Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-36/2024 04.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X2 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə Təqsirləndirilən şəxs - (xx.xx.1982-ci il tarixdə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Zərdab şəhəri, Azərbaycan küçəsi, ev 11, mənzil 15-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri bina 34, mənzil 28-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyət ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs2 Ağcabədi Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(017)-1425/2022 nömrəli qətnaməsi ilə qət edilmiş 7000 manat məbləğində borcun 4000 manatını sildirəcəyini vəd edərək, Zərərçəkmiş şəxs2 işlədiyi Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən Cəbrayıl 1 Saylı Mediasiya təşkilatının inzibati binasının qarşısında 1000 manat pulu nağd qaydada alaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2023-cü ilin aprel ayında istintaqa məlum olmayan bank kartı vasitəsilə 200 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirib verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2023-cü ilin may ayının ortalarında Zərərçəkmiş şəxs1 qardaşı Qorxmaz Məmişovu həbsdən azad edəcəyini vəd edərək, Zərərçəkmiş şəxs1 özünün adına olan «Kapital Bank» a məxsus **********490964 nömrəli karta 2000 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2023-cü ilin may ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası ərazisində 1500 manat pulu nağd qaydada ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2 iyun 2023-cü il tarixdə özünün adına olan «Kapital Bank» a məxsus **********490964 saylı bank kartı vasitəsi ilə 300 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2023-cü ilin iyun ayının ortalarında özünün adına olan «Kapital Bank»a məxsus **********490964 saylı bank kartı vasitəsi 200 manat məbləğində pul köçürülməsinə nail olmaqla ələ keçirib verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri bina 34, mənzil 28-də yaşayır. 2022-ci ilin avqust ayından 11 may 2023-cü il tarixədək X3 rayonu üzrə mediatoru işləmişdir. Zərərçəkmiş şəxs1 2022-ci ilin oktyabr ayından tanımışdır. Zərərçəkmiş şəxs1 2022-ci ilin oktyabr ayında bacısı X1 mediasiya işi ilə bağlı tanımışdır. Həmin vaxtdan Tacir ilə dostluq münasibətləri yaranmışdır. 2023-cü ilin may ayında Tacir ilə söhbət zamanı, sonuncu ona demişdir ki, qardaşı X8 Rayon Məhkəməsinin hökmü ilə 2022-ci ilin avqust ayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadliqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X9 cəzasının çəkilməmiş hissəsindən şərti olaraq azad edilməsində köməklik göstərəcəyini demişdir. Bunun müqabilində Tacirdən 4000 manat pul istəmiş, sonuncu onunla razılaşmışdır. Bu məqsədlə bir neçə dəfəyə Zərərçəkmiş şəxs1 ümumilikdə 4000 manat pul almış ona heç bir iş görməmiş və aldığı pulları öz şəxsi ehtiyaclarım üçün xərcləmişdir. Hazırda həmin pulu Tacirə tam şəkildə ödəmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. Röyal ilə Tacir onun işlədiyi yerə gələrək, həmkəndliləri Ramil adlı şəxsin Röyala qarşı Ağcabədi Rayon Məhkəməsində 7000 manat pulun ödənilməsi ilə bağlı mülki iddia qaldırmış və həmin iddia məhkəmənin qətnaməsi ilə təmin edilməsini bildirmişdilər. Röyal isə həmin qətnaməni haqsız hesab etdiyindən, bununla bağlı apelyasiya şikayəti vermiş və ondan köməklik istədiyini bildirmişdir. 1000 manat müqabilində bu məsələni apelyasiya məhkəməsində tanışlarının vasitəsi ilə 4000 manat pulu sildirəcəyinə söz vermişdir. Röyal isə onun təklifilə razılaşmışdır. Təxminən bir neçə gün sonra Röyal Tacir ilə birlikdə 1000 manat pulu götürüb, Ağcabədi rayonu, U.Hacıbəyli prospektində yerləşən işlədiyi mediasiya ofisinin qarşısında ona vermişdir. Bir müddət sonra Röyal ona apelyasiya məhkəməsinə çaxırıldığını bildirmiş, Röyala işini həll etdiyini demişdir. 2023-cü ilin aprel ayında Röyal onun yanına, işlədiyi ofisə gələrək, apelyasiya məhkəməsi Ağcabədi Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxladığını bildirmişdir. Röyaldan əlavə olaraq 200 manat pul istəmişdir ki, ali məhkəməyə şikayət edib orada işi həll edəcək və bunun üçün öz hesab kartının nömrəsini Röyala vermişdir ki, 200 manat pulu həmin karta atsın. Röyal isə onunla razılaşaraq, heç bir problem olmadığını demiş və **********490964 saylı karta 200 manat pulu yükləmişdir. Əslində isə, onun nə apelyasiya məhkəməsində, nə də ki ali məhkəmədə heç bir tanışları olmamışdır. Röyala yalan vəd verərək, onun pullarını ələ keçirərək, həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxslərlə barışmışdır. Onlara vurduğu ziyanı tam ödəmişdir. Hazırda tutduğu əməlindən peşmandır. Cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında, yəni 1300 manat məbləğində pulun onun tərəfindən dövlət büdcəsinə ödənilməsini nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Avşar kəndində yaşayır. 2023-cü ilin may ayının əvvəllərində Zamiq ilə söhbət zamanı, Zamiqin iş yerinin qarşısında, Zamiqə qardaşı X8 Rayon Məhkəməsinin hökmü ilə 2022-ci ilin avqust ayında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini bildirmişdir. Zamiq isə qardaşı Qorxmaz Məmişovun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq azad edilməsində ona köməklik göstərəcəyini bildirmişdir. Bunun müqabilində Zamiq ondan 4000 manat pul istəmiş, onunla razılaşmış və bu iş üçün Zamiqə ümumilikdə 4000 manat pul vermişdir. Bundan sonra Zamiqdən işin gedişatı ilə hər dəfə maraqlananda, Zamiq ona müxtəlif bəhanələr gətirirmiş, yaxın zamanlarda həll olunacağını bildirmişdir. Bundan sonra Zamiqin onu aldatdığını anlayıb Ağcabədi rayon polis şöbəsinə gələrək sonuncunun barəsində şikayət ərizəsi yazmışdır. Sonradan Təqsirləndirilən şəxs ondan üzr istəyərək onunla barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində olan işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. 2020-ci il tarixdə Ağcabədi rayonu Avşar kənd sakini X4 3000 manat məbləğində borc pul faizlə almışdır. Bir müddət borcu ödədikdən sonra müharibə başladığından vətən müharibəsinə vətənini qorumaq üçün xidmətə yollanmışdır. Müharibə qurtardıqdan sonra kəndə qayıtmışdır. Kənddə olan zaman Ramil ondan pulu qaytarmağını tələb etmiş, imkanı olmadığına görə pulu verə bilmədiyini demişdir. Bundan sonra Ramil ona qarşı Ağcabədi Rayon Məhkəməsində 7000 manat pulun ödənilməsi ilə bağlı ona qarşı mülki iddia qaldırmışdır. Məhkəmənin qətnaməsi ilə iddia təmin edilmişdir. Qərardan apelyasiya şikayəti vermişdir. 2023-cü ilin fevral ayında Tacirə ona qarşı haqsız qətnamənin çıxdığını deyəndə Tacir ona demişdir ki, tanışı Zamiq müəllim var, Zamiq ona köməklik edə bilər. Onlar həmin vaxt mediator işləmiş Zamiq müəllimin yanına getmişdilər. Orada Zamiq müəllimə baş verənləri danışmışdır. Zamiq müəllim isə 1000 manat müqabilində apelyasiya məhkəməsində tanışlarının vasitəsi ilə əlavə qət edilmiş 4000 manat pulu sildirəcəyini vəd etmişdir. O da razılaşmışdır. Təxminən bir neçə gün sonra 1000 manat pulu götürüb Tacir ilə birlikdə Ağcabədi rayonu, U.Hacıbəyli prospektində yerləşən Zamiqin işlədiyi mediasiya ofisinin qarşısında sonuncuya 1000 manat məbləğində pulu vermişdir. Bir müddət sonra onu apelyasiya məhkəməsinə çağırmışdılar. Zamiq müəllimə çağırldığını demişdir. Zamiq isə ona narahat olmamağını, işini həll etdiyini demişdir. 2023-cü ilin aprel ayında Şirvan apelyasiya məhkəməsinə getmişdir, lakin apelyasiya məhkəməsi Ağcabədi Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Bundan sonra, yenə Zamiq müəllimin yanına gəlib olanları danışmışdır. Zamiq müəllim isə ondan əlavə olaraq 200 manat pul istəmişdir ki, ali məhkəməyə şikayət edib orada işi həll edəcək. Zamiqin ona verdiyi hesab kartına 200 manat pulu yükləmişdi. Bundan sonra, Zamiq ilə bir neçə dəfə əlaqə saxlamışdır, Zamiq ona narahat olmamağını, ali məhkəməyə şikayət etdiyini demişdir. Lakin buna baxmayaraq bir müddət sonra bilmişdir ki, Zamiq onun işi ilə bağlı ali məhkəməyə şikayət etməmiş, əksinə onu aldatmışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayında 1000 manat, 2023-cü ilin aprel ayında isə 200 manat sonuncunun hazırda xatırlamadığı kart hesabına yükləmişdir. Qəbzləri pulu göndərdikdən sonra atmışdır. Təqsirləndirilən şəxs işi ilə bağlı ona heç bir köməklik göstərməmişdir. İş materiallarında olan Zərdab RİH-i Zərdab şəhər Mənzil İstismar Sahəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı (xx.xx.2012-ci il və xx.xx.2018-ci il təvəllüdlü) vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyan tam olaraq ödənilmişdir. Onunla barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 00:50-də Bakı şəhər ərazisində tutularaq Ağcabədi rayon polis şöbəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Ağcabədi rayon polis şöbəsinin MSY-dən azad edilmişdir. İş materiallarında olan Zərdab rayon X5 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli 18-1- 79/2-8/2024 nömrəli məktubundan görünür ki, Zərdab şəhərində anadan olmuş, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Zərdab RMX Poliklinika şöbəsinin narkoloji və psixiatriya kabinetində dispanser qeydiyyatında durmur. Məhkəmə, iş üzrə şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-nin 178.2.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, özünü təqsirli bilərək törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş zərəri tam ödədiyini və onlarla barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını və cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında, yəni 1300 manat məbləğində pul dövlət büdcəsinə ödənildiyini nəzərə alaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim olunmuş X12 rayon filialının xx.xx.2024-cü il tarixli 11132 nömrəli qəbzinin surətindən görünür ki, Təqsirləndirilən şəxs adından cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında, yəni 1300 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadəsini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş zərəri tam ödədiyini və onlarla barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, həmçinin Təqsirləndirilən şəxs adından cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında, yəni 1300 manat məbləğində pulun dövlət büdcəsinə ödənilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, onun CM-nin 178.2.2-ci maddəsi üzrə cinayət təqibinə xitam verilməsi, cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş materiallarında olan xx.xx.20243-cü il tarixli qərardan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmiş, onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin icraatı Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Zərdab rayonu ərazisində tutularaq aidiyyəti üzrə Ağcabədi rayon polis şöbəsinin X10 təhvil verilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı tam olaraq ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında, yəni 1300 manat pulu dövlət büdcəsinə ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində AR CM-nin 178.2.2-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekpertiza xərci yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2.2, 43.3, 73-1.2, 321, 321.2.1, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin; barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 30 iş saatı üçün 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Quliyev
Məhkəmə qərarları › İş №1(017)-36/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-36/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver