Məhkəmə qərarları › İş №1(017)-45/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-45/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-45/2023 03.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, mülki idiaçı və zərərçəkmiş şəxsin nümayəndəsi X10, təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən A.İ.M Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Ağcəbədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta-ixtisas təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcəbədi şəhəri, X28 küçəsi, 32 saylı ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X8 vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı Ağcəbədi rayonu, Ağcəbədi şəhəri, X28 küçəsi, ev 32 olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) MMC-də (VÖEN:**********) direktoru olarkən, həmin cəmiyyətin nizamnaməsində nəzədə tutulmuş funksiyaları özü tam yerinə yetirərək, əmlakının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, qeyd olunan ünvanda yanacaqdoldurma məntəqəsi açaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 104, 105.1, 130.1, 130.2, 149, 159.1, 173, 174-cü maddələrinin tələblərini pozaraq, vergi orqanına bəyannamə təqdim etməməklə və bəyan edib ödəməməklə ümumilikdə, külli miqdar təşkil edən, 388007,12 manat məbləğində vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, o, direktoru olduğu "xxxx" MMC-nin adından 1 ədəd Ağcəbədi rayonu, Ağcəbədi şəhəri, Ağcəbədi-Beyləqan yolunun sağ tərəfində yerləşən “Yəhya Petrol” adlı yanacaqdoldurma məntəqəsi işlədib sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, 2019-cu il üzrə cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamədə 2019-cu il üzrə ümumi gəliri 15326904,00 manat, xərci 15318904,00 manat, vergiyə cəlb olunan mənfəəti 8000,00 manat və ödənilməli mənfəət vergisini 1600,00 manat göstərib, 1224,70 manat ödəyərək, 375,30 manat məbləğində mənfəət vergisini; 2020-ci ilin yanvar ayı üzrə ƏDV tutulan dövriyyəsi 2150284,11 manat, ƏDV-si 387051,14 manat, əvəzləşdirilən ƏDV-si olmadığı, ödənilməli ƏDV-si 387051,14 manat olduğu halda, həmin ay üzrə bəyannamə təqdim etməməklə, 387051,14 manat ƏDV-ni; həmin ilin 1-ci rübü üzrə vergi orqanına təqdim etdiyi bəyannamədə cəmiyyətin işçilərinə ödədiyi 2250,00 manat əmək haqqından 580,68 manat işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını bəyan edib ödəməyərək, 580,68 manat işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını, ümumilikdə isə külli miqdar təşkil edən, 388007,12 manat məbləğində vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. X3 qeyd edilən əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 213.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs X8 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xx.xx.2017-ci il tarixdə 8 saylı Ərazi vergilər idarəsində "xxxx" MMC-ni təsis etdirib, həmin cəmiyyətin direktoru işləmişdir. Cəmiyyətin fəaliyyəti Ağcəbədi rayonu, Ağcəbədi şəhəri, Ağcəbədi-Beyləqan yolunun sağ tərəfində yerləşən, icarəyə götürdüyü “Yəhya Petrol” yanacaqdoldurma məntəqəsində neft məhsullarının satışından ibarət olmuşdur. icrarə haqqı aylıq 1000 manat təşkil etmişdir. Orada 4 nəfər işçi olmuşdur. Mühasibi olmamış, mühasibatlıq işlərini özü aparmışdır. Cəmiyyətin fəaliyyətinə rəhbərliyi özü etmiş, ondan başqa cəmiyyətin fəaliyyətinə rəhbərlik edən olmamışdır. Yanacaqdoldurma məntəqəsində Aİ 92 benzin və dizel yanacağı satılmışdır. Həmçinin bu yanacaq növlərini topdan satmışlar. Obyektdə ikisi benzin, biri dizel olmaqla 3 ədəd yanacaqdoldurma aparatı, bundan başqa, ofis və 1 ədəd 60 tonluq, 3 ədəd 25 tonluq çənlər olmuşdur. Yanacağı SOCAR Petroleum QSC 5 saylı Bərdə filialından elektron qaimə faktura əsasında almışlar. Cəmiyyət əməliyyatlarını "xxxx" ASC-nin Ağcabədi filialında, "xxxx" ASC-nin Nizami filialında və "xxxx" ASC-nin Ağcabədi filialında olan hesabları vasitəsilə aparmışdır. Cəmiyyət fəaliyyətini 2020-ci ilin aprel ayında dayandırmış və həmin vaxtdan heç bir fəaliyyət göstərməmişdir. Həmçinin, ifadəsində hesablanmış 388007,12 manat məbləğində vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarından bu vaxtadək 55000,00 manatını dövlət büdcəsinə ödəmişdir. O, ilk dəfə olaraq belə əməl törətdiyini və hazırda törədiyi əmələ görə çox peşman olduğunu, vurduğu ziyanın qalan hissəsini qısa müddətdə hissə-hissə tam ödəyəcəyini və himayəsində bir azyaşlı uşağının olmasıı, özünün mütamadi müalicəyə ehtiyacının olmasını bildırib, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında mülki iddiaçı və zərərçəkmiş şəxsin nümayəndəsi X18 ifadə verərək göstərdi ki, X8 vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı Ağcabədi şəhəri, X28 küçəsi, ev 32 olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) MMCdə (VÖEN:**********) direktoru olarkən, həmin cəmiyyətin nizamnaməsində nəzədə tutulmuş funksiyaları özü tam yerinə yetirərək, əmlakının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, qeyd olunan ünvanda yanacaqdoldurma məntəqəsi açaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 104, 105.1, 130.1, 130.2, 149, 159.1, 173, 174-cü maddələrinin tələblərini pozaraq, vergi orqanına bəyannamə təqdim etməməklə və bəyan edib ödəməməklə ümumilikdə, külli miqdar təşkil edən, 388007,12 manat məbləğində vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. İstintaq zamanı 25 fevral 2022-ci il tarixdə X8 "xxxx" MMC-nin adından yayındırdığı vergilərdən 55.000,00 manatını dövlət büdcəsinə ödəmişdir. Mülki iddianı müdafiə edərək qalan məbləğin də tam olaraq ödənilməsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi X11 ifadəsində kameral vergi yoxlaması ilə həmin vergi orqaninda vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-də vergi orqanına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edilərək, 2020-ci ilin yanvar ayınadək 387051,14 manat əlavə dəyər vergisinin dövlət büdcəsinə ödənilməkdən yayındırılmasını aşkar etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək göstərdi ki, təxminən 2019-cu ildən Ağcəbədi rayonu, Ağcəbədi şəhəri, Ağcəbədi-Beyləqan yolunun sağ tərəfində yerləşən “Yəhya Petrol” adlı yanacaqdoldurma məntəqəsində kassir-operator kimi fəaliyyətə başlamışdır. Onu işə cəmiyyətin direktoru X8 götürmüşdür. İşi günaşırı olmaqla, gündəlik məvacibi 12 manat olmuşdur. İşi saat 09:00-da başlayıb ertəsi gün saat 09:00-da bitmişdir. Maaşını əlbəəl direktor X2 almışdır. Yanacaqdoldurma məntəqəsində Aİ 92 benzin və dizel yanacağı satılmışdır. Obyektdə ikisi benzin, biri dizel olmaqla 3 ədəd yanacaqdoldurma aparatı olmuşdur. Növbədə olduğu müddətdə aparatların üçü ilə də özü işləmişdir. Digər növbədə X14 işləmişdir. “Yəhya Petrol” yanacaqdoldurma məntəqəsində təxminən 9 ay işləmiş, işlədiyi müddətdə cəmiyyətin fəaliyyətinə rəhbərliyi X8 etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadə verərək göstərdi ki, təxminən 2019-cu ilin əvvəlində Ağcəbədi rayonu, Ağcəbədi şəhəri, Ağcəbədi-Beyləqan yolunun sağ tərəfində yerləşən “Yəhya Petrol” adlı yanacaqdoldurma məntəqəsində kassir-operator kimi fəaliyyətə başlamışdır. Onu işə cəmiyyətin direktoru X8 götürmüşdür. İşi günaşırı olmaqla, gündəlik məvacibi 12 manat olmuşdur. İşi saat 09:00-da başlayıb ertəsi gün saat 09:00-da bitmişdir. Maaşını əlbəəl direktor X2 almışdır. Yanacaqdoldurma məntəqəsində Aİ 92 benzin və dizel yanacağı satılmışdır. Obyektdə ikisi benzin, biri dizel olmaqla 3 ədəd yanacaqdoldurma aparatı olmuşdur. Növbədə olduğu müddətdə aparatların üçü ilə də özü işləmişdir. Digər növbədə X12 işləmişdir. “Yəhya Petrol” yanacaqdoldurma məntəqəsində təxminən 9 ay işləmiş, işlədiyi müddətdə cəmiyyətin fəaliyyətinə rəhbərliyi X8 etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadəsində 2001-ci ildən özünə məxsus **-BN-*** nömrə nişanlı, QAZ 52 markalı, 2,4 ton tutumlu çəni olan yük maşını ilə yanacaq daşıma işi ilə məşğul olduğunu, 2019-2020-ci illərdə də sifariş əsasında Ağcəbədi rayonu, Ağcəbədi şəhəri, Ağcəbədi-Beyləqan yolunun sağ tərəfində yerləşən “Yəhya Petrol” adlı yanacaqdoldurma məntəqəsindən əsasən dizel yanacağı olmaqla müxtəlif yanacaq məhsullarını yükləyərək, sifariş verilən yerə çatdırdığını, gördüyü işin haqqını sifariş verən şəxslərdən aldığını, “Yəhya Petrol” yanacaqdoldurma məntəqəsinin rəhbəri kimi X5 tanıyıb, sifariş verilən malı ondan təhvil aldığını, həmin yanacaqdoldurma məntəqəsinin təxminən 2020-ci ilin aprel ayında fəaliyyətini dayandırdığını və onun həmin vaxtdan ora ilə əlaqəsinin olmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilən AR-nın ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzinin İqtisad ekspertizaları şöbəsinin aparıcı eksperti X20 ifadə verərək göstərdi ki, ekspertiza zamanı müəyyən etdildi ki, “Yəhya Petrol” yanacaqdoldurma məntəqəsində satılmış olan yanacaqların konkret qaimə fakturaları yoxdur və onlar cədvəl şəklindədir. Həmin satılmış olan mallar qarşılıqlı razılaşma qaimələr əsasında olmuş, lakin onlar tərəfindən ekspertiza zamanı qarşılıqlı razılaşmaya dair heç bir sənəd aşkar edilməmişdir. Ümumiyyətlə satış zamanı topdan və yaxud da pərrakəndə satış olmasından asılı olmayaraq satış elektron faktura qaimələr olmalıdır. Satılmış olan malların bir hissəsinin elektron faktura qaimələri var, lakin bir hissəsinin isə yoxdur. Ona görə də dəqiq ekspertiza rəyi verilməsi mümkün deyildir. Məhkəmə iclasında dindirilən AR-nın ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzinin İqtisad ekspertizaları şöbəsinin eksperti X13 ifadə verərək göstərdi ki, ekspertiza zamanı müəyyən etdildi ki, “Yəhya Petrol” yanacaqdoldurma məntəqəsində satılmış olan yanacaqların konkret qaimə fakturaları yoxdur və onlar cədvəl şəklindədir. Həmin satılmış olan mallar qarşılıqlı razılaşma qaimələr əsasında olmuş, lakin ekspertiza zamanı qarşılıqlı razılaşmaya dair heç bir sənəd aşkar edilməmişdir. satış zamanı topdan və yaxud da pərrakəndə olmasından asılı olmayaraq satış elektron faktura qaimələr olmalıdır. Satılmış olan malların bir hissəsinin elektron faktura qaimələri var, bir hissəsinin isə yoxdur. Ona görə də dəqiq ekspertiza rəyi verilməsi mümkün deyildir. İş materiallarında olan ibtidai istintaq zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibat ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/3152 nömrəli rəyi ilə "xxxx" MMC-də (VÖEN: **********) kameral vergi yoxlaması ilə hesablanmış, 2020-ci ilin yanvar ayı üzrə 387051,14 manat əlavə dəyər vergisi, həmin ilin 1-ci rübü üzrə 580,68 manat işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları, eləcə də cari bəyannamə ilə hesablanmış, 2019-cu il üzrə 375,30 manat mənfəət vergisi olmaqla, ümumilikdə, külli miqdar təşkil edən, 388007,12 manat məbləğində vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları təsdiq olunmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin vəkili tərəfindən verilən xx.xx.2022-ci il tarixli vəsatətə əsasən Ağcabədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2022-ci il tarixli, 9/6621 saylı ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində göstərildiyi kimi, kameral vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 37-ci, 67-ci ve 83-cü maddələrinə əsasən 2020-ci ilin yanvar ayı üçün hesablanmış 445068,85 manat ƏDV və "vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********550400 nömrəli qərar Vergi Məcəlləsinin tələblərinə uyğun deyildir. Təqdim edilmiş iş materiallarına əsasən isə müəssisə tərəfindən xx.xx.2018 ci il tarixdən 31.01. 2020-ci il tarixədək elektron qaimə faktura əsasinda ********.23 manat dəyərində yanacaq alınmışdır. Həmin mallardan yazılmış (qarşılıqlı razılaşdırılmış) qaimələr əsasında ********.87 manat məbləğində (kənd təsərrüfatına dəstək üçün) dizel yanacağı 1 hər bir litiri üçün 0.53 və ya 0.535 topdan satılmış, Ai-92 markalı yanacaq isə 0.83 ve ya 0.835 qəpikdən toptan satılmışdır. Təqdim etdilmiş bəyannamələr əsasında ümumi satış dövriyyəsi ********.67 manat olsa da, bunlardan perakenda satış qismi cəmi 9181071.8 manat təşkil etmişdir. Beləliklə, bütün yuxarıda göstərilənlər nəzərə alınmaqla cavabdeh 8 saylı Ərazi Vergilər idarəsi tərəfindən vergi ödəyicisi olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə aparılmış **********550400 saylı xx.xx.2020-ci il tarixli "vergilərin, sosial sığorta ve işsizlik sığortası haqlarının hesablanması barədə qarar Vergi qanunvericiliyinə uyğun tərtib olunmadığından, vergi ödəyicisnin fəaliyyəti üzrə həmin qərar əsasında hesablanmış vergilərin, sosial sığorta haqlarının düzgünlüyü hazırkı ekspertiza tədqiatı ilə müəyyən edilmir. Ekspert qeyd edir ki, xx.xx.2021-ci il tarixli 9/1856 və xx.xx.2021-ci il tarixli 9/3152 saylı ekspert rəyləri arasındaki farq ondan ibarətdir ki, 9/1856 saylı ekspert rayi Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-62/2021 saylı xx.xx.2021-ci il tarixli qarardadındaki ekspertiza qarşısında suallar üzrə və həmin mülki iş materiallarında olan sənədlərə əsasən, 9/1856 saylı ekspert rayi isə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin ********* saylı xx.xx.2021-ci il tarixli qərardadındaki ekspertiza qarşısında suallar və ekspertizaya təqdim edilmiş materiallar əsasında aparılmasıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mülki iddiaçı 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş vəsatətə əsasən Ağcabədi rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qərarı ilə təyin edilmiş Komisyon məhkəmə - mühasibatlıq ekspertizasının keçirilməsi barədə verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2023-cü il tarixli, 9/9336 saylı ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində birinci-beşinci suallar üzrə göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində 38.213,4 manat (ƏDV daxil olmaqla) dəyərində mal qalığı və həmin dövr ərzində elektron qaimə faktura əsasında satılmış malın dəyəri 5.293.174,81 manat (ƏDV daxil olmaqla) olduğu müəyyən edilmişdir. Yəni müəssisə tərəfindən Elektron-qaimə faktura təqdim edilmədiyi üçün satılan mallar vergiyə Tarif Şurasının müəyyən etdiyi pərakəndə satış qiymətləri ilə nəzərə alınaraq, pərakəndə qaydada satılmış malın dəyəri 26.870.887,86 manat (ƏDV daxil olmaqla) olmaqla cəmi satış dövriyyəsinin 32164062,67 manat (ƏDV daxil olmaqla) olması ehtimal edildiyi üçün dödvriyyədə 3.860.333,69 manat (ƏDHV daxil olmaqla) kənarlaşma yaranması vergidən yayınma halı kimi qiymətləndirilərək, vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********290600 nömrəli «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» uyğunsuzluq məktubu göndərilmişdir. Belə olan halda təqdim edilmiş iş materiallarında olan mövcud sənədlərə əsasən müəssisə tərəfindən həyata keçirilən satış əməliyyatları tam olaraq e-qaimələri ilə həyata keçirilmədiyi müəyyən olunur. Qeyd edilir ki, yanacaq-doldurma məntəqəsvinə topdan satış həm nağd, həm də nağdsız aparıla bilər. Nağd ödəniş aparılan zaman yanacağın nəzarət kassa aparatına və post terminala vurulmaqla aparıla bilər. Nağdsız ödənişlər isə satılan mallara dair qarşı tərəfə verilən qaimə faktura əsasında həyata keçirilir. Ödəniş bank köçürmələri ilə aparılır. Pərakəndə satış üzrə aparılmış əməliyyatlar nağd qaydada aparılmalıdır. Vergilərin müəyyən edilməsinin əsas şərtləri Vergi Məcəlləsinin 12-ci maddəsində göstərilmişdir. Göründüyü kimi vergilərin hesablanması ilə bağlı qanunvericilikdə ehtimal əsasında vergilərin hesablanması nəzərdə tutulmamışdır. Digər tərəfdən, pərakəndə satışın anlayışı Vergi Məcəlləsinin 13.2.62-ci maddəsində təsbit olunmuşdur. Belə ki, pərakədə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi il əvə yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti. Məcəllənin 16.1.11-7-ci maddəsinə görə pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamaı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasə nəzarətkassa aparatının çeki ilə yanaşı, qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura təqdim etmək; Bildirilir ki, vergilərin hesablanması ilə bağlı yuxarıda gödstərilən maddələrin (maddə 13.2.62 və 16.1.11-7) tələblərinə əsasən isə iş materiallarında vergi orqanı tərəfindən ehtimal ilə müəyyən edilən pərakəndə satışın həyata keçirilməsi ilə bağlı sənədlər öz əksini tapmamışdır. Eyni zamanda qeyd edilir ki, iş materiallarında bir sıra sənədlər mövcuddur ki, həmin təqdim edilmiş sənədlərə əsasən isə müəssisə tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək elektron qaimə faktura əsasında 31.607.422,23 manat dəyərində yanacaq alınmışdır. Həmin mallardan yazılmış (qarşılıqlı razılaşdırılmış) qaimələr əsasında 22.982.990,87 manat məbləğində (kənd təsərrüfatına dəstək üçün) dizel yanacağı 1 hər bir litr üçün 0,53 və ya 0,535 topdan satılmış. Ai-92 markalı yanacaq isə 0,83 və ya 0,835 qəpikdən topdan satılmışdır. Təqdim edilmiş bəyənnamələr əsasında ümumi satış dövriyyəsi 32.164.062,67 manat olsa da, bunlardan pərakəndə satış qismi cəmi 9.181.071,8 manat təşkil etmişdir. Altıncı sual üzrə : Qeyd edildiyi kimi, təqdim edilmiş iş materiallarında müəssisə tərəfindən aparılan satış əməliyyatlarını özündə əks etdirən sənədlər tam şəkildə mövcud olmadığından, vergi orqanı tərəindən hesablanmış vergilərin düzgünlüyü hazırkı tədqiqatla müəyyən edilmir. Yəni ittiham aktında göstərilən dövrlərdə vergidən yayınma faktı ödənişlər nəzərə alınmaqla hansı məbləğ təşkil etməsi mövcud sənədlər əsasında müəyyən edilmir. Əlavə olaraq qeyd edilir ki, xx.xx.2021-ci il tarixli, 9/3152 saylı və 28 10.2022-ci il tarixli, 9/6621 ekspert rəyləri arasındakı fərq onunla izah edilir ki, 9/6621 saylı ekspert rəyi Ağcabədi rayon Məhkəməsini 1(017)-75/2022 saylı, 17 avqust 2022-ci il tarixli qərarında ekspertiza qarşısında suallar üzrə və həmin iş materiallarında olan sənədlərə əsasən verilmiş xx.xx.2021-ci il tarixli, 9/3152 saylı ekspert rəyi isə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin ********* saylı xx.xx.2021-ci il tarixli ekspertiza təyini haqqında qərar və ekspert qarşısında qoyulmuş suallar əsasında təqdim edilmiş 01 cilddən ibarət iş materialları əsasında aparılmasıdır. Belə ki, həmin ekspert rəyi ilə gəlinən nəticəyə qərarın təsviri hissəsində göstərilənlərin istintaq orqanı tərəfində əsaslı hsab edildiyi halda gəlinmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli “Azərbaycan Respublikası CM-nin 213.2.2-ci və Azərbaycan Respublikası VM-nin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” qərarında qeyd edilir ki, Azərbaycan Respublikası VM-nin 78.3-cü maddəsinin mənasına görə hüquqi və fiziki şəxsin həyata keçirtdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Azərbaycan Respublikası VM-nin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Azərbaycan Respublikası CM-nin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Qeyd olunan qanunun normasına əsasən X8 qeyd olunan sahibkarlıq fəaliyyəti həyata keçirərək, faktiki gəlir əldə edən şəxs olmuşdur. Təhlil edilən normanın dispozisiyasından görünür ki, orada təsbit edilmiş cinayət əməli subyektin öz konkret öhdəliyini, yəni vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəmək vəzifəsini yerinə yetirməməsi formasında hərəkətsizliyi nəzərdə tutur. Başqa sözlə, araşdırılan cinayət əməli hərəkətsizliklə törədilir. Lakin şəxs vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaq üçün müxtəlif aktiv hərəkətlər də edə bilər. Beləliklə, təqsirləndirilən şəxs X3 AR CM-nin 213.2.2-ci maddəsi ilə törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcə də məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam sübuta yetirildi. Ona görə də, məhkəmə hesab edir ki, onun əməli AR CM-nin 213.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, bu maddənin sanksiyası həddində cəzalanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, X8 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, 15 noyabr 1982-ci il təvəllüdlü X8 yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər üzrə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli arayışdan görünür ki, X3 himayəsində 2019-cu il təvəllüdlü X9 adında bir azyaşlı uşağı var. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və agırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə X3 ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməldən səmimi peşiman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, «Kəskin qastirit», «Xr. Pankreatit kəskinləşmə fazası» və onurğanın bel-oma hissəsinin osteoxondrozu, kökcük ağrılşar və yerişin pozulması diaqnozu ilə xəstə olmasını və vurduğu ziyandan 55000,00 manatını dövlət büdcəsinə ödəməsini cəzanı yüngülləşirən hallar kimi nəzərə alır, cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə X6 cəza təyin edərkən, törədilən əməlin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxs X6 təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etsədə, barəsində cəzanı yüngülləşdirən halları, qısa müddətdə vurduğu ziyandan ödəniş edəcəyini və onun «Kəskin qastirit», «Xr. Pankreatit kəskinləşmə fazası» və onurğanın bel-oma hissəsinin osteoxondrozu, kökcük ağrılşar və yerişin pozulması diaqnozu ilə xəstə olmasını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən tamamilə təcrid olunmadan islah olunması mümkündür, ona görə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edərək həmin cəzanın şərti olaraq təyin edilməsini qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X8 23 fevral 2023-cü il tarixdən 25 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2.21-ci bəndinə görə cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Belə olan halda məhkəmə təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası CMnin 70-ci maddəsini tətbiq edərkən təqsirləndirilən şəxs X3 23 fevral 2023-cü il tarixdən 25 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı iki gün təyin edilən cəza müddətinə hesablanmamalı və yalnız ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə, haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. AR CM-nin 70.1-ci maddəsində göstərilir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müəyyən olunur. Həmin Məcəllənin 70.4-cü maddəsində göstərilir ki, şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə X3 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsini qoymağı məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsi mülki iddiaçı kimi tanınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Göstərilənlərlə əsasən məhkəmə hesab edir ki, iş üzrə verilmiş mülki iddia təmin edilməklə mülki iddianın ödənilməmiş qalan hissəsi, yəni 333007,12 manat təqsirləndirilən şəxs X2 tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Sınaq müddəti ərzində X3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulmalı və onun davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşadığı yer üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə vergi yoxlaması ilə bağlı materiallar, cinayət işində olan digər qərar, protokol və sənədlər sübut kimi iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 300 manat məbləğində pul təqsirləndirilən şəxs X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilməlidir. İş üzrə xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona iki il sınaq müddəti müəyyən edilməklə hökmlə təyin olunmuş üç il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində X3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşadığı yer üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X1 müddəti ərzində yeni cinayət törətməzsə hökm icra edilməsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia təmin edilsin. Ödənilməmiş qalan 333007,12 (üç yüz otuz üç min yeddi manat, on iki qəpik) manat təqsirləndirilən şəxs X2 tutularaq Dövlət büdcəsinə ödənilsin. İş üzrə vergi yoxlaması ilə bağlı materiallar, cinayət işində olan digər qərar, protokol və sənədlər sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pul təqsirləndirilən şəxs X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar