Məhkəmə qərarları › İş №1(017)-45/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-45/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-45/2024 02.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1986-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, bir azyaşlı uşağı olan, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər AR CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanuna dəyişikliklər edilməsi barədə 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının qanununda göstərilən xeyli miqdarda, yəni təmiz çəkisi 0,300 qram çəkidə narkotik vasitə olan heroini qəsdən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 2 ədəd siqaretin gümüşü kağızı bükümdə əynindəki boz rəngli şalvarın sol yan cibinə siqaret qutusunda qoyub daşıyaraq saxlamış, 04 yanvar 2024-cü il tarixdə saat 23:30 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, 28 may küçəsində yerləşən mərkəzi bazarın qarşısında saxlanılaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib, 05 yanvar 2024-cü il tarixdə saat 00:30-dan başlayaraq üzərində şəxsi axtarış aparılan zaman, onun əynində olan boz rəngli şalvarın sol yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı 2 (iki) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,080 qram və 0,220 qram, ümumi təmiz çəkisi 0,300 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, O, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə, taksi fəaliyyəti ilə məşğul olur. O, təxminən 10 il olar ki, narkotik vasitə heroindən istifadə edir. 2015-ci il tarixdə qanunsuz narkotik vasitə saxladığı üçün həbsdə olmuş, 2016-cı ilin avqust ayında azad olunmuşdur. 04 yanvar 2024-cü il tarixdə səhər saatlarında piyada küçə ilə gedən zaman yerdən 1 ədəd büküm tapmış, bükümə baxdıqda içərisində narkotik vasitə olan heroin olduğunu görmüş və götürüb üzərində saxlamışdır. Həmin bükümü o, 2 ədəd siqaretin kağızına büküb siqaret qutusunun yan tərəfinə qoyub üzərində saxlamış ki, istifadə edər. 04 yanvar 2024-cü il tarixdə Ağcabədi şəhəri, 28 may küçəsi ilə bazar istiqamətinə gedən zaman bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları kimi təqdim edib onu Ağcabədi rayon Polis şöbəsinə gətirmişlər. Ağcabədi rayon Polis şöbəsində ona hüquqlarını izah edib müdafiəçi tutmaq hüququnu da bildirmişlər. O, təqdim olunmuş siyahıdan vəkil X4 hüquqlarını müdafiə etməsini xahiş etmiş, həmin vəkillə onu təmin etmişlər. Vəkilin iştirakı ilə üzərinə video çəkilişlə şəxsi axtarış keçirməyə başlamışlar. Ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə vardırsa da təqdim etməsi təklif olunmuş, o əynində olan şalvarın sol yan cibində 1 ədəd siqaret qutusunda saxladığı 2 ədəd siqaret kağızına bükülmüş narkotik vasitə heroini təqdim etmişdir. Onun işitirakı ilə həmin kağız bükümlərə baxış keçirilmiş, heroin kağızla birlikdə aptek tərəzsində çəkilmiş, ümumi çəkisi 0,25 və 0, 22 qram olması məlum olmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, başqa narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş digər bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş heroin onun, vəkilinin iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, şəxsi axtarış protokoluna və həmin zərfin üzərinə imza etmişlər. Üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitəni tapdığını, özünün şəxsi istifadəsi üçün üzərində gəzdirməyini bildirmişdir. O, heç kimə üzərində saxladığı heroindən və ya hər hansı bir narkotik vasitədən satmamış, nə də heç bir kəsə verməmişdir. Ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq ediləməmişdir, üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşlarından və vəkili Rahul Quluzadədən başqa həmin halı kimsə də görməmiş, yanında heç kəs olmamışdır. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşqul olmamış, üzərindən aşkar olunmuş narkotik vasitəni tapıb istifadə etmək üçün üzərində saxlamış, təxmini çəkisini bilmiş, rəylə tanış olduqda məlum olmuş ki, üzərindən aşkar olunmuş heroinin çəkisi 0,300 qramdır. Hazırda törətdiyi əmələ görə çox peşman olmasını və bir azyaşlı uşağının olmasını bildirib, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, Ağcabədi RPŞ-nin CAB-nin baş əməliyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 04 yanvar 2024-cü il tarixdə Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkoik vasitə saxlaması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Məlumatla əlaqədar ondan və PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs Ağcbədi şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Ağcabədi RPŞ-nin inzibati binasında otaqların birində, Təqsirləndirilən şəxs hüquqları izah edilməklə onun özünün dövlət hesabına müdafiəçi ilə təmin edilməsi xahişinə əsasən Ağcabədi rayon Vəkil Bürosunun vəkili X7 onun hüquqlarını müdafiə etməsi məqsədilə vəkil təyin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkili X4 da iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video çəkiliş vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onun, Şahid2 və TBnin təhqiqatçısı polis kapitanı X5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusunda saxladığı 2 (iki) ədəd gümüşü rəngli kağız parçasına bükülmüş büküm çıxarıb təqdim etmişdir. Həmin bükümlərin içərisinə baxış keçirilən zaman içərisində heroinə bənzər kütlənin olduğu aşkar olunmuşdur. Həmin kütlə kağız parçası ilə birlikdə elektron tərəzidən istifadə edilərək çəkilmiş və çəkisi 0,25 qram və 0,22 qram olmuşdur. Həmin 02 ədəd büküm kağız zərfdə qablaşdırılmış və həmin kütlə ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs, tərəflərindən 04 yanvar 2024-cü il tarixdə saat 23:30 radələrində Ağcabədi şəhəri, 28 may küçəsində yerləşən mərkəzi bazarın qarşısında saxlanılarkən onun yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs RPŞ-nə gətirilməsini, üzərinə şəxsi axtarış keçirilməsini tədbirdə iştirak edən Şahid2 və TB-nin təhqiqatçısı polis kapitanı Rəfail Zeynalovdan başqa heç kəs görməmiş, üzərinə şəxsi axtarış keçirilərkən vəkili X7 görmüşdür və iştirak etmişdir. Tərəflərindən keçirilmiş tədbirlər zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir, haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İş materiallarına olan 05 yanvar 2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında tərtib edilmiş protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 02 (iki) ədəd kağız bükümdə kəskin spesifik iyə malik narkotik vasitə heroinə oxşar kütlənin olması müəyyən edilmiş, həmin kütlə aşkar olunduğu vəziyyətdə elektron tərəzidə çəkilmiş, çəkisi 0,25 qram, 0,22 qram müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 05 yanvar 2024-cü il tarixli 18/ 11 05 yanvar 2024-cü il tarixli 18/ 11 nömrəli rəyində gösərilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən..” sözləri yazılmış kağız paketdə 02 ədəd ayrı-ayrılıqda təmiz çəkisi 0,080 qram, 0,220 qram, ümumi təmiz çəkisi 0,300 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin- 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadan edilən narkotik vasitələr siyahsı”na daxildir. Həmin rəydə göstərilmişdir ki, heroinin təmiz çəkisi 0,300 qram tədqiqata istifadə olundu 0,10 qram (hər ob 0,05qram), qalıq 0,200 qramdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 19 fevral 2024-cü il tarixli 318 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Ağcabədi rayon mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli verdiyi tibbi arayışdan görünür ki, Rəhimov X2 RMX-nın Konsultativ Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda deyil. Lakin narkoloji kabinetdə dispanser qeydiyyatdadır. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən alınan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixli Ağcabədi rayon məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 01 il azadlıqdan mərhum etmə zəzasına məhkum olunub, xx.xx.2016-cı il tarixli Salyan rayon məhkəməsinin qərarı ilə CPM-nin 76-cı maddəsinə əsasən 04 ay 26 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilib, məhkumluğu ödənilmiş, məhkumluğu yoxdur. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,080 qram, 0,220 qram ümumi təmiz çəkisi 0,300 qram narkotik vasitə olan heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,200 qramı 05 yanvar 2024-cü il tarixli qərarla maddi sübut hesab edilmişdir. İş materiallarında olan Ağcabədi RİHB Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 16 fevral 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxx 1986cı il təvəllüdlü Ağcabədi rayonunun şəhər sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi RİHB Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 16 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs bir azyaşlı 2018-ci il təvəllüdlü X8 adlı övladı var. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, habelə işdə olan digər rəsmi sənədlərlə tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə. Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası AliMəhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşirən hallar kimi nəzərə alır. Barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, əvvəldə eyni xarakterli cinayət əməli törətməsini və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini və onun cəmiyyətdən tam təcrid olunmaqla islah olunması mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. İnsan Hüquqları və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 yanvar 2024-cü il tarixdən 06 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və dərhal məhkəmə zalında həbs edilməlidir. Cəza çəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 02 aprel 2024-cü il tarixdən hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəsətəxnası” Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində əvvəldən qeydiyyata olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, tədqiqatdan sonra qalıq qalan 0,200 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 31 manat 95 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - Az.MEM.VÖİN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ ********************, hesab Az 34 CTRE******************** keçirilməlidir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 18 iş saatı üçün 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstəriənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 yanvar 2024-cü il tarixdən 06 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş bir il müddətə azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla onun üzərində qəti cəza olaraq on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə zalında həbs edilsin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 02 aprel 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəsətəxnası” Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, tədqiqatdan sonra qalıq qalan 0,200 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 31 manat 95 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - Az.MEM.VÖİN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ ********************, hesab Az 34 CTRE******************** keçirilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 18 iş saatı üçün 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) gündən 20 gün müddətə Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar