Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-35/2025 10.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 iştirakı ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. X8 xüsusi ittiham qaydasında məhkəməyə verdiyi şikayətini onunla əsaslandırmışdır ki, X9 dostu Amil Hüseynov vasitəsilə tanımışdır. Sonuncu ilə münasibətləri pisləşdikdən sonra Mahir Hüseynov onun və ailə üzvlərinin barəsində Tik-tok sosial şəbəkəsində söyüb təhqir edərək şərəf və ləyaqətini alçaltmış, eyni zamanda böhtan xarakterli məlumatlar paylaşmışdır. Buna görə polisə və məhkəməyə müraciət etmiş, Ağcabədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən X3 mənəvi ziyana görə 500 manat məbləğində pul alınaraq ona verilməsi qət edilmişdir. X7 bu hərəkətləri nəticə etibarı ilə nüfuzuna xələl gətirir, gözdən salır, dostlar əhatəsində nüfuzdan salmaqla ona böhtan atmışdır. Ona görə də X7 cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 15:00-a və xx.xx.2025-ci il tarixə, saat 15:00-a təyin edilərək məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış xüsusi ittihamçı X8 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 isə heç bir üzrlü səbəb olmadan məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə hazırlıq iclasının xüsusi ittihamçı X2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(017)-865/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh X10 qarşı “şərəf və ləyaqəti ləkələyən yalan məlumatlar yaydığına görə 4000 manat təzminatın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X3 mənəvi zərər kimi 500 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun əvəzi alınaraq iddiaçı X4 verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, HK-1/343 nömrəli material üzrə X2 müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı X8 izahatında göstərmişdir ki, 2021ci ilin iyun ayının 6-da qarabağ-04 ”Tik-tok” səhifəsinin sahibi olan X11 onun şəklini paylaşmış, səhifənin yorum hissəsində onu təhqir etmiş və 12 yanvar 2022-ci il tarixdə tanışları ona qarabağ-04 ”Tik-tok” şəbəkəsinin istifadəçisi olan Mahir Hüseynovun onu sosial şəbəkədə təhqir etdiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 75.1.3. ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 75.1.4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. 75.2. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən ağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. 302.3. Məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. X2 xüsusi ittiham qaydasında şikayəti ilə və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, X1 Mahir Sabir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir ondan ötrü ki, X11 2021-ci ildə onun barəsində “Tik-Tok” sosial şəbəkə vasitəsi ilə məlumatlar yayaraq onu təhqir etmiş, onun şərəf və ləyaqətini alçaltmış və eyni zamanda ona böhtan atmışdır. Bu hal, yəni X2 təhqir və böhtan hesab etdiyi məlumatların X11 tərəfindən 2021-ci ildə yayılması iş materiallarında olan 10 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla da öz təsdiqini tapmışdır. Bundan başqa, X2 təhqir və böhtan hesab etdiyi məlumatların X11 tərəfindən yayılması iş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(017)-865/2022 qətnaməsi ilə də öz təsdiqini tapmışdır. X8 xüsusi ittiham qaydasında şikayətinə sübut kimi 10 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və Ağcabədi Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(017)-865/2022 nömrəli qətnaməsini əlavə etmiş və həmin sənədlərə də istinad etmişdir. Şərh olunanlara, yuxarıda göstərilən işin faktiki hallarına, onlara tətbiq edilməli olan maddi və prosessual qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 147.1 və 148-ci maddələri böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxil olduğundan və X2 təhqir və böhtan hesab etdiyi məlumatların X11 tərəfindən 2021-ci ildə yayılmasını və həmin əməllərə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti onların axımının başladığı vaxtdan hal-hazıradək iki ildən artıq müddət keçdiyinə görə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-35/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-35/2025
10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver