Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-33/2025 01.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabdi rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Ağcabədi rayonu Taynaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Taynaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində Ağcabədi rayon Taynaq kənd ərazisində Zərərçəkmiş şəxs məxsus pay torpaq sahəsində şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı ağac parçası ilə qəsdən Zərərçəkmiş şəxs baş və bədən nahiyyələrinə bir neçə dəfə vuraraq ona başın sol ənsə nahiyyəsində şişkinlik, döş qəfəsinin arxa səthində qançır (dərialtı hematoma) sol saiddə qançır, sol kürəkdə sıyrıqla nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. O, yaşadığı kənd ərazisində icarəyə torpaq sahəsi götürüb heyvanlarını otarmışdır. Həmin torpaq sahəsinin yanında Əlinin torpaq sahəsi yerləşmişdir. Bir neçə dəfə heyvanları nəzarətsiz qalıb Əlinin sahəsinə keçdiyi üçün aralarında narazılıq olmuşdur. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə təxminən 16:30 radələrində sahədə heyvanları otararkən heyvanlar nəzarətsiz qalıb Əlinin sahəsinə keçmişdir. Həmin vaxt Əli sahəyə gələndə torpağa basdırdığı tokçobanın dəmirlərini çıxarmış və tokçobanı əlindəki ağacla vurub qırmışdır. Sonra Əli ona qarşı təhqiramiz ifadələr işlətmişdir. Onun bu cür hərəkətlərinə görə o əsəbiləşib Əlinin əlindəki olan ağac parçasını alıb onun bədən nahiyyəsinə və başına vurub döymüşdür. Həmin vaxt yaxınlıqlarında olan həmkəndlisi Elmir də yanlarına gəlib onları aralaşdırmışdır. Sonradan Əlinin onun barəsində döyülməsi və telefonunun sınması ilə bağlı şikayət etdiyini eşitmişdir. Onların arasında olan mübahisə və dava-dalaş ümumilikdə təxminən 5 dəqiqə davam etmişdir. Həmin vaxt yanlarında Elmirdən başqa kənar şəxslər olmamışdır. Hazırda o, Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış və dəymiş zərəri tam ödəmişdir. Ona görə də onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edərək məhkəməyə ərizə təqdim etmişdir. İşdə olan və məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Bu günədək mehriban olmuş, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Yaşadıqları kənd ərazisində torpaq sahələri vardır. Onların torpaq sahəsinin yanında həmkəndlisi Şahid torpaq sahəsi yerləşmişdir. Elmir torpaq sahəsini 2024-cü il tarixdən Vəkalətə icarəyə vermişdir. Vəkalət həmin torpağı icarəyə götürəndən hazırkı vaxtadək bir neçə dəfə heyvanlarını onun sahəsinə apardığı üçün ona iradlarını bildirmişdir. Sonuncu dəfə xx.xx.2025-cü il tarixdə təxminən saat 16:30 radələrində o, evə gedəndə sahəsində Vəkaləti görmüşdür. Həmin vaxt ona yaxınlaşıb iradlarını bildirmiş, heyvanları sahəyə salmamasını demişdir. Vəkalət onun sahəsinə tokçoban da çəkmişdir. Buna görə aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə vaxtı o, əyilib tokçobanın dəmirini torpaqdan çıxarıb kənara atanda bu vaxt Vəkalət arxadan qəflətən əlindəki ağacla onun başına və bədəninin müxtəlif nahiyyələrinə vuraraq onu döyməyə başlamışdır. Həmin vaxt sahədə olan Elmir tez yanlarına gələrək onları aralaşdırmışdır. Bu vaxt Vəkalət təkrar onu ağacla vurmağa başlamışdır. Həmin ağacın biri onun sol tərəfinə dəymiş, 2-ci dəfə vuranda o əlini ağacın qarşısına vermiş, həmin vaxt ağac onun əlimdəki Redmi Note 9 markalı mobil telefona dəymişdir. Həmin vaxt telefon da əlində sınmışdır. Bundan sonra o, Vəkalətin yanından uzaqlaşıb çıxıb getmiş və bu barədə Azərbaycan Respublikası DİNin 102 xidmətinə zəng edib məlumat vermişdir. Vəkalət onu kənd ərazisində yerləşən sahəsində döymüşdür. Aralarında olan mübahisə və dava-dalaş təxminən 5 dəqiqə davam etmişdir. Vəkalət onu vuran vaxtı yanlarında Elmir olmuş, ətrafda başqa şəxslər olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş məhkəmə-tibbi ekspertizanın 13 fevral 2025-ci il tarixli, 82-saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – başın sol ənsə nahiyyəsində şişkinlik, döş qəfəsinin arxa səthində qançır (dərialtı hematoma) sol saiddə qançır, sol kürəkdə sıyrıq – küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən ağacla vurulma nəticəsində əmələ gələ bilərdi, xəsarətlərin yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İşdə olan Ağcabədi RİHB-nın Taynaq kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Ağcabədi RİHB-nın Taynaq kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli arayışdan görünür ki, xx xxxxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı X2 (xx.xx.2014-cü il təvəllüdlü) olmaqla yanaşı onun iki yetkinlik yaşına çatmayan uşağı X1 (xx.xx.2008-ci il təvəllüdlü) və X3 (xx.xx.2009-cu il təvəllüdlü) adlı uşaqları var. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən alınan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmasını və ona dəymiş zərəri tam ödəməsini bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci madələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük istimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsaslanaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı ödəməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Hazırkı işin materiallarından həmçinin görünür ki, iş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Yaşaq qızına dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2, 43.3, 321, və 384-cü, maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Məmmədova Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan iyirmi gün müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-33/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-33/2025
01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver