Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-5/2023 23.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs, onun müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1988-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 21 yanvar 2022-ci il tarixdə saat 22 radələrində sürücülük hüququ olmaqla ayıq vəziyyətdə etibarnamə əsasında idarə etdiyi X3 məxsus «VAZ- 2101» minik markalı, ** BA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Ağcabədi şəhəri, E.Sadıqov küçəsində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini bozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olan tədbirləri görməli olduğu və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs sürücülük hüququ olmadan sərxoş vəziyyətdə, sənədsiz idarə etdiyi İJ markalı motosikletin hərəkət zolağına çıxaraq ehtiyatsızlıqdan onunla toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs faktiki istifadəsində olan İJ markalı motosikletə 120 manat məbləğində maddi ziyan, onun özünə isə sol baldırın sümüklərinin ikili açıq çox qəlpəli sınığı, AQ İllizarov apparatı ilə ostiosintezi və dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan ağır bədən xəsarətləri yetirməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, Ağcabədi şəhəri, Ejəli adlanan ərazidə avtomobil yuyucusu işləyir. O, 15 ildir ki, sərbəst şəkildə avtomobil idarə edir, BC kateqoriyalı sürücülük huququ vardır. 2021-ci ilin oktyabr ayında Bərdə rayon sakini X5 ilə danışıb ona məxsus olan VAZ-2101 markalı, ** BA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili aralarında əldə etdiyi razılığa əsasən daxili kredit yolu ilə almışdır. Belə ki, o avtomobili Vüsalla 3500 manata razılaşmış, ilkin olaraq 1500 manat pul vermiş, sonra ayı 215 manata olmaqla bir il müddətinə aylıq verəcəyini öhdəsinə götürərək razılaşmış, bunun üçün də Vüsal ona həmin avtomobili idarə etmək üçün etibarnamə vermişdir. 21 yanvar 2022-ci il tarixdə saat 22 radələrində idarə etdiyi «VAZ- 2101» markalı, ** BA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yaşadığı Ağcabədi şəhəri, E.Sadıqov küçəsində yerləşən Təzə Məhlələr yaşayış massivinə getmiş, anası Şahid1 və həyat yoldaşı X2 hər ikisi avtomobildə arxa tərəfdə oturmuşlar. O, Eldəniz Sadıqov küçəsi ilə saatda təxminən 60 km/saat sürəti ilə hərəkətdə olarkən Sabir Novruzov küçəsinə çatmamış görmüşdür ki, yolda onun hərəkət zolağında çökəklik var, o həmin çökəklikdən avtomobili qaçırıb sükanı sola istiqamətləndirmiş, qəfildən görmüşdür ki, qarşı tərəfdən İj markalı motosiklet gəlir. O, motosikleti görüb sürətini azaltmış, sükanı sağa istiqamətləndirmək istəsə də artıq gec olmuş, onun idarə etdiyi avtomobilin sol qabaq tərəfi İj markalı motosikletin sol hissəsinə dəymiş, eyni zamanda motosikleti idarə edən tanıdığı Zərərçəkmiş şəxs sol ayağını zədələmişdir. Onun idarə etdiyi avtomobil qabaqda olan bardyura dəyərək dayanmışdır. Hadisə zamanı o, dərhal Müqabilə yaxınlaşıb köməklik göstərməklə bu barədə xəstəxanaya məlumat vermişdir. Bundan sonra Müqabili Təcili tibbi yardım avtomobili ilə xəstəxanaya apardılar. Xəstaxanada ona Müqabilin ayağının sınması məlum olmuşdur. Xəstəxanada həkimlər Müqabilə yardım göstərmiş, xəstə bir neçə gün xəstəxanada qalmışdır. O, da çatışmayan dava-dərmandan almış, yemək gətirmişdir. Müqabil ilk əvvəl ondan ərizə vermişdir ki, şikayətçi deyil, amma sonra ondan 2000 (iki min) manat pul istəmişdir ki, ona versin, oda barışıq ərizəsi versin. Lakin onun maddi imkanı olmadığı üçün barışıq əldə edə bilməmişdir. O, hadisədən əvvəl spirtli içki qəbul etməmişdir, Müqabil də deməsinə görə pivə içmiş, onun sərxoşluğu yoxlanılmış, Müqabildə bir az sərxoş çıxmışdır. Motosikleti gec görməyinin səbəbi onun diqqətsizliyi olmuşdur. Əvvəl elə bilmişdir ki, motosiklet işıqsız gəlir. Amma sonradan dəqiqləşdirmişdir ki, işığı olmuş, sadəcə olaraq tək fara olduğu, motosiklet olmağı diqqətindən yayınmışdır. O, motosikleti təxminən 10-15 metrlikdən görmüş, yola diqqətlə baxmadığı üçün əvvəl görə bilməmişdir. Hadisə zamanı nə o, nə anası, nə də həyat yoldaşı heç biri heç bir xəsarət almamış, hadisəni anasıgil görmüş, ayrı heç kəs görməmişdir. Həmin vaxt başqa avtomobil və ya piyada yolda olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona vurduğu ziyanı tam ödəmişdir. Ona qarşı zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. Ona görə işin icraatına xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, məhkəmə-tibb ekspertizasının və məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. O, Ağcabədi şəhərində E.Sadıqov küçəsi, Təzə Məhəllələrdə yaşayır. Dəmir alıb-satır, İj markalı motosikleti 4 ildir ki, Ağcabədi şəhər sakini Elxandan 700 manat verib almış, lakin heç bir sənədi olmadığı üçün onun adına sənədləşdirilmir. 21 yanvar 2022-ci il tarixdə evdə yemək yeyəndə 1 bakal pivə içmiş, həmin gün axşam saat 22 radələrində evdə siqareti qurtardığı üçün özünə məxsus İJ markalı nömrə nişanı olmayan motosikletlə Sabir Novruzov küçəsindən çıxıb Eldəniz Sadıqov küçəsinə düzəlmiş, öz yolu ilə səkinin kənarı ilə təxminən 20 km/saat sürətlə düzünə hərəkətdə olarkən görmüşdür ki, əks istiqamətdən «VAZ-2101» markalı avtomobil sürətlə gəlir, qabaqda, asfaltda olan çökəkliyə görə ani vəziyyətdə onun yoluna çıxmışdır. O, həmin avtomobilin onun yoluna çıxmasını görüb işıqla işarə vermiş, eyni zamanda tam dayandırma vəziyyətinə çatdırmaq üçün sağa tərəf çıxmış, sağ təkər səkinin qırağına çıxmışdır. «VAZ-2101» markalı avtomobilin tanımadığı sürücüsü Təqsirləndirilən şəxs gəldiyi kimi onu vurmuş, onun maşının sol qabaq hissəsi onun ayağının dizdən aşağı hissəsinə dəymiş, ayağı qırılmışdır. Hadisə vaxtı zərbədən və ağrıdan o, özünü itirmişdir. O, gözünü açanda özünü xəstəxanada görmüşdür. O, bir neçə gün xəstəxanada qalmış, Elnur xəstəxanada ona ilk yardım göstərdikdən sonra yenə onun yanına gəlmiş və müalicəsinə köməklik etmişdir. Sonradan ona vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Elnurun özünə məxsus «VAZ-21011» markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili var. Elnur Ağcabədi rayon Qaradolaq kənd sakini Şahid2 ilə ailə qurub. Son zamanlar qudası Pərviz xəstələnmişdir. Bu səbəbdən 21 yanvar 2022-ci il tarixdə onlar yəni o, oğlu Elnur və gəlini Minayə Qaradolaq kəndinə xəstə yanına getmişlər. Həmin gün təxminən saat 22 radələrində qayıdıb yaşadığı evə gəlmişlər. Avtomobili oğlu Elnur idarə etmiş, o və gəlini arxa sərnişin yerində əyləşmişdir. Onlar Ağcabədi şəhəri, E.Sadıqov küçəsi ilə yaşadığı ev istiqamətində hərəkətdə olan zaman yol ayrıcından sonradan adının Müqabil olduğunu bildiyi şəxs idarə etiyi motosikletlə qəfil onların hərəkət yoluna çıxmışdır. Motosikletin işıqları da olmamışdır. Müqabil qəfil onların yoluna çıxdığı üçün Elnurun idarə etdiyi avtomobilin qarşı tərəfinə çırpılmışdır. Onlar avtomobildən düşmüş, Müqabil yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Onlar tez köməklik edib Müqabili qaldırıb kənarda olan avtomobilin birini saxlatmış və Müqabili rayon Mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanda həkimlər Müqabilin sərxoş olduğunu, sol ayağının sındığını bildirmişlər. Onlar heç biri xəsarət almamış, Müqabilin dərmanlarını alıb vemiş, yaşadığı evə gəlmişlər. Bundan sonra onlar hər gün Müqabilin yanına gedib dərmanlarını və yeməyini alıb vermişdir. Hadisə 21 yanvar 2022-ci il tarixdə təxminən saat 22 radələrində Ağcabədi şəhəri, E.Sadıqov küçəsində baş vermişdir. Həmin vaxt Elnur avtomobili təxminən 50 km sürətlə idarə etmişdir. Həmin vaxt o, xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Ağcabədi şəhəri, E.Sadıqov küçəsi, təzə məhlələrdə yaşayır. Təqsirləndirilən şəxs onun əridir. Elnurun özünə məxsus «VAZ-21011» markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili var. Onun atası Ağcabədi rayon Qaradolaq kəndində yaşayır. Son zamanlar atası Pərviz xəstələnmişdir. O, evdə bu barədə demiş və qərara gəlmişdir ki, gedib atasını ziyarət etsinlər. 21 yanvar 2022-ci il tarixdə onlar yəni, o, Elnur və qaynanası ilə birlikdə atasıgildən avtomobillə qayıdarkən yol ayrıcında sonradan adının Müqabil olduğunu bildiyi şəxsin idarə etdiyi motosikletlə qəfil onların hərəkət yoluna çıxmışdır. Motosikletin işıqları olmamışdır. Müqabil qəfil onların yoluna çıxdığı üçün Elnurun idarə etdiyi avtomobilin qarşı tərəfinə çırpılmış, onlar avtomobildən düşmüş, Müqabil yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Kənardan toplanan adamlarla Elnur Müqabili qaldırıb kənarda olan avtomobilin birini saxladıb rayon mərkəzi xəstəxanasına aparmışlar. Sonra Elnur evə qayıdanda ona demişdir ki, Müqabil sərxoş olmuş və sol ayağı sınmışdır. O və qayınanası həmin vaxt heç bir xəsarət almamışlar. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X7-Təcrübi və X8 Hüquqi Şəxsin 17 fevral 2022-ci il tarixli, 120 nömrəli ekspert rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər sol baldır sümüklərinin ikili açıq çox qəlpəli sınığı, AQ İllizarov aparatı ostiosintezi – bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti 22 yanvar 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 mart 2022-ci il tarixli, 8/396 nömrəli ekspert rəyindən görünür ki, «VAZ- 2101» markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən İJ markalı motosikletin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkü deyildir. Sürücü Zərərçəkmiş şəxs motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Zərərçəkmiş şəxs motosikleti sürücülük vəsiqəsi olmadan idarə etidiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Zərərçəkmiş şəxs motosikleti sərxoş halda idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərvaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Əliyev X4 rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-ci il tarixli Amnistiya Qərarının 1.2ci bəndinə əsasən azad olunmuşdur. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 30 iyul 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs 23 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona maddi yardım olunmuş, dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən 23 iyun 2023-cü il tarixli ərizədən görünür ki, o özünü təqsirli bilir, törətdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmiş və onunla barışmışdır. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin surətindən görünür ki, ona Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Ağcabədi Asan Xidməti Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə BC № 752368 seriya nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, həmin vəsiqənin etibarlılıq müddəti xx.xx.2031-ci il tarixədəkdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, onun ərizəsini və zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, törətdiyi əməlin az ağır cinayət əməli olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-cü və 263.3-cü maddəsinin qeyd hissəsinin ikinci bəndinə əsasən, cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi qanunauyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmişlə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə görə başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin ”qeyd” hissəsində göstərilir ki, Cinayət Məcəlləsinin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyi baxımından da Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərcini təşkil edən 85 manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Hazırkı işin materiallarından görünür ki, iş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263cü və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2, 43.3, 321 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin ikinci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 85 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilsin. Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-5/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-5/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver