Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-33/2023 13.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçisi vəkil Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, 08 avqust 1986-cı il tarixdə Xocalı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Xocalı rayonunda qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi 1/68 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə, Ağcabədi rayonu Qiyamadınlı kənd sakini Zərərçəkmiş şəxs 3000 (üç min) manat müqabilində övladı X2 Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasına tələbə kimi qəbul etdirəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldatma yolu ilə 21 iyul 2022-ci il tarixdə günorta radələrində Bakı şəhəri, Binəqədi rayonu, korpus 1 mədən 8 ünvanında yerləşən qohumu Şahid3 yaşadığı evin həyətində ondan 1500 manat məbləğində, 02 avqust 2022-ci il tarixdə saat 13:54 radələrində Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşən “Yolüstü” marketdə quraşdırılmış “eManat” terminalı vasitəsi ilə 1000 manat məbləğində özünə məxsus son 8 rəqəmi 62761444 nömrəli kart hesabına köçürtməklə, ümumilikdə 2500 manat məbləğində pul alaraq verdiyi vədi yerinə yetirməyib, həmin pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs 2.500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci madəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, o, göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. 2022-ci ilin iyul ayında icarəyə götürdüyü “Toyota Camry” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Elə həmin vaxtlarda, 18 iyul 2022-ci il tarixdə ona sifariş gəlmişdir. Binəqədi şosesində yerləşən “Xəzər” marketin qarşısında o, üç nəfər şəxsi götürmüş və onları Gənclik metrosunun yaxınlığında yerləşən idman akademiyasına aparmış və Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Digər iki nəfər isə Aydının həyat yoldaşı Gülmira və oğlu Əicavan olmuşlar. Təxminən bir neçə dəqiqə sonra Aydın ona zəng etmiş və onu həmin yerdən götürməsini xahiş etmişdir. O, Aydını, oğlu Əlicavanı və həyət yoldaşı Gülmiranı götürmüşdür. Onalr yol ilə gedən zaman o, Aydının oğlu ilə söhbət edib İdman Akademiyasına olan keçid bal haqqında danışdığını, imtahandan az bal topladığı üçün danladığını görmüşdür. Həmin vaxt onların söhbətinə müdaxilə etmiş, Aydına oğlu X1 qəbul olunmasında köməklik edə biləcəyini demişdir. Onlarla söhbət edən zaman Aydın ondan oğlu Əlicavanın qəbul olunmağında köməklik etməsini xahiş etmişdir. Onun maddi imkanı zəif və pula ehtiyacı olduğu üçün Aydına oğlunun işini tanışı Əli adlı şəxsin vasitəsi ilə həll edəcəyini demişdir. Əsl həqiqətdə o, Əli adlı şəxsi tanımamış, Əli adlı şəxsin adını özündən uydurmuşdur. Onların yanında telefonu götürüb güya Əli adlı şəxslə danışdığımı demiş, danışdıqdan sonra bir neçə dəfə güya vatsapla Əli adlı şəxslə zəng edib əlaqə saxlamağa çalışdığını göstərmiş, lakin şəbəkədə problem olduğu üçün əlaqə saxlaya bilmədiyini demişdir. Bundan sonra o, Aydına axşam telefonla zəng edib tam olaraq oğlunun işinin həll olunub-olunmağacağını deyəcəyini bildirmişdir. Həmin gün, axşam o, Aydına zəng edib oğlunun işini danışdığını demişdir. 21 iyul 2022-ci il tarixdə günorta radələrində Aydınla telefonla danışan zaman Aydın onu Binəqədi şosesində yerləşən “Xəzər” marketin yaxınlığında olan adını bilmədiyi qohumunun evin həyətinə çağırmışdır. Onlar evdə söhbət edən olan zaman o, Aydına onun işini danışdığını və bunun üçün danışdığı adamın 3000(üç min) manat pul istədiyini yalandan demişdir. O, Aydına pulun yarısını, yəni 1500(bir min beş yüz) manat indi verməsni, qalıq pulu isə avqust ayının əvvəllərində verməsini demişdir. Aydın onunla razılaşmış və ona 1500 manat pul vermişdir. Həmin vaxt orada Aydın, arvadı Gülmira və 1 nəfər şəxs olmuşdur. O, pulu Aydından götürəndən sonra onların evindən çıxıb şəxsi işlərinin dalınca getmişdir. Həmin 1500 manat pulu xərclədikdən sonra avqust ayının 1-də Aydına zəng etmiş və qalıq 1500 manat pulu işinin danışdığı adama vermək lazım olduğunu demişdir. Aydın isə ona üzərində cəmi 1000 (bir min) pulun olduğunu demişdir. O, isə həmin 1000 manatı göndərməsini demiş və Aydına özünə məxsus “Leobank”-ın son səkkiz rəqəmləri 62761444 nömrəli bank hesabını vermişdir. 02 avqust 2022-ci il tarixdə Aydın 1000 manatı Vüsalın plastik kartına göndərmişdir. O, həmin pulu da xərcləmişdir. İmtahanın nəticələrinin çıxmasına 2-3 gün qalmış, o, Aydına zəng etmiş və qalıq 500 (beş yüz) manat pulun göndərmək lazım olduğunu demiş, lakin Aydın ona uşaq qəbul olduqdan sonran qalıq 500 manatı da göndərəcəyini demişdir. 28 avqust 2022-ci il tarixdə imtahan nəticələrinin cavabları çıxmış və Aydın ona zəng edib oğlunun qəbul olmadığını demişdir. O, isə Aydına pulunu qaytaracağını demiş, lakin pulu qaytarmağa maddi imkanı olmamışdır. O, maddi imkanı aşağı olduğu üçün Aydının etibarından sui-istifadə edib dələduzluq etmək qərarına gəlmişdir. O, Aydının ona olan etibarından sui-istifadə edərək 21 iyul 2022-ci il tarixdə 1500 manat məbləğində pulu Bakıda şəhərində Aydının qohumlarının evinin həyətində almış, bundan başqa 02 avqust 2022-ci il tarixdə Aydın onun adına olan kart hesabına 1000 manat pul göndərmişdir. Aydının etibarından suiisitfadə edib pulunu ələ keçirən zaman ona heç kim köməklik etməmiş, bu barədə heç kimin xəbəri olmamışdır. O, hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyanın 1500 manat hissəsini ödəmiş və qalan 1000 manatı isə yaxın vaxtlarda ödəyəcəkdir. Ona görə həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, oğlu X6 2022-ci ildə orta məktəbi bitirmişdir. Məktəb vaxtı oğlunun sənədlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına vermişdirlər. Bununla bağlı 17 iyul 2022-ci il tarixdə o, arvadı Gülmira ilə birlikdə oğlu Əlicavanı Bakı şəhərinə qabiliyyət imtahanından keçirmək üçün gətirmişlər. 18 iyul 2022-ci il tarixdə səhər radələrində taksi sifariş etmiş və taksi onu, arvadı Gülmiranı və oğlu Əlicavanı yaşadıqları ünvandan götürüb İdman Akademiyasının qarşısına aparmışdır. X4rşısında düşən zaman taksi sürücüsü ona öz nömrəsini (**********) vermiş və Akedemiyadan çıxandan sonra onları evə aparmaq üçün onunla əlaqə saxlamaqlarını bildirmişdir. Oğlu Akademiyanın binasından çıxandan sonra ona qabiliyyət imtahanından müvəffəqiyyətlə keçdiyini demişdir. Bundan sonra o, taksi sürücüsünün verdiyi telefon nömrəsi ilə əlaqə saxlamış və gəlib onları götürməsini xahiş etmişdir. Həmin şəxs gəlib onları götürmüş və onlar evə doğru gedən zaman o, maşında oğlu Əlicavanı məktəb imtahanından az bal topladığı üçün danlamışdır. Həmin vaxt söhbətə taksi sürücüsü müdaxilə etmiş və onlara adının Təqsirləndirilən şəxs olduğu, oğlu X1 qəbul olunmasında tanışı Əli müəllimin vasitəsi ilə köməklik gösətərə biləcəyini demişdir. O, isə Vüsala etibar edib köməklik göstərməsini xahiş etmişdir. Vüsal telefonla kiminləsə, onun oğlunu İdman Akademiyasına qəbul edilməsində köməklik etmək lazım olduğunu demişdir. Ondan, ona əvvəllər bu işin mümkün olmadığını desə də, sonra onunla “watsapp” proqram vasitəsi ilə əlaqə saxlamasını demişdir. Bundan sonra Vüsal Əli adlı müəllimlə “watsapp” proqram vasitəsi ilə əlaqə saxlamağa çalışmış, lakin Əli müəllimlə danışa bilməmişdir. Həmin vaxt Vüsal onlara şəbəkədə problem olduğunu, axşam radələrində Əli müəllimlə əlaqə saxlayıb ona dəqiq məlumat verəcəyini demişdir. Həmin gün saat 20:00 radələrində Vüsal ona zəng etmiş, Əli müəllimlə danışdığını və oğlu X1 qəbul məsələsini həll etdiyini demişdir. 21 iyul 2022-ci il tarixdə onlar Vüsal ilə Binəqədi rayonunda qohumları Səadətin yaşadığı evin həyətində görüşmüşlər. Həmin vaxt orada baldızı Səadət, arvadının dayısı oğlu Elmin, arvadı Gülmira da olmuşlar. Onlar birlikdə evin həyətində oturmuşlar, söhbət zamanı Vüsal ona Əli müəllimlə oğlunun Akademiyaya qəbul olunması işini danışdığını, bunun üçün 3000 (üç min) manat məbləğində pul vermək lazım olduğunu demişdir. Bu zaman Vüsal hətta ona pulu hissə-hissə vermələrini bildirmiş, buna görə də onun Vüsala etibarı daha da artmışdır. Həmin vaxt o, baldızı Səadət, arvadının dayısı oğlu Elmin, arvadı Gülmiranın yanında Vüsala 1500 manat məbləğində pul vermiş, qalıq pulu isə təxminən bir neçə gün sonra verəcəyini demişdir. Bundan sonra o, yaşadığı kəndə gəlmiş, 01 avqust 2022-ci il tarixdə Vüsal ona telefonla zəng etmiş və ondan qalıq pulu göndərməsini istəmişdir. Bundan sonra o, 02 avqust 2022-ci il tarixdə Ağcabədi rayonu “Dörd yol ərazisində” yerləşən “Yol üstü” marketdə quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsi ilə Vüsalın verdiyi son rəqəmləri 62761444 olan kart hesabına 1000 manat məbləğində pul göndərmişdir. 26 avqust 2022-ci il tarixdə Vüsal ona zəng etmiş və qalıq 500( beş yüz) manatı göndərməsini istəmişdir. O, isə Vüsala halhazırda pulunun olmadığını, imtahanların nəticələrinin 2 gün sonra, yəni 28 avqust 2022-ci il tarixdə çıxacağını demişdir. İmtahanların nəticəsi çıxandan sonra, oğlu Əlicavanın qəbul olduğunu dəqiq bilən kimi qalıq pulu Vüsala göndərəcəyini demişdir. 28 avqust 2022-ci il tarixdə imtahanların nəticələri cıxdıqdan sonra o, Əlicavanın qəbul olmadığını bilmiş və Vüsal ilə telefonla əlaqə saxlayıb, oğlu Əlicavanın qəbul olmadığını demiş və ona verdiyi 2500 manat məbləğində pulu geri qaytarmasını tələb etmişdir. Vüsal isə ona narahat olmamağını, oğlunun işinin başqa yol ilə həll edəcəyini, Əlicavanın 15 sentyart 2022-ci il tarixdə tələbə kimi İdman Akademiyasına gedəcəyini, işinin həll olunmayacağı təqdirdə pulu tam şəkildə geri qaytaracağını demişdir. Bundan sonra o, müxtəlif günlərdə Vüsala dəfələrlə zəng edib pulu geri istəsə də, Vüsal müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. 12 sentyabr 2022-ci il tarixdə Vüsalın mobil telefonuna zəng çatmadığını görmüş və polis şöbəsinə şikayət etmişdir. Hazırda Vüsal ona 1500 manat ödəyib, 1000 manat isə qalıb, pulunun qalan hissəsinin ödənilməsini və təqsirləndirilən şəxsə cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, oğlu X6 orta məktəbi bitirmişdir. Məktəb vaxtı oğlunun sənədlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına vermişlər. Bununla bağlı 17 iyul 2022-ci il tarixdə o, əri Aydın ilə birlikdə oğlu Əlicavanı Bakı şəhərinə qabiliyyət imtahanından keçirmək üçün gətirmişlər. 18 iyul 2022-ci il tarixdə səhər radələrində taksi sifariş etmişlər və taksi onu, əri Aydını və oğlu Əlicavanı yaşadıqları ünvandan götürüb İdman Akademiyasının qarşısına aparmışdır. X4rşısında düşən zaman taksi sürücüsü öz nömrəsini (**********) onlara vermiş və Akedemiyadan çıxandan sonra onları evə aparmaq üçün əlaqə saxlamalarını bildirmişdir. Əlicavan Akademiyanın binasından çıxandan sonra onlara qabiliyyət imtahanından müvəffəqiyyətlə keçdiyini demişdir. Bundan sonra əri Aydın onları gətirən taksi sürücüsünün verdiyi telefon nörməsi ilə əlaqə saxlamış və gəlib onları götürməsini xahiş etmişdir. Həmin şəxs gəlib onlar götürmüş və evə doğru gedən zaman Aydın maşında oğlu Əlicavanı orta məktəb imtahanından az bal topladığı üçün danlayan zaman onların söhbətinə taksi sürücüsü müdaxilə etmiş və onlara adının Təqsirləndirilən şəxs olduğu, oğlu X1 qəbul olunmasında tanışı Əli adlı müəllimin vasitəsi ilə köməklik gösətərə biləcəyini demişdir. Aydın isə ona etibar edib köməklik göstərməsini xahiş etmişdir. Vüsal telefonla həmin şəxslə oğlunu İdman Akademiyasına qəbul edilməsində köməklik etmək lazım olduğunu demişdir. Əli müəllim ona əvvəllər bu işin mümkün olmadığını desə də, sonra onunla “watsapp” proqram vasitəsi ilə əlaqə saxlamasını demişdir. Bundan sonra Vüsal Əli müəllimlə “watsapp” proqram vasitəsi ilə əlaqə saxlamağa çalışmış, lakin Əli müəllimlə danışa bilməmişdir. Həmin vaxt Vüsal onlara şəbəkədə problem olduğunu, axşam radələrində Əli müəllimlə əlaqə saxlayıb dəqiq məlumat verəcəyini demişdir. Həmin gün saat 20:00 radələrində Vüsal Aydına zəng etmiş, guya Əli müəllimlə danışdığını və oğlu X1 qəbul məsələsini həll etdiyini demişdir. 21 iyul 2022-ci il tarixdə Vüsal ilə Binəqədi rayonunda qohumları Səadətin yaşadığı evin həyətində görüşmüşlər. Həmin vaxt orada Səadət, Elmin, əri Aydın da olmuşlar. Onlar birlikdə evin həyətində oturmuşlar, söhbət zamanı Vüsal onlara Əli müəllimlə oğlunun Akademiyaya qəbul olunması işini danışdığını, bunun üçün 3000 manat məbləğində pul vermək lazım olduğunu demişdir. Bu zaman Vüsal hətta onlara pulu hissə-hissə verməklərini demişdir. Buna görə də onların Vüsala etibarları daha da artmışdır. Həmin vaxt Aydın Səadət və Elminin yanında Vüsala 1500 manat məbləğində pul vermiş, qalıq pulu isə təxminən bir neçə gün sonra verəcəklərini demişdir. Bundan sonra onlar yaşadıqları kəndə gəlmişlər. 01 avqust 2022-ci il tarixdə Vüsal Aydına telefonla zəng etmiş və ondan qalıq 1000 manat pulu göndərməsini istəmişdir. Aydın 2 avqust 2022-ci il tarixdə Ağcabədi rayonu “Dörd yol ərazisində” yerləşən “Yol üstü” marketdə quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsi ilə Vüsalın ona verdiyi son rəqəmləri 62761444 olan kart hesabına 1000 manat məbləğində pul göndərmişdir. 28 avqust 2022-ci il tarixdə imtahanların nəticələri çıxdıqdan sonra Əlicavanın qəbul olmadığını bilmişlər. Aydın Vüsal ilə telefonla əlaqə saxlamış, oğlu Əlicavanın qəbul olmadığını demiş və ona verdikləri 2500 manat məbləğində pulu geri qaytarmasını tələb etmişdir. Vüsal isə ona narahat olmamağını, oğlunun işinin başqa yol ilə həll edəcəyini, oğlu Əlicavanın 15 sentyabr 2022-ci il tarixdə tələbə kimi İdman Akademiyasına gedəcəyini, işinin həll olunmayacağı təqdirdə pulu tam şəkildə geri qaytaracağını demişdir. Bundan sonra Aydın müxtəlif günlərdə Vüsala dəfələrlə zəng edib pulu geri istəsə də, Vüsal müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Artıq 12 sentyabr 2022-ci il tarixdə Vüsalın mobil telefonuna zəng çatmadığı üçün Aydın DİN-nin 102 xidmətinə zəng edib şikayət etmiş və cinayət işi açılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 473 saylı “eManat” terminalından çıxarılmış xx.xx.2022-ci il tarixli, 177344 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan son 8 rəqəmi 62761444 nömrəli plastik karta xx.xx.2022-ci il tarixdə saat 13:54 dəqiqədə 1000 (bir min) manat “eManat” terminalı vasitəsi ilə köçürülmüşdür. İş materiallarında olan Xocalı rayon İHB-nın Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 08 avqust 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və iki azyaşlı uşağı var. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən barəsində cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 226 nömrəli məktubundan görünür ki, 1986-cı il təvəllüdlü, Xocalı şəhərində qeydiyyatda olan Təqsirləndirilən şəxs “Xocalı RMX-sı” publik hüquqi şəxsin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda durmur. Beləliklə, məhkəmə istintaqında araşdırılmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, onun əməli AR CM-nin 178.1-ci madəsilə düzgün tövsif edilmişdir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs AR CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirildi. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İnsan Hüquqları və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın 1500 manat hissəsini ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini və onun cəmiyyətdən tam təcrid olunmadan nəzarət altında saxlanılmaqla islah olunmasının mümkün olmasını nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 20 dekabr 2022-ci il saat 08:40 tarixdən 21 dekabr 2022-ci il saat 17:00 tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci madəsində göstərilir ki, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə, Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdən 21 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Abşeron rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-33/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-33/2023
13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver