Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-44/2024 09.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs – xx xxxxxx 1961-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Tərtər RQİİ-nin Ağcabədi xidmət sahəsində təmir-bərpa işində işləyən, məhkumluğu olmayan, Ağcabədi rayonu, Qaravəlli kəndində qeydiyyatda olmaqla hazırda həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində "X5" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 21074” minik markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə st.Mingəçevir Bəhrəmtəpə yolunun Ağcabədi rayonu ərazisindən keçən 78-ci kilometrliyində "X5" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü avtomobili sola doğru dönmə əməliyyatı etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili sola doğru dönmə əməliyyatı etdirməli halda, bunu etməyərək Bəhrəmtəpə istiqamətində yolun sağ zolağı ilə 15-20 km/saat sürətlə hərəkətdə olan zaman, sola dönmə əməliyyatı aparıb sürücü Şahid1 80-90 km/saat sürətlə Bəhrəmtəpə istiqamətində yolun sol zolağı ilə idarə etdiyi “VAZ 2107” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına daxil olmuş və “VAZ 2107” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sağ hissəsi ilə “VAZ 21074” minik markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə sağdan ağ xətdən sola doğru 1,3 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “VAZ 2107” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs sağ iç topuğun qapalı sınığı, alnında və boynunda sıyrıqlar ilə müşayiət edilən səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Ağcabədi rayonu Qaravəlli kəndində yaşayır. Hadisə zamanı idarə etdiyi “VAZ 21074” minik markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil onundur və avtomobili həyat yoldaşı Rahimə Eyvazovanın adına sənədləşdirmişdir. Sürücülük vəsiqəsi olmuş, lakin vaxtı bitmişdir, avtomobili hadisə zamanı sürücülük vəsiqəsi olmadan idarə etmişdir. 23 oktyabr 2023-cü il tarixdə saat təxminən 21:00 radələrində idarə etidiyi “VAZ 21074” minik markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu istiqamətindən qızıgildən yaşadığı evə gedəkən Beyləqan rayonu istiqamətində yolun sağ zolağı ilə hərəkətdə olmuş, məqsədi qarşıda solda yerləşən Ağcabədi rayonunun Qaravəlli kənd yoluna dönmək olmuşdur. Həmin yol birləşməsinə çatan zaman sola dönmə işıq siqnalını yandırmış, sürətini 15-20 km/saat sürətə qədər azaltmış, sola tərəf dönən zaman sol zolaqla onunla eyni istiqamətdə yüksək sürətlə hərəkətdə olan markasını və qeydiyyat nişanını sonradan bildiyi “VAZ 2107” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlib avtomobilin sol yan hissəsindən vuraraq totoqquşmuşdur. Toqquşma nəticəsində o və avtomobili ilə toqquşmuş avtomobildə bir oğlan sərnişin yüngül xəsarət almışdır. O, yol avbtomobili ilə Ağcabədi rayon mərkəzi xəstəxanasına getmişdir. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş, hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur və onu bağışlamışdır. Hazırda etdiyi əməldən peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir və məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün səmimi etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yaşayır. Şahid1 dostudur, eyni zamanda qohumluq münasibəti vardır. 23 oktyabr 2023-cü il tarixdə o, Elcan və Elcanın əmisi oğlu Cəsurla birlikdə Elcanın idarə etdiyi “VAZ 2107” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonundan Ağcabədi rayonuna gedirlərmiş. Elcan avtomobili idarə etmiş, o, avtomobildə qabaqda sərnişin qismində oturmuş, Cəsur isə arxada sağda oturmuşdur. Saat təxminən 21:00 radələrində onlar yolun sağ hərəkət zolağı ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olan zaman, Elcan idarə etdiyi avtomobillə qarşıda sağ zolaqda eyni istiqamətdə narkasını və qeydiyyat nişanını sonradan bildiyi “VAZ 21074” minik markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin solundan ötmək üçün sol zolağa keçmiş, həmin avtomobilə çatıb avtomobili soldan ötən zaman qəfildən həmin avtomobil sola istiqamətlənib yoluna çıxmış və Elcanın idarə etdiyi avtomobilin qabaq sağ hissəsi həmin avtomobilin sol yan tərəfinə dəyərək toqquşmuşdur. Onların olduğu avtomobil yolun soluna doğru istiqamətlənib torpaq sahəsinə çıxıb dayanmışdır. Hadisə nəticəsində xəsarət almışdır. Elcanla Cəsur xəsarət almamışlar. Həmçinin Təqsirləndirilən şəxs hadisə ilə bağlı ondan üzr istəmiş və onun müalicəsinə köməklik etmişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi 37 saylı yaşayış məntəqəsində yaşayır. Şahid1 qohumudur. 23 oktyabr 2023-cü il tarixdə saat təxminən 21:00 radələrində o, Elcan və qohumu Kərimlə bilrikdə Elcanın idarə etdiyi “VAZ 2107” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonundan Ağcabədi rayonuna evə gedirlərmiş. Elcan avtomobili idarə etmiş, Kərim avtomobildə qabaqda sağda oturmuş, o, isə arxada sağda oturmuşdur. Saat təxminən 21:00 radələrində Bəhrəmtəpə istiqamətində Qaravəlli kəndi ərazisi ilə hərəkətdə olan zaman taqqıltı səsi eşitmiş, görmüşdür ki, onların avtomobili qarşıda kəndə sola dönən narkasını və qeydiyyat nişanını sonradan bildiyi “VAZ 21074” minik markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı o, və Elcan xəsarət almamışlar, lakin Kərim xəsarət almışdır və Kərim yol avtomobili ilə Ağcabədi rayon xəstəxanasına getmişdir. Qarşı avtomobilin sürücüsü də yüngül xəsarət almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi 37 saylı yaşayış məntəqəsində yaşayır. Sürücülük vəsiqəsi yoxdur. Hadisə zamanı idarə etdiyi “VAZ 2107” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı atvomobil etibarnamə ilə atası X3 məxsusdur. 23 oktyabr 2023-cü il tarixdə o, atasına məxsus “VAZ 2107” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə dostu Zərərçəkmiş şəxs və əmisi oğlu Şahid2lə birlikdə Bərdə rayonundan Ağcabədi rayonuna yaşadığı evə gedirlərmiş. Avtomobili o idarə etmiş, Kərim avtomobildə qabaqda sərnişin qismində oturmuşdur, Cəsur isə arxada sağda oturmuşdur. Saat təxminən 21:00 radələrində idarə etdiyi avtomobillə 80-90 km/saat sürətlə yolun sağ hərəkət zolağı ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olan zaman qarşıda sağ zolaqda onunla eyni istiqamətdə markasını və qeydiyyat nişanını sonradan bildiyi “VAZ 21074” minik markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olmuşdur. O, həmin avtomobilə yaxınlaşanda sola dönmə işıq siqnalını yandırıb ötmək üçün sol zolağa keçib həmin avtomobili soldan ötən zaman qəfildən həmin avtomobil sola dönmə işığını yandıran kimi sola onun yoluna istiqamətlənmiş, avtomobilin qabaq sağ hissəsi ilə qeyd etdiyi avtomobilin sol yan tərəfi ilə toqquşmuşdur. Avtomobili yolun soluna doğru istiqamətlənib torpaq sahəsinə düşmüşdür. Hadisə nəticəsində o, və Cəsur xəsarət almamış, lakin Kərim xəsarət almışdır. Qarşı avtomobilin sürücüsüdə xəsarət almışdır. Kərim yol avtomobili ilə Ağcabədi rayon xəstəxanasına getmişdir. O, isə hadisə yerində qalmış, hadisə yerinə yol polisi işçiləri və müstəntiq gəlmiş, onun və digər şəxslərin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, protokola və sxemə imza etmişdir. Hadisədən bir gün öncə gecə o, toyda olan zaman spirtli içki qəbul etmiş, sərxoşluq testindən də keçəndə sərxoş olmağı müəyyən olunmuşdur. Toqquşduğu avtomobilin sürücüsü adını sonradan bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, düşmənçiliyi olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi” X8 06 noyabr 2023-cü il tarixli 648 nömrəli rəyindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - sağ iç topuğun qapalı sınığı, alnında və boynunda sıyrıqları - küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətlərə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 dekabr 2023-cü il tarixli 8/3408 nəmrəli rəyindən müəyyən edilmişdir ki, “VAZ 21074” minik markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X5” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ 21074” minik markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X5” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş alkoqolun qəbulu və sərxoşluq vəziyyətinin təyini haqqında 24 oktyabr 2023-cü il tarixli 174 nömrəli aktdan müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in BDYPB-nin Gəncə RQİTBŞdən daxil olmuş 10 yanvar 2024-cü il tarixli 3-13-16-3/2-18/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs AC 921860 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək verilmişdir və o, sürücülük hüququndan məhrum edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, sürücü Təqsirləndirilən şəxs məhkumluğunun və barəsində təqsirləndirici materiallar olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(017)-129/2024 saylı qərarından görünür ki, VAZ 2107 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 05 (beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 03 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs hərəkəti nəticəsində onun sağlamlığına 500 (beş yüz) manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs həmin zərəri tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, ona dəymiş zərəri ödəməsini, heç bir şikayət və tələbinin olmamasını nəzərə alınaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 03 aprel 2024-cü il tarixli təqdim etdiyi qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun sağlamlığına dəymiş zərərin əvəzi olaraq 500 (beş yüz) manat nağd şəkildə pulu almış və ziyan tam olaraq ödənilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB-nin Qaravəlli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 23 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində "X5" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 21074” minik markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə st.Mingəçevir Bəhrəmtəpə yolunun Ağcabədi rayonu ərazisindən keçən 78-ci kilometrliyində "X5" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü avtomobili sola doğru dönmə əməliyyatı etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili sola doğru dönmə əməliyyatı etdirməli halda, bunu etməyərək Bəhrəmtəpə istiqamətində yolun sağ zolağı ilə 15-20 km/saat sürətlə hərəkətdə olan zaman, sola dönmə əməliyyatı aparıb sürücü Şahid1 80-90 km/saat sürətlə Bəhrəmtəpə istiqamətində yolun sol zolağı ilə idarə etdiyi “VAZ 2107” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına daxil olmuş və “VAZ 2107” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sağ hissəsi ilə “VAZ 21074” minik markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə sağdan ağ xətdən sola doğru 1,3 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “VAZ 2107” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs sağ iç topuğun qapalı sınığı, alnında və boynunda sıyrıqlar ilə müşayiət edilən səhhətin uzun müddətə pozulmasına səbəb olan salamlığa az ağır zərər vuran xəsarət almasına səbəb olan yolnəqliyyat hadisəsi törətməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, iş üzrə şahid ifadələrini, məhkəmə-tibbi və məhkəmə yol nəqliyyat hadisələri ekspertizalarının rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması kimi şəxsiyyətini xarakterizə edən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263- 1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona 6000 (altı min) manat cərimə cəzası təyin edilməsi qanuna müvafiqdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut hesab edilmiş “VAZ 21074” minik markalı **-LC-*** dövlət qeydiyyat nişanlı və “VAZ 2107” minik markalıl **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərcini təşkil edən 128 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin maddə ilə ona bir il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 24 iş saatı üçün 144 (yüz qır dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə Cinayət Kollegiyasına apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-44/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-44/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver