Məhkəmə qərarları › İş №1(017)-38/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-38/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-38/2025 29.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, X6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 Hüseyn qızı və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1999-cu il tarixdə Ağcabədi rayonunun Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonunun Poladlı kəndində qeydiyyatda olmaqla həmin kəndə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs Ağcabədi rayonunun Poladlı kəndində yaşayan bibisi oğlu Zərərçəkmiş şəxs4 ilə aralarında olan söhbət zamanı sonuncunu Ağcabədi rayon Poladlı kənd tam orta məktəbində işə düzəldəcəyi adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2023-cü ilin mart ayında dəqiq günü və saatı istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs4 yaşadığı Ağcabədi rayonu Poladlı kəndi ərazisində yerləşən evində 5000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 5000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən Ağcabədi rayonunun Poladlı kəndində yaşayan bibisi oğlu Zərərçəkmiş şəxs4 ilə aralarında olan söhbət zamanı sonuncunun həyat yoldaşı X2 Ağcabədi rayon Poladlı kənd tam orta məktəbində işə düzəldəcəyi adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2023-cü ilin mart ayında dəqiq günü və saatı istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs4 yaşadığı Ağcabədi rayonu Poladlı kəndi ərazisində yerləşən evində 5000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 5000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən Ağcabədi rayonunun Poladlı kəndində yaşayan Zərərçəkmiş şəxs5 ilə aralarında olan söhbət zamanı sonuncunun həyat yoldaşı X4 Ağcabədi rayon Poladlı kənd tam orta məktəbində işə düzəldəcəyi adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 15 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə 4700 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 4700 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən Ağcabədi rayonunun Poladlı kəndində yaşayan X6 ilə aralarında olan söhbət zamanı sonuncunun qızı X12 Ağcabədi rayon Poladlı kənd tam orta məktəbində işə düzəldəcəyi adı ilə yalan vəd verməklə Narıngül Əliyeva ilə 4000 manata razılaşıb sonuncunun etibarından sui-istifadə edib aldadaraq 2023-cü ilin sentyabr ayında dəqiq günü və saatı istintaqa məlum olmayan vaxtda Narıngül Əliyevanın yaşadığı Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən evində 2000 manat, vahid niyyətlə 3-4 gün sonra dəqiq günü və saatı istintaqa məlum olmayan vaxtda Narıngül Əliyevanın yaşadığı Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən evində 2000 manat pulunu, ümumilikdə 4000 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxs Narıngül Əliyevaya 4000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 ilə 05 aprel 2024-cü il tarixdə günün birinci yarısında sonuncuya məxsus Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində görüşərək 36 baş xırdabuynuzlu heyvanları dəyərindən baha qiymətə, yəni 13000 manata razılaşaraq heyvanları damazlıq saxlamaq üçün alacağını və pulunu 18 aprel 2024-cü il tarixədək kredit götürüb verəcəyini vəd verib aldadaraq etibarından suiistifadə edib Zərərçəkmiş şəxs2 özünə məxsus 4000 manat dəyərində 17 baş, onun cinayətkar niyyətindən məlumatı olmayan sonuncunun bibisi Zərərçəkmiş şəxs3 Hüseyn qızının razılığı əsasında saxlaması və gələcəkdə satılması məqsədilə verdiyi 9000 manat dəyərində 19 baş, ümumilikdə 36 baş xırdabuynuzlu heyvanları ələ keçirib həmin heyvanları 2 gün sonra İmişli rayonu ərazisində yerləşən mal-qara alqı-satğısı bazarında real dəyərindən ucuz qiymətə, yəni 8000 manata sataraq, vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 4000 manat, Zərərçəkmiş şəxs3 Hüseyn qızına 9000 manat, ümumilikdə 13000 manat ələ keçirərək Zərərçəkmiş şəxs2 4000 manat, Zərərçəkmiş şəxs3 xeyli miqdarda, yəni 9000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs4 onun bibisi oğludur. Onun bir qədər borcu olduğu üçün pula ehtiyacı olmuş və həmin vaxtlarda Zərərçəkmiş şəxs4 5000 manat borc pul almışdır. Sonradan yenə pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs4 5000 manat da borc pul almışdır. Ümumilikdə Zərərçəkmiş şəxs4 10000 manat pul almışdır. Lakin, aldığı borcu qaytara bilməyəcəyini görüb həmin pulun qarşılığında Hicrəti və həyat yoldaşını işə düzəldəcəyini Zərərçəkmiş şəxs4 bildirmiş, Zərərçəkmiş şəxs4 də onunla razılaşmışdır. Hazırda Zərərçəkmiş şəxs4 aldığı 10000 manat pulu tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs4lə bağlı epizot üzrə özünü təqsirli bilir. X6 onun sinif yoldaşı Rafiqin anasıdır. O, X1 pul almamış və hər hansı işə düzəldəcəyi ilə bağlı vəd verməmişdir. X3 2600 manat borc pul almış və sonradan aldığım həmin 2600 manat pulu Rafiqə də qaytarmışdır. Pulu Rafiqə verərkən yanında heç kim olmamış və hazırda da Rafiqin harada yaşamasını bilmir. X16 onun bibisi oğludur. Nəriman Əliyevdən 4700 manat borc pul almış, sonradan Nəriman Əliyevə olan 4700 manat pulu qaytara bilməyəcəyini görüb həmin pulun qarşılığında onu işə düzəldəcəyini demişdir. Lakin, Nəriman Əliyevi heç bir işə düzəltməmişdir. X15 aldığı 4700 manat pulu qaytarmışdır. Ağcabədi rayonunun Hindarx qəsəbə sakini Zərərçəkmiş şəxs2 tanıyır. Zərərçəkmiş şəxs3 Hüseyn qızını isə ümumiyyətlə tanımır. Zərərçəkmiş şəxs2, xalası oğlu Mansurun vasitəsi ilə tanımışdır. 05 aprel 2024-cü il tarixdə Mansurla Zərərçəkmiş şəxs2 evinə getmiş və İsmayılın həyətində saxladığı 36 baş xırdabuynuzlu heyvanlara baxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs2 heyvanların ona məxsus olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2lə 36 baş xırdabuynuzlu heyvanları 12400 manata razılaşmış və heyvanları damazlıq saxlamaq üçün almışdır. Lakin, bir həftə sonra pula ehtiyacı olduğu üçün həmin heyvanları İmişli bazarına aparıb 8000 manata satmışdır. Həmin puldan Ağcabədi rayonnun Poladlı kəndində, yaşadığı enin qarşısında 1200 manatını Zərərçəkmiş şəxs2 vermişdir. Azadlığa buraxılacağı təqdirdə zərər çəkmiş şəxslərə ödənilməmiş qalan ziyanı da ödəyəcəyini nəzərə alaraq ona azadlıqdan məhrum etmə cəzası ilə əlaqədar olmayan və yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün qismən etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır və qohumluq münasibətləri vardır. Təqsirləndirilən şəxs ondan ayrı-ayrı vaxtlarda, iki dəfə 5000 manat, yəni 10000 manat borc pul almışdır. 2023-cü ildə Zakir həmin pulun qarşılığında onu və həyat yoldaşını işə düzəldəcəyini bildirmişdir. Lakin, bununla bağlı Təqsirləndirilən şəxs heç bir iş görməmiş və hər dəfə Zakirə zəng edib işin nə yerdə olduğu ilə maraqlanarkən, Zakir ona müxtəlif bəhanələr gətirmişdir. İşin düzəlmədiyini görüb Zakirdən verdiyi pulu tələb etmişdir. Zakir həbs olunandan sonra ailə üzvləri tərəfindən ona dəymiş 10000 manat ziyan tam olaraq ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, qızı X17 işsiz olduğu üçün Vəfanı işə düzəltmək istəmişdir. Təxminən 1 il budan əvvəl Zakir Mustafazədə onun yaşadığı evə gəlmiş və məktəbdə iş olduğunu, qızı Vəfanı məktəbdə işə düzəldəcəyini və bunun üçün 6000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt 6000 manat pulunun olmamasını Təqsirləndirilən şəxs demiş və onlar 4000 manata razılaşmışıar. Həmin puldan 2000 manatını yaşadığı evin həyətində Zakirə vermişdir. Bundan təxminən 4-5 gün sonra Zakir onun yaşadığı evə gələrək qalan 2000 manat pulu da verməli olduğunu demiş, o da qalan 2000 manat pulu taparaq Zakirə vermişdir. Zakir ondan pul alarkən 2023-cü ilin sentyabr ayında dərs açılarkən qızı Vəfanın işlə təmin olunacağını bildirmişdir. Həmin vaxtdax xeyli müddət keçməsinə baxmayaraq qızı işlə təmin olunmamışdır. Göstərdiyi kimi 4000 manat pulu iki dəfəyə Zakirə vermişdir. Ona dəymiş ziyan ödənilməmiş və həmin ziyanı da tələb edir. Hazırda Təqsirləndirilən şəxs həbs olunmasını istəmir, lakin ona dəymiş ziyanı tələb edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bibisi oğludur. 2023-cü ildə yaşadıqları Ağcabədi rayon Poladlı kəndi ərazisində yerləşən tam orta məktəb yenidən təmir edilmişdir. Həmin vaxtlarda Zakirlə görüşmüş və Zakirdən həyat yoldaşı Yenigül Hüseynovanı həmin məktəbdə işə düzəltməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs bunun üçün 5000 manat pul lazım olduğunu demiş və onlar 4700 manata razılaşmışlar. Bundan bir müddət sonra, dəqiq tarixini vatırlamadığı gündə Zakirlə görüşüb 4700 manat pulu Zakirə vermişdir. Lakin, Təqsirləndirilən şəxs heç bir iş görməmişdir. İşin düzəlmədiyini görüb Zakirdən verdiyi pulu tələb etmişdir. Hazırda ona dəymiş 4700 manat ziyan tam olaraq ödənilmiş, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onu bağışlamışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2024-cü ilin əvvəllərində şəhid ailəsi kimi ona Dövlət tərəfindən 19 baş xırdabuynuzlu heyvan verilmişdir. Həmin heyvanları saxlamaq üçün qaynı oğlu Zərərçəkmiş şəxs2 vermiş və İsmayıl da həmin heyvanları öz heyvanlarına qatıb saxlamışdır. 2024-cü ildə İsmayıl heyvanlara alıcı çıxdığı üçün satmaq istədiyini ona demiş, o da heyvanları satıb pulundan istifadə etmək istədiyi üçün İsmayıla razılıq vermişdir. Zərərçəkmiş şəxs2 heyvanları satmış və ona 9000 manat pul verəcəyini demişdir. Lakin, İsmayıl ona pul verməmişdir. Təqsirləndirilən şəxs görməmiş və onu tanımır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 söhbət etmişdir. Ona dəymiş 9000 manat ziyan ödənilməmişdir və ödənildiyi halda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmayacaqdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, əvvəllər bir və ya iki dəfə Təqsirləndirilən şəxs heyvan satmışdır. Onun özünə məxsus 17 baş, bibisi Zərərçəkmiş şəxs3 Hüseyn qızının 19 baş xırdabuynuzlu heyvanları olmuşdur. Aybənizin həmin heyvanları saxlamağa şəraiti olmadığı üçün Aybənizə məxsus heyvanlar o, saxlamışdır. 05 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı həyətə gələrək xırdabuynuzlu heyvan almaq istədiyini bildirmiş, Zakir onun həyətində olan heyvanlara baxmış, Zakirdən həmin heyvanları hansı məqsədlə almasını soruşarkən, Zakir həmin heyvanları damazlıq saxlamaq üçün aldığını demişdir. Həmin vaxt Zakir öz telefonu ilə anasına zəng etmiş, o Zakirin anası ilə də bu barədə danışmışdır. Bundan sonra, Zərərçəkmiş şəxs3 heyvanları satmaq istədiyini demiş, Aybəniz onunla razılaşmış və həmin 36 baş xırdabyuynuzlu heyvanları 13000 manata razılaşaraq Zakirə satmışdır. Zakir 13000 manat pulu 18 aprel 2024-cü il tarixdə verəcəyini bildirmişdir. Həmin pulun 9000 manatı Zərərçəkmiş şəxs3, 4000 manat isə onun pulu olmuşdur. Zakir həmin heyvanları damazlıq aldığını desə də, 06 aprel 2024-cü il tarixdə gecə saatlarında həmin heyvanları bazarda satdığını öyrənmiş və ona görə də Zakirin evinə gedərək pulunu və ya heyvanları tələb etmişdir. Lakin, Zakir onun və Aybənizin pulunu verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun kimi başqa şəxsləri də aldatmışdır və ona görə də o, da şikayət etmişdir. Təqsirləndirilən şəxs ona 1200 manat pul verdiyini göstərsə də, əslində ona heç bir məbləğdə pul verməmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmiş və həmin ziyanı da tələb edir. Təqsirləndirilən şəxs həbs olunmasını istəmir. Lakin ona dəymiş ziyanı tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Poladlı kənd tam orta məktəbində direktor vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun oğludur. Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdiyi üçün onun xeyli məbləğdə borcu olmuşdur. Oğlu Zakirin Zərərçəkmiş şəxs4 10000 manat, Zərərçəkmiş şəxs5 4700 manat borc almasından məlumatı olmuşdur. Bundan başqa, Zakir yaşadıqları evin həyətinə xırdabuynuzlu heyvanlar gətirmiş və sonradan həmin xırdabuynuzlu heyvanlar xəstələndiyi üçün aparıb satmışdır. Zakirin xırdabuynuzlu heyvanları nisyə aldığını bilməmişdir. Zakir xırdabuynuzlu heyvanları alarkən Zərərçəkmiş şəxs2lə telefon danışıqları olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Zakir xırdabuynuzlu heyvanları Zərərçəkmiş şəxs2 əvvəlcədən 2000 manat, qalanını isə sonradan hissə-hissə ayda 300 manat vermək şərti ilə nisyə almışdır. X5 oğlu Zakir sinif yoldaşı olmuşlar və Zakir Raqifdən də borc pul aldığını və sonradan qaytardığını eşitmişdir. Zakir kimisə işə dəzəltmək adı ilə pul alması barədə ona heç bir söz deməmişdir. X11 pul alması ilə bağlı məlumatı olmamışdır. Zərərçəkmiş şəxs4 10000 manat və Zərərçəkmiş şəxs5 4700 manat pulu tam olaraq ödəmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qayınıdır. Təqsirləndirilən şəxs tanıyır, əvvəllər Zakirlə İsmayılın arasında xırdabuynuzlu heyvanların alqı-satqısı olmuşdur. 05 aprel 2024-cü il tarixdə İsmayıl Dosduyev onunla telefon əlaqəsi saxlayaraq xırdabuynuzlu heyvanları satdığını, heyvanları avtomobilə yükləmək üçün ona kömək etməsini bildirmişdir. Zərərçəkmiş şəxs2 yaşadığı evə getmiş, İsmayılın həyətində olan 36 baş xırdabuynuzlu heyvanları köməkli avtomobilə yükləmişlər. 36 baş xırdabuynuzlu heyvanları Təqsirləndirilən şəxs gətirdiyi qazel markalı avtomobilə yüklədikdən sonra İsmayıldan heyvanları neçiyə satmasını soruşmiş, İsmayıl da heyvanları 13000 manata satdığını və Zakirin 18 aprel 2024-cü il tarixdə pulu verəcəyini ona demişdir. Sonradan ona məlum olmuşdur ki, Zakir İsmayıldan damazlıq kimi aldığı heyvanları bazarda dəyərindən ucuz qiymətə sataraq İsmayılın pulunu verməmişdir. 36 baş xırdabuynuzlu heyvanların təxminən yarısı İsmayılın bibisi Zərərçəkmiş şəxs3 Hüseyn qızına məxsus olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmədə iştirak etməsə də, şahid X8 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 4(017)-75/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 29 avqust 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 05 yanvar 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 10000 manat ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 4700 manat ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməllərini tam etiraf etməsə də, ona istinad edilən cinayətləri törətməsi iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, cinayət işinə əlavə edilmiş üzləşdirmə aparılması haqqında protokollarla öz təsdiqini tapmış və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsi barədə vermiş olduğu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməllərini şərh olunan qaydada törədərək Ağcabədi rayonunun Poladlı kəndində yaşayan bibisi oğlu Zərərçəkmiş şəxs4 ilə aralarında olan söhbət zamanı sonuncunu Ağcabədi rayon Poladlı kənd tam orta məktəbində işə düzəldəcəyi adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2023-cü ilin mart ayında dəqiq günü və saatı istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs4 yaşadığı Ağcabədi rayonu Poladlı kəndi ərazisində yerləşən evində 5000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 5000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi, təkrarən Ağcabədi rayonunun Poladlı kəndində yaşayan bibisi oğlu Zərərçəkmiş şəxs4 ilə aralarında olan söhbət zamanı sonuncunun həyat yoldaşı X2 Ağcabədi rayon Poladlı kənd tam orta məktəbində işə düzəldəcəyi adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2023-cü ilin mart ayında dəqiq günü və saatı istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs4 yaşadığı Ağcabədi rayonu Poladlı kəndi ərazisində yerləşən evində 5000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 5000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi, təkrarən Ağcabədi rayonunun Poladlı kəndində yaşayan Zərərçəkmiş şəxs5 ilə aralarında olan söhbət zamanı sonuncunun həyat yoldaşı X4 Ağcabədi rayon Poladlı kənd tam orta məktəbində işə düzəldəcəyi adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 15 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə 4700 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 4700 manat maddi ziyan vurmaqla dələduzluq etməsi, təkrarən Ağcabədi rayonunun Poladlı kəndində yaşayan X6 ilə aralarında olan söhbət zamanı sonuncunun qızı X12 Ağcabədi rayon Poladlı kənd tam orta məktəbində işə düzəldəcəyi adı ilə yalan vəd verməklə Narıngül Əliyeva ilə 4000 manata razılaşıb sonuncunun etibarından sui-istifadə edib aldadaraq 2023-cü ilin sentyabr ayında dəqiq günü və saatı istintaqa məlum olmayan vaxtda Narıngül Əliyevanın yaşadığı Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən evində 2000 manat, vahid niyyətlə 3-4 gün sonra dəqiq günü və saatı istintaqa məlum olmayan vaxtda Narıngül Əliyevanın yaşadığı Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yerləşən evində 2000 manat pulunu, ümumilikdə 4000 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxs Narıngül Əliyevaya 4000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi və təkrarən Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 ilə 05 aprel 2024-cü il tarixdə günün birinci yarısında sonuncuya məxsus Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində görüşərək 36 baş xırdabuynuzlu heyvanları dəyərindən baha qiymətə, yəni 13000 manata razılaşaraq heyvanları damazlıq saxlamaq üçün alacağını və pulunu 18 aprel 2024-cü il tarixədək kredit götürüb verəcəyini vəd verib aldadaraq etibarından sui-istifadə edib Zərərçəkmiş şəxs2 özünə məxsus 4000 manat dəyərində 17 baş, onun cinayətkar niyyətindən məlumatı olmayan sonuncunun bibisi Zərərçəkmiş şəxs3 Hüseyn qızının razılığı əsasında saxlaması və gələcəkdə satılması məqsədilə verdiyi 9000 manat dəyərində 19 baş, ümumilikdə 36 baş xırdabuynuzlu heyvanları ələ keçirib həmin heyvanları 2 gün sonra İmişli rayonu ərazisində yerləşən mal-qara alqı-satğısı bazarında real dəyərindən ucuz qiymətə, yəni 8000 manata sataraq, vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 4000 manat, Zərərçəkmiş şəxs3 Hüseyn qızına 9000 manat, ümumilikdə 13000 manat ələ keçirərək Zərərçəkmiş şəxs2 4000 manat, Zərərçəkmiş şəxs3 xeyli miqdarda, yəni 9000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs elan edilmiş 1-ci və 2-ci epizodlar üzrə barəsində cəza təyin edilməməli və ona qarşı irəli sürülmüş ümumi ittihamdan 1-ci və 2-ci epizodlar üzrə irəli sürülmüş ittihamlar xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 75.2-ci maddələrinə əsasən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətdiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək iki il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin), habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda (yəni, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə) məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə yuxarıda göstərilən işin faktiki hallarına, onlara tətbiq edilməli olan maddi və prosessual qanunvericilik normalarına, eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulduğu üçün böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxil olan 1-ci və 2-ci epizod üzrə, yəni zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 qarşı törətdiyi cinayət əməlini 2023-cü ilin mart ayında, istintaqa məlum olmayan gündə törətdiyinə, həmin əməllərə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti onların axımının başladığı 2023-cü ilin mart ayından hal-hazıradək iki il ötməklə keçdiyinə və ona qarşı irəli sürülmüş həmin ittiham üzrə özünü təqsirli bilmədiyinə görə məhkəmə tərəfindən təqsirli bilinməli olsa da, barəsində cəza təyin edilməməlidir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi 1-ci və 2-ci epizodlar üzrə cinayət əməllərinə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Bu səbəbdən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan 1-ci və 2-ci epizodlar üzrə, yəni zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 qarşı etmiş olduğu dələduzluq əməlləri üzrə irəli sürülmüş ittihamlar xaric edilməlidir. Lakin, bu hal Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın tövsifinə heç bir təsir etmir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi ümumilikdə əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmış və onun həmin cinayət əməllərini törətməkdə təqsiri tam sübuta yetirmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət nəticəsində ümumilikdə vurulmuş 31700 manat ziyandan 14700 manatının ödənilməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2024-cü il tarixdən 26 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 24 avqust 2024-cü il tarixdən 26 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından həmçinin görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 avqust 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 29 avqust 2024-cü il tarixdən hesab edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində zərərçəkmiş şəxslərdən X6, Zərərçəkmiş şəxs3 Hüseyn qızı və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan ödənilməmiş və həmin zərərçəkmiş şəxslər tərəfindən mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Zərərçəkmiş şəxslər X6, Zərərçəkmiş şəxs3 Hüseyn qızı və Zərərçəkmiş şəxs2 göstərilən qanuna riayət etmədikləri üçün onlara izah edilməlidir ki, gələcəkdə təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməklə məhkəmədə iddia qaldırmaq hüquqları vardır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün hər iş saatına görə 11 manat hesab edilməklə 220 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və həmin maddələrlə ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 avqust 2024-cü il tarixdən 26 avqust 2024-cü il tarixə kimi tutularaq iki gün saxlanılması ona təyin olunmuş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 29 avqust 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 20 (iyirmi) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində (təqsirləndirilən şəxsə hökmün surəti təqdim edildiyi gündən) Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar