Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-4/2024 18.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X4 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X4 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 iştirakı ilə Təqsirləndirilən şəxs – (xx.xx.1984-cü il tarixdə Ağdam rayonunun Tağıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, məcburi köçkün, Ağdam rayonunun Tağıbəyli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 186.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs beynəlxalq yükdaşımalarla məşğul olan yük avtomobilinin sürücüsü olaraq idarə etdiyi “DAF FTXF 105 yük” markalı, **-JY-*** dövlət nömrə nişanlı, yəhərli-dartıcı hissədən və “KRONE SDP27” yarımqoşqu markalı, **-ZF-*** dövlət nömrə nişanlı tentli-furqon qoşqusu ilə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “Zdorovaya Naciya” OOO şirkətinə təhvil verilməsi üçün ona "xxxx" MMC tərəfindən “Zdorovaya Naciya” OOO şirkəti ilə bağlanmış xx.xx.2021-ci il tarixli “Beynəlxalq avtomobil xətlərində yüklərin daşınması ilə bağlı nəqliyyat xidmətlərinin göstərilməsinə dair” 019/2021 nömrəli müqavilə əsasən ona həvalə edilmiş bir ədədi 2,04 manat (1,20 ABŞ dolları) olan 1,0 litr həcmində olmaqla ümumi dəyəri 979,2 manat (576,00 ABŞ dolları) olan 480 ədəd “Benature” nar şirəsi, bir ədədi 2,04 manat (1,20 ABŞ dolları) olan 1,0 litr həcmində olmaqla ümumi dəyəri 9792 manat (5760,00 ABŞ dolları) olan 4800 ədəd “samokat” nar şirəsi, bir ədədi 0,68 manat (0,40 ABŞ dolları) olan 0,2 litr həcmində olmaqla ümumi dəyəri 4896 manat (2880,00 ABŞ dolları) olan 7200 ədəd “samokat” nar şirəsi, bir ədədi 1,955 manat (1,15 ABŞ dolları) olan 1,0 litr həcmində olmaqla ümumi dəyəri 3753,6 manat (2208,00 ABŞ dolları) olan 1920 ədəd “samokat” üzüm şirəsi, bir ədədi 2,04 manat (1,20 ABŞ dolları) olan 1,0 litr həcmində olmaqla ümumi dəyəri 3916,8 manat (2304,00 ABŞ dolları) olan 1920 ədəd “vkusvill” nar şirəsi, bir ədədi 0,68 manat (0,40 ABŞ dolları) olan 0,2 litr həcmində olmaqla ümumi dəyəri 4896 manat (2880,00 ABŞ dolları) olan 7200 ədəd “vkusvill” nar şirəsi, cəmi dəyəri 28233,6 manat (16608,00 ABŞ dolları) olan "xxxx" şirkətindən alınmış, şüşə butulkalarla doldurularaq paletlərə yığılmış nar və üzüm şirələrini Ağsu rayonu, Pirhəsənli kəndində, şirkətin zavodunda təhvil almış, həmin şirələrdən 22 fevral 2022-ci il tarixdə Mingəçevir şəhərində bir ədədi 2,04 manat (1,20 ABŞ dolları) olan 1,0 litr həcmində olmaqla ümumi dəyəri 1285,2 manat (756,00 ABŞ dolları) olan 630 ədəd “samokat” nar şirəsi və bir ədədi 0,68 manat (0,40 ABŞ dolları) olan 0,2 litr həcmində olmaqla ümumi dəyəri 897,6 manat (528,00 ABŞ dolları) olan 1320 ədəd “samokat” nar şirələrini mənimsəyərək, ümumi dəyəri 2182,8 manat (1284,00 ABŞ dolları) olan meyvə şirələrini Mingəçevir şəhər sakini Şahid8 mənimsədiyi bütün əmlakı cəmi 1100 manata satmış, daha sonra isə törətdiyi mənimsəmə cinayətini gizlətmək məqsədi ilə 04 mart 2022-ci il tarixdə saat 04 radələrində idarə etdiyi avtomobilini “Samur” X8 yaxınlığında yolun uçurum hissəsində saxlayaraq dartıcını qoşqu hissəsindən ayırıb qəfil manevr etməklə qoşqu hissəsini qəsdən aşırdaraq qalan bir ədədi 2,04 manat (1,20 ABŞ dolları) olan 1,0 litr həcmində olmaqla ümumi dəyəri 979,2 manat (576,00 ABŞ dolları) olan 480 ədəd “Benature” nar şirəsi, bir ədədi 2,04 manat (1,20 ABŞ dolları) olan 1,0 litr həcmində olmaqla ümumi dəyəri 8506,8 manat (5004,00 ABŞ dolları) olan 4170 ədəd “samokat” nar şirəsi, bir ədədi 0,68 manat (0,40 ABŞ dolları) olan 0,2 litr həcmində olmaqla ümumi dəyəri 3998,4 manat (2352,00 ABŞ dolları) olan 5880 ədəd “samokat” nar şirəsi, bir ədədi 1,955 manat (1,15 ABŞ dolları) olan 1,0 litr həcmində olmaqla ümumi dəyəri 3753,6 manat (2208,00 ABŞ dolları) olan 1920 ədəd “samokat” üzüm şirəsi, bir ədədi 2,04 manat (1,20 ABŞ dolları) olan 1,0 litr həcmində olmaqla ümumi dəyəri 3916,8 manat (2304,00 ABŞ dolları) olan 1920 ədəd “vkusvill” nar şirəsi, bir ədədi 0,68 manat (0,40 ABŞ dolları) olan 0,2 litr həcmində olmaqla ümumi dəyəri 4896 manat (2880,00 ABŞ dolları) olan 7200 ədəd “vkusvill” nar şirələrini yararsız hala salıb, "xxxx" MMC-yə cəmi 26050,8 manat (15324,00 ABŞ dolları) məbləğində maddi ziyan vurmaqla qəsdən özgənin əmlakını məhv etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə 20 mart 2022-ci il tarixdə Yevlax rayonu, Gülövşə kənd sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 ilə Yevlax rayonu, Xaldan qəsəbəsində yerləşən sonuncuya məxsus gübrə anbarında görüşüb anbarda olan 200 kisə Karbamid və 200 kisə Azot gübrələri almaq istəyən tanışının olduğunu bildirərək, gübrələri Ağcabədi rayonuna çatdıracağı halda həmin şəxsə satıb pulunu göndərəcəyi ilə Zərərçəkmiş şəxs1la razılaşmış, bundan sonra xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 razılaşmaya əsasən bir kisəsi 21 manat olmaqla ümumi dəyəri 4200 manat olan 200 kisə Karbamid və bir kisəsi 44 manat olmaqla ümumi dəyəri 8800 manat olan 200 kisə Azot gübrələri, yəni ümumilikdə 13000 manat dəyərində olan 400 kisə gübrəni sürücü Şahid2 idarə etdiyi Kamaz markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yüklətdirib tanışı X5 müşayiəti ilə Ağcabədi rayonuna göndərmiş, Təqsirləndirilən şəxs Şahid2 Ağcabədi rayonu ərazisində qarşılayıb, Ağcabədi rayonu Hüsülü kənd ərazisində yerləşən “Oskar” yanacaq doldurma məntəqəsinin arxa hissəsinə aparmış, Şahid2 “Oskar” yanacaq doldurma məntəqəsinin arxa hissəsində Kamaz markalı avtomobili saxlamış, daha sonra Təqsirləndirilən şəxs həmin gübrələri gizli talamaq niyyətini həyata keçirmək məqsədilə Şahid2 və Şahid6 çay içmək bəhanəsi ilə idarə etdiyi avtomobillə Ağcabədi rayonu Hindarx qəsəbəsi istiqamətində apararaq yük avtomobilindən təxminən 3 km uzaqlaşdırmış, bundan sonra əvvəlcədən planlaşdırdığı oğurluq cinayəti nəticəsində əldə edəcəyi gübrəni satacağı Şahid1 mobil telefonuna zəng edərək guya özünə məxsus Kamaz markalı avtomobilə yüklətdirdiyi gübrəni satmaq üçün Ağcabədi rayonu Hüsülü kəndinin kənarında yerləşən “Oskar” yanacaq doldurma məntəqəsinin arxa hissəsində saxlatdırdığını, gedib oradan gübrələri yüklətirib aparmasını bildirmiş, onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid1 tapşırığı ilə əmisi Şahid5 yük avtomobili ilə həmin yerə gedib Kamaz markalı avtomobildə olan 13000 manat dəyərində 400 kisə gübrəni özləri ilə gətirdikləri yük avtomobilinə fəhlələr Şahid3 və Şahid4 Yaqub oğlu vasitəsilə yüklətdirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 13000 manat dəyərində əmlakını oğurlayıb ona xeyli miqdarda maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4 və 186.1-ci maddələri ilə ona elan edilmiş ittihamda özünü CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilməyərək, CM-nin 186.1-ci maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Ağdam rayonu, 4 Yol 1 qəsəbəsi, ev 340-da yaşayır, əvvəllər oğurluq və dələduzluq etdiyinə görə məhkum edilmişdir. Sonuncu dəfə dələduzluq etdiyinə görə Bərdə Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azad edildikdən sonra Mingəçevir şəhərində yerləşən “Veysəloğlu” şirkətində kamaz sürücüsü işləmişdir. 2021-ci ildə işdən çıxmışdır. İşdən çıxdıqdan sonra da ailəsi ilə birlikdə Mingəçevir şəhərində kirayədə yaşamışdır. Özü isə müxtəlif şəxslərə aid kamaz markalı avtomobilləri idarə etmişdir. Yevlax rayonu, Gülövşə kənd sakini Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Lakin Ağdam rayonu Mərzili kənd sakini, Mingəçevir şəhərində yaşayan Şahid1 təxminən 2022-ci ilin yanvar ayından tanımışdır. Elşadla təsadüfən Mingəçevir şəhərində çayçıda tanış olmuşdur. Tanış olanda Elşad ona demişdir ki, gübrə və taxıl alıb satmaqla məşğul olur. Elşad ondan xahiş etmişdir ki, gübrə və taxıl satan olsa ona məlumat versin. Elşad mobil telefon nömrəsini ona vermişdir. O da öz nömrəsini ona vermişdir. Bundan sonra ayrı-ayrı vaxtlarda bir neçə dəfə Elşadla görüşüb çay içmişdir. Elşadla görüşəndə yanlarında heç kim olmamışdır. 20 mart 2022-ci il tarixdə təxminən saat 09 radələrində Laçın rayon sakini kimi tanıdığı Bakı şəhərində yaşayan Mehman adlı şəxsə məxsus “Hunday Elantra” markalı nömrəsini xatırlamadığı avtomobillə Bakı şəhərindən Mingəçevir şəhərinə evinə gəlmişdir. Həmin gün saat 13 radələrində Bakı şəhərinə qayıdarkən Yevlax rayonu Xaldan qəsəbəsindən keçəndə görmüşdür ki, Bakı şəhəri istiqamətində yolun sağ kənarında lövhədə elan vardır. Elanda “gübrə satışı” sözləri yazılmışdır. Lövhənin yaxınlığında anbara girib satıcıdan satılan gübrənin kimə məxsus olduğunu soruşmuşdur. Satıcı Məzahirin mobil telefon nömrəsini ona vermişdir. Öz istifadə etdiyi 055 *** ** ** nömrə ilə Məzahirə zəng vurmuşdur. Ondan gübrənin satıb-satmadığını soruşmuş, Məzahir ona gübrəni satdığını demişdir. Ona demişdir ki, müştəri var gübrəni almaq istəyir, görüşsünlər. Məzahir ağ rəngli Prado markalı avtomobilə anbarın qarşısına gəlmişdir. Məzahir tək gəlmişdir. Onunla görüşüb birlikdə anbara girmişdir. Anbarda təxminən 1500 kisə Azot və Karbamid gübrələri var imiş. Məzahir ona demişdir ki, bu gübrələri satır, 50 kq-lıq bir kisə Azot gübrəsini 45 manata, 40 kq-lıq bir ədəd karbamid gübrəsini isə 25 manata satır. Ona demişdir ki, adam var danışsın ona deyəcəkdir. Bu qaydada Məzahirlə danışıb ayrılmış və avtomobilinə əyləşib Bakı istiqamətində yoluma davam etmişdir. Yolda olarkən istifadə etdiyi ********** nömrəsi ilə Elşada zəng edib demişdir ki, gübrə var. O da demişdir ki, alar. Elşad ona demişdir ki, 200 kisə azot və 220 kisə karbamidi Ağcabədi rayonuna gətirsin razılaşıb alacaqdır. Məzahirə zəng edib demişdir ki, gübrəni alanla razılaşmışdır. Səhər 200 kisə azot 220 kisə karbamid gübrəsini göndərsin Ağcabədi rayonuna, gübrələri satıb pulunu Məzahirə göndərəcəkdir. Məzahir də razılaşmışdır. Sonra telefonla Elşada demişdir ki, gübrəni hara gətirsin. Elşad demişdir ki, gətirsin Ağcabədi rayonuna. Elşadla görüşmək üçün avtomobili idarə edib Ağcabədi rayonu Hüsülü kəndinin yanına gəlmişdir. Elşad ona demişdir ki, Ergi yoluna gəlsin. Ona görə oraya gəlmişdir. Ağcabədi rayonuna gəldikdən sonra, yəni təxminən saat 16 radələrində Elşada zəng etmişdir. Elşad ona demişdir ki, gübrələr gələndə gələcəkdir. Məzahirə zəng etmişdir. Məzahir ona demişdir ki, gübrələri kamaza yüklətdirmişdir, ancaq sürücü tapa bilmir. Gübrələri səhər tezdən göndərəcəkdir. Elşada zəng edib demişdir ki, mal səhər gələcəkdir, sürücü yoxdur. Sonra Mingəçevir şəhərinə evinə qayıtmışdır. 21 mart 2022-ci il tarixdə səhər saat 05 radələrində yuxudan durub avtomobillə Ağcabədi rayonu Hüsülü kəndinin yanında asfalt yolun kənarında yerləşən Oskar yanacaqdoldurma məntəqəsinin yanına gəlmişdir. Oraya çatanda saat 09 radələri olardı. Elşada zəng edib demişdir ki, gübrə bir azdan gələcəkdir. Elşad demişdir ki, gübrə maşını gələndə gələcəkdir. Sonra Məzahirə zəng edib demişdir ki, gübrə maşınını yola salmısan? O da demişdir ki, hə göndərmişdir, yoldadırlar, çatanda ona zəng edəcəklər. Avtomobili idarə edib Hindarx qəsəbəsinə getmişdir. Orada tanımadığı yeməkxanda oturub şirinçay yemişdir. Saat təxminən 12 radələrinə kimi Hindarx qəsəbəsində həmin yeməkxanada olmuşdur. Saat 12 radələrində onun nömrəsinə tanımadığı nömrədən zəng gəlmiş, telefonu açmışdır. Danışan şəxs ona demişdir ki, Məzahirin sürücüsüdür. Ağcabədi rayonuna çatmışlar. Demişdir ki, Ağcabədi rayonunun girişində dörd yoldan dönsün Hindarx istiqamətinə onların qarşısına gəlir. Sonra o, Hindarxdan gəlib Hüsülü kəndini keçdikdən sonra görmüşdür ki, yol kənarında mavi rəngli kamaz markalı yük avtomobili dayanmışdır. Elşada zəng edib demişdir ki, gübrə maşını gəlmişdir. Kamaz sürücüsünün yanında bir nəfər tanımadığı adam vardır. Onlara demişdir ki, kamazı onun arxasınca sürsün. Onlar da kamazı onun arxasınca sürmüşlər. Hüsülü kəndinin kənarında yerləşən Oskar yanacaq doldurma məntəqəsinin yanına getmişdir. Orada avtomobili saxlamışdır. Oradan keçən zaman yolun kənarında tanışı X7 görmüşdür. Ruhini təxminən 4 il olar ki, Mingəçevir şəhər sakini kimi tanımışdır, yaxın münasibətləri yaranmışdır. Ruhidən soruşmuşdur ki, burada nə gəzir, Ruhi də ona demişdir ki, yas yerinə gəlmişdir, evə gedəcəkdir. Ruhinin avtomobili olmadığı üçün ona demişdir ki, gözləsin onun burada işi vardır, bir yerdə gedərlər. Sonra Kamaz gəlib orada dayanmışdır. Sürücüyə və yanında olan adama demişdir ki, gəlsin gedək çay içsinlər, gübrəni alan adam gələcəkdir. Onlar yaxınlıqdakı çayxananı göstərib demişlər ki, gedib orada çay içsinlər. Onları kamazdan uzaqlaşdırmaq üçün demişdir ki, bura yaxşı deyil gəlsinlər otursunlar onun maşınına, Hindarx qəsəbəsində yemək yeməyə getsinlər. Onlar da razılaşıb onun avtomobilinə oturmuş, onları Hindarx qəsəbəsinə yeməkxanaya aparmışdır. Ruhi isə Kamazın yanına getmişdir. Onlar yeməkxanda oturmuşdur. Bayıra çıxıb Elşada zəng etmişdir. Ona demişdir ki, kamaz oskarın yanındadır. Sürücünü və yanındakı adamı aldadıb Hindarx qəsəbəsinə aparmışdır. Gedib kamazdan gübrələri boşaldıb aparsınlar. Sonra ona məlumat versin. Elşad demişdir ki, kamaza fəhlə gətirib gübrələri boşaldıb aparacaqdır. Onlara yemək təklif etmişdir. Onlar yemək yeməmişlər. Çay içmişlər, özü isə xəngəl yemişdir. Onları orada təxminən 40 dəqiqə ləngitmişdir. Bundan sonra Elşadla telefonla danışmışdır. Elşad demişdir ki, gübrələri öz avtomobilinə yukləyib aparmışlar. Sürücünü və yanında olan adamı öz avtomobili ilə Oskarın yanına aparmışdır. Kamaza çatmamış avtomobili saxlamışdır. Onlara demişdir ki, kamazın yanına getsinlər. O, gedib gübrə alan müştərini gətirsin. Onları bu adla aldadıb avtomobili idarə edib Beyləqan istiqamətində getmişdir. Məqsədi hadisə törətdiyi yerdən uzaqlaşmaq olmuşdur. Yolda olarkən Elşada zəng edib demişdir ki, “bəs sən hardasan mənə pul göndərmirsən?”. Elşad demişdir ki, Ağcabədi rayonundadır, ona pulu göndərəcəkdir. Elşaddan harada olduğunu soruşmuşdur. Elşad ona demişdir ki, Ağcabədi rayonunun girişində 4 yolda onu gözləyir, gəlsin görüşsünlər. 4 yola getmişdir ki, Elşad Ruhi ilə birlikdə orada dayanmışdır. Onun yanında bir nəfər tanımadığı adam olmuşdur. Elşada demişdir ki, onun pulunu versin. Elşad onun maşınına oturmuş, 3500 manat pul vermişdir. Sonra Ruhi ilə birlikdə Mingəçevir şəhərinə getmişlər. Bundan başqa onun həyat yoldaşı X3 "xxxx" MMC-dən lizinq müqaviləsi əsasında **-JY-*** dövlət nömrə nişanlı, “DAF FTXF 105 yük” markalı Yəhərli-Dartıcı hissədən və **-ZF-*** dövlət nömrə nişanlı, “KRONE SDP27 YARİMQOŞQU” markalı TENTLİ-FURQON qoşqusunu lizinqə götürüb və hər ay Xəyalə 1300 manat pul ödəyir. xx.xx.2022-ci il tarixdə tanışı Nahid adlı şəxs ona zəng edərək Moskva şəhərinə yük aparmaq üçün iş olduğunu demişdir. Əvvəllər də onun üçün bu maşınla Moskva şəhərindən yük gətirmişdir. Həmin fura ilə 21 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Ağsu rayonu, Pirhəsənli kəndində yerləşən "xxxx" MMC-nin zavoduna getmiş və orada idarə etdiyi furaya 23520 şüşə (700 kaset) nar şirəsi yüklənilmişdir. O, həmin yükü RF-nın Moskva şəhərində yerləşən Sosenskoye poselenie ev Nikolo-Xovanskoye ünvanına aparmalı imiş. Bundan sonra o, Bakı şəhərinə gəlmiş və orada ona yol sənələri vermişlər və yola çıxmışdır. Yolda onun ağlına gəlmişdir ki, apardığı nar şirələrini Mingəçevir şəhərinə gətirib orada satıb pul əldə etsin. xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində furanı marşrutdan kənar Mingəçevir şəhərinə sürmüş və orada əvvəllər tanıdığı, Mingəçevir bazarında pərakəndə və topdan şəkildə ərzaq mallarının alqısatqısı ilə məşğul olan Akif adlı şəxsə zəng etmişdir, ona nar şirələrini pərakəndən satmaq istədiyini demişdir, özünü "xxxx" MMC-nin ekspeditoru kimi təqdim etmişdir. Akif onunla razılaşmışdır, hər 1 litrlik nar şirə şüşəsi üçün Akif ona 1 manat pul verəcəkdir, digər 0,2 litrlik nar şirəsinin bir ədədini 0,33 qəpiyə olmaqla hər kasseti üçün 8 manata ondan alacaqdır. Bundan sonra furanı Mingəçevir şəhəri H.Əliyev prospektində saxladığı yerə tanımadığı yol maşını ilə, yəni qazel sürücüsü ilə razılaşaraq hər birində 6 ədəd olmaqla 105 kaset 1 litrlik və hər birində 24 ədəd olmaqla 55 kaset 0,2 litrlik həcmində nar şirələrini yük avtomobilinə yığar. Mingəçevir şəhəri Ərəş küçəsində yerləşən Akifin anbarının qarşısında aparıb boşaltmış və Akifdən 1100 manat pul almışdır. Bundan sonra, Mingəçevir şəhəri və digər rayonlarda da digər şəxslərə də təklif etmiş, lakin onlar həmin malı almağa razı olmamışlar. Bundan sonra, Bakı şəhərində də bir neçə mağazaya təklif etmişdir, lakin heç kəs həmin meyvə şirələrini almamışdır. Bu zaman "xxxx"MMC şirkətinin nümayəndəsi Ruslan Yahyayevə telefonla yalandan Qusar rayonunda Gömrükdə növbə gözlədiyini demişdir. 03 mart 2022-ci il tarixdə, gecə saat 04 radələrində furanı Qusar rayonu, Samur qəsəbəsinə, Bakı-SDK yoluna sürmüş və yolun kənarında uçurumlu bir hissəsini seçib, furanı orada saxlamışdır. Bundan sonra furanın yəhərli-dartıcı hissəsini ayırmış və qəfildən manevr edərək avtomobili sürmüşdür, həmin vaxt avtomobilin qoşqusu yolun uçurum hissəsindən yerə aşırtmışdır ki, bu hadisə YNH-si kimi görünsün. Daha sonra elə həmin gecə Bakı şəhərinə oradan da Mingəçevir şəhərinə evinə qayıtmışdır. Bundan 2 gün sonra 06 mart 2022-ci il tarixdə ona Nahid zəng etmişdir və onu Qusara çağırmışdır, demişdir ki, idarə etdiyi furanın qoşqusu aşmışdır, Samur qəsəbəsindən bir adam tapmış və ona günə 50 manat pul vermişdir ki, qoşquya nəzarət etsin. Lakin gözətçiyə artıq pul vermədiyinə görə həmin işdən imtina etmişdir. Bundan sonra şirkət ona video görüntü atmışdır ki, furadan çox mal getmişdir. Şirkətə yalandan demişdir ki, fura özü aşıb və içindəki mal oğurlanmışdır. Lakin əslində içindəki 160 kaset nar şirələrini Mingəçevirdə Akif adlı şəxsə satmışdır. Qoşqunu Samur qəsəbəsində aşırdığı gün Gömrük Xidmətində ərizə yazaraq dartıcını qoşqudan ayırmışdır və Bakı şəhərinə getmişdir. Qoşqunu aşırdığı vaxt qoşqunun içərisindəki nar şirələrinin təxminən yarısı məhv olmuşdur, çünki nar şirələri şüşə butulkalarda olmuşdur. Bundan 4-5 gün sonra Şimal Gömrük İdarəsinin əməkdaşları, "xxxx"MMC-nin əməkdaşları ilə birlikdə qoşqunun qapısı açılmışdı, orada təxminən 350-400 kaset nar şirəsi salamat qalmışdır, hamısını da həmin şirkət “188” yük taksisi ilə möhürlənmiş halda Ağsu rayonuna aparmışlar. Gömrük əməkdaşları orada akt tərtib etmişlər. Bundan sonra qoşqu hissəsini Xocasən yolunda yerləşən bir ustanın yanına aparmışdır. Bundan sonra şirkət ondan 16000 ABŞ dollar ziyanı istəmiş, o da onlara hal-hazırda həmin pulu ödəyə bilmədiyini demişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 vurulmuş ziyan natura şəklində qaytarılmışdır. Zərərçəkmiş hüquqi şəxs kimi tanınmış "xxxx" MMC-yə heç bir zərər vurmamışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, nümayəndəsi olduğu şirkət beynəlxalq yük daşımaları ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə RF-da yerləşən "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Ağsu rayonunda yerləşən "xxxx" MMC tərəfindən 23520 şüşə (20718 kg) nar şirəsinin RF-nın Moskva şəhərində yerləşən Sosenskoye poselenie ev Nikolo-Xovanskoye ünvana daşınmasına sifariş alınmışdır. Bütün sənədləşmə işləri görüldükdən sonra xx.xx.2022-ci il tarixdə şirkət tanışları digər şirkətinin əməkdaşı Nahid adlı şəxs vasitəsi ilə X1 qismində işə cəlb etmiş və özünə məxsus iki hissədən ibarət olan **-JY-*** nömrə nişanlı, “DAF FTXF 105 yük” markalı, yəhərli-dartıcı hissədən və **-ZF-*** nömrə nişanlı “Krone SDP27” yarımqoşqu markalı tentli-furqon qoşqu hissəsindən ibarət olan nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Ağsu rayonu, Pirhəsənli kəndindəki fabrikindən nar və üzüm şirələri yüklənmiş və Təqsirləndirilən şəxs elə həmin tarixdə axşam saatlarında yola çıxmışdır. Şirkətin əməkdaşı Ruslan xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxslə əlaqə saxlamış və o, artıq Qusar rayonu Samur SKM-də olduğunu və 9-10 gün növbə gözləməli olduğunu bildirmişdir. Həmin ərəfələrdə Ruslan özü də maraqlanmış və yük maşınlarının çox olduğundan digər yük avtomaşınları da 9-10 gün gömrükdə gözləməli olduqlarını bilmiş, buna görə də sürücünün bu sözləri Ruslana şübhəli gəlməmiş, xx.xx.2022-ci il tarixdə Ruslan sürücü ilə əlaqə saxlamış və axşam növbəsi çatmalı olduğunu bildirmişdir. Səhəri gün xx.xx.2022-ci il tarixdə Ruslan sürücüyə zəng etmiş və gömrüyü keçib-keçməməsi barədə ona sual vermiş, lakin Təqsirləndirilən şəxs yük avtomobilinin radiatorunun nasaz olduğunu demiş, Ruslan da hansı səbəbə görə bunu indi dediyini soruşmuş, Ruslana radiatorunun deşildiyini və yük hissəsini saxlayıb dartıcı hissəsini təmir üçün Bakı şəhərinə ustanın yanına apardığını demişdir. Ruslan bundan sonra bu hadisə barədə rəhbərliyinə məlumat vermiş və hadisənin təfərrüatları haqqında məlumat almaq istəsə də Elvin zənglərə cavab verməmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə Ruslan “vatsap” ani mesajlaşma proqramında sürücülərin qrupuna atılmış bir video görmüş və həmin videoda “**-ZF-***” dövlət qeydiyyat nömrəli qoşqu hissəsinin yolun kənarında aşmış vəziyyətdə olduğunu və içindəki meyvə şirələrinin qoşqunun dam hissəsindən yerə dağıdıldığını görmüşdür. Bundan sonra Ruslan sürücü ilə bir daha əlaqə yaratmış, lakin əlaqə saxlaya bilməmişdir. Təqsirləndirilən şəxs Ruslanla tanış etdiyi Nahid adlı şəxslə əlaqə saxlamış və baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra Nahid özü Ruslanla əlaqə saxlamış və Elvinlə danışdığını, sonuncu yük avtomobilinin nasaz olduğundan qoşqu hissəsini yolun kənarında saxlayıb çıxıb getdiyini, qoşqusunun necə aşdığı barədə heç bir məlumatı olmadığını bildirmişdir. Bundan sonra şirkət tərəfindən bununla bağlı Qusar rayonu DYP və Şimal Regional Baş Gömrük İdarəsinə məlumat verilmiş, lakin hər iki qurum bununla bağlı sürücünün özünün gəlməli olduğunu bildirmişdir. Daha sonra 10 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs gömrük əməkdaşlarının nəzarəti altında qoşqusunu daşıyıb terminala yerləşdirmiş, daha sonra sürücü yükü digər “188” yük daşıma şirkətinin yük avtomobili vasitəsi ilə qalan malı "xxxx" MMC-yə göndərmişdir. Bundan sonra Ruslan "xxxx" MMC-nin əməkdaşları ilə əlaqə saxlamış, "xxxx" MMC-nin hüquqşünası Elşad Ruslanla əlaqə saxlamış və Mingəçevir şəhərində marketlərin birində işlədiyi şirkət tərəfindən yalnız ixrac üçün nəzərdə tutulmuş "xxxx" MMC-yə məxsus “Benature”, “Samokat”, “Vkusvill” markaları adı altında olan meyvə şirələrinin satıldığını görmüş, satıcıdan həmin malı haradan aldığı barədə soruşduqda sonuncu Elvin adlı şəxs tərəfindən həmin şirələrin satıldığını və gələcəkdə yenə istəsə gətirə biləcəyini söylədiyini bildirmişdir. Şirkətə vurulmuş ziyan ödənilməmişdir. Ona görə də "xxxx" MMC-nin Təqsirləndirilən şəxs qarşı mülki iddiasının təmin edilməsini və 26050,80 manat (15324,00 ABŞ dolları) və dövlət rüsumuna görə ödənilmiş 170 manat pulun alınaraq "xxxx" MMC-yə ödənilməsini xahiş etdi. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Gülövşə kəndində yaşayır, fərdi əməklə məşğul olur. Onun Şəki rayonu ərazisində 130 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsində taxıl əkib toxum istehsal edir. Əkdiyi taxıl bitkisinə görə dövlət tərəfindən ona 26000 manat dəyərində subsidiya olaraq gübrə verilmişdir. Həmin gübrənin bir hissəsini taxıl sahəsinə səpmiş, qalan hissəsini isə Yevlax rayonu, Xaldan qəsəbəsinin yaxınlığında yerləşən Aşağı Bucaq kəndində yerləşən özünə məxsus anbara yığmışdır. 20 mart 2022-ci il tarixdə saat 13 radələrində bir nəfər şəxs ona məxsus mobil nömrəyə ********** saylı mobil nömrədən zəng edərək adının Elçin olduğunu, onu tanıdığını deyib onunla görüşmək istədiyini bildirmişdir. O da həmin şəxslə Yevlax rayonu, Aşağı Bucaq kəndində yerləşən özünə məxsus dənli bitkilər toxumu anbarında görüşmüşlər. Həmin şəxs onun yanına gələrək özünü Elçin kimi təqdim edib onunla tanış olduğunu demişdir. O da həmin şəxsi tanımadığını demişdir. Elçin kimi özünü təqdim edən şəxs ona gübrə almaq istədiyini, onda gübrə olmasından xəbərinin olduğunu demişdir. O da Elçin kimi özünü təqdim edən şəxsə onda gübrə olduğunu, bəlkə satmaq fikrində olacağını demişdir. Həmin şəxs də ondan xahiş etmişdir ki, gübrəni ona satsın. O da özünü Elçin kimi təqdim edən şəxsə taxıl əkib-əkmədiyini soruşmuş, həmin şəxs də ona dmeişdir ki, “mən taxıl əkmirəm, lakin mənim tanışım var, 10000 ha torpaq sahəsində taxıl əkir. Səni də onunla tanış edərəm, gələcəkdə ondan toxum alarsan”. O da həmin şəxslə razılaşmış və özünü Elçin kimi təqdim edən şəxsə gübrəni alan şəxsin gəlməsini demişdir. Lakin həmin şəxs ona demişdir ki, gübrəni alan şəxs hazırda buraya gələ bilmir. Bu zaman o, Elçin adlı şəxsə gübrənin pulunu nağd şəkildə ödəməsini bildirmişdir. Elçin adlı şəxs isə ona demişdir ki, “sənin üçün nə fərqi var ki, sən gübrəni maşına yığdır, gübrəni aparıb həmin şəxsin ünvanına boşaldan zaman sənin pulunu verəcəkdir”. O, Elçin adlı şəxsə inandığı üçün onunla razılaşmışdır. Həmin günün səhəri, yəni 21 mart 2022-ci il tarixdə saat 08:30 radələrində 200 kisə karbamid, 200 kisə isə azot gübrəsini Şahid2 məxsus Kamaz markalı 03BJ745 dövlət qeydiyyat nişanlı yük avtomobilinə yüklətdirmişdir. Həmin gün təxminən 11:30 radələrində 400 kisə gübrəni Mustafanın yük avtomobili ilə həmkəndlisi Şahid6 ilə birlikdə Ağcabədi rayonuna yola salmışdır. Sonra isə Elçin adlı həmin şəxsə zəng edib gübrəni maşınla yola saldığını demişdir. Elçin adlı şəxs də ona demişdir ki, “narahat olma, gübrəni yola sal gəlsin, mən Ağcabədi rayonunda gözləyirəm. Sən sürücünün mobil nömrəsini mənə ver, mən sürücünün yol pulunu və gübrənin pulunu ona verəcəyəm”. Həmin günü, yəni 21 mart 2022-ci il tarixdə saat 15 radələrində Elçin adlı şəxsin ona zəng edərək sürücü ilə görüşdüyünü, birlikdə olduqlarını demişdir. Həmin vaxt sürücü Mustafa ona zəng edib demişdir ki, “Elçin adlı şəxs məni incidir, məni gah bir tərəf, gah da başqa bir tərəfə sürdürür, sonra da məni gözlədir”. O da Elçin adlı şəxsə zəng edib demişdir ki, əgər alınmırsa, maşını geri qaytarsın. Elçin də ona demişdir ki, “əmi narahat olma, malı boşaldıb pulunu da verəcəyəm gətirsin”. Bir müddət sonra Surxay ona zəng edib demişdir ki, Elçin adlı şəxs başlarını qatıb, gübrəni maşından boşaldıb aparıb. O da Surxaya demişdir ki, 102 xidmətinə müraciət etsin, özü də gəlir. Bundan sonra o, Yevlax rayonundan Ağcabədi rayon polis şöbəsinə gəlmişdir. Polis əməkdaşları müəyyən etmişlər ki, onu aldadan şəxsin adı Elçin yox, Elvindir. Elvin həmin gübrələri Ağdam rayonu, Ergi qəsəbəsində Elşad adlı şəxsə satmışdır. O, polis əməkdaşları ilə birlikdə Ergi qəsəbəsinə gedib Elşadın qohumu Ramizin həyətində olan tikiliyə yığdığı 400 kisə gübrənin hamısını Mustafanın kamaz markalı avtomobilinə yığıb aparmışdır. Ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. O 400 kisə gübrəni 2019-2020-ci illərdə hazırda adlarını xatırlamadağı gübrə satışı ilə məşğul olan bir neçə şirkətdən taxıl sahəsinə səpmək üçün almış, həmin gübrələrin 200 kisəsi karvamit, 200 kisəsi isə Azot gübrəsi olmuşdur. Karvamit gübrəsinin bir kisəsi 40 kq olmuş və bir kisəsini 21 manata almışdır. Azot gübrəsinin 1 kisəsi isə 50 kq olmuş və Azot gübrəsinin 1 kisəsini isə 44 manata almışdır. Ona ümumilikdə 13000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram göndərərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ona vurulmuş ziyanın tam ödənildiyini, xəstəliyi ilə əlaqədar məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Ağdam rayonu Mərzili kəndində qeydiyyatdadır, ancaq Mingəçevir şəhəri, H.Əliyev prospekti yeni salınmış köçkün qəsəbəsi, bina 8 mənzil 5-də yaşayır. Mingəçevir şəhərinin yaxınlığında yerləşən özünə məxsus fermada heyvandarlıqla məşğul olur. 20 mart 2022-ci il tarixdə Elvin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə ona məxsus ***-***-**-** nömrəyə zəng edərək, ondan gübrə alıb-almadığını soruşmuşdur. Elvinə gübrə olsa alıb Ağdam rayonu Ergi qəsəbəsində olan təsərrüfat sahəsinə verəcəyini demişdir. Elvin də ona demişdir ki, gübrə gəlməlidir, gübrə olsa ona deyəcəkdir. 21 mart 2022-ci il tarixdə Elvin ona yenidən zəng edib onda 200 kisə Karbamid gübrəsi, 200 kisə isə Azot gübrəsi olduğunu bildirmişdir. Elvindən gübrələrin kisəsinin neçə manat olduğunu soruşmuşdur. Elvin isə ona demişdir ki, Azot gübrəsinin bir kisəsinin qiyməti 25 manat, Karbamid gübrəsinin isə bir kisəsini 14 manat pula satır. Bu zaman Elvinlə razılaşmış və Elvindən gübrələri haradan götürəcəyini soruşmuşdur. Elvin isə ona gübrənin Kamaz markalı yük avtomobili ilə Ağcabədi rayonu ərazisinə gələcəyini, gübrəni oradan götürən zaman gübrələrin pulunu verəcəyini demişdir. Bu vaxt Elvinə gübrə gətirən Kamaz markalı yük maşınının gübrələri Ağdam rayonu Ergi qəsəbəsinə aparıb boşaltmasını demişdir. Elvin isə ona demişdir ki, Ergi qəsəbəsini tanımır, gəlsin Ağcabədi rayonu Hüsülü kəndinin yuxarı hissəsinə oradan gübrələri götürsün. Bu vaxt əmisi Şahid5 zəng edərək, gübrənin Ağcabədi rayonu Hüsülü kəndində yerləşən Oskar yanacaqdoldurma məntəqəsinin yanına gəldiyini, gedib gübrələri götürməsini demişdir. Şahid5 da ona demişdir ki, Kamaz markalı yük maşını ilə fəhlələri həmin yerə göndərəcəkdir. Şahid5 özünün də gələcəyini demişdir. Bundan sonra taksi ilə birlikdə Ağcabədi rayonu Hüsülü kəndi ərazisində yerləşən Oskar yanacaqdoldurma məntəqsinin yanına getmişdir. O, oraya çatanda saat təxminən 15 radələrində yanacaqdoldurma məntəqəsinin yanına gedən zaman gübrələri Kamaz markalı yük avtomobilindən əmisi Ramizin dediyi Kamaz markalı yük avtomobilinə fəhlələrin yığdığını görmüşdür. Taksidən düşüb onların yanına getmişdir, həmin vaxt gübrə gətirən yük avtomobilinin yanında olan bir nəfər eynəkli şəxsə yaxınlaşıb onun kim olduğunu soruşmuşdur, həmin şəxs də ona onun Elvinin göndərdiyini demişdir. Sonra gübrələr Şahid5 göndərmiş olduğu Kamaz markalı yük avtomobilinə yığılmış, həmin eynəkli şəxs də onun gəldiyi avtomobilə əyləşmişdir. Bu zaman Elvinə zəng edib harada görüşəcəklərini soruşmuşdur. Elvin isə ona demişdir ki, “gəl Ağcabədi rayonu Dörd Yol adlanan yerə”. O da taksi ilə həmin yerə getmişdir, orada Elvinə məxsus qara rəngli Hyundai Elantra markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Sonra isə həmin eynəkli şəxslə birlikdə taksidən düşüb Elvinin avtomobilinə əyləşmişlər. Həmin vaxt Elvinin avtomobilində, sürücü yerində Elvin, qabaq sərnişin yerində həmin eynəkli şəxs, arxa sağ sərnişin yerində isə o əyləşmişdir. Elvinə məxsus avtomobildə 7600 manat pul sayıb vermişdir. Sonra isə Elvinlə sağollaşıb Elvinin avtomobilindən düşmüş və taksiyə əyləşərək yaşadığı Mingəçevir şəhərinə qayıtmışdır. Mingəçevir şəhərinə çatan zaman əmisi Şahid5 ona zəng edərək, polis əməkdaşlarının onun yaşadığı ünvana gəldiyini, gübrələrin oğurluq olmasını dediyini bildirmişdir. Ramizə elə bir şeyin mümkün olmadığını deyib Elvinlə əlaqə saxlayacağını demişdir. Sonra isə Elvinlə əlaqə yaratmaq istəsə də Elvinə zəng çatmamışdır. Daha sonra isə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə müraciət edərək, Elvinin dələduzluq edərək ondan 7600 manat pul əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərdi ki, Ağdam rayonu Mərzili kəndində qeydiyyatdadır. Ancaq Ağdam rayonu Ergi qəsəbəsində yaşayır. Ergi qəsəbəsində özünə məxsus 18 hektar torpaq sahəsi vardır. Həmin torpaqda əkin işləri aparır. Bunlardan başqa Ergi qəsəbəsində özünə məxsus bitki dərmanı mağazası və ərzaq mağazası vardır. 21 mart 2022-ci il tarixdə saat 10 radələrində Mingəçevir şəhərində yaşayan qardaşı oğlu Şahid1 ona zəng edərək, demişdir ki, “bir nəfər var, Karbamid və Azot gübrələri satır”. O da Şahid1 həmin şəxsin gübrələri neçə manat pula satmasını soruşmuşdur. Şahid1 ona demişdir ki, “Həmin şəxs Karbamid gübrəsinin bir kisəsini 15 manat pula, Azot gübrəsinin isə kisəsini isə 35 manat pula satır”. Bu zaman o, Şahid1 gübrələri alacağını demişdir. Elşad isə ona demişdir ki, “Gübrə Kamaz markalı yük avtomobili ilə Ağcabədi rayonu Hüsülü kəndində yerləşən Oskar yanacaqdoldurma məntəqəsinin yanına gələcək gedib oradan gübrələri götürərsən”. O, Şahid1 gübrələrin pulunu kimə verəcəyini soruşmuşdur. Şahid1 da ona demişdir ki, “Mən gübrələrin pulunu verəcəyəm, sonra sən gübrələrin pulunu mənə verərsən”. Bundan sonra o, həmin günü yəni, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində qonşusu və həmkəndlisi X2 zəng edib ona gübrə gələcəyini, həmin gübrəni ona məxsus Kamaz markalı yük avtomobili ilə Ağcabədi rayonu Hüsülü kəndindən gedib gətirməyi demişdir. Qoşqar onunla 70 manat yol pulu müqabilində razılaşmışdır. Sonra həmin günü saat 15 radələrində o, 4 nəfər fəhlə, Ergi qəsəbə sakinləri Şahid4, Şahid3, Şəmistan Akif oğlu və Elvin Arzu oğlu ilə birlikdə özünə məxsus VAZ 2107 markalı 90-677 nömrəli avtomobilə Ağcabədi rayonu Hüsülü kəndində yerləşən Oskar yanacaqdoldurma məntəqəsinin yanına getmişdir. Qoşqarın oğlu Habil də atasının Kamaz markalı avtomobili ilə Hüsülü kəndinə Oskarın yanına gəlmişdir. Həmin vaxt o, Oskar yanacaqdoldurma məntəqəsinin yaxınlığında Kamaz markalı yük avtomobilinin yolun kənarında dayanmasını görmüşdür. Bu zaman o, avtomobilini yolun kənarında saxlamışdır. Kamaz markalı avtomobilin yanında bir nəfər eynəkli şəxs dayanmışdır. Eynəkli şəxs təxminən 170 sm boyunda, arıq bədən qurluşlu, təxminən 38-40 yaşlarında, üzü qısa tüklü, uzun sifətli, qarayanız kişi imiş. Həmin eynəkli adam onun avtomobilinə yaxınlaşıb gübrəni onun alacağını soruşmuşdur. O da həmin şəxsdən gübrənin harada olmasını soruşmuşdur. Həmin şəxs ona gübrənin Kamazda olduğunu demişdir. Bundan sonra fəhlələr həmin Kamaz markalı yük avtomobilindən 400 kisə gübrəni Şahid7 yük avtomobilinə yükləmişlər. Bundan sonra isə Şahid7 yük avtomobili ilə yaşadığı Ergi qəsəbəsinə gedərək 400 kisə gübrəni onun anbarına boşaltmışdır. Sonra isə polis əməkdaşları həmin yerə gəlib gübrələrin oğurluq olduğunu demişlər. Məhkəmə iclasında şahidlər Şahid3, Şahid4 və Şahid7 Şahid5 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid6 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu Gülövşə kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır və fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir və yaxın münasibətləri vardır. 20 mart 2022-ci il tarixdə gecə vaxtı Zərərçəkmiş şəxs1 ona zəng edərək, ondan Elçin adlı şəxs tanıyıb tanımadığını soruşdu. O da Məzahirə həmin şəxsin əlamətlərini təsvir etməsini demişdir. Məzahir isə həmin şəxsin arıq bədən quruluşlu, qarayanız oğlan olmasını demişdir. Bu zaman o, Məzahirə həmin şəxsi tanıdığını, həmin şəxsin adının Elçin olduğunu və Tır yük avtomobilin olduğunu demişdir. Məzahir isə ona demişdir ki, həmin Elçin adlı şəxs ondan 400 kisə gübrə Ağcabədi rayonuna aparıb onun dostuna satmağını xahiş etmişdir, ona gəlib səhər gübrə ilə birlikdə onu Ağcabədi rayonuna yola salmasını, gedib gübrəni Elçinə verməsini, pulu alıb gətirməsini demişdir. O da Məzahirlə razılaşmışdır. Həmin vaxt onun yük avtomobili yüklü olduğu üçün Məzahirə demişdir ki, başqa yük maşını tapıb onunla aparar. Məzahir də onunla razılaşmışdır. O da Ağdaş rayonunda yaşayan Kamaz sürücüsü dayısı oğlu Şahid2 zəng edib demişdir ki, səhər gəlsin Yevlax rayonu Aşağı Bucaq kəndinə Zərərçəkmiş şəxs1 anbarının qarşısına, oradan 400 kisə gübrəni yükləyib Ağcabədi rayonuna aparacaqlar. 21 mart 2022-ci il tarixdə saat təxminən 09 radələrində o, Mustafa idarə etdiyi Kamaz markalı avtomobillə Bucaq kəndinə Məzahirin anbarının qarşısına gəlmişdir. O da oraya getmişdir. Fəhlələr 400 kisə gübrəni Mustafanın avtomobilinə yükləmişlər. Həmin gün təxminən saat 14 radələrində o, Şahid2lə birlikdə Mustafaya məxsus Kamaz markalı yük avtomobili ilə Zərərçəkmiş şəxs1 məxsus 400 kisə gübrəni Ağcabədi rayonun Bərdə istiqamətində girişində yerləşən 4 yol adlanan yerə gəlmişlər. Gübrəni almaq istəyən Elçin adlı şəxs idarə etdiyi qarar rəngli Hunday markalı nömrəsini xatırlamadığı avtomobillə ora gəlib onları qarşılamışlar. Həmin şəxs onunla çox səmimi görüşmüşdür. O, Elçini Yevlax rayonu Xaldan qəsəbəsində Kərpic zavodda gördüyünü təxminən xatırlamışdır. Lakin onu dəqiq tanıya bilməmişdir. Elçin ona demişdir ki, onu Yaşar həkimin yanına göndərmişdir. O, təxmini xatırlamışdır ki, təxminən 3 il əvvəl elə bir iş olmuşdur. Lakin yenə onu dəqiq tanıya bilməmişdir. Elçin onlara demişdr ki, onun arxasınca gəlsinlər gübrə alan adam təxminən 2 km qabaqdadır. Onlar Elçinin idarə etdiyi avtomobillə Ağcabədi rayonu Hüsülü kəndinin girişində yerləşən Oskar yanacaqdoldurma məntəqəsinin yanına getmişlər. Elçin orada avtomobilini saxlamaqlarını demiş və onlara gedib nahar etmələrini təklif etmişdir. Onlar Elçinə demişlər ki, yemək yemişlər. Elçin onlara demişdir ki, çay içərlər. Onlar piyada yaxınlıqda görünən kafeyə tərəf getmək istəyəndə Elçin demişdir ki, onun avtomobilinə oturub avtomobillə getsinlər. Onlar da Elçinin avtomobilinə oturmuşlar. Elçin özü tək olmuşdur. Yanında heç kim olmamışdır. Elçin öz avtomobili ilə onu və Mustafanı Kamazı saxladıqları yerdən təxminən 3 km aralıda Hindarx qəsəbəsində adını xatırlamadığı yeməkxanaya aparmışdır. O, demişdir ki, burada yaxşı xəngəl verirlər. O da, Mustafa da demişdir, yemək yemirlər. Elçin demişdir ki, onda çay içsinlər, o isə bir xəngəl yeyəcəkdir. Elçin xidmətçiyə demişdir ki, xəngəli 15 dəqiqdən sonra gətirsin. Bu zaman Elçinin tetefonuna zəng gəlmişdir. Elçin bayıra çıxıb telefonla danışmışdır. Elçin bayıra çıxanda Mustafa ona demişdir ki, Elçinin hərəkətləri şübhəlidir. O, maşının yanına getsin. O da getməsini demişdir. Elçin içəri gələndə Mustafa demişdir ki, maşında sənədlər vardır, qapısı açıqdır. Elçin demişdir ki, “gündüz vaxtı maşına heç nə olmaz. Siz mənə etibar etmirsiniz?” Bu sözləri deyib Mustafanın getməsinə mane olmuşdur. Bir qədər sonra xəngəl gəlmişdir. Elçin çox yavaş-yavaş xəngəli yeməyə başlamışdır. Elçinin bu ləng hərəkətlərindən onlar şübhələnmişlər. Lakin bir söz deməmişlər. O, arada bayıra çıxıb kiminləsə tetefonla danışıb qayıdırmış. Təxminən 40 dəqiqə sonra Elçin xəngəl yedikdən sonra bayıra çıxıb onun maşınına oturmuşlar ki, getsinlər. Elçin geri verib dönə biləcəyi halda təxminən 5 dəfə avtomobili irəli geri sürmüşdür. O, başa düşmüşdür ki, Elçin nə isə onları ləngidir. Oradan Ağcabədi istiqamətində yola düşəndə Elçin maşını Hindarx qəsəbəsində marketin yanında yol ayrıcında saxlayıb demişdir ki, guya gübrə alan buradan gələcəkdir. Elçin orada düşüb mağazaya getmişdir. Təxminən 10 dəqiqədə orada ləngimişdir. Onun səbri daşmışdır. Elçinə demişdir ki, onları niyə ləngidir, gəlsin otursun. Elçin də gəlib maşına oturanda onun telefonuna mesaj gəlmişdir. O, mesajı oxuduqdan sonra maşını yüksək sürətlə idarə edib Mustafa ilə onu yük avtomobilinin yanına gətirmişdir və onları yolun kənarında avtomobilindən düşürərək, gedib gübrənin alıcısını götürüb gələcəyini deyib çıxıb getmişdir. Bundan sonra isə o, Mustafa ilə birlikdə avtomobilin yanına gələrkən Kamaz markalı avtomobilin arxa hissəsinə gübrə töküldüyünü görmüşlər. Bu zaman isə kamaz markalı avtomobilin arxasına baxarkən gübrələrin avtomobildə olmadığını müəyyən etmişlər. Sonra isə o, Zərərçəkmiş şəxs1 zəng edib məlumat vermişdir. Məzahir isə ona dərhal “102” Xidmətinə müraciət emtəyini demişdir. O da “102” Xidmətinə müraciət etmişdir. Bir neçə dəqiqədən sonra Ağcabədi RPŞ-nin əməkdaşları gəlmişər. Polis əməkdaşları müəyyən etmişlər ki, gübrəni Ağdam rayonu Ergi qəsəbəsində Ramiz adlı şəxs aparmışdır. Bir qədər sonra Məzahir də gəlmişdir. Onlar Ergi qəsəbəsinə getmişlər. Oradan 400 kisə gübrəni Mustafanın avtomobilinə yığıb aparmışlar. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid X10 ifadəsində göstərmişdir ki, Ağdaş rayonu Yeniarx kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır və fərdi əməklə məşğul olur. “Kamaz 53212 Yatacaqlı Yük” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil oğlu Toğrul Quliyevə məxsusdur. Həmin avtomobili etibarnamə əsasında özü idarə edir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. 21 mart 2022-ci il tarixdə saat 09 radələrində bibisi oğlu Şahid6 ona zəng edərək, Yevlax rayonu Xaldan qəsəbəsindən gübrə yığıb Ağcabədi rayonuna aparmağını demişdir. O da etibarnamə ilə idarə etdiyi oğluna məxsus Kamaz markalı avtomobil ilə Xaldan qəsəbəsinin yaxınlığında yerləşən Aşağı Bucaq kəndinə gedib kənddən Surxaya zəng etdikdən sonra idarə etdiyi avtomobilə Zərərçəkmiş şəxs1 məxsus anbara getmişdir. Fəhlələr həmin anbardan 400 kisə gübrəni onun avtomobilinə yükləmişlər. Bir qədər sonra anbar sahibi Məzahir oraya gəlmişdir. O, Məzahiri ilk dəfə orada görmüşdür. Məzahir ona demişdir ki, Surxay ona deyibmi gübrələri hara aparacaqlar? O da demişdir ki, hə, Surxayla danışmışdır. Məzahir ona 055 *** ** ** nömrəsini verib demişdir ki, bu nömrə Elçin adlı şəxsin nömrəsidir. 400 kisə gülərini Elçin ona sifariş verib. Elçin onları Ağcabədi rayonunda qarşılayıb gübrəni alıb pulunu onlara verəcəkdir. Məzahir ona demişdir ki, Elçin ümumilikdə 400 kisə gübrəyə görə onlara 13060 manat pul verəcəkdir. O da razılaşmışdır. 400 kisə gübrə onun avtomobilinə yükləndikdən sonra, yəni həmin gün təxminən saat 11 radələrində o, Şahid6la birlikdə Ağcabədi rayonuna yola düşmüşlər. Ağcabədi rayonuna çatmamış o, istifadə etdiyi 050 *** ** ** nömrəsi ilə Elçin adlı şəxsə zəng edib ondan harada görüşəcəklərini soruşmuşdur. Elçin ona demişdir ki, Bərdə istiqamətində Ağcabədi rayonunun girişində yerləşən 4 yoldan Hindarx qəsəbəsinə dönüb dayansın. O da oraya gələcəkdir. Həmin gün təxminən saat 14 radələrində o, Ağcabədi rayonuna 4 yola çatmışdır. Onlar orada təxminən 10 dəqiqə gözəldikdən sonra Elçin adlı şəxs qara rəngli Hunday Elantra markalı nömrəsini xatırlamadığı avtomobillə yanına gəlmişdir. O, öz idarə etdiyi avtomobildə tək olmuşdur. Elçin avtomobili onların avtomobilin arxasında saxlayıb yanlarına gəlmişdir. Soruşmuşdur ki, gübrə gətirən onlardırmı? O da demişdir ki bəli. Elçin demişdir ki, “gedək gübrəni təxminən 2 kilometr qabaqda boşaldacağıq”. Həmin vaxt Elçin onun yanında oturan Surxayı görmüşdür. Köhnə dostlar kimi Surxaya salam verib “Surxay dayı nətərsən məni tanımadın?” demiş, Surxay da tanımadığını demişdir. Elçin yenə mehribancasına “Surxay dayı bir dəfə mən xəstələnəndə mənə köməklik etmisən” demişdir. Lakin Surxay tanımadığını demişdir. Bundan sonra Elçin avtomobilini Hüsülü kəndi istiqamətində idarə etmişdir. Onlar da onun arxasınca Ağcabədi rayonu Hüsülü kəndində yerləşən Oskar yanacaqdoldurma məntəqəsinin yanına getmişlər. Elçin avtomobili saxlayıb düşmüşdür. Onlar da avtomobili saxlayıb aşağı düşmüşlər. Orada Elçin adlı şəxs Surxaya gübrəni alan şəxsin toyda olduğunu, həmin şəxsin toydan gələnə kimi birlikdə gedib çay içmələrini təklif etmişdir. Onlar piyada yaxınlıqda görünən çayxanaya tərəf getmək istəyəndə Elçin onlara demişdir ki, “gəlin oturun mənim maşınımla gedək”. O, yük avtomobilini yolun kənarında saxlayıb, Surxayla birlikdə, Elçinin avtomobilinə əyləşmişlər. Elçin avtomobili idarə edib onları Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən adını bilmədiyi yeməkxanaya aparmışdır. Onun avtomobilini saxladığı yerlə getdikləri yeməkxananın arasında təxminən 3 km məsafə olarmış. Elçin demişdir ki, burada yaxşı xəngəl verirlər. Onlar da demişlər ki, yemək yemişlər. Elçin demişdir ki, “siz çay için mən bir xəngəl yeyəcəm”. Həmin vaxt xidmətçi gəlmiş, Elçin xidmətçiyə xəngəl sifariş vermişdir. Lakin ona demişdir ki, xəngəli 15 dəqiqədən sonra gətirsin. Onlar isə çay içmişlər. Həmin vaxt Elçinin mobil telefonuna zəng gəlmişdir. O, bayıra çıxıb telefonla danışmışdır. Elçinin xəngəli 15 dəqiqə sonra sifariş verdiyi üçün o, şübhələnmişdir. Elçin bayıra çıxanda o, Surxaya demişdir ki, onlardan biri maşının yanına getsin. Bir qədər sonra Elçin içəri girəndə o Elçinə demişdir ki, maşınının qapıları açıqdır. O, taksi ilə maşının yanına getmək istəyir. Elçin demişdir ki, “sən bizə etibar etmirəsən? Gündüz vaxtı kimdir sənin maşınından nə isə götürsün?”. Elçin onları üzdən-gözdən salmış, buna görə o, gedə bilməmişdir. Həmin vaxt Elçinə xəngəl gəlmişdir. O xəngəli son dərəcə yavaş sürətlə yeyirmiş. Onlar başa düşmüşlər ki, Elçin nə isə vaxt artırır. Elçin onları yeməkxanada təxminən 30 dəqiqə ləngitmişdir. Yeməkxanadan bayıra çıxıb Elçinin avtomobilinə oturmuşlar. Elçin avtomobili arxaya verib dönüb yola çıxa bilərmiş, ancaq o avtomobili təxminən 5 dəfə lüzumsuz yerə irəli geri sürmüşdür. Sonra Elçin çox yavaş sürətlə avtomobili döndərmişdir. Onlar əsas yola çıxıb Ağcabədi istiqamətində yola düşəndə Elçin Hindarx qəsəbəsində küçədə avtomobili saxlayıb demişdir ki, gübrəni alan adam bu küçədən gələcəkdir. O avtomobili orada saxlamış və demişdir ki, mağazaya gedib su alacaqdır. Onlar maşında oturmuşlar. Elçin düşüb mağazaya getmişdir. Təxminən 10 dəqiqədə mağazada ləngimişlər. Onlar onu mağazadan çağırmaq istəyəndə görmüşdür ki, Elçin mağazanın həyətində telefonla danışır. Surxay Elçinə demişdir ki, gübrəni nə vaxt aparır, tez gəlsin. Elçin gəlib avtomobilə oturmuşdur. Həmin vaxt Elçinin telefonuna nə isə mesaj gəlmişdir. O, telefona baxıb maşını yüksək sürətlə idarə edib onları Oskar yanacaqdoldurma məntəqəsinin yanında saxladıqları yük avtomobilimin yanına gətirmişdir. Onların avtomobilindən təxminən 20 metr kənarda avtomobili saxlayıb onlara demişdir ki, gübrəni alan adam onu Sarayın qarşısında gözləyir. Onu iki dəqiqəyə götürüb gəlir. Elçin bunu deyib avtomobili idarə edib getmişdir. Bundan sonra isə o, Surxay ilə birlikdə avtomobilin yanına gələrkən Kamaz markalı avtomobilin arxa hissəsinə gübrə töküldüyünü görmüşlər. Bu zaman isə Kamaz markalı avtomobilin arxasına baxarkən gübrələrin avtomobildə olmadığını müəyyən etmişlər. Sonra isə Surxay Zərərçəkmiş şəxs1 zəng edib məlumat vermişdir. Məzahir isə Surxaya dərhal “102” Xidmətinə müraciət etməsini demişdir. Bir neçə dəqiqədən sonra Ağcabədi RPŞ-nin əməkdaşları onların yanına gəlmişlər. Polis əməkdaşları müəyyən etmişlər ki, gübrəni Ağdam rayonu Ergi qəsəbəsində Ramiz adlı şəxs aparmışdır. Bir qədər sonra Məzahir də gəlmişdir. Onlar da Ergi qəsəbəsinə getmişlər, oradan 400 kisə gübrəni onun avtomobilinə yığıb aparmışlar. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid8 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayının sonlarında Elvin onun Mingəçevir şəhər bazarında yerləşən ərzaq mağazasına yaxınlaşaraq özünü "xxxx" MMC-nin ekspeditoru kimi təqdim etmiş və nar şirələri satdığını bildirmişdir. O, nar şirələrini neçiyə satdığını soruşmuş, 01 ədəd bir litrlik nar şirəsinin bir ədədini 1 manata, 01 ədəd 0,2 litrlikdə nar şirəsinin bir ədədini isə 0,33 manata almağa razılaşmışdır. Bundan sonra Elvin hər birində 6 ədəd olmaqla 105 kaset 1 litrlik və hər birində 24 ədəd olmaqla 55 kaset 0,2 litrlik həcmində nar şirələrini onun anbarının həyətinə gətirmiş və bunun əvəzində 1100 manat pul almışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid9 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 46, mənzil 46-da ailə üzvləri ilə birlikdə yaşayır. "xxxx" MMC-də 2013-cü ilin avqust ayından etibarən menecer vəzifəsində işləyir. Həmin şirkət beynəlxalq yükdaşımalarla məşğul olur. xx.xx.2022-ci il tarixdə şirkətə Rusiya Federasiyasında yerləşən "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Ağsu rayonunda yerləşən "xxxx" MMC tərəfindən 23520 şüşə (20718 kg) nar şirəsinin RF-nin Moskva şəhərində yerləşən Sosenskoye poseleniye ev Nokolo- Xovanskoye ünvana daşınmasına sifariş almışlar. Bütün sənədləşmə işləri görüldükdən sonra 21 fevral 2022-ci il tarixdə şirkətin tanışı digər şirkətin əməkdaşı Nahid adlı şəxs vasitəsilə Təqsirləndirilən şəxs adlı şəxsi sürücü qismində işə cəlb etmişlər və o, özünə məxsus iki hissədən ibarət olan **-JY-*** dövlət qeydiyyat nişanlı DAF FTXF 105 yük markalı yəhərli-dartıcı hissədən və **-ZF-*** dövlət qeydiyyat nişanlı Krone SDP27 yarımqoşqulu markalı tentli-furqon qoşqu hissəsindən ibarət olan nəqliyyat vasitəsi ilə 21 fevral 2022-ci il tarixdə Ağsu rayonu Pirhəsənli kəndindəki fabrikindən nar şirələri malı yüklənmiş və Təqsirləndirilən şəxs həmin tarixdə axşam saatlarında yola çıxmışdır. O, 22 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxslə əlaqə saxlamış və Elvin ona artıq Qusar rayonu Samur SKM-də olduğunu və 9-10 gün növbə gözləməli olduğunu bildirmişdir. Həmin ərəfələrdə o, özü də maraqlanmış və yük maşınlarının çox olduğundan digər yük avtomaşınları da 9-10 gün gömrükdə gözləməli olduqlarını bilmiş, buna görə də sürücünün bu sözləri ona şübhəli gəlməmişdir. 02 mart 2022-ci il tarixdə o, sürücüyə zəng etmiş sürücü ona axşam növbəsinin çatmasını demişdir. Səhəri gün, yəni 03 mart 2022-ci il tarixdə o, sürücüyə zəng etmiş və gömrüyü keçib-keçməməsini soruşmuş, lakin Təqsirləndirilən şəxs avtomobilin radiatorunun nasaz olduğunu demiş, o da hansı səbəbə görə bunu indi dediyini soruşduqda ona demişdir ki, radiatoru deşilib və yük hissəsini saxlayıb, dartıcı hissəsini təmir üçün Bakı şəhərinə aparmışdır. Elvinin bu sözləri ona şübhəli gəlmiş, bu hadisə haqqında ona öncədən bildirməmişdir və gömrükdə növbəsi çatan ərəfədə bunu demişdir, həm də radiatoru xarab olan maşınla Bakıya getməsi ona inandırıcı gəlməmişdir. Bundan sonra o, bu hadisə barədə rəhbərliyinə məlumat vermiş və hadisənin təfərrüatları barədə məlumat almaq istəyəndə Təqsirləndirilən şəxs onun zənglərinə cavab verməmişdir. 04 mart 2022-ci il tarixdə o, “whatsapp”ani mesajlaşma proqramında sürücülərin qrupuna atılmış bir video görmüş və həmin videoda **-ZF-*** dövlət qeydiyyat nişanlı qoşqu hissəsinin yolun kənarında aşmış vəziyyətdə olduğunu və içindəki nar şirələri malın dam hissəsindən cırılmış yerdən dağıldığını görmüşdür. Bundan sonra o, sürücü ilə bir daha əlaqə yaratmış, lakin əlaqə saxlaya bilməmişdir. O, Təqsirləndirilən şəxs onlarla tanış edən Nahid adlı şəxslə əlaqə saxlamış və baş vermiş hadisə barədə ona məlumat vermişdir. Bundan sonra Nahid özü onlarla əlaqə saxlamış və Elvinlə danışmasını demiş, sonuncu yük avtomobilinin nasaz olması səbəbindən qoşqu hissəsini yolun kənarında saxlayıb getdiyini, qoşqusunun necə aşdığı barədə məlumatının olmadığını ona deməsini bildirmişdir. Bundan sonra onlar bununla bağlı Qusar rayon DYP və Regional Baş Gömrük İdarəsinə məlumat vermişlər, lakin hər iki qurum bununla bağlı sürücünün özünün gəlməli olduğunu onlara demişlər. Daha sonra 10 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs gömrük əməkdaşlarının nəzarəti altında qoşqusunu dəyişdirmiş və terminala yerləşdirmiş, daha sonra sürücü yükü digər “188” yük daşıma şirkətinin yük avtomobili vasitəsilə qalan malı "xxxx" MMC-yə göndərmişdir. Bundan sonra o, "xxxx" MMC-nin əməkdaşları ilə əlaqə saxlamış və yükü 80 faizi yoxa çıxmasını demişlər. Bundan sonra "xxxx" MMC-nin hüquqşünası Elşad müəllim onlarla əlaqə saxlamış və Mingəçevir şəhərində marketlərin birində işlədiyi şirkət tərəfindən yalnız ixrac üçün nəzərdə tutulmuş "xxxx" MMC-yə məxsus “Benature”, “Samokat” və “Vkusvill” markaları altında olan nar şirələrinin satıldığını görmüş və satıcıdan həmin malı haradan aldığı barədə soruşduqda ona Elvin adlı şəxs tərəfindən həmin şirələrin satıldığını və gələcəkdə yenə istəsə gətirə biləcəyini söylədiyini bildirmişdir. Bundan sonra onlar artıq başa düşmüşlər ki, Təqsirləndirilən şəxs qəza şəraitinin yaradıb daşınması üçün ona həvalə edilmiş nar şirələrini oğurlamışdır. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3832 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş içkilərin 2022-ci ilin mart ayında olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən olunur: -01 ədəd 1,0 litr həcmində “Benature” nar şirəsi -3,0 manat; -01 ədəd 1,0 litr həcmində “Camokat” nar şirəsi -3,0 manat; -01 ədəd 1,0 litr həcmində “Camokat” üzüm -3,0 manat; -01 ədəd 0,2 litr həcmində “Camokat” nar şirəsi -1,0 manat; -01 ədəd 0,2 litr həcmində “Bkycbill” nar şirəsi -1,0 manat. İş materiallarına əlavə olunmuş ekspertiza xərclərinə dair xx.xx.2022-ci il tarixli 9/3832 nömrəli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə olunmuş maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan və arayışdan görünür ki, cinayət işi üzrə hadisə yerindən götürülmüş 01 ədəd 1 litrlik və 01 ədəd 0,2 litlik şüşə butulkalar maddi sübut kimi tanınmış, məhkəmə qərarınadək saxlanması üçün Ağcabədi RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. İş materiallarına əlavə olunmuş “Əli” firmasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 2022-ci ilin mart ayı ərzində bir ədəd 40 kiloqram çəkidə olan Karbamid gübrəsinin pərakəndə bazar satış qiyməti 21 manat və bir ədəd 50 kiloqram çəkidə Azot gübrəsinin pərakəndə bazar satış qiyməti 44 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağdam rayon İHB-nın Güllücə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində nümayəndəliyə ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı (xx.xx.2010-cu il təvəllüdlü) vardır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam şəkildə təkzib edilmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 186.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə törətdiyi əməli qismən etiraf edib səmimi peşman olmasını, ziyanın qismən ödənilməsini, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, məcburi köçkün olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri cinayətlərin məcmusunu təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.2-cü maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə könüllü olaraq özünü Ağcabədi rayon Polis şöbəsinə təqdim etmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş, və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Qusar rayon Polis şöbəsinin müstəntiqinin şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində 1 (bir) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində həbs seçilmiş həbs qətimkan tədbiri xx.xx.2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuşdur. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09:10-da keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı könüllü olaraq özünü Ağcabədi rayon Polis şöbəsinə təqdim etdiyi üçün aidiyyəti üzrə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər ərazisində tutularaq aidiyyəti üzrə Ağcabədi rayon Polis şöbəsinin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməli qismən etiraf edib səmimi peşman olmasını, ziyanın qismən ödənilməsini, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, məcburi köçkün olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdə həbsdə saxlama müddətini, yəni 05 ay 19 gün müddəti nəzərə alaraq, bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəza çəkməsinin əvvəli 23 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzası da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə ekspertiza xərcini təşkil edən cəmi 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət işi üzrə hadisə yerindən götürülmüş və maddi sübut kimi tanınmış, Ağcabədi RPŞ-nin maddi sübutların saxlanma otağına saxlanılan 01 ədəd 1 litrlik və 01 ədəd 0,2 litlik şüşə butulkalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində "xxxx" MMC-yə vurduğu 2182,80 manat pul vəsaiti xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs arvadı X3 tərəfindən nağd şəkildə "xxxx" MMC-nin nümayəndəsinə ödənilmişdir. Məhkəməyə "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyana görə 26050,80 manat tələbinə dair mülki iddia verilmişdir. Məhkəmə hesab edir ki, mülki iddia təmin edilərək Təqsirləndirilən şəxs 26050,80 manat (15324,00 ABŞ dolları) və dövlət rüsumuna görə ödənilmiş 168,15 manat məbləğində pul alınaraq "xxxx" MMC-yə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdə həbsdə saxlama müddəti, yəni 5 (beş) ay 19 (on doqquz) gün müddəti nəzərə alaraq, bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkməsinin əvvəli 23 oktyabr 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə ekspertiza xərcini təşkil edən cəmi 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə hadisə yerindən götürülmüş və maddi sübut kimi tanınmış, Ağcabədi RPŞ-nin maddi sübutların saxlanma otağına saxlanılan 01 ədəd 1 litrlik və 01 ədəd 0,2 litlik şüşə butulkalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə "xxxx" MMC-nin mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 26050,80 manat (15324,00 ABŞ dolları) və dövlət rüsumuna görə ödənilmiş 168,15 manat məbləğində pul alınaraq "xxxx" MMC-yə ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-4/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-4/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver