Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-45/2025 05.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X2, Zərərçəkmiş hüquqi şəxsin nümayəndələri Nümayəndə1 və Nümayəndə2, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1997-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağcabədi Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 1(017)-148/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən yeni hökmlə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Ağcabədi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 1(017)-21/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla qismən birləşdirilib üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Xəzər Rayon Məhkəməsinin 15 mart 2024cü il tarixli 7(003)-359/2024 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 08 ay 19 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, cəzasını cəkib qurtarmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 26 yanvar 2025-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanda yerləşən saxlanc yeri hesab edilən “Market” adlı mağazaya qanunsuz daxil olaraq həmin mağazadan 30 manat məbləğində Azərbaycan Respublikasının qəpik pulu, biri 4 manat 20 qəpik olmaqla, 84 manat dəyərində 20 ədəd “Kent 4” markalı siqaret, biri 3 manat 60 qəpik olmaqla, 72 manat dəyərində olan 20 ədəd “LD” markalı siqaret, biri 3 manat 10 qəpik olmaqla, 62 manat dəyərində olan 20 ədəd “Pallmall” markalı siqaret, biri 3 manat 10 qəpik olmaqla, 77 manat 50 qəpik dəyərində olan 25 ədəd “Rothmans Blue” markalı siqaret, biri 2 manat 90 qəpik olmaqla, 52 manat 20 qəpik dəyərində olan 18 ədəd “West” markalı siqaret, biri 2 manat 60 qəpik olmaqla, 39 manat dəyərində olan 15 ədəd “Magna” markalı siqaret, biri 2 manat 60 qəpik olmaqla, 26 manat dəyərində olan 10 ədəd “Prima” markalı siqaret, biri 2 manat 60 qəpik olmaqla, 65 manat dəyərində olan 25 ədəd “Viceroy blue” markalı siqaret, biri 2 manat 40 qəpik olmaqla, 43 manat 20 qəpik dəyərində olan 18 ədəd “Arqo” markalı siqaret, biri 2 manat 60 qəpik olmaqla, 46 manat 80 qəpik dəyərində olan 18 ədəd “Keno” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, 54 manat dəyərində olan 12 ədəd “Sobranie KSSS white” markalı siqaret, biri 3 manat 10 qəpik olmaqla, 31 manat dəyərində olan 10 ədəd “X7” markalı siqaret, biri 3 manat 40 qəpik olmaqla, 51 manat dəyərində olan 15 ədəd “LD compact silver” markalı siqaret, biri 20 qəpik olmaqla, 40 qəpik dəyərində 2 ədəd üzəri şəkilli böyük ölçülü sellofan torbanı qəsdən qanunsuz olaraq özgə əmlakını gizli talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs1 734 manat 10 qəpik məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o təkrarən 05 fevral 2025-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanda yerləşən saxlanc yeri hesab edilən “Şans” adlı mağazaya qanunsuz daxil olaraq həmin mağazadan 100 manat məbləğində nəğd pul, bir ədədi 4 manat 20 qəpik olmaqla 63 manat dəyərində olan 15 ədəd “Kent 4” markalı siqaret, bir ədədi 4 manat 20 qəpik olmaqla 63 manat dəyərində olan 15 ədəd “Kent nano 4” markalı siqaret, bir ədədi 4 manat 50 qəpik olmaqla 22 manat 50 qəpik dəyərində olan 5 ədəd “Sobranie ks blue” markalı siqaret, bir ədədi 4 manat 50 qəpik olmaqla 27 manat dəyərində olan 6 ədəd “Sobranie ksss blue” markalı siqaret, bir ədədi 3 manat 40 qəpik olmaqla 27 manat 20 qəpik dəyərində olan 8 ədəd “LD compact Lab White” markalı siqaret, bir ədədi 3 manat 60 qəpik olmaqla 36 manat dəyərində olan 10 ədəd “LD club platinium LSS” markalı siqaret, bir ədədi 4 manat olmaqla 60 manat dəyərində olan 15 ədəd “Winston XS silver” markalı siqaret, bir ədədi 4 manat olmaqla 24 manat dəyərində olan 6 ədəd “Winston XSTYLE Compact silver” markalı siqaret, bir ədədi 3 manat 10 qəpik olmaqla 62 manat dəyərində olan 20 ədəd “X18 silver” markalı siqaret, bir ədədi 3 manat 10 qəpik olmaqla 12 manat 40 qəpik dəyərində olan 4 ədəd “X12 Nights” markalı siqaret, bir ədədi 3 manat 10 qəpik olmaqla 18 manat 60 qəpik dəyərində olan 6 ədəd “Pall Mall AG” markalı siqaret, bir ədədi 2 manat 60 qəpik olmaqla 26 manat dəyərində olan 10 ədəd “X9” markalı siqaret, bir ədədi 2 manat 60 qəpik olmaqla 23 manat 40 qəpik dəyərində olan 9 ədəd “X13” markalı siqaret, bir ədədi 2 manat 60 qəpik olmaqla 20 manat 80 qəpik dəyərində olan 8 ədəd “X10” markalı siqaret, bir ədədi 2 manat 60 qəpik olmaqla 31 manat 20 qəpik dəyərində olan 12 ədəd “X11” markalı siqaret, bir ədədi 2 manat 40 qəpik olmaqla 24 manat dəyərində olan 10 ədəd “X14” markalı siqaret, bir ədədi 2 manat 90 qəpik olmaqla 23 manat 20 qəpik dəyərində olan 8 ədəd “West Silver” markalı siqaret, bir ədədi 3 manat olmaqla 15 manat dəyərində olan 5 ədəd “X16” markalı siqaret, bir ədədi 2 manat 60 qəpik olmaqla 20 manat 80 qəpik dəyərində olan 8 ədəd “X15” markalı siqaret, bir ədədi 50 qəpik olmaqla 1 manat dəyərində olan 2 ədəd “Vends” markalı alışqan, bir ədəd 1 manat 90 qəpik dəyərində “schocolatte” markalı plitka şokalad, bir ədədi 5 qəpik olmaqla 10 qəpik dəyərində olan 2 ədəd şəffaf rəngli sellofan torbanı qəsdən qanunsuz olaraq özgə əmlakını gizli talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs2 703 manat 10 qəpik məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o təkrarən 05 fevral 2025-ci il tarixdə gecə saat 03:20 radələrində Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus ünvan 4 ünvanda yerləşən saxlanc yeri hesab edilən Zərərçəkmiş şəxs3 adlı mağazaya qanunsuz daxil olaraq həmin mağazadan hər biri 4 manat 20 qəpik olmaqla, 42 manat dəyərində 10 ədəd “Kent 4” markalı siqaret, biri 4 manat 20 qəpik olmaqla, 42 manat dəyərində 10 ədəd “Kent 8” markalı siqaret, biri 4 manat 20 qəpik olmaqla, 42 manat dəyərində 10 ədəd “Kent Nano 1” markalı siqaret, biri 4 manat 20 qəpik olmaqla, birlikdə 71 manat 40 qəpik dəyərində olan 17 ədəd “Kent Nano 4” markalı siqaret, biri 3 manat 10 qəpik olmaqla, 15 manat 50 qəpik dəyərində olan 5 ədəd “X18 Silver” markalı siqaret, biri 3 manat 10 qəpik olmaqla, 40 manat 30 qəpik dəyərində olan 13 ədəd “Rothmans Blue” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, 27 manat dəyərində olan 06 ədəd “Sobranie KS blue” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, 36 manat dəyərində olan 08 ədəd “Sobranie KS white” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, 18 manat dəyərində olan 04 ədəd “Sobranie KSS blue” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, 49 manat 50 qəpik dəyərində olan 11 ədəd “Sobranie KSS caster” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, 31 manat 50 qəpik dəyərində olan 07 ədəd “Sobranie KSSS black” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, 72 manat dəyərində olan 16 ədəd “Sobranie KSSS blue” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, 27 manat dəyərində olan 06 ədəd “Sobranie KSSS caster” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, 90 manat dəyərində olan 20 ədəd “Sobranie KSSS white” markalı siqaret, biri 4 manat olmaqla, 64 manat dəyərində olan 16 ədəd “Winston XS Silver” markalı siqaret, biri 4 manat olmaqla, 20 manat dəyərində olan 05 ədəd “Winston Xstyle caster” markalı siqaret, biri 4 manat olmaqla, 48 manat dəyərində olan 12 ədəd “Winston Xstyle compact silver” markalı siqaret, biri 4 manat olmaqla, 32 manat dəyərində olan 08 ədəd “Winston Xstyle dual” markalı siqaret, 10 qəpik dəyərində olan 1 ədəd rəngli sellofan torbanı torbanı qəsdən qanunsuz olaraq özgə əmlakını gizli talamaqla oğurlayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyəti Cəmiyyətinə 768 manat 30 qəpik məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxsləri əvvəllər tanımamışdır. Pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə 26 yanvar 2025-ci il tarixdə saat 02-03 radələrində küçələrdə gəzib asan daxil olmaq üçün münasib mağaza axtarmışdır. Həmin gün gecə saat 05 radələrində Ağcabədi şəhəri, Xəlfərəddin küçəsi ilə gedərkən işıqforun yanında mağaza görmüş, üzərində saxladığı vintaçanla mağazanın giriş qapısının kilid hissəsini açaraq mağazaya daxil olmuşdur. Mağazanın pul kassası olan tərəfinə keçib masanın siyirmələrini açmış, orada olan qəpik pulları götürmüşdür. Kassanın arxa tərəfindəki vitrində siqaretlər olduğunu görmüş və iki ədəd böyük sellofan paket götürərək vitrindəki siqaretləri həmin paketə yığıb götürmüş və mağazadan çıxıb oradan uzaqlaşmışdır. Ağcabədi şəhəri, H.Aslanov küçəsi ilə gedərkən “Oba” marketdən də oğurluq etmək qərarına gəlmiş, siqaretlər olan paketləri kənarda gizlətmiş və həmin mağazaya daxil olub oradan müxtəlif növ siqaretləri torbaya yığıb oradan uzaqlaşmışdır. Oğurladığı siqaretləri satmaq üçün Bakı şəhərinə getmək məqsədi ilə Bakı şəhərinə gedən taksilərin dayandığı yerə getmiş və tanımadığı taksi sürücüsü ilə 70 manata razılaşaraq Bakı şəhərinə getmək üçün yola düşmüşlər. Yolda gedərkən taksi sürücüsünə pula ehtiyacı olduğu üçün siqaretləri satacağını demiş, həmin sürücü ilə 420 manata razılaşaraq siqaretləri həmin sürücüyə satmışdır. Oğurluq edərkən sərxoş vəziyyətdə olmuş və oğurluq gününün tarixini və saatını dəqiq xatırlamır. Digər oğurluğu, yəni Zərərçəkmiş şəxs2 mağazasından oğurluq isə o, etməmişdir. Oğurluqları tək etmişdir. Taksi sürücüsü siqaretlərin oğurluq olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs1 mağazasından oğurladığı siqaretləri qaytarmış, Zərərçəkmiş şəxs2 məxsus mağazadan oğurluğu o, etməsə də, Zərərçəkmiş şəxs2 dəymiş ziyandan 100 manat ödəmişdir. Ödənilməmiş qalan ziyanı ödəyəcəyinə söz verir. Məhkəmədən bağışlanmasını və ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndələrinin və şahidin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Ağcabədi şəhəri, Xəlfərəddin küçəsində yerləşən özünə məxsus ərzaq mağazası vardır. Mağazanı hər gün saat 08 radələrində açır və axşam saat 22 radələrində bağlayır. 26 yanvar 2025-ci il tarixdə saat 08 radələrində mağazanı açarkən mağazanın giriş qapısının kilid hissəsinin qırılmış halda olduğunu görmüşdür. Ətrafa baxarkən mağazanın kassası olan tərəfdə, vitrinin qarşısındakı masanın üzərinə yığdığı siqaretlərin yerində olmadığını görmüşdür. Kassaya baxarkən kassada olan 30 manat qəpik pulların da yerində olmadığını görmüşdür. Artıq mağazada oğurluq olduğunu bilmiş və bu barədə Ağcabədi RPŞ-yə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 732 manat 70 qəpik maddi ziyan dəymiş və həmin ziyan tam olaraq ona ödənilmişdir, yəni oğurlanmış siqaretlər ona qaytarılmışdır. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 ifadəsində göstərdi ki, təxminən 5 ildir ki, yaşadığı fərdi yaşayış evinin həyətində olan “Şans” market adlı ərzaq mağazasını işlədir. 04 fevral 2025-ci il tarixdə axşam saat 21:30-da mağazanı bağlayıb yaşadığı evə getmiş, 05 fevral 2025-ci il tarixdə səhər saat 08 radələrində mağazanın arxa qapısını açaraq mağazaya daxil olarkən vitrinlərdə olan siqaretlərin çox az qaldığını görmüş, sonra mağazanın qabaq qapısına yaxınlaşarkən qapının açıq olduğunu görmüşdür. Daha sonra mağazanın təhlükəsizlik kameralarının hadisəni əks etdirən video görüntülərinə baxış keçirmiş və video görüntüdə qara rəngli gödəkçə və qara rəngli şalvar geyinmiş, gödəkçənin papağını başına qoymuş, üzü görüntüyə düşməyən tanımadığı şəxsin saat 02 radələrində mağazanın qabaq qapısını əlindəki dəmir parçası ilə açıb mağazaya girdiyini və mağazadan oğurluq etdiyini görmüşdür. Bundan sonra, hadisə barədə Ağcabədi RPŞyə müraciət etmişdir. Oğurluq nəticəsində ona 703,10 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 100 manat ödənilmiş, qalan ziyan isə ödənilməmiş qalmışdır və həmin ziyanı da tələb edir. Məhkəmədən dəymiş ziyanın ödənilməsində ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərdi ki, Ağcabədi şəhəri, H.Aslanov küçəsində yerləşən “OBA” marketdə işləyir. Market hər gün saat 07:00-da açılır və saat 23:00-da bağlanır. 04 fevral 2025-ci il tarixdə saat 07 radələrində mağazanı açıb işə başlamış və saat 23 radələrində mağazanı bağlayıb getmişlər. 05 fevral 2025-ci il tarixdə saat 07 radələrində mağazaya gələrkən marketin qapısının açıq, yəni aralanmış vəziyyətdə olduğunu görmüşdür. Mağazadan oğurluq olmasını bilib bu barədə Ağcabədi RPŞ-yə məlumat vermişdir. Sonra marketdə olan siqaretlərin siyahısını yoxlamış, yoxlama nəticəsində mağazadan ümumilikdə 768 manat 30 qəpik dəyərində siqaretlərin oğurlandığını aşkar etmişlər. Sonradan ona məlum olmuşdur ki, oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməmişdir. Hazırda həmin ziyan ödənilməmiş, Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən mülki iddia verilmiş və Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyəti Cəmiyyəti mülki iddiaçı kimi tanınmışdır. Mülki iddianı müdafiə edir və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyəti Cəmiyyətində cinayət və inzibati işlər üzrə aparıcı hüquqşunas vəzifəsində işləyir. 05 fevral 2025-ci il tarixdə Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyəti Cəmiyyətinin Ağcabədi rayonunda yerləşən mağazasında oğurluq olması barədə ona məlumat vermişlər. Aparılmış yoxlama zamanı mağazadan ümumilikdə 768 manat 30 qəpik dəyərində siqaretlərin oğurlandığını aşkar etmişlər. Sonradan ona məlum olmuşdur ki, mağazadan Təqsirləndirilən şəxs öğurrluq etmişdir. Oğurluq nəticəsində dəymiş ziyan ödənilməmişdir. Hazırda Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən mülki iddia verilmiş və Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyəti Cəmiyyəti mülki iddiaçı kimi tanınmışdır. Mülki iddianı müdafiə edir və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, özünə məxsus “Mercedes” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə sərnişin daşımaqla məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 26 yanvar 2025-ci il tarixdə saat 06 radələrində Bakı şəhərinə getmək üçün Bakı avtovağzalı adlanan yerə getmiş, həmin vaxt sonradan adını bildiyi Təqsirləndirilən şəxs onu Bakı şəhərinə aparmasını bildirmiş, onlar 70 manata razılaşaraq Bakı şəhərinə yola düşmüşlər. Yolda gedən zaman yanacaq doldurma məntəqəsində Bəhram avtomobilə 30 manatlıq yanacaq vurmuşdur. Təqsirləndirilən şəxs mağaza işlədiyini və pula ehtiyacı olduğu üçün özünə məxsus siqaretləri satmaq istədiyini ona demiş, o da siqaret çəkən dostları ilə danışaraq Bəhramdan 420 manat dəyərində müxtəlif növ siqaretlər almışdır. Səhəri gün, onu Ağcabədi RPŞ-yə dəvət etmişlər və Ağcabədi RPŞ-də olarkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı siqaretləri Ağcabədi şəhərində yerləşən mağazalardan oğurlamışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri məhkəmədə iştirak etməsə də, Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş “Əli” firmasının 07 mart 2025-ci il tarixli, 06 saylı məktubundan görünür ki, 05 fevral 2025-ci il tarixdə biri 4 manat 20 qəpik olmaqla, birlikdə 42 manat dəyərində olan 10 ədəd “Kent 4” markalı siqaret, biri 4 manat 20 qəpik olmaqla, birlikdə 42 manat dəyərində olan 10 ədəd “Kent 5” markalı siqaret, biri 4 manat 20 qəpik olmaqla, birlikdə 42 manat dəyərində olan 10 ədəd “Kent Nano 1” markalı siqaret, biri 4 manat 20 qəpik olmaqla, birlikdə 71 manat 40 qəpik dəyərində olan 17 ədəd “Kent Nano 4” markalı siqaret, biri 3 manat 10 qəpik olmaqla, birlikdə 15 manat 50 qəpik dəyərində olan 5 ədəd “X17 ” markalı siqaret, biri 3 manat 10 qəpik olmaqla, birlikdə 40 manat 30 qəpik dəyərində olan 13 ədəd “Rothmans Blue yeni” markalı” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, birlikdə 27 manat dəyərində olan 06 ədəd “Sobranie KS blue” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, birlikdə 36 manat dəyərində olan 08 ədəd “Sobranie KS white” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, birlikdə 18 manat dəyərində olan 04 ədəd “Sobranie KSS blue” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, birlikdə 49 manat 50 qəpik dəyərində olan 11 ədəd “Sobranie KSS kaster” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, birlikdə 31 manat 50 qəpik dəyərində olan 07 ədəd “Sobranie KSSS black” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, birlikdə 72 manat dəyərində olan 16 ədəd “Sobranie KSSS blue” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, birlikdə 27 manat dəyərində olan 06 ədəd “Sobranie KSSS kaster” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, birlikdə 90 manat dəyərində olan 20 ədəd “Sobranie KSSS white” markalı siqaret, biri 4 manat olmaqla, birlikdə 64 manat dəyərində olan 16 ədəd “Winston XS Silver” markalı siqaret, biri 4 manat olmaqla, birlikdə 20 manat dəyərində olan 05 ədəd “Winston Xstyle kaster” markalı siqaret, biri 4 manat olmaqla, birlikdə 48 manat dəyərində olan 12 ədəd “Winston Xstyle compact silver” markalı siqaret, biri 4 manat olmaqla, birlikdə 32 manat dəyərində olan 08 ədəd “Winston Xstyle dual” markalı siqaretərin, bir ədəd sellofan torbanın qiyməti 10 qəpik olmaqla ümumi satış qiyməti 768 manat 30 qəpik təşkil etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş “Əli” firmasının 07 mart 2025-ci il tarixli, 07 saylı məktubundan görünür ki, 2025-ci ilin fevral ayı ərzində bir ədədi 4,20 manat olmaqla 15 ədəd “Kent 4” markalı siqaret 63,00 manat, bir ədədi 4,20 manat olmaqla 15 ədəd “Kent nano 4” markalı siqaret 63,00 manat, bir ədədi 4,50 manat olmaqla 5 ədəd “Sobranie ks blue” markalı siqaret 22,50 manat, bir ədədi 4,50 manat olmaqla 6 ədəd “Sobranie ksss blue” markalı siqaret 27 manat, bir ədədi 3,40 manat olmaqla 8 ədəd “LD compact Lab White” markalı siqaret 27.20 manat, bir ədədi 3,60 manat olmaqla 10 ədəd “LD club platinium LSS” markalı siqaret 36,00 manat, bir ədədi 4,00 manat olmaqla 15 ədəd “Winston XS silver” markalı siqaret 60,00 manat, bir ədədi 4,00 manat olmaqla 6 ədəd “Winston XSTYLE Compact silver” markalı siqaret 24,00 manat, bir ədədi 3,10 manat olmaqla 20 ədəd “X18 silver” markalı siqaret 62,00 manat, bir ədədi 3,10 manat olmaqla 4 ədəd “X12 Nights” markalı siqaret 12,40 manat, bir ədədi 3 ,10 manat olmaqla 6 ədəd “Pall Mall AG” markalı siqaret 18,60 manat, bir ədədi 2,60 manat olmaqla 10 ədəd “X9” markalı siqaret 26,00 manat, bir ədədi 2,60 manat olmaqla 9 ədəd “X13” markalı siqaret 23,40 manat, bir ədədi 2,60 manat olmaqla 8 ədəd “X10” markalı siqaret 20,80 manat, bir ədədi 2,60 manat olmaqla 12 ədəd “X11” markalı siqaret 31,20 manat, bir ədədi 2,40 manat olmaqla 10 ədəd “X14” markalı siqaret 24 manat, bir ədədi 2,90 manat olmaqla 8 ədəd “West Silver” markalı siqaret 23,20 manat, bir ədədi 3,00 manat olmaqla 5 ədəd “X16” markalı siqaret 15 manat, bir ədədi 2,60 manat olmaqla 8 ədəd “X15” markalı siqaret 20,80 manat, bir ədədi 0,50 manat olmaqla 2 ədəd “Vends” markalı alışqan 1,00 manat, 1 ədəd “schocolatte” markalı plitka şokalad 1,90 manat, bir ədədi 0,05 manat olmaqla iki ədəd şəffaf rəngli sellofan torba 0,10 manata satılmış, satış qiyməti ümumilikdə 603,10 manat təşkil etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş “Əli” firmasının 07 mart 2025-ci il tarixli, 08 saylı məktubundan görünür ki, 26 yanvar 2025-ci il tarixdə biri 4 manat 20 qəpik olmaqla, 20 ədəd “Kent 4” markalı siqaret 84 manat, biri 3 manat 60 qəpik olmaqla, 20 ədəd “LD” markalı siqaret 72 manat, biri 3 manat 10 qəpik olmaqla, 20 ədəd “Pallmall” markalı siqaret 62 manat, biri 3 manat 10 qəpik olmaqla, 25 ədəd “Rothmans Blue” markalı siqaret 77 manat 50 qəpik, biri 2 manat 90 qəpik olmaqla, 18 ədəd “West” markalı siqaret 52 manat 20 qəpik, biri 2 manat 60 qəpik olmaqla, 15 ədəd “Magna” markalı siqaret 39 manat, biri 2 manat 60 qəpik olmaqla, 10 ədəd “Prima” markalı siqaret 26 manat, biri 2 manat 60 qəpik olmaqla, 25 ədəd “Viceroy blue” markalı siqaret 65 manat, biri 2 manat 40 qəpik olmaqla, 18 ədəd “Arqo” markalı siqaret 43 manat 20 qəpik, biri 2 manat 60 qəpik olmaqla, 18 ədəd “Keno” markalı siqaret 46 manat 80 qəpik, biri 4 manat 50 qəpik olmaqla, 12 ədəd “Sobranie KSSS white” markalı siqaret 54 manat, biri 3 manat 10 qəpik olmaqla, 10 ədəd “X7” markalı siqaret 31 manat, biri 3 manat 40 qəpik olmaqla, 15 ədəd “LD compact silver” markalı siqaret 51 manat, biri 20 qəpik olmaqla, 2 ədəd üzəri şəkilli böyük ölçülü sellofan torba 40 qəpik olmuş, yuxarıda qeyd olunan əşyaların ümumi satış qiyməti 704 manat 10 qəpik təşkil etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 03 mart 2025-ci il tarixli, 389 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon X4 Hüquqi Şəxsinin 24 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Yolçuyev X3 rayon Mərkəzi Xəstəxanasının narkoloji kabinetində qeydiyyatda durur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Yolçuyev X3 Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə 01 (bir) il 07 (yeddi) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 1(017)-148/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən yeni hökmlə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Ağcabədi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 1(017)-21/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla qismən birləşdirilib üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Xəzər Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 7(003)- 359/2024 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 08 ay 19 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 1(017)-148/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən yeni hökmlə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Ağcabədi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 1(017)-21/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla qismən birləşdirilib üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Xəzər Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli 7(003)-359/2024 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 08 ay 19 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İcra və Probasıya Şöbəsinin 05 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli 7(003)-359/2024 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 08 ay 19 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş və Təqsirləndirilən şəxs cəzasını 04 dekabr 2024-cü il tarixdə çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs çəkilməmiş cəzası qalmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs etmənin əvvəli 13 fevral 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 06 mart 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus mağazasından oğurluq etməsi epizodu üzrə törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilməsə də, ona istinad edilən həmin cinayəti törətməsi iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, cinayət işinə əlavə edilmiş “baxış keçirilməsi haqqında” protokolla, həmin protokola əlavə edilmiş baxış keçirilərkən video çəkiliş aparılaraq cinayət işinə əlavə edilmiş “CD” diskə baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus mağazasından oğurluq etməsi epizodu üzrə törətdiyi cinayət əməli onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə də öz təsdiqini tapdığından məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməllərini şərh olunan qaydada törədərək 26 yanvar 2025-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanda yerləşən saxlanc yeri hesab edilən “Market” adlı mağazaya qanunsuz daxil olaraq həmin mağazadan 30 manat məbləğində Azərbaycan Respublikasının qəpik pulu, biri 4 manat 20 qəpik olmaqla, 84 manat dəyərində 20 ədəd “Kent 4” markalı siqaret, biri 3 manat 60 qəpik olmaqla, 72 manat dəyərində olan 20 ədəd “LD” markalı siqaret, biri 3 manat 10 qəpik olmaqla, 62 manat dəyərində olan 20 ədəd “Pallmall” markalı siqaret, biri 3 manat 10 qəpik olmaqla, 77 manat 50 qəpik dəyərində olan 25 ədəd “Rothmans Blue” markalı siqaret, biri 2 manat 90 qəpik olmaqla, 52 manat 20 qəpik dəyərində olan 18 ədəd “West” markalı siqaret, biri 2 manat 60 qəpik olmaqla, 39 manat dəyərində olan 15 ədəd “Magna” markalı siqaret, biri 2 manat 60 qəpik olmaqla, 26 manat dəyərində olan 10 ədəd “Prima” markalı siqaret, biri 2 manat 60 qəpik olmaqla, 65 manat dəyərində olan 25 ədəd “Viceroy blue” markalı siqaret, biri 2 manat 40 qəpik olmaqla, 43 manat 20 qəpik dəyərində olan 18 ədəd “Arqo” markalı siqaret, biri 2 manat 60 qəpik olmaqla, 46 manat 80 qəpik dəyərində olan 18 ədəd “Keno” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, 54 manat dəyərində olan 12 ədəd “Sobranie KSSS white” markalı siqaret, biri 3 manat 10 qəpik olmaqla, 31 manat dəyərində olan 10 ədəd “X7” markalı siqaret, biri 3 manat 40 qəpik olmaqla, 51 manat dəyərində olan 15 ədəd “LD compact silver” markalı siqaret, biri 20 qəpik olmaqla, 40 qəpik dəyərində 2 ədəd üzəri şəkilli böyük ölçülü sellofan torbanı qəsdən qanunsuz olaraq özgə əmlakını gizli talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs1 734 manat 10 qəpik məbləğində maddi ziyan vurması, təkrarən 05 fevral 2025-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanda yerləşən saxlanc yeri hesab edilən “Şans” adlı mağazaya qanunsuz daxil olaraq həmin mağazadan 100 manat məbləğində nəğd pul, bir ədədi 4 manat 20 qəpik olmaqla 63 manat dəyərində olan 15 ədəd “Kent 4” markalı siqaret, bir ədədi 4 manat 20 qəpik olmaqla 63 manat dəyərində olan 15 ədəd “Kent nano 4” markalı siqaret, bir ədədi 4 manat 50 qəpik olmaqla 22 manat 50 qəpik dəyərində olan 5 ədəd “Sobranie ks blue” markalı siqaret, bir ədədi 4 manat 50 qəpik olmaqla 27 manat dəyərində olan 6 ədəd “Sobranie ksss blue” markalı siqaret, bir ədədi 3 manat 40 qəpik olmaqla 27 manat 20 qəpik dəyərində olan 8 ədəd “LD compact Lab White” markalı siqaret, bir ədədi 3 manat 60 qəpik olmaqla 36 manat dəyərində olan 10 ədəd “LD club platinium LSS” markalı siqaret, bir ədədi 4 manat olmaqla 60 manat dəyərində olan 15 ədəd “Winston XS silver” markalı siqaret, bir ədədi 4 manat olmaqla 24 manat dəyərində olan 6 ədəd “Winston XSTYLE Compact silver” markalı siqaret, bir ədədi 3 manat 10 qəpik olmaqla 62 manat dəyərində olan 20 ədəd “X18 silver” markalı siqaret, bir ədədi 3 manat 10 qəpik olmaqla 12 manat 40 qəpik dəyərində olan 4 ədəd “X12 Nights” markalı siqaret, bir ədədi 3 manat 10 qəpik olmaqla 18 manat 60 qəpik dəyərində olan 6 ədəd “Pall Mall AG” markalı siqaret, bir ədədi 2 manat 60 qəpik olmaqla 26 manat dəyərində olan 10 ədəd “X9” markalı siqaret, bir ədədi 2 manat 60 qəpik olmaqla 23 manat 40 qəpik dəyərində olan 9 ədəd “X13” markalı siqaret, bir ədədi 2 manat 60 qəpik olmaqla 20 manat 80 qəpik dəyərində olan 8 ədəd “X10” markalı siqaret, bir ədədi 2 manat 60 qəpik olmaqla 31 manat 20 qəpik dəyərində olan 12 ədəd “X11” markalı siqaret, bir ədədi 2 manat 40 qəpik olmaqla 24 manat dəyərində olan 10 ədəd “X14” markalı siqaret, bir ədədi 2 manat 90 qəpik olmaqla 23 manat 20 qəpik dəyərində olan 8 ədəd “West Silver” markalı siqaret, bir ədədi 3 manat olmaqla 15 manat dəyərində olan 5 ədəd “X16” markalı siqaret, bir ədədi 2 manat 60 qəpik olmaqla 20 manat 80 qəpik dəyərində olan 8 ədəd “X15” markalı siqaret, bir ədədi 50 qəpik olmaqla 1 manat dəyərində olan 2 ədəd “Vends” markalı alışqan, bir ədəd 1 manat 90 qəpik dəyərində “schocolatte” markalı plitka şokalad, bir ədədi 5 qəpik olmaqla 10 qəpik dəyərində olan 2 ədəd şəffaf rəngli sellofan torbanı qəsdən qanunsuz olaraq özgə əmlakını gizli talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs2 703 manat 10 qəpik məbləğində maddi ziyan vurması və təkrarən 05 fevral 2025-ci il tarixdə gecə saat 03:20 radələrində Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus ünvan 4 ünvanda yerləşən saxlanc yeri hesab edilən Zərərçəkmiş şəxs3 adlı mağazaya qanunsuz daxil olaraq həmin mağazadan hər biri 4 manat 20 qəpik olmaqla, 42 manat dəyərində 10 ədəd “Kent 4” markalı siqaret, biri 4 manat 20 qəpik olmaqla, 42 manat dəyərində 10 ədəd “Kent 8” markalı siqaret, biri 4 manat 20 qəpik olmaqla, 42 manat dəyərində 10 ədəd “Kent Nano 1” markalı siqaret, biri 4 manat 20 qəpik olmaqla, birlikdə 71 manat 40 qəpik dəyərində olan 17 ədəd “Kent Nano 4” markalı siqaret, biri 3 manat 10 qəpik olmaqla, 15 manat 50 qəpik dəyərində olan 5 ədəd “X18 Silver” markalı siqaret, biri 3 manat 10 qəpik olmaqla, 40 manat 30 qəpik dəyərində olan 13 ədəd “Rothmans Blue” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, 27 manat dəyərində olan 06 ədəd “Sobranie KS blue” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, 36 manat dəyərində olan 08 ədəd “Sobranie KS white” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, 18 manat dəyərində olan 04 ədəd “Sobranie KSS blue” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, 49 manat 50 qəpik dəyərində olan 11 ədəd “Sobranie KSS caster” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, 31 manat 50 qəpik dəyərində olan 07 ədəd “Sobranie KSSS black” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, 72 manat dəyərində olan 16 ədəd “Sobranie KSSS blue” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, 27 manat dəyərində olan 06 ədəd “Sobranie KSSS caster” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, 90 manat dəyərində olan 20 ədəd “Sobranie KSSS white” markalı siqaret, biri 4 manat olmaqla, 64 manat dəyərində olan 16 ədəd “Winston XS Silver” markalı siqaret, biri 4 manat olmaqla, 20 manat dəyərində olan 05 ədəd “Winston Xstyle caster” markalı siqaret, biri 4 manat olmaqla, 48 manat dəyərində olan 12 ədəd “Winston Xstyle compact silver” markalı siqaret, biri 4 manat olmaqla, 32 manat dəyərində olan 08 ədəd “Winston Xstyle dual” markalı siqaret, 10 qəpik dəyərində olan 1 ədəd rəngli sellofan torbanı torbanı qəsdən qanunsuz olaraq özgə əmlakını gizli talamaqla oğurlayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyəti Cəmiyyətinə 768 manat 30 qəpik məbləğində maddi ziyan vurması məhkəmə istintaqında tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin dispozisiyasında oğurluğa görə məsuliyyət özgənin əmlakını gizli olaraq talandığı hallarda yaranır. Həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinin dispozisiyasına görə məsuliyyət təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə yaranır. Həmin Məcəllənin 177-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Yolçuyev X3 Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 1(017)-148/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən yeni hökmlə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Ağcabədi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 1(017)-21/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla qismən birləşdirilib üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Xəzər Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli 7(003)-359/2024 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 08 ay 19 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, cəzasını cəkib qurtarmış və məhkumluğu ödənilmədən qəsdən hazırkı cinayət əməllərini törətmişdir. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulduğu kimi cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 fevral 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 13 fevral 2025-ci il tarixdən hesab edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Ağcabədi rayon X4 Hüquqi Şəxsinin 24 fevral 2025-ci il tarixli məktubunu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 03 mart 2025-ci il tarixli, 389 saylı rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində yalnız narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 734 manat 10 qəpik, Zərərçəkmiş şəxs2 703 manat 10 qəpik və zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyəti Cəmiyyətinə 768 manat 30 qəpik məbləğində maddi ziyan dəymişdir. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 dəymiş 734 manat 10 qəpik ziyan tam olaraq, Zərərçəkmiş şəxs2 dəymiş 703 manat 10 qəpik ziyandan 100 manat ödənilmiş, zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyəti Cəmiyyətinə dəymiş 768 manat 30 qəpik məbləğində maddi ziyan ödənilməmiş qalmışdır. Zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyəti Cəmiyyətinə dəymiş ziyanla bağlı Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyəti Cəmiyyəti mülki iddiaçı kimi tanınmış və məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyəti Cəmiyyətinin mülki iddiası ilə bağlı göstərdi ki, maddi imkanı olmadığı üçün ziyanı ödəyə bilməmişdir və gələcəkdə ziyanı tam olaraq ödəyəcəkdir. Ona görə də mülki iddianı qəbul edir və təmin edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini nəzərə alaraq hesab edir ki, Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyəti Cəmiyyətinin mülki iddiası təmin edilərək Təqsirləndirilən şəxs 768,30 manat maddi ziyan və ödənilmiş 30,40 manat dövlət rüsumu, cəmi 798,70 manat alınaraq zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilməlidir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, digər Zərərçəkmiş şəxs2 ona dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Zərərçəkmiş şəxs2 göstərilən qanuna riayət etmədiyi üçün ona izah edilməlidir ki, gələcəkdə təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilməmiş hissəsi ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməklə məhkəmədə iddia qaldırmaq hüququ vardır. İş üzrə maddi sübut olan 20 ədəd “Kent 4” markalı siqaret, 20 ədəd “LD” markalı siqaret, 20 ədəd “Pallmall” markalı siqaret, 25 ədəd “Rothmans Blue” markalı siqaret, 18 ədəd “West” markalı siqaret, 15 ədəd “Magna” markalı siqaret, 10 ədəd “Prima” markalı siqaret, 25 ədəd “Viceroy blue” markalı siqaret, 18 ədəd “Arqo” markalı siqaret, 18 ədəd “Keno” markalı siqaret, 12 ədəd “Sobranie KSSS white” markalı siqaret, 10 ədəd “X7” markalı siqaret, 15 ədəd “LD compact silver” markalı siqaretlər sahibi-zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün hər iş saatına görə 11 manat hesab edilməklə 220 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələrlə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 13 fevral 2025-ci il tarixdən hesab edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyəti Cəmiyyətinin mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 768 (yeddi yüz altımış səkkiz) manat 30 (otuz) qəpik maddi ziyan və ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu, cəmi 798 (yeddi yüz doxsan səkkiz) manat 70 (yetmiş) qəpik alınaraq zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 20 (iyirmi) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində (təqsirləndirilən şəxsə hökmün surəti təqdim edildiyi gündən) Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-45/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-45/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver