Məhkəmə qərarları › İş №1(017)-40/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-40/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-40/2025 23.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X2 Şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs - xx xxxx 1976-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Ağcabədi rayonu, Kəhrizli kəndində qeydiyyatda olmaqla olmaqla həmin kənddə yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, hazırda Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs ilə aralarında olan söhbət zamanı sonuncunun oğlu Şahid 4000 manat müqabilində təqaüd düzəldəcəyini vəd edərək, 18 iyul 2024-cü il tarixdə saat 17:03-də Ağcabədi rayonu, Sarıcalı kəndi ərazisində yerləşən “Qardaş” marketdəki eManat ödəniş terminalı vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus 5522 0993 5891 4125 nömrəli karta 200 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 19 iyul 2024-cü il tarixdə saat 17:15-də Ağcabədi rayonu, Sarıcalı kəndi ərazisində yerləşən “Qardaş” marketdəki eManat ödəniş terminalı vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus 5522 0993 5891 4125 nömrəli karta 2000 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 22 iyul 2024-cü il tarixdə saat 12:07-də Ağcabədi rayonu, Sarıcalı kəndi ərazisində yerləşən “Qardaş” marketdəki eManat ödəniş terminalı vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus 5522 0993 5891 4125 nömrəli karta 200 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə dəqiq günü istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2024-cü ilin iyul ayının axırlarında günorta saatlarında Ağcabədi rayonu, Sarıcalı kəndi ərazisində yerləşən “Qardaş” marketdəki eManat ödəniş terminalı vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus 5522 0993 5891 4125 nömrəli karta 100 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, daha sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 11 sentyabr 2024-cü il tarixdə saat 11:27-də Ağcabədi rayonu, Sarıcalı kəndi ərazisində yerləşən “Qardaş” marketdəki eManat ödəniş terminalı vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus 4239 6756 1251 2446 nömrəli karta 400 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən vahid niyyətlə ümumilikdə 2900 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, Zərərçəkmiş şəxs tanıyır, qohumluğu və ədavəti olmamışdır. Təxminən 2024-cü ilin iyul ayında ona pul ehtiyac olduğu üçün tanışı Səyyafa zəng edib pul lazım olduğunu demiş, Səyyaf da Şərəfxanlı kəndində tanımadığı bir şəxsin evində təmir işləri gördürdüyü üçün onu həmin evə çağırmış, o da getmişdir. O orada Səyyafdan 2000 manat borc pul istəmiş, lakin Səyyaf pulu olmadığını demişdir. Onlar söhbət edən zaman Üzeyir də orada olmuş və söhbət əsnasında Üzeyir oğlunun təqaüd düzəltmək istədiyini demişdir. Onun pula ehtiyac olduğu üçün Üzeyirə tanışları vasitəsilə təqaüd düzəldə bildiyini demişdir. Onlar bu barədə ətraflı danışmış və təqaüdün düzəlməsi üçün ilkin olaraq 2500 manat pul verməsini və təqaüd düzəldikdən sonra əlavə də hörmət etməsini demişdir, Üzeyir də razılaşmışdır. O öz adına olan Azərbaycan Beynəlxalq Bankına məxsus 5522- 0993-5891-4125 nömrəli kartının şəkilini Üzeyirə göndərmiş, Üzeyir də 18 iyul 2024-cü il tarixdə saat 17:03-də həmin karta 200 manat, 19 iyul 2024-cü il tarixdə saat 17:15-də 2000 manat, 22 iyul 2024-cü il tarixdə saat 12:07-də 200 manat və 2024-cü ilin iyul ayınını axırlarında 100 manat pul göndərmişdir. Üzeyir ona razılaşdığı 2500 manat pulu vermişdir. O təqaüdün üç ay müddətində düzələcəyinə söz vermişdir. 2024-cü ilin sentyabr ayında Üzeyirlə əlaqə saxlayıb təqaüd üçün əlavə 400 manat pul vermək lazım olduğunu demiş, Üzeyir də 11 sentyabr 2024-cü il tarixdə saat 11:27-də onun digər Azərbaycan Beynəlxalq Bankına məxsus 4239 6756 1251 2446 nömrəli kartına 400 manat pul göndərmişdir. O Üzeyirdən aldığı pulları şəxsi ehityaclarına xərcləmiş, aradan üç ay keçmiş, artıq vəd etdiyi vaxt tamam olmuş, ona görə Üzeyir zəng edib təqaüdlə maraqlanmış, o da yaxında düzələcəyini demişdir. Sonradan Üzeyir pulu geri tələb etmiş, o da pulu qaytaracağını demiş, lakin imkanı olmadığı üçün qaytara bilməmişdir. O təqaüd düzəltməklə bağlı heç kimlə danışmamış, təqaüd düzəltməklə bağlı heç bir iş görməmiş, pulu özünə xərcləmişdir. Hazırda törətdiyi əmələ görə peşman olmasını və zərərçəkmiş şəxsə vurduğu zərərdən 1000 manat ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, qohumluğu və ədavəti olmamışdır. Onun kiçik oğlu Şahid 2020-ci il tarixdə Gədəbəy rayonunda hərbi xidmətdə olarkən təlim zamanı hava balonu partladığı üçün kəllə-beyin travması almış, sağ qulağı deşilmişdir. O Elşənin xəstəliyi ilə bağlı təqaüd düzəltmək istəmiş, lakin təqaüd üçün xəstəlik sənədi olmamışdır. Buna görə həmin sənədi düzəldə bilən adam axtarmışdır. O 2024-cü ilin iyul ayında Ağcabədi rayonu, Şərəfxanlı kəndində Səyyaf adlı şəxsin tanışının evində təmir işləri görmüş, orada işləyən zaman Səyyafa oğlu barəsində danışmış və xəstəliyi ilə bağlı təqaüd düzəltmək istədiyini və adam axtardığını demişdir. Səyyaf da qonşu Kəhrizli kəndindən Teymur adlı şəxsin təqaüd düzəldə bildiyini demişdir. O da Səyyafa onu Teymur ilə tanış etməsini demiş, Səyyaf Teymura zəng edib çağırmış, bir az sonra Teymur gəlmişdir, O Teymuru ilk dəfə orada görüb tanış olmuşdur. O Teymura da oğlu barəsində danışıb təqaüd düzəltmək istədiyini demişdir. Teymur da düzəldə biləcəyini demiş və bunun üçün 4000 manat pul istəmiş, o da razılaşmışdır. Onun o qədər imkanı olmadığı üçün Teymura pulu hissə-hissə verməyi demiş, Teymur da demiş ki, onda pulun 2500 manatını əvvəlcədən, qalan 1500 manatı isə təqaüd düzələndə verərsən, o da razılaşmışdır. O Elşənin lazımı sənədlərini toplayıb Teymurla danışmış, Teymur da pulu karta vurmağı demişdir. O İlkin olaraq 18 iyul 2024-cü il tarixdə saat 17:03-də Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşən “Qardaş” marketdəki E-manat terminalı vasitəsilə Teymurun 5.........4125 nömrəli kartına 200 manat pul göndərmiş, bundan sonra əlavə pul düzəldib 19 iyul 2024-cü il tarixdə saat 17:15-də Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşən “Qardaş” marketdəki E-manat terminalı vasitəsilə Teymurun 5.........4125 nömrəli kartına 2000 manat, 22 iyul 2024-cü il tarixdə saat 12:07-də Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşən “Qardaş” marketdəki E-manat terminalı vasitəsilə Teymurun 5.........4125 nömrəli kartına 200 manat, 2024-cü ilin iyul ayınını axırlarında Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşən “Qardaş” marketdəki Emanat terminalı vasitəsilə Teymurun 5.........4125 nömrəli kartına 100 manat pul göndərmişdir. O artıq Teymurla razılaşdığı 2500 manat pulu vermişdir. Teymur təqaüdün üç ay müddətində düzələcəyinə söz vermişdir. 2024-cü ilin sentyabr ayında Teymur əlaqə saxlayıb artıq təqaüdün düzəldəyini və əlavə olaraq hansısa həkimə 400 manat pul vermək lazım olduğunu demiş, o da 11 sentyabr 2024-cü il tarixdə saat 11:27-də Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşən “Qardaş” marketdəki E-manat terminalı vasitəsilə Teymurun 4.........2446 nömrəli kartına 400 manat pul göndərmişdir. Cəmi Teymura 2900 manat pul vermişdir. Aradan bir ay keçmiş, Teymurun vəd etdiyi vaxt tamam olmuş, Teymurla əlaqə saxlayıb təqaüdlə maraqlanmış, Teymur da narahat olmamağı, yaxında düzələcəyini demişdir. O bir müddət də gözləmiş, lakin təqaüd yenə də düzəlməmiş, bu qayda da bir neçə dəfə Teymurla əlaqə saxlaıyb təqaüdlə maraqlanmış, Teymur da hər dəfə müxtəlif bəhanələr gətirib təqaüdü düzəltməmişdir. O artıq başa düşmüş ki, Teymur onu aldadır, ona görə də Teymurdan pulu geri qaytarmasını tələb etmiş, Teymur da qaytaracağına söz vermiş, lakin qaytarmamışdır. Sonradan dəymiş zərərdən 1000 manat qaytarmış, lakin 1900 manat qalmışdır. Hazırda qalan 1900 manat pulunu tələb edərək onun tutulmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Ağcabədi Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin verdiyi xx.xx.2025-ci il tarixli, 18-1-23/2-167/2025 nömrəli məktubundan görünür ki, Məmmədov X4 rayon Mərkəzi Xəstəxanasında ruhi-əsəb və narkoloji kabinetlərdə qeydiyyatda durmurlar. İş materiallarında olan 22 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və 24 fevral 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 24 fevral 2025-ci il tarixli qərarla o, Ağcabədi RPŞ-nin MSY-dən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Ağcabədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs başqa işlə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərərdən qismən ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və dəymiş zərərdən qismən ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 fevral 2025-ci il tarixdən 24 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli bu gündən, yəni 23 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Ağcabədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınaraq hazırki cinayət işi üzrə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə və ekspertiza xərci yoxdur. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 15 iş saatı üçün 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 fevral 2025-ci il tarixdən 24 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla onun üzərində qəti cəza olaraq səkkiz ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli bu gündən, yəni 23 oktyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Başqa işlə işlə əlaqədar olaraq Ağcabədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 15 iş saatı üçün 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətə Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar