Məhkəmə qərarları › İş №1(017)-48/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-48/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-48/2025 29.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Ağcabədi rayonu Pərioğullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu, Pərioğullar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan 11 fevral 2025-ci il tarixdə saat gönorta radələrində tanışı X1 məxsus Ağcabədi rayonu Pərioğullar kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında 50 manata qanunsuz olaraq aldığı Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, yəni təmiz çəkisi 5,21 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 01 ədəd kibrit qutusunda əynindəki qara rəngli gödəkçənin sol yan cibinə qoyub daşıyaraq saxlamış, 11 fevral 2025-ci il tarixdə saat 16 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayonu, Pərioğullar kəndi ərazisində yaşadığı fərdi yaşayış evinin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq üzəri yoxlanılan zaman əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,21 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Ağcabədi rayonu Pərioğullar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər hərdənbir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Əvvəllər məhkumluğu olmamışdır. Əvvəllər bir neçə dəfə tanışı Aqillə birlikdə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 11 fevral 2025-ci il tarixdə günorta radələrində özünü narahat hiss etdiyi üçün istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Aqilin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurub sonuncu ilə təcili işinin olduğunu dedikdə Aqil onunla razılaşmış, o, yaşadığı fərdi yaşayış evindən çıxıb Aqilin yaşadığı evə tərəf getmiş və onunla görüşmüşdür. Aqilə özünü çox narahat hiss etdiyini, buna görə də ona narkotik vasitə verməsini istədikdə Aqil cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı ona vermiş və qiymətinin 50 manata olduğunu dedikdə Aqillə razılaşmış və almışdır. Sonra həmin kibrit qutusunu üzərində olan qara rəngli gödəkçənin sol yan cibinə qoymuşdur. Bundan sonra isə oradan ayrılıb yaşadığı evə getmişdir. Saat təxminən 16 radələrində evdə yemək yeyib, sonra evdən çıxıb təxminən 300-400 metr uzaqlaşdıqda polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli olduğu ona bildirdikdən sonra üzərinə videoçəkilişlə axtarış keçirilmiş, həmin zaman ondan üzərində qanunla qadağan olunmuş əşya və ya prdemetin olub-olmadığı soruşulduqda üzərində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı bir ədəd ədəd kibrit qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzəri yoxlandıqda üzərindən əlavə qanunla qadağan olunmuş əşya aşkar olunmamış, polis əməkdaşları tərəfindən həmin kibrit qutusuna baxış keçirilmiş və içərisində narkotik vasitə qurudulmuş marixuana olması məlum olmuşdur. Bundan sonra həmin kütlə polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkildikdə çəkisinin 8,22 qram olması müəyyən olunmuşdur. Sonra həmin kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri o və digər iştirakçılar tərəfindən imzalanmış və polis əməkdaşları ilə birlikdə RPŞ-nə getmişdir. Sonradan üzərindən aşkar olunmuş narkotik vasitə ilə bağlı təyin olunmuş məhkəməbioloji ekspertizasının 12 fevral 2025-ci il tarixli rəyi ilə tanış olaraq həmin kütlənin təmiz çəkisinin 5,21 qram olan narkotik vasitə qurudulmuş marixuana olması ona məlum olmuşdur. Bundan başqa, o, istifadəsində ***-***-**-** saylı mobil nömrəsinin olduğu mobil telefonun polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində deyil, yaşadığı evdə olmasını, narkotik vsaitələrin satışı ilə məşğul olmadığını, əvvəllər istifadə etdiyi narkotik vasitələri də yerdən tapdığını bildirmişdir. Hazırda törətdiyi əmələ görə çox peşman olmasını və gəncliyini nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, o, Ağcabədi rayon Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis kiçik leytenantı rütbəsindədir. Ağcabədi rayonu, Pərioğullar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi saxlaması barədə şöbəyə əməliyyat məlumatlı daxil olmuşdur. Buna görə də tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 8-ci bəndini, 4-cü hissəsinin 2-ci bəndinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmış və qrupun tərkibinə CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, İTB-nin polis sahə nəfəri, polis serjantı X7 və o daxil olmuşdur. Sonra həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra Təqsirləndirilən şəxs yerinin müəyyən etmək məqsədi ilə sonuncunun yaşadığı kənd ərazisinə gedilmiş, bir qədər sonra Təqsirləndirilən şəxs yaşadığı kənd ərazisində piyada hərəkət edən görmüşlər. Daha sonra sonuncuya yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəli olduğununu, üzərinə baxış keçiriləcəyi bildirildikdə sonuncu buna etirazının olmadığını bildirmiş, daha sonra videoçəkiliş vasitəsilə üzəri yoxlanılmağa başlanılmışdır Həmin zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığı soruşulduqda sonuncu üzərində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb içərisində narkotik vasitə olduğunu bildirdikdə həmin kibrit qutusu açılaraq içərisinə baxıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması məyyən olunmuşdur. Daha sonra həmin kütlə elektron tərəziyə qoyulub baxıldıqda 8,22 qram çəkidə olması müəyyən olunmuşdur. Ardınca həmin kütlə qablaşdırılaraq üzəri möhürlə möhürlənmiş və üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və həmin zaman sonuncunun üzərindən əlavə qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs RPŞ-nə gətirilmiş və burada müdafiəçi ilə təmin olunmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni yerdən tapdığını bildirsə də, sonradan müəyyən olmuşdur ki, sonuncu həmin narkotik vasitəni həmkəndlisi olan Aqil adlı şəxsdən 50 manat qarşılığında almışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü, Ağcabədi rayonu Pərioğullar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin aparılması, onun üzərinə yoxlanış aparılması, müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və İTB-nin polis sahə nəfəri, polis serjantı X2 ibarət əməliyyat qrupu yaradılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 11 fevral 2025-ci il tarixli CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 tərəfindən tərtib edilmiş “əməliyyataxtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və İTB-nin polis sahə nəfəri, polis serjantı X4 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonu Pərioğullar kəndi ərazisində saxlanılmış, ardınca onun üzəri yoxlanılarkən üzərindən 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş və həmin kütlələr aşkar olunduğu qaydada tərəzidə çəkildikdən sonra ümumi çəkisi 8,22 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılmış və möhürlənmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RPŞ-dən alınmış əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş bir sıra zəruri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 2025-ci ilin fevral ayının 11-də Ağcabədi rayonu Pərioğullar kəndi ərazisində 5,21 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 50 manat pulun müqabilində həmkəndlisi X6 alması müəyyən edilmişdir. Bundan başqa bir sıra əməliyyat tədbirlərinin keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə üzərində saxlaması, həmçinin Təqsirləndirilən şəxs və X9 bir-biriləri ilə qabaqcadan razılaşdırılmış şəkildə narkotik vasitələrin satışı ilə məşğul olmalarını müəyyən etmək mümkün olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 fevral 2025-ci il tarixdə onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 12 fevral 2025-ci il tarixli, 18/131 nömrəli məhkəmə-bioloji ekspertiza rəyində göstərilmişdir ki: 1) Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən... sözləri yazılmış kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi- 5,21 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir.(İ siyahı) Həmin rəydə göstərilmişdir ki, marixuananın təmiz çəkisi 5,21 qram, tədqiqata istifadə olundu 0,02 qram, qalıq 5,19 qramdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Məhkəmə-narkoloji ekspertizasının 12 mart 2025-ci il tarixli, 385 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodk istifadə etmə halları olub. Narkomaniya xəsəliyindən əazb çəkmir. Narkomaniya xəstəliyindən məcbir müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Ağcabədi Rayon Mərkəzi X10 Şəxs”in xx.xx.2025-ci il tarixli, 18-1-23/2-297/2025 nömrəli verdiyi tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi X10 Şəxs”in Konsultativ Poliklinika şöbəsinin rushi-əsəb və narkoloji kabinetdə qeydiyyatda deyil. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən alınan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB Pərioğullar kənd İƏDsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, 1996-cı il təvəllüdlü Ağcabədi rayonu Pərioğullar kənd sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 5,21 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlaması, özünün etiraf etməsi, şahid ifadələri, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 11 fevral 2025-ci il tarixdən 13 fevral 2025-ci il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyatda alınmalıdır. İş üzrə maddi sübut olan Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 5,19 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilməlidir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 iş saatı üçün 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdən 13 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X13 poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyatda alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut olan – tədqiqatdan sonra qalıq qalan 5,19 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 iş saatı üçün 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar