Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-48/2023 15.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olan, Beyləqan şəhəri, M.Müşviq küçəsi, ev 23-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsiinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,308 qram çəkidə narkotik vasitə olan heroini 12 noyabr 2022-ci il tarixdə axşam radələrində Ağcabədi rayonu, Avşar kəndi ərazisində həmin kənd sakini Şahid3 40 manata qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 1 ədəd gümüşü rəngli bükümdə əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoyub daşıyaraq saxlamış, 12 noyabr 2022ci il tarixdə saat 21:30 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında və istifadə etməsində şübhəli bilinərək Ağcabədi rayonu, Avşar kəndi ərazisində saxlanılaraq Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib, həmin gün saat 21:50dən üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxladığı 1 (bir) ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,308 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Beyləqan şəhəri, M.Müşviq küçəsi, ev 23-də tək yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Əsasən narkotik vasitə olan heroindən istifadə edir. Bir neçə dəfə törətdiyi cinayət əməllərinə görə məhkum olmuşdur. 2019-cu il tarixdə Beyləqan rayon məhkəməsinin hökmü ilə cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Bundan başqa o, 2014-cü il tarixdə Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmü ilə törətdiyi oğurluq cinayətinə görə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. İşin mahiyyəti üzrə bildirmək istəyir ki, o, 12 noyabr 2022-ci il tarixdə əvvəlcədən tanıdığı Ağcabədi rayonu Avşar kənd sakini Şahid3 ilə mobil telefonla əlaqə saxlayıb narkotik vasitə olan heroin lazım olduğunu demişdir. Ələsgər ona narkotik vasitə olan heroini 40 manata satacağını demişdir. Həmin gün Beyləqan rayonundan yoldan keçən tanımadığı taksi sürücüsünü avtomobili ilə Ağcabədi rayonu Avşar kəndinə gəlmişdir. Avşar kəndində Ələsgərlə görüşmüş və 01 ədəd siqaretin gümüşü bükümündə narkotik vasitə olan heroini 40 manata almışdır. Bundan sonra piyada Avşar kəndində çıxan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişdir. Ona saxlanma səbəbini, hüquq və vəzifələri izah edib onu rayon Polis Şöbəsinə gətirmişdir. Burada onun üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə və ya psixotrop maddə, eləcə də qanunsuz hər hansı əşya və ya predmet varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O, da əynində olan şalvarın sağ yan cibində istifadə etmək üçün saxladığı içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin bükümə baxış keçirmiş, bükümün içərisində qəhvəyi rəngli toz halında heroinə oxşar kütlənin olması müəyyən edilmişdir. Onun üzərindən aşkar edilmiş bir ədəd heroinə bənzər kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, çəkisi 0,36 qram təşkil etmişdir. Daha sonra üzərindən aşkar edilmiş heroinə bənzər kütlə ağ rəngli kağız zərfdə qablaşdırılmış, üzəri yazılmış və onlar imza etmişdir. Bundan sonra onun üzərinə əlavə şəxsi axtarış keçirilmiş, lakin heç bir narkotik vasitə və ya psixotrop maddə, eləcə də qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. O, həmin narkotik vasitəni 12 noyabr 2022-ci il tarixdə Ağcabədi rayonu, Avşar kəndində Şahid3 40 manat verməklə almışdır. Üzərində saxlamaqda məqsədi istifadə etmək olmuşdur. O, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. O, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, narkotik vasitə qəbul etməyini kiminsə bilməyi haqqında heç bir məlumatı yoxdur. Ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq ediləməmişdir, mənim üzərimə şəxsi axtarış keçirilərkən məni gətirən polis əməkdaşlarından və vəkili Əbülhəsən Əmirovdan başqa həmin halı kimsə də görməmiş, onun yanında da heç kəs olmamış, o, tək olmuş, onu gətirəndə kənar şəxslərin görüb-görmədiyini bilmir, o haqda da heç nə deyə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. 12 noyabr 2022-ci il tarixdə Beyləqan şəhəri, M.Müşviq küçəsi ev 23-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və saxlaması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra ondan və Ağcabədi RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün Abbasov X5 rayonu ərazisində saxlanılmış və Ağcabədi RPŞ-nə gətirilmişdir. RPŞ-nin inzibati binasında otaqların birində, Təqsirləndirilən şəxs hüquqları izah edilməklə onun özünün dövlət hesabına müdafiəçi ilə təmin edilməsi xahişinə əsasən Ağcabədi rayon Vəkil Bürosunun vəkili X2 onun hüquqlarını müdafiə etməsi məqsədilə vəkil təyin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkili X1 da iştirakı ilə hüquq və vəzifələri izah edildi. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video çəkiliş vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onun, RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2 və TB-nin təhqiqatçısı polis baş leytenantı X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olubolmaması soruşulmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü kağız bükümünü çıxarıb stolun üzərinə qoymuşdur. Həmin siqaretin gümüşü kağız bükümünün içərisində qəhvəyi rəngli narkoik vasitə olan heroinə bənzər kütlənin olduğu aşkar olunmuşdur. Aşkar edilmiş kütlə aşkar olunduğu qaydada siqaretin kağız bükümü ilə birlikdə elekon tərəzidə çəkilmiş və çəkisi 0,36 qram olmuşdur. Aşkar edilmiş kütlə aşkar olunduğu qaydada ağ kağız zərfdə qablaşdırılmış, üzəri DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq heçbir qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Baxış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan heroini Ağcabədi rayonu Avşar kənd sakini Şahid3 40 manata almasını bildirmiş, kimlərəsə də narkotik vasitə satması barədə hər hansı bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni tapmasını, özünün istifadəsi üçün üzərində daşıyıb saxlamasını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Abbasov X6 rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə edimiş baxış keçirilməsi və götürülməsi haqqında 12 noyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması haqqında tərtib edilmiş protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü kağız bükümündə təmiz çəkisi 0,36 qram olan, içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 13 noyabr 2022-ci il tarixli, 18/1219 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd “gümüşü” rəngli kağız (falqa) bükümdə təmiz çəkisi – 0,308 qram olan maddə kustar üsulla hazılanmış narkotik vasitə heroindir. Həmin rəydə heroinin təmiz çəkisi 0,308 qram, tədqiqata istifadə olundu 0,05 qram, qalıq 0,258 qramdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 bükümdə, Şahid3 üzərindən aşkar olunmuş 3 bükümdə, cəmi 4 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroin 28 iyun 2005-ci il tarixli Azrbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 26 yanvar 2023cü il tarixli 142 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nın Beyləqan şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx xxxxxx 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, habelə işdə olan digər rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə. Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası AliMəhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşirən hallar kimi nəzərə alır. Barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini və onun cəmiyyətdən tam təcrid olunmaqla islah olunması mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. İnsan Hüquqları və X7 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 12 noyabr 2022-ci il tarixdən 14 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 13 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barədə məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsini zəruri hesab edir. Abbasov X6 rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut – tədqiqatdan sonra qalıq qalan 0,258 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin - AZ.MEM.VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilməlidir. Yuxarıda göstəriənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdən 14 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanaraq ona təyin edilmiş iki il müddətə azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla onun üzərində qəti cəza olaraq bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 13 yanvar 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin. Abbasov X6 rayon X11 Hüquqi Şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, tədqiqatdan sonra qalıq qalan 0,258 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 49 manat 74 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - Az.MEM.VÖİN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ 013601**********3944, hesab Az 34 CTRE******************** keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətə Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-48/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-48/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver