Məhkəmə qərarları › İş №1(017)-47/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-47/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-47/2024 04.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə xx xxxxxx 2007-ci il tarixdə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonunun Hacıbədəlli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Yetkinlik yaşına çatmayan xx xxxxxx 2007-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs 2023-cü ilin avqust-sentyabr aylarında “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu, aralarında iki ildən çox yaş fərqi olan xx xxxx 2009-cu il tarixdə anadan olmuş, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə qəsdən cinsi əlaqədə olmaq qərarına gəlmiş və sonuncu ilə 08 dekabr 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhərində, Sumqayıt şosesinin 3-cü km-də yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksində görüşdükdən sonra həmin niyyətini realizə etmək məqsədi ilə Zərərçəkmiş şəxs rayonlararası avtobus vasitəsi ilə özünün yaşadığı Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən fərdi yaşayış evinə gətirməklə həmin gün saat 17 radələrində evin qonaq otağında olan divanda özünün gərginləşmiş cinsiyyət üzvünü bir neçə dəqiqə ərzində davamlı olaraq sonuncunun uşaqlıq yoluna daxil edib-çıxarmaqla Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığını pozaraq onunla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi-anası Qanuni nümayəndə1 iştirakı ilə dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin təxminən avqust-sentyabr aylarında “Tik-Tok” sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə tanış olmuş və sonradan “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə 3-4 ay yazışmışlar. 06 dekabr 2023-cü il tarixdə Gülsümlə yazışarkən ailə qurmaq məqsədi ilə onu qaçırmaq istədiyini demiş və Gülsüm də onunla razılaşmışdır. 08 dekabr 2023-cü il tarixdə Gülsüm Quba rayonundan Bakı şəhərinə gəlmiş, o da Ağcabədi rayonundan Bakı şəhərinə getmiş və onlar həmin gün saat 11:30 radələrində avtovağzalda görüşərək birlikdə yaşadığı Ağcabədi rayonunun Hacıbədəlli kəndindəki evlərinə gəlmişlər. Həmin vaxt evdə heç kim olmamış və Gülsümlə evin qonaq otağındakı divanda öz razılığı ilə cinsi əlaqədə olmuşlar. Bundan təxminən yarım saat sonra anası Qanuni nümayəndə1 evə gəlmiş, anasını Gülsümlə tanış etmiş və Gülsümü ailə həyatı qurmaq məqsədi ilə qaçırdığını anasına demişdir. Bundan sonra, anası Qanuni nümayəndə1 Gülsümün valideyinləri ilə əlaqə saxlayıb Gülsümün onlarda olması barədə məlumat vermişdir. Gülsümün valideynləri onlara gəlmiş, anası ilə Gülsümün valideyinləri razılığa gəlmişlər ki, o hərbi xidmətə gedib-qayıtdıqdan sonra ailə həyatı qursunlar və Gülsümün valideyinləri Gülsümü Quba rayonuna aparmışlar. O, Gülsümlə ilk dəfə cinsi əlaqədə olarkən Gülsümün 16 yaşının tamam olmamasını bilsə də bu hərəkəti o, ailə qurmaq məqsədi ilə etmiş, hazırda Gülsümlə nişanlıdırlar və gələcəkdə Gülsümlə ailə həyatı quracaqlar. Onun Gülsümlə ailə həyatı qurmasına valideynləri də razıdır. Hazırda törətdiyi əmələ görə peşimançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Mməhkəmədən ona köməklik olunmasını xahiş etdi. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi-atası Qanuni nümayəndə2 iştirakı ilə dindirilərkən göstərdi ki, 2023-cü ilin avqust-sentyabr aylarında “Tik-Tok” sosial şəbəkəsi vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşlar və sonradan onlar “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə yazışmışlar. 06 dekabr 2023-cü il tarixdə Hüseyn ona təklif etmişdir ki, o Bakıya gəlisin və ailə həyatı qurmaq məqsədi ilə onu qaçırsın. O, Hüseynlə razılaşmış və 08 dekabr 2023-cü il tarixdə Bakı şəhərinə gəlmişdir. Onlar Bakı şəhərində avtovoğzalda görüşmüşlər və oradan da Hüseynin yaşadığı Ağcabədi şəhərinə, Hüseynin yaşadığı evə gəlmişlər. Həmin vaxt evdə heç kim olmamış və o, ailə qurmaq məqsədi ilə və öz razılığı ilə Hüseynlə cinsi əlaqədə olmuşdur. Hazırda Hüseynlə nişanlıdırlar və valideyinlərinin razılığı ilə Hüseynlə ailə həyatı quracaqlar. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. 08 dekabr 2023-cü il tarixdə səhər saatlarında Gülsümün evdə olmadığını görmüş və Gülsümü axtarmağa başlamışlar və qızının evdən çıxıb getməsi ilə bağlı Quba rayon Polis Şöbəsinə müraciət etmişlər. Həmin gün, yəni 08 dekabr 2023-cü il tarixdə saat 18 radələrində Sevil adlı qadın onlarla telefon əlaqəsi saxlayaraq Gülsümün onlarda, yəni Ağcabədi rayonunun Hacıbədəlli kəndində olmasını bildirmiş, o həyat yoldaşı Qanuni nümayəndə2 və qaynının yoldaşı Şahid2 ilə birlikdə Ağcabədi rayonunun Hacıbədəlli kəndinə gəlmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, qızı Gülsüm ailə həyatı qurmaq məqsədi ilə Təqsirləndirilən şəxs qoşulub qaçmışdır. Həmçinin Gülsüm də Hüseynlə ailə qurmaq istədiyini demişdir. Onlar Gülsümü də götürüb Quba rayonuna qayıdarkən Gülsüm Hüseynlə cinsi əlaqədə olduğunu onlara demişdir. X3 nişanlıdırlar və razılaşmalarına əsasən Gülsümün 18 yaşı tamam olandan sonra Gülsümlə Hüseyn ailə həyatı qursun. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 15 yanvar 2024-cü il tarixli şəxsiyyəti təsdiq edən sənəddən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2007-ci il tarixdə anadan olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 23 yanvar 2024-cü il tarixli şəxsiyyəti təsdiq edən sənəddən görünür ki, Zərərçəkmiş şəxs xx xxxx 2009-cu il tarixdə anadan olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya elmi-təcrübi və tədris birliyinin 27 dekabr 2023-cü il tarixli, 575 saylı rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya elmi-təcrübi və tədris birliyinin 13 dekabr 2023-cü il tarixli, 725 saylı rəyindən görünür ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, uzunsov formalı küt əşyanın təsirindən, eləcə də gərginləşmiş kişi cinsiyyət üzvünün təsirindən pozula bilər, pozulma müddəti təzə olmaqla 08 dekabr 2023-cü il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətin hər hansı bir obyektiv əlamətləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edən hər hansı bir əlamət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs hamiləlik əlamətləri aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi X2 Şöbəsinin 05 fevral 2024-cü il tarixli, 03 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərini nəzərə alaraq Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olmasını dərk edə bilmiş, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda da iqtidarındadı. Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli deyildir, görmüş olduğu hadisələri düzgün qavrayıb, hadisələr barəsində düzgün ifadə verə bilər. Zərərçəkmiş şəxs hadisə zamanı köməksiz vəziyyətdə olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 23 yanvar 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs könüllü ölaraq qoşulub qaçmış, könüllü olaraq cinsi əlaqədə olmuş, məqsədləri ailə həyatı qurmaq olmuş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və Təqsirləndirilən şəxs köməklik göstərilməsini xahiş edir. Beləliklə, yetkinlik yaşına çatmayan xx xxxxxx 2007-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 2023-cü ilin avqustsentyabr aylarında “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu, aralarında iki ildən çox yaş fərqi olan xx xxxx 2009-cu il tarixdə anadan olmuş, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə qəsdən cinsi əlaqədə olmaq qərarına gəlməsi və sonuncu ilə 08 dekabr 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhərində, Sumqayıt şosesinin 3-cü km-də yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksində görüşdükdən sonra həmin niyyətini realizə etmək məqsədi ilə Zərərçəkmiş şəxs rayonlararası avtobus vasitəsi ilə özünün yaşadığı Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən fərdi yaşayış evinə gətirməklə həmin gün saat 17 radələrində evin qonaq otağında olan divanda özünün gərginləşmiş cinsiyyət üzvünü bir neçə dəqiqə ərzində davamlı olaraq sonuncunun uşaqlıq yoluna daxil edib-çıxarmaqla Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığını pozaraq onunla cinsi əlaqədə olması məhkəmə istintaqında tam sübuta yetirilir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadan törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, cinayəti ailə həyatı qurmaq məqsədi ilə törətməsini, ilk dəfə cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edərkən məhkəmə hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraitini, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatları, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almalıdır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza həddi və növü təyin edərkən cəza təyin edilməsinin ümumi əsaslarını, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməlini zərər çəkmiş şəxslə ailə qurmaq məqsədi ilə törətdiyini, zərər çəkmiş şəxsin şikayət və tələbinin olmamasını, gəncliyini, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmşinin hesab edir ki, sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşadığı yer üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatı üçün hər iş saatına görə 6 manat hesab edilməklə 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona bir il sınaq müddəti müəyyən edilməklə hökmlə təyin olunmuş bir il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşadığı yer üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 10 (on) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 60 (altımış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar