Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-43/2025 18.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X19, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X12 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X12 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Zərərçəkmiş şəxs5 iştirakları ilə Təqsirləndirilən şəxs - (xx xxxxxx 1981-ci il tarixdə Cəlilabad rayonu, Babalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, işsiz, məhkumluğu olmayan, Cəlilabad rayonu, Babalı kəndində qeydiyyatda olan və Tərtər rayonu, Şərq qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 Fidayıl qızının nəvəsi X18 18 yaşınadək aylıq 200 manat məbləğində sosial müavinət düzəldəcəyini aralarında olan söhbət zamanı onun cinayətkar niyyətindən xəbəri olmayan Zərərçəkmiş şəxs4 tanışı Şahid6 Vəliyəddin qızına vəd edərək, dəqiq günü istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2022-ci ilin oktyabr ayında günorta saatlarında Mingəçevir şəhəri ərazisində dəqiq yeri istintaqa məlum olmayan ünvanda yerləşən ödəniş terminalı vasitəsilə onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid6 Vəliyəddin qızının vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416974******4039 nömrəli karta 1500 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 10 may 2023-cü il tarixdə günorta saatlarında ünvan 2 ünvanda yerləşən “5+” marketdəki eManat ödəniş terminalı vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******2823 nömrəli karta Zərərçəkmiş şəxs4 tərəfindən 1200 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs4 qəsdən vahid niyyətlə ümumilikdə 2700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən, təkrarən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 3250 manat, sonuncun arvadı Şahid8 3250 manat və X17 3000 manat müqabilində sosial müavinət düzəldəcəyini aralarında olan söhbət zamanı onun cinayətkar niyyətindən xəbəri olmayan Bülbül Orucovanın tanışı Şahid6 Vəliyəddin qızına vəd edib, ümumi məbləği hissəs-hissə ödəməyə razılaşaraq 01 fevral 2023-cü il tarixdə saat 14:59-da Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Araz” marketdəki eManat ödəniş terminalı vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416974******4039 nömrəli karta Zərərçəkmiş şəxs1 tərəfindən 500 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 01 fevral 2023-cü il tarixdə saat 15:04-də Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Araz” marketdəki eManat ödəniş terminalı vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416974******4039 nömrəli karta Zərərçəkmiş şəxs1 tərəfindən 4500 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə dəqiq günü istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2023-cü ilin fevral ayının əvvəllərində günorta saatlarında Mingəçevir şəhəri, ərəş küçəsində yerləşən “Qədiroğlu” marketdəki ödəniş terminalı vasitəsilə onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid6 Vəliyəddin qızının vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416974******4039 nömrəli karta 500 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 28 fevral 2023-cü il tarixdə saat 19:36-da ünvan 3 ünvanda yerləşən “Bazarstore” marketdəki eManat ödəniş terminalı vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416974******4039 nömrəli karta Zərərçəkmiş şəxs1 tərəfindən 1500 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, daha sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 28 fevral 2023-cü il tarixdə saat 19:39-da ünvan 3 ünvanda yerləşən “Bazarstore” marketdəki eManat ödəniş terminalı vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416974******4039 nömrəli karta Zərərçəkmiş şəxs1 tərəfindən 1500 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə əvvəlcədən olan razılaşmaya əsasən Bülbül Orucovaya sosial müavinət düzəltmək üçün almalı olduğu 3000 manat məbləğində pulun qalan 1000 manat hissəsini Bülbül Orucovanın qızı Zərərçəkmiş şəxs3 etibarından suiistifadə etmə və aldatma yolu ilə 11 mart 2023-cü il tarixdə saat 20:45-də ünvan 2 ünvanda yerləşən “5+” marketdəki eManat ödəniş terminalı vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******2823 nömrəli karta Zərərçəkmiş şəxs3 tərəfindən 1000 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs3 qəsdən 1000 manat məbləğində və zərərçəkmiş Zərərçəkmiş şəxs1 qəsdən 8500 manat məbləğində olmaqla ümumilikdə 9500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla vahid niyyətlə təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən, təkrarən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 3250 manat və sonuncun arvadı Şahid2 3500 manat müqabilində sosial müavinət düzəldəcəyini aralarında olan söhbət zamanı onun cinayətkar niyyətindən xəbəri olmayan Zərərçəkmiş şəxs2 əmisi oğlu Zərərçəkmiş şəxs1 vəd edərək, 27 fevral 2023-cü il tarixdə saat 19:34-də ünvan 3 ünvanda yerləşən “Bazarstore” marketdəki eManat ödəniş terminalı vasitəsilə onun cinayətkar niyyətindən xəbəri olmayan Zərərçəkmiş şəxs1 vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******2823 nömrəli karta 1500 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 27 fevral 2023-cü il tarixdə saat 19:37-də ünvan 3 ünvanda yerləşən “Bazarstore” marketdəki eManat ödəniş terminalı vasitəsilə onun cinayətkar niyyətindən xəbəri olmayan Zərərçəkmiş şəxs1 vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******2823 nömrəli karta 2000 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 27 fevral 2023-cü il tarixdə saat 19:40-da ünvan 3 ünvanda yerləşən “Bazarstore” marketdəki eManat ödəniş terminalı vasitəsilə onun cinayətkar niyyətindən xəbəri olmayan Zərərçəkmiş şəxs1 vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******2823 nömrəli karta 2500 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, daha sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə dəqiq günü istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2023-cü ilin fevral ayının axırlarında günorta saatlarında ünvan 2 ünvanda yerləşən “5+” marketdəki ödəniş terminalı vasitəsilə onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid6 Vəliyəddin qızının vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******2823 nömrəli karta 500 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 qəsdən vahid niyyətlə ümumilikdə 6500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən, təkrarən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 qızları Şahid5 və X8, qızı X9 əri Şahid4 və qızı X4 oğlu X13 təqaüd düzəldəcəyini aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs5 vəd edərək, 26 mart 2023-cü il tarixdə saat 08:18də Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində yerləşən “OBA” marketdəki Emanat ödəniş terminalı vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******2823 nömrəli karta 1000 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 07 aprel 2023-cü il tarixdə saat 11:40-da "xxxx" ASC-nin Ağcabədi filialındakı ödəniş terminalı vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******2823 nömrəli karta 1000 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 17 iyun 2023-cü il tarixdə saat 08:26-da Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində yerləşən “OBA” marketdəki Emanat ödəniş terminalı vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******4599 nömrəli karta 1000 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 17 iyun 2023-cü il tarixdə saat 10:51-də Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində yerləşən “OBA” marketdəki Emanat ödəniş terminalı vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******4599 nömrəli karta 2000 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 18 iyun 2023-cü il tarixdə saat 19:30-da Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində yerləşən “OBA” marketdəki Emanat ödəniş terminalı vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******4599 nömrəli karta 400 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 26 iyun 2023-cü il tarixdə saat 10:27-də Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində yerləşən “OBA” marketdəki Emanat ödəniş terminalı vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******4599 nömrəli karta 1000 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 11 iyul 2023-cü il tarixdə saat 16:27-də Ağcabədi şəhəri, 556 saylı qəsəbədə yerləşən “Qarabağ” marketdəki Emanat ödəniş terminalı vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416974******4039 nömrəli karta 1000 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 27 iyul 2023-cü il tarixdə saat 17:45-də Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində yerləşən “OBA” marketdəki Emanat ödəniş terminalı vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416974******4039 nömrəli karta 220 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 27 iyul 2023-cü il tarixdə saat 17:47-də Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində yerləşən “OBA” marketdəki Emanat ödəniş terminalı vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416974******4039 nömrəli karta 1280 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs5 qəsdən vahid niyyətlə ümumilikdə 8900 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2003-cü il tarixdən hazırda işlədiyi Cəlilabad rayonu, E.İsmayılov adına Təkləkənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq çalışır. 2019cu il tarixdə Bakı şəhərində olan akademik M.Mirqasımov adına Respublika Klinik xəstəxanasında dünyasını dəyişmiş anasını müayinəyə aparan zaman xəstəxanada Nərmilə adlı qadınla tanış olmuşdur. Həmin vaxtlar onun maddi durumu yaxşı olmamış, söhbət əsnasında Nərmilə səhhəti ilə bağlı problem yaşadığını bildirən zaman o, Nərmiləyə yalandan sosial müavinət düzəldə biləcəyini bildirmişdir. Əvvəllər Cəlilabad rayonunda və sonradan Bakı şəhərində sosial müavinət düzəldən Emin adlı həkimi tanımış və Nərmiləyə yalandan Emin adlı həkimin vasitəsi ilə işə düzəldə biləcəyini bildirmişdir. Nərmilə ilə bu barədə danışıq edən zaman inandırıcı olması üçün 3000 manat Emin həkimə, 250 manat isə ona çatacağını bildirib 3250 manat pul istəmişdir. Nərmilə Mingəçevir şəhərinə gedib ona bu barədə bir xəbər edəcəklərini bildirmişdir. 2019-cu ilin dekabr ayında Nərmilə ona zəng vurub 3250 manat pulu hazır elədiyini bildirmiş, o isə Nərmiləni Bakı şəhərinə dəvət etmiş, 2019-cu ilin dekabr ayında Nərmilə ilə Bakı şəhəri, Yasamal rayonunda görüşmüş və o, Nərmilədən guya sosial müavinət düzəltmək adı ilə 3250 manat və sənədlərin kserosurətini götürmüşdür. Onun məqsədi Nərmilədən aldığı pul ilə müəyyən müddət qazanaraq borclarını ödəyib daha sonra Nərmiləninin pulunu geri qaytarmaq olmuşdur. Nərmilədən 3250 manat pulu alan zaman 6 ay sonra ona sosial müavinət veriləcəyini bildirmişdir. Həmin 6 ay müddətində Nərmilə ona zəng vurub işlə bağlı maraqlanan zaman Nərmiləyə yalandan vədlər verib vaxt udmuşdur. 2020-ci ilin iyul ayında Nərmilə ona zəng vurub artıq 6 ayın bitdiyini 7-ci aya keçdiyini deyib iradlarını bildirmiş, həmin vaxt Cəlilabad rayonunda özünə məxsus torpaq sahəsini satmış və Nərmilənin şikayət edəcəyindən qorxduğu üçün Nərmiləni Bakı şəhərinə dəvət etmişdir. Bakı şəhərinə Nərmiləyə karantin rejimi olduğundan və sənəd verən şəxslərin sayının az olduğundan işin gecikdiyini bildirib 3250 manat pulu geri qaytarmışdır. Nərmiləyə işlər açılan kimi xəbər edəcəyini və nə qədər çox adam cəlb etsə daha çox endirim olacağını bildirmişdir. 2022-ci ilin oktyabr ayında Nərmilə ona zəng vurub Mingəçevir şəhərində yaşayan qonşusu Samirə adlı şəxsin sosial müavinət almaq istədiyini bildirmiş, Nərmilədən Samirənin azyaşlı övladının olub olmadığını soruşduqda Nərmilə ona Samirənin azyaşlı övladının olduğunu bildirmişdir. Yalandan Nərmiləyə hazırda dövlət tərəfindən 14 yaşından 18 yaşınadək olan şəxslərə dövlət tərəfindən aylıq 200 manat sosial müavinət verildiyini və bunun müqabilində 1500 manat pul vermək lazım olduğunu bildirmişdir. Nərmilə isə bu barədə həmin şəxslərlə danışıb ona məlumat verəcəyini demişdir. Bir neçə gün sonra Nərmilə həmin şəxslərlə danışdığını və həmin şəxslərin ona 1500 manat pul və uşağın sənədlərinin kserosurətini verdiyini bildirmişdir. Nərmiləyə sənədlərin surətini vatsap vasitəsi ilə, 1500 manat pulu isə ona məxsus bank kartına göndərməyini bildirmişdir. Nərmilə ona 1500 manat pulu və tələb etdiyi sənədləri göndərmiş və həmin 1500 manat puldan Nərmiləyə heç bir məbləğdə pul verməmişdir. Nərmilənin və həmin şəxslərin etibarını qazanmaq üçün 2023-cü ili yanvar ayından 2023cü ilin mart ayınadək olan müddətdə hər ay 198 manat pulu Samirə adlı qadının bank kart hesabına yükləmişdir. Bu qaydada Nərmilənin də etibarını qazanaraq ona adam tapacağını güman etmişdir. Bir müddət sonra Nərmilə ona zəng vurub Samirə və Samirənin qaynanası Söhbət adlı qadının narazılıq etdiyi bildirmiş, onun nömrəsini həmin şəxslərə verməsini demişdir. Söhbət adlı qadınla mobil telefonla danışan zaman nəvəsi üçün aylıq ödənilən 200 manat pulun hazırda kəsildiyini, əlavə olaraq ona 1200 manat göndərəcəyi halda onun nəvəsinə yenidən digər layihə ilə yenidən aylıq 200 manat pul veriləcəyini bildirmiş, 2023-cü ilin may ayında Söhbət ona məxsus bank kart hesabına əlavə olaraq 1200 manat pul yükləmişdir. Həmin pulları öz şəxsi xərclərinə xərcləmiş və həmin puldan heç kimə heç bir məbləğdə pul verməmişdir. Bundan başqa Nərmilə ona 2023-cü ilin yanvar ayında zəng vurub Samirənin iş yoldaşı Bülbül adlı qadının sosial müavinət almaq istədiyini bildirdi. Nərmiləyə həminki qaydada, yəni 3250 manat müqabilində sosial müavinətin düzəldiyini və 3000 manat pulun Emin adlı həkimə, qalan 250 manat pulun isə özünə çatacağını bildirmişdir. Həmçinin Nərmiləyə özünün nazirlikdə işləyən şəxs kimi qələmə verməsini, Emin adlı həkimin adının hallanmamağını istəmişdir. Bundan başqa Nərmiləni inandırmaq üçün 3000 manat pulu ona məxsus bank kart hesabına yüklətdirməyini, qalan 250 manat pulu isə özünün alıb ona göndərməyini bildirmişdir. Nərmilə isə onunla razılaşmış, 2023-cü ilin yanvar ayının sonunda Nərmilə ona zəng vurub Bülbül adlı qadının onun yanında olduğunu bildirmiş, o, Bülbül adlı qadınla mobil telefona danışan zaman Nərmiləyə dediyi qaydaları izah etmişdir. Bir neçə gün sonra Nərmilə ona zəng vurub Bülbülün tanışı Mirzə adlı şəxsin də özünə sosial müavinət düəzltmək istədiyini bildirmiş, o isə yenə də Nərmiləyə nə qədər çox sayda adam sosial müavinət almaq üçün sənəd versə sosial müavinət almasına endirim olacağını demişdir. 01 fevral 2023-cü il tarixdə Nərmilə ona zəng vurub Bülbül və Mirzə adlı şəxslə görüşüb ona pul göndərəcəyini, Bülbül adlı qadının hazırda 2000 manat pul verə bildiyini, Mirzə adlı şəxsin isə özündən əlavə arvadı Səkinə üçündə sosial müavinət almaq istədiyini, lakin arvadı üçün 3000 manat pulu ayın sonunda verə biləcəyini, arvadına əlavə verilməli olan 250 maant pulu verə biləcəyini bildirmiş, o da razılaşmışdır. 01 fevral 2023-cü ildə Nərmilə ona zəng vurub Mirzə və Bülbülün yanında olduqlarını və ona pul göndərmək istdədiklərini, həmçinin sosial müavinətin neçə ay sonra ala biləcəklərini soruşmuş, o da Nərmiləyə həmin şəxslərin 6 ay sonra sosial müavinət alacaqlarını və sosial müavinət kartını 6 ay sonra alan zaman həmin hesabında 1800 manat pul olacağını bildirmiş və bank kart hesab nömrəsini pul göndərməkləri üçün vermişdir. Bir neçə dəqiqə sonra ona məxsus hesaba 3000 manat Mirzə adlı şəxsə görə, 2000 manat isə Bülbül adlı şəxsə görə yüklənmişdir. Daha sonra o, Nərmilədən Mirzə və arvadı Səkinəyə görə 500 manatı alıb almadığını soruşan zaman Nərmilə qısa müddətdə verəcəklərini bildirmişdir. Bir neçə gün sonra Nərmilə ona zəng vurub Bülbülün Mirzə və arvadına görə 500 manat pul verdiyini demiş, o da Nərmiləyə 500 manat pulu ona göndərməsini demiş və 2023-cü ilin fevral ayında Nərmilə ona 500 manat pulu göndərmişdir. Həmin 5500 manat puldan Nərmilə və yaxud hər hansı şəxsə heç bir məbləğdə pul verməmiş və həmin pulları öz şəxsi borclarına xərcləmiş, 6 ay sonra pulu olmadığı təqdirdə Cəlilabad rayonunda yerləşən torpaq sahələrini satıb borclarını geri qaytarmağı düşünmüşdür. Qış vaxtı olduğundan həmin torpaq sahələri satışa ucuz getdiyindən həmin torpaq sahələrini baha qiymətə satıb işlərini həll edəcəkmiş və həmin vaxtadək aldığı pulları ilə həm şəxsi xərclərini həmdə borcları ödəməyi düşünmüşdür. Daha sonra Mirzə, Bülbül və Bülbülün qızı Vüsalə adlı şəxsdə ona zəng vurub mütəmadi olaraq onunla əlaqə saxlamışlar. 2023-cü ilin fevral ayında ilk öncə Nərmilə daha sonra Mirzə ona zəng vurub əlavə olaraq əmisioğlu Xəlil və onun arvadı Cəmilənində sosial müavinət almaq istədiyini bildirmişdir. Yenə də eyni qaydada adam başına 3250 manat pul verilməli olduğunu bildirmişdir. 27 fevral 2023-cü il tarixdə Mirzə və Vüsalə zəng vurub bank hesab nömrəsini alıb Mirzənin əmisioğlu Xəlil və arvadı Cəmiləyə görə 6000 manat pul göndərmişlər. Onun göstərişi ilə Xəlil və onun arvadı Cəmiləyə görə 500 manatı isə Nərmiləyə verməklərini demişdir. Adambaşına olan 250 manat pulu Nərmiləyə verdirməkdə məqsədi nə vaxtsa pulu geri qaytara bilməyən zaman həmin şəxslərin ilk öncə Nərmilə ilə mübahisə etməkləri və bununla da yenə də vaxt qazanmaq olmuşdur. Həmin günü Vüsalə Xəlil və arvadı Cəmiləyə görə olan 500 manat pulu Nərmiləyə vermiş, Nərmilə isə həmin 500 manat pulu ona məxsus bank kart hesabına yükləmişdir. Xəlil və arvadı Cəmiləyə görə almış olduğu 6500 manat puldan Nərmilə və yaxud hər hansı şəxsə heç bir məbləğdə pul verməmişdir. Həmin pulları öz şəxsi xərclərinə və borclarına xərcləmişdir. Onun anası onkoloji xəstəliklə bağlı vəfat etmiş, anasını müalicə etdirən zaman külli miqdarda borc pullar alıb anasının müalicəsinə xərcləmişdir. 28 fevral 2023-cü il tarixdə Mirzə ona zəng vurub arvadı Səkinəyə görə 3000 manat pulu hazır etdiyini demiş və həmin tarixdə bank kart hesabına arvadı Səkinəyə sosial müavinət düzəltməyi üçün 3000 manat pulu göndərmişdir. Yenə də həmin pulu çıxardıb bir hissəsini borclarına bir hissəsini isə gündəlik xərclərinə xərcləmişdir. Lakin borc sahibləri hər gün yığıb pullarını tələb etmişlər. Nərmilənin vasitəsi ilə pul aldığı şəxsləri inandırmaq üçün bir müddət yalanlarına davam etmiş və 2023-cü ilin mart-aprel aylarında həmin şəxsləri Bakı şəhərinə dəvət etmiş və Bakıda olan xəstəxanaların qarşısına apararaq şəxsiyyət vəsiqələrini alıb çöldə gözləməklərini bildirib xəstəxanaya daxil olub bir qədər xəstəxananın dəhlizində vaxt keçirib çölə çıxaraq həmin şəxsləri qeydiyyata aldırdığını, 6 ay müddətində heç bir quruma müraciət etməməklərini, guya xəstəxanada stasionar yatdıqlarını bildirmişdir.Bu hərəkətlərlə vaxt qazanmış, həmçinin 2023-cü ilin mart ayında onun maddi durumu pis olduğu üçün Bülbülün qızı Vüsaləyə zəng vurub heç olmasa qalan 1250 manat puldan 1000 manatını göndərməsini bildirmiş, Vüsalə isə 11 aprel 2023-cü il tarixdə Mingəçevir şəhərindən ona məxsus bank kart hesabına 1000 manat pul göndərmişdir. Ümumilikdə Mirzə, Xəlil, Bülbül və Samirə adlı qadından almış olduğu 18700 manat puldan heç kimə heç bir məbləğdə pul verməmiş, həmin pulları öz şəxsi borclarının bir hissəsinə və xərclərinə xərcləmişdir. Nərmilədən isə ona adam tapmasını deyərək sənədlərin ümumilikdə hamısı göndərilən zaman ona endirim olacağını deyib aldatmış və adambaşına 250 manat olan pulları Nərmilənin əli ilə almaqda məqsədi isə 6 ay sonra aldığı pulları geri ödəyə bilməsə həmin şəxslərin ilk öncə Nərmilə ilə problem yaşamaları üçün zəmin hazırlamışdır. 2023-cü ilin iyun və iyul aylarına kimi Mirzə, Vüsalə və Xəlil ilə mütəmadi olaraq danışıb aldatmış, lakin həmin müddət tamam olan kimi Mirzə və Vüsalə artıq onunla aqressiv danışıb pullarını tələb etməyə başlamışlar. Mirzə və Vüsalənin mobil nömrələrini qara siyahıya ataraq heç kimlə əlaqə saxlamamışdır. Həmin ərəfələrdə Nərmilə onu yığıb həmin şəxslərin incitdiklərini və pulları geri qaytarmasını tələb etmişdir. Nərmiləyə onu narahat etməməsini desə də artıq ondan şikayət ediləcəyini düşünüb Cəlilabad rayonuna gedərək qohumlarından köməklik istəmiş, lakin heç kim köməklik etməmiş, yuxarıda adları qeyd edilən şəxslərdən aldığı pulları geri qaytara bilməmişdir. Almış olduğu 18700 manat puldan heç kimə heç bir məbləğdə pul verməmiş, həmin şəxslərin sosial müavinət alması üçün heç bir hərəkət etməyərək hər hansı bir quruma yaxud şəxsə müraciət etməmişdir. Bundan başqa, əvvəllər Babalı kənd orta məktəbində ibtidai sinif şagirdlərinə musiqi, bədən tərbiyəsi dərsləri keçmişdir. Təxminən 5 il bundan əvvəl ailəsində mübahisələr olduğuna görə arvadı Əminə Əzizova ilə qeyri-rəsmi olaraq ayrılmış, həmin vaxtlarda Tərtər rayonu, Şərq qəsəbə sakini Mələk Aslanova ilə qeyri-rəsmi olaraq ailə kimi yaşamağa başlamışdır. Dərslərini həftənin 3 günü ərzində keçərək qalan 4 günü isə Tərtər rayonunda qalmışdır. Təxminən 2020-ci il tarixdə anası Bakı şəhərində xəstəxanada olan zaman oraya xəstə gətirən Gülnar adlı qadınla tanış olmuş, onlar həkim növbəsində olan zaman ordan-burdan söhbət edəndə təqaüdlə bağlı söhbət aparılmış, Gülnara tanış həkimlər olduğunu və təqaüd düzəldə bildiyini demişdir. Aradan bir müddət keçdikdən sonra Gülnar qohumu Həbilin qızı Elnarəyə təqaüd düzəltmək istədiyini demiş, da təqaüd düzəldə biləcəyimi bildirmiş və təxminən iki il bundan əvvəl Həbildən təqaüd üçün 2700 manat pul almışdır. Həmin vaxt pandemiya olduğu üçün təqaüd düzəlməmiş və Həbilin pulunu geri qaytarmışdır. Onun pula ehtiyacı olduğu üçün 2023-cü ilin mart ayında istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** saylı mobil nömrədən Həbilin arvadı Minarəyə zəng etmiş, Minarəyə təqaüd düzəldə biləcəyini demişdir. Həmçinin Həbil ilə də bu barədə danışmış, Həbil ona qızlarına və digər qohumlarına təqaüd düzəltmək istədiyini demiş, həmin şəxslərə təqaüd düzəldə biləcəyini demişdir. Onlar bu barədə ətraflı danışmış və böyük adamların təqaüdü üçün 3000 manat, uşağa isə 2000 manat pul istəmişdir. Həbil ona deyilən məbləğ qədər pulu olmadığını demiş, pulu hissə-hissə verməyi bildirdikdə onlar bu təklifə razılaşmışlar. Özünə məxsus Kapital bank kartının nömrəsini Həbilə göndərmiş, Həbil də 26 mart 2023-cü il tarixdə onun kartına 1000 manat pul köçürmüşdür. Bundan sonra Həbil onun kart hesabına 07 aprel 2023-cü il tarixdə həmin karta 1000 manat, 17 iyun 2023-cü il tarixdə 1000 manat, 17 iyun 2023-cü il tarixdə 2000 manat, 18 iyun 2023-cü il tarixdə 400 manat, 26 iyun 2023-cü il tarixdə 1000 manat, 11 iyul 2023-cü il tarixdə 1000 manat, 27 iyul 2023-cü il tarixdə 220 manat, 27 iyul 2023-cü il tarixdə 1280 manat pul göndərmişdir. Həbil ona ümumilikdə 8900 manat pul göndərmişdir. Həbil ona adlarını xatırlamadığı bir neçə şəxsin təqaüdü üçün pul göndərmiş, aldığı məbləğlərin hamısını bütün şəxslər üçün bir yerdə almışdır. Həbildən aldığı ümumilikdə 8900 manat pulu şəxsi ehityaclarına xərcləmişdir. Həbilə təqaüdün 6 ay ərzində düzələcəyinə dair söz vermişdir. Həbilin taxıl da əkib becərdiyini bilmiş, Həbilə taxıl alveri də etdiyini, Tərtər rayonunda çörək bişirmə sexinin olduğunu demişdir. Cəlilabad rayonundan Tərtər rayonuna gedəndə hərdən görüşmüşlər. Həbildən əkdiyi taxılı ona satmasını, lakin taxılı nisyə verməsini və satıb pulunu verəcəyini demiş, Həbil də bu təklifə etiraz etməyərək 1 kq taxılı 38 qəpiyə razılaşmışdır. 25 iyun 2023-cü il tarixdə Həbil ilə taxılı yük avtomobilinə yığıb tərəzidə çəkmiş, avtomobilin çəkisini çıxdıqdan sonra ümumi çəki 15420 kq qalmış, bunun da dəyəri 5859,6 manat etmişdir. Həmin vaxt taxılı sata bilməmiş, taxıl da qaldıqdan sonra xarab olması səbəbindən 1 kq taxılı 30 qəpiyə tanımadığı şəxslərə sataraq həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Artıq vəd etdiyi vaxt tamam olmuş, Həbil zəng edib təqaüdlə maraqlanmış, narahat olmamağı, yaxında düzələcəyini demişdir. Sonradan Həbil ondan pulu tələb etməyə başlamış, Həbilə pulu qaytaracağını deməsinə baxmayaraq, imkanı olmadığı üçün qaytara bilməmiş, həmçinin Həbildən aldığı taxılın da pulunu qaytarmamışdır. Təqaüd düzəltməklə bağlı heç kimlə danışmamış, pulun da hamısını özünə xərcləmiş, təqaüdün düzəlməsi üçün hər hansı bir iş görməmişdir. Həbildən aldığı 8900 manat puldan 2250 manat ödəniş etmiş, qalan 6650 manat pulu tezliklə qaytaracaqdır. Digər zərərçəkmiş şəxslərdən aldığı pulları tam şəkildə qaytarmışdır. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs tanıyır, qohumluğu və ədavəti olmamışdır. Təxminən iki il bundan əvvəl yeznəsi Şahid7 adını bilmədiyi dayısı uşaqları özlərinə təqaüd düzəltmişlər. Həmin vaxtlarda yas yerində olan zaman bu barədə söz düşmüş, Cəlilabad rayonu, Babalı kənd sakini Təqsirləndirilən şəxs həmin təqaüdü düzəltdiyini bilmişdir. Onun da qızı X7 maddi vəziyyəti yaxşı olmadığından aylıq təqaüd alıb dolanmaları üçün təqaüd düzəltmək qərarına gəlmişdir. Bu məqsədlə Sadiqin dayısı qızı Gülnar ilə danışıb təqaüd düzəltmək istədiklərini demiş, Gülnar da bu barədə Valeh ilə danışmışdır. Həmin ərəfələrdə Valeh özü Ağcabədi rayonuna gəlmiş, onlar görüşmüş və təqaüd üçün Valehə 2700 manat pul vermişdir. Həmin vaxt Korona virus pandemiyası olmuş, Valeh də bir neçə vaxt sonra təqaüdün düzəlmədiyini demiş və aldığı pulu geri qaytarmışdır. Təxminən 2023-cü ilin mart ayının ortalarında Valeh istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** saylı mobil nömrədən onun arvadı Şahid9 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib artıq təqaüdün düzəlməsinin mümkün olduğunu demiş, onun da qızlarının maddi vəziyyəti yaxşı olmaması səbəbilə aylıq təqaüd alıb dolanmaları üçün təqaüd düzəltmək qərarına gəlmişdir. Valehə qızları Şahid5, X10, X14 və Samirənin əri Şahid4 və qızı X4 oğlu X13 təqaüd düzəltmək istədiyini demiş, Valeh də onlara təqaüd düzəldə biləcəyini demişdir. O bu barədə Valeh ilə danımış və Valeh böyük adamların təqaüdü üçün 3000 manat, uşağa isə 2000 manat pul istəmışdirdi. O, Valehə o qədər pullarının olmadığını demiş, Valeh də pulu hissə-hissə verməyi bildirmiş və onlar razılaşmışlar. Bundan sonra Valeh özünə məxsus Kapital bank kartının nömrəsini onlara göndərmiş, 26 mart 2023-cü il tarixdə saat 08:18-də Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən Oba marketdəki Emanat terminalı vasitəsilə Valehin 4169-73------2823 nömrəli kartına 1000 manat pul göndərmiş, bundan sonra əlavə pul düzəldib 07 aprel 2023-cü il tarixdə saat 11:40-da Ağcabədi şəhərində yerləşən Kapital bankın bankomatından Valehin həmin kartına 1000 manat göndərmişdir. Bundan sonrakı tarixlərdə, yəni 17 iyun 2023-cü il tarixdə saat 08:26da Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən Oba marketdəki E-manat terminalı vasitəsilə Valehin kartına 1000 manat, 17 iyun 2023-cü il tarixdə saat 10:51-də Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən Oba marketdəki E-manat terminalı vasitəsilə Valehin kartına 2000 manat, 18 iyun 2023-cü il tarixdə saat 21:19-da Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən Oba marketdəki E-manat terminalı vasitəsilə Valehin kartına 400 manat, 26 iyun 2023-cü il tarixdə saat 10:27-də Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən Oba marketdəki E-manat terminalı vasitəsilə Valehin kartına 1000 manat, 11 iyul 2023-cü il tarixdə saat 16:27-də Ağcabədi rayonu, 556 saylı qəsəbədə yerləşən Qarabağ marketdəki E-manat terminalı vasitəsilə Valehin kartına 1000 manat, 27 iyul 2023-cü il tarixdə saat 17:45-də Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən Oba marketdəki Emanat terminalı vasitəsilə Valehin kartına 220 manat, 27 iyul 2023-cü il tarixdə saat 17:47də Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən Oba marketdəki E-manat terminalı vasitəsilə Valehin kartına 1280 manat pul göndərilməklə, ümumilikdə Valehə 8900 manat pul göndərmişdir. Valehə göndərdiyi pulları hamısının təqaüdü üçün göndərmiş, qeyd etdiyi məbləğlərin ayrı-ayrılıqda hər hansı bir şəxs üçün göndərməmişdir. Bundan başqa Valeh onlara taxıl alveri də etdiyini, Tərtər rayonunda çörək bişirmə sexi olduğunu demişdir. Onların keçən il taxıl əkdiklərindən Valehin də xəbəri olmuşdur. Valeh taxılı nisyə istəmiş və satıb pulunu verəcəyini demiş, onlar da razılaşaraq 1 kq taxılı 38 qəpiyə vermişlər. 25 iyun 2023-cü il tarixdə onlar taxılı yük avtomobilinə yığıb tərəzidə çəkdikdə avtomobilin çəkisini çıxdıqdan sonra 15420 kq qalmış, bunun da dəyəri 5859,6 manat etmişdir. Valeh təqaüdün 6 ay ərzində düzələcəyinə söz vermişdir. Artıq Valehin vəd etdiyi vaxt tamam olmuş, Valehlə əlaqə saxlayıb təqaüdlə maraqlanmış, Valeh də narahat olmamağı, yaxında düzələcəyini bildirmişdir. Onlar bu qaydada bir neçə dəfə Valehlə əlaqə saxlayıb təqaüdü maraqlandıq da, Valeh hər dəfə müxtəlif bəhanələr gətirib təqaüdü düzəltməmişdir. Onlar artıq Valeh tərəfindən aldanıldıqlarını başa düşmüş, ona görə də Valehdən pulu geri qaytarmasını tələb etmişdir. Valeh də həmin aldığı pulları qaytaracağına söz vermiş, lakin hələ də qaytarmamışdır. Valeh həmçinin taxılın pulunu da 15-20 günə ödəyəcəyini vəd etmiş, lakin taxılın pulunu da ödəməmişdir. Valeh ona işin kiminsə vasitəsilə düzəldəcəyi barədə biz söz deməmiş, Valehə verdiyini pulun hamısını ona məxsus olmuşdur. Ona görə də mülki iddiasının təmin edilməsini və təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yaşadığı mənzildə xadiməçi kimi işləyən Bülbül Orucovanı uzun müddətdir tanımışdır. 2023-cü ilin yanvar ayının əvvəllərində X29 adlı tanışının olduğunu, sonuncunun mövcud olan xəstəliyi səbəbi ilə sosial müavinət almağına köməklik edə biləcəyini bildirmiş, o da ürək çatışmazlığı, yüksək şəkər kimi xəstəlikləri olduğundan bununla razılaşmış və Bülbüldən həmin xanım ilə danışmağını xahiş etmişdir. Bir müddət sonra Bülbül Nərmilə adlı qadının Valeh adlı şəxsin vasitəsi ilə sosial müavinət təşkil edəcəyini və hər adam üçün 3250 manat pul istədiyini bildirmişdir. Belə ki, Nərmilə adlı qadının dediyinə görə, qohumu X6 və Əhalinin Sosial Müdafiəsi Nazirliyidə vəzifədə çalışmışdır. Bülbül Nərmilənin 3250 manat pul vəsaitinin 250 manat hissəsi Valeh Əziova çatdığını, qalan 3000 manat pulun isə işin alınması üçün xərcləndiyini bildirmişdr. O isə Bülbülə özünə və arvadına xəstəliklə bağlı sosial müavinət almaq istədiyini bildirmiş, Bülbül isə Nərmilə ilə bu barədə danışıb ona Nərmilənin köməklik edə biləcəyini bildirmişdir. Həmçinin Bülbül ona 2000 manat borca pul verməyini xahiş etmiş, o isə razılaşmışdır. O, 5000 manat pul hazırlamış və Nərmilədən xəbər gözləmişdir. 01 fevral 2023-cü il tarixdə Bülbül ona zəng vurub Nərmilənin gəldiyini və onları Mingəçevir şəhəri, Araz supermarketin qarşısında gözlədiyini bildirmiş və 01 fevral 2023-cü il tarixdə o, Nərmilə və Bülbül ilə Mingəçevir şəhəri, Araz supermarketin qarşısında görüşmüş, Nərmilə ilə görüşən zaman Nərmilə Valehlə mobil telefon ilə əlaqə saxlayaraq Valehin dediklərinə görə 6 ay sonra onların sosial müavinət kartı alacaqlarını və aylıq karta 300 manat pul yüklənəcəyini, 6 ay sonra kartı alan zaman kartın hesabında 1800 manat pul olacağını bildirmişdir. Bundan sonra o, Bülbülə borca 2000 manat pul verməkdə daha da ürəklənmişdir. Həmin vaxt Nərmilə ilə ilk dəfə görüşmüş və Nərmilə onun yanında Valehlə mobil telefonla danışmışdır. X23 heç kimlə mobil telefon ilə danışmadığını və nə sözü olsa Nərmilənin vasitəsi ilə çatdırmağını bildirmiş, Valeh isə Nərmiləyə bank kart hesab nömrəsi göndərmişdir. Bundan sonra o¸ 5000 manat pulu Təqsirləndirilən şəxs adına olan bank kart hesabına marketdə olan emanat termanlı vasitəsi ilə 5000 manat pulun 3000 manatı özünə görə, 2000 manatı isə Bülbülə görə göndərmişdir. O, arvadına görə qalan pulu qısa vaxtda göndərəcəyini bildirmiş, daha sonra isə o, Bülbülə özü və arvadı Səkinəyə görə 500 manat pulu Nərmiləyə verməsi üçün vermiş və Bübül də həmin 500 manat pulu Nərmiləyə Valehə çatdırması üçün göndərmişdir. Həmçinin o, Nərmilədən hansı səbəbdən Valehə 3250 manat pulu tam göndərmədiyini soruşan zaman Nərmilə Valehin özünün belə istədiyini bildirmişdir. Bundan sonra o, Bakı şəhərinə əmisioğlu Xəlil ilə söhbət zamanı özünə və arvadına görə sosial müavinət almaq üçün Valeh adlı şəxsə pul göndərdiyini bildirmiş, Xəlil bu barədə maraqlanan zaman o, adam başına 3250 manat pul vermək lazım olduğunu bildirdikdə Xəlil ona arvadının da sosial müavinət almaq istədiyini bildirmişdir. O, bu barədə Bülbülə zəng vurub Nərmilə danışmasını bildirmiş, bir qədər sonra Bülbül zəng vurub Nərmilə ilə danışdığını və Nərmilənin Valehlə danışıb razılıq verdiyini bildirmişdir. 27 fevral 2023-cü il tarixdə o, Mingəçevir şəhərində olan zaman Xəlil ona məxsus bank kart hesabına Valehə göndərməyi üçün 6500 manat pul göndərmiş, bundan sonra o, Valehlə mobil telefonla danışıb əmisioğlu Xəlil və onun arvadı Cəmiləyə görə pulu göndərmək istədiyini bildirmişdir. Valeh isə yenə də 6000 manat pulu göndərdiyi bank kart hesabına, qalan 500 manat pulu isə Nərmiləyə verməyini bildirmiş, o da Mingəçevir şəhərində Bülbülün qızı ilə birlikdə Mingəçevir şəhərində yerləşən Bazarstore terminalından hissə-hissə olmaqla 6000 manat pulu Valehin bank kart hesabına göndərdikdən sonra qalan 500 manatı Vüsaləyə Nərmiləyə verməsi üçün vermişdir. Vüsalə də həmin günü 500 manat pulu Nərmiləyə vermişdir. Bundan sonra 28 fevral 2023-cü il tarixdə o, arvadı Səkinəyə görə 3000 manat pulu hazırlayıb Valehlə mobil telefonla danışmış və Valeh ona məxsus bank kart hesabına 3000 manat pulu göndərməyi bildirmişdir. O, Bülbülün qızı Vüsalə ilə birlikdə Mingəçevir şəhərində yerləşən Bazarstore supermarketdən terminal vasitəsi ilə Valehə məxsus bank kart hesabına 3000 manat pulu göndərmişdir. Daha sonra Valeh mütamadi olaraq Vüsaləyə zəng vurub qalan 1250 manat puldan 1000 manat pulu göndərməsini qalan 250 manat pulu sonda göndərməyi demiş, 11 mart 2023-cü il tarixdə Vüsalə onunla birlikdə Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən 5+ marketdə olan olan terminal vasitəsi ilə Valehlə mobil telefonla danışıb Valehin bank kart hesabına 1000 manat pulu göndərmişdir. 2023-cü ilin aprel may aylarında Valeh onu və arvadı Səkinəni Bakı şəhərinə dəvət etmiş, Bakı şəhərində Valehlə görüşmüş və 20 yanvar yaxınlığında olan “Respublikanski” xəstəxanasının qarşısına getmişlər. Valeh onun və arvadının şəxsiyyət vəsiqəsini götürüb xəstəxanaya daxil olmuş və onlara gözləmək lazım olduğunu bildimişdir. O, arvadı ilə birgə xəstəxananın qarşısında təxminən yarım saat gözləmiş və Valeh onların yanına gələrək onları xəstəxanada stasionar xəstə kimi qeydiyyata aldırdığını, 6 ay müddətində heç bir quruma müraciət edə bilməyəcəklərini və onların guya həmin xəstəxanada yatan xəstə olduqlarını, müddətin isə guya fevral ayından hesablanacağını bildirmiş və bundan sonra onlar çıxıb getmişlər. O daha sonra Valehin Bülbül, əmisioğlu Xəlil və onun arvadı Cəmilənində eyni qaydada Bakı şəhərinə dəvət etdiyini, eyni qaydada guya xəstəxanaya stasionar yerləşdirdiyini, 2023-cü ilin iyun-iyul ayına kimi artıq onların hesabında 1800 manat olan sosial müavinət kartı alacaqlarını bildirmişdir. Aradan xeyli müddət keçdikdən sonra Valeh ona müxtəlif bəhanələr gətiriək ləngitmiş, bir müddət sonra isə Valeh onun nömrəsini qara siyahıya atmışdır. Həmin vaxt onlar Nərmilədən bu barədə soruşduqda Nərmilə onların yanında Valehlə əlaqə saxlayıb onların pullarını geri qaytarmasını bildirən zaman Valeh kobud şəkildə Nərmiləyə öz işi ilə məşğul olmasını bildirmiş, bundan sonra o, Valehin barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özü və arvadı Şahid2 son 15 ildir diabet xəstəliyindən əziyyət çəksə də, buna görə heç bir pensiya almamışdır. 2023-cü ilin fevral ayında Bakı şəhərində övladının ad günündə əmisioğlu Zərərçəkmiş şəxs1 da gəlmiş, ad günü məclisində əmisioğlu Mirzə ilə söhbət zamanı Mirzə ona Nərmilə adlı tanışı olduğunu və Nərmilənin xalası oğlunun Əmək və Əhaləinin Sosial Müdafiə Fondunda işlədiyini, həmin şəxsin adının Valeh olduğunu və həmin şəxsin köməyi ilə pensiya alacağını və bunun müqabilində pul vermək lazım olduğunu bildirmişdir. O, əmisioğlu Mirzəyə onun və arvadı Cəmilənin diabet xəstəsi olduğunu və Nərmilə adlı şəxsin onun və arvadınında pensiya almağına köməklik etməyini xahiş edərək Mirzədən pensiya almaq üçün nə qədər pul vermək lazım olduğunu soruşan zaman Mirzə ona adambaşı 3250 manat pul vermək lazım olduğunu, hər 3250 manat puldan 250 manatının Valeh adlı şəxsə çatacağını, qalan 3000 manat pulların isə işlərin həll edilməsi üçün veriləcəyini bildirmişdir. O, Mirzədən özünü hazırda pul verib vermədiyini soruşan zaman Mirzə özünə görə 3000 manat və özü və arvadına görə Valehə çatası 500 manat pulu verdiyini, lakin arvadı Səkinəyə görə 3000 manat pulu hələ ki vermədiyini bildirmişdir. Təxminən 3-4 gün sonra əmisioğlu Mirzə ona zəng vurub Nərmilə ilə mobil telefon vasitəsi ilə danışdığını, onun və arvadı Cəmiləyə də pensiya düzəldə biləcəyini, bunun üçün 6500 manat pulu və arvadı ilə onun sənədlərinin şəkillərini çəkib vatsap vasitəsi ilə göndərməyini bildirmişdir. Bundan sonra o, 6500 manat pulu əmisioğlu Mirzənin bank kart hesabına göndərmişdir. Mirzə ona 6 ay müddətində sosial müavinət düzələcəyini bildirmiş, o isə bununla razılaşmışdır. Həmçinin Mirzə ona 6 ay müddətində deyilən zaman onların gedib xəstəxanaların birində müvəqqəti xəstə kimi yatacaqlarını bildirmişdir. Təxminən 1 ay sonra Valeh adlı şəxs onun mobil nömrəsinə zəng edib özünü təqdim etmiş və danışıq zamanı ona hörmət xatirəsi üçün xəstəxanada yatmalı olmadığını, lakin həftə ərzində avtomobil idarə edən zaman avtomobil ilə heç bir radara düşməməyini bildirmiş, o da bunu hansı səbəbdən deməsini soruşan zaman Valeh ona guya onun xəstəxanada yatdığını və xəstəxanada yatdığı müddətdə heç bir radara düşməli olmadığını bildirmişdir. Daha sonra o, arvadı Cəmilə, əmisioğlu Mirzə və onun arvadı Səkinə Bakı şəhərində Valehlə görüşmüş və Valeh onların şəxsiyyət vəsiqələrini götürüb xəstxanaya daxil olmuş, onlar xəstəxananın qarşısında gözləmiş və Valeh xəstəxanadan çıxan zaman onların adını stasionar yazdırdığını və guya onların 6 ay müddətində xəstəxanada xəstə kimi yatdıqlarını, bu müddət ərzində heç bir quruma getməməklərini bildirmiş, onlar isə razılaşmış və gözləməyə başlamışlar. Lakin Valeh dediyi vaxt çatan zaman Valeh artıq onların zənglərinə cavab verməyərək onları qara siyahıya atmışdır. Daha sonra o, Valehin onların aldatdığını başa düşmüş və bu barədə Mirzəyə və Valehə iradını bildirmiş, daha sonra o, pullarını geri tələb etsə də, Valeh bu günə kimi onun pulunu geri qaytarmamışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, anası X2 şəhər Texniki Humanitar X1 gəlini Şahid3 ilə birlikdə işləyir, söhbət zamanı Samirə anasına qonşularında yaşayan Nərmilə adlı şəxsin qohumu Valeh adlı şəxsin vasitəsi ilə Samirənin oğluna sosial müavinət düzəldiyini bildirmiş, bundan sonra anası Bülbül Samirənin vasitəsi ilə tanış olduğu Nərmilə ilə mobil telefonla danışıb 17 illik iş təcübəsi olduğunu və pensiya almaq istədiyini bildirmişdir. Nərmilə isə anasına nazirlikdə işləyən Valeh adlı şəxsin 3000 manat pulu nazirlikdə müəyyən şəxslərə, 250 manat isə özünə istədiyini bildirmişdir. Bundan sonra o həmin ərəfələrdə banklara müaciət etsə də, heç kim ona kredit verməmişdir. Onun anası Bülbül, Zərərçəkmiş şəxs1 evində təmizlikçi kimi işləmiş və Mirzə müəllimlə söhbət zamanı Nərmilə adlı şəxsin qohumu Valeh adlı şəxsin vasitəsi ilə onu pensiyaya çıxartmaq istədiyini, lakin bunun müqabilində 3250 manat pul verməli olduğunu, həmin 3250 manat puldan 3000 manat pulun nazirlikdə müəyyən şəxslərə, 250 manat pulun isə Təqsirləndirilən şəxs çatdığını bildirmişdir. Həmçinin Nərmilə anası ilə söhbət zamanı pul və sənədlər verildikdən 6 ay sonra pensiya alacağını və pensiya almağa başladığı ilk gündən hesabına 6 aylıq birdəfəlik məbləğ yəni 1800 manat pulun yüklənəcəyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 isə anası Bülbülə anasının yerinə 2000 manat pul verə biləcəyini və özünün və arvadı Səkinənin də pensiya almaq istədiyini bildirmişdir. Bundan sonra anası Bülbül, Mirzə, Nərmilə və Valehlə mobil telefonla danışıb razılaşmışdır. 01 fevral 2023-cü il tarixdə Mirzə Təqsirləndirilən şəxs bank kart hesabına Mingəçevir şəhərində yerləşən Araz marketdə olan Emanat terminalından özünə görə 3000 manat, anası Bülbülə görə isə 2000 manat pul yükləmişdir. Həmçinin aralarında olan razılaşmaya əsasən qalan 1250 manatı vermək üçün möhlət istəmişdir. Bundan sonra o, Mirzənin əmisioğlu Xəlil və Xəlilin arvadı Cəmilənin də pensiya alması üçün Valehlə və Nərmilə danışdığını və Mirzə dayının özünə, arvadı Səkinəyə, əmisioğlu Xəlilə və onun arvadı Cəmiləyə görə pensiya alması üçün 10000 manat pul verdiyini bilmişdir. Daha sonra Mirzə 27 fevral 2023-cü il tarixdə ona Valehin bank kart hesabına 6000 manat pul yükləmək lazım olduğunu bildirmiş, 27 fevral 2023-cü il tarixdə o, Mirzənin xahişi ilə Təqsirləndirilən şəxs bank kart hesabına Mingəçevir şəhərində yerləşən Bazarstore supermarketdə olan MilliÖn aparatı vasitəsi ilə 3 dəfəyə olmaqla 6000 manat pul göndərmişdir. Bundan başqa Mirzə ona əlavə olaraq 500 manat pul vermiş və həmin pulu Nərmiləyə Valehə verməyi üçün göndərdiyi deməyini bildirmiş, o Mirzədən 500 manat pulu aldıqdan sonra pulu Mingəçevir şəhəri, M.Maqomayev küçəsində Nərmilə ilə görüşüb ona vermişdir. Daha sonra o, 28 fevral 2023-cü il tarixdə Mirzənin arvadı Səkinəyə görə Təqsirləndirilən şəxs bank kart hesabına 3000 manat pul göndərdiyini bilmişdir. 11 mart 2023-cü il tarixdə o, qohumundan borc alaraq anasına pensiya verilməsi üçün Təqsirləndirilən şəxs Mingəçevir şəhərində yerləşən 5+ supermarketdən 1000 manat pul göndərmişdir. Lakin bir müddət sonra o, Valehin və Nərmilənin onları aldatdığını başa düşmüş və həmin tarixdən bu günə kimi Valeh onların pullarını geri qaytarmamışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs4 Fidayıl qızı ifadəsində göstərmişdir ki, yay aylarında kənddə qalsa da qış aylarında Mingəçevir şəhərində yaşayan oğlu İkin Yusifovun, gəlini Şahid3 və nəvələri ilə birgə yaşayır. Onun oğlu İlkinin yaşadığı binanın qonşuluğunda Nərmilə adlı qadın yaşamış və Nərmilənin onların evinə gediş gəlişi olmuşdur. Söhbət zamanı Nərmilənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Valeh adlı vəzifəli qohumunun olduğunu və sosial müavinət düzəldə biləcəyini bildirmiş, onlar isə maddi durumları ilə bağlı sosial müavinət düzəltdirmək istədiyimizi bildirərək Nərmiləyə Valehlə danışmasını xahiş etmişdir. Həmçinin Nərmilə özünün sosial müavinət alması üçün Valehə pul verdiyini, lakin işinin alınmadığı üçün pulunu geri qaytarıldığını bildirmişdir. Nərmilə Valehlə danışdıqdan sonra Valeh hazırda 14 yaşdan 18 yaşınadək olan şəxslər üçün aylıq 200 manat veriləcəyini, bunun müqabilində 1500 manat pul vermək lazım olduğunu bildirmiş, o və gəlini bununla razılaşsalar da, İlkinə bu barədə heç nə deməmişlər. Bundan sonra o, Mingəçevir şəhəri, ABB banka getmiş və 1000 manat kreditə pul götürmüş, bankdan 1000 manat pul götürdükdən sonra yəni 2022-ci ilin oktyabr ayında özünə məxsus 500 manat pulu da bankdan götürdüyü 1000 manat pulun üzərinə qoyub Nərmiləni Mingəçevir şəhərində yaşadığı evə dəvət etmiş və gəlini Samirənin yanında Nərmiləyə nəvəsinə sosial düzəltməsi üçün 1500 manat pul vermişdir. Nərmilə isə ona 2023-cü ilin yanvar ayından aylıq 200 manat sosial alacaqların bildirmişdir. Həmin ərəfələrdə o, mütəmadi olaraq Valeh və Nərmilə ilə mobil telefon vasitəsilə əlaqə saxlamış, söhbət əsnasında Valehlə mobil telefonla danışan zaman Valehdən nəvəsinin adına bank kart hesabının olub olmayacağını soruşan zaman Valeh ona nəvəsinin14 yaşı olduğu üçün onun adına bank kart hesabının açılmasının mümkün olmayacağını və ailə üzvlərindən birinin bank kart hesabına pulun köçürüləcəyini bildirmişdir. Həmin ərəfələrdə o, gəlini Samirənin əmək haqqı kartının hesab nömrəsini Valehə vermişdir. 2023-cü ilin yanvar ayından 2023-cü ilin mart ayınadək yəni 3 ay gəlini Samirənin bank kart hesabına hər ay 198 manat pul yüklənmiş, 2 manatı isə vergiyə tutulduğu bildirilmişdir. Lakin 2023-cü ilin aprel ayından gəlininin bank kart heabına pul yüklənmədikdə o, Valehə və Nərmiləyə bu barədə iradlarını bildirən zaman Valeh ona mobil telefonla danışan zaman Valeh artıq həmin sosialın kəsildiyini və əlavə 1200 manat pul veriləcəyi təqdirdə nəvəsi üçün başqa bir sosial düzəldə biləcəyini və nəvəsinin hər ayın yenə də 200 manat pul alacağını bildirmiş, o isə artıq çarəsiz qaldığı üçün Valehə 1200 manat pul göndərməyə razılaşmışdır. O bu məqsədlə ABB bankdan kreditə pul götürmüş və Valehə zəng vurub pulun hazır olduğunu bildirmişdir. Valeh isə özünə məxsus bank kart hesabını ona göndərmişdi və o, gəlini ilə birlikdə 10 may 2023-cü il tarixdə Mingəçevir şəhərində yerləşən 5+ marketdə yerləşən Milli Ön aparatından Valehin bank kart 1200 manat pul göndərmişdir. O, Valehlə 1200 manat pul göndərilməsi barədə danışan zaman Nərmilənin bundan heç bir xəbəri olmamışdır. O, Valehə 1200 manat pul göndərməyinə baxmayaraq, həmin gündən Valehin dediyi kimi onlara hər ay verilməli olan 200 manat sosial müavinət pulu bu günədək ödəməmişdir. O, Valehə bu barədə dəfələrlə bildirməyinə baxmayaraq onun pulunu geri qaytarmamışdır. Məhkəmə iclasında şahid X22 ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, Təqsirləndirilən şəxs tanıyır, qohumluğu və ədavəti olmamışdır. Təxminən iki il bundan əvvəl yeznəsi Şahid7 adını bilmədiyi dayısı uşaqları özlərinə təqaüd düzəltmişdilər. Həmin vaxtlarda yas yerində olan zaman bu barədə söz düşmüş, o da Cəlilabad rayonu, Babalı kənd sakini Təqsirləndirilən şəxs həmin təqaüdü düzəltdiyini bilmişdir. Onun da qızı X7 maddi vəziyyəti yaxşı olmadığından aylıq təqaüd alıb dolanmaları üçün təqaüd düzəltmək qərarına gəlmişdir. Bu məqsədlə Sadiqin dayısı qızı Gülnar ilə danışıb təqaüd düzəltmək istədiyiklərini demiş, Gülnar da bu barədə Valeh ilə danışmışdır. Həmin ərəfələrdə Valeh özü Ağcabədi rayonuna gəlmiş, onlar görüşmüş və təqaüd üçün Valehə 2700 manat pul vermişdir. Həmin vaxt pandemiya olmuş, Valeh də bir neçə vaxt sonra təqaüdün düzəlmədiyini demiş və aldığı pulu geri qaytarmışdır. Təxminən 2023-cü ilin mart ayının ortalarında Valeh istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib artıq təqaüdün düzəlməsinin mümkün olduğunu demiş, onun da qızlarının maddi vəziyyəti yaxşı olmaması səbəbindən aylıq təqaüd alıb dolanmaları üçün təqaüd düzəltmək qərarına gəlmişdir. Bu barədə əri Həbil ilə məsləhətləşib danışmış, Valehə qızları Şahid5, X10, X14 və Samirənin əri Şahid4 və qızı X4 oğlu X13 təqaüd düzəltmək istədiyini demiş, Valeh də onlara təqaüd düzəldə biləcəyini demişdir. O bu barədə Həbil ilə birlikdə Valeh ilə danışmış və Valeh böyük adamların təqaüdü üçün 3000 manat, uşağa isə 2000 manat pul istəmışdir. Onlar Valehə o qədər pullarının olmadığını demiş, Valeh də pulu hissə-hissə verməyi bildirmiş və onlar razılaşmışlar. Bundan sonra Valeh özünə məxsus Kapital bank kartının nömrəsini onlara göndərmiş, Həbil də 26 mart 2023-cü il tarixdə saat 08:18-də Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən Oba marketdəki E-manat terminalı vasitəsilə Valehin 4169-73____-________-2823 nömrəli kartına 1000 manat pul göndərmiş, bundan sonra əlavə pul düzəldib 07 aprel 2023-cü il tarixdə saat 11:40-da Ağcabədi şəhərində yerləşən Kapital bankın bankomatından Valehin həmin kartına 1000 manat göndərmişdir. Bundan sonrakı tarixlərdə, yəni 17 iyun 2023-cü il tarixdə saat 08:26da Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən Oba marketdəki E-manat terminalı vasitəsilə Valehin kartına 1000 manat, 17 iyun 2023-cü il tarixdə saat 10:51-də Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən Oba marketdəki E-manat terminalı vasitəsilə Valehin kartına 2000 manat, 18 iyun 2023-cü il tarixdə saat 21:19-da Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən Oba marketdəki E-manat terminalı vasitəsilə Valehin kartına 400 manat, 26 iyun 2023-cü il tarixdə saat 10:27-də Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən Oba marketdəki E-manat terminalı vasitəsilə Valehin kartına 1000 manat, 11 iyul 2023-cü il tarixdə saat 16:27-də Ağcabədi rayonu, 556 saylı qəsəbədə yerləşən Qarabağ marketdəki E-manat terminalı vasitəsilə Valehin kartına 1000 manat, 27 iyul 2023-cü il tarixdə saat 17:45-də Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən Oba marketdəki Emanat terminalı vasitəsilə Valehin kartına 220 manat, 27 iyul 2023-cü il tarixdə saat 17:47də Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən Oba marketdəki E-manat terminalı vasitəsilə Valehin kartına 1280 manat pul göndərilməklə ümumilikdə Valehə 8900 manat pul göndərmişlər. O Həbil ilə Valehə göndərdiyi pulları hamısını təqaüd üçün göndərmişlər, məbləğlərin ayrı-ayrılıqda hər hansı bir şəxs üçün göndərməmişlər. Valeh onlara taxıl alveri də etdiyini, Tərtər rayonunda çörək bişirmə sexi olduğunu demişdir. Onların keçən il taxıl əkdiklərindən Valehin də xəbəri olmuşdur. Valeh taxılı nisyə istəmiş və satıb pulunu verəcəyini demiş, onlar da razılaşaraq 1 kq taxılı 38 qəpiyə vermişlər. 25 iyun 2023-cü il tarixdə onlar taxılı yük avtomobilinə yığıb tərəzidə çəkdikdə avtomobilin çəkisini çıxdıqdan sonra 15420 kq qalmış, bunun da dəyəri 5859,6 manat etmişdir. Valeh təqaüdün 6 ay ərzində düzələcəyinə söz vermişdir. Artıq Valehin vəd etdiyi vaxt tamam olmuş, o da Valehlə əlaqə saxlayıb təqaüdlə maraqlanmış, Valeh də narahat olmamağı, yaxında düzələcəyini bildirmişdir. Onlar bu qaydada bir neçə dəfə Valehlə əlaqə saxlayıb təqaüdü maraqlansalar da, Valeh də hər dəfə müxtəlif bəhanələr gətirib təqaüdü düzəltməmişdir. Onlar artıq Valeh tərəfindən aldanıldıqlarını başa düşmüş, ona görə də əri Həbil Valehdən pulu geri qaytarmasını tələb etmişdir. Valeh də həmin aldığı pulları qaytaracağına söz vermiş, lakin hələ də qaytarmamışdır. Məhkəmə iclasında şahidlər Şahid5, Şahid4 və Şahid7 şahid X15 ifadəsinə uyğun ifadə verdilər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 Fidayıl qızı və Zərərçəkmiş şəxs3 qarşı törədilmiş epizodlar üzrə dələduzluq cinayətində, həmin əməlin törədilməsində müddət keçdiyinə görə Təqsirləndirilən şəxs həmin epizodla bağlı təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 Fidayıl qızının nəvəsi X18 18 yaşınadək aylıq 200 manat məbləğində sosial müavinət düzəldəcəyini aralarında olan söhbət zamanı onun cinayətkar niyyətindən xəbəri olmayan Zərərçəkmiş şəxs4 tanışı Şahid6 Vəliyəddin qızına vəd edərək, dəqiq günü istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2022-ci ilin oktyabr ayında günorta saatlarında Mingəçevir şəhəri ərazisində dəqiq yeri istintaqa məlum olmayan ünvanda yerləşən ödəniş terminalı vasitəsilə onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid6 Vəliyəddin qızının vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416974******4039 nömrəli karta 1500 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 10 may 2023-cü il tarixdə günorta saatlarında ünvan 2 ünvanda yerləşən “5+” marketdəki eManat ödəniş terminalı vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******2823 nömrəli karta Zərərçəkmiş şəxs4 tərəfindən 1200 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs4 qəsdən vahid niyyətlə ümumilikdə 2700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə əvvəlcədən olan razılaşmaya əsasən Bülbül Orucovaya sosial müavinət düzəltmək üçün almalı olduğu 3000 manat məbləğində pulun qalan 1000 manat hissəsini Bülbül Orucovanın qızı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etmə və aldatma yolu ilə 11 mart 2023-cü il tarixdə saat 20:45-də ünvan 2 ünvanda yerləşən “5+” marketdəki eManat ödəniş terminalı vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******2823 nömrəli karta Zərərçəkmiş şəxs3 tərəfindən 1000 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs3 qəsdən 1000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla vahid niyyətlə təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 Fidayıl qızı və Zərərçəkmiş şəxs3 qarşı törədilmiş epizodlar üzrə dələduzluq cinayətində, Təqsirləndirilən şəxs törətdiyi əməl cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Eyni zamanda cinayətin törədildiyi gündən hazırkı tarixə iki ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası CM-nin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 75.1.3. ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 75.1.4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. 75.2. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Məhkəmə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 Fidayıl qızı və Zərərçəkmiş şəxs3 qarşı törədilmiş epizodlar üzrə dələduzluq cinayətində, həmin əməlin törədilməsində müddət keçdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin epizodla bağlı təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. Lakin, bu hal Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın tövsifinə heç bir təsir etmir. İş materiallarında olan Zərərçəkmiş şəxs5 Abbbas oğlunun ərizəsindən görünür ki, ona vurulmuş ziyandan Təqsirləndirilən şəxs tərəfindən 2250 manat məbləğində pul ödənilmişdir. Qalan pulunu tələb edir. İş materiallarında olan zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Fidayıl qızının ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan Cəlilabad rayon İHB-nin Təklə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Cəlilabad rayon İHB-nin Təklə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı (xx.xx.2008-ci il təvəllüdlü) vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi dələduzluğun, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin təkrar və xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarında qeyd olunur ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər-hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddəsinin tələbini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, vurulmuş ziyandan qismən ödəniş etməsini və yaşadığı ərazidə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:30-da tutulmuşdur. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmiş, onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Tərtər rayonu ərazisində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi (şübhəli şəxs) və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi (axtarışda olan şəxs) tutulduğu müddət nəzərə alınaraq ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Məhkəmə, cəza təyin edərkən cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, vurulmuş ziyandan qismən ödəniş etməsini və yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, cəza təyin edilməsində ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi (şübhəli şəxs) və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi (axtarışda olan şəxs), yəni 3 gün həbsdə saxlama müddətini nəzərə alaraq, bir günə bir gün hesabı ilə təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-179.4-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Məhkəməyə Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs qarşı ziyana görə 6650 manat, habelə ittihamda qeyd edilməsə də faktiki aldadılaraq alınmış 9000 manat, ümumilikdə 15650 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 137 manat pulun alınıb verilməsi tələbinə dair iddia vermişdir. İşə baxılarkən müəyyən olundu ki, mülki iddiaçı 9000 manat pulla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilərək Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs5 ziyana görə 6650 manat, dövlət rüsumuna görə isə 86,50 manat məbləğində pul verilməlidir. Mülki iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçilərə (vəkillərə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 40 iş saatı üçün 440 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 Fidayıl qızı və Zərərçəkmiş şəxs3 qarşı törədilmiş epizodlar üzrə dələduzluq cinayətində, həmin əməlin törədilməsində müddət keçdiyinə görə Təqsirləndirilən şəxs həmin epizodla bağlı təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, həmin epizod üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi, yəni 3 gün həbsdə saxlama müddətini nəzərə alaraq, bir günə bir gün hesabı ilə təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Zərərçəkmiş şəxs5 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs ziyana görə 6650 manat, dövlət rüsumuna görə isə 86,50 manat cəmi 6736,50 manat (altı min yeddi yüz otuz altı manat 50 qəpik) məbləğində pul alınaraq Zərərçəkmiş şəxs5 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 40 iş saatı üçün 440 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-43/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-43/2025
18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver