Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-39/2025 24.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X4 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X4 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Xanmuradova (İsgəndərova) Anarə Mirağa qızının iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərin anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-9719/2016 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117,00 manat alimentin və Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla həmin uşağın saxlanılması üçün alimentin miqdarı dəyişdirilərək hər ay 150,00 manat sabit pul məbləğində alimentin tutularaq Xanmuradova (İsgəndərova) Anarə Mirağa qızına ödənilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)-1019/2021 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(017)- 243/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək 11253,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Xanmuradova (İsgəndərova) Anarə Mirağa qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Xanmuradova (İsgəndərova) Anarə Mirağa qızı ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2014-cü ildə Valid adlı bir uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. Buna görə də 2015-ci il tarixdən Anarə ilə faktiki olaraq ayrılmışlar və sonuncu azyaşlı uşağı ilə birlikdə ata evinə köçərək orada yaşayır. Zərərçəkmiş şəxs ilə ailəli olduqları müddətdə suvaq ustası olaraq işləməklə hər aya 700,00 manat qazanıb. Ayrıldıqdan sonra Anarə ona qarşı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi ilə məhkəməyə müraciət etdiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-9719/2016 saylı qətnaməsinə əsasən ondan xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117,00 manat, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)-1019/2021 saylı qətnaməsinə əsasən alimentin miqdarı dəyişdirilərək ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla həmin uşağın saxlanılması üçün hər ay 150,00 manat sabit pul məbləğində alimentin tutularaq Xanmuradova (İsgəndərova) Anarə Mirağa qızına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Ağcabədi rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixli təqdimatda qeyd edilən cəmi 11253,00 manat aliment borcu yaranmışdır. Zərərçəkmiş şəxs ilə ayrıldıqdan sonra Bakı şəhərinin müxtəlif yerlərində, həmçinin sonuncu olaraq “Seabreeze” istirahət kompleksində suvaq ustası kimi işləyib və hər aya 1000-1500,00 manat qazanıb. Keçmiş arvadı Zərərçəkmiş şəxs birgə nikahdan olan uşağını onunla görüşməyinə şərait yaratmadığı üçün ona hirsli olduğuna görə aylıq qazancı olsa da aliment borcunu ödəməmişdir. Onun işi və aylıq qazancı olduğu üçün Məşğulluq mərkəzinə müraciət etməmişdir. Maddi imkanı yaxşı olmadığına görə aliment borcunu tam ödəyə bilməmişdir. Hazırda tutduğu əməlindən peşmandır, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Xanmuradova (İsgəndərova) Anarə Mirağa qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 2014-cü ildə Valid adlı bir uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Təqsirləndirilən şəxs ilə xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2015-ci ilin avqust ayında Təqsirləndirilən şəxs ayrılıb uşağı ilə birlikdə ayrı yaşayır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə sonuncu Bakı şəhərində müxtəlif yerlərdə fəhlə kimi işləməklə hər aya 500,00 manat qazancı olurdu. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşağının saxlanılması üçün ona heç bir maddi köməklik göstərməmiş və o, heç bir yerdə işləmədiyi üçün uşağını təkbaşına saxlamaqda çətinlik çəkib. Ona görə atasının maddi yardımı ilə uşağını saxlayırdı. O, Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi ilə iddia qaldırmış və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-9719/2016 saylı qətnaməsinə əsasən ondan xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117,00 manat, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)-1019/2021 saylı qətnaməsinə əsasən alimentin miqdarı dəyişdirilərək Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla həmin uşağın saxlanılması üçün hər ay 150,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağcabədi rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixli təqdimatda qeyd edilən cəmi 11253,00 manat aliment borcu yaranmışdır. O, qeyd edilən borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərində yaşamasını və fəhlə işləməklə hər aya 600,00 manat qazanc əldə etməsini qeyd etmişdir. Hazırda borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-9719/2016 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117,00 manat, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)-1019/2021 saylı qətnaməsinə əsasən alimentin miqdarı dəyişdirilərək Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla həmin uşağın saxlanılması üçün hər ay 150,00 manat sabit pul məbləğində alimentin tutularaq Xanmuradova (İsgəndərova) Anarə Mirağa qızına ödənilməsi qət edilmişdir. Qətnamələr qüvvəyə mindikdən sonra icra olunması üçün Ağcabədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnamələrini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnamələri icra olunmamışdır. Qətnamələr borclu tərəfindən icra olunmadığı üçün Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(017)-243/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarının icrasını təmin etməmiş və xx.xx.2024-cü il tarixədək tələbkar Xanmuradova (İsgəndərova) Anarə Mirağa qızına cəmi 11253,00 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(017)-243/2024 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən qanuni qüvvəyə minmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-9719/2016 saylı və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)-1019/2021 saylı qətnamələrini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün keçmiş arvadı Xanmuradova (İsgəndərova) Anarə Mirağa qızının onların birgə nikahdan olan övladları xx.xx.2014-cü il təvəllüdlü X6 ilə ünsiyyətdə olmağına imkan və şərait yaratmadığına görə aliment borcunu ödəmədiyini dəlil olaraq göstərsə də ünsiyyət hüququnun təmin edilməsi üçün məhkəməyə müraciət etməsini sübut edən hər hansı sənəd təqdim etməmişdir. İbtidai istintaq zamanı, yəni 15 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmiş, lakin o, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət təqibi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. İbtidai istintaq zamanı, yəni xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq Nərimanov rayon Polis Şöbəsinin MSY-nə təhvil verilməsi barədə məlumat verilmiş və xx.xx.2025-ci il tarixdə cinayət işi üzrə icraat təzələnərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan icra vərəqəsinin surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-9719/2016 nömrəli qətnaməsi icraya yönəldilmişdir. İş materiallarında olan icra vərəqəsinin surətindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)-1019/2021 nömrəli qətnaməsi icraya yönəldilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, məhkəmə tərəfindən verilmiş icra vərəqəsi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan borclunun axtarılması barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, məhkəmə tərəfindən verilmiş icra vərəqəsi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan borclunun axtarılması barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə xx.xx.2023-cü 3(017)-416/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs borcun vaxtında ödənilməsini təmin etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan borclunun axtarılması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü 3(017)-243/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs borcun vaxtında ödənilməsini təmin etməmiş, bununla əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 15 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində nümayəndəliyə ərizə və şikayət xarakterli müraciət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X7 Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində qeydiyyatı mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli qərarının 8.2 bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzürlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməmiş və barəsində xx.xx.2025-ci il tarixdə məcburi gətirilmə tətbiq edilmişdir. İş materiallarında olan Ağcabədi RPŞ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə gətirilməsi mümkün olmamışdır. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs həbs olunana kimi dayandırılmışdır. İş materiallarında olan Ağcabədi RPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri ərazisində saxlanılaraq aidiyyəti üzrə Ağcabədi RPŞ-nin MSY-nə təhfil verilmişdir. İş materiallarında olan Ağcabədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrini inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində təqsirləndirilən şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxsin bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Birbaşa qəsdlə törədilmiş cinayətlər isə öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə başqa cinayətlərdən fərqlənir. Belə ki, bu tip cinayətlərdə şəxs öz iradəsi ilə cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara qarşı yönəlmiş antisosial davranış formasını seçir və bunu aydın surətdə dərk etməklə şüurlu şəkildə ictimai münasibətlərdə mənfi dəyişikliklər yaratmaq məqsədi güdərək, onlara qəsd edir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Digər tərəfdən, bu əməllə demokratik cəmiyyət və ədalət mühakiməsinin fundamental hüquqlarından biri olan ədalətli məhkəmə araşdırması hüququ real mahiyyət kəsb etməyən xəyali bir hüquqa çevrilir. Məhkəmə qərarlarının icra olunmaması uzanan cinayətdir. Təqsirləndirilən şəxsin bunu dərk etməsi və uzun zaman ərzində məhkəmə aktlarını qərəzli olaraq icra etməməsini davam etdirməsi, bununla ədalət mühakiməsinin nüfuzuna zərbə vurması və şəxsin ədalətli məhkəmə araşdırması hüququnu davamlı olaraq pozması, zərərçəkmiş şəxsin məhkəmə çəkişməsini udduqdan sonra onun bu uduşdan yararlanmasına bilərəkdən maneələr yaratması onların ictimai təhlükəliliyini daha da artırır. Bu hallar təqsirləndirilən şəxsin psixikasında cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd davranış formasının model davranışa çevrilməsini və bu davranışın onların anticəmiyyət yönümünün məntiqi nəticəsi olmasını göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunanlar təqsirləndirilən şəxsin cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olmamalarını, eyni zamanda islah olunmağa meylli olmamalarını göstərir. Ona görə də o, cəmiyyət üçün təhlükəlidir və onun islah olunması üçün cəzaya məruz qalmasına lüzum vardır. Yalnız bu halda cəzanın məqsədlərinə çatmaq, yəni sosial ədalətin bərpasına, xüsusi və ümumi prevensiya şərtlərinə və həmin şəxslərin islah olunmasına nail olmaq mümkündür. Məhkəmə hesab edir ki, ədalət mühakiməsi cəmiyyətin fundamental dəyərlərinin qorunub saxlanması və bərpa olunmasına, insan toplumunun hüquq və azadlıqlardan yararlanmasına xidmət edən əhəmiyyətli bir mexanizmdir. Ədalət mühakiməsi isə dövlət adından çıxarılan konkret qərarlarda öz əksini tapır. Konkret məhkəmə qərarlarının icra olunmaması ilə ədalət mühakiməsinin nüfuzuna zərbə vurmaqla, onun insan hüquq və azadlıqlarını qorunması və bərpa olunmasında yerinə yetirdiyi etibarlı mexanizm rolunu aşağı salır və nəticədə insanların bu mexanizmdən yararlanmasının real mahiyyəti heçə enir. Bu nüfuzun bərpa olunması isə insan hüquq və azadlıqlarının deklarativ deyil, real mahiyyət kəsb etməsi üçün son dərəcə vacibdir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə olaraq az ağır cinayət törətməsini, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması mümkünlüyünü, ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu müddət, yəni 2 (iki) gün (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə kimi) müddət bir günə bir gün hesabı ilə ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanmalıdır. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azadlıqdan məhrum etmə növündə cəzanın Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə mülki iddianın, maddi sübutun, ekspertiza xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçilərə (vəkillərə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il iki ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 30 may 2025-ci il tarixdən hesab edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 yanvar 2025-ci il tarixdən 30 yanvar 2025-ci il tarixədək tutulduğu iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla azadlıqdan məhrum etmə cəzasının iki günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəsisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddianın, maddi sübutun, ekspertiza xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 iş saatı üçün 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə X3 apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-39/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-39/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver