Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-34/2025 10.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuluyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. X8 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, X9 ilə dostluq münasibətləri olmuşdur. Həmin vaxtlarda Amil Hüseynovun ona borcu olmuş və borcunu qaytarmamışdır. Amil Hüseynovdan pulunu tələb etmiş və onu məhkəməyə vermişdir. Bundan sonra münasibətləri pisləşmişdir. Amil Hüseynovun qardaşları İlqar və Vüqar Hüseynovlar, əmisi Namiq Hüseynov 14 oktyabr 2019-cu il tarixdə onun evinə basqın edərək xuliqanlıq etmişlər və həmin əmələ görə onlar azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmışlar. Həmin vaxtlarda, yəni 2019-cu ildə Amil Hüseynov onun səs yazısını “Tik-Tok” sosial şəbəkədə yaymış, onu təhqir etmiş, onun şərəf və ləyaqətini alçaltmış və eyni zamanda böhtan xarakterli məlumatlar paylaşmışdır. Bu barədə Ağcabədi Rayon Prokurorluğuna müraciət etmiş və cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin Ağcabədi Rayon Məhkəməsinə müraciət etmiş və Ağcabədi Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək X9 tərəfindən onun barəsində “Tik-tok” və “İnstaqram” sosial şəbəkələrdə yayımladığı fotoşəkil və səsli nalayiq sözlər onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar olduğundan təkzib edilməsi və X4 mənəvi zərərə görə 800 manat pul və ödənilmiş dövlət rüsumundan 30 manat, cəmi 830 manat alınaraq ona verilməsi qət edilmişdir. X7 onun barəsində böhtan xarakterli məlumatlar yayması, günahkar olması Ağcabədi Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi və Ağcabədi Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Ona görə də, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuluyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı X8 məhkəməyə ərizə ünvanlayaraq şikayətə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmış barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 heç bir üzürlü səbəb olmadan məhkəmə hazırlıq iclasında iştirak etmir. Məhkəmə X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə hazırlıq iclasının xüsusi ittihamçı X2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 15 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 206 C-22 nömrəli material üzrə X7 barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(017)-1858/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək cavabdeh X9 tərəfindən iddiaçı X8 barəsində “Tik-tok” və “İnstaqram” sosial şəbəkələrdə özünə məxsus səhifədə yayımladığı fotoşəkil və səsli nalayiq sözlər iddiaçı X2 şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar olduğundan həmin sosial şəbəkələr vasitəsilə təkzib edilməsi, cavabdeh X4 mənəvi zərərə görə 800 manat pul və ödənilmiş dövlət rüsumundan 30 manat, cəmi 830 (səkkiz yüz otuz) manat alınaraq iddiaçı X5 verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.4, 302.2 və 302.2.3-cü maddələrinə əsasən icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. X2 xüsusi ittiham qaydasında şikayəti ilə və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, X1 Amil Gündüz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuluyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir ondan ötrü ki, X9 2019-cu ildə onun barəsində “Tik- Tok” sosial şəbəkə vasitəsi ilə məlumatlar yayaraq onu təhqir etmiş, onun şərəf və ləyaqətini alçaltmış və eyni zamanda böhtan atmışdır. Bu hal, yəni X2 təhqir və böhtan hesab etdiyi məlumatların X9 tərəfindən 2019-cu ildə yayılması iş materiallarında olan 15 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla da öz təsdiqini tapmışdır. Belə ki, həmin qərarla cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən rədd edilmişdir ondan ötrü ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Bundan başqa, X2 təhqir və böhtan hesab etdiyi məlumatların X9 tərəfindən 2019cu ildə yayılması iş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 01 noyabr 2023cü il tarixli, 2(017)-1858/2023 saylı qətnaməsi ilə də öz təsdiqini tapmışdır. X8 xüsusi ittiham qaydasında şikayətinə sübut kimi 15 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və Ağcabədi Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(017)-1858/2023 saylı qətnaməsini əlavə etmiş və həmin sənədlərə də istinad etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.4-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2 və 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə yuxarıda göstərilən işin faktiki hallarına, onlara tətbiq edilməli olan maddi və prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 147.1 və 148-ci maddələri böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxil olduğundan və X2 təhqir və böhtan hesab etdiyi məlumatların X9 tərəfindən 2019-cu ildə yayılmasını və həmin əməllərə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti onların axımının başladığı vaxtdan hal-hazıradək iki ildən artıq müddət keçdiyinə görə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-34/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-34/2025
10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver