Məhkəmə qərarları › İş №1(017)-46/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-46/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-46/2024 05.03.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Xüsusi ittihamçılar X11 və X6 və Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 iştirakı ilə X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X4 və X6 xüsusi ittiham qaydasında şikayətlərinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X11 və X12 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuluyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını və həmin maddələrin sanksiyası həddində cəzalandırılmasını xahiş etmişdir. Xüsusi ittihamçı qismində məhkəmədə ifadə verən X11 şikayətini müdafiə edərək göstərdi ki, X13 onun bacısı X1 əridir. 12 yanvar 2024-cü il tarixdə bacım Leyla Xəlilova ilə X13 münaqişə edərək onlara getmişdir. Bundan əsəbləşən X13 ona dilə gətirilməli olmayan söyüşlər söymüşdür. Onun həyat yoldaşı X6 pis yolda olduğunu bildirmiş, övladlarının əslində atasının X7 olduğunu bildirərərk onları təhqir etmişdir. Bu məsələ ilə bağlı onu və övladlarının ailəsinin dağılması astanasına gətirmişdir. X13 belə hərəkətləri ilə bir neçə ailənin dağılmasına səbəb olaraq onlara da mənəvi iztirablar yaratmışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını və həmin maddələrin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Xüsusi ittihamçı qismində məhkəmədə ifadə verən X12 şikayətini müdafiə edərək göstərdi ki, X13 onun baldızı X1 əridir. 12 yanvar 2024-cü il tarixdə baldızı Leyla Xəlilova ilə X13 ilə münaqişə edərək onlara getmişdir. Bundan əsəbləşən X13 onlara dilə gətirməli olmayan söyüşlər söymüşdür. Onun pis yolda olduğunu bildirmiş, övladlarının əslində atasının X7 olduğunu bildirərərk onları biabr və təhqir etmişdir. Bu məsələ ilə bağlı onu və övladlarının ailəsinin dağılması astanasına gətirmişdir. X13 belə hərəkətləri ilə bir neçə ailənin dağılmasına səbəb olaraq onlara da mənəvi iztirablar yaratmışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını və həmin maddələrin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X13 məhkəmədə ifadə verərək göstərdi ki, X4 bacısı Leyla Xəlilova onun keçmiş həyat yoldaşıdır. Onların arasında yaranmış münaqişədən sonra Leyla Xəlilova qardaşı Ruslan Kərimovun evinə getmişdir. O, buna əsəbləşərək Ruslan Kərimov və Yeganə Xəlilova ilə aralarında mübahisə yaranmışdır. Lakin o, X8 və X10 qarşı heç vaxt təhqir edici söyüşlər söyməmişdir. Ruslanın və Yeganənin kiçik oğlunun guya onun oğlu olması haqqında şaiələr yayılmışdır. Lakin o heç vaxt kiməsə belə söz deməmişdir. Hamısı yalandır. Onların şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatlar yaymamışdır. Məhkəmə, təqdim olunmuş sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X11 və X6 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2, 293.3.4 və 293.3.6-cı maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəməyə təqdim edilmiş şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt və necə törədilməsi, cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri), hansı sübutlarla təsdiq edildiyi və şikayətin verildiyi tarix göstərilməmişdir. Xüsusi ittihamçılar X11 və X12 şikayətlərinə əlavə etmiş olduqları DVD diskdə olan audio səs yazısının məhz hansı kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinin dispozisiyasında böhtana görə məsuliyyət yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayıldığı hallarda yaranır. Həmin Məcəllənin 148-ci maddəsinin dispozisiyasına görə məsuliyyət kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdıqda yaranır. Xüsusi ittihamçı X11 və X2 Xosrov Muğan oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində göstərilən əlamətlərin olması barədə məhkəməyə sübutlar təqdim etməmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittihamçılar X4 və X6 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300, 302, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittihamçılar X4 və X6 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar