Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-49/2024 23.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər - X1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10 iştirakları ilə Təqsirləndirilən şəxs – (xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi ev 4/1-də qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Bağırov küçəsi ev 36-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən tamah niyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə öz cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcədən planlaşdırıb internet sosial şəbəkəsində “Tik- Tok” tətbiqində «faizə pul verilir» səhifəsi açaraq ona müraciət edən X7 5000 manat faiz ödəməklə 50000 manat məbləğində pulu 10 il müddətinə kredit verəcəyi ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 18-22 noyabr 2022-ci il tarixlərdə istintaqa məlum olmayan saatda ünvan 1 ünvanında olan sonuncuya məxsus “Bir bank” mobil proqramı vasitəsi ilə mövcud olmayan kreditin komissiyayası adı ilə vahid niyyətlə hissə-hissə olmaqla 300 manat, 100 manat, 600 manat, 311 manat, 90 manat, 250 manat və 200 manat pulu elektron məlumat daşıyıcısı hesab olunan 4169 7388 6357 2404 nömrəli kartın hesabına köçürməklə ələ keçirib zərərçəkmiş şəxs Laçın Quliyevə ümumilikdə 1851 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq talama məqsədilə özünü “TBC bank”ın əməkdaşı kimi təqdim Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus ABB «Tam kart» kredit kartına kənar şəxs tərəfindən oğurluq riskini bildirib aldadaraq elektron məlumat daşıyıcısı hesab olunan 5490 2641 0318 7256 ABB «Tam kart» məlumatlarını və məxfi şifrəni əldə edib elektron məlumat daşıyıcısılarından və informasiya texnologiyalarından istifadə etməklə 06 fevral 2023-cü il tarixdə saat 14:04-də Qəbələ rayonunda istintaqa məlum olmayan ünvanda olan zaman həmin kartda olan 1522 manat pulu elektron məlumat daşıyıcısı hesab olunan 4098 5844 7151 6250 nömrəli “LeoBank” kartının hesabına köçürməklə gizli talayaraq Zərərçəkmiş şəxs1 1522 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq talama məqsədilə öz cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcədən planlaşdırıb internet sosial şəbəkəsində “Tik-Tok” tətbiqində «faizə pul verilir» səhifəsi açaraq ona müraciət edən cinayətkar niyyətindən məlumatı olmayan X3 aşağı faizlə kredit verəcəyinə dair yalan vəd verməklə aldadaraq, Məhəmməd Vəliyevin qardaşı Zərərçəkmiş şəxs2 məxsus elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" ASC-yə aid 4169 7385 1369 8939 nömrəli “Bir kart” plastik kartının məlumatlarını və məxfi şifrəni əldə edib elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə 17 fevral 2023-cü il tarixdə istintaqa məlum olmayan saatda Qəbələ rayonunda istintaqa məlum olmayan ünvanda olan zaman həmin kartda olan 5000 (beş min) manat pulu elektron məlumat daşıyıcısı hesab olunan 4098 5844 7151 6250 nömrəli “LeoBank” kartının hesabına köçürülməklə gizli talayaraq Zərərçəkmiş şəxs2 5000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə öz cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcədən planlaşdırıb internet sosial şəbəkəsində “Tik-Tok” tətbiqində «ucuz qiymətə qizillarin satisi» səhifəsi açaraq həmin səhifəyə mövcud olmayan qızılların fotoşəkillərini qoyduqdan sonra ona qızıl almaq üçün müraciət edən Füzuli rayonu, Horadiz qəsəbə sakini Zərərçəkmiş şəxs3 mövcud olmayan qızıl-zinət əşyalarını ona satmaq adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 05 may 2023-cü il tarixdə istintaqa məlum olmayan saatda Horadiz qəsəbəsində “Elçin” marketdə yerləşdirilmiş "xxxx" ödəniş terminalı vasitəsilə guya satmış olduğu qızılın behi kimi 800 manat pulun elektron məlumat daşıyıcısı hesab olunan 4098 5844 7151 6250 nömrəli “LeoBank” kart hesabına köçürməklə ələ keçirib Zərərçəkmiş şəxs3 800 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq talama məqsədilə öz cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcədən planlaşdırıb internet sosial şəbəkəsində “Tik-Tok” tətbiqində «ucuz qiymətə qızılların satışı» səhifəsi açaraq həmin səhifəyə mövcud olmayan qızılların fotoşəkillərini qoyduqdan sonra ona qızıl almaq üçün müraciət edən Zərərçəkmiş şəxs8 mövcud olmayan qızıl-zinət əşyalarını ona satmaq adı ilə ilə yalan vəd verməklə aldadaraq sonuncuya məxsus "xxxx" ASC-ə aid olan elektron məlumat daşıyıcısı hesab olunan 4169 7385 8210 8696 nömrəli plastik kartının məlumatlarını və məxfi şifrəni əldə edib elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə 23 may 2023-cü il tarixdə istintaqa məlum olmayan saatda Şəki şəhərində istintaqa məlum olmayan ünvanda olan zaman həmin kartda olan 400 manat, digər "xxxx" ASC-ə aid olan elektron məlumat daşıyıcısı hesab olunan 4169 7413 6929 2428 nömrəli plastik kartının məlumatlarını və məxfi şifrəni əldə edib informasiya texnologiyalarından istifadə etməklə həmin kartda olan 400 manat, ümumilikdə 800 manat pulu vahid niyyətlə elektron məlumat daşıyıcısı hesab olunan istintaqa məlum olmayan kart hesabına köçürməklə gizli talayaraq Zərərçəkmiş şəxs8 800 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq talama məqsədilə öz cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcədən planlaşdırıb internet sosial şəbəkəsində “Tik-Tok” tətbiqində «qızıl_satisi_kredit_ile» səhifəsi açaraq həmin səhifəyə mövcud olmayan qızılların fotoşəkillərini qoyduqdan sonra ona qızıl almaq üçün müraciət edən Göyçay şəhəri Z.Bünyadov küçəsi ev 49-da yaşayan Zərərçəkmiş şəxs4 mövcud olmayan qızıl-zinət əşyalarını ona satmaq adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib sonuncudan aldığı 400 manatı qaytarmaq adı ilə aldadaraq sonuncuya “ABB Mobile” proqramı vasitəsi ilə "xxxx" ASC-ə məxsus elektron məlumat daşıyıcısı hesab edilən 5167 5133 4171 2586 nömrəli kart məlumatlarını və məxfi şifrəni əldə edib elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə 27 may 2023-cü il tarixdə saat 17:36-da Şəki şəhərində istintaqa məlum olmayan ünvanda olan zaman həmin kartda olan 1369 manat 56 qəpik pulu və həmin gün saat 17:37-də "xxxx" ASC-ə məxsus elektron məlumat daşıyıcısı hesab olunan 4127 2211 2155 2121 nömrəli kartda olan 347 manat 41 qəpik pulu vahid niyyətlə elektron məlumat daşıyıcısı hesab olunan istintaqa məlum olmayan kart hesabına köçürülməklə gizli talayaraq ələ keçirib Zərərçəkmiş şəxs4 ümumilikdə 1716 manat 97 qəpik məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, qəsdən tamah niyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə öz cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcədən planlaşdırıb internet sosial şəbəkəsində “Tik-tok” tətbiqində “qızıl_satışı_kredit_ile” adlı səhifəsi açaraq həmin səhifəyə mövcud olmayan qızılların fotoşəkillərini qoyduqdan sonra ona qızıl almaq üçün müraciət edən Şəmkir rayonu Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs10 mövcud olmayan qızıl-zinət əşyalarını ona satmaq adı ilə aldadıb 29 may 2023-cü il tarixdə istintaqa məlum olmayan saatda Şəmkir rayonu, Düzqışlaq kəndinin ərazisində yerləşən “E-manat” ödəniş aparatı vasitəsilə guya satmış olduğu qızılın behi kimi 300 manat və 30 may 2023-cü il tarixdə istintaqa məlum olmayan saatda Gəncə şəhəri, H.Əliyev prospekti 89A ünvanında yerləşən “Al” marketdə olan “Milliön” ödəmə terminalı vasitəsi ilə guya satmış olduğu qızılın ödənişi kimi 1000 manat pulu vahid niyyətlə elektron məlumat daşıyıcısı hesab olunan 4169 7388 1927 9113 nömrəli "xxxx" kart hesabına köçürməklə ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs10 1300 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qəsdən tamah niyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə öz cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcədən planlaşdırıb internet sosial şəbəkəsində “Tik-tok” tətbiqində “qızıl_satışı_kredit_ile” adlı səhifəsi açaraq həmin səhifəyə mövcud olmayan qızılların fotoşəkillərini qoyduqdan sonra ona qızıl almaq üçün müraciət edən və həmin zaman ünvan 5 ünvanında olan Zərərçəkmiş şəxs5 mövcud olmayan 2 ədəd bilərzik və 2 ədəd qızıl üzüyü ona satmaq adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 30 may 2023-cü il tarixdə saat 12:59-da "xxxx" ASC-ə aid 4192 **** **** 6941 nömrəli kart hesabından mobil tətbiq vasitə ilə guya satmış olduğu qızılın ödənişi kimi 850 manat pulu elektron məlumat daşıyıcısı hesab olunan 4098 5844 7151 6250 nömrəli “LeoBank” kart hesabına köçürməklə ələ keçirib Zərərçəkmiş şəxs5 850 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə öz cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcədən planlaşdırıb internet sosial şəbəkəsində “Tik-Tok” tətbiqində «qızıl_satisi_kredit_ile» səhifəsi açaraq həmin səhifəyə mövcud olmayan qızılların fotoşəkillərini qoyduqdan sonra ona qızıl almaq üçün müraciət edən Salyan şəhəri, İ.Qurbanov küçəsi, ev 24-də yaşayan Zərərçəkmiş şəxs6 mövcud olmayan qızıl-zinət əşyalarını ona satmaq adı ilə yalan vəd verməklə onun etibarından suiistifadə edib aldadaraq 14 iyun 2023-cü il tarixdə saat 11:31-də Salyan rayonu, Bakı- Astara şossesinin 57-ci kilometrliyində yerləşən “Sarımsaq” aptekdən yerləşdirilmiş "xxxx" ödəniş aparatı vasitəsilə guya satmış olduğu qızılın ödənişi kimi 600 manat pulu elektron məlumat daşıyıcısı hesab olunan 4098 5844 9495 6319 nömrəli “LeoBank” kart hesabına köçürməklə ələ keçirib zərərçəkmiş şəxs Səadət Feyzullayevə 600 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə öz cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcədən planlaşdırıb internet sosial şəbəkəsində “Tik-Tok” tətbiqində «ucuz qiymətə qızılların satışı» səhifəsi açaraq həmin səhifəyə mövcud olmayan qızılların fotoşəkillərini qoyduqdan sonra ona qızıl almaq üçün müraciət edən Ağcabədi şəhəri, S.Vurğun küçəsi, ev 237-də yaşayan Zərərçəkmiş şəxs9 mövcud olmayan qızıl-zinət əşyalarını ona satmaq adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 17 iyun 2023-cü il il tarixdə istintaqa məlum olmayan saatda Ağcabədi şəhərində “Bazarstore” marketdə yerləşdirilmiş ödəmə terminalı vasitəsilə guya satmış olduğu qızılın ödənişi kimi 600 manat və 18 iyun 2023-cü il tarixdə istintaqa məlum olmayan saatda eyni yerdə yerləşdirilmiş ödəmə terminalı vasitəsilə guya satmış olduğu qızılın ödənişi kimi 2200 manat pulu vahid niyyətlə elektron məlumat daşıyıcısı hesab olunan 4098 5844 9495 6319 nömrəli “LeoBank” kart hesabına köçürülməklə ələ keçirib Zərərçəkmiş şəxs9 2800 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmuşdur. Maddi durumu pis olduğu üçün Tik-Tok internet sosial şəbəkəsində «faizə pul verilir», «ucuz qiymətə qızılların satışı» səhifələrində tanımadığı vətəndaşların mobil telefonları ilə əlaqə saxlayıb müxtəlif faizə pul vermək və ya qızıl satmaq adı ilə yalan vədlər verib etibarlarından sui-istifadə edib ya özlərinə ya da ki, bank kart məlumatlarını və 4 rəqəmli məxfi kodları əldə adına olan mobil telefonunda olan «Birbank» tətbiqi vasitəsi ilə "xxxx" ASC elektron məlumat daşıyıcısı hesab olunan 4169 7388 6357 2404 nömrəli kartın hesabına pulları köçürtdürüb terminal vasitəsilə əldə edib ehtiyaclarına xərcləmişdir. 2022-ci ilin noyabr ayında internet sosial şəbəkəsində Tik-Tok proqramında «faizə pul verilir» səhifəsi açaraq adına olan 055 *** ** ** saylı nömrəsini qeyd etmişdir. 18 noyabr 2022-ci il tarixdə hazırda unutduğu nömrədən zəng edilərək özlərini Laçın və Firuzə kimi təqdim edən şəxslər faizə pul istəmişlər. 5000 manat əlavə faiz ödəməklə 50000 manat məbləğində pulu 10 il müddətinə kredit vermək adı ilə onlarla razılaşıb 18-22 noyabr 2022ci il tarixləri müddətində Bakı şəhərində yadında qalmayan yerdə olmaqla bir neçə dəfəyə onlara adına olan "xxxx" ASC elektron məlumat daşıyıcısı hesab olunan 4169 7388 6357 2404 nömrəli kartın hesabına 1851 manat pulu özünə köçürtdürüb, Bakı şəhərində yadında qalmayan terminal vasitəsi ilə əldə edib ehtiyacına xərcləmişdir. Bundan başqa 2023-ci ilin fevral ayında internet sosial şəbəkəsində “Tik-Tok” proqramında «faizə pul verilir» səhifəsi açaraq adına olan 070 *** ** ** saylı nömrəsini qeyd etmişdir. 06 fevral 2023-cü il tarixdə hazırda unutduğu nömrədən zəng edilərək özünü Gülnarə kimi təqdim edən şəxs faizə pul istəmişdir. Onunla razılaşıb 06 fevral 2023-cü il tarixdə Bakı şəhərində yadında qalmayan yerdə olmaqla müəyyən məbləğdə pul almaq adı ilə onun Azərbaycan Beynəlxalq Bank kart məlumatlarını və 4 rəqəmli məxfi kodunu əldə edib adına olan Leobank elektron məlumat daşıyıcısı hesab olunan 4098 5844 7151 6250 nömrəli kartın hesabına 1522 manat pulu razılığı olmadan özü gizli köçürmüşdür. Bakı şəhərində yadında qalmayan terminal vasitəsi ilə əldə edib ehtiyacına xərcləmişdir. Bundan başqa 2023-cü ilin fevral ayının ortalarında “Tik-tok” sosial şəbəkəsində pul ələ keçirmək məqsədi ilə yaratdığı «faizə pul verilir» səhifəyə Məhəmməd Vəliyev adlı tanımadığı bir nəfər şəxs yazaraq pul lazım olduğunu bildirmişdir. Həmin səhifəni tanımadığı insanları aldadaraq pul ələ keçirmək məqsədi ilə yaratmışdır. Faktiki olaraq əlində heç bir pulunun olmamasına baxmayaraq Məhəmməd adlı şəxsə ona faizə pul verə biləcəyini demişdir. Bu zaman fikri ona pul vermək istədiyini qeyd edərək aldadıb Məhəmmədin ona göndərdiyi bank kartında olan pulları ələ keçirmək olmuşdur. Məhəmmədə ona kart atmasını, pulu da həmin karta köçürəcəyini bildirmişdir. Həmçinin Məhəmmədi inandırmaq üçün ondan şəxsiyyət vəsiqəsinin foto şəkillərini istəmişdir. Məhəmməd şəxsiyyət vəsiqəsinin foto şəkillərini göndərərək hərbiçi olduğunu bildirmiş və maaş kartının şəkilini atmışdır. Məhəmmədin hərbiçi olduğunu bildiyindən həm hal-hazırda maaş kartında pul olmadığını fikirləşmiş, həm də ki maaş kartından pul çəkəcəyi halda tez bir zamanda hüquq mühafizə orqanları tərəfindən aşkar ediləcəyini və tutulacağını düşünmüşdür. Buna görə Məhəmmədə maaş kartına pul ata bilməyəcəyini, başqa bir kredit kartı göndərməsini və ona faizə verməli olduğu pulu həmin karta göndərəcəyini bildirmişdir. Daha sonra Məhəmməd ona "xxxx" ASC-ə aid üzərində 4169 7385 1369 8930 nömrəsi yazılmış “Birkart” kartının hər iki üzünün foto şəkilini göndərmişdir. 17 fevral 2023-cü il tarixdə kartın üzərindəki nömrə ilə qeydiyyatdan keçmiş və kartda 5000 manat pul olduğunu görmüşdür. 5000 manat pulu çəkmək istədikdə həmin kartın qeydiyyatdan keçdiyi mobil telefon nömrəsinə qısa dörd rəqəmli mesaj göndərilmişdir. Məhəmmədə zəng edərək karta pul göndərdiyini, lakin buna görə də kartın qeydiyyatdan keçdiyi mobil telefon nömrəsinə dörd rəqəmli qısa parol gəldiyini bildirmişdir. Məhəmməd isə ona həmin hal-hazırda xatırlamadığı dörd rəqəmli kodu demiş, kodu da yazdıqdan sonra Məhəmmədin ona göndərdiyi kartdan özlərinin xəbəri olmadan gizlin olaraq 5000 manat pulu çəkərək “Leobank”a məxsus öz adına olan 4098 5844 7151 6250 nömrəli kart hesabına göndərmişdir. Bundan sonra isə Məhəmməd dəfələrlə ona zəng edərək pulu istədikdə onu aldadaraq sistemdə səhv olduğunu qeyd edib pulu qaytaracağını demişdir. Lakin artıq Məhəmməd barəsində polisə şikayət edəcəyini dedikdə isə həmin pulu özünə məxsus olan kart hesabına göndərdiyi üçün tutulacağını və məsuliyyətə cəlb olunacağını bildiyi üçün ona iki dəfə olmaqla göndərdiyi “birbank” kart hesabına və başqa özünə məxsus kart hesabına 18 fevral və 19 fevral 2023-cü il tarixlərdə hər dəfəsində 1000 manat olmaqla ümumilikdə 2000 manat pul göndərmişdir. Qalan pulu isə tezliklə göndərəcəyini bildirsə də 3000 manat pulu geri qaytarmamışdır. Həmin 3000 manat pulu şəxsi ehtiyacları üçün istifadə etmişdir. Bundan başqa 2023-ci ilin may ayında internet sosial şəbəkəsində Tik- Tok proqramında «ucuz qiymətə qızılların satışı» səhifəsi açaraq adına olan 050 *** ** ** saylı nömrəsini qeyd etmişdir. 04 may 2023-cü il tarixdə hazırda unutduğu nömrədən zəng edilərək özünü Nuridə kimi təqdim edən şəxs mövcud olmayan foto şəkillərdə təqdim etdiyi iki ədəd boyun sepini bəyənmişdir. Guya çəkisi 30,23 qram olan qızılı ona 1800 manata, digər qızıl sepi isə 2600 manata ona sata biləcəyini, ilkin olaraq hər bir qızıl boyunbağı üçün 400 manat, sonradan isə guya iki il müddətinə hər ay 235 manat ödəyəcəyini deyib aldatmışdır. Nuridə isə onunla razılaşmışdır. Nuridənin Vhatsapp nömrəsinə Leobanka məxsus adına olan 4098 5844 7151 6250 nömrəli kartını göndərmişdir. Həmin zaman o, Mingəçevir şəhərində olmuşdur. xx.xx.2023-cü il tarixdə Nuridə həmin bank kartına 800 manat pul köçürmüşdür. Bundan sonra pulu yadında qalmayan yerdə əldə edib ehtiyacına xərcləmişdir. Zənglərə isə cavab verməmişdir. Bundan başqa 2023-ci ilin may ayında internet sosial şəbəkəsində Tik-Tok proqramında «ucuz qiymətə qızılların satışı» səhifəsi açaraq adına olan 050 *** ** ** saylı nömrəsini qeyd etmişdir. 23 may 2023-cü il tarixdə hazırda unutduğu nömrədən zəng edilərək özünü Zülfiyyə kimi təqdim edən şəxs 200 manat dəyərində qızıl-zinət əşyaları istəmişdir. Onunla razılaşıb 23 may 2023-cü il tarixdə Qəbələ Rayon Məhkəməsinin yanında olmaqla 200 manat məbləğdə pul almaq adı ilə həmin şəxsin iki Kapital Bank kart məlumatlarını və 4 rəqəmli məxfi kodunu əldə edib hər bir kartdan 400 manat olmaqla adına olan Birbank "xxxx" ASC elektron məlumat daşıyıcısı hesab olunan 4169 7388 6357 2404 nömrəli kartın hesabına 800 manat pulu razılığı olmadan özü gizli köçürmüşdür. Sonra həmin günü Bakı şəhərinə gələrək yadında qalmayan terminal vasitəsi ilə əldə edib ehtiyacına xərcləmişdir. Bundan başqa 2023-cü il tarixdə may ayının sonlarında “Tik-tok” sosial şəbəkəsində pul ələ keçirmək məqsədi ilə yaratdığı “qizil_satisi_kredit_ile” adlı səhifənin ismarış qutusuna Arzudan mesaj gələrək səhifədə onun internetdən götürüb yalandan paylaşdığı qızıllardan istədiyini demişdir. Ona istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə yazmağını bildirmiş və Arzu tərəfindən həmin nömrəyə xatırlamadığı nömrədən “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə mesaj yazaraq qızılların şəkilini atmasını istəmiş, yalandan qızılların şəkilini göndərmişdir. Arzu həmin şəkillərdən iki ədəd bilərzik və iki ədəd üzüyü bəyəndiyini demişdir. Ona həmin qızılların ümumilikdə 850 manat etdiyini demişdir. Pulu göndərdikdən sonra qızılları ona çatdıracağını bildirmiş və özünə məxsus "xxxx" ASC-ə aid 4169 7388 1827 9113 saylı kartının şəkilini göndərmişdir. 30 may 2023cü il tarixdə ona məxsus kart hesabına Arzu 850 manat məbləğində pul göndərmişdir. Ona yalandan kuryerin gün ərzində qızıl-zinət əşyalarını gətirəcəyini bildirmişdir. Arzuya yalandan qızıl satacağını bildirərək ələ keçirdiyi 850 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2023-cü il tarixdə may ayının sonlarında “Tik-tok” sosial şəbəkəsində pul ələ keçirmək məqsədi ilə yaratdığı “qizil_satisi_kredit_ile” adlı səhifənin ismarış qutusuna Tünzalədən mesaj gələrək səhifədə onun internetdən götürüb yalandan paylaşdığı qızıllardan istədiyini demişdir. Ona istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə yazmağını bildirmiş və Tünzalə adlı şəxs tərəfindən həmin nömrəyə xatırlamadığı nömrə ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışlar. Onun orada yalandan yerləşdiyi qızılların içərisindən bir ədəd qızıl dəstini soruşmuş, 1300 manat qiymətinə olduğunu demişdir. Tünzalə ondan qızılı necə alacağını soruşduqda ona onun kart hesabına pulu göndərdikdən sonra qızılı gəlib götürə biləcəyini demişdir. Tünzalə ondan kart hesabını istəmişdir. Özünə məxsus "xxxx" ASC-ə aid 4169 7388 1827 9113 saylı kartının şəkilini göndərmişdir. Həmçinin onlardan şəxsiyyət vəsiqələrini istəyərək yalandan qızılın sənədləşməsi üçün lazım olduğunu demişdir. 29 və 30 may 2023-cü il tarixlərdə ona məxsus kart hesabına iki dəfə olmaqla Tünzalə 1300 manat məbləğində pul göndərmişdir. Həmin pulu Şəki şəhəri ərazisində xatırlamadığı bankomatdan çıxarmışdır. Tünzaləyə yalandan qızıl satacağını bildirərək ələ keçirdiyi 1300 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 25 may 2023-cü il tarixdə “Tik-tok” sosial şəbəkəsində pul ələ keçirmək məqsədi ilə yaratdığı “qizil satışı kredit ilə” adlı səhifədə yerləşdirdiyi ***-***-**-** saylı mobil nömrəsinə Vüsalə tərəfindən sms gəlmişdir. Bir müddət söhbət etdikdən sonra Vüsalə ondan 800 manat dəyərində qızıl almağa razılığa gəlmişdir. Vüsalə ona ilkin olaraq 400 manat pul göndərəcəyini bildirərək qızılı aldıqdan sonra yerdə qalan 400 manat pulu da göndərəcəyini bildirmiş, onunla razılaşmışdır. Vüsalədən özünə məxsus hal-hazırda xatırlamadığı mobil nömrəsi ilə “Portmanat” hesabı yaratmasını xahiş etmişdir. Vüsalə həmin hesabı yaratdıqdan sonra xx.xx.2023-cü il tarixdə həmin hesaba 400 manat pul göndərmişdir. Qızılları göndərmədiyi üçün Vüsalə ona zəng etməyə və verdiyi 400 manatı geri tələb etməyə başlamışdır. Yalandan ona pulu geri qaytaracağını bildirmiş və ondan kart hesabı göndərməsini istəmişdir. Bundan sonra Vüsalə ona özünə məxsus "xxxx" ASC-yə aid olan 4127 2093 0511 2481 nömrəli bank kartının şəkilini göndərmişdir. Vüsaləyə həmin bank kart hesabında pul olmadığı üçün əməliyyat edə bilməyəcəyini və hesabda ən azı 400 manat pul olmalı olduğunu bildirmişdir. Bundan sonra Vüsalə ona yenidən özünə məxsus 4127 2211 2155 2121 nömrəli bank kart hesabının şəkilini göndərmiş və hesabda 347 manat pulun olmasını bildirmişdir. Bundan sonra Vüsalənin xəbəri olmadan “ABB mobile” proqramı vasitəsi ilə həmin kartdan 347 manat 41 qəpik pul çıxartmışdır. Daha sonra həmin “ABB mobile” proqramına bağlı olan digər kartdan 1369 manat 56 qəpik pulu Vüsalənin icazəsi və xəbəri olmadan onun yaratdığı “Portmanat” hesabına göndərərək ələ keçirmişdir. Vüsalə ilə əlaqə saxlamamış və onun zənglərinə cavab verməmişdir. Vüsalədən ələ keçirdiyi ümumilikdə 2116 manat pulu dəqiq tarixi yadında qalmayan müddətdə Şəki şəhəri ərazisində yerləşən "xxxx" ASC-yə aid bankomatdan nağlaşdırmışdır. Bundan başqa 2023-cü ilin iyun ayında Tik-tok” sosial şəbəkəsində pul ələ keçirmək məqsədi ilə yaratdığı “qizil_satisi_kredit_ile” adlı səhifədə yerləşdirdiyi ***-***- **-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs6 xatırlamadığı nömrə ilə “whatapp” vasitəsi ilə mesaj yazmışdır. Həmin şəxs yuxarıda qeyd etdiyi səhifədə yalandan yerləşdirdiyi qızıllardan bəyəndiyini bildirmiş, səhifədə yerləşdirilmiş qızıllardan birinin şəkilini ataraq həmin qızılın qiymətini soruşmuşdur. Ona həmin qızılın 600 manata olduğunu demişdir. Səadət onunla razılaşmış və qızılı necə əldə edə biləcəyini soruşmuş, qızılı kuryerlə göndərəcəyini, lakin ilk öncə onun ödəniş etməli olduğunu bildirmişdir. Sonra Səadət əlaqə saxlayaraq pulu “milliön” vasitəsi ilə karta göndərəcəyini bildirmişdir. İstifadəsində olan 4098 5844 9495 6319 nömrəli kart hesabının rəqəmlərini ona göndərmişdir. Səadət 13 iyul 2023-cü il tarixdə həmin kartına 600 manat pul göndərmişdir. Həmin pulu Şəki şəhərində olan zaman xatırlamadığı bankomatdan çıxartmışdır. Səadət ilə digər ***-***-**-** saylı mobil nömrə ilə də əlaqə saxlamışdır. Həmin nömrəni Şəki rayonunda istirahətdə olan zaman Rəşad adlı taksi sürücüsünün şəxsiyyət vəsiqəsi ilə Şəki rayonunda olan zaman telefon mağazasından almışdır. Lakin Rəşadın onun həmin nömrəni hansı məqsədlə istifadə edəcəyi barədə məlumatı olmamışdır. Bundan başqa 2023-cü ilin iyun ayında Şəki şəhərində ünvanını bilmədiyi mərkəzdə kirayədə qaldığı evdə olarkən internet sosial şəbəkəsində Tik-Tok proqramında «ucuz qiymətə qızılların satışı» səhifəsi açaraq adına olan 050 *** ** ** saylı nömrəsini qeyd etmişdir. 17-18 iyun 2023-cü il tarixdə hazırda unutduğu nömrədən Aynur zəng edərək ucuz qiymətə qızıl-zinət əşyaları istəmişdir. Onunla razılaşıb mövcud olmayan qızılların foto şəkillərini internetdə ona göndərib bəyəndirmişdir. 17 və 18 iyun 2023-cü il tarixdə Şəki şəhərində olmaqla 2800 manat dəyərində qızı-zinət əşyalarını ona satmaq üçün razılaşmışlar. Artıq Bank kartı olmadığından Şəki şəhərində taksi fəaliyyəti ilə məşğul olan heç nədən xəbəri olmayan Rəşaddan xahiş etmişdir ki, adına olan kartına göndərilən pulu çıxarıb ona versin. Rəşad 4098 5844 9495 6319 nömrəli Leo bank kartını Aynurun “whatsapp” vasitəsilə mobil telefonuna göndərmişdir. X12 bank kartına 2800 manatı iki dəfəyə göndərmişdir. Rəşad da Şəki şəhərində ona məlum olmayan terminalda 2800 manat pulu çıxarıb Şəkidə kirayədə yaşadığı evə gətirib ona vermişdir. Rəşada taksi pulu olaraq 10 manat vermişdir. Hazırda tutduğu əməlindən peşmandır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş zərərçəkmiş şəxs X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 2 A, mənzil 9-da olarkən mobil telefonu ilə internet sosial şəbəkəsində Tik-Tok tətbiqində «faizə pul verilir» səifəsini görüb maraqlanmışdır. Kənan 5000 manat faiz ödəməklə 50000 manat məbləğində pulu 10 il müddətinə kredit verməsini bildirmişdir. Kənanla razılaşıb 18-22 noyabr 2022-ci il tarixləri ərzində əlində olan pul vəsaitlərini Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "xxxx" Ticarət Müəssisəsində quraşdırılmış ödəmə terminalı, həmçinin həyat yoldaşı Firuzənin "xxxx" ASC-yə məxsus olan 4169 7385 9731 3679 nömrəli kartı ilə mobil proqram vasitəsi ilə hissə-hissə olmaqla ümumilikdə 1851 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs onlara verdiyi "xxxx" ASC elektron məlumat daşıyıcısı hesab olunan 4169 7388 6357 2404 nömrəli kartın hesabına köçürmüşlər. Təxminən 10 gün sonra *** *** ** **, 055 *** ** ** mobil nömrələri ilə onunla əlaqə saxlayaraq və adına bankomat kartının açılmasını və kartı götürmək üçün Səbail rayonu Kukla teatrının yanına gəlməyini bildirmişdir. Həyat yoldaşı Firuzə ilə oraya getdikdə tanımadıqları bir oğlan onlara yaxınlaşıb Kənan adından onlara bir bank kartı vermişdir. Lakin onlar kartı yoxladıqda balansda pulun olmadığını görüb Kənan ilə əlaqə saxlayarkən kartın balansına sonra pulun köçəcəyini bidirsə də onları aldatmışdır. Daha sonra Kənan zənglərinə və mesajlarına cavab verməmişdir. Beləliklə Təqsirləndirilən şəxs dələduzluğu nəticəsində ona 1851 manat ziyan dəymişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında tibb bacısı işləyir. Əmək haqqını "xxxx" ASC-dən kart vasitəsi ilə alır. 2022-ci ilin oktyabr ayının 10-da o, "xxxx"dan “Tam kart” kredit kartı almışdır. 6000 manat məbləğində kredit limiti olmuşdur. Həmin kart 5490 2641 0318 7256 nömrəlidir. 2023-cü ilin fevral ayının 1-dək olan müddət ərzində o, həmin kart vasitəsi ilə 4500 manat pul xərcləmişdir və müxtəlif tarixlərdə karta mədaxil, yəni ödəmələr etmişdir. Ümumilikdə 1522 manat pul balansda qalmışdır. 2023-cü ilin fevral ayında dəqiq xatırlamadığı tarixdə ona məxsus ***-***-**-** saylı mobil nömrəyə tanımadığı ***-***-**-** saylı mobil nömrədən cavabsız zəng gəlmişdir. O, da xx.xx.2023-cü il tarixdə həmin nömrəyə zəng edib kim olmasını soruşduqda həmin nömrənin sahibi kimi özünü təqdim edən şəxs adının Kənan olmasını və “TBC bank”ın əməkdaşı olmasını bildirmişdir. O, Kənandan ona hansı səbəb zəng etməsini soruşanda Kənan adlı şəxs ona adında olan “Tam kart”dan naməlum şəxs tərəfindən oğurluq olma riskinin olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs ona onun işlədiyi bankdan kredit götürərək “tam kart”da olan kreditini bağlamağını məsləhət görmüşdür. O, həmin şəxsə inanmış və kredit götürməklə tam kartı bağlamağın ona daha sərf edəcəyini düşündüyü üçün onunla ətraflı danışmağa başlamışdır. Onların danışıqları Təqsirləndirilən şəxs ona verdiyi ***-***-**-** saylı mobil nömrənin “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə davam etmişdir. Bundan sonra Kənan kimi özünü təqdim edən şəxs ondan tam kartın hər iki üzünün foto şəkilini istəmiş və o, həmin nömrəyə kartın hər iki üzünün foto şəkilini göndərmişdir. Bundan sonra Kənan adlı şəxs ona kənar şəxs tərəfindən oğurlanmaması üçün kartında olan pulu çəkmək lazım olduğunu bildirmişdir. O, Kənana razılıq vermiş və bundan sonra Kənan adlı şəxs onun tam kart kartından 1522 manat pulu köçürmə etmişdir. Daha sonra isə bu barədə ona sms bildirişi gəlmişdir. Söhbət zamanı Kənan ona onun işlədiyi bankdan kredit məsələsi alınmasa kartından çəkdiyi 1522 manat pulu geri qaytaracağını bildirmişdir. O, Kənana inanıb razılaşmışdır. Lakin bir neçə gün keçsə də kredit ona verilməmiş və o, bu zaman 1522 manat pulu Kənandan geri isədikdə müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını bildirimişdir. Daha sonra isə o, Kənanla əlaqə saxlamağa çalışsa da Kənan zənglərinə cavab verməmişdir. Bundan sonra o, Kənanın bank işçisi olmadığını və onu aldadaraq 1522 manat pulunu ələ keçirdiyini başa düşmüşdür. Daha sonra o, ABB-nin mobil tətbiqinə baxdıqda onun hesabından çıxarılan 1522 manat pulun 4098 5844 7151 6250 saylı kart hesabına köçürüldüyü məlum olmuşdur. Təqsirləndirilən şəxs ondan ələ keçirdiyi 1522 manat pulu geri qaytarmamışdır və ona dəymiş ziyanı ödəməmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, işi ilə əlaqədar 2021-ci ildə Ucar rayonu Yuxarı Şilyan kəndinə köçmüşdür. Orada yerləşən kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir. Yəni həmin kənd tam orta məktəbində müəllim işləyir. İşin mahiyyəti üzrə bildirmişdir ki, X4 onun qardaşıdır. Onunla münasibəti həmişə yaxşı olmuşdur. Məhəmməd Qusar rayonunda yerləşən hərbi hissələrin birində müddətdən artıq hərbi qulluqçu kimi xidmət edir. Orada yaşayır. Məhəmmədlə arabir telefon ilə əlaqə saxlayıb hal-əhval tuturlar. 17 fevral 2023-cü il tarixdə axşam saatlarında Məhəmməd ona mobil telefon ilə zəng edib yeni ləvazimatlar alınması üçün hərbi qərargahdan onun adına olan karta 5000 manat pul köçürüləcəyini deyib, kartının işləmədiyi üçün pul göndərilməsinin mümkün olmadığını bildirərək ondan kartının həm üz, həm də arxa tərəfinin foto şəkilini çəkib vapsap vasitəsi ilə göndərməyini istəmişdir. Məhəmmədə nə üçün kartın arxa tərəfinin foto şəkilini də istədiyini soruşduqda Məhəmməd bunun qərargah tərəfindən istənildiyini deyib ona tələsməyini bildirmişdir. Hətta onun mobil nömrəsinə kod gələcəyini və həmin kodu da ona göndərməli olduğunu demişdir. O, Məhəmmədlə razılaşmışdır. Ona məxsus "xxxx"a aid 4169 7385 1369 8930 saylı “Bir kart”ın üz və arxa tərəfinin foto şəkilini çəkib vatsap vasitəsi ilə Məhəmmədə göndərmişdir. Bir qədər sonra onun mobil nömrəsinə kod gəlmişdir. O, həmin 0025 saylı kodu da Məhəmmədə vatsap vasitəsi ilə atmışdır. Daha sonra onun mobil nömrəsinə həmin kartdan 5000 manat pul çıxarılması ilə bağlı mesaj gəlmişdir. O, dərhal nə baş verdiyini öyrənmək üçün qardaşına zəng etmişdir. Məhəmməd ona heç nə bilmədiyini deyib ona xəbər edəcəyini bildirmişdir. Lakin Məhəmməd ona zəng etmədikdə o Məhəmmədə yenidən zəng etmişdir. O, Məhəmmədə əsəbiləşmiş, nə baş verdiyini bir daha soruşduqda Məhəmməd ona “Tik-toK” sosial şəbəkəsində adının sonradan öyrəndiyi Təqsirləndirilən şəxs adlı bir şəxs ilə tanış olduğunu, həmin şəxsin ona aşağı faiz ilə kredit verə biləcəyini deyib ondan kart istədiyini, çoxlu borcu olduğu üçün Kənan adlı şəxsin dediklərinə inandığını, ona isə bu səbəbdən yalan danışdığını bildirmişdir. O, Məhəmməddən Kənan adlı şəxsin mobil nömrəsini istəmişdir. Məhəmməd həmin şəxsin ***-***-**-** saylı mobil nömrəsinin olduğunu, ancaq həmin nömrəyə vatsap vasitəsi ilə zəng edilə biləcəyini qeyd etmişdir. O, özü də həmin şəxs ilə əlaqə saxlamışdır. Ondan pulunu istəmişdir. Həmin şəxs ona pulu az-az qaytraracağını söz vermişdir. Növbəti gün, yəni 18 fevral 2023-cü il tarixdə qardaşı Məhəmməd ona zəng edərək həmin şəxsin 5000 manat puldan 1000 manatını onun kartına atdığını deyib həmin pulu onun kartına göndərmişdir. Sonra həmin şəxs Məhəmmədə yenə 1000 manat göndərəcəyini dedikdə o, həmin adını Kənan kimi bildiyi şəxsə vatsapda mesaj yazıb pulu onun kartına atmasını bildirmişdir. 19 fevral 2023-cü il tarixdə Kənan həmin 1000 manat pulu da onun kartına atmışdır. Beləliklə Kənan adlı şəxs kartından çıxardığı 5000 manat pulun 2000 manatını geri ödəmişdir. Geri qalan pulu da tezliklə verəcəyini desə də, o, Kənanın sözünə inanmamışdır. Bu səbəbdən 20 fevral 2023-cü il tarixdə baş vermiş hadisə barədə Ucar RPŞ-nə gələrək şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 04 may 2023-cü i tarixdə saat 10:18-də “Tik-tok” sosial şəbəkəsində canlı yayımda bir nəfər şəxsin kreditlə sərfəli qızıl zinət əşyaları satdığını görmüşdür. Həmin şəxs canlı yayım zamanı onunla ***-***-**-** nömrəsinin vatsap proqramı ilə əlaqə saxlamaq imkanının olduğunu demişdir. Həmin şəxsin vatsap nömrəsinə yazıb onunla əlaqə saxlamışdır. Həmin şəxs Mingəçevir şəhərində olduğunu demişdir. Özünü Kənan adı ilə təqdim edən şəxs satdığı qızıl seplərin şəkilini atmışdır. Qızıl seplərə baxıb iki ədəd qızıl sep bəyənmişdir. Kənan adı ilə tanıdığı şəxs çəkisi 30,23 qram olan qızılı ona 1800 manata, digər qızıl sepi isə 2600 manata satacağını, ilkin olaraq hər bir qızıl sep üçün 400 manat , sonradan isə iki il müddətinə hər ay 235 manat ödəyəcəyini demişdir. Qızıl seplərin qiyməti sərfəli olduğu üçün onunla razılaşmışdır. Kənanla razılaşdığı üçün Kənanın ona atdığı “Leobank”a məxsus Təqsirləndirilən şəxs adına olan 4998 5844 7151 6250 nömrəli kart hesabına 05 may 2023-cü il tarixdə Füzuli rayonu, Horadiz şəhərində yerləşən “Elçin” marketin daxilində olan “E-manat” ödəmə terminalından "xxxx" tətbiqi vasitəsi ilə 800 manat pul köçürmüşdür. Kənan ona konum atmasını, aldığı qızıl sepləri yaşadığı ünvana göndərəcəyini bildirmişdir. Kənana olduğunu yerin konumunu atmışdır. Kənana konum atdıqdan sonra Kənan onun zənglərinə cavab verməmişdir. Kənan adlı şəxs ona qızıl sep satacağı adı ilə onu aldadıb 800 manat pulunu ələ keçirmişdir. O, Təqsirləndirilən şəxs “Tik-tok” sosial şəbəkəsində tanımış, Kənanı onunla hər hansı şəxs tanış etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 31-də evində olarkən «Tik-Tok» sosial şəbəkəsində qızıl satışı elanı səhifəsində yerləşdirilmiş 050 *** ** ** saylı mobil nömrəsi ilə əlaqə saxlamışdır. Kənanın foto şəkillərini göstərdiyi qızıl-zinət əşyalarını 200 manata almağına razılaşmışlar. Kənan pul kartına keçdikdən sonra həmin qızıl-zinət əşyalarını göndərəcəyini bildirmişdir. Ona bank kart məlumatlarını göndərməsi və onun da pulu çıxarması barədə razılaşmışdır. Kənan ona məxsus Kapital Bankın nəzdində olan bank hesabında saxlanılan elektron məlumat daşıyıcısı hesab olunan 4169 7385 8210 8696 nömrəli hesabından məxfi kodu əldə edib istifadə etməklə 400 manat, digər Kapital Bankın nəzdində olan bank hesabında saxlanılan elektron məlumat daşıyıcısı hesab olunan 4169 7413 6929 2428 nömrəli hesabından məxfi kodu əldə edib istifadə etməklə 400 manat, cəmi 800 manat pulunu gizli olaraq oğurlamışdır. Kənan nə pulunu nə də ki, qızıl-zinət əşyalarını verməmişdir. Sonradan Tik-Tok səhifəsindən maraqlandıqda, Təqsirləndirilən şəxs insanları aldatmaq ilə məşğul olduğunu bilmişdir Ona vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə “Tik-tok” sosial şəbəkəsində “qizil_satisi_kredit_ile” adlı hesabı görmüşdür. Həmin hesabda müxtəlif ölçüdə və dəyərdə qızıl əşyalarının onlayın qaydada kreditlə satılmasını görmüşdür və qızıl əşyası almaq qərarına gəlmişdir. Həmin hesabda yerləşdirilmiş ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” hesabı ilə yazışmışdır. Özünü ona şəxsiyyət vəsiqəsi ilə təqdim edən Təqsirləndirilən şəxs qızıl satışını özünün həyata keçirdiyini bildirmişdir. Bəyəndiyi qızıl əşyasının şəkilini ona göndərmişdir və Kənan 800 manat qiyməti olmasını ona bildirmişdir. Almaq qərarına gəlmişdir. Onlar 400 manat ilkin olaraq, qızılı götürdükdən sonra isə qalan 400 manat pulu veriləcəyi barədə razılaşmışlar. Kənan onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “portmanat” hesabı yaratmış, pulu həmin nömrənin hesabına atmağını demiş, 400 manat pulu xx.xx.2023-cü il tarixdə saat 14:34-də ünvan 6 ünvanında yerləşən “Oba” marketdəki 5066 saylı "xxxx" QSC-yə məxsus ödəmə terminalı vasitəsilə ***-***-**-** saylı mobil nömrənin “Portmanat” hesabına yükləmişdir. Səhəri gün əşyanın gəlmədiyini gördükdə ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış və Kənan ona qızılın başqa adama satıldığını bildirmişdir. Kənana verdiyi 400 manatı geri qaytarmasını bildirmişdir. Kənan ona kart atmağını, həmin karta pulu geri qaytaracağını demiş, özünə məxsus 4127 2093 0511 2481 saylı kartının şəkilini ona göndərmişdir. Kənan ona göndərdiyi kartda pul olmadığını demiş və özündə əməliyyat edib ümumi pulunu geri qaytaracağını bildirmişdir. Özünə məxsus 4127 2211 2155 2121 saylı bank kartının da şəkilini və məlumatlarını Kənana göndərmişdir. Kənana kartda 347 manat olmasını, pulu oradan çıxarıb əməliyyatı etməsini və pulunu qaytarmasını demişdir. Təqsirləndirilən şəxs da “ABB mobile” proqramı vasitəsilə 4127 2211 2155 2121 saylı bank kartına daxil olaraq kartdan 347 manat 41 qəpik pul çıxartmışdır. Daha sonra “ABB mobile” proqramına bağlı digər bank kartından, 5167 5133 4171 2586 saylı bank kartına daxil olaraq 1369 manat 46 qəpik pul çıxartmışdır. Təqsirləndirilən şəxs ona pulları geri qaytaracağını, sadəcə əməliyyat olduğu üçün çıxartmalı olduğunu demişdir. Həmin tarixdən başlayaraq dəfələrlə Kənan adlı şəxsə pulu geri qaytarmasını bildirsə də pulunmu geri qaytarmayaraq müxtəlif bəhanələrlə onu aldatmağa davam etmişdir. Təqsirləndirilən şəxs qızıl almaq üçün 400 manat pul göndərdikdən sonra Kənan onun pulunu geri qaytarmaq adı ilə ona məxsus kart hesablarından ümumilikdə 1716 manat 97 qəpik pulu çıxardaraq ələ keçirmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə “Tik-tok” sosial şəbəkəsində “qizil_stisi_kredit_ile” adlı səhifəni görmüşdür. Həmin səhifədə qızıl-zinət əşyalarının kreditlə satıldığını gördüyü üçün özünə həmin səhifədə bəyəndiyi 585 əyarlı üzük və bilərziyi almaq istəmişdir. Buna görə də səhifənin istifadəçisinə ismarış yazmışdır. O, da ona səhifədə yerləşdirilmiş ***-***-**-** saylı mobil telefon nömrəsinə vatsap mobil tətbiqi vasitəsi ilə ismariş yazmağını istəmişdir. O, da həmin nömrəyə ismarış yazıb qızılların şəkili atmasını istəmişdir. Kənan da ona bəyəndiyi qızıl-zinət əşyalarının foto şəkillərini göndərmişdir. Kənanla danışmış, Kənan da ona iki bilərzik və iki ədəd üzük əvəzində 850 manat ödəyəcəyini bildirmişdir. O, ilk əvvəl həmin şəxsə inanmaqda çətinlik çəksə də, Kənanın hər gün “tik-tok” səhfəsində canlı yayın açıb satış etdiyini gördüyü üçün inanmışdır. Danışıqları zamanı da Kənan Mingəçevir şəhərində xəstəxananın yanında dükan işlətdiyini demişdir. O, da Kənana inanmışdır. Həmin şəxs ona özünə məxsus olan 4169 7388 1827 9113 saylı kartını göndərmişdir. O, da xx.xx.2023-cü il tarixdə saat 12:59da özünə məxsus olan Turan banka aid 4192 **** **** 6941 saylı kart hesabından 850 manat pulu işlədiyi ünvan 7 ünvanında yerləşən Qubadlı rayonu üzrə maliyyə Şöbəsində olan zaman mobil tətbiq vasitəsi ilə göndərmişdir. Bundan sonra da ödəniş qəbzini həmin şəxsə göndərmişdir. Kənan da kuryerin gün ərzində qızıl-zinət əşyalarını gətirəcəyini demişdir. O, da razılıq etmişdir. Həmin gün bir neçə dəfə Kənanla əlaqə saxlamış və Kənan da ona müxtəlif bəhanələr gətirərək kuryerin gələcəyini demişdir. Lakin həmin gün axşam saatlarında artıq Kənan ona cavab verməmişdir. Buna görə də o, artıq aldadıldığını başa düşmüş və polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək 850 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə “Tik-tok” sosial şəbəkəsində “qizil_satisi_kredit_ile” adlı hesabı görmüşdür. Həmin hesabda müxtəlif ölçüdə və dəyərdə qızıl əşyalarının onlayn qaydada kreditlə satılmasını görmüş və qızıl əşyası almaq qərarına gəlmişdir. Həmin hesabda yerləşdirilmiş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə əlaqə saxladıqda özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” hesabı ilə əlaqə saxlamasını bildirmişdir. Bundan sonra onlar danışmışlar və bəyəndiyi qızılı almaq üçün həmin şəxsin göndərdiyi 4098 5844 9495 6319 saylı “Leo bank”a aid kart hesabına 600 manat göndərməsini istəmişdir. O, da həmin karta xx.xx.2023-cü il tarixdə saat 11:31-də Salyan rayonu, Bakı-Astara şossesinin 57-ci kilometrliyində yerləşən “Sarımsaq” aptekdən yerləşdirilmiş "xxxx" ödəniş aparatı vasitəsilə 600 manat pul göndərmişdir. Sonradan həmin şəxslə əlaqə saxlamış və Kənan adlı şəxs ona kuryerin gələcəyini demişdir. O, kuryeri nə qədər gözləsə də heç kim qızılı gətirməmişdir. Bundan sonra o, həmin nömrələrlə əlaqə saxlamağa çalışsa da əlaqə saxlamaq mümkün olmamış və DİN-in “102” xidməti zəng mərkəzi sisteminə bu barədə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona yalandan qızıl satacağını vəd edərək onu aldadıb ona məxsus 600 manat pulu ələ keçirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır, qohumluq əlaqələri yoxdur, əvvəllər arasında münaqişə və ya ədavət olmamışdır. Bir-iki dəfə əlbəəl qızıl alıb satmışdır. Lakin əlbəəl qızıl alıb satmaq baha başa gəldiyi və az xeyir qaldığı üçün onlayn alıb-satmaq qərarına gəlmişdir. “Tik-tok” sosial şəbəkəsində “qizil_satisi_kredit_ile”adlı səhifəsində qızıl satışının elanı olduğunu görmüşdür. Kənanın elana yerləşdirdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamış, ona öz adına olan şəxsiyyət vəsiqəsini göndərmişdir. Bundan sonra Kənana inanmış və onun elana yerləşdirdiyi 3000 manata 50 qram qızılı almaq istədiyini bildirmişdir. Onlar 2800 manat pula razılaşmışlar. xx.xx.2023-cü il tarixdə özünə məxsus “BirBank” proqramından 600 manat pulu ilkin olaraq onun göndərdiyi “Leo Banka” aid 4098-5844-9495-6319 nömrəli kart hesabına göndərmişdir. xx.xx.2023-cü il tarixdə 2200 manat pulu Ağcabədi şəhərində yerləşən “Bazarstore” mağazasından "xxxx" ödəmə terminalı vasitəsi ilə onun kart hesabına göndərmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qızılı Ağcabədi rayonuna onun ünvanına göndərəcəyinə söz vermişdir. Bir müddət sonra Kənanla əlaqə saxlamaq istəsə də mobil telefonuna zəng çatmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs onu aldatdığını və pulunu ələ keçirdiyini başa düşmüşdür. Bu barədə DİN-in 102 xidmət-zəng mərkəzi sisteminə və Ağcabədi rayon Polis Şöbəsinə məlumat vermişdir. Təqsirləndirilən şəxs ələ keçirdiyi 2800 manat puldan ona heç bir ödəniş etməmişdir. Ona görə də mülki iddiasının təmin olunmasını və Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. 2023-cü il may ayının axırlarında “Tik-tok” sosial şəbəkəsində “qizil_satisi_kredit_ile” adlı hesabı görmüşdür. Həmin hesabda müxtəlif ölçüdə və dəyərdə qızıl əşyalarının onlayın qaydada kreditlə satılmasını görmüş və qızıl əşyası almaq qərarına gəlmişdir. Orada olan qızıl dəstini bəyənmiş və həmin hesabın ismarış qutusuna yazıb maraqlandıqda Kənan həmin dəstin 1300 manat dəyərində olduğunu bildirmişdir. Həmin qızılı necə alacağını soruşduqda Kənan ona bank hesabı göndərəcəyini və pulu göndərdikdən sonra qızılları gələrək Mingəçevir şəhərindən götürə biləcəyimi demişdir. Bundan sonra Kənan ona "xxxx" ASC-ə aid 4169 7388 1827 9113 saylı bank kartının şəkilini göndərmişdir. Onunla danışmaq istədikdə Kənan ona ***-***-**-** saylı mobil nömrəyə zəng etməyini bildirmişdir. Kənanla danışmış və Kənan ondan şəxsiyyət vəsiqəsini istəmişdir. Bu barədə həyat yoldaşı Yusifə demişdir. Kənan həmin şəxsiyyət vəsiqəsinin qızılı sənədləşdirmək üçün olduğunu bildirmişdir. Onunla razılaşmışlar və Yusifin şəxsiyyət vəsiqəsinin şəkilini Kənana göndərmişlər. Bundan sonra 29 may 2023-cü il tarixdə Şəmkir rayonu Düzqışlaq kəndindən “Emanat” terminalından 300 manat, sonra isə 30 may 2023-cü il tarixdə Gəncə şəhəri, H.Əliyev prospekti 89A ünvanında yerləşən “Al” marketdəki “Milliön” ödəmə terminalı vasitəsi ilə 1000 manat pulu Kənanın göndərdiyi "xxxx" ASC-ə aid 4169 7388 1827 9113 saylı bank hesabına göndərmişdir. Pulu göndərdikdən sonra Mingəçevir şəhərinə getmişdir. Lakin nə qədər zəng etsə də Kənan onun zənglərinə cavab verməmiş və mobil telefonu söndürmüşdür. Bundan sonra aldadıldığını başa düşmüş və bu barədə hüquq mühafizə orqanlarına şikayət etmişdir. Təqsirləndirilən şəxs ona yalandan qızıl satacağını vəd edərək onu aldadıb ona məxsus 1300 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayon Mühafizə İdarəsində polis nəfəri işləyir. Zərərçəkmiş şəxs10 onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Tünzalə 2023-cü il may ayının axırlarında “Tik-tok” sosial şəbəkəsində “qizil_satisi_kredit_ile” adlı hesabı görmüşdür. Həmin hesabda müxtəlif ölçüdə və dəyərdə qızıl əşyalarının onlayn qaydada kreditlə satılmasını görmüş və qızıl əşyası almaq qərarına gəlmişdir. Tünzalə orada olan qızıl dəsti bəyənmiş və həmin hesabın ismarış qutusuna yazıb maraqlandıqda Kənan həmin dəstin 1300 manat dəyərində olduğunu bildirmişdir. Tünzalə həmin qızılı necə alacağını soruşduqda həmin Kənan ona bank hesabı göndərəcəyini və pulu göndərdikdən sonra qızılları gələrək Mingəçevir şəhərindən götürə biləcəyimizi demişdir. Bundan sonra Kənan Tünzaləyə "xxxx" ASC-ə aid 4169 7388 1827 9113 saylı bank kartının şəkilini göndərmişdir. Tünzalə Kənanla danışmaq istədikdə Kənan ona ***-***-**-** saylı mobil nömrəyə zəng etməyini bildirmişdir. Tünzalə onunla danışmış və Kənan Tünzalədən şəxsiyyət vəsiqəsini istəmişdir. Tünzalə bu barədə ona demişdir. Maraqlandıqda Kənan həmin şəxsiyyət vəsiqəsinin qızılı sənədləşdirmək üçün olduğunu bildirdi. Onunla razılaşıb şəxsiyyət vəsiqəsinin şəkilini Kənana göndərmişdir. Bundan sonra 29 may 2023-cü il tarixdə Şəmkir rayonu Düzqışlaq kəndindən “Emanat” terminalından 300 manat, sonra isə 30 may 2023-cü il tarixdə Gəncə şəhəri, H.Əliyev prospekti 89A ünvanında yerləşən “Al” marketdəki “Milliön” ödəmə terminalı vasitəsi ilə 1000 manat pulu Kənanın göndərdiyi "xxxx" ASC-ə aid 4169 7388 1827 9113 saylı bank hesabına göndərmişlər. Onlar pulu göndərdikdən sonra Mingəçevir şəhərinə getmişlər. Lakin Kənan adlı şəxsə nə qədər zəng etsələr də onların zənglərinə cavab verməmiş və mobil telefonu söndürmüşdür. Bundan sonra onlar aldadıldıqlarını başa düşmüşlər və Tünzalə bu barədə hüquq mühafizə orqanlarına şikayət etmişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı Tünzaləyə yalandan qızıl satacağını vəd edərək onu aldadıb 1300 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Yaşadığı rayon ərazisində taksi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs taksiyə minən müştəri kimi tanımışdır. Onun Kənanla normal münasibətləri yaranmış, heç bir ədavət və düşmənçiliyi olmamışdır. ***- ***-**-** saylı mobil nömrə onun adınadır. Lakin həmin nömrəni özü işlətməmiş və işlətmir. Həmin nömrəni onun adına Təqsirləndirilən şəxs almışdır. Taksi kimi Bakı şəhərinə gedib gələn zaman 2023-cü ilin yanvar ayının sonlarında, fevral ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı müddətdə bir nəfər ona zəng edərək Bakı şəhərindən olan bir ailənin Qəbələ rayonuna getməli olduğunu, həmin ailəni aparmağını demişdir. Verilən ünvana, yəni Abşeron rayonu Xırdalan şəhəri, “Səmayə” şadlıq sarayının arxasında yerləşən yeni tikilmiş 16 mərtəbəli binanın qarşısına getmişdir. Orada Təqsirləndirilən şəxs, həyat yoldaşı kimi təqdim etdiyi Günay adlı qadının və iki azyaşlı oğlan uşaqlarını götürmüşdür. Onları Qəbələ rayonu Vəndam kəndinə aparmışdır. Kənan ona 3 gün Qəbələ rayonunda qalacaqlarını, ona taksi kimi gəzməyə köməklik etməyini, ona buna görə pul verəcəyini demişdir. Onunla razılaşmışdır. Kənanı ailəsi ilə birlikdə Şəki, Oğuz, Quba, Qusar, Qax rayonlarına istirahət yerlərinə aparmışdır. Kənan bir ay Qəbələ şəhərində kirayə qalmış və sonradan Bakı şəhərinə qayıtmışdır. Qəbələ şəhərində olan zaman, 2023-cü ilin fevral ayının 23-ü tarixində Kənan ondan həyat yoldaşı Günayın nömrəsinin yandığını, onun adına nömrə almaq istədiyini demiş, etiraz etməyərək razılaşmışdır. Qəbələ rayonundan xatırlamadığı telefon mağazasından öz şəxsiyyət vəsiqəsi ilə ***-***-**-** saylı mobil nömrəni alaraq Kənana vermişdir. Kənan Bakı şəhərinə getmiş, bir müddət sonra ona müxtəlif polis şöbələrindən zənglər olunaraq onun adına olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə dələduzluq edildiyini bildirmişlər. Bundan sonra həmin nömrəni bağlatmışdır. Kənanın həmin nömrə ilə dələduzluq etməsindən məlumatı olmamışdır. Sadəcə Kənan ondan xahiş etdiyi üçün öz adına nömrə alaraq ona vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2029-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 272.2.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhər Qaradağ rayon polis idarəsinin 10-cu polis bölməsinə gətirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 adından məhkəməyə daxil olmuş teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 dəymiş 5000 manat ziyandan 2000 manat ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 adından məhkəməyə daxil olmuş teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 dəymiş 800 manat ziyan tam olaraq ödənilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini və vurulmuş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri cinayətlərin məcmusunu təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi, vurulmuş ziyanın qismən ödənilməsi kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzasına; CM-nin 178.2.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzası da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Məhkəməyə Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs qarşı ziyana görə 1300 manat, nəqliyyat xərcinə görə 200 manat pul tələbinə dair iddia vermişdir. İşə baxılarkən müəyyən olundu ki, mülki iddiaçı nəqliyyat xərcinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilərək Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs10 ziyana görə 1300 manat, dövlət rüsumuna görə isə 33 manat məbləğində pul verilməlidir. İş üzrə Zərərçəkmiş şəxs9 mülki iddiası isə təmin edilərək, Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs9 ziyana görə 2800 manat, dövlət rüsumuna görə isə 48 manat məbləğində pul verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, digər zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə mülki iddia vermək hüququ izah edilməlidir. İş materiallarına əlavə olunmuş sübutların qiymətləndirilməsi barədə 25 yanvar 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 etibarından suiistifadə edərək mövcud olmayan qızılları satacağını vəd edərək özünə məxsus kart hesabına 400 manat köçürülməsinə nail olmaqla həmin pulu ələ keçirəsi ilə bağlı ona Azərbacyan Respublikası CM-nin 178-ci maddəsi ilə ittiham elan edilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 dələduzluq yolu ilə 400 manat pulunu ələ keçirməsi faktı ilə bağlı əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati icraat açılması üçün qərarın surəti Ağcabədi RPŞ-nin İTB-nə göndərilmişdir. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 iş saatı üçün 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 3 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Zərərçəkmiş şəxs10 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs cəmi 1333 (min üç yüz otuz üç) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs10 ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs9 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs cəmi 2848 (iki min səkkiz yüz qırx səkkiz) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs9 ödənilsin. Zərərçəkmiş şəxslər: X6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə mülki iddia vermək hüquqları izah edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 25 iş saatı üçün 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-49/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-49/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver