arxa sol tərədə, Ceyhun isə arxa sağ tərəfdə əyləşmişdir. O aralıq yoldan əsas yola çıxan zaman sol tərəfdən Şahinin idarə etdiyi VAZ-2107 markalı avtomobillə keçdiyini görmüşdür. Bundan sonra o da əsas yola çıxıb hərəkətini davam etdirmişdir. O özünə məxsus avtomobillə 60 km/saat sürətlə hərəkət edib Şahinin arxasınca getmiş, hərəkətdə olan zaman Şahin sola dönmə işığını yandırıb qəfildən tormozlama etmiş, o da bunu görüb avtomobilin tormoz əyləciyini basmış, lakin arasında məsafə az olduğu üçün avtomobilin idarə etməsini itirmiş və avtomobili əks hərəkət yoluna sürmüş və Şahinin həmin yerdə avtomobilini arxadan vurmuşdur. Sonra hamısı dərhal avtomobildən aşağı düşmüş, həmin vaxt Ceyhun, Şahin və Şahinin arvadı Sehri xəsarət aldığı üçün xəstəxanaya getmişlər, o isə hadisə yerində qalmışdır. Hadisə 03 sentyabr 2024-cü il tarixdə saat 23:00 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində baş vermiş, avtomobili 60 km/saat sürətlə idarə etmiş, sürücülük vəsiqəsi var, spirtli içki qəbul etməmiş, heç bir xəsarəti almamışdır. Hazırda törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün səmimi etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahid ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla sübuta yetirilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Şahid1 onun əridir, onlar 23 dekabr 2023-cü il tarixdə ailə qurmuşlar. 03 sentyabr 2024-cü il tarixdə axşam tərəfi Şahin ilə maşınla dayısı Zaurun evinə qonaq getmişlər. Onlar orada bir neçə saat oluqdan sonra həmin gün saat 23 radələrində Zaurgildən çıxıb maşınla öz yaşadığı ev istiqamətində getmişlər. Şahin özünə məxsus VAZ-2107 markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hindarx qəsəbəsinin mərkəzindən keçən asfalt yol ilə 60 km/saat sürətlə hərəkət etmişdir. Onlar evə çatmağa az qalmış Şahin avtomobilin artıq sürətini azaltmış, yolun əks hərəkət zolağına çıxmış, bu vaxt arxadan gələn Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes markalı avtomobillə əks yolda onların avtomobilini arxa tərəfindən vurmuşdur. O həmin vaxt boyun və sol dirsək nahiyələrindən xəsarət almış, həmçinin Şahin də baş nahiyəsindən xəsarət almışdır. Sonra onlar xəstəxanaya getmişlər. Hadisə 03 sentyabr 2024-cü il tarixdə saat 23:00 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində baş vermiş, həmin vaxt avtomobildə Şahin ilə o olmuşdur. O, Təqsirləndirilən şəxs ilə barışmamış və Qadir ona dəymiş zərəri ödəməmişdir. Ona görə qanuni cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən bir il olar işğaldan azad olunmuş Ağdam rayonu ərazisində “Safepoint” özəl şirkətində mina axtaran işləyir, X4 onun arvadıdır. 03 sentyabr 2024-cü il tarixdə axşam tərəfi Sehri ilə dayısı Zaurun evinə qonaq getmişlər, orada bir neçə saat ləngidikdən sonra həmin gün saat 23 radələrində Zaurgildən çıxıb öz yaşadığı evləri istiqamətində getmişlər. O özünə məxsus VAZ-2107 markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hindarx qəsəbəsinin mərkəzindən keçən asfalt yol ilə 60 km/saat sürətlə hərəkət etmişdir. O evinə çatmağa az qalmış, sol dönmə işığını yandırmış, həmçinin güzgüdə də arxaya baxmış və arxadan avtomobil gəldiyini görmüş, evə çatanda artıq sürəti azaltmış, yolun əks hərəkət zolağına çıxmış, bu vaxt arxadan gələn Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes markalı avtomobillə əks yolda onun avtomobilinin arxa tərəfindən vurmuşdur. O həmin vaxt başından xəsarət almış, həmçinin Sehri də xəsarət almış, onlar oradan xəstəxanaya getmişlər. Hadisə 03 sentyabr 2024-cü il tarixdə saat 23:00 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində baş vermiş, hadisə baş verməzdən əvvəl avtomobili 30-40 km/saat sürətlə idarə etmiş, həmin vaxt avtomobildə təkcə Sehri olmuş, hadisə zamanı kənarda heç kimi görməmiş, onun sürücülük vəsiqəsi yoxdur spirtli içki qəbul etməmiş, baş nahiyəsində xəsarəti olmuş, idarə etdiyi avtomobili xx.xx.2024-cü il tarixdə həmkəndlisi X5 ilə birlikdə almış, onun sürücülük vəsiqəsi olmadığı üçün avtomobilə Ayətin adına baş etibarnamə almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, avtomobil təmiri ilə məşğul olur, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 03 sentyabr 2024-cü il tarixdə axşam saatlarında digər həmkəndlisi Şahid2 oğlu ona zəng edib avtomobilinin xarab olub Ağcabədi şəhəri ərazisində Lukoil yanacaq doldurma məntəqəsinin yanında qaldığını və avtomobilin nasaz olan qoruyucusunu dəyişməyi demiş, o da razılaşmışdır. Həmin gün saat 22:30 radələrində qəsəbə ərazisində görüşmüşlər. Həmin vaxt X2 da Ceyhunun yanında olmuşdur. Onlar avtomobilin yanına gələsi olmuş, lakin gəlməyə avtomobil olmamış, Ceyhun Qadirə zəng edib onları avtomobilin yanına aparmasını xahiş etmiş və Qadir də özünə məxsus Mercedes markalı avtomobillə gəlmişdir. Onlar həmin gün saat 23 radələrində Ağcabədi şəhəri istiqamətində hərəkətə başlamışlar. Qadir avtomobili idarə etmiş, qabaqda Məhəmməd, arxa sol tərəfdə o, arxa sağ tərəfdə Ceyhun əyləşmişdir. Onlar təxminən 60 km saat sürətlə hərəkətdə olan zaman qarşı tərəfdə eyni istiqamətdə həmkəndlisi Şahin özünə məxsus VAZ-2107 markalı avtomobillə hərəkət etmişdir. Bu vaxt Şahin qəfildən avtomobili tormozlayıb sola tərəf dönmüş, Qadir də avtomobili tormozlasada məsafə az olduğu üçün həmin avtomobili dayandıra bilməyib əks hərəkət yoluna çıxmış və VAZ-2107 markalı avtomobili arxa hissəsindən vurmuşdur. Onlar dərhal avtomobildən aşağı düşmüşlər, Ceyhun, Şahin və arvadı xəsarət aldığı üçün xəstəxanaya getmişlər, Qadir ilə onlar hadisə yerində qalmışlar. O heç bir xəsarət almamışdır. İş materiallarında olan Ağcabədi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin 18 sentyabr 2024-cü il tarixli, 585 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı 7-ci boyun fəqərəsinin spinoz çıxıntısının xətti sınığı, beyin silkələnməsi və sol dirsək oynağının arxa səthində əzilmiş yara xəsarətləri bərk küt əşyanın təsirindən törənmişdir, avtomobil qəzası zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti 03 sentyabr 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Ağcabədi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin 05 sentyabr 2024-cü il tarixli, 555 nömrəli rəyində göstərilmişdir ki, Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı başın sol gicgah nahiyəsində şişkinlik və sol qulaq seyvanında sıyrıq xəsarətləri aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, avtomobil qəzası zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti 03 sentyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. İş üzrə Şahid1 barəsində 18 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsi ilə ayrıca cinayət işi ayrılaraq ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan Ağcabədi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin 05 sentyabr 2024-cü il tarixli, 556 nömrəli rəyində göstərilmişdir ki, Şahid2 oğlunun məhkəmə-tibbi müayinəsi zamanı alının sol yarısında, sifətin sol yarısında və sol qulaq seyvanında sıyrıq xəsarətləri aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, avtomobil qəzası zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti 03 sentyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, Ekspertiza xərcinin dəyəri 128 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2025-ci il tarixli, 8/2748 saylı rəyində göstərilmişdir ki, Mercedes D190 markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş BD 911723 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Həmin vəsiqə xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək etibarlıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2025-ci il tarixli Ağcabədi RQİ və TBŞ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək B1, B, C1, C kateqoriyalı, BD 911723 nömrəli sürücülük vəsiqəsi qeydiyyata alınmışdır. İş materiallarında olan 04 sentyabr 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi baş verərkən sərxoş olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-dən xx.xx.2025-ci il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 14 fevral 2025-ci il tarixli, Azərbaycan Rüspublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin verdiyi məktubdan görünür ki, Səfərov X3 RMX-da ruhiəsəb və narkoloji dispanser qeydiyyatda durmur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB-nın Hindarx qəsəbə İƏD nümayəndəliyi tərəfindən verilmiş 18 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbləri pozulmuş və həmin qayda pozuntusu ilə baş vermiş qəzanın nəticəsi arasında səbəbli əlaqə mövcud olmuş, onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cnayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CMnin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsə onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü azadlığın məhdudlaşdırılması cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Mercedes E190 markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi xx.xx.2025-ci il tarixli, 8/2748 saylı yol-nəqliyyat hadisəsi ekspertizası tədqiqatının dəyəri 128 manat təşkil edir. Həmin ekspertiza rəyi isə Təqsirləndirilən şəxs və Şahid1 barəsindədir. Göstərilən hallar nəzərə alınmaqla ekspertiza tədqiqatının dəyərini təşkil edən xərc müştərək qaydada tutulmaqla 64 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilməlidir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib bir il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki il müddətə azadlığı məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “Mercedes E190” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə Təqsirləndirilən şəxs 64 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-32/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-32/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver