Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-43/2023 15.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs (xx.xx.1981-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, himayəsində 1 azyaşlı və 2 yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bərdə rayonunun Körpüqıran kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 14:05 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ 21063 minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə St.Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu Qaravəlli kənd ərazisindən keçən 78-ci kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötməli, qarşıda onunla eyni istiqamətdə eyni zolaqda hərəkətdə olan sağ zolaqda hərəkətdə olan QAZ 3302 111 markalı avtomobilin sola dönməyə başlamasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi VAZ 21063 markalı avtomobilin surətini azaltmalı, qarşı hərəkət zolağına çıxmamalı, sağa doğru təhlükəsiz manevr aparmaqla həmin nəqliyyat vasitəsinin sağ tərəfindən təhlükəsiz keçib getməli və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda bunu etməyərək ötmə əməliyyatı həyata keçirərək əks istiqamətli hərəkət zolağında yolun mərkəzi hissəsindən keçən ağ qırıq xətdən sola doğru 3.1 metr məsafədə sola doğru manevr edən Şahid3 idarə etdiyi QAZ 3302 111 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə sərnişin olmuş Zərərçəkmiş şəxs sağ dirsək oynağının arxa səthinin əzilmiş-didilmiş yarası, sol incik sümüyünün yerdəyişməyən sınığı, onurğanın qapalı travması, sağ mil sümüyünün boynunun yerdəyişməyən sınığı xəsarətləri ilə müşayiət edilən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Bərdə rayonunda yaşayır. Rəsmi olaraq hər hansı bir işdə işləmir, fərdi əməklə məşğul olur. Hadisə zamanı idarə etdiyi VAZ 21063 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs məxsusdur. Zərərçəkmiş şəxs arabir həmin avtomobili ona sürməyə verir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. xx.xx.2022-ci il tarixdə Namiq onu və tanışlarını Ağdam rayonuna aparmağı xahiş etmişdir. Həmin gün saat 14 radələrində Namiq, Samir və Elvini Ağdam rayonuna apararkən St.Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu Qaravəlli kəndindən keçən hissəsində hərəkətdə olarkən qarşıda hərəkətdə olan QAZ 3302 111 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin kəndin giriş hissəsində dayandığını görmüşdür. Həmin avtomobil orta xəttin yanında dayanmışdır. Sol hərəkət zolağına çıxmaqla ötmə edərkən ona çatmağa 15 metr qalmış həmin avtomobilin qəfildən sola dönməyə başlamışdır. Dərhal əyləci sıxsa da qəzadan yayınmaq mümkün olmamışdır. Avtomobilin ön tərəfi ilə həmin avtomobilin arxa sol tərəfindən vurmuşdur. Qəza nəticəsində avtomobildə olanların hamısı xəsarət alaraq Bərdə rayon Diaqnostika mərkəzinə müraciət etmişdir. Qəzadan əvvəl spirtli içki qəbul etməmişdir, avtomobildə yük və nasazlıq olmamışdır. Avtomobildə olan 3 nəfər sərnişindən Zərərçəkmiş şəxs az ağır bədən xəsarəti almışdır. Hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bərdə rayonunda yaşayır. Təqsirləndirilən şəxs onun tanışıdır. VAZ 2106 markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Ürəyində ağrılar olduğu üçün arabir avtomobili Şöhrətə sürməyə verir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində tanışları Samir və Elvinlə Ağdam rayonuna gedərkən VAZ 2106 markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili onları sürüb aparması üçün Şöhrətə vermişdir. Özü arxa oturacaqda əyləşmişdir. Şöhrət St.Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu Qaravəlli kəndindən keçən hissəsində hərəkətdə olarkən qarşıda hərəkətdə olan QAZ 3302 111 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin kəndin giriş hissəsində dayandığını görmüşdür. Şöhrət sol hərəkət zolağına çıxmaqla ötmə edərkən ona çatmağa 15 metr qalmış həmin avtomobil qəfildən sola dönməyə başlamışdır. Şöhrət əyləci sıxsa da qəzadan yayınması mümkün olmamışdır. Onların olduğu avtomobilin ön tərəfi həmin avtomobilin arxa sol tərəfindən dəymişdir. Qəza nəticəsində az ağır xəsarət almışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun tanışıdır. Əvvəllər münasibətləri yaxşı olmuşdur. Düşmənçilik və ədavətləri olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində tanışları Namiq və Samirlə Şöhrətin idarə etdiyi VAZ-2106 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu Qaradağlı kəndinə gedərkən St.Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu Qaravəlli kəndindən keçən hissəsində qarşıda hərəkətdə olan QAZ 3302 111 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin kəndin giriş hissəsində dayandığını görmüşlər. Həmin vaxt arxa oturacaqda əyləşmişdir. Şöhrət sol hərəkət zolağına çıxmaqla ötmə edərkən ona çatmağa 15 metr qalmış həmin avtomobil işarə vermədən sola dönməyə başlamışdır. Şöhrət əyləci sıxsa da qəzadan yayınmaq mümkün olmamışdır. Onların avtomobilinin ön tərəfi həmin avtomobil sol arxa tərəfindən dəymişdir. Qəza nəticəsində o və digər sərnişinlər xəsarət almışdır. Məhkəmə iclasında Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, “Qaz 3302 111” yük, Bortlu-Tentli markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili oğlu Şahid4 məxsusdur. Həmin avtomobili BC kateqoriyalı sürücülük hüququ əsasında idarə edir. 23 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində St.Mingəçevir-Bəhrəmtəpə avtomobil yolu ilə Bərdə rayonu istiqamətində gəlib yaşadığı Qaravəlli kəndinin girişində sola dönmə işığını yandırıb orta xəttə yaxın dayanıb güzgüdən arxaya və qabağa baxıb təhlükəsiz olduğuna əmin olub dönmə əməliyyatı edərkən onunla eyni istiqamətdən arxadan gələn VAZ 21063 minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun avtomobili ilə toqquşmuş, zərbənin təsirindən avtomobil fırlanıb qarşıda yolun çiynində dayanmışdır. Qəza nəticəsində özü və avtomobildə olan oğlu Zaur heç bir xəsarət almamışdır. Lakin digər avtomobilin sürücüsü və sərnişinləri xəsarət almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 933 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sağ dirsək oynağının arxa səthinin əzilmiş-didilmiş yarası, sol incik sümüyünün yerdəyişməyən sınığı, onurğanın qapalı travması, sağ mil sümüyünün boynunun yerdəyişməyən sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı minik avtomobilinin salonunda sərnişin kimi törənə bilərdilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa Az Ağır vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/2782 nömrəli ekspert rəyindən görünür ki: -Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən QAZ 3302 111 markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. -Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ 21063 minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 8/2782 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli avtomobilin maddi sübut hesab edilməsinə dair qərardan görünür ki, Qaz 3302 111 yük, bortlu-tentli markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı və Vaz 2163 minik markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut hesab edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Vaz 2163 minik markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Qaz 3302 111 yük, bortlutentli markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Şahid4 təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Bərdə rayon İHB-nın Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Bərdə rayon İHB-nın Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2022-ci il tarixli arayışdan, doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı və 2 yetkinlik yaşına çatmayan (xx.xx.2019-cu il təvəllüdlü Mələk, xx.xx.2006-cı il təvəllüdlü Səfai, xx.xx.2007-ci il təvəllüdlü Şəfiqə) uşaqları vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Gəncə RQİ və TBŞ-nin xx.xx.2022-ci il tarixli 6786-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi alınmamış, onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Məhkəmə, iş üzrə şahid ifadələrini, məhkəmə-tibbi və məhkəmə yol nəqliyyat hadisələri ekspertizalarının rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, himayəsində 1 azyaşlı və 2 yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, himayəsində 1 azyaşlı və 2 yetkinlik yaşına çatmayan uşağının olması, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması kimi şəxsiyyətini xarakterizə edən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilmiş Qaz 3302 111 yük, bortlutentli markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı və Vaz 2163 minik markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərcini təşkil edən 128 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın; barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 128 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-43/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-43/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver