Məhkəmə qərarları › İş №1(017)-47/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-47/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-47/2023 16.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1995-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 13 oktyabr 2021-ci il tarixdən 14 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət cəzasından çıxılmaqla üzərində qəti olaraq iki il on bir ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Biləsuvar Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təyin edilmiş üç il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş qəti cəza müddətinə qismən hesablanmaqla üzərində dörd il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkib qurtarmamış, Ağdam şəhəri, Vağzalyanı küçəsi, ev 2, mənzil 2-də qeydiyyatda olan, Ağdam rayonunun Qasımbəyli qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,415 qram çəkidə narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd şəffaf rəngli sellofan bükümündə əynindəki boz rəngli cins şalvarın sağ yan cibində daşıyaraq saxlamış, 23 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi şəhəri, Səməd Vurğun küçəsində saxlanılaraq Ağcabədi rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağdam rayonunun Qasımbəyli qəsəbəsində yaşayır. Narkotik vasitə olan heroindən istifadə edir. 2022-ci ilin noyabr ayının ortalarında Bakı şəhərindən tanımadığı şəxsdən özü istifadə etmək üçün bir ədəd şəffaf sellofan bükümündə narkotik vasitə olan heroin almışdır. 23 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Ağcabədi şəhəri, Səməd Vurğun küçəsində əvvəllər tanıdığı Zülfiqar Cəfərovla görüşüb söhbət edərkən bir neçə nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək onları Ağcabədi rayon polis şöbəsinə aparmışlar. Polis Şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmiş və ona üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə vardırsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, da Bakı şəhərindən, tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığı bir ədəd şəffaf sellofan bükümündə olan heroini əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin bükümə baxış keçirmiş, büküm elektron tərəzidə çəkilmiş, ağ kağız zərfdə qablaşdırılmış, üzəri yazılmış və imzalarla təsdiq edilmişdir. Bundan sonra, üzərində əlavə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç bir qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, əri X9 hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir və barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan 04 oktyabr 2015-ci il təvəllüdlü qızı X6 adlı bir nəfər azyaşlı uşağı anası X2 himayəsindədir və bununla bağlı heç bir narazılığı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyat müvəkkili vəzifəsində işləyir. 23 noyabr 2022-ci il tarixdə Ağcabədi rayon Pərioğlullar kənd sakini X7 və Ağdam rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində saxlamaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış və X7 və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətraflarında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. X7 və Təqsirləndirilən şəxs həmin gün, yəni 23 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Ağcabədi şəhəri, Səməd Vurğun küçəsində saxlanılaraq RPŞ-yə gətirilmişlər. Ağcabədi RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və o üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen kəsiyində bükümü çıxarıb təqdim edərək həmin bükümdə narkotik vasitə olan heroin olmasını bildirmişdir. Büküm açılaraq baxış keçirərkən içərisində kəskin spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlənin olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin büküm elektron tərəzidə çəkilmiş, kağız konvertdə qablaşdırılmış və həmin kütlə ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əlavə olaraq başqa bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni haradan əldə etməsi və nə məqsədlə üzərində saxlaması soruşularkən Təqsirləndirilən şəxs həmin narkotik vasitəni bir neçə gün əvvəl Natiq adlı şəxsdən özü istifadə etmək üçün aldığını bildirsə də, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olması barədə məlumat olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunda ifadə verdilər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin 24 noyabr 2022-ci il tarixli 18/1256 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə bir ədəd bükümdə, təmiz çəkisi 0,415 qram olan maddə kusatar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 16 yanvar 2023-cü il tarixli 87 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağdam rayon X8 Hüquqi Şəxsinin 09 yanvar 2023-cü il tarixli 08 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Mərkəzi Xəstəxanasının narkoloji kabinetində qeydiyyatdadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Yevlax Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 1(039)-30/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 13 oktyabr 2021-ci il tarixdən 14 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət cəzasından çıxılmaqla üzərində qəti olaraq iki il on bir ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Biləsuvar Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təyin edilmiş üç il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş qəti cəza müddətinə qismən hesablanmaqla üzərində dörd il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağdam rayon İcra və Probasiya Şöbəsinin 07 fevral 2023-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 1(039)-30/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş dörd il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 23 noyabr 2023-cü il tarixədək səkkiz ay iyirmi bir gününü çəkmiş, üç il doqquz ay doqquz gün çəkilməmiş cəzası qalmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 23 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04 oktyabr 2015-ci il təvəllüdlü X6 adlı bir nəfər azyaşlı uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,415 qram çəkidə narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd şəffaf rəngli sellofan bükümündə əynindəki boz rəngli cins şalvarın sağ yan cibində daşıyaraq saxlaması və 23 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi şəhəri, Səməd Vurğun küçəsində saxlanılaraq Ağcabədi rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunla təsdiq edilmiş 1-ci siyahıya əsasən heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qramdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0,15 qramdan artıq olduğundan onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 1(039)-30/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 13 oktyabr 2021-ci il tarixdən 14 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət cəzasından çıxılmaqla üzərində qəti olaraq iki il on bir ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Biləsuvar Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təyin edilmiş üç il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş qəti cəza müddətinə qismən hesablanmaqla üzərində dörd il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və 23 noyabr 2023-cü il tarixədək təyin olunmuş cəzadan səkkiz ay iyirmi bir gününü çəkmiş, üç il doqquz ay doqquz gün çəkilməmiş qalmışdır və Ağcabədi Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 23 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinin tələbinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına Yevlax Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 1(039)-30/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş qalan üç il doqquz ay doqquz gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla qismən birləşdirilib qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,365 qram (ilkin xalis çəkisi 0,415 qram) narkotik vasitə olan heroin məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Ağdam rayon Mərkəzi Xəstəxanasının narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 160.1-ci maddəsinə əsasən valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 55 bəndində qeyd olunmuşdur ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda, hökmün nəticəvi hissəsində belə uşaqların qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilmələri göstərilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əri X1 Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 1(100)-72/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqirləndrilən şəxs Təqsirləndirilən şəxs anası X5 əizə təqdim edərək bildirmişdir ki, qızı Təqsirləndirilən şəxs övladı X6 onun himayəsindədir, onunla birlikdə yaşayır. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs 04 oktyabr 2015-ci il təvəllüdlü qızı X3 nənəsi X2 himayəsində olması nəzərə alınmalıdır. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona bir il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunmuş bir il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Yevlax Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 1(039)- 30/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş qalan üç il doqquz ay doqquz gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla qismən birləşdirilib Təqsirləndirilən şəxs üzərində qəti olaraq iki il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 23 noyabr 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 04 oktyabr 2015-ci il təvəllüdlü qızı X3 nənəsi X2 himayəsində olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,365 qram (ilkin xalis çəkisi 0,415 qram) narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar