Məhkəmə qərarları › İş №1(017)-38/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-38/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-38/2023 22.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş hquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 2004-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Ağcabədi rayonunun Şahsevən kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində Ağcabədi rayonunun Şahsevən kəndində yerləşən Ağcabədi rayon Şahsevən kənd tam orta məktəbinin inzibati binasına pəncərədən keçməklə qanunsuz daxil olaraq müəllimlər otağından bir ədəd 100 manat dəyərində Çin Xalq Respublikası istehsalı olan “LG” markalı, 20M37A modelli və 50 sm diaqonallı monitoru, 01 ədəd 10 manat dəyərində Çin Xalq Respublikası istehsalı olan “A4TECH” markalı, “KRS-83” modelli klaviaturanı oğurlayaraq yaşadığı Ağcabədi rayonunun Şahsevən kəndindəki evə aparmış, bundan sonra cinayətkar niyyətini davam etdirərək qeyd edilən məktəbin inzibati binasına pəncərədən keçməklə qanunsuz daxil olub müəllimlər otağından bir ədəd 800 manat dəyərində “Mercury” markalı sistem idarəedicisini oğurlamaq istəyərkən həmin binada mühafizəçi işləyən Şahid2 onu binanın dəhlizində saxladığından özgə əmlakını gizli olaraq talamaqdan ibarət niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 29 sentyabr 2022-ci il tarixdə pula ehtiyacı olduğu üçün əvvəllər oxuduğu Ağcabədi rayonunun Şahsevən kəndində yerləşən məktəbdə müəllimlər otağında quraşdırılmış kompüteri oğurlamaq qərarına gəlmişdir. Həmin gün saat 21 radələrində evdən çıxıb məktəbin həyətinə getmiş, məktəbin pəncərisinə quraşdırılmış şüşəni özü ilə gətirdiyi dəmir parçası ilə çıxarıb kənara qoymuşdur. Həmin vaxt hava qarnlıq olduğu üçün özü ilə fənər də götürmüşdür. Bundan sonra, pəncərədən məktəbin sinif otağına daxil olmuş, sinif otağından məktəbin dəhlizinə keçərək müəllimlər otağının qapısının yanına gəlmişdir. Müəllimlər otağının qapısının üzərində olan nəfəslikdə quraşdırılmış şüşəni əlində olan dəmir parçası ilə açmaq üçün qapının qarşısına stol gətirmişdir. Həmin stolun üzərinə çıxıb şüşəni çıxarıb qapının yanında yerləşən zibil qutusunun içərisinə qoymuşdur. Bundan sonra, həmin nəfəslikdən müəllimlər otağına daxil olmuş, müəllimlər otağında sağ tərəfdə yerləşən masanın üzərindən bir ədəd kompüter monitoru və 01 ədəd klaviaturanı götürüb yaşadığı evə aparmışdır. Bundan sonra, kompüter prosessorunu da oğurlamaq üçün yenidən məktəbə gəlib müəllimlər otağının nəfəsliyindən içəri daxil olmaq istəyən zaman səs gəldiyini, məktəbin qapısının kilidinin açıldığını eşidib dərhal dəhlizin sol tərəfində, ikinci sinif otağına girib qapının arxasında gizlənmişdir. Sonradan adını bildiyi məktəbin mühafizəçisi Şahid2 məktəbin qapısını açıb dəhlizə girmiş və ucadan “çıx görüm kimsən” sözlərini demişdir. O, da gizlənməyin mənasının olmadığını fikirləşərək otaqdan çıxmışdır. Həmin vaxt Şahid2 könüllü olaraq törətdiyi əməli etiraf etmiş, oğurladığı kompüterin evində olduğunu demişdir. Elburus da onun yanında məktəb direktoru Zərərçəkmiş şəxs zəng edib bu barədə məlumat vermişdir. Elbrusla birlikdə onun yaşadığı evə gedərək oğurladığı monitor və klaviaturanı götürüb təhvil vermişdir. Hazırda oğurladığı bir ədəd monitoru və klaviaturanı qaytarmış və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmışdır. Əməlindən peşmandır və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ağcabədi rayon Şahsevən kənd tam orta məktəbin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2021-ci ildə həmin məktəbi bitirmişdir. 29 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı evdə olarkən məktəbin mühafizəçisi Şahid2 onunla telefon əlaqəsi saxlayaraq Ağcabədi rayonunun Şahsevən kənd sakini Təqsirləndirilən şəxs məktəbdən oğurluq edərkən tutduğunu bildirmişdir. Bundan sonra, məktəbə getmiş, Elburus ona məktəbin qarçısından keçən zaman məktəbin binasında fənər işığının yandığını görüb məktəbin binasına daxil olarkən Təqsirləndirilən şəxs məktəbdən kompyuter dəstini oğurlamaq istədiyini görüb onu saxladığını, Feruzun yaşadığı evə gedərək Feruzun məktəbdən oğurladığı 01 ədəd “LG” markalı kompüter monitorunu və 01 ədəd “TECH” markalı kompüter klaviaturasını məktəbə gətirdiyini demişdir. Bundan sonra o, bu barədə kənd icra nümayəndəsi Şahid5 məlumat vermiş və daha sonra Ağcabədi rayon Polis Şöbəsinə gələrək hadisə barədə ərizə vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində Ağcabədi rayon Təhsil şöbəsinə dəymiş ziyan tam olaraq ödənilmiş və hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Fehruz oğlu ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayon Şahsevən kəndində yaşayır. 29 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində evə gələrkən evdə olan döşəmənin üzərində kompüter monitoru və klaviaturanın olduğunu görüb arvadı İlhamədən həmin əşyaların kimə məxsus olduğunu soruşmuşdur. İlhamə oğlu Feruzun monitorla klaviaturanı bir neçə dəqiqə bundan əvvəl evə gətirdiyini, həmin əşyaları Feruza Bakı şəhərindən göndərildiyini demişdir. Bundan bir neçə dəqiqə sonra yaşadığı evin qarşısında avtomobilin dayandığını və oğlu Feruzu avtomobildən düşərək evə gəldiyini və evdə olan bir ədəd monitoru və bir ədəd kompüter klaviaturasını götürüb küçəyə çıxdığını görüb Feruzdan həmin əşyaları hara apardığını soruşmuşdur. Feruz da həmin əşyaları yoldaşlara verəcəyini demişdir. Bundan sonra o, şübhələnməyə başlamış və Feruzun dalınca küçəyə çıxmışdır. Küçədə Şahsevən kənd tam orta məktəbində mühafizəçi işləyən Şahid2 görüb ondan nə baş verdiyini soruşmuş, lakin Elburus ona heç bir söz deməmişdir. Bundan sonra, oğlu Feruzdan nə baş verdiyini soruşmuş, Feruz da ona heç bir söz deməmişdir. Bundan bir neçə dəqiqə sonra kənd icra nümayəndəsi Şahid5 onunla telefon əlaqəsi saxlayaraq Feruzla birlikdə icra nümayəndəliyinin binasına gəlmələrini demiş, Feruzla birlikdə icra nümayəndəliyin inzibati binasına getmiş və həmin vaxt ona məlum olmuşdur ki, oğlu Feruz evdə olan həmin 01 ədəd “LG” markalı kompüter monitorunu və 01 ədəd “TECH” markalı kompüter klaviaturasını məktəbdən oğurlamış, yenidən məktəbə qayıdaraq “Mercury” markalı sistem idarəedicisini də oğurlamaq istəyərkən məktəbin mühafizəçisi işləyən Şahid2 tərəfindən saxlanılmışdır. Oğlu Feruz bu hərəkətini anasının xəstəliyi ilə əlaqədar pula ehtiyac olduğu üçün etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ağcabədi rayon Şahsevən kənd tam orta məktəbində mühafizəçi işləyir. 29 sentyabr 2022ci il tarixdə saat 22 radələrində özünə məxsus avtomobillə məktəbin qarşısından keçərkən məktəbin içərisində fənər işığının yanmasını görüb məktəbə getmişdir. Məktəbin dəhlizində ucadan “çıx görüm kimsən” sözlərini işlətmiş və həmin vaxt Ağcabədi rayonunun Şahsevən kənd sakini Təqsirləndirilən şəxs məktəbin sinif otağından çıxmışdır. Təqsirləndirilən şəxs məktəbdə nə axtarmasını soruşarkən Feruz məktəbdən bir ədəd kompüter monitoru və bir ədəd klaviaturanı oğurlayıb evlərinə apardığını və indi də kompüter prosessorunu oğurlamaq istədiyini etiraf etmişdir. Bundan sonra, məktəbin direktoru Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi saxlayaraq hadisə barədə məlumat vermiş, Feruzla birlikdə Feruzun yaşadığı evə getmişlər və Feruz məktəbdən oğurladığı bir ədəd kompüter monitorunu və bir ədəd klaviaturanı gətirib ona təhvil verdi. O, da həmin avadanlıqları götürüb məktəbə gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Şahsevən kəndində yaşayır. 29 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində oğlu Feruz əlində sellofan torba ilə evə gəlmiş, həmin torbada nə olduğunu soruşarkən Feruz ona torbanın içərisində 01 ədəd kompüter klaviaturası və 01 ədəd kompüter monitoru olduğunu, həmin əşyaları dostlarının Bakı şəhərindən ona göndərdiklərini demişdir. Bundan sonra, Feruz evdən çıxıb getmiş və bir neçə dəqiqə sonra əri Şamil də evə gəlmişdir. Bundan bir qədər sonra Feruz da evə gəlmiş və bir qədər əvvəl gətirdiyi monitorla klaviaturanı götürüb yoldaşlara verəcəyini deyərək evdən çıxmışdır. Sonradan ona məlum olmuşdur ki, Feruz evə gətirdiyi 01 ədəd kompüter klaviaturasını və 01 ədəd kompüter monitoru Ağcabədi rayon Şahsevən kənd tam orta məktəbindən oğurlamış və yenidən məktəbə qayıdaraq kompüterin digər avadanlığını da oğurlamaq istəyərkən məktəbin gözətçisi tərəfindən tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Ağcabədi rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. Ağcabədi rayonu Şahsevən kəndinin ərazisi onun xidməti ərazisinə aid olduğundan o, həmin ərazidə baş verən hadisələr barədə həmin kəndin icra nümayəndəsindən mütəmadi olaraq məlumat alır. 29 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Ağcabədi RİHB-nın Ağcabədi rayon Şahsevən kəndi üzrə icra nümayəndəsi Şahid5 onunla telefon əlaqəsi saxlayaraq Ağcabədi rayon Şahsevən kənd tam orta məktəbindən həmin kənd sakini Təqsirləndirilən şəxs bir ədəd masaüstü kompüterin oğurlamağa cəhd edən zaman məktəbin mühafizəçisi Elburus adlı şəxs tərəfindən tutulmasını bildirmişdir. Bundan sonra o, icra nümayəndəliyinin inzibati binasına getmiş və həmin şəxsləri rayon polis şöbəsinə dəvət etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Ağcabədi rayon Şahsevən kənd sakini Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Ağcabədi rayon Şahsevən kənd tam orta məktəbindən 01 ədəd “LG” markalı kompüter monitorunu və 01 ədəd “TECH” markalı kompüter klaviaturasını oğurlayıb evlərinə aparmış və yenidən məktəbə qayıdaraq kompüterin digər avadanlığını da oğurlamaq istəyərkən məktəbin mühafizəçisi Şahid2 tərəfindən tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Ağcabədi RİHB-nın Ağcabədi rayon Şahsevən kəndi üzrə icra nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs uşaqlıq vaxtlarından tanıyır. 29 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Ağcabədi rayonu Şahsevən kənd tam orta məktəbinin direktoru Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi saxlayaraq işlədiyi məktəbdən bir ədəd masaüstü kompüterin kənd sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını demişdir. O, da Zərərçəkmiş şəxs icra nümayəndəliyinin inzibati binasına gəlməsini demişdir. Bir neçə dəqiqə sonra Tahir və məktəbin mühafizəçisi Elburus icra nümayəndəliyinin inzibati binasına gəlmişlər. Hadisə barədə öyrəndikdən sonra Feruzun atası Şamillə telefon əlaqəsi saxlayıb Feruzla birlikdə icra nümayəndəliyinə gəlmələrini demiş və həmçinin hadisə barədə kəndin polis sahə rəisi Şahid4 məlumat vermişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Ağcabədi rayon Şahsevən kənd tam orta məktəbindən 01 ədəd “LG” markalı kompüter monitorunu və 01 ədəd “TECH” markalı kompüter klaviaturasını oğurlayıb evlərinə aparmış və yenidən məktəbə qayıdaraq kompüterin digər avadanlığını da oğurlamaq istəyərkən məktəbin mühafizəçisi Şahid2 tərəfindən tutulmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2022-ci il tarixli, 9/7365 saylı rəyindən görünür ki, 01 ədəd “LG” markalı Çin Xalq Respublikası istehsallı olan kompüter monitorunun dəyəri 100 manat və 01 ədəd “TECH” markalı Çin Xalq Respublikası istehsallı olan kompüter klaviaturasının dəyəri 10 manat, 2022-ci ilin sentyabr ayına olan orta bazar qıyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 110 manat müəyyən edilir. Digər 01 ədəd “Mercury” markalı sistem idarəedicisinin haqqında ətraflı məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş "xxxx" Firmasının 20 noyabr 2022-ci il tarixli, 49 saylı məktubundan görünür ki, 01 ədəd “Mercury” markalı sistem idarəedicisinin pərakəndə bazar satış qiyməti 800 manat təşkil edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 15 noyabr 2022-ci il tarixli 692 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs DİSSOSİATİV-KONVERSİON POZUNTU, ÖZÜNÜKƏSMƏLƏRLƏ XBT 10 (psixi və davranış pozuntuluların beynəlxalq təsnifatı 10cu baxış) F44.8 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək və törətdiyi əməlin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 03 oktyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək, 29 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində Ağcabədi rayonunun Şahsevən kəndində yerləşən Ağcabədi rayon Şahsevən kənd tam orta məktəbinin inzibati binasına pəncərədən keçməklə qanunsuz daxil olaraq müəllimlər otağından bir ədəd 100 manat dəyərində Çin Xalq Respublikası istehsalı olan “LG” markalı, 20M37A modelli və 50 sm diaqonallı monitoru, 01 ədəd 10 manat dəyərində Çin Xalq Respublikası istehsalı olan “A4TECH” markalı, “KRS-83” modelli klaviaturanı oğurlayaraq yaşadığı Ağcabədi rayonunun Şahsevən kəndindəki evə aparması, bundan sonra cinayətkar niyyətini davam etdirərək qeyd edilən məktəbin inzibati binasına pəncərədən keçməklə qanunsuz daxil olub müəllimlər otağından bir ədəd 800 manat dəyərində “Mercury” markalı sistem idarəedicisini oğurlamaq istəyərkən həmin binada mühafizəçi işləyən Şahid2 onu binanın dəhlizində saxladığından özgə əmlakını gizli olaraq talamaqdan ibarət niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etməsi məhkəmə istintaqında tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötəri ki, o 29 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində Ağcabədi rayonunun Şahsevən kəndində yerləşən Ağcabədi rayon Şahsevən kənd tam orta məktəbinin inzibati binasına pəncərədən keçməklə qanunsuz daxil olaraq müəllimlər otağından bir ədəd 550 manat dəyərində Çin Xalq Respublikası istehsalı olan “LG” markalı, 20M37A modelli və 50 sm diaqonallı monitoru, 01 ədəd 89 manat dəyərində Çin Xalq Respublikası istehsalı olan “A4TECH” markalı, “KRS-83” modelli klaviaturanı oğurlayaraq yaşadığı Ağcabədi rayonunun Şahsevən kəndindəki evə aparmış, bundan sonra cinayətkar niyyətini davam etdirərək qeyd edilən məktəbin inzibati binasına pəncərədən keçməklə qanunsuz daxil olub müəllimlər otağından bir ədəd 800 manat dəyərində “Mercury” markalı sistem idarəedicisini oğurlamaq istəyərkən həmin binada mühafizəçi işləyən Şahid2 onu binanın dəhlizində saxladığından özgə əmlakını gizli olaraq talamaqdan ibarət niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2022-ci il tarixli, 9/7365 saylı rəyi ilə müəyyən edilmişdir ki, 01 ədəd “LG” markalı Çin Xalq Respublikası istehsallı olan kompüter monitorunun dəyəri 100 manat və 01 ədəd “TECH” markalı Çin Xalq Respublikası istehsallı olan kompüter klaviaturasının dəyəri 10 manat təşkil edir. Göründüyü kimi istintaq orqanı tərəfindən oğurlanmış əşyalardan 01 ədəd “LG” markalı Çin Xalq Respublikası istehsallı olan kompüter monitorunun və 01 ədəd “TECH” markalı Çin Xalq Respublikası istehsallı olan kompüter klaviaturasının dəyəri ekspert rəyində göstərilən məbləgdən artıq qeyd olunmuş və heç bir əsas olmadan ekspert rəyində göstərilən məbləğlər sübut növü kimi qəbul olunmamışdır. Odur ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2022-ci il tarixli, 9/7365 saylı rəyini 01 ədəd “LG” markalı Çin Xalq Respublikası istehsallı olan kompüter monitorunun və 01 ədəd “TECH” markalı Çin Xalq Respublikası istehsallı olan kompüter klaviaturasının dəyərini müəyyən edən mötəbər sübut kimi qəbul edir və həmin əşyaların dəyərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2022-ci il tarixli, 9/7365 saylı rəyində göstərilən dəyər kimi qiymətləndirir. Lakin, bu hal Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın tövsifinə heç bir təsir etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin dispozisiyasında oğurluğa görə məsuliyyət özgənin əmlakını gizli olaraq talandığı hallarda yaranır. Həmin Məcəllənin 177.2.3-cü maddələrinin dispozisiyasına görə məsuliyyət yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə yaranır. Həmin Məcəllənin 177-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, gəncliyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il tarixli 4 nömrəli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarına əsasən, məhkəmə təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut olan bir ədəd Çin Xalq Respublikası istehsalı olan “LG” markalı, 20M37A modelli, 50 sm diaqonallı monitorun və bir ədəd Çin Xalq Respublikası istehsalı olan “A4TECH” markalı, “KRS-83” modelli klaviaturanın ibtidai istintaq zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İşdə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar