Məhkəmə qərarları › İş №1(017)-49/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-49/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-49/2025 06.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, 26 avqust 1993-cü ildə Ağcabədi rayonu Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu, Poladlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə xeyli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 0,371 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd qızılı rəngli kağız bükümdə əynindəki qara rəngli gödəkcənin sağ yan cibində daşıyaraq saxlamış, 25 fevral 2025-ci il tarixdə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında, istifadə etməsində və daşımasında şübhəli bilinərək həmin gün saat 18:18 dəqiqədən etibarən Ağcabədi rayon Hindarx qəsəbəsi ərazisində yerləşən “50 qəpik” avtoyuma məntəqəsinin yaxınlığında yoxlanış aparılan zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd qızılı rəngli kağız bükümdə, təmiz çəkisi 0,371 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. O, bir neçə ildir ki, psixotrop maddə olan metamfetamin istifadə edir. O, bir ay əvvəl işğaldan azad edilmiş Qarabağ bölgəsində işləyən zaman yerdən bir ədəd kağız büküm tapmış, həmin büküm diqqətini çəkdiyi üçün əlinə alıb içərisinə baxan zaman içərisində “şüşə” kimi bildiyi metamfetamin olduğunu görmüşdür. Həmin bükümü sonralar istifadə etməsi üçün üzərində saxlamışdır. O, 25 fevral 2025-ci il tarixdə saat 18 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən “50 qəpik” avtoyuma məntəqəsinin yanında dayanmış, bir ay əvvəl Qarabağ bölgəsindən tapdığı metamfetamin də üzərində olmuşdur. Bir neçə dəqiqə sonra bir neçə nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitə gəzdirməkdə, həmçinin saxlanılmaqda şübhəli olduğunu bildirmişdirlər. Həmin ərazidə sıxlıq olduğu üçün 200 metr kənara çəkilmişdirlər. Polis əməkdaşları videoçəkiliş ilə onun üzərini yoxlayacağını bildirmiş və onun hüquq və vəziflərini izah etmişdirlər. Polis əməkdaşları ona üzərində cinayət xarakterli əşya yaxud da predmet varsa təqdim etməsini təklif etmiş, o üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirərək əynindəki qarta rəngli gödəkcənin sağ yan cibində şəxsi istifadəsi üçün saxladığı içərisində metamfetamin olan 01 ədəd qızılı rəngli bükümü təqdim etmişdir. Həmin büküm aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0.56 qram olmuşdur. Sorğu zamanı həmin kütlənin özünə məxsus olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, ona qarşı heç bir fiziki və psixoloji təsir edilmədiyini, heç bir etirazının olmadığını bildirmişdi. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra üzərindən aşkar olunmuş maddi sübut ilə birlikdə Ağcabədi RPŞ-nə gətirilmiş və öz xahişi ilə ona təqdim edilmiş siyahıdan X2 tərəfindən hüquqlarının müdafiə olunmasını xahiş etmişdir. Məhəmməd Bağırovun müdafiəçi qismində iştirakı təmin edilmiş və ona təqdim edilmişdir. Bundan sonra təhqiqatçı və müdafiəçinin iştirakı ilə üzəri yoxlanılan zaman çəkilmiş videoçəkilişə və maddi sübuta baxış keçirilmişdir. Üzərindən aşkar edilmiş metamfetamin ilə bağlı təyin edilmiş ekspertizanın 26 fevral 2025ci il tarixli, 18/178 saylı rəyi ona elan edilmiş və üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,371 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin olduğunu bilmişdir. O ifadəsinə əlavə olaraq üzərindən aşkar edilmiş metamfetamini bir ay əvvəl işğaldan azad edilmiş Qarabağ bölgəsində işləyən zaman yerdən tapdığını və üzərimdə saxlama səbəbinin şəxsi istifadə olduğunu, əldə edib saxladığı metamfetamini heç kəsə satmadığını, əvəzli, yaxud əvəzsiz olaraq vermədiyini, metamfetamini əldə etməsindən, saxlamasından və istifadə etməsindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmadığını, istifadəmsində mobil telefon olsa da, həmin telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrədən yalnız vhatsap istifadə etmək mümkün olduğunu, həmin nömrənin vhatsapı ilə adətən tanışları ilə görüntülü danışan zaman istifadə etdiyi üçün 25 fevral 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman həmin mobil telefonunun yaşadığı evdə qaldığını, saxlanılan zaman üzərində mobil telefon olmadığını bildirmişdir. Hazırda törətdiyi əmələ görə çox peşman olmasını, qardaşı Mamedov Şahid Hətəmxan oğlunun müharibə veteranı olmasını, “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsini, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, o, Ağcabədi rayon Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ağcabədi rayonu, Poladlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi və saxlaması barədə şöbəyə əməliyyat məlumatlı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra ondan, CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün, yəni 25 fevral 2025-ci il tarixdə saat 18:13 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində yerləşən “50 qəpik” avtoyuma məntəqəsinin yaxınlığında olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən təxminən 200 metr məsafədə Təqsirləndirilən şəxs üzərini yoxlamağa başlamışlar. Yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində video çəkilişlə baxış keçirilməsinə etirazının olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində baxış aparılmasına və baxışın video çəkiliş vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümü təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirilən zaman, ağ rəngli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0.56 qram olması müəyən edilmişdir. Həmin 01 ədəd büküm qablaşdırılmış, ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar, həmçinin onun tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əlavə olaraq başqa bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut ilə birlikdə Ağcabədi RPŞ-yə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü, Ağcabədi rayon Poladlı kəndində yaşayan Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin aparılması və müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid1, polis mayoru Şahid2 və polis serjantı Şahid3 ibraət əməlliyyat qrupu yaradılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 25 fevral 2025-ci il tarixli əməliyyataxtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Ağcabədi rayon Poladlı kəndində yaşayan Mamedov X3 rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 25 fevral 2025-ci il tarixdə saat 18:13 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində yerləşən “50 qəpik” avtoyuma məntəqəsinin yaxınlığında yaxınlığında saxlandıqdan sonra həmin tarixdə saat 18:18 dəqiqədən etibarən 200 metr məsafədə Ağcabədi RPŞ-nin CABnin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid1, polis mayoru Şahid2 və polis serjantı Şahid3 tərəfindən saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş və üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibində gizlədtiyi 01 ədəd qızılı rəngli kağız bükümdə olan, çəkisi 0,56 qram psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Ağcabədi rayon polis şöbəsinə verilmiş xx.xx.2025-ci il tarxili əməliyyat tapşırığına 12 mart 2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin onun özünə məxsus olması, həmin psixotrop maddəni satış məqsədi olmadan saxlaması, ümumiyyətlə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Lakin, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin psixotrop maddənin mənbəyi müəyyən edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 fevral 2025-ci il tarixdə onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 26 fevral 2025-ci il tarixli, 3-16-16/2-18/178 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən aydın olur ki, tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd kağız kəsiyi bükümdə təmiz çəkisi- 0,371 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Aşkar edilmiş metamfetaminin təmiz çəkisi 0,371 qram, cəmi tədqiqata sərf edildi – 0,05 qram, qalıq 0,321 qram. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X5 13 mart 2025-ci il tarixli, 434 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Ağcabədi Rayon Mərkəzi X8 Şəxs”in 13 mart 2025-ci il tarixli, 18-1-23/2-366/2025 nömrəli verdiyi məktubdan görünür ki, Mamedov X3 RMX-nın poliklinika şöbəsinin Konsultativ Poliklinika şöbəsinin narkoloji və rushi-əsəb kabinetlərində qeydiyyatda deyil. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən alınan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş doğum haqqında şəhadətnamənin və şəxsiyyəti təsdiq edən vəsiqə surətindən görünür ki, Təqsirləndirilən şəxs və Mamedov Şahid Hətəmxan oğlu qardaşdırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Rüspublikası Müdafiə Nazirliyi veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən verilmiş №127200 saylı 10 oktyabr 2023-cü il tarixli vəsiqə surətindən görünür ki, Mamedov Şahid Hətəmxan oğlu müharibə veteranıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Rüspublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2371 nömrəli sərəncamı ilə Mamedov Şahid Hətəmxan oğlu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Rüspublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli sərəncamı ilə Azərbaycan Rüspublikasının Baş Naziri tərəfindən verilmiş vəsiqədən görünür ki, Mamedov Şahid Hətəmxan oğlu “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB Poladlı kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, 1993-cü il təvəllüdlü Ağcabədi rayonu Poladlı kənd sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 0,371 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlaması, özünün etiraf etməsi, şahid ifadələri, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qardaşı Mamedov Şahid Hətəmxan oğlunun müharibə veteranı olmasını, “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsini, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 25 fevral 2025-ci il tarixdən 27 fevral 2025-ci il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X10 poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 0,321 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilməlidir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 iş saatı üçün 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdən 27 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X10 poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut olan – tədqiqatdan sonra qalıq qalan 0,321 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 iş saatı üçün 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar