Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-48/2024 28.03.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 204.3.2-ci maddəsi ilə təqsirli bilinərək doqquz il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 25 mart 2020-ci il tarixli qərarı ilə cəzasının çıkilməmiş qalan iki ay iyirmi yeddi gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs “Xidməti və mülki silah haqqında” 30 dekabr 1997-ci il tarixli 422-İQ saylı Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələrində xidməti və mülki silahın əldə edilməsi üçün nəzərdə tutulmuş qanuni əsaslar olmadan, yəni qəsdən, qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, nömrəsi silinmiş, 9 mm kalibirli, yivli döyüş silahı hesab edilən, texniki cəhətdən saz və atəş üçün yararlı olan, hissə və mexanizimlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş bir ədəd “Makarov” konstruksiyalı tapançanı, həmin odlu silahın komplekt hissəsi olmaqla 08 ədəd 9x18 mm kalibirli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış texniki cəhətdən saz, atəş üçün yararlı və bircərgəli olan bir ədəd darağı vahid niyyətlə əldə edərək, 07 yanvar 2024-cü il tarixədək üzərində qəsdən və qanunsuz olaraq daşıyıb gəzdirərək saxlamış, 07 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Ağcabədi şəhəri, N.Nərimanov küçəsində yerləşən “Emin” şadlıq sarayının qarşısında saxlanılaraq Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman həmin bir ədəd odlu silah hesab edilən “Makarov” konstruksiyalı tapança və komplekt hissəsi olan bir ədəd daraq əynində olan idman şalvarının bel hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhərində dəmir qırıntıları yığıb satmaqla məşğul olur. Saxlanılmamışdan bir gün əvvəl dəmir tullantıları yığmaq üçün Ağcabədi rayonuna gəlmiş və Ağcabədi şəhərində yerləşən yeni tikilməkdə olan tikintinin həyətindən dəmir tullantı yığarkən bir ədəd polietilen torbaya bükülmüş tapança tapmışdır. Həmin tapançanı satmaq üçün özündə saxlamış və 07 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Ağcabədi şəhəri, N.Nərimanov küçəsində yerləşən “Emin” şadlıq sarayının yanında olarkən bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları olduqlarını bildirib onu Ağcabədi rayon Polis şöbəsinə gətirmişlər. Ağcabədi rayon Polis şöbəsində olarkən həmin tapançanı polis əməkdaşlarına təqdim etmişdir. Tapançada güllə və darağ olmasını bilməmiş, tapançadan istifadə etməmiş və üzərində saxlamaqda məqsədi tapançanı sataraq pul əldə etməsi olmuşdur. Hazırda törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadəsi, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 07 yanvar 2024-cü il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs Ağcabədi şəhəri ərazisində üzərində qanunsuz olaraq odlu “makarov” tipli odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlanmışdır. 07 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Hüseynov X5 şəhəri, N.Nərimanov küçəsində yerləşən “Emin” şadlıq sarayının qarşısında saxlanılaraq Ağcabədi rayon Polis Şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində odlu silah olduğunu bildirərək əynində olan imdan şalvarının bel hissəsindən bir ədəd 9 mm “Makarov” silahını təqdim etmişdir. Həmin “Makarov” tipli odlu silaha baxış keçirən zaman silahın nömrəsinin və istehsal ilinin silinmiş vəziyyətdə olması, silahın daraq yerindən darağı çıxarılan zaman darağın içərisinin boş vəziyyətdə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsələr də, şahidlər-Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və X4 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 07 yanvar 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan idman şalvarının bel hissəsindən bir ədəd “Makarov” tipli 9 mm çaplı odlu silah aşkar edilmişdir. “Makarov” tipli 9 mm çaplı odlu silahın üzərində olan bir ədəd sandıq boş vəziyyətdə olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 08 yanvar 2024-cü il tarixli, 3-13-11/2- 181/2024 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş №-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruskiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı tapançanın komponent hissəsi olan-darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 12 fevral 2024-cü il tarixli, 3-13-11/2- 1919/2024 saylı məktubundan görünür ki, 01 ədəd 9 mm kalibrli, №-si silinmiş Makarov konstruskiyalı, PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsi ilə yoxlanılmış və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X1 Publik Hüquqi şəxsi X6 Şöbəsinin 12 fevral 2024-cü il tarixli, 93 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜKƏSMƏLƏRLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki verilmiş ifadələr, tibbi sənədlər (Bakı şəhər 3 nömrəli şəhər poliklinikasından verilmiş xx.xx.2024-cü il tarixli arayış), anamnestik məlumatlar və hal-hazırdakı psixiatrik müayinələrin nəticələri (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, acıqlı və kobud olması, tez qıcıqlanması, onda qavrama, yaddaş, təfəkkür və intellekt pozuntularının aşkar edilməməsi, psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideaları) müəyyən olunmaması, törətdiyi əmələ tənqidi münasibət bəsləməklə həmin əməldən peşman olduğunu bildirməsi və s.) sübut edir. - Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜKƏSMƏLƏRLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 25 mart 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 204.3.2-ci maddəsi ilə təqsirli bilinərək doqquz il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 25 mart 2020-ci il tarixli qərarı ilə cəzasının çıkilməmiş qalan iki ay iyirmi yeddi gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs etmənin əvvəli 07 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək “Xidməti və mülki silah haqqında” 30 dekabr 1997-ci il tarixli 422-İQ saylı Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələrində xidməti və mülki silahın əldə edilməsi üçün nəzərdə tutulmuş qanuni əsaslar olmadan, yəni qəsdən, qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, nömrəsi silinmiş, 9 mm kalibirli, yivli döyüş silahı hesab edilən, texniki cəhətdən saz və atəş üçün yararlı olan, hissə və mexanizimlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş bir ədəd “Makarov” konstruksiyalı tapançanı, həmin odlu silahın komplekt hissəsi olmaqla 08 ədəd 9x18 mm kalibirli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış texniki cəhətdən saz, atəş üçün yararlı və bircərgəli olan bir ədəd darağı vahid niyyətlə əldə edərək, 07 yanvar 2024-cü il tarixədək üzərində qəsdən və qanunsuz olaraq daşıyıb gəzdirərək saxlaması və 07 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Ağcabədi şəhəri, N.Nərimanov küçəsində yerləşən “Emin” şadlıq sarayının qarşısında saxlanılaraq Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman həmin bir ədəd odlu silah hesab edilən “Makarov” konstruksiyalı tapança və komplekt hissəsi olan bir ədəd daraq əynində olan idman şalvarının bel hissəsindən aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və X3 Pozuntusu, Özünükəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 204.3.2-ci maddəsi ilə təqsirli bilinərək doqquz il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 25 mart 2020-ci il tarixli qərarı ilə cəzasının çıkilməmiş qalan iki ay iyirmi yeddi gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və məhkumluğu ödənilmədən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulduğu kimi cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında həbs etmənin əvvəli 07 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 07 yanvar 2024-cü il tarixdən hesab edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis Şöbəsində saxlanılan bir ədəd keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, nömrəsi silinmiş, 9 mm kalibrli, “Makarov” konstruksiyalı tapança və bir ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd, 9x18 mm kalibrli patron tutumuna malik “Makarov” konstruksiyalı tapançanın komponent hissəsi olan-darağ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat anbarına təhvil verilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün hər iş saatına görə 6 manat hesab edilməklə 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona bir il səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 07 yanvar 2024-cü il tarixdən hesab edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis Şöbəsində saxlanılan, bir ədəd keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, nömrəsi silinmiş, 9 mm kalibrli, “Makarov” konstruksiyalı tapança və bir ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd, 9x18 mm kalibrli patron tutumuna malik “Makarov” konstruksiyalı tapançanın komponent hissəsi olan-darağ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat anbarına təhvil verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-48/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-48/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver