Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-36/2023 15.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 02 il 03 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş və cəzasının 01 il 11 ay 05 gün hissəsi çəkilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,428 qram çəkidə narkotik vasitə olan heroini qəsdən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib 05 ədəd siqaretin qara rəngli kağız bükümündə əynindəki qara rəngli idman şalvarının sol yan cibinə qoyub daşıyaraq saxlamış, 04 noyabr 2022-ci il tarixdə saat 22:50 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi şəhəri, İ.Qayıbov küçəsində “Sumu” adlanan ərazidə saxlanılaraq Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 23:25-dən üzərinə şəxsi axtarış keçirilərkən qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib əynindəki qara rəngli idman şalvarının sol yan cibində daşıyaraq saxladığı 5 (beş) ədəd siqaretin qara rəngli kağız bükümündə ayrıayrılıqda təmiz çəkisi 0,075 qram, 0,103 qram, 0,101 qram, 0,092 qram, 0,057 qram, ümumi çəkisi 0,428 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin şalvarın sağ yan cibində 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi şəhəri, Şəhriyar küçəsi 03 saylı evdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Uzun müddətdir narkotik vasitələrdən istifadə edir. 2022-ci ilin sentyabr ayında Ağcabədi şəhər sakini əvvəldən tanıdığı və hal-hazırda dünyasını dəyişmiş Əhəd adlı şəxsdən 150 manata “kokos” deyə tanıdığı narkotik vasitə almışdır. Həmin müddətdən bu günədək aldığı narkotikdən özü istifadə etmiş, bir hissəsini isə Ağcabədi rayonunda tanımadığı şəxslərə satmışdır. 04 noyabr 2022-ci il tarixdə saat 22 radələrində ona Ağcabədi şəhəri, İ.Qayıbov küçəsində “Sumu” adlanan ərazidə piyada hərəkətdə olan zaman bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun üzərində Əhəd adlı şəxsdən aldığı narkotik vasitə olduğundan qaçmaq qərarına gəlmiş, qaçmağa çalışan zaman hasara ilişib yıxılmışdır. Bu zaman polis əməkdaşları onu saxlamış, ona saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib rayon polis şöbəsinə gətirmişlər. Orada dəvət edilmiş müdafiəçi X1 iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə və ya psixotrop maddə, eləcə də qanunsuz hər hansı əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Əynində olan qara rəngli idman şalvarının sol yan cibindən əvvəlcədən ayrı-ayrı bükümlərdə şəxsi istifadəsi və satış məqsədi ilə saxladığı 5 ədəd siqaretin qara rəngli kağızında olan “kokos” deyə tanıdığı narkotik vasitəni təqdim etmişdir. Sonra isə sağ cibindən 01 ədəd elektron tərəzini çıxarıb təqdim etmiş, üzərindən aşkar edilmiş bükümlərə baxış keçirilmiş, həmin bükümlər elektron tərəzidə çəkilmiş, ayrılıqda çəkiləri 0,16 qram, 0,14 qram, 0,20 qram, 0,18 qram və 0,18 qram olmuşdur. Sonra üzərindən aşkar edilmiş bir ədəd elektron tərəzi və 5 ədəd içərisində narkotik vasitə heroin olan bükümlər bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, özü, vəkili X2 və polis əməkdaşları zərfin üzərini imzalamışlar. Əhəd adlı şəxsdən aldığı narkotik vasitəni Ağcabədi rayonu ərazisində tanımadığı bir neçə şəxslərə satmışdır. Üzərində elektron tərəzini narkotik vasitə olan “kokos” deyə tanıdığı maddəni çəkib satmaq üçün saxlamışdır. Başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmişdir. Ümumiyyətlə mobil telefon işlətməmiş, istifadəsində hər hansı mobil nömrə olmamış, ona polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki güc tətbiq edilməmişdir. Hazırda törətdiyi əmələ görə peşman olduğunu bildirib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsində Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 04 noyabr 2022-ci il tarixdə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və satışında şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra ondan və polis şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Təqsirləndirilən şəxs həmin gün, yəni 04 noyabr 2022-ci il tarixdə saat 22:00 radələrində Ağcabədi şəhəri, İ.Qayıbov küçəsində “Sumu” adlanan ərazidə saxlanılaraq RPŞ-nə gətirilmişdir. Polis şöbəsinin inzibati binasında otaqların birində, RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X11 tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilməklə, Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin edilməsi xahişinə əsasən Ağcabədi rayon Vəkil Bürosunun vəkili X2 hüquqlarını müdafiə etməsi məqsədilə vəkil təyin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkili X1 da iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunan hər hansı bir əşyanın olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 05 ədəd siqaretin qara rəngli kağızında olan bükümləri çıxarıb masanın üzərinə qoymuş, sonra şalvarının sağ cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs sonra əynində olan idman gödəkçəsinin sağ yan cibindən bir ədəd “Attenti” markalı elektron qolbağı təqdim edib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi ilə bağlı ayağına taxıldığını bildirmişdir. Həmin elektron qolbağa baxıldıqda kəmər hissəsinin zədələnib qopması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 05 ədəd qara rəngli kağız bükümləri açıldıqda içərilərində qəhvəyi rəngli, kəskin spesfik iyi olan narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Həmin bükümlər ayrı ayrılıqda aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, bükümlərin ayrı-ayrılıqda çəkiləri 0, 16 qram, 0,14 qram, 0,20 qram, 0,18 qram və 0,18 qram olmuşdur. Həmin bükümdə olan kütlələr və elektron tərəzi bir ədəd ağ zərfdə qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün üzərinə Azərbaycan Respublikası DİN-nin 143 saylı möhürü vurulub götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilərkən əlavə olaraq başqa narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onun yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs RPŞ-nə gətirilməsini, üzərinə şəxsi axtarış keçirilməsini tədbirdə iştirak edən PPXBnün polis nəfəri, polis serjantı Şahid2 başqa heç kəs görməmiş, onun üzərinə şəxsi axtarış keçirilərkən vəkili X2 da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi rayon PPXB-nin polis nəfəri Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, şahid Ağcabədi rayon polis şöbəsinin TB-nin təhqiqatçısı X8 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də, təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İş materiallarına əlavə edilmiş 04 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 04 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ağcabədi rayon məhkəməsinin 06 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 04 noyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 05 ədəd siqaretin qara rəngli kağzinda olan bükümləri, salvarının sağ cibindən bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuş, həmin bükümlərin içərisinə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuş, bükümlər aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, bükümlərin ayrı ayrılıqda çəkiləri 0, 16 qram, 0,14 qram, 0,20 qram, 0,18 qram və 0,18 qram olmuşdur. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon polis şöbəsinin əməliyyat tapşırığına cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini əldə etdiyi mənbəni, o cümlədən xx.xx.2022-ci il tarixdə ölmüş X4 almasını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin onun özünə məxsus olmuş və satışını həyata keçirmişdir. Hazırda Təqsirləndirilən şəxs narkotik vasitə heroin satdığı şəxs (şəxslərin) müəyyən olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Bu istiqamətdə müsbət nəticə olarsa istintaqa əlavə məlumat veriləcəkdir. İş materiallarına əlavə edilmiş “Ölüm haqqında şəhadətnamənin” surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə “Kəskin respirator çatmamazlıq” səbəbindən Bakı şəhərində ölmüşdür. İş materiallarına əlavə edimiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 05 noyabr 2022-ci il tarixli, 18/1201 nömrəli məhkəməkimyəvi ekspertizasının rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,075 qram, 0, 103 qram, 0,101 qram, 0,092 qram, 0,057 qram, ümumi çəkisi 0,428 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. 01 ədəd elektron tərəzi üzərində heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən və bu səbəbdən də iz mikrohissəciklərinin miqdarını və təqdim edilən maddələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin Siyahısı”na (İ siyahı) daxildir. Ekspertizaya təqdim edilən 0,428 qram heroinin 0,10 qram hissəsi tədqiqata sərf edilməklə 0,328 qram hissəsi qalıq qalmışdır. İş materiallarına əlavə edilmiş X5 06 yanvar 2023-cü il tarixli, 13 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci il tarixdə Ağcabədi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Ağcabədi rayon məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 5-ci bəndinə əsasən cəzadan azad edilmiş və xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Ağdam rayon məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 02 il 03 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş Ağdam rayon məhkəməsinin 10 may 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və həbsdə saxlanıldığı 04 ay 11 gün nəzərə alınaraq üzərində qəti olaraq 02 il 03 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin 06 yanvar 2023-cü il tarixli, 187/22-38-03 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 03 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 04 noyabr 2022-ci il tarixədək 04 ay 03 gün hissəsini çəkmiş, çəkilməmiş 01 il 11 ay 05 gün cəzası qalmışdır. İş materiallarına əlavə edilmiş “Ağcabədi Rayon Mərkəzi X13 Şəxs” in verdiyi xx.xx.2023-cü il tarixli, 17 nömrəli arayışından görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Qarayev X14 RMX-nın Poliklinika Şöbəsində ruhi-əsəb və narkoloji kabinetdə qeydiyyatda dayanmır. İş materiallarına əlavə edilmiş Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini, yəni satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması, özünün etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, habelə işdə olan digər rəsmi sənədlərlə tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası AliMəhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini və onun cəmiyyətdən tam təcrid olunmaqla islah olunması mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq iki il üç ay səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm və hökmün icrasına dair göstəriş 01 iyul 2022-ci il tarixdə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, Təqsirləndirilən şəxs həmin tarixdə qeydiyyata alınmış və 04 noyabr 2022-ci il tarixədək təyin olunmuş cəzadan dörd ay üç gününü çəkərək bir il on bir ay beş günü çəkilməmiş qalmışdır və Ağcabədi Rayon Məhkəməsinin 06 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 04 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinin tələbinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına Ağdam rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan bir il on bir ay beş gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla qismən birləşdirilib qəti cəza təyin edilməlidir. İnsan Hüquqları və X6 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlukə törətməyən, az ağır və ya ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cəza çəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 04 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs «Ağcabədi Rayon Mərkəzi X13 Şəxs»in poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata götürülməlidir. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut – tədqiqatdan sonra qalıq qalan 0,328 qram çəkidə narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin-AZ.MEM.VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilməlidir. Yuxarıda göstəriənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş üç il müddətə azadlıqdan məhrum etmə cəzası Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təyin edilmiş iki il üç ay səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının çəkilməmiş qalan bir il on bir ay beş gün hissəsi iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilərək ona qəti olaraq üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 04 noyabr 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs «Ağcabədi Rayon Mərkəzi X13 Şəxs»in poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata götürülsün. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut – tədqiqatdan sonra qalıq qalan 0,328 qram çəkidə narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin-AZ.MEM.VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə X7 apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-36/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-36/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver