Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-34/2024 30.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X8 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X8 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxxx 1965-ci il tarixdə Laçın rayonunun Nağdalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonunun Nağdalı kəndində daimi qeydiyyatda olmaqla müvəqqəti olaraq Tərtər şəhərində faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 13 yanvar 1999-cu il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsi “Mehman” kəndli (fermer) təsərrüfatında 1 yanvar 2014-cü il tarixdən çoban vəzifəsində işləyərkən vəzifə öhdəliklərinə və onunla sonuncu dəfə 1 yanvar 2023-cü il tarixdə bağlanılmış əmək müqaviləsinə əsasən ona etibar edilmiş maddi sərvətlərin saxlanmasına və qorunmasına görə məsuliyyət daşıyan və həmin əmlaklar barəsində müəyyən səlahiyyətlərə malik maddi məsul şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək həmin müəssisəyə məxsus olmaqla 1 sentyabr 2023-cü il tarixli akt əsasında ona etibar olunmuş və sərəncamına verilmiş ümumilikdə 632 baş xırdabuynuzlu heyvanların bir hissəsini mənimsəmə yolu ilə qəsdən talamaqdan ibarət vahid tamah niyyəti ilə 2023-cü il sentyabr ayının 1-dən 20-dək hər biri "xxxx" cinsli olan 36.650 manat dəyərində 96 baş xırdabuynuzlu heyvanı, o cümlədən bir başının qiyməti 400 manat olan cəmi 24.400 manat dəyərində 61 baş damazlıq ana qoyunu, bir başının qiyməti 350 manat olan cəmi 10.150 manat dəyərində 29 baş damazlıq erkək toğlunu və bir başının qiyməti 350 manat olan cəmi 2.100 manat dəyərində 6 baş damazlıq dişi toğlunu həmin müəssisənin Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən heyvandarlıq fermasından çıxararaq cinayətdən xəbərsiz ayrı-ayrı şəxslərə satmaqla və digər üsullarla qanunsuz və əvəzsiz olaraq özünün mülkiyyətinə keçirərək “Mehman” kəndli (fermer) təsərrüfatına məxsus olmaqla ona etibar edilmiş ümumilikdə 36.650 (otuz altı min altı yüz əlli) manat dəyərində əmlakı zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2006-cı ildən 2023-cü ilin sentyabr ayınadək “Mehman” kəndli (fermer) təsərrüfatında baş çoban vəzifəsində işləmişdir. Onun vəzifə funksiyalarına ona etibar edilmiş iribuynuzlu və xırdabuynuzlu heyvanları qorumaq, saxlamaq, heyvanların itməsinin və oğurlanmasının qarşısını almaq, onların sağlamlığına nəzarət etmək, onların xəstələnməsi halında həkimə məlumat vermək, hesabında olan heyvanlara və digər əmlaka münasibətdə maddi məsuliyyət daşımaq olmuşdur. 2006-cı ildən onun hesabına fərqli sayda iri və xırdabuynuzlu heyvanlar verilmişdir. Təsərrüfatda onunla birlikdə başqa çobanlar da işləmiş, lakin hər çobanın hesabında olan heyvanlar fərqli olmuşdur. 1 sentyabr 2023-cü il tarixdə onun hesabında olan qoyunlar özünün iştirakı ilə sayılmış və bununla əlaqədar akt tərtib olunmuşdur. Özü də həmin aktı oxumuş və sənədlə tanış olaraq düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Akta əsasən 1 sentyabr 2023-cü il tarixdə onun hesabında 12 baş törədici qoç, 538 baş damazlıq ana qoyun, 29 baş damazlıq erkək toğlu və 53 baş damazlıq dişi toğlu olmuşdur. 20 sentyabr 2023-ü il tarixdə müəssisənin rəhbəri Şahid1 və zootexniki Zərərçəkmiş şəxs onun hesabında olan qoyunların az göründüyünü deyərək həmin heyvanları təkrar saymışlar. Bu zaman isə ümumilikdə 96 baş xırdabuynuzlu heyvanın çatışmazlığı aşkar olunmuşdur. Bununla bağlı da müvafiq akt tərtib olunmuş və özü də həmin aktı oxuyaraq düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Akta görə onun hesabındakı xırdabuynuzlu heyvanlardan 61 baş damazlıq ana qoyun, 29 baş damazlıq erkək toğlu və 6 baş damazlıq dişi toğlu əskik gəlmişdir. Buna görə 21 sentyabr 2023-cü il tarixdə onu tutduğu vəzifədən azad etmişlər. Ona etibar edilmiş həmin heyvanların hamısı "xxxx" cinsli qoyunlar olduğundan aran bölgəsində uzun müddət yaşaya bilməmişlər. Həmin 96 baş qoyun da 2023-cü il sentyabr ayının 1-dən 20dək ölərək tələf olmuşlar. Təsərrüfatın rəhbərliyi həmin ölmüş qoyunları da onun adına yazaraq onun guya həmin heyvanları taladığını iddia etmişlər. Lakin belə bir hadisə baş verməmişdir. Çatışmayan 96 baş qoyun ölərək tələf olmuşdur. O, etibar edilmiş əmlakı, o cümlədən xırdabuynuzlu heyvanları mənimsəməmişdir. Təqsirləndirilən şəxs guya onun hesabında olan 96 baş xırdabuynuzlu heyvanların 20 gün ərzində ölərək tələf olması barədə ifadələrinin yalan olduğu dindirmə zamanı ona verilmiş sualların cavablandırılması zamanı müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs cəmi 20 gün ərzində ölmüş qoyunların hansı tarixlərdə ölməsi, onların cəsədlərinin harada basdırılması barədə sualları cavablandıra bilməmiş, əvvəlki tarixlərdə onun hesabında olan heyvanların tələf olması və satılması halında təsərrüfatın rəhbərliyinə yazılı məlumatlar verdiyi halda 20 gün ərzində öldüyünü iddia etdiyi heyvanlar barədə məlumat verməməsinin səbəblərini izah edə bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdə təsərrüfat daxilində sayım aparılarkən aşkar olunmuş çatışmazlığı qəbul etməsi, bununla bağlı yazılı izahat verərək çatışmazlığı qısa müddətdə aradan qaldıracağına dair iltizam verməsi barədə bildirmişdir ki, həmin izahatında çatışmazlıq deyəndə hesabında olan ölmüş heyvanları nəzərdə tutmuşdur. Belə ki, həmin heyvanlar tələf olduğu halda hesabından çıxarılmadığına görə çatışmazlığı aradan qaldırmaq məcburiyyətində olmuş və buna görə də bununla bağlı yazılı iltizam vermişdir. Təqsirləndirilən şəxs cinayət işinin başlanmasınadək “Mehman” kəndli (fermer) təsərrüfatına vurduğu maddi ziyandan 11.000 manat ödəməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2006-cı ilin oktyabr ayından etibarən “Mehman” kəndli (fermer) təsərrüfatının zootexniki vəzifəsində işləyir. Onun vəzifə funksiyalarına müəssisəyə məxsus heyvanların hər ayın sonunda sayılması, yeni doğulmuş quzuların uçotu və hesabatına, damazlıq seleksiya işlərinə nəzarət edilməsi, heyvanların nömrələnməsi, heyvanların barəsində profilaktik tədbirlərin aparılmasına baytar həkim qruplarının cəlb edilməsi və digər öhdəliklər aiddir. Müəssisənin direktoru isə Şahid1dur. Bundan başqa müəssisədə 7 çoban və 1 mühasib işləyir. Təsərrüfat Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən qış otlaq sahəsində yerləşməklə iri və xırdabuynuzlu heyvanların saxlanması, sağılması, satılması fəaliyyətini həyata keçirir. Müəssisədə 14 inək və 31 dana olmaqla 45 baş iribuynuzlu heyvan, 1.400 baş qoyun və 700 baş quzu mövcuddur. Qoyunlar "xxxx" cinsli olmaqla 1.000 başı damazlıqdır. X11, Ülvi Əliyev, Təqsirləndirilən şəxs, Əbülfət Cəfərov və başqaları çoban işləyirlər. Hər çobanın hesabında isə 250 qoyun vardır. Təqsirləndirilən şəxs 2006-cı ildən həmin təsərrüfatda çoban işlədiyi üçün sonuncunun hesabına 600 başdan artıq xırdabuynuzlu heyvan verilmişdir. 1 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs hesabında olan qoyunlar və quzular sonuncunun iştirakı ilə sayılmış, hər hansı bir itkinin olmadığı müəyyənləşdirildikdən sonra 632 baş xırdabuynuzlu heyvan yenidən Təqsirləndirilən şəxs təhvil verilmişdir. Həmin heyvanlardan 400 başı damazlıq qoyunlar, 232 başı isə damazlıqdan seçilmiş çıxdaş heyvanlar olmuşdur. Çobanın vəzifəsi qoyunları yemləmək, sağmaq, onların sağlamlığına nəzarət etmək və doğumunu həyata keçirmək, onlardan ölənlərin, yenidoğulanların, satılanların, itənlərin və kəsilənlərin hesabatını aparmaq, eləcə də təhvil verilmiş qoyunların salamatlığını qorumaqdan ibarətdir. 2023-cü ilin sentyabr ayının ortalarında müəssisənin rəhbəri Şahid1la birgə təftiş apararkən Təqsirləndirilən şəxs hesabında olan qoyunların sayının azlığını müşahidə etmiş və məsələni dəqiqləşirmək məqsədilə 20 sentyabr 2023cü il tarixdə Təqsirləndirilən şəxs hesabında olan qoyunları sonuncunun iştirakı ilə saymışlar. Sayım zamanı Təqsirləndirilən şəxs hesabında olan 632 baş xırdabuynuzlu heyvandan hamısı "xxxx" cinsli olmaqla diri çəkisi 60 kq olan 61 baş damazlıq qoyunun, diri çəkisi 45 kq olan 29 baş erkək toğlunun və diri çəkisi 40 kq olan 6 baş dişi toğlunun, ümumilikdə isə 36.650 manat dəyərində 96 baş xırdabuynuzlu heyvanın çatışmazlığı müəyyən edilmişdir. Həmin malların harada olması barədə Təqsirləndirilən şəxs soruşduqda sonuncu malların yarısını oğlu Seymur İsmayılov və yarısını isə oğlu Sənur İsmayılovla birlikdə mənimsəyərək şəxsi ehtiyaclarına sərf etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin oğullarının onu yoldan çıxardığını, oğullarının sözünə uyaraq həmin qoyunları taladığını, bir qismini Sənur İsmayılovla birlikdə Tərtər rayonuna, bir qismini isə Seymur İsmayılovla birlikdə Laçın rayonuna apararaq satmaqla şəxsi ehtiyaclarına sərf etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs söylədiklərini sonuncunun arvadı Nübar İsmayılova və gəlini Esmira İsmayılova da təsdiq etmişdir. Onlar çatışmazlığı bərpa etmək məqsədilə ondan vaxt istəsələrdə hazırkı vaxtadək çatışmazlığı tam bərpa etməmişlər. Seymur İsmayılov, Sənur İsmayılov və Nübar İsmayılova müəssisənin işçiləri olmamışlar. Təqsirləndirilən şəxs 2006-cı ildən adları qeyd olunan ailə üzvləri ilə birlikdə müəssisənin həyətində inşa edilmiş fərdi yaşayış evində yaşamış və Xaliqin işlərinə kömək etmişlər. Təqsirləndirilən şəxs işdə yol verdiyi nöqsanlara görə 21 sentyabr 2023-cü il tarixdə vəzifəsindən azad olunmuşdur. Təqsirləndirilən şəxs hesabında olan 96 baş xırdabuynuzlu heyvanların 20 gün ərzində ölərək tələf olması barədə ifadələrinə münasibətdə Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs 2006-cı ildən həmin müəssisədə çoban işləyir. Çoban kimi işə qəbul olunduqda dəqiq müəyyən olunmuş sayda və çəkidə heyvanlar ona təhvil verilmiş və sonuncu tərəfindən də qəbul edilmişdir. Mütəmadi olaraq heyvanlar satıldıqda, öldükdə və ya digər formada təsərrüfatın balansından çıxdıqda onların yerini yeni doğulmuş quzular tutmuşdur. Təqsirləndirilən şəxs və digər çobanların məsuliyyətində olan heyvanlar mütəmadi sayılmış, onlardan satılanlar, kəsilənlər, yeni doğulanlar, ölənlər və digərlərinin qeydiyyatı aparılmışdır. Sonuncu dəfə isə 1 sentyabr 2023-cü il tarixdə sayım aparılmış və Təqsirləndirilən şəxs hesabında 632 baş xırdabuynuzlu heyvan olmuşdur. Heyvanların ölməsi ilə bağlı çobanlar, eləcə də Təqsirləndirilən şəxs tərəfindən təsərrüfatın rəhbərliyinə yazılı məlumat verilir. Həmin sənədlər hazırda da saxlanılmaqdadır. Məsələn, 13 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs məlumat yazaraq imzası ilə təsdiq etməklə bir baş ana qoyunun ölməsi barədə məlumat vermiş, həmin qoyun ona təhvil verilmiş sağ qoyunlar siyahısından çıxarılmışdır. Bundan başqa 2 aprel 2023-c il tarixdə Təqsirləndirilən şəxs bir baş ana qoyunun ölməsi, 25 iyun 2023-cü il tarixdə bir baş quzunun taxıl biçini zamanı kəsilməsi, 16 avqust 2023-cü il tarixdə bir baş ana qoyunun ölməsi, 1 sentyabr 2023-cü il tarixdə bir baş ana qoyunun ölməsi haqqında təsərrüfatın rəhbərliyinə yazılı məlumatlar vermiş və həmin məlumatlardan sonra Təqsirləndirilən şəxs hesabında olan mallar təkrar sayılaraq qeyd edilən heyvanlar onun hesabından çıxarılmışdır. Bundan başqa bir il ərzində müəssisədə cəmi 9-10 baş qoyunun ölərək tələf olması mümkündür. Belə ki, müəssisədə baytar fəaliyyət göstərir və baytar tərəfindən qoyunlar mütəmadi olaraq yoxlanılaraq müalicə tədbirləri görülür. Bundan başqa Kənd Təsərrüfatı Nazirliyinin göstərişi ilə Ağdam baytarlıq idarəsi tərəfindən təsərrüfatda olan qoyunlar mütəmadi peyvənd olunurlar. Təqsirləndirilən şəxs hesabında olan malların 20 gün ərzində ölməsini sonuncu məsuliyyətdən yayınmaq üçün uydurmuşdur, tamamilə yalandır. Müəssisədə ölməsi gözlənilən, xəstə olan heyvanlar da mütəmadi olaraq seçilir və ucuz qiymətə satılır. Bir il ərzində 8-9 baş heyvandan çox ola bilməz. 96 baş heyvanın bir il ərzində ölməsi belə mümkün deyildir. Dəymiş maddi ziyana görə mülki iddianın təmin edilməsini və məhkəmədən qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hesabında olan 96 baş xırdabuynuzlu heyvanın ölməsi barədə iddialarını təkzib etmiş, bunun mümkün olmadığını təsdiq edən dəlillər gətirmiş, təsərrüfatda olan heyvanlara mütəmadi olaraq müalicəvi tədbirlərin görüldüyünü, bununla bağlı təsərrüfatda baytarın fəaliyyət göstərdiyini və öləcəyi ehtimal olunan heyvanların qabaqcadan aşkar edilərək ucuz qiymətə satıldığını bildirmişdir. Həmçinin ölən və digər formada balansdan çıxarılan heyvanlar barədə Təqsirləndirilən şəxs və digər çobanlar tərəfindən müəssisənin rəhbərliyinə həmişə yazılı məlumatın verilməsinə baxmayaraq 96 baş heyvan barədə heç bir məlumatın verilmədiyini, həmin heyvanların Təqsirləndirilən şəxs tərəfindən mənimsəmə yolu ilə talandığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, əvvəllər Ağcabədi rayonunun Baytarlıq idarəsində baytar vəzifəsində işləmişdir. 2019-cu ildən isə "xxxx" atçılıq zavodunda baytar-texnik vəzifəsində işləyir. Zərərçəkmiş şəxs da onunla birlikdə həmin zavodda işləmiş və 2021-ci ildə işdən çıxmışdır, lakin əlaqələri davam etmişdir. Zərərçəkmiş şəxs hazırda “Mehman” kəndli təsərrüfatında zootexnik vəzifəsində işləyir. Zərərçəkmiş şəxsla olan əlaqələrinə görə sonuncunun işlədiyi təsərrüfatda xırdabuynuzlu heyvanların müalicəsini o özü yerinə yetirir və xırdabuynuzlu heyvanlara vaksinlərin vurulması Ağdam baytarlıq idarəsi tərəfindən həyata keçirilsə də özü baytar olaraq heyvanların xəstəliyinin qarşısının alınması məqsədilə profilaktik tədbirləri həyata keçirir. Bundan başqa “Mehman” kəndli təsərrüfatında ölmüş heyvanlara baxış aparılması, heyvanların ölüm səbəbinin müəyyən edilməsi, heyvanların sağlamlığına nəzarət funksiyalarını da özü həyata keçirir. Xəstə heyvanların öləcəyi çox vaxt əvvəlcədən məlum olur və buna görə də təsərrüfatdaxili məcburi kəsim adlanan prosedur həyata keçirilir. Məcburi kəsim zamanı heyvanların əti təsərrüfatın işçiləri tərəfindən istifadə edilir. Sonuncu dəfə həmin təsərrüfatda 1 sentyabr 2023-cü il tarixdə bir ölmüş heyvana baxmış və şifahi rəy vermişdir. Həmin heyvanın ölməsi barədə çoban Təqsirləndirilən şəxs məlumatı əsasında zootexnik Zərərçəkmiş şəxs onu dəvət etmiş, o da həmin şəxslərlə birlikdə ölmüş heyvana baxış keçirməklə Təqsirləndirilən şəxs hesabında olan bir baş ana qoyunun sinir sistemlərinin pozulması səbəbindən öldüyünü müəyyən etmişdir. Bundan sonra isə həmin heyvan Təqsirləndirilən şəxs hesabından çıxarılmış və təsərrüfatın itlərinə yem olaraq verilmişdir. Bundan əvvəl isə 16 avqust 2023cü il tarixdə Təqsirləndirilən şəxs yenə də hesabında olan bir baş ana qoyunun ölməsi barədə məlumat vermiş və Zərərçəkmiş şəxs həmin heyvana baxış keçirməsi üçün onu dəvət etmişdir. Baxış zamanı həmin heyvanın ağciyər xəstəliyi səbəbindən öldüyünü müəyyən etmişdir. Həmin bir baş heyvan da Təqsirləndirilən şəxs hesabından çıxarılmış və təsərrüfatın itlərinə yem olaraq verilmişdir. Bütün hallarda təsərrüfatda hər hansı bir heyvan öldüyü zaman təsərrüfata dəvət olunmuş və şifahi rəy vermiş, bundan sonra həmin ölmüş heyvanlar çobanların hesabından çıxarılmışdır. Son bir il ərzində, o cümlədən 1 sentyabr 2023-cü il tarixdən 20 sentyabr 2023-cü il tarixədək 96 baş heyvanın ölməsi halları olmamışdır. İş materiallarında olan “Mehman” kəndli (fermer) təsərrüfatı tərəfindən Təqsirləndirilən şəxs öhdəliyinə verilmiş xırdabuynuzlu heyvanların artırılmasını göstərən hesabat formaları (hərəkət cədvəlləri və aktlar) istintaq orqanına təqdim olunmuş və cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin sənədlər 1 sentyabr 2023-cü il tarixdən 27 sentyabr 2023-cü il tarixədək olan dövrü əhatə edir. Həmin müəssisənin rəhbəri Şahid1, zootexniki Zərərçəkmiş şəxs və çobanı Təqsirləndirilən şəxs iştirakları ilə tərtib olunmuş 1 sentyabr 2023-cü il tarixli say aktından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixə faktiki hesabında olmuş xırdabuynuzlu heyvanlar qruplar üzrə təsnifatlaşdırılmaqla saxlanılması üçün yenidən sonuncuya təhvil verilmiş və alınması barədə imza olunmuşdur. Həmin akta görə Təqsirləndirilən şəxs hesabında olan cəmi 632 baş xırdabuynuzlu heyvanlar aşağıdakı qruplar üzrə olmuşdur:
1. Törədici qoç – 12 baş;
2. Damazlıq ana qoyun – 538 baş;
3. Damazlıq erkək toğlu – 29 baş;
4. Damazlıq dişi toğlu – 53 baş. Həmin müəssisənin rəhbəri Şahid1, zootexniki Zərərçəkmiş şəxs, çobanı Təqsirləndirilən şəxs və qeyrilərinin iştirakı ilə tərtib olunmuş 21 sentyabr 2023-cü və 27 sentyabr 2023-cü il tarixli aktlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixə faktiki hesabında olmuş 12 baş törədici qoç, 477 baş damazlıq ana qoyun, 17 baş dişi toğlu yeni təyin edilmiş çoban X12 və 30 baş dişi toğlu X6 təhvil verilmişdir. Beləliklə 21 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs hesabında cəmi 536 baş xırdabuynuzlu heyvan olmaqla onlar aşağıdakı qruplar üzrə olmuşdur:
1. Törədici qoç – 12 baş;
2. Damazlıq ana qoyun – 477 baş;
3. Damazlıq dişi toğlu – 47 baş. Beləliklə 21 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs hesabında cəmi 96 baş heyvanın çatışmazlığı müəyyən edilmiş, göstərilən çatışmazlıqlar yuxarıda qeyd olunan aktlarla yanaşı eyni zamanda çatışmayan heyvanların əks olunduğu 20 sentyabr 2023-cü il tarixli akt və həmin tarixli hərəkət cədvəlləri ilə də tam təsdiq olunmuşdur. Çatışmazlıq aşağıdakı qruplar üzrə olmuşdur:
1. Damazlıq ana qoyun – 61 baş;
2. Damazlıq erkək toğlu – 29 baş;
3. Damazlıq dişi toğlu – 6 baş. Təqdim olunmuş mühasibatlıq sənədləri və ibtidai istintaq zamanı toplanmış digər sübutlar əsasında Təqsirləndirilən şəxs hesabında olan xırdabuynuzlu heyvanların 1 sentyabr 2023-cü il tarixdən 20 sentyabr 2023-cü il tarixədək hərəkəti aşağıdakı qaydada olmuşdur:
№ Heyvanın Tarixlər üzrə sayı (baş) Aşkar edilmiş çatışmazlıq (manat) növü və cinsi Bir başın Cəmi xx.xx.2023 xx.xx.2023 Sayı qiyməti qiymət 1 Törədici qoç 12 12 – – – Damazlıq ana 2 538 477 61 400 24.400 qoyun Damazlıq erkək 3 29 0 29 350 10.150 toğlu 4 Damazlıq dişi toğlu 53 47 6 350 2.100 Ümumilikdə 632 536 96 – 36.650 İş materiallarında olan cinayətin törədilməsi nəticəsində vurulmuş ziyanın məbləğinin müəyyən olunması məqsədi ilə Ağcabədi şəhərinin Zülfi Adıgözəlov küçəsində yerləşən mühasibat xidmətinin rəhbəri X14 12 oktyabr 2023-cü il tarixli qərarla mütəxəssis təyin olunmuşdur. Mütəxəssis tərəfindən verilmiş 13 oktyabr 2023-cü il tarixli 3 nömrəli rəydən görünür ki, “Mehman” kəndli (fermer) təsərrüfatının çobanı Təqsirləndirilən şəxs hesabında 20 sentyabr 2023-cü il tarixdə yaranmış 96 baş xırdabuynuzlu heyvanın çatışmazlığı aşkar edilmişdir. Heyvanların bir kiloqramına görə balans dəyəri mühasibatlıq sənədlərində 7,0413 manatdan götürülmüş, əskik gələn heyvanların dəyəri həmin qiymətlə hesablanmışdır. Ona görə Təqsirləndirilən şəxs hesabında olmuş və ümumi diri çəkisi 5.205 kq təşkil edən 96 baş xırdabuynuzlu heyvanların həmin tarixdə ümumi qiyməti 36.650 manat təşkil etmiş, göstərilən çatışmazlıqlar mühasibatlıq sənədlərində öz əksini tapmaqla Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixli aktla çatışmazlığı təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Məhkəmə ekspertiza mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 3 noyabr 2023-cü il tarixli 9/7878-9/7899 nömrəli rəyində də göstərilmişdir ki, “Mehman” kəndli (fermer) təsərrüfatında çoban Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq üzrə xırdabuynuzlu heyvanların 2023-cü ilin sentyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 36.650 manat müəyyən edilir. İş materiallarında olan 7 aprel 2020-ci il tarixli **********369600 saylı kommersiya qurumunun dövlət reyestrindən çıxarışa əsasən “Mehman” kəndli (fermer) təsərrüfatı 13 yanvar 1999-cu il tarixdə ********** saylı VÖEN ilə tam ortaqlıq təşkilati-hüquqi formasında dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı Ağdam rayonunun Gəngərli kəndində yerləşmişdir və qanunu təmsilçisi Şahid1dur. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs 1 yanvar 2014-cü il tarixdə “Mehman” kəndli (fermer) təsərrüfatında çoban vəzifəsində işə qəbul edilmişdir. İş materiallarında olan “Mehman” kəndli təsərrüfatının rəhbəri Şahid1 27 noyabr 2023-cü il tarixdə istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs ona vurulmuş 36.650 manat ziyandan 11.000 manat hissəsini 23 noyabr 2023-cü il tarixdə ödədiyini göstərmiş və bununla bağlı müvafiq bank qəbzini həmin müraciətinə əlavə etmişdir. İş materiallarında olan “Laçın rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 9 fevral 2024-cü il tarixli 18-1-57/2-26/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs konsultativ poliklinika şöbəsinin psixiatrik, ruhi-əsəb, narkoloji, onkoloji və vərəm kabinetində dispanser qeydiyyatına alınmamışdır. İş materiallarında olan Laçın rayon icra hakimiyyəti başçısının Şamkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 8 fevral 2024-cü il tarixli 5-64/44-3-2- 23/24 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonunun Nağdalı kəndindən olmaqla məcburi köçkün qismində Bərdə rayonunun Xamtorpaq ərazisində məskunlaşmışdır, ailə üzvü 1969-cu il təvəllüdlü arvadı X3 ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən verilmiş 9 fevral 2024-cü il tarixli 2-2-403/2- 008807/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməyə görə məhkum edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 179.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsinə əsaslı şübhələr mövcud olduğundan o, rayon prokurorluğunun böyük müstəntiqi X10 tərəfindən 4 dekabr 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti əsasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən 6 dekabr 2023-cü il tarixdə rayon məhkəməsinə təqdimat verilmiş Ağcabədi rayon məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun eyni tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 179.2.4-cü maddəsindən həmin Məcəllənin 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs 8 fevral 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Mehman” fermer (kəndli) təsərrüfatı 8 fevral 2024-cü il tarixli qərarımla zərərçəkmiş hüquqi şəxs qismində tanınmış və həmin müəssisənin zootexniki Zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi təyin olunmuşdur. Təqsirləndirilən şəxs özünü müdafiə üçün gətirdiyi dəlillərdə qeyd olunan təsərrüfata məxsus 96 baş xırdabuynuzlu heyvanları talamadığını və onun hesabında olan həmin sayda heyvanların 1 sentyabr 2023-cü il tarixdən 20 sentyabr 2023-cü il tarixədək 20 gün ərzində ölərək tələf olduğunu göstərmişdir. Lakin onun həmin dəlilləri ibtidai istintaq zamanı araşdırılarkən onların cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədi ilə uydurulmuş yalanlardan ibarət olduğu müəyyən edilmişdir. Belə ki, istinad olunan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi kifayət qədər mötəbər dəlillərin məcmusu ilə tam sübut olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 1 sentyabr 2023-cü il tarixdə ona təhvil verilmiş heyvanların sayına dair tərtib olunmuş və özü tərəfindən imza ilə təsdiq edilmiş aktla tanış olarkən həmin aktda qeyd olunanların düzgün olduğunu, həqiqətən də 1 sentyabr 2023-cü il tarixdə ona 12 baş törədici qoç, 538 baş damazlıq ana qoyun, 29 baş erkək toğlu və 53 baş dişi toğlu olmaqla ümumilikdə 632 baş xırdabuynuzlu heyvanın təhvil verildiyini göstərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdə sayımın aparılması haqqında tərtib olunmuş və özü tərəfindən imza edilərək təsdiq olunmuş aktla tanış olaraq həqiqətən sayım zamanı 96 baş xırdabuynuzlu heyvanın, o cümlədən də 61 baş damazlıq qoyunun, 29 baş erkək toğlunun və 6 baş dişi toğlunun əskik gəldiyini göstərmişdir. Təqsirləndirilən şəxs həmin aktlara imza etməklə çatışmazlığın mövcudluğunu qəbul etmiş və həmin çatışmazlığın özünün təqsirindən yarandığını etiraf etməklə bununla bağlı həmin təsərrüfatın rəhbərliyinə verdiyi 20 sentyabr 2023-cü il tarixli yazılı izahatında çatışmazlığı az bir müddətdə aradan qaldırmaqla təsərrüfata təhvil verəcəyinə dair iltizam vermişdir. Eyni zamanda 23 noyabr 2023-cü il tarixdə təsərrüfatın hesabına köçürmə qaydasında 11.000 manat məbləğində ödəniş etməklə cinayət nəticəsində vurduğu maddi ziyanı qismən aradan qaldırmışdır. Lakin sonradan Təqsirləndirilən şəxs göstərilənləri və əvvəllər təsdiq etdiyi həmin faktları təkzib etməklə özünü müdafiə üçün yeni arqumentlər gətirmiş, ifadələrində 96 baş xırdabuynuzlu heyvanların 2023-cü il sentyabr ayının 1-dən 20-dək öldüyünü göstərərək yaranmış çatışmazlığı əsaslandırmağa çalışmışdır. Qeyd olunmalıdır ki, 96 baş xırdabuynuzlu heyvanın 20 gün içərisində ölməsi inandırıcı olmamaqla yanaşı təsərrüfatdaxili mühasibatlıq sənədləri, şahid ifadələri və digər sübutlarla təsdiq olunmamışdır. Təqsirləndirilən şəxs çoban qismində onun öhdəsində olan hər bir heyvanın satılması və ölərək tələf olması ilə əlaqədar bütün hallarda təsərrüfat rəhbərliyinə yazılı məlumat versə də qeyd edilən 96 baş xırdabuynuzlu heyvanın ölərək tələf olması barədə heç bir məlumat verməmişdir. Həmçinin Təqsirləndirilən şəxs özünü müdafiə üçün gətirdiyi həmin dəlillər iş üzrə dindirilmiş şəxslərin ifadələri, üzləşdirmələrin aparılması və digər sübutlarla tam təkzib olunmuşdur. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs “Mehman” kəndli (fermer) təsərrüfatına məxsus olmaqla saxlanılması üçün ona etibar edilmiş 36.650 manat dəyərində olan 96 baş xırdabuynuzlu heyvanları 1 sentyabr 2023-cü il tarixdən 20 sentyabr 2023-cü il tarixədək vahid niyyətlə müəssisənin Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində yerləşən heyvandarlıq fermasından çıxarmaqla ayrı-ayrı şəxslərə sataraq və ya digər üsullarla qanunsuz və əvəzsiz öz mülkiyyətinə keçirməsi və şəxsi ehtiyaclarına sərf etməsi təsdiq olunmuşdur. Onun qeyd olunan hərəkətləri Azərbaycan Respublikası CM-in 179-cu maddəsinin obyektiv cəhətini təşkil edir. Bundan başqa Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın 36.650 manat təşkil etməsi ilə razılaşmayaraq onun hesabında olan xırdabuynuzlu heyvanların bir başının qiymətinin 160 manat təşkil etdiyini göstərmişdir. Lakin cinayət nəticəsində vurulmuş ziyanın 36.650 manat təşkil etməsi iş üzrə təyin edilmiş mütəxəssis və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri ilə təsdiq olunmuş, həmin rəylərdə mənimsəmənin predmeti olmuş bütün heyvanlar təsnifatlaşdırılmaqla orta bazar qiymətlərinə uyğun məbləğ müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 179.2.4-cü maddəsi mənimsəmənin və ya israf etmənin zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməsini ağırlaşdırıcı tərkib əlaməti olaraq müəyyən etmişdir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinə əsasən həmin maddənin dispozisiyasında “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı olan məbləğ başa düşülür. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə 36.650 manat maddi ziyanın vurulduğunu nəzərə aldıqda onun əməlində Azərbaycan Respublikası CM-in 179.2.4-cü maddəsinin tərkibi mövcuddur. Təqsirləndirilən şəxs qeyd edilən cinayətin subyekti olmaqla “Mehman” kəndli (fermer) təsərrüfatına məxsus xırdabuynuzlu heyvanlardan ibarət olan əmlak bilavasitə ona etibar olunduğundan həmin əmlaka münasibətdə maddi məsul şəxs olmuş, eyni zamanda həmin əmlakın qorunmasına və saxlanılmasına görə şəxsən məsuliyyət daşımışdır, həmin əmlaka münasibətdə müəyyən səlahiyyətlərə malik olmuşdur. Nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi bilavasitə tutduğu vəzifə ilə əlaqədar olmuşdur. Həmin vəzifəni tutmadığı halda istinad edilən cinayəti törətməsi mümkün olmayacağından, deməli cinayətin törədilməsində qulluq mövqeyindən istifadə etmişdir. Təqsirləndirilən şəxs kommersiya hüquqi şəxsinin işçisi olmaqla onun yuxarıda göstərilən məsuliyyəti və səlahiyyətləri onunla bağlanmış əmək müqaviləsi, vəzifə təlimatı, mühasibatlıq sənədləri və digər rəsmi sənədlərdə öz əksini tapmışdır. Beləliklə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş, cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməsinə mane olan hallar ibtidai istintaq zamanı aşkar olunmamışdır. “Mehman” kəndli (fermer) təsərrüfatının rəhbəri tərəfindən verilmiş 30 sentyabr 2023-cü il tarixli törədilmiş cinayət barədə məlumatda, eyni zamanda həmin təsərrüfatın vəzifəli şəxslərinin izahatlarında və ifadələrində Təqsirləndirilən şəxs 1 sentyabr 2023-cü il tarixdən 20 sentyabr 2023-cü il tarixədək ona etibar edilmiş 96 baş xırdabuynuzlu heyvanların 48 başını övladı X1 ilə Laçın rayonuna, 48 başını isə digər övladı X2 ilə Tərtər rayonuna apardığı göstərilmişdir. Lakin ibtidai istintaq zamanı Seymur İsmayılovun və Sənur İsmayılovun həmin cinayətlərin törədilməsində hər hansı formada, o cümlədən köməkçi qismində iştiraklarının mövcudluğu müəyyən olunmamışdır. Ona görə də Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən Seymur İsmayılovun və Sənur İsmayılovun barəsində Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri, eləcə də Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 179.2.1-ci maddəsi ilə cinayət işinin başlanması 8 fevral 2024-cü il tarixli qərarı ilə rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam şəkildə təkzib edilmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət əməli törətməsini qismən etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və dəymiş zərərdən 11.000 (on bir min) manat ödəniş etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə olaraq az ağır cinayət törətməsi, cinayət əməli törətməsini qismən etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və dəymiş zərərdən qismən ödəniş etməsini, şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdən 06 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla cəzasının iki günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzası da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanla əlaqədar verilmiş mülki iddia təmin edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilməlidir. Mülki iddia təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi ziyana görə 25.650 (iyirmi beş min altı yüz əlli) manat və 170 manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq “Mehman” kəndli (fermer) təsərrüfatının hesabına ödənilməlidir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 30 iş saatı üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdən 06 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş iki il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti cəza olaraq bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin; cəza çəkməsinin əvvəli 30 aprel 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia təmin edilsin. Cinayət nəticəsində vurulmuş maddi ziyana görə 25.650 (iyirmi beş min altı yüz əlli) manat və 170 manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq “Mehman” kəndli (fermer) təsərrüfatının hesabına ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 30 iş saatı üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Hakim: Sulduz Ləzimov