Məhkəmə qərarları › İş №1(017)-5/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-5/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-5/2025 12.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasınn katibi X18, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs15, X8, Zərərçəkmiş şəxs22 Hüseyn oğlunun, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs26 Oktay qızının və Zərərçəkmiş şəxs21 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Ağdam rayonu, Yusifcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta-ixtisas təhsilli, Ağdam rayonu 22 saylı əsas orta məktəbində fizikitərbiyə müəllim işləmiş (həbs olunanadək), məhkumluğu olmayan, Ağdam rayonu Yusifcanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, təkrarən, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edərək oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama və qəsdən təkrarən dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirmə cinayət əməllərini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 pensiyası düzəltməsinə köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncuya məxsus 5000 (beş min) manat pulu 2018-ci ilin iyun ayında istintaqa məlum olmayan gündə və saatda Ağdam rayonu Quzanlı qəsbəsində yerləşən Təhsil Şöbəsinin qarşısında sonuncudan əlbəəl alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 5000 (beş min) manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə və özgənin əmlakını talamaq məqsədilə 05 fevral 2020-ci il tarixdə saat 18:23-də Ağdam rayonu Quzanlı qəsəbsində yerləşən “Ömər market”in qarşısında quraşdırılmış, “Kapital Bank ASC-yə məxsus bankomatda, nasazlığın aradan qaldırılması məqsədilə Zərərçəkmiş şəxs1 gizli şifrəsi ilə birlikdə ona vermiş olduğu “Kapital Bank ASC”dən verilmiş **********901639 nömrəli plsatik kart hesabına həmin şifrədən istifadə edib qanunsuz daxil olaraq həmin hesabdan avans yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 212 manat pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 212 (iki yüz on iki) manat miqdarda ziyan vurmaqla elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edərək təkrar oğurluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 dayandırılmış pensiyasının bərpa edilməsində köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncuya məxsus 1500 (bir min beş yüz) manat pulu 2020-ci ilin fevral ayının 22-də Həmzə Niftəliyevin yaşadığı evin qarşısında, 2020-ci ildə istintaqa məlum olmayan gündə və saatda, istintaqa məlum olmayan yerdə isə 250 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan əlbəəl alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 1750 (bir min yeddi yüz əlli) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs21 oğlu X64 rayonu Qaz idarəsində işə düzəltməyə köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla xx.xx.2021-ci il tarixdə istintaqa məlum olmayan saatda Ağdam rayonu İmamqulubəyli kəndində yerləşən Zərərçəkmiş şəxs21 yaşadığı fərdi yaşayış evinin qarşısında sonuncudan əlbəəl 1500 (bir min beş yüz) manat pulu ələ keçirməklə Zərərçəkmiş şəxs21 1500 (bir min beş yüz) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs21 oğlu Şükür Hümbətova “BC” kateqoriyalı sürücülük vəsiqəsi düzəltməyə köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla 2021-ci ilin may ayının ayının 14-də istintaqa məlum olmayan saatda X24-İmtahan və Texniki baxış şöbəsinin qarşısında Şükür Hümbətovdan əlbəəl 1000 (bir min) manat pulu qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs21 1000 (bir min) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 "xxxx" ASCnin Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən X65 sürücü vəzifəsinə işə düzəlməkdə köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncuya məxsus 1000 (bir min) manat pulu 2021-ci ilin may ayında istintaqa məlum olmayan gündə və saatda Zərərçəkmiş şəxs2 yaşadığı Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısında sonuncudan əlbəəl alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 1000 (bir min) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əməlindən xəbəri olmayan tanışı Zərərçəkmiş şəxs2 vasitəsilə sonuncunun qardaşı Zərərçəkmiş şəxs3 "xxxx" ASC-nin Ağdam rayonu Quzanlı qəsəbəsində ərazisində yerləşən X65 çilingər vəzifəsinə işə düzəlməkdə köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncuya məxsus 900 (doqquz yüz) manat pulu 2021-ci ilin iyun ayının əvvəllərində istintaqa məlum olmayan gündə və saatda Zərərçəkmiş şəxs2 yaşadığı Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısında sonuncudan əlbəəl alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 900 (doqquz yüz) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əməlindən xəbəri olmayan tanışı Zərərçəkmiş şəxs2 vasitəsilə sonuncunun qardaşı oğlu Zərərçəkmiş şəxs4 "xxxx" ASC-nin Ağdam rayonu Quzanlı qəsəbəsində ərazisində yerləşən X65 çilingər vəzifəsinə işə düzəlməkdə köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncuya məxsus 850 (səkkiz yüz əlli) manat pulu 2021-ci ilin iyun ayının əvvəllərində istintaqa məlum olmayan gündə və saatda Zərərçəkmiş şəxs2 yaşadığı Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısında sonuncudan əlbəəl alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 850 (səkkiz yüz əlli) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs13 sonuncunun dostu Arzu adlı şəxsin həyat yoldaşının dayandırılmış pensiyasının bərpa edilməsində köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla Arzu adlı şəxsə məxsus 3750 (üç min yeddi yüz əlli) manat pulu 2023-cü ilin fevral ayında istintaqa məlum olmayan gündə və saatda Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs13 əlbəəl alıb ələ keçirməklə Zərərçəkmiş şəxs13 3750 (üç min yeddi yüz əlli) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əməlindən xəbəri olmayan tanışı Zərərçəkmiş şəxs18 vasitəsilə Zərərçəkmiş şəxs23 həyat yoldaşı Natiqə Məhərrəmovanı xəstəliyinə görə təqaüdə çıxarmağa köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla Zərərçəkmiş şəxs23 məxsus 3750 (üç min yeddi yüz əlli) manat pulu 2023-cü ilin fevral ayının 24-də saat 22:01-də Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Ruzi” marketdə quraşdırılmış, “"xxxx" MMC-yə məxsus ödəmə terminalından Zərərçəkmiş şəxs18 tərəfindən özünə məxsus olan Kapitalbank ASC-dən verilmiş **********982807 nömrəli kart hesabına köçürülməsinə nail olaraq ələ keçirməklə Zərərçəkmiş şəxs23 3750 (üç min yeddi yüz əlli) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əməlindən xəbəri olmayan tanışı Zərərçəkmiş şəxs13 vasitəsilə Zərərçəkmiş şəxs8 övladı X41 Ağdam rayonu Təcili X38 sürücü kimi işə düzəlməkdə köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncuya məxsus 5000 (beş min) manat pulu 2023-cü ilin mart ayının 8-də istintaqa məlum olmayan saatda Zərərçəkmiş şəxs8 yaşadığı Ağdam rayonu Kolqışlaq kəndində yerləşən evində sonuncudan əlbəəl alıb ələ keçirməklə Zərərçəkmiş şəxs8 5000 (beş min) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əməlindən xəbəri olmayan tanışı Zərərçəkmiş şəxs18 vasitəsilə Zərərçəkmiş şəxs29 həyat yoldaşı Rəvanə Əsləsgərovanı xəstəliyinə görə təqaüdə çıxarmağa köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla Zərərçəkmiş şəxs29 məxsus 4500 (dörd min beş yüz) manat pulu 2023-cü ilin mart ayının 08-də saat 20:22-da Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Ruzi” marketdə quraşdırılmış, "xxxx" ödəmə terminalından Zərərçəkmiş şəxs18 tərəfindən özünə məxsus olan, Kapitalbank ASC-dən verilmiş **********982807 nömrəli kart hesabına köçürülməsinə nail olaraq ələ keçirməklə Zərərçəkmiş şəxs29 4500 (dörd min beş yüz) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əməlindən xəbəri olmayan tanışı X3 vasitəsilə Zərərçəkmiş şəxs7 Bərdə rayonu Təcili X38 sürücü kimi işə düzəlməkdə köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncuya məxsus 4500 (dörd min beş yüz) manat pulu 2023-cü ilin mart ayında istintaqa məlum olmayan gündə saat 17 radələrində Xudaverdi Quliyevin yaşadığı Ağdam rayonu Bənövşələr qəsəbəsi 275 saylı evdə sonuncudan əlbəəl alıb ələ keçirməklə Zərərçəkmiş şəxs7 4500 (dörd min beş yüz) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs15 anası X6 dayandırılmış pensiyasının bərpa edilməsində köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncuya məxsus 5000 (beş min) manat pulu 2023-cü ilin aprel ayının 4-də istintaqa məlum olmayan saatda Ağdam rayonu Xındırıstan kəndində sonuncudan əlbəəl alıb ələ keçirməklə Zərərçəkmiş şəxs15 5000 (beş min) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əməlindən xəbəri olmayan tanışı Zərərçəkmiş şəxs18 vasitəsilə Zərərçəkmiş şəxs25 həyat yoldaşı Qəndilə Bəhmənovanı təqaüdə çıxarmağa köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla Zərərçəkmiş şəxs25 məxsus 3750 (üç min yeddi yüz əlli) manat pulu 2023-cü ilin aprel 18-də istintaqa məlum olmayan saatda Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs18 əlbəəl alıb ələ keçirməklə Zərərçəkmiş şəxs25 3750 (üç min yeddi yüz əlli) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs18 bacısı X7 Tərtər rayon Mamırlı kənd tam orta məktəbində laborant kimi işə düzəlməsində köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncuya məxsus 2000 (iki min) manat pulu 2023cü ilin may ayında istintaqa məlum olmayan gündə və saatda Ağdam rayonu Quzanlı qəsəbəsində sonuncudan əlbəəl alıb ələ keçirməklə Zərərçəkmiş şəxs18 2000 (iki min) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əməlindən xəbəri olmayan tanışı Zərərçəkmiş şəxs15 vasitəsilə Zərərçəkmiş şəxs16 övladı X73 MRX-nın TTYS-na sürücü kimi işə düzəlməkdə köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncuya məxsus 7000 (yeddi min) manat pulu 2023-cü ilin may ayının 5-də istintaqa məlum olmayan saatda Ağdam rayonu Quzanlı qəsəbəsində Zərərçəkmiş şəxs15 əlbəəl alıb ələ keçirməklə Zərərçəkmiş şəxs16 7000 (yeddi min) manat, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs14 arvadı X9 Ağdam rayon X32 Hüquqi Şəxsində qeydiyyatçı kimi işə götürülməsində köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncuya məxsus 3300 (üç min üç yüz) manat pulu 2023-cü ilin may ayında istintaqa məlum olmayan tarixdə və vaxtda Ağdam rayonu Xındırıstan kəndi ərazisində yerləşən “OBA” adlı marketdən özünə məxsus istintaqa məlum olmayan kart hesabına, həmçinin sonuncuya məxsus 150 (bir yüz əlli) manat pulu 2023-cü ilin may ayında istintaqa məlum olunmayan gündə və saatda Ağdam rayonu Xındırıstan kəndi ərazisində yerləşən “OBA” adlı marketdən özünə məxsus istintaqa məlum olmayan kart hesabına köçürülməsinə nail olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs14 Həsən oğluna 3450 (üç min dörd yüz əlli) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əməlindən xəbəri olmayan tanışı Zərərçəkmiş şəxs18 vasitəsilə Zərərçəkmiş şəxs26 Oktay qızının övladı X19 4 Saylı “DOST” xidmətinə qeydiyyatçı kimi işə düzəlməkdə köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncuya məxsus 5000 (beş min) manat pulu 2023-cü ilin may ayının 25-də istintaqa məlum olmayan saatda Ağcabədi rayonu Sarıcalı kəndi ərazisində yerləşən “Çinar” adlandırılan yeməkxanada Zərərçəkmiş şəxs18 əlbəəl alıb ələ keçirməklə Zərərçəkmiş şəxs26 Oktay qızına 5000 (beş min) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əməlindən xəbəri olmayan tanışı Zərərçəkmiş şəxs18 vasitəsilə Zərərçəkmiş şəxs20 həyat yoldaşı Nərminə Həsənovanı təqaüdə çıxarmağa köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla Zərərçəkmiş şəxs20 məxsus 4200 (dörd min iki yüz) manat pulu 2023-cü ilin iyun ayının 6-də istintaqa məlum olmayan saatda Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs18 məxsus fərdi yaşayış evinin qarşısında sonuncudan əlbəəl alıb ələ keçirməklə Zərərçəkmiş şəxs20 4200 (dörd min iki yüz) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əməlindən xəbəri olmayan tanışı Zərərçəkmiş şəxs18 vasitəsilə Zərərçəkmiş şəxs19 həyat yoldaşı Məlahət İsmayılovanı təqaüdə çıxarmağa köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla Nicat İbrahimova məxsus 2500 (iki min beş yüz) manat pulu 2023-cü ilin iyun ayının ortalarında istintaqa məlum olmayan gündə və saatda Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs18 məxsus fərdi yaşayış evinin qarşısında sonuncudan əlbəəl alıb ələ keçirməklə Zərərçəkmiş şəxs19 2500 (iki min beş yüz) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əməlindən xəbəri olmayan tanışı Zərərçəkmiş şəxs18 vasitəsilə Zərərçəkmiş şəxs6 övladı X26 X24-İmtahan və Texniki baxış şöbəsindən sürücülük vəsiqəsi almaqda köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncunun qohumu Zərərçəkmiş şəxs6 məxsus 650 (altı yüz əlli) manat pulu 2023-cü ilin iyun ayının ortalarında istintaqa məlum olmayan gündə və saatda Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs18 əlbəəl alaraq, həmçinin əməlinin davamı olaraq Zərərçəkmiş şəxs6 məxsus 450 (dörd yüz əlli) manat pulu 2023-cü ilin iyun ayının sonlarında istintaqa məlum olmayan gündə və saatda Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs18 əlbəəl alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs6 ümumilikdə 1100 (bir min yüz) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əməlindən xəbəri olmayan tanışı X3 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs28 X24-İmtahan və Texniki baxış şöbəsindən sürücülük vəsiqəsi almaqda köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncuya məxsus 1050 (bir min əlli) manat pulu 2023-cü ilin iyul ayının 31-də saat 16:27-da Ağdam rayonu Xındırıstan kəndində yerləşən “Oba market”də quraşdırılmış, “MPAY” qapalı səhmdar cəmiyyətinə məxsus 5776 nömrəli ödəmə terminalından Zərərçəkmiş şəxs28 tərəfindən özünə məxsus olan, Kapital Bank” ASC -dən verilmiş **********982807 nömrəli kart hesabına köçürülməsinə nail olaraq ələ keçirməklə Zərərçəkmiş şəxs28 1050 (bir min əlli) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əməlindən xəbəri olmayan tanışı X3 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs10 X24-İmtahan və Texniki baxış şöbəsindən sürücülük vəsiqəsi almaqda köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncuya məxsus 1050 (bir min əlli) manat pulu 2023-cü ilin avqust ayının 8-də saat 10:00da Bakı şəhəri ərazisində Zərərçəkmiş şəxs10 tərəfindən tanışı X12 məxsus “Birbank” mobil tətbiqi vasitəsilə sonuncuya məxsus **********727619 nömrəli kart hesabından X4 məxsus **********846025 nömrəli plastik kart hesabına köçürüldükdən sonra həmin gün Ağdam rayonu Bənövşələr qəsəbəsində yerləşən “Azər market”də quraşdırılmış, istintaqa məlum olmayan ödəmə terminalından Xudaverdi Quliyev tərəfindən özünə məxsus olan, Kapitalbank ASC-dən verilmiş **********982807 nömrəli kart hesabına köçürülməsinə nail olaraq ələ keçirməklə, həmçinin 250 (iki yüz əlli) manat pulu 16 avqust 2023-cü il tarixdə saat 15:54-də Ağdam şəhəri ərazisində Zərərçəkmiş şəxs10 tərəfindən tanışı X27 məxsus “Birbank” mobil tətbiqi vasitəsilə sonuncuya məxsus **********225810 nömrəli` kart hesabından istintaqa məlum olmayan hesaba köçürülməsinə nail olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs10 1300 (bir min üç yüz) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əməlindən xəbəri olmayan tanışı Zərərçəkmiş şəxs18 vasitəsilə Zərərçəkmiş şəxs24 qızı Elnarəni Ağdam rayonunda yerləşən Ağdam Dövlət Sosial-İqtisadi kollecinə işə düzəltməyə köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla Zərərçəkmiş şəxs24 məxsus 6000 manat pulu 2023-cü ilin avqust ayının sonlarında istintaqa məlum olmayan gündə və saatda Zərərçəkmiş şəxs18 yaşadığı Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs18 əlbəəl alıb ələ keçirməklə Zərərçəkmiş şəxs24a 6000 manat xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əməlindən xəbəri olmayan tanışı X13 qohumu Zərərçəkmiş şəxs5 X24-İmtahan və Texniki baxış şöbəsindən sürücülük vəsiqəsi almaqda köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncunun qohumu Zərərçəkmiş şəxs5 məxsus 1000 (bir min) manat pulu 2023-cü ilin avqust ayının 25də saat 21 radələrində Bərdə rayonu ərazisində yerləşən 688 saylı Məcburi Köçkün qəsəbəsi ərazisində özünə məxsusn “Lada” markalı, dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobildə Şahmar Cəbiyevdən əlbəəl alıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 1000 (bir min) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əməlindən xəbəri olmayan tanışı X13 tanışı Zərərçəkmiş şəxs27 X24-İmtahan və Texniki baxış şöbəsindən sürücülük vəsiqəsi almaqda köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla Zərərçəkmiş şəxs27 məxsus 1000 (bir min) manat pulu 2023-cü ilin sentyabr ayının 15-də saat 19:49-da Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Bizim market”də quraşdırılmış, "xxxx" Məhdud məsuliyyətli cəmiyyətinə məxsus ödəmə terminalından Şahmar Cəbiyev tərəfindən özünə məxsus olan **********982807 nömrəli kapitalbank ASC-dən verilmiş plastik kart hesabına köçürülməsinə nail olaraq ələ keçirməklə Zərərçəkmiş şəxs27 1000 (bir min) manat miqdarda ziyan vurmaqlatəkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əməlindən xəbəri olmayan tanışı Zərərçəkmiş şəxs18 vasitəsilə Zərərçəkmiş şəxs22 Hüseyn oğlunu bibisi qızı Gülayanı təqaüdə çıxarmağa köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla Zərərçəkmiş şəxs22 məxsus 2600 (iki min altı yüz) manat pulu 2023-cü ilin oktyabr ayının 7-də istintaqa məlum olmayan saatda Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs18 əlbəəl alıb ələ keçirməklə Zərərçəkmiş şəxs22 Hüseyn oğluna 2600 (iki min altı yüz) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əməlindən xəbəri olmayan tanışı X3 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs9 X24-İmtahan və Texniki baxış şöbəsindən sürücülük vəsiqəsi almaqda köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncuya məxsus 1200 (bir min iki yüz) manat pulu 2023-cü ilin avqust ayının 18-də saat 16:19-da Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Bizim marketdə” quraşdırılmış, "xxxx" Məhdud məsuliyyətli cəmiyyətinə məxsus ödəmə terminalından Zərərçəkmiş şəxs9 tərəfindən X4 məxsus **********846025 nömrəli kart hesabına köçürüldükdən sonra həmin gün Ağdam rayonu Bənövşələr qəsəbəsində yerləşən “Azər market”də quraşdırılmış, istintaqa məlum olmayan ödəmə terminalından Xudaverdi Quliyev tərəfindən özünə məxsus olan, Kapitalbank ASC-dən verilmiş **********982807 nömrəli plastik kart hesabına köçürülməsinə nail olara ələ keçirməklə, həmçinin 100 (bir yüz) manat pulu 17 oktyabr 2023cü il tarixdə saat 13:39-da Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “market”də quraşdırılmış, "xxxx" MMC-yə məxsus ödəmə terminalından Zərərçəkmiş şəxs9 tərəfindən özünə məxsus olan, Kapitalbank ASC-dən verilmiş **********113668 nömrəli kart hesabına köçürülməsinə nail olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs9 1300 (bir min üç yüz) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs12 X24-İmtahan və Texniki baxış şöbəsindən sürücülük vəsiqəsi almaqda köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncunun **********901695 nömrəli kart hesabında saxladığı 500 (beş yüz) manat pulu 2023-cü ilin noyabr ayının 29-da saat 11:44-də, Ağdam rayonu Quzanlı qəsəbəsində “Birbank” mobil tətbiqi vasitəsilə özünə məxsus **********113668 nömrəli kart hesabına, həmçinin sonuncuya məxsus 600 (altı yüz) manat pulu 2023-cü ilin dekabr ayının 01-də saat 20:08-də özünə məxsus **********113668 nömrəli kart hesabına köçürülməsinə nail olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs12 1100 (bir min bir yüz) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs11 X24-İmtahan və Texniki baxış şöbəsindən sürücülük vəsiqəsi almaqda və adina olan cərimləri sildirməkdə köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncuya məxsus 500 (beş yüz) manat pulu 2023-cü ilin noyabr ayının sonlarında istintaqa məlum olmayan gündə və saatda Ağcabədi rayonu Sarıcallı kəndi ərazisində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunlarının N saylı hərbi hissəsinin qarşısında əlbəəl alaraq, sonuncuya məxsus 500 (beş yüz) manat pulu 2023-cü ilin noyabr ayının sonlarında istintaqa məlum olmayan gündə və saatda Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində əlbəəl alaraq, həmçinin sonuncuya məxsus 100 (bir yüz) manat pulu 2023-cü ilin dekabr ayının əvvəllərində istintaqa məlum olunmayan gündə və saatda Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Bizim market”də quraşdırılmış, "xxxx" MMC-yə məxsus ödəmə terminalından Zərərçəkmiş şəxs11 tərəfindən özünə məxsus **********113668 nömrəli kart hesabına köçürülməsinə nail olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs11 1100 (bir min bir yüz) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs17 bacısı oğlu Sərxana X24-İmtahan və Texniki baxış şöbəsindən sürücülük vəsiqəsi almaqda köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla Zərərçəkmiş şəxs17 məxsus 1100(bir min yüz) manat pulu 2023-cü ilin dekabr ayının 26-da istintaqa məlum olmayan saatda Ağcabədi rayonu Sarıcallı kəndi ərazisində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunlarının N saylı hərbi hissəsinin qarşısında əlbəəl alaraq Zərərçəkmiş şəxs17 1100 (bir min yüz) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 177.2.2, 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 pensiya düzəltməsi ilə bağlı onu Əşrəf adlı şəxslə görüşdürmüş və pensiyası düzəlmiş lakin bir müddət sonra pensiyası kəsilmiş və Həmzə Əşrəfdən şikayət etmiş, Əşrəf barəsində cinayət işi başlamış və Əşrəf Həmzədən aldığı pulları geri qaytarmışdır. O, Zərərçəkmiş şəxs1 pul almamamış, lakin Zərərçəkmiş şəxs1 ona borcu olduğu üçün kartından 212 manat pul çıxartmışdır. Zərərçəkmiş şəxs16 pul almış onuda Xosrov vasitəsi ilə geri qaytarmışdır. Zərərçəkmiş şəxslərin bir hissəsini bir kəndçi kimi tanıdığını lakin onlardan hər-hansısa işə düzəldəcəyi, sürücülük vəsiqəsi alacağı və yaxudda pensiya düzəldəcəyini vəd edərək onlardan pul almadığını bildirdi. Zərərçəkmiş şəxslərin bir hissəsini isə tanımadığını və Zərərçəkmiş şəxs18 onun adından pul almasından da xəbəri olmamışdır. Həbsdə olduğu müddətdə atası Mübariz Əkbərov tərəfindən bir nüçə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam ödənilmişdir. Odur ki, atasının ikinci dərəcəli əlil olmasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alınaraq məhkəmədən qanuni və ədalətli qarar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Ağdam şəhərində qeydiyyatda Ağdam rayonu İmamqulubəyli kəndində yaşayır. İş üzrə vediyi izahatlarını təsdiq edərək eynilə bildirmişdir ki, 01 may 1980-ci ildən 12 may 2023-cü ilədək Ağdam Təhsil Şöbəsində, o cümlədən də təqaüdə çıxdığı dövrlərdə həmin şöbədə böyük mühasib vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs tanıyır və sonuncu ilə arasında heç bir düşmənçilik və ədavəti olmamışdır. Elməddin onunla birlikdə Ağdam rayon Təhsil şöbəsinin nəzarətində olan məktəblərdə, yəni 22 saylı məktəbdə və rayonun Qasımbəyli qəsəbəsində yerləşən orta məktəbində əmək təlimi və bədən tərbiyəsi müəllimi vəzifəsində işləmiş və Təqsirləndirilən şəxs çox adamı təqaüdə çıxardığını öyrənmişdir. Təxminən 2018-ci ilin aprel ayında Təqsirləndirilən şəxs onunla söhbət edərək onu təqaüdə çıxara biləcəyini bildirdikdə əvvəl tərəddüd etmiş, lakin sonradan razılaşmış, ardınca Elməddin bunun üçün 5000 manat pul lazım olduğunu bildirdikdə həmin vaxt özündə pul olmadığı üçün yaxın dostu, şəhid ailəsi Ağdam şəhrindən olan, hazırda rayonun Quzanlı qəsəbəsində yaşayan X20 borc 5000 (beş min) manat pul alıb həmin 5000 manat pulu 2018-ci ilin iyun-iyul aylarında Ağdam rayonu Təhsil Şöbəsinin qarşısında ağ rəngli markasını xatırlamadığı avtomobilində Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs təqaüdünün 4-5 ay müddətində düzələcəyini bildirmiş, ardınca ondan iş yerindən arayış, fotoşəkil və.s sənələr alaraq aparsa da, onu heç bir idarə və ya təşkilata aparmamış, lakin 2018-ci ilin avqust ayında onun pensiyası düzəltmiş və adına pensiya müavinəti kartı gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs onu Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən "xxxx" ASC-nin filalına apararaq təqaüd kartının oraya gəldiyini ona bildirdikdən sonra Təqsirləndirilən şəxsla birlikdə həmin yerdən kartını almış, həmin aydan etibarən hər ay həmin kartına 207 manat pul köçürülmüş və o, həmin pulu almışdır. Artıq Təqsirləndirilən şəxs ondan özünə tam şəkildə inam yaratmış, hamının yanında sonuncunun yaxşılığından danışmışdır. Lakin, 2019-cu ilin əvvəllərində həmin karta pul köçmədiyi üçün o, Təqsirləndirilən şəxsla danışmış, Elməddin isə təqaüdün bərpasına çalışacağını bildirmiş, ardınca ona bir müddət bu işi qurdalamamağı məsləhət görmüşdür. Belə ki, o, təqaüdünün pulla düzəlməsini əsas gətirərək bir müddət gözləməyini və sonra təqaüdünü bərpa etdirəcəyini ona bildirdikdə Elməddinə inandığı üçün gözləməyi qərara almış, hətta Elməddinə inamından irəli gələrək Təqsirləndirilən şəxsla yenə də iş görmüşdür. Belə ki, təxminən 2019-cu ilin oktyabr-noyabr aylarında qardaşı oğlu X2 rayonu Quzanlı qəsəbəsində yerləşən Qaz istismar idarəsində ştatdan kənar, yəni müqavilə əsasında çilingər işi olmasını ona bildirib həmin işə düzəlməkdə köməklik etməyini xahiş etdikdə Elməddin adlı tanışının həmin işlərlə məşğul olmasını deyərək çalışacağını bildirmişdir. Daha sonra bu barədə Təqsirləndirilən şəxs bildirdikdə sonuncu dayısı Riyasətin Tərtər rayonu Regional qaz idarəsində işlədiyini bildirərək qardaşı oğlu Siyavuşu həmin işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra Elməddin bunun üçün 500 manat lazım olduğunu dedikdə təxminən 2019-cu ilin oktyabr-noyabr ayında qardaşı oğlu Siyavuşdan 500 manat alıb Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən Fazil Rüstəmova məxsus çayxanada Elməddinə vermiş və ardınca Elməddin tezliklə Siyavuşun işinin düzələcəyini bildirmişdir. Bundan təxminən 1 ay sonra Siyavuş bacanağı Nicatı da həmin İdarəyə işə düzəltməyini ondan xahiş etdikdə yenə də Təqsirləndirilən şəxsla bu barədə danışmış və Elməddin bu barədə dayısı ilə danışacağını ona bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs Nicatı işə düzəldə biləcəyini ona bildirib Siyavuşdan fərqli olaraq Nicatın qanuni şəkildə ştatlı işçi olacağını bildirib bunun üçün 1000 manat pul istədikdə bu barədə Nicata bildirmiş və sonuncu razılaşıb 1000 manatı ona vermişdir. Daha sonra həmin 1000 manat pulu Nicatı Quzanlı qəsəbəsində yerləşən qaz idarəsinə işə düzəlməsi üçün 2019-cu ilin təxminən oktyabr-noyabr aylarında Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən Fazil Rüstəmova məxsus çayxanada Elməddinə vermişdir. Bundan təxminən 10-15 gün sonra tələbə yoldaşı X42 onun yanına gələrək hazırda adını xatırlamadığı övladını Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən Qaz İstismar idarəsinə işə düzəltmək istəməsini və həmin işi bacaran tanışının olmasını öyrəndiyini ona bildirdikdə Elşənə hər şeyi olduğu kimi danışmış və Elşən Elməddinlə söhbət etməyini ondan xahiş etdikdə Elməddinlə söhbət edərək olanları danışmış, ardınca Təqsirləndirilən şəxs da bu barədə dayısı ilə danışacağını bildirmiş və bir müddət sonra dayısından razılıq aldığını deyərək eyni qaydada 1000 manat pul istədikdə bu barədə Elşənə bildirmiş və Elşən 1000 manat pulu ona verdikdən sonra o, həmin 1000 manat pulu Elşənin övladını Quzanlı qəsəbəsində yerləşən qaz idarəsinə işə düzəlməsi üçün 2019-cu ilin təxminən oktyabr-noyabr aylarında Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən Fazil Rüstəmova məxsus çayxanada Elməddinə vermişdir. Bundan sonra hər dəfə Elməddinlə əlaqə saxlasa da, sonuncu gözləməyini bildirmişdir. O isə Elməddinə inandığı üçün həm özü gözləmiş, həm də Siyavuşa, Nicata və Elşənə gözləməsini bildirmişdir. 2020-ci ilin fevral ayında isə Təqsirləndirilən şəxsla yenə danışan zaman sonuncu təqaüdün bərpası üçün razılıq aldığını bildirib bunun üçün 1000 manat pul lazım olduğunu bildirdikdə Elməddinlə razılaşaraq həmin məbləği verəcəyini bildirmiş, lakin bundan bir müddət sonra isə Təqsirləndirilən şəxs təqaüdünün bərpası üçün 1500 manat pul lazım olduğunu bildirmiş, bundan bir müddət sonra, yəni 2020-ci ilin fevral ayının 22-də isə Təqsirləndirilən şəxs onun yaşadığı evin qarşısına gələrək ondan əlbəəl olaraq 1500 manat təqaüdünü bərpa etdirmək məqsədilə pul alaraq tezliklə təqaüdünün bərpa olunacağını bildirib öz maaş kartını ona verərək öz xətti ilə ondan 1500 manat alması barədə qəbz yazıb imzalayaraq çıxıb getmişdir. O, Elməddinlə mütəmadi olaraq əlaqə saxlasa da, Elməddin hər dəfə bəhanə gətirərək onu gözləməyini bildirdikdə Elməddinə inanmış, çünki Elməddin təqaüdünü düzəltmişdi və o, bir neçə ay təqaüd almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onu, eləcə də onun vasitə ilə Siyavuşu, Nicatı və Elşəni aladaraq gözləməyə məcbur etmiş, sonradan isə Təqsirləndirilən şəxs Siyavuşun, Nicatın, Elşənin və onun öz işi üçün əlavə pullar almışdır. Belə ki, Siyavuşun işi üçün 100 manat, Nicatın işi üçün 150 manat, Elşənin övladının işi üçün isə 140 manat və onun işi üçün 250 manat əlavə pul lazım olduğunu deyərək 2020-ci ilin xatırlamadığı vaxlarında Təqsirləndirilən şəxs ondan həmin pulları almışdır. Onun Təqsirləndirilən şəxs verdiyi vədlərlə bağlı verdiyi pullar bunlardan ibarət olmuşdur. Əlavə olaraq isə Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda ondan borc pul almışdır. Belə ki, Təqsirləndirilən şəxs Mərzili kənd sakini Ceyhun adlı şəxsin də pulunu alaraq vədinə əməl etməmişdir və həmin şəxs Elməddini mütəmadi olaraq tapıb pulunu istəyirdi. Bir dəfə Təqsirləndirilən şəxs taparaq pulunu istəyəndə sonuncu ondan 100 manat borc pul alaraq Ağdam rayonu Quzanlı qəsəbəsində Ceyhun adlı şəxsə vermişdir. Əlavə olaraq isə bir dəfə Bakı şəhərində ondan 35 manat pul almışdır. Beləliklə, Təqsirləndirilən şəxs ona qarşı 6750 (altı min yeddi yüz əlli) manat, onun vasitəsi ilə qardaşı oğlu Siyavuş Niftalıyevə qarşı 600 (altı yüz ) manat, onun vasitəsi ilə Nicat adlı şəxsə qarşı 1150 ( bir yüz əlli) manat və onun vasitəsi ilə tələbə yoldaşı Elşən Rüstəmova qarşı 1140 (bir min bir yüz qırx) manat məbləğində dələduzluq etmişdir. Qeyd olunan bütün faktlar üzrə o, ərizə ilə Ağdam RPŞ-yə müraciət etmiş və müraciəti əsasında materil toplanmış, lakin həmin materiallar aidiyyəti üzrə İmişli RPŞ-yə göndərilmişd və İmişli RPŞ-də isə əsassız qərar qəbul olunaraq cinayət işinin başlanması rədd olunmuş və onda dəymiş maddi ziyan ödətdirilməmişdir. Təqsirləndirilən şəxs həmin pullardan bu günədək heç bir məbləği ödəməmiş, lakin aralarında narazılıq olmasın deyə Nicata və Elşənə pullarını tam şəkildə qaytarmış, qardaşı oğlu Siyavuşun pulunu isə qaytara bilməmişdir. Onu da qeyd etmişdir ki, pulları Elməddinə özü verdiyi üçün şikayəti də o etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayının 5-də ona məxsus olan əmək haqqı kartından ondan xəbərsiz 212 manat avans şəklində pul oğurlamışdır. Belə ki, 2020ci ilin fevral ayının 2-də Təqsirləndirilən şəxs onun yanına gələrək əmək haqqı kartının hesabı ilə, təqaüd kartının hesabının üst-üstə düşdüyünü bildirib həmin kartları istədikdə o, kartları Təqsirləndirilən şəxs vermişdir. 2020-ci ilin fevral ayının 18-də Təqsirləndirilən şəxs həmin kartları ona qaytararaq kart hesablarını düzəltdiyini ona bildirdikdən sonra kartlarını Elməddindən təhvil almışdır. 2020-ci ilin fevral ayının sonlarında maaşı gəldikdə hesabından 212 manat pul çıxıldığını bildikdən sonra bu barədə "xxxx" ASC-yə müraciət etdikdə xx.xx.2020-ci il tarixdə kart hesabından 212 manat avans çıxarıldığını öyrənmişdir. Bundan sonra Ağdam RPŞ-yə bununla bağlı müraciət etdikdə Ağdam RPŞ-nin istintaq bölməsində aparılmış araşdırma zamanı videogörüntülər əldə olunmuş və Təqsirləndirilən şəxs ondan icazəsiz olaraq kart hesabından 212 manat pul oğurladığı ona məlum olmuşdur. Bundan başqa, o,qeyd etdiyi xüsusatlarla bağlı olaraq Təqsirləndirilən şəxs ona məxsus kart hesabından 212 manat pul çıxarması barədə fotoşəkillərin olduğu bir ədəd diski, Təqsirləndirilən şəxs etdiyi əməlləri etiraf etdiyi səs yazılarının olduğu bir ədəd diski, həmçinin Təqsirləndirilən şəxs ondan 1500 manat alması barədə öz xətti ilə yazılmış qəbzin 01 vərəqədə surətini, Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrənin “Wathsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə qızı Xəyalə Niftalıyevanın hazırda xatırlamadığı mobil nömrəsinin “Wathsapp” ani mesajlaşma şəbəkəsində etirafedici yazılarının olduğu 03 vərəqədən ibarət çıxarışları cinayət işinin materiallarına əalvə edilməsi üçün İstintaq Bölməsinə təqdim etdiyini bildirmişdir. Hazırda Elməddinə qarşı mülki iddia vermiş, mülki iddiasının təmin edilməsini və qanuni qərar verilməsini məhkəmədn xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayır. Təqsirləndirilən şəxs əvvəllər Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində benzin satarkən tanımışdır. Təxminən 2021-ci ilin may ayında Elməddin ilə söhbət edərkən Tərtər rayon Qaz İdarəsində Riyasət adlı dayısının işlədiyini, onu Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən qaz idarəsində sürücü kimi işə düzəldə biləcəyini, maaşının da təxminən 600-700 manat olacağını dedikdə onu həmin işə düzəltməsini xahiş etmişdir. Həmin söhbət onun yaşadığı evin qarşısında olmuş və həmin vaxt orada o və Elməddindən başqa heç kim olmamışdır. Daha sonra Elməddin ondan qaz idarəsində sürücü kimi işə düzəlməyi üçün 1000 manat pul istəmiş və bundan təxminən bir neçə gün sonra o, Elməddinə yaşadığı evin qarşısında 1000 manat pul vermişdir. Bu zaman orada oğlu Kamal da olmuşdur. Elməddin bundan əlavə olaraq ondan sağlamlıq vərəqəsi, şəkillər və icra nümayəndəliyindən arayış almışdır. Bundan təxminən bir neçə həftə sonra Elməddin ona zəng edərək qaz idarəsində çilingər işi olduğunu, münasib bir şəxs varsa 900 manat qarşılığında işə düzəldə biləcəyini dedikdə sonuncuya qardaşının işə ehtiyacı olduğunu, qardaşı ilə əlaqə saxladıqdan sonra Elməddinə xəbər verəcəyini demişdir. Bundan sonra qardaşı Nizami ilə danışıb bu barədə məlumat vermiş və sonuncu da bununla razılaşmışdır. Ardınca Nizami 900 manat pulu ona verdikdən sonra həmin pulu yaşadığı evin qarşısında Elməddinə vermişdir. Bundan sonra yenidən Elməddin zəng edərək qaz idarəsində çilingər işi olduğunu, münasib bir şəxs varsa 850 manat qarşılığında işə düzəldə biləcəyini dedikdə bu dəfə bacısı oğlu Ruslana bu barədə məlumat vermiş və Ruslan da razılaşmışdır. Daha sonra Ruslan ona 850 manat pulu vermiş və o də həmin pulu yaşadığı evin qarşısında Elməddinə verib. Bundan bir neçə ay keçsə də, Elməddin verdiyi sözlərə əməl etməyib heç bir iş düzəltməmişdir. Sonra Elməddin onu Tərtər regional qaz idarəsinin qarşısına aparıb sənədlərin orada olduğunu, işlərin hamısını təsdiqlənəcəyini demişdir. Ardınca orada bir neçə saat gözləmiş, lakin ona heç bir məlumat verilməmişdir. Bundan sonra o, Elməddindən verdiyi pulları geri tələb etdikdə sonuncu pulu dayısı Riyasətə verdiyini, pullları sonuncudan aldıqdan sonra ona verəcəyini demişdir. Bundan bir müddət sonra Elməddin ondan pul aldığını danmağa başlamış və pulu verməyəcəyini bildirmişdir. Təxminən 2022-ci ilin avqust ayından sonra Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində yerləşən X25 yaxınlığında Elməddini görüb sonuncuya yaxınlaşaraq pulunu geri verməsini istədikdə Elməddin pulu dayısından ala bilmədiyini və alıb pulu qısa müddət ərzində verəcəyini demişdir. Həmin vaxt Elməddini tüfənglə öldürməklə hədələməmiş, ümumiyyətlə atasından ona tüfəng qalmamışdır. Təxminən xx.xx.2022-ci il tarixdə Elməddinə məxsus olan “Lada Granta” markalı avtomobili Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində yerləşən X25 yaxınlığında olan təmir sexinin yaxınlığında gördükdə oraya yaxınlaşmış, lakin Elməddinin orada olmadığını görmüş və oradan uzaqlaşmışdır. Bu günədək Elməddin pulu qaytarmayıb. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayır. İş üzrə vediyi izahatlarını təsdiq edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun doğma dayısıdır, normal münasibətləri olmuş, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təxminən 2021-ci ilin iyun ayının əvvəllərində dayısı Nazim özünün 1000 manat pul müqabilində tanışı Elməddin adlı şəxsin Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən X65 sürücü kimi işə düzəldəcəyini, əlavə olaraq həmin yerdə boş çilingər vəzifəsinin olmasını, Elməddinin həmin vəzifəyə 850 manat müqabilində işə düzəltmək üçün işçi axtardığını bildirdikdə işsiz olduğundan həmin vəzifəyə işə düzəltməsini dayısı Nazimdən xahiş etmişdir. X67 adlı şəxslə danışaraq ondan 850 manat pul alıb öz yaşadığı evin qarşısında Elməddinə vermişdir. Həmin zaman o, orada olmasa da qardaşı bunları ona demişdir dedi. Bundan sonra o, Elməddinin 900 manat müqabilində dayısı Nizamini də onunla birlikdə çilingər vəzifəsinə düzəldəcəyini bilmiş, bir müddət sonra Elməddin adlı şəxs dayısı Nazimi, Nizamini və onu Tərtər raonunda yerləşən X68 sahəsinin qarşısına apararaq həmin idarənin regional idarə olmasını, orada işləyən Riyasət adlı dayısının onu və yuxarıda adlarını çəkdiyi şəxsləri tezliklə işə düzəldəcəyini bildirmiş, hətta ondan sənədlər də toplayaraq özü ilə götürmüşdür. Lakin, uzun müddət keçsə də Elməddin vədinə əməl etməmiş və onu və yuxarıda adlarını çəkdiyi şəxsləri işə düzəltməmiş, həmçinin pullarını qaytarmamışdır. Hazırda Elməddindən pulunu tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayır. İş üzrə verdiyi izahatlarını təsdiq edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun doğma qardaşıdır və aralarında normal münasibətlər olmuş və heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təxminən 2021-ci ilin iyun ayının əvvəllərində qardaşı Nazim özünü 1000 manat pul müqabilində tanışı Elməddin adlı şəxsin Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən X65 sürücü kimi işə düzəldəcəyini, əlavə olaraq həmin yerdə boş çilingər vəzifəsinin olmasını, Elməddinin həmin vəzifəyə 900 manat müqabilində işə düzəltmək üçün işçi axtardığını bildirdikdə işsiz olduğundan onu həmin vəzifəyə işə düzəltməsini Nazimdən xahiş etmiş və qardaşı Nazim Elməddin adlı şəxslə dsanışaraq ondan 900 manat pul alıb öz yaşadığı evin qarşısında Elməddinə vermişdir. Bundan sonra o, Elməddinin 850 manat müqabilində bacısı oğlu Ruslanı da onunla birlikdə çilingər vəzifəsinə düzəldəcəyini bilmiş və 50 manat fərq olsa da, bacısı oğlu olduğundan buna məhəl qoymamışdır. Bundan bir müddət sonra Elməddin adlı şəxs qardaşı Nazimi, onu və bacısıoğlu Ruslanı Tərtər rayonunda yerləşən X68 sahəsinin qarşısına apararaq həmin idarənin regional idarə olmasını, orada işləyən Riyasət adlı dayısının onu və yuxarıda adlarlarını çəkdiyi şəxsləri tezliklə işə düzəldəcəyini bildirmiş, hətta onun və digərlərinin sənədlərini də toplayaraq özü ilə götürmüşdür. Lakin, uzun müddət keçsə də Elməddin vədinə əməl edərək onları işə düzəltməmiş və pullarını qaytarmamışdır. Hazırda pulunu tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs17 ifadəsində göstərdi ki, Ağdam rayonu, Yusifcanlı kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, İkinci Alıbəyli qəsəbəsi ev 77-də yaşayır. Müdafiə Nazirliyinin Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən hərbi hospitalında mühafizəçi işləyir. Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. Belə ki, Elməddin həm onun kəndçisi, həmdəki uzaq qohumudur. O, Elməddinin pul ilə sürücülük vəsiqəsi düzəltdiyini eşitmiş və bacısı Səbinənin oğlu Sərxan da əsgərliyə getdiyi üçün sonuncuya sürücülük vəsiqəsi almaq istəmiş və bu səbəbdən Sərxana sürücülük vəsiqəsi düzəltmək üçün Elməddinlə telefonla danışdıqda sonuncu sürücülük vəsiqəsini düzəldə biləcəyini bildirmiş və ondan ilkin olaraq 1100 manat istədikdə bu barədə bacısıgilə bildirmişdir. Həmçinin, bacısıgilə həmin sürücülük vəsiqəsinin pulunun özünün verəcəyini bildirmişdir. Bundan sonra o, Elməddinlə Quzanlı qəsəbəsində görüşmüş, görüş zamanıda Elməddin onu tam arxayın etmiş və tez bir zamanda sürücülük vəsiqəsinin hazır olacağını bildirdikdə Elməddinə inanmış və sonuncuya həmin pulu 1-2 günə verəcəyini demişdir. 26 dekabr 2023-cü il tarixdə axşam saatlarında o, işdə olan zaman Elməddin öz Lada markalı avtomobili ilə hospitalın qarşısına gəlmiş, o da çölə çıxıb öz avtomobilənə əyləşib Elməddini öz yanına çağırmışdır. Daha sonra Elməddin də gəlib onun yanında əyləşmiş və həmin vaxt Elməddinə 1100 manat pulu sayıb vermiş və Elməddin də pulu götürmüşdür. Ardınca Elməddindən işin dəqiq alınacağı barədə soruşduqda sonuncu “istəyirsən telefonla çək” deyərək cavab verdikdə öz telefonu ilə Elməddini videoya çəkmişdir. Həmin vaxt Elməddin ona “Başıma bir iş gəlsə, anam Rafət, dədəm Mübarizdən 1100 manat pulu alarsan.” deyə sözlər işlətmişdir. Bundan sonra Elməddinlə birlikdə Sarıcalı kəndində yerləşən “İki qardaş” adlı marketə getmiş və Elməddin özü həmin pulları mağazada olan "xxxx" ödəmə terminalı vasitəsi ilə hansısa karta 800 manat və 300 manat olmaqla göndərmiş və həmin çeklərin şəkillərini çəkib özümdə saxlamağını bildirdikdə telefonla həmin çeklərin şəkillərini çəkmişdir. Bir müddət sonra Elməddinə zəng etməyə başladıqda sonuncu hər dəfə bir bəhanə ilə işin tezliklə alınacağını bildirmiş və beləliklə, Elməddin onu aldararaq 1100 manat pulumu ələ keçirmişdir. Hazırda pulunu tələb edir və qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs15 ifadəsində göstərdi ki, Ağdam rayonu, Quzanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Bildirmişdir ki, Zərərçəkmiş şəxs18 uşaq yaşlarından tanıyır, onun yaxın dostudur. Təqsirləndirilən şəxs isə dostu Xosrovun vasitəsilə tanımışdır. 2023-cü ilin mart ayının axırlarında Xosrov ona zəng edib “Elməddin adlı müəllim yoldaşım var, 8 ildir ki, tanıyıram. Elməddin ananın dayandırılmış pensiyasını bərpa elətdirə bilər.” dedikdə Xosrova razılığını bildirmiş və Xosrov da bunun üçün Elməddinin 5 min manat pul istədiyini dedikdə o, 2023-cü ilin martın 30-da atasının adına Beynəlxalq bankdan 5000 manat kredit götürmüş və bundan sonra 2023-cü ilin aprel ayının 4-də Xındırıstan kəndində qaynatasıgildə olan zaman Xosrov ona zəng edib “Elməddinlə gəlirik pulu götürməyə” demişdir. Ardınca o da küçəyə çıxdıqdan sonra Xosrov Elməddinlə birlikdə xatırlamadığı avtomobil ilə ora gəlmişlər. Sonra o da həmin avtomobilə əyləşmiş və həmin vaxt Elməddinlə görüşüb söhbət etmişdir. Ardınca Elməddin ona Hacıağa adlı şəxsin vasitəsilə anasının pensiyasını bərpa etdirəcəyini və təxminən 2-3 ay ərzində həll olunacağını dedikdə Elməddinə inanmışdır. Bundan sonra 5000 manat pulu sayıb Xosrovun yanında Elməddinə vermiş və müxtəlif vaxtlarda həmin məsələ ilə bağlı Elməddinlə görüşmüş, həmçinin telefonla danışmışdır. Elməddin hər dəfə müxtəlif bəhanələrlə ondan vaxt alıb, onu aldatmış, hətta bir dəfə Hacıağa adlı şəxs onu yığaraq narahat olmamağını bildirmişdir. Lakin, Elməddin indiyənə qədər nə onun işini düzətməmiş, nədə ki, puluni geri qaytarmamışdır. Bundan başqa 2023-cü ilin aprel ayının əvvəllərində qaynatasıgildə olan zaman Elməddin adlı şəxsin anasını pensiyasını bərpa etdirəcəyini və bunun müqabilində 5000 manat pul verdiyini bilmişdir, həmçinin Xosrovun dediyinə görə Ağdam X84 Stansiyasında sürücülük işinin olduğunu demişdir. Həmin vaxt qaynı Kəmaləddinin həyat yoldaşı Xatirə də bununla bağlı öz qardaşına deyəcəyini bildirmişdir. Bir-iki gün sonra Xatirənin atası Allahverdi ona zəng edib “iş dəqiq düzələcəkmi?” deyə soruşduqda Xosrova arxayın olduğu üçün işin düzələcəyini bildirmişdir. Ardınca ona “Elməddin deyir 7000 manat gətirsin onu işə düzəldəcəm” dedikdə 2023-cü ilin may ayının 5-də Allahverdi oğlu Mürsəl ilə Quzanlı qəsəbəsində Şuşa təndir çörəyinin qarşısında olan zaman onun avtomobilinə əyləşmiş və həmin vaxt Xosrov da maşında olmuşdur. Ardınca Allahverdi ona 7000 manat pul vermiş, o da həmin pulu Xosrova vermiş, sonuncu da pulu işin həli üçün Elməddinə vermişdir. Lakin, sonradan Elməddin hər dəfə yenə bir bəhanə ilə işi yubatmış və düzəltməmişdir. Hazırda pulunu tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs16 ifadəsində göstərdi ki, Ağdam rayonu, Mirəşelli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Bildirmişdir ki, Zərərçəkmiş şəxs15 onun yeznəsinin bacısının əridir. Elgizi təxminən 13-14 ildir ki, tanıyır və sonuncu ilə yaxşı münasibətləri var. Təqsirləndirilən şəxs isə Elgizin vasitəsilə tanımışdır. 2023-cü ilin aprel ayının 20-də qız Xatirə oğlu Mürsələ zəng edərək X84 Stansiyasında sürücü işinin olduğunu bildirdikdə evdə ailə üzvləri ilə məsləhətləşib razılaşmış və ardınca Elgizlə telefonla danışdıqda sonuncu Elməddinin Xosrovun tanışı və etibarlı adamı olmasını, öz anasının da pensiyasını Elməddinin düzəldəcəyini bildrimiş, daha sonra o işin neçəyə alınacağını soruşduqda Elgiz Elməddinin 7000 manat istədiyini bildirmişdir. 2023-cü ilin may ayının 5-də oğlu Mürsəl ilə Quzanlı qəsəbəsində “Şuşa təndir çörəyi”nin qarşısında Elgizlə görüşüb avtomobilinə əyləşmiş və həmin vaxt Xosrovda maşında olmuşdur. Bundan sonra o, 7000 manat pulu Elgizə vermiş, ardınca sonuncu da həmin pulu Xosrova vermiş və danışıqlara əsasən oğlu Mürsəl may ayının 17-də işə çıxmalı olduğundan telefonla zəng edib işin nə yerdə olduğunu soruşduqda Təqsirləndirilən şəxs müxtəlif bəhanər gətirmiş, hətta bir dəfə Hacıağa adlı şəxs ona zəng edib narahat olma, balamın canı üçün işi düzəldəcək deyərək bildirmişdir. Həmin söhbətdən bir müddət keçəndən sonra bu məsələ ilə bağlı narahatlığını bildirib şikayət edəcəyini bildirdikdə Təqsirləndirilən şəxs yaşadığı evə bir neçə dəfə gəlib “bircə ay vaxt ver, 7000 manat pulunu düzəldib verəcəm”. deyərək bildirmişdir. Ardınca o da Elməddini bir ay gözləmiş, lakin Elməddin pulu qaytarmamışdır. Bir müddət sonra da Elməddinin atası və anası da 3-4 dəfə onun yaşadığı evə gəlmiş və hər dəfə gələndə şikayət etməməyini xahiş edib möhlət istəmişlər, lakin indiyədək pulu qaytarılmamışdır. Hazırda pulunun qaytarılmasına köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs18 ifadəsində göstərdi ki, Ağdam şəhəri, Bülbül küçəsi ev 23-də qeydiyyatda olmaqla, Ağdam rayonu, Quzanlı qəsəbəsində yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 8 ildir ki, tanıyır. Onunla Gəncə şəhərində İdman Nazirliyi ilə bağlı təlimdə tanış olmuş və Elməddinlə arasında dostluq münasibətləri yaranmış, o, Elməddinin evinə, Elməddində onun evinə gəlib-getmişdir. 2023-cü ilin may ayında Elməddinlə yaşadığı evdə yemək yeyərkən söhbət zamanı Elməddin onun bacısı Tamaranın işləyib-işləmədiyini soruşduqda o, bacısının heç bir yerdə işləmədiyini demişdir. Elməddin ona bacısının diplomunu verməyini və bacısını Tərtər rayonu, Mamırlı kənd məktəbinə laborant işinə düzəldəcəyini, özünün Təhsil Nazirliyində tanışının olduğunu bildirmiş, ardınca anası bacısının diplomunu Elməddinə vemiş və sonuncu da diplomu götürüb getmişdir. Təxminən 2 gün sonra Elməddin ona zəng edib həmin işin 3 min manata düzələcəyini, həmin pulun 2 min manatını Elməddinin özünə verməli olduğunu, qalan min manatın isə bacısının özü dediyi yerə verəcəyini bildirdikdə evdə ailəsi ilə məsləhətləşmişdir. O, Elməddinlə uzun illərdir münasibəti olduğu üçün sonuncuya inanıb 2023-cü ilin əvvəllərində evdə anası Nigarın yanında Elməddinə 2000 manat sayıb vermiş, ardınca Elməddin də pulu götürüb “narahat olmayın, sentyabr ayına kimi qızın işə çıxacaqdır” deyə bildirib evdən çıxıb getmişdir. Aradan bir müddət keçəndən sonra Elməddindən işin nə yerdə olduğunu soruşduqda sonuncu tezlikdə düzələciyini və narahat olmamağını bildirmiş, Elməddin hətta bir dəfə onu götürüb Tərtər rayonunda yerləşən Təhsil idarəsinə aparmış və orada tanımadığı şəxslərin birindən bacısının sənədinin gəlib-gəlmədiyini soruşduqda həmin şəxsdə belə bir sənədin gəlmədiyini demişdir. Həmin söhbətdən bir il keçsə də Elməddin nə həmin işi düzəltmiş, nədə ki, pulunu qaytarmışdır. Bundan başqa bildirmişdir ki, xalası oğlu Zərərçəkmiş şəxs29 həyat yoldaşı Rəvanənin gözü ilə əlaqədar pensiyaya çıxardacağı barədə onun vasitəsi 2023-cü ilin mart ayının 8-də Elməddinin kartına 4500 manat, ardınca sinif yoldaşı Zərərçəkmiş şəxs23 həyat yoldaşı Natiqəni sağlamlığı ilə bağlı ömürlük pensiyaya çıxarması üçün onun vasitəsilə xx.xx.2023-cü il tarixdə 3750 manatı Elməddinin kartına pul göndərilmiş, daha sonra dostu Zərərçəkmiş şəxs15 vasitəsilə tanıdığı Allahverdi adlı şəxsin oğlu X77 X38 sürücü kimi düzəltmək adı ilə 2023-cü ilin mart-aprel aylarında Ağdam rayonu Xındırıstan kəndində yaşadığı küçədə nəğd olaraq Elməddinə 7000 manat pul verilmiş, bundan sonra dostu Zərərçəkmiş şəxs15 anası Səadətin dayandırılmış pensiyasını bərpa etdirmək üçün 2023-cü ilin aprel ayının 4-də Elməddinə Xındırıstan kəndində onun yanında Elgiz 5000 manat pul vermiş, daha sonra həmkəndlisi Nəvainin həyat yoldaşının xəstəliyi ilə bağlı pensiyaya çıxarması üçün Elməddinə onun vasitəsi ilə 2023-cü ilin yay aylarında 4200 manatı Quzanlı qəsəbəsində Elməddinə verilmiş, daha sonra uzaq qohumu Nicatın həyat yoldaşının səhhəti ilə əlaqədar olaraq pensiyaya çıxarması üçün onun vasitəsi ilə 2023-cü ilin yay aylarında 2500 manat pul verilmişdir. Sonra Quzanlı qəsəbəsində yaşayan Niyaməddin adlı şəxsin qohumunun dayandırılmış pensiyasının bərpa edilməsi üçün 2023-cü ilin yay aylarında onun vasitəsi ilə Elməddinə Quzanlı qəsəbəsində 2600 manat pul verilmişdir, daha sonra Quzanlı qəsəbəsində yaşayan Əlvanə adlı şəxsin qızının diplomunun təsdiq edilərək işə qoyulması üçün 2023-cü ilin yay aylarında Elməddinə onun vasitəsi ilə 6000 manat pul verilmiş, daha sonra Bakı şəhərində yaşayan İsmayıl adlı şəxsin həyat yoldaşının əlilliklə bağlı pensiya düzəldilməsi üçün Elməddinə 3500 manat onun vasitəsi ilə verilmişdir. Lakin işləri düzəltməmiş və pulları qaytarmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, Ağdam rayonu Kolqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Bildirmişdir ki, tanıdığı Ramil adlı şəxslə söhbət edən zaman oğlu Cavidi hər hansısa bir işə düzəltmək istədiyini dedikdə Ramil ona arxayın olmağını və maraqlanıb məlumat verəcəyini demişdir. Bundan təxminən 1 ay sonra Ramil ona mobil telefon vasitəsilə zəng edib tanışının olduğunu və həmin tanışı vasitəsilə oğlu Cavidi işə düzəldə biləcəyini dedikdə razılaşmışdır. Bundan sonra təxminən 05 mart 2023-cü il tarixdə Ramil Elməddinlə onun yaşadığı evə gəlmiş, ardınca sonuncularla oturub çay içib söhbət edən zaman Elməddin oğlu Cavidi Ağdam TTTYS-də sürücü vəzifəsinə düzəldə biləcəyini demiş və bunun müqabilində ondan 5000 manat pul istədikdə hazırda pulunun tam hazır olmadığını, bir neçə günə hazır edəcəyini bildirdikdə Elməddin razılaşmış və çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə Ramil ona telefonla zəng edərək pulun hazır olubolmamasını soruşduqda pulun hazır olduğunu demiş, bundan bir qədər sonra Ramil tanışı Elməddin adlı şəxslə onun yaşadığı evə gəlmiş, ardınca evdə oturub çay içən zaman 5000 manat pulu Ramilin yanında Elməddinə vermiş və Elməddin pulu sayıb götürdükdən sonra ona 2023-cü ilin aprel ayında oğlu Cavidin işə çıxacağını demiş, lakin bundan uzun müddət keçməsinə baxmayaraq Elməddin oğlu Cavidi işə düzəltməmişdir. Bundan sonra dəfələrlə mobil telefonla əlaqə saxlamış və bir neçə dəfə də üzbəüz görüşüb söhbət etmiş, lakin hər dəfə müxtəlif bəhanələr edərək guya qısa müddətə işı həll edəcəyini bildirmiş və sonuncu dəfə Elməddinə işi həll et, yada mənim pulumu qaytar dedikdə sonuncu 10 gün vaxt verməyini, avtomobilini satıb pulunu qaytaracağını demiş və o da razılaşmışdır. Lakin Elməddin yenə də pulunu qaytarmadığı üçün bu barədə Ağdam RPŞ-yə müraciət etmişdir. Bundan bir müddət sonra Elməddin ona dəymiş maddi ziyanı tam şəkildə ödəyərək onunla barışmış və Elməddindən heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs26 Oktay qızı ifadəsində göstərdi ki, Ağdam rayonu Əlimərdanlı sahəsində qeydiyyatda olmaqla Ağdam rayonu Quzanlı qəsəbəsi 62 saylı evdə yaşayır. İş üzrə izahatını təsdiq edərək bir daha bildirmişdir ki, Zərərçəkmiş şəxs18 təxminən 10 ildir ki, tanıyır və sonuncu ilə eyni məktəbdə işləyir. O, Xosrov ilə söhbət edən zaman sonuncu ondan qızlarının işləyibişləmədiklərini soruşduqda qızlarının işləmədiklərini və işə düzəldə biləcək tanışının olmadığını dedikdə Xosrov ona belə bir tanışının olduğunu, qızlarını işə düzəldə biləcəyini demişdir. Xosrovdan nə işinə düzəldə biləcəyini soruşduqda bir qədər gözləməyini, bir nəfərə zəng edib məlumat verəcəyini demiş, ardınca Xosrov bir nəfərə zəng edib yanından uzaqlaşıb bir qədər sonra geri gəlib qızını Bakı şəhərində 4 nömrəli DOST xidmətində qeydiyyatçı kimi işə düzəldə biləcəyini, bunun üçün 7000 manat verməli olduğunu dedikdə 7000 manata gücü çatmayacağını və həmin pulu da kimdənsə tapa bilməyəcəyini bildirmişdir. Bundan sonra Xosrov yenidən çölə çıxıb kimləsə telefonda danışdıqdan sonra yenidən ona yaxınlaşıb işi düzəldəcək şəxslə danışdığını, onun xətrinə işi 5000 manata düzəldə biləcəyini dedikdə o da razılaşmış və pulu topladıqdan sonra məlumat verəcəyini bildirmişdir. Onun özündə 2000 manat pul olmuş, qaynı İbrahimdən 3000 manat borca pul alaraq xx.xx.2023-cü il tarixdə 5000 manatı tamamlamış və Xosrova pulun hazır olduğunu bildirdikdə sonuncu yaşadığı ünvan 4 ünvanına gəlmiş və həmin vaxt evdə o, Xosrov, qızları Həcər və Pərvanə olmuşdur. O, Xosrova 5000 manat pulu vermiş və sonuncu həmin pulu yanımda sayıb təhvil götürmüşdür. O, Xosrov pulları sayan zaman Redmi 9 markalı mobil telefonu ilə sonuncunun səsini yazmış və izahatına əlavə etmişdir. Bundan sonra Xosrov pulu da götürüb getmiş, növbəti gün işə düzəlməli olan qızı Əfsanə Bakı şəhərindən gəldikdə sonuncunun şəxsiyyət vəsiqəsinin surətini Xosrova vermişdir. 2023-cü ilin iyul ayının əvvəllərində Xosrov ona Əfsanənin işinin alındığını, növbəti gün Bakı şəhərinə getməli və 4 nömrəli DOST xidmətinə yaxınlaşmalı olduğunu, orada Əfsanənin adının artıq qeyd olunduğunu bildirdikdə həmin vaxt Əfsanəyə cib xərci vermək üçün qayını İbrahimdən daha 1000 manat pul almış, ardınca Əfsanə Bakı şəhərinə 4 nömrəli DOST xidmətinə getmiş, lakin orada heç kim Əfsanəni qəbul etməmiş və sonuncunun adında həmin xidmətdə işçi olmadığı deyildikdə Əfsanə bu barədə ona məlumat vermiş və o da Xosrova zəng edərək baş verənləri danışmışdır. Daha sonra Xosrov ona Şahnəzər adlı şəxsin Əfsanəni qarşılayıb qəbula apacağını deyib ***-***-**-** saylı mobil nömrəni ona vermiş və o da həmin şəxsə əlaqə saxlamış, lakin həmin şəxs onu yubatmış, Əfsanə ilə görüşməmişdir. Bir ay ərzində Əfsanə dəfələrlə Bakı şəhərinə getmiş, lakin sonuncunu orada qarşılayan olmamışdır. Bundan sonra 2023-cü ilin avqust ayının əvvəllərində ona ***- ***-**-** saylı nömrədən zəng gələrək özünü Şahnəzər kimi təqdim edən şəxs artıq Əfsanənin işə çıxacağını, Bakı şəhərinə gəlməsini dedikdə Əfsanə də Bakı şəhərinə getmiş, lakin yenə də qızı Əfsanəni orada heç kim qarşılamamışdır. Ardınca o, Şahnəzərə zəng edən zaman sonuncu həyat yoldaşının vəfat etdiyini, bu səbəbdən başının qarışıq olduğunu bildirmiş və bundan təxminən 3 gün sonra Əfsanə yenidən 4 nömrəli DOST xidmətinə gedib orada qeydiyyatçı şəxslərdən həmin xidmətdə Şahnəzər adlı şəxsin işləyib-işləmədiyini soruşduqda qeydiyyatçılar həmin xidmətdə Şahnəzər adlı şəxsin işləmədiyini demişdir. Bundan sonra o, Xosrova pulunu geri qaytarmasını dedikdə sonuncu pulu Elməddinə verdiyini, Elməddinin də pulu Şahnəzərə verdiyini bildirmiş və bundan sonra o, Elməddin ilə əlaqə saxlayıb pulunu verməsini dedikdə sonuncu görüşüb danışmaqlarını demiş və həmin gün Elməddin iş yerinin qarşısına gəlib Xosrovun həmin pulu ona vermədiyini, özündə Xosrovun bacısının pulu olduğunu, həmin pulu Xosrova verəcəyini, bundan sonra Xosrovun onun pulu qaytaracağını bildirmiş, həmçinin Elməddin Xosrovun onun pulunu borclarına ödədiyini demişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, Ağdam rayonu Qızıllı kəndində qeydiyyatda olmaqla Bənövşələr qəsəbəsi ev 354-də yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, Həsən adlı dostu 2023-cü ilin avqust ayının əvvəllərində sürücülük vəsiqəsi almaq istəməsini, lakin sürcülük hüququ almaq üçün imtahanları verə bilməyəcəyini zənn etdiyindən həmin işlə məşğul olan şəxslərə pul verərək sürücülük hüququ almaq istəməsini ona bildirdikdə elə bir tanışının olmadığını, lakin camaat arasında Elməddin adlı şəxsin həmin işlə məşğul olması barədə məlumatların yayılmasını, Elməddinin isə keçmiş polis əməkdaşı olan tanışı Xudaverdinin (Xudu) tanışı olmasını bildirib Xudaverdi ilə söhbət edəcəyini dostu Həsənə demiş və sonuncu razılaşmışdır. Ardınca Xudaverdi ilə bu barədə danışanda Xudaverdi həmin işlə məşğul olan Elməddinin adlı tanışın olmasını bildirərək sonuncu ilə danışıb sözügedən sürücülük vəsiqəsini almaq üçün 1050 manat pul almaq lazım olduğunu bildirdikdə Xudaverdinin ona təqdim etdiyi 416973******6025 nömrəli kart hesabına özünə məxsus olan birbank hesabından xx.xx.2023-cü il tarixdə saat 10:00-da 1050 manat pul göndərmiş, ardınca Xudaverdi pulları Elməddinə verəcəyini və sürücülük vəsiqəsinin təxminən 1 aya hazır olacağını bildirmiş, bundan 8 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Xudaverdi ona zəng edərək əlavə 250 manat pul lazım olduğunu bildirdikdə yenə də dostuna demiş və dostu Həsəndən aldığı 250 manat pulu isə həmin gün saat 15:54-də Xudaverdinin dediyi hesaba göndərmiş və sonuncu yenə də həmin pulu Elməddinə verəcəyini bildirmişdir O, Xudaverdinin və dolayısı ilə Elməddinin bütün dediklərini etmiş, lakin Xudu və Elməddin vədlərinə əməl edərək sürücülük vəsiqəsini verməmişlər. O, mütəmadi olaraq Xudaverdiyə zəng edərək sürücülük vəsiqəsi ilə maraqlanmağa başlamış, hər dəfə Xudaverdiyə zəng edəndə sonuncu Elməddini xəttə qoşaraq onunla danışdırmış və hər dəfə Elməddin sürücülük vəsiqəsini özünün düzəldəyəinə onu əmin etdirmiş, hətta o, Elməddinlə təkbətək də telefonla danışan zaman da sonuncu sürücülük vəsiqəsinin tezliklə hazır olacağını bildirib müvəqqəti olaraq işlərinin olmasını əsas gətirmiş, həmçinin Elməddin telefonda ona Azərbaycan Respublikası Daxili İşlər Nazirinin qəbuluna getdiyini, Sumqayıt şəhərində sürücülük vəsiqəsini alıb verəcəyini və.s bildirmişdir. Son ana qədər o, Elməddin və Xudaverdi ilə əlaqə saxlasa da, Xudaverdi Elməddinin həmin sürücülük vəsiqəsini almaqda köməklik edəcəyini, Elməddin isə bunu təsdiq edərək özünün həmin sürcülük vəsiqəsini almaqda köməlik edəcəyini bildirmişdir. Bundan sonra o, artıq aldandığını başa düşərək bu barədə şikayət etmişdir. Hazırda pulunu tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs29 ifadəsində göstərdi ki, Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs18 əvvəldən tanıyır və sonuncularla arasında heç bir düşmənçilik və ədavət olmamışdır. 2023-cü ilin yay aylarında Elməddin Xosrov ilə işlədiyi yerin yaxınlığında yerləşən çayxanaya gəlib çay içən zaman Təqsirləndirilən şəxsla söhbət əsnasında yoldaşı Rəvanənin gözlərini zəif olduğunu sonuncuya dedikdə Elməddin yoldaşı Rəvanəni gözünə görə təqaüdə çıxara biləcəyini ona demişdir. O, Elməddinin rayonda bir çox şəxsə belə işlər gördüyündən xəbəri olduğu üçün sonuncuya inanmışdır. Təxminən 10 gün sonra o, Xosrovun yaşadığı evə getmiş və Elməddinlə etdiyi söhbəti sonuncuya dedikdə Xosrov da Elməddinlə telefonla əlaqə saxlamış və həmin zaman telefon zəngi mikrafonda olduğu üçün Elməddinin danışıqlarını o, da eşitmişdir. Danışıq zamanı Elməddin Xosrova onun yoldaşı Rəvanəni təqaüdə çıxara biləcəyini və bu işin qarşılığında ondan 4500 manat pul alacağını bildirib telefonu söndürdükdən sonra o, Xosrova hal-hazırda pulunun olmadığını və 10-15 günə həmin pulu düzədəcəyini deyib evdən çıxıb getmişdir. 2023-cü ilin sentyabr ayının sonlarında 4500 manat pulu hazırlayıb Xosrovun yaşadığı evə gedib orada həmin pulu Xosrova verdikdən sonra sonuncu Elməddinə telefonla zəng edib pulun özündə olduğunu dedikdə Elməddin həmin günü axşamı pulu gəlib götürəcəyini və 1 ay ərzində təqaüd işinin hazır olacağını Xosrova dedikdən oradan çıxıb yaşadığı evə getmiş və təxminən 1 ay sonra Xosrova zəng edib işin nə yerdə olduğu soruşduqda sonuncu Elməddinlə əlaqə saxlayıb ona xəbər verəcəyini demişdir. Bir müddət sonra Xosrovla görüşən zaman sonuncu Elməddinlə yenidən telefon əlaqəsi saxladlıqda sonuncu müxtəlif bəhanələr gətirərək işi yubandırmışdır. Bundan sonra o da Elməddinin onu aldatdığını bilib Xosrovdan həmin pulu Elməddindən almağını istəmiş, lakin Elməddin pulu qaytarmamış və daha sonra Elməddinin bele hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb olunmasını eşitmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs22 Hüseyn oğlu ifadəsində göstərdi ki, Ağdam rayonu Mollalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ağdam rayon sakini Zərərçəkmiş şəxs18 əvvəldən tanıyır və sonuncu ilə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. 2023-cü ilin oktyabr aylarında Elməddin Xosrov ilə yaşadığı yerin yaxınlığında yerləşən kafeye gəlmiş və həmin ərəfələrdə Təqsirləndirilən şəxsla söhbət əsnasında bibisi qızı Gülayanın qulaqları zəif eşitdiyinə görə sonuncunu təqüdə çıxaracığını Elməddinə dedikdə sonuncu bibisi qızı Gülayanı təqaüdə çıxara biləcəyini ona dedikdə Elməddinin rayonda bir çox şəxsə belə işlər gördüyündən xəbəri olduğu üçün sonuncuya inanmışdır. Təxminən 20 gün sonra o, Xosrovun yaşadığı evə getmiş və Elməddinlə etdiyi söhbəti Xosrova dedikdə sonuncu Elməddinlə telefonla əlaqə saxlamışdır. Həmin zaman telefon zəngi mikrafonda olduğu üçün Elməddinin danışıqlarını o da eşitmiş və danışıq zamanı Elməddin Xosrova onun bibisi qızı Gülayanı təqaüdə çıxara biləcəyini və bu işin qarşılığında ondan 3000 manat pul alacağını bildirib telefonu söndürmüşdür. Ardınca o da Xosrova həmin pulun onda olmadığını və təxminən 10-15 günə həmin pulu düzədəcəyini deyib evdən çıxıb getmişdir. 2023-cü ilin okyabr ayının 7-də 2600 manat pul düzədib Xosrovun yaşadığı evə gedib orada pulu Xosrova verdikdən sonra sonuncu Elməddinə telefonla zəng edib onun 2600 pulunun olduğunu dedikdə Elməddin razılaşıb həmin günü axşamı pulu gəlib götürəcəyini və 2 ay ərzində təqaüd işinin hazır olacağını Xosrova dedikdən sonra oradan çıxıb yaşadığı evə getmişdir. Təxminən 1 ay sonra Xosrova zəng edib işin nə yerdə olduğu soruşduqda sonuncu Elməddinlə əlaqə saxlayıb ona xəbər verəcəyini demişdir. Bir müddət sonra Xosrovla görüşən zaman Elməddinlə yenidən telefon əlaqəsi saxlamış və həmin zaman Elməddin müxtəlif bəhanələr gətirərək işi yubandırdıqda o, Elməddinin onu aldatdığını bilib Xosrovdan həmin pulu Elməddindən almağını istəmiş, lakin Elməddin pulu qaytarmamışdır. Daha sonra Elməddin bele hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb olunmasını eşitmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs20 ifadəsində göstərdi ki, Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs18 tanıyır və sonuncularla arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs əvvəldən tanımayıb və sonuncu ilə tanışlığı Xosrovun vasitəsi ilə olmuşdur. 2023-cü ilin iyun ayının əvvlərində Xosrovla Ağdam rayonu Quzanlı qəsəbəsində söhbət edən zaman sonuncuya həyat yoldaşı Nərminə Həsənovanı xəstəliyinə görə təqaüdə çıxarmaq istədiyini, lakin belə bir tanışının olmadığını, əgər belə bir tanışı varsa ona köməklik etməyini xahiş etdikdə Xosrov Elməddin adlı müəllim tanışının olduğunu və sonuncunun vasitəsilə ona kömək edə biləcəyini demiş və ardınca Elməddinə telefonla zəng etmiş, telefon danışığı zamanı Elməddin həmin işlərin 5000 maat qarşılığında həll edə biləcəyini deyib telefonu söndürdükdən sonra o, Xosrova həmin pulun çox olduğunu, lakin tapıb tezliklə verəcəyini Xosrova demişdir. Sonra özündə az miqdar olan puldan savayı bir-iki yerdən borc aldıqdan sonra 4200 manat pul düzəldib, Xosrova zəng edərək sonuncuya görüşmək istədiyini bildirmiş və 2023-cü ilin iyun ayınını 6-da Xosrovla Ağdam rayonu Quzanlı qəsəbəsində görüşərək 4200 mant pul tapdığını Xosrova dedikdə, sonuncu Elməddinə zəng edərək onun həmin pulu düzəltdiyini dedikdə Elməddin razılaşmış, ardınca Xosrov ona həmin pulu aparıb Elməddinə verəcəyini deyib çıxıb getmişdir. Həmin günün axşamı Xosrov ona telefonla zəng edərək verdiyi 4200 mant pulu Ağdam rayonu, Quzanlı qəsəbəsində Elməddinə verdiyini dedikdən sonra Xosrova öz təşəkkürünü bildirmişdir. Bundan sonra dəfələrlə Xosrovla əlaqə saxlayıb işin nə yerdə olduğu soruşduqda sonuncu Elməddinlə əlaqə saxlayıb ona xəbər verəcəyini demiş, lakin Elməddin hər dəfə müxtəlif bəhanələr gətirib işi yubandırmış, hətta bir neçə dəfə Xosrov onun yanında Elməddinə zəng vuraraq işin nə yerdə olduğunu soruşduqda, sonuncu hər dəfə bəhanə gətirmişdir. Bir müddət sonra Elməddinin dələdzuluq əməllərinə görə Ağdam RPŞ tərəfindən tutulub məsuliyyətə cəlb oldunduğunu öyrəndikdə, sonuncunun ona qarşı da dələduzluq etdiyini bilmişdir. Daha sonra onun pulunu Elməddinə Xosrov verdiyi üçün sonuncu da Ağdam RPŞ-nə şikayət etmişdir. Hazırda pulunu tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs25 ifadəsində göstərdi ki, Ağdam rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, İqtasiyyat universitetinin yataqxanasında yaşayır. Taksi fəaliyyəti ilə məşğul olur. Ağdam rayon sakini X10 təxminən 15 ildir ki, tanıyır. O, Bakı şəhərinə köçməmişdən əvvəl Ağdam rayonu, Quzanlı qəsəbəsində yaşamış və orada videoçəkilişlə məşğul olmuş, bundan başqa, ən azı ayda bir dəfə Quzanlı qəsəbəsinə gəlimişdir. 2023-cü ilin aprel ayının əvvəllərində Ağdam rayonu Quzanlı qəsəbəsinə olan zaman Xosrovla qarşılaşmış və həmin zaman sonuncu ilə söhbət əsnasında Xosrov Elməddin adlı tanışının olduğunu və əgər təqaüd düzəlmək istəsə sonuncunun əli ilə düzəldə biləcəyini ona demişdir. Bundan başqa, Xosrov ona Elməddinin etibarlı adam olduğunu bildirmiş, ardınca o, da Xosrova Elməddinin bunu neçə elədiyini soruşduqda sonuncu ona “hamıya 4000 manata düzəldir, deyərəm ki, sən məmim qohumumsan və sənə çalışarıq 3500 manata düzəldər” deyə cavab verdikdən sonra həyat yoldaşı Qəndili Bəhmənovanı təqaüdə çıxarmaq istədiyini bildirmişdir. 2023-cü ilin aprel ayının 17-də o, Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən “Bank of Baku” filialından özü 5 min manat kredit götürüb həmin pulun 3500 manatını 18 aprel 2023-cü il tarixdə Ağdam rayonu Quzanlı qəsəbəsində əlbəəl Xosrova vermiş, lakin, o, bu işlə bağlı Elməddin adlı şəxslə heç bir söhbət aparmamışdır. Daha sonra Xosrov ona zəng vurub 3-4 ay ərzində təqaüd işinin həll olunacağını demişdir. 2023-cü ilin sentyabr ayının sonlarında o, telefonla Xosrova zəng vurub işin nə yerdə olduğunu soruşduqda sonuncu noyabr ayının sonlarınadək yekunlaşacağını ona bildirmişdir. 2023-cü ilin dekabr ayının xatırlamadığı bir günündə Elməddin adlı şəxs ona zəng vurub Xosrovun dostu olduğunu və işi danışdığı adamın polis tərəfindən tutulduğunu və tez bir zamanda pulunu geri qaytaracağını ona bildirmişdir. Daha sonra Elməddinlə bir neçə dəfə əlaqə saxlamış, lakin sonuncu hər dəfə müxtəlif bəhanələr gətirib nə işini düzətlmiş, nədə ki, pulunu geri qaytarmışdır. Bir müddət sonra Elməddinin Ağdam polisi tərəfindən tutulub məsuliyyətə cəlb olunduğunu öyrənmiş və Təqsirləndirilən şəxs ona qarşı dələduzluğu ilə əlaqədar Ağdam RPŞ-nə ərizə vermişdir. Hazırda pulunu tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs24 ifadəsində göstərdi ki, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs18 əvvəldən tanıyır. Təqsirləndirilən şəxs isə Xosrovun vasitəsi ilə tanımışdır. Qızı Elnarə uzun müddətdir ki, işsiz olduğundan sonuncunu hansısa bir işə qoymaq istəmişdir. 2023-cü ilin avqust ayının sonlarında Xosrov onun işlətdiyi Quzanlı qəsəbəsində yerləşən tort sexinə gəlmiş və söhbət əsnasında o, Xosrova qızı Elnarənin işsiz olduğunu dedikdə Xosrov Elməddin adlı tanışın olduğunu onun vasitəsi ilə qızı Elnarəni işə qoya biləcəyini demiş, ardınca Xosrov onun yanında Elməddinə zəng edib bununla bağlı sonuncuya dedikdə Elməddin Xosrova həmin məsələni həll edəcəyini və qızı Elnarəni Ağdam rayonunda yerləşən İqtisad kollecinə müəllimə kimi işə düzəldəcəyini deyib bunun qarşılığnda 6000 manat pul istədikdə o, bununla razılaşmış, elə sexdə olan ona məxsus 6000 manat pulu götürüb Xosrova verdikdən sonra sonuncu Elməddinlə yenidən əlaqə saxladıqda Elməddin sentyabr ayının 9-na kimi işin həll olunacağını ona demişdir. Ardınca Xosrov pulu Elməddinə vermək üçün oradan uzaqlaşıb çıxıb getmişdir. Daha sonra o, tanış bir nəfərə zəng edib bu məsələ ilə bağlı məsləhətləşəndə ona həmin Elməddin adlı şəxsin dələduz olduğunu bildirilib nahaq yerə həmin pulu Xosrova verdiyini dedikdə o, bir az fikirləşəndən sonra dərhal Xosrova zəng edib pulu geri gətirməsini istəmiş, lakin Xosrov Elməddinlə görüşdüyünü və pulunu Elmədinə verdiyini demişdir. Daha sonra Xosrov onun işlədiyi tort sexinə gəlmiş və orada Elməddinə zəng edib telefonu mikrafona qoymuş, Xosrov Elməddinə onun pulu geri istədiyini bildirdikdə sonuncu pulu qaytarmayacağını deyib ona qarşı nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, Xosrova tez-tez zəng vurub pulu geri istədikdə, sonuncuda öz növbəsində Elməddinə zəng edib həmin pulu istəmiş, lakin Elməddin yenidən müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Daha sonra Xosorov Elməddinin bu həkətləri ilə bağlı Ağdam RPŞ-nə müraciət etmişdir. Hazırda şikayətçidir və 6000 min manat pulunu tələb edərək mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs21 ifadəsində göstərdi ki, Ağdam rayonu Şıxlar kəndində qeydiyyatda olmaqla Ağdam rayonu, İmamqulubəyli kəndində yaşayır. X34 onun oğludur və sonuncu 2016-cı ildən Bakı şəhərində musiqi fəaliyyəti ilə məşğul olmuş, sonradan isə tikinti şirkətində işləmişdir. X70 Bakı şəhərində ondan ayrı yaşayıb işləməsi onu narahat etmiş və bu səbəbdən istəmişdir ki, oğlu Şükür gəlib Ağdam rayonunda iş tapıb işləsin. Təxminən 2021-ci lin aprel ayının əvvəllərində o, müəllimə kimi işlədiyi Ağdam rayon 148 saylı tam orta məktəbində iş yoldaşları ilə söhbət zamanı X70 uzun müddətdir ki, sürücülük vəsiqəsi əldə edə bilməməsini bildirdikdə həmin vaxt onunla eyni məktəbdə müəllimə işləyən Rəna adlı qadın əri Nazimin Elməddin adlı bir tanışı olduğunu və həmin adamın vasitəsilə özünündə bir yaxın qohumuna sürücülük vəsiqəsi əldə etməsini bildirmişdir. Sonra o da Rənadan oğlu Şükürə sürücülük vəsiqəsinin verilməsinə köməklik etmələrini əri Nazimdən xahiş emişdir. Bundan təxminən bir gün sonra Rəna özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib əri Nazimin həmin sürücülük vəsiqəsinin düzəltmək üçün köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra Nazim özü onunla telefonla danışaraq 900 manata tanışı olan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsini həll edəcəyini ona bildirmiş, ardınca həmin günün axşamı iş yoldaşı Rənanın əri Zərərçəkmiş şəxs2 və həmin vaxtadək tanımadığı Təqsirləndirilən şəxs onun yaşadığı Ağdam rayonu, İmamqulubəyli kəndinə gəldikdə sonuncuları yaşadığı evin həyətyanı sahəsindən arxa çıxış hissəində qarşılamış, həmin zaman Təqsirləndirilən şəxs qara rəngli, markasını bilmədiyi avtomobilin sükanına əyləşmiş, ardınca Zərərçəkmiş şəxs2 avtomobildən enib onun yanına yaxınlaşmış və daha sonra sonuncu ona Elməddinin oğluna “BC” kateqoriyalı sürücülük vəsiqəsini həll edəcəyini və bunun müqabilində 900 manat pul alacağını dedikdə elə həmin 900 manat pulu orada sayıb Nazimə verib. Daha sonra Nazim və Elməddin oradan çıxıb getmişdir. Bundan başqa, bildirmişdir ki, özünündə sürücülü vəsiqəsi olmuş, lakin həmin sürücülük vəsiqəsini bir müddət əvvəl itirmişdir. 2021-ci ilin aprel ayıın ortalarında Elməddin onun yaşadığı evə gələn zaman sonuncuya sürücülük vəsiqəsini itirdiyini dedikdə Təqsirləndirilən şəxs yenisini arxivdən çıxaracağını və ona gətirəcəyini bildirib ondan bunun qarşılığında 350 manat pul istədikdən sonra o, da həmin pulu yaşadığı evdən götürüb Elməddinə vermişdir. Bundan sonra Elməddin ona telefonla zəng edib sürücülük vəsiqələrini həll edəcəyini, bundan əlavə qohumunun Ağdam rayonu Qaz idarəsində müdir işlədiyini və oğlu Şükürü həmin yerdə işə qoya biləcəyini və qarşılığında 1500 manat pul alacağını dedikdə o, Elməddinlə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə axşam saatlarında Elməddin özü tək olaraq onun yaşadığı evin arxa çıxış hissəinə gəldikdən sonra oğlu Şükürlə birlikdə Elməddini qarşılamış və 1500 manat pulu elə oradaca Elməddinə verdikdə sonuncu bu məsələdən Nazimin xəbəri olmamasını ondan xahiş etdikdə Elməddinlə razılaşmışdır. Həmin tarixdən iki gün sonra Elməddin ona və oğluna zəng edərək Ağcabədi rayonunda yerləşən imtahan və qeydiyyat idarəsinə getmək lazım olduğunu bildirdikdə oğlu Şükür Elməddinlə birlikdə həmin idarəyə getmiş və bir qədər sonra sonuncular birlikdə qayıdıb evin qabağında söhbət edən zaman sonunculara yaxınlaşmış, oğlu Şükür Elməddinin sonuncuya “B” kateoqriyalı sürücülük vəsiqəsi verdiyini, lakin əvvəldən razılaşmış danışığa əsasən “BC” kateqoriyalı sürücülük vəsiqəsi verəcəyini bildirərək həmin vəsiqəni istəmədiyini bildirdikdən sonra Elməddin özünə verildiyi 900 manat pulu elə orada ona qaytarıb çıxıb getmişdir. 2021-ci ilin may ayının 14-də səhər saatlarında iş yoldaşı Rəna ona telefonla zəng edərərək sürücülük vəsiqəsi ilə bağlı həyat yoldaşı Nazimin onunla danışmaq istədiyini demiş, ardınca Nazimlə telefonla danışan zaman Elməddinin 1000 manat qarşılığında oğlu Şükür Hümbətova “BC” kateqoriyalı sürücülük vəsiqəsini düzəldəcəyini bildirmiş o, da oğlu Şükürə həmin məsələni deyib sonuncuya 1000 manat pulu vermişdir. Daha sonra oğlu da həmin pulu Elməddinə verməsi üçün evdən çıxıb getmiş, bir qədər sonra oğlu evə qayıdıb Elməddin tərəfindən aldadıldığını və yenə “B” kateqoriyalı sürücülük vəsiqəsini verdiyini ona demişdir. Bundan sonra o, dəfələrlə Elməddin ilə əlaqə saxlasa da, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək nə sürücülük vəsiqələrini, nə də ki, oğlunu Qaz idarəsinə düzəltmək işini həll etməmiş, o da Elməddinin ona qarşı dələduzluq etdiyini bilib Ağdam RPŞ-nə şikayət etmişdir. Hazırda verdiyi mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs14 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ağdam rayonu Eyvazlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş üzrə vediyi izahatlarını təsdiq edərək eynilə bildirmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşını Ağdam RMX-ya qeydiyyatçı kimi işə düzəlməsində köməklik edəcəyi barədə vədinə əməl etməyərək 3450 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə 08 fevral 2024-cü il tarixli ərizə ilə Ağdam RPŞ-yə müraciət etmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs13 onun tanışıdır və Təqsirləndirilən şəxs Ramilin vasitəsilə tanımışdır. 2023-cü ilin yanvar ayında həyat yoldaşı X44 RMX-ya işə düzəlmək istəyirmiş bə bu səbəbdən ona köməklik lazım olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs13 özünün Təqsirləndirilən şəxs adlı tanışının olmasını, həmin tanışının həyat yoldaşını Ağdam RPM-da qeydiyyatçı kimi işə düzəldə biləcəyini ona bildirdikdə xahişi ilə Zərərçəkmiş şəxs13 Təqsirləndirilən şəxsla danışaraq köməklik istəmiş və Təqsirləndirilən şəxs bunun üçün 3500 manat pul istəmişdir. O, həmin pulu 2023-cü ilin yanvar ayının 26-da Ağdam rayonu Çəmənli kəndində Zərərçəkmiş şəxs13 vermiş, sonuncu isə həmin pulu Təqsirləndirilən şəxs vermişdir. Belə ki, sonradan Təqsirləndirilən şəxsla onun da tanışlığı yaranmış və sonuncu pulun özündə olmasını etiraf etmişdir. Lakin, 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs13 ondan aldığı 3500 manat pulu Təqsirləndirilən şəxs alaraq ona qaytarmış və işin alınmadığını bildirmi.dir. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs özünə məxsus olan ***-***-**-** saylı mobil nömrəsindən ona məxsus olan mobil nömrəyə zəng edərək həyat yoldaşını işə düzəldə biləcəyini bildirib həmin 3500 manat pulu ondan istədikdə həmin vaxt puldan 200 manatını xərclədiyindən 3300 manat pulu Təqsirləndirilən şəxs ona dediyi kart hesabına 2023-cü ilin may ayında Ağdam rayonu Xındırıstan kəndində yerləşən “Oba” marketdə quraşdırılmış ödəmə terminalından göndərmişdir. Həmin kartın nömrələri yadında qalmasa da, pulu həmin karta köçürən zaman kartın Təqsirləndirilən şəxs adına olması barədə ödəmə terminalında məlumat çıxdığından kartın Təqsirləndirilən şəxs məxsus olmasını dəqiqləşdirmiş və bundan sonra Təqsirləndirilən şəxs hər gün zəng edərək pulun qalığını istəyirmiş. Təxminən 10 gün sonra Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən xatırlamadığı ödəmə terminalından 150 manat pulu Təqsirləndirilən şəxs məxsus əvvəlki ödəniş etdiyi kart hesabına göndərmiş və 50 manatı tapa bilmədiyini bildirərək həmin qiymətə razılaşmışdır. Bununla da həyat yoldaşını işə düzəlməsi üçün Elmədin Əkbərova 3450 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona gözləməyini bildirmiş, lakin uzun müddət keçsə də nə yoldaşını işə düzəlməmiş, nə də pulunu geri qaytarmamışdır. O, hər dəfə zəng edəndə Elməddin müxtəlif bəhanələr gətirmiş, hətta Təqsirləndirilən şəxs bir müddət sonra onun işini Hacığa adlı həkimin düzəldəcəyini bildirib həmin həkimin ona zəng edəcəyini demişdir. O, hər dəfə Elməddinə zəng edəndən sonra ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən zəng edərək boğunuq səslə özünü Hacıağa həkim kimi təqdim edən şəxs pulun özündə olmasını, işini düzəldəcəyini ona bildirmiş, hətta bir müddət sonra ***-***-**-** saylı mobil nömrədən zəng edərək özünü Hacıağanın arvadı kimi təqdim edən və adını xatırlamadığı qadın tezliklə işinin düzələcəyini ona bildirmiş və həmin qadının onda “vatsap” ani mesajlaşma şəbəkəsi ilə göndərilmiş səs yazıları da olmuş və tanışların həmin səs yazısını eşidəndə həmin səs yazısının xüsusi proqramla göndərildiyini ona bildirmişlər. Həmin yazışma və səs yazılarını göndərən tərəf pozduğu üçün təqdim edə bilməmiş, sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bir çox şəxsə qarşı dələduzluq etmişdir. Bildirmişdir ki, Hacıağa adı ilə ona zəng edən nömrələr də Təqsirləndirilən şəxs məxsus olmuşdur. Beləliklə, o, Təqsirləndirilən şəxs onu aldatdığını bilmişdir. Onu da qeyd etmişdir ki, Zərərçəkmiş şəxs13 pulunu qaytarandan sonra Təqsirləndirilən şəxs ondan pulu alanda onda bu barədə heç kimə, xüsusən Zərərçəkmiş şəxs13 bildirməməyini istəmişdir. O, aldandığını bilsə də, Təqsirləndirilən şəxs pulunu ödəyəcəyinə söz vediyi üçün şikayət etməmiş, lakin Təqsirləndirilən şəxs həbs olunduğunu biləndə şikayət etmək qərarına gəlmişdir. İşdə olan və məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs13 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ağdam rayonu Xıdırlı kəndində qeydiyyatda olmaqla Ağdam rayonu, Bənövşələr qəsəbəsi ev 39-da yaşayır. İş üzrə verdiyi izahatlarını təsdiq edərək eynilə bildirmişdir ki, Təqsirləndirilən şəxs dostu Arzunun adını xatırlamadığıı həyat yoldaşının dayanmış təqaüdünün bərpa olunmasında köməklik edəcəyi barədə vədinə əməl etməyərək 3750 manat pulumu dələduzluq yolu ilə ələ keçirməsi barədə 31 yanvar 2024-cü il tarixli ərizə ilə Ağdam RPŞ-yə müraciət etmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, 2023-cü ilin fevral ayında Gəncə şəhərində yaşayan dostu həyat yoldaşının təqaüdünün dayanmasını, təqaüdünün bərpa olunması üçün bu işlə məşğul olan adam axtardığını ona bildirdikdə Təqsirləndirilən şəxs həmin işlə məşğul olmasını dostuna demişdir. Belə ki, Təqsirləndirilən şəxsla bir neçə il əvvəl avtomobil təmir etdirərkən tanış olmuş, həmin tanışlıq zamanı Təqsirləndirilən şəxs özünün yuxarı orqanlarda tanışlarının olmasını bildirərək həm işə qəbullar, həm təqaüd düzəldilməsində və ya bərpasında köməklik edə bildiyini ona bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt onun övladının səhhətində narahatlığı olmasını bildikdə ona da təqaüd düzəldə biləcəyini bildirmiş, hətta əgər pulla təqaüd düzəltdirən bir neçə nəfəri Elməddinə yönəltsə övladına pulsuz təqaüd düzəldəcəyini bildirmiş, lakin həmin vaxt o, bunu çox da önəmsəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs onun mobil nömrəsini götürmüş və ara-sıra mobil əlaqə saxlamış, hətta bir dəfə o, Təqsirləndirilən şəxsla sonuncunun müəllim yoldaşlarını dağa gəzməyə aparmışdır. Beləliklə, Təqsirləndirilən şəxsla arasında yaxın münasibətlər, inam və etibar yaranmışdır. Təxminən 2023-cü ilin fevral ayında dostu Arzu onunla görüşən zaman həyat yoldaşının təqaüdünün dayandırıldığını ona bildirdikdə həmin işlə məşğul olan şəxslər olarsa işinə köməklik etməyini xahiş etdikdə o, Təqsirləndirilən şəxs adlı tanışının olmasını və həmin işlə məşğul olmasını dostu Arzuya bildirmişdir. X52 danışmağını ondan xahiş etdikdə o, Təqsirləndirilən şəxsla danışmış və sonuncu bunun üçün 4000 manat lazım olduğunu bildirmişdir. Daha sonra Arzu ilə danışaraq sonuncudan 4000 manatı almış və 2023-cü ilin fevral ayının xatırlamadığı günündə Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində yerləşən Camal adlı şəxsin sexinin yaxınlığında Təqsirləndirilən şəxs xatırlamadığı avtomoblində sonuncuya sayıb vermiş, Təqsirləndirilən şəxs da həmin pulun üzərindən 250 manat ona verərək həmin pulun sənədləşmə üçün lazım olacağını və müxtəlif arayışlar alacağını ona bildirərək qalan 3750 manat pulu özü ilə götürüb getmişdir. Bundan sonra ara-sıra Təqsirləndirilən şəxsla əlaqə saxladıqda sonuncu işin çətin olmasını bildirərək gözləməyi və səbr etməyi demiş, o isə Təqsirləndirilən şəxs inandığından Arzuya da gözləməsini demişdir. Hətta 2023-cü ilin may ayında başqa bir tanışı Zərərçəkmiş şəxs14 həyat yoldaşı X9 Ağdam RMX-ya qeydiyyatçı kimi işə düzəltməsi ilə bağlı olaraq 3500 manat pulunu alıb Təqsirləndirilən şəxs vermişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs işin düzəlmədiyini ona bildirmiş və pulu geri qaytarmış, o isə həmin pulu Zərərçəkmiş şəxs14 vermişdir. Buna görə də Təqsirləndirilən şəxs inamı daha da artmış, lakin son günlərdə Təqsirləndirilən şəxs həbs olunandan sonra sonuncunun gizli şəkildə həmin işi 3450 manata düzəldəcəyi barədə Zərərçəkmiş şəxs14la sövdələşməsini, həmin pulları alaraq işi düzəlməməsini və vədinə əməl etməməsini sonuncudan öyrənmiş, hətta Təqsirləndirilən şəxs onun həmin işdən xəbərinin olmaması barədə Zərərçəkmiş şəxs14 təlimatlandırmasını sonuncudan öyrənmişdir. O, artıq Təqsirləndirilən şəxs dələduz olmasını, onu da aldatmasını tam yəqin etmiş və bu barədə şikayət etmişdir. Onu da qeyd etmişdir ki, dostu Arzu övladına toy məclisi etdiyi üçün və aralarında narazılıq yaranmasın deyə o, 4000 manat pulu Arzuya qaytarmış və bu dedikərini Arzununda təsdiq edə biləcəyini bildirmişdir. İşdə olan və məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ağcabədi rayonu Sarıcalı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş üzrə vediyi izahatlarını təsdiq edərək eynilə bildirmişdir ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almaqda köməklik edəcəyi barədə vədinə əməl etməyərək 1300 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə 27 yanvar 2024-cü il tarixli ərizə ilə Ağdam RPŞ-nə müraciət etmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, 2023-cü ilin noyabr ayının sonlarında özünə sürücülük vəsiqəsi almaq fikrinə düşmüş, lakin yaşı çox olduğundan sürcülük vəsiqəsini imtahan verərək ala bilməyəcəyini düşündüyündən pul müqabilində sürücülük vəsiqəsi almaq fikrinə düşmüş və bu barədə dostu Əsədə bildirdikdə Əsəd bu işlə Təqsirləndirilən şəxs məşğul olduğunu bildirərək onun razılığı ilə sonuncunun ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayaraq vəziyyəti bildirmiş, ardınca Təqsirləndirilən şəxs sürücülük vəsiqəni 1000 manata düzəldə biləcəyini dostu Əsədə bildirmiş və bir qədər sonra özü işlədiyi yerin qarşısına gəlmişdir. Həmin yerdə üzərində olan 500 manat pulu dostu Əsədə vermiş və dostu Əsəd onun yanında həmin 500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan bir neçə gün sonra isə dostu Əsədlə birlikdə Quzanlı qəsəbəsində Təqsirləndirilən şəxsla görüşmüş və üzərində olan 500 manatı da Təqsirləndirilən şəxs bu dəfə özü verərək sonuncuya 1000 manat vermiş olmuşdur. Ardınca Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin 06 dekabr 2023-cü il tarixdə hazır olacağını ona bildirmişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs sağlamlıq arayışı və s. kimi sənədlər olmaqla bir neçə sənədi toplamağı ona tapşırdıqda Təqsirləndirilən şəxs tapşırığına əsasən həmin sənədləri toplamışdır. Bundan sonra Təqsirləndirilən şəxs onu Ağcabədi rayonunda yerləşən qeydiyyat imtanhan şöbəsinə aparmış və orada özü danışıqlar apararaq əlavə sənədlər almışdır. Bundan sonra Təqsirləndirilən şəxs adında cərimlərin olmasını bildirərək işində çətinliklər yaranmasını və işinin yubanmasını ona bildirmişdir. Həmin gün aralarında olan telefon danışığı zamanı Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrəsində qeydiyyatda olan “VATSAP” ani mesajlaşma proqramı vasitəsilə özünə məxsus **********113668 nömrəli plastik kartının nömrəsini ona göndərərək adında olan cərimələri sildirmək üçün ən azı 100 manat pul lazım olmasını bildirib həmin məbləği göndərdiyi plastik kart hesabına göndərməyini istəmiş və həmin gün axşam saatlarında o, Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində yerləşən xatırlamadığı marketdə yerləşdirilmiş ödəmə terminalından 100 manat pulu Təqsirləndirilən şəxs yuxarıda qeyd etdiyim kart hesabına göndərmişdir. Lakin, Təqsirləndirilən şəxs bundan sonra da vədinə əməl edərək sürücülük vəsiqəsini almamış və pulunu geri qaytarmamışdır. Hər dəfə o, Təqsirləndirilən şəxsla danışan zaman sonuncu müxtəlif bəhalər edərək sürücülük vəsiqəsini alacağını, əgər almasa pulunu qaytaracağını bildirmişdir. Bir müddət sonra isə Təqsirləndirilən şəxs barəsində Ağdam RPŞ-nin İstintaq bölməsində cinayət işi olmasını və “həbs” olunmasını öyrədikdə Elməddinin dələduz olmasını və onu aldatmasını tam yəqin edərək bu barədə ərizə ilə müraciət etmişdir. İşdə olan və məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs12 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ağdam rayonu, İmamqulubəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş üzrə verdiyi izahatlarını təsdiq edərək eynilə bildirmişdir ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almaqda köməklik edəcəyi barədə vədinə əməl etməyərək 1300 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə 27 yanvar 2024-cü il tarixli ərizə ilə Ağdam RPŞ-yə mən müraciət etmişdir. Bildirmişdir ki, qardaşı X43 Bakı şəhərində mebel sexlərindən birində işləyir. Qardaşının özünə maşın alaraq işə gedib-qayıtmasını asanlaşdırmaq üçün 2023-cü ilin noyabr ayının sonlarında qardaşı Mahirə hədiyyə olaraq sürücülük vəsiqəsi almaq fikrinə düşmüş və bu barədə dostu Əsədə bildirmiş və sonuncu bu işlə Təqsirləndirilən şəxs məşğul olduğunu bildirərək sonuncunun ***-***-**-** saylı mobil nömrəsini ona vermişdir verdi. Daha sonra o, həmin mobil nömrədə qeydiyyatda olan “VATSAP” ani mesajlaşma proqramı vasitəsilə Təqsirləndirilən şəxsla əlaqə saxladıqda sonuncu özünün Təqsirləndirilən şəxs olmasını təsdiq etdikdən sonra istəyini ona bildirdikdə Təqsirləndirilən şəxs qardaşı Mahir Qasımova sürücülük vəsiqəsi əldə etməkdə köməklik edə biləcəyini bildirib özünün adına qeydiyyatda olan 523915******3668 nömrəli kartının nömrəsini verərək həmin kart hesabına 1100 (bir min yüz) manat pul ödəməyini bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 1100 manata X33 şöbəsindən qardaşı Mahir Qasımova “BC” kateqoriyalı sürücülük vəsiqəsi almaqda köməklik edə biləcəyini bildirmiş və ardınca o, da kart hesabında olan 500 manat pulu xx.xx.2023-cü il tarixdə “Birbank” proqramı vasitəsilə Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində olarkən Təqsirləndirilən şəxs məxsus yuxarıda qeyd etdiyim kart hesabına göndərmiş və qalan 600 manat pulu isə iki gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs məxsus yuxarıda qeyd etdiyi kart hesabına göndərmişdir. Bildirmişdir ki, həmin ödənişlərin qəbzlərini ərizəsinə əlavə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qardaşı Mahirin sürücülük vəsiqəsinin xx.xx.2023-cü il tarixdə hazır olacağını bildirmiş, lakin vədinə əməl etməyib telefonlarına cavab verməmiş, hər dəfə müxtəlif bəhanələr gətirmiş, hətta bir neçə gün sonra qardaşı onun istəyi ilə işdən icazə alaraq Ağdam rayonuna gələrək sağlamlıq arayışı və s. sənədlər toplasa da, Elməddin vədinə əməl etməyərək sürücülük vəsiqəsini almaqda köməklik etməmişdir. Bundan bir neçə gün sonra isə Təqsirləndirilən şəxsla telefon danışığı zamanı sonuncu Ağcabədi rayonunda köməklik edə bilmədiyini bəhanə edərək qardaşı Mahirə Sumqayıt şəhərindən sürücülük vəsiqəsi almaqda köməklik edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir neçə dəfə qardaşı ilə danışaraq işdən icazə aldırıb Sumqayıt şəhərinə aparmış, lakin qardaşını aldadaraq heç bir köməklik etməmişdir. Hər dəfə o, Təqsirləndirilən şəxsla danışan zaman sonuncu müxtəlif bəhalər edərək sürücülük vəsiqəsini alacağını, əgər almasa pulu geri qaytaracağını bildirmişdir. Bir müddət sonra isə Təqsirləndirilən şəxs barəsində Ağdam RPŞ-nin İstintaq bölməsində cinayət işi olmasını və “həbs” olunmasını öyrədikdə Elməddinin dələduz olmasını və onu aldatmasını bilib bu barədə ərizə ilə müraciət etmişdir. İşdə olan və məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri H.Əliyev prospekti bina 01, mənzil 13-də yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, Xudu onun qohumudur. Belə ki, hadisə baş verəndən təxminən 08 ay əvvəl işsiz olduğundan iş axtarmış və iş axtardığını qohumu Xuduya demişdir. 2023-cü ilin mart ayının dəqiq xatırlamadığı günündə Xudu ona zəng edərək tanışı Elməddin vasitəsilə onu Bərdə rayonunda TTYS-da sürücü kimi işə düzəldə biləcəyini, bunun üçün Elməddinin 4500 manat pul istədiyini bildirdikdə Xudu ilə razılaşıb həmin danışıqdan bir gün sonra dəqiq xatırlamadığı gün Ağdam rayonu Quzanlı qəsəbəsində “X90”nın qarşısına gəlmiş və orada Xudu ilə əvvəlcədən razılaşdığı kimi görüşüb sonuncuya 4500 manat pul vermiş, ardınca Xudu o pulu həmin gün aparıb Elməddinə verəcəyini və 15 gün ərzində işə başlayacağın demiş, lakin həmin vaxtdan 2023-cü ilin avqust ayının 3-dək o, işə düzələ bilməmiş həmçinin Elməddin ona 4500 manat pulunu qaytarmamışdır. Bundan sonra o özü dəfələrlə Elməddinlə əlaqə saxlamış və danışıqlar zamanı Elməddin 4500 manat pulu Xududan aldığını etiraf edərək yaxın vaxtlarda pulu qaytaracağını bildirmiş və daha sonra artıq Elməddinin ona qarşı dələduzluq etdiyini başa düşdüyündən xx.xx.2023-cü il tarixdə bu barədə Ağdam RPŞ-yə müraciət edərək Elməddinin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmiş, bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ona dəymiş maddi ziyanı tam şəkildə ödəyərək onunla barışmış və bu səbəbdən Elməddin Əlkbərovdan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ağdam rayonu Ağdamkənd kəndində qeydiyyatda olmaqla hazırda Ağdam rayonu Quzanlı qəsəbəsi 511 nömrəli evdə yaşayır. İş üzrə verdiyim izahatımn təsdiq edərək bir daha bildirmişdir ki, təxminən 2023-cü ilin iyun ayında oğlu X1 vəsiqəsi almaq istəmiş və bu barədə Ağdam rayonu, Quzanlı qəsəbəsində yaşayan Xosrov adlı şəxsin bir neçə nəfərə sürücülük vəsiqəsi almasında köməklik göstərməsini eşitmişdir. Ardınca Xosrovun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng edib sonuncuya məsələni izah etdikdə Xosrov evinin nömrəsini deməyini, yaşadığı ünvana gələcəyini və orada söhbət edəcəyini demişdir. Bundan sonra həmin günü günorta saatlarında Xosrov yaşadığı ünvana gəlmiş, ardınca o, sonuncudan “B, C” kateqoriyalı sürücülük vəsiqəsini neçə manata ala biləcəyini soruşduqda Xosrov 1100 manata sürücülük vəsiqəsini ala biləcəyini bildirmiş və daha sonra elə oradaca Xosrova 1100 manat pul və oğlunun şəxsiyyət vəsiqəsini vermiş və bir həftə ərzində oğlunu gəlib imtahana aparacağını, sürücülük vəsiqəsinin hazır olacağını bildirmişdir. Bildirmişdir ki, Xosrova pulu verən zaman arvadı X22 da onun yanında olmuşdur. Bundan sonra Xosrov çıxıb getmiş və bir müddət sonra o, tez-tez Xosrov ilə əlaqə saxlamış, lakin Xosrov hər dəfə bir bəhanə gətirmişdir. Bundan sonra Xosrov sonradan adının Elməddin olduğunu bildiyi şəxslə yaşadığı ünvana gəlib onun işini Elməddinin həll edəcəyini bildirmiş, lakin uzun müddət keçsə də oğlu sürücülük vəsiqə ala bilməmişdir. O, Elməddinlə əlaqə saxlayan zaman işin düzələcəyini, gözləməyini demiş, oğlu da Sumqayıt imtahan və qeydiyyat şöbəsində imtahan vermək istədiyi üçün Elməddin oğluna imtahana girməsi üçün 100 manat göndərmiş, lakin oğlu imtahana girsə də, sürücülük vəsiqəsini ala bilməmiş, ardınca Elməddinə zəng edərək vəsiqənin nə zaman hazır olacağını soruşduqda sonuncu sənədin xx.xx.2023-cü il tarixdə hazır olacağını demiş və xx.xx.2023-cü il tarixdə Elməddinə zəng edib sənədin hazır olub-olmadığını soruşduqda sonuncu sənədin hazır olmadığını, hara istəsə şikayət etməyini deyib onu nalayiq ifadələrlə təhqir etmiş, ardınca o da bu səbəbdən DİN-in 102 xidmətinə zəng edib oğluna sürücülük vəsiqəsi almaq üçün Elməddinə 2000 manat pul verməyini bildirmişdir. İşdə olan və məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs28 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, Xudu və Elməddin adlı şəxslərin ondan 1050 manat pul alaraq sürücülük vəsiqəsi düzəldəcəklərini vəd verib vədlərinə əməl etməyərək onu aldatmaları barədə DİN-nin 102 xidmətinə və Ağdam rayon polis şöbəsinə müraciət etmiş və bununla bağlı qeyd etmişdir ki, Xudu adlı şəxsi dostu Zaur adlı şəxsin vasitəsi ilə tanımış, belə ki, 2023-cü ilin iyun ayında Zaurla söhbət edərkən sonuncu Xudu adlı qohumu olduğunu və həmin şəxsin ona sürücülük vəsiqəsi almaqda köməklik edə biləcəyini söyləmiş, daha sonra Xudu ilə mobil telefon vasitəsi ilə əlaqə saxladıqdan sonra sonuncu "BC" kateqoriyalı sürücülük vəsiqəsi almaqda ona köməklik edə biləcəyini bildirmiş, daha sonra biz Xudu ilə Ağdam rayon Bənövşələr qəsəbəsində görüşmüş və orada Xudu ona Elməddin adlı tanışının vasitəsi ilə 1050 manat müqabilində "BC" kateqoriyalı sürücülük vəsiqəsi düzəltməkdə köməklik göstərə biləcəyini söyləmiş, bundan sonra Elməddin adlı şəxsin göndərmiş olduğu plastik kart hesabına 1050 manat pul göndərməyini dedikdə sonuncu ilə mobil telefon vasitəsi ilə əlaqə saxladıqdan sonra Elməddinin göndərmiş olduğu plastik kart hesabına Ağdam rayon Xındırstan kəndi ərazisində "Oba" marketdən milli ön vasitəsi 1050 manat pulu göndərmişdir. Bundan sonra 2023-cü ilin oktyabr ayının əvvəllərində Elməddin ona sürücülük təlimlərini yekunlaşdırmağı ilə bağlı "Şəhadətnamə" aldığını və həmin sənədi Ağcabədi rayon Hindarx kəndi ərazisində yanacaqdoldurma məntəqəsinə verməyini söylədikdə o da həmin sənədi gedib oradan götürmüş və həmin vaxtdan sonra Elməddinlə əlaqə saxlasa da, sonuncu onu aldadaraq nə sürücülük vəsiqəni vermiş, nə də pulunu geri qaytarmışdır. İşdə olan və məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ağdam rayonu Əhmədavar kəndində qeydiyyatda olmaqla Bərdə rayonu 866 saylı məcburi köçkün qəsəbəsi bina 9, mənzil 31də yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, X28 onun qonşuluğunda yaşayır və aralarında normal münasibətlər olmuşdur. 2023-cü ilin yay aylarında özünə sürücülük vəsiqəsi almaq istəmiş, lakin imtahan verərək sürücülük vəsiqəsi ala bilməyəcəyini bildiyindən pul verərək sürücülük vəsiqəsi almaq istəmiş, buna görə də tanışlarından sürücülük vəsiqəsi almağın yollarını öyrənməyə çalışmışdır. Bir müddət sonra qonşusı Şahmar Cəbiyevin yanında sürücülük vəsiqəsi almaq üçün yol axtardığını dedikdə sonuncu özünün bu işlə məşğul olmamasını, lakin Ağdam rayonundan olan tanışı ona sürücülük vəsiqəsi ala biləcəyini bildirdikdə razılaşmış, X60 sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi Elməddin adlı tanışının pul müqabilində sürücülük vəsiqəsi ala biləcəyini ona bildirdikdə Şahmar Cəbiyevdən bunun hansı qaydada olacağını, hansı məbləği ödəyəcəyini soruşduqda sonuncu bunun qaydalarını bilmədiyini, ödənilməli məbləği isə Elməddindən soruşaraq ona deyəcəyini bildirmiş, bir qədər sonra X39 danışdığını, sürücülük vəsiqəsini Elməddinin 1000 manata alacağanı ona demiş və o da razılaşmışdır. Daha sonra Şahmar Cəbiyev tezliklə Elməddinin pulunu götürməyə gələcəyini ona dedikdə pulununun hazır olduğunu demiş və həmin gün, yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında X45 pulun arxasınca gəldiyini ona dedikdə evindən pulu götürüb yaşadığı evdə Şahmar Cəbiyevə vermiş, Şahmar Cəbiyev də Elməddinin həyətdə olduğunu deyərək pulla birlikdən evdən çıxmış və daha sonra pəncərədən baxdıqda Şahmar Cəbiyevin “Lada” markalı, boz rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşdiyini görmüşdür. Qısa müddət ərzində avtomobildə söhbət edərək X54 adlı şəxsə ondan aldığı pulları vermiş və bundan sonra Şahmar Cəbiyev avtomobildən enərək evinə qayıtmış, Elməddin adlı şəxsi isə avtomobilini idarə edərək çıxıb getmişdir. Ardınca X40 sürücülük vəsiqəsini xx.xx.2023-cü ildə tarixdə hazır olacağını dediyini bildirmiş, lakin Təqsirləndirilən şəxs vədinə əməl etməyərək sürücülük vəsiqəsini verməmişdir. O dəfələrlə Elməddinə bununla bağlı müraciət etsə də, pulunu qaytarmamış və buna görə də Şahmar Cəbiyev pulu özü Təqsirləndirilən şəxs verməsi səbəbi ilə bu barədə müraciət etmiş, lakin Təqsirləndirilən şəxs vədinə əməl etməmiş və pulunu qaytarmamışdır. İşdə olan və məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs27 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, X28 onun tanışıdır və aralarında normal münasibətlər olmuşdur. 2023-cü ilin yay aylarında o, özünə sürücülük vəsiqəsi almaq istəmiş, lakin imtahan verərək sürücülük vəsiqəsi ala bilməyəcəyini bildiyindən pul verərək sürücülük vəsiqəsi almaq istəmiş, buna görə də o, tanışlardan sürücülük vəsiqəsi almağın yollarını öyrənməyə çalışmışdır. Belə ki, qohumu Mahir Quliyev ona tanışı Şahmar Cəbiyevin yanında sürücülük vəsiqəsi almaq üçün yol axtardığınl dedikdə sonuncu özünün bu işlə məşğul olmamasını, lakin tanışının ona sürücülük vəsiqəsi ala biləcəyini qeyd etdiyini bildirdikdə o, razılaşmışdır. Daha sonra X79 Cəbiyevin sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi Elməddin adlı tanışının pul müqabilində sürücülük vəsiqəsi ala biləcəyini ona bildirdikdə Mahir Quliyevdən bunun hansı qaydada olacağını, hansı məbləği ödəyəcəyini bildirdikdə sonuncu Şahmar Cəbiyevlə əlaqə saxlayaraq bunun qaydalarını bilmədiyini, ödənilməli məbləği isə Elməddindən soruşaraq ona deyəcəyini bildirmiş, bir qədər sonra X39 danışdığını, sürücülük vəsiqəsini Elməddinin 1000 manata alacağanı Mahir Quliyevin vasitəsilə ona bildirdikdə razılaşmış, ardınca X40 verdiyi karta həmin 1000 manat pulu göndərmək lazım olduğunu bildirdikdə o, 1000 manat pulu Təqsirləndirilən şəxs göndərmək üçün həmin pulu qohumu Mahir Quliyevə əlbəəl vermiş və sonuncu həmin gün yəni, xx.xx.2023-cü il tarixdə saat 19:49-da Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Bizim market” adlı ərzaq mağazasında quraşdırılmış ödəmə terminalından Şahmar Cəbiyevlə birlikdə 1000 manat pulu Təqsirləndirilən şəxs məxsus, nömrələri müvafiq olaraq 4169 73** **** 2807 nömrəli plastik kartın hesabına göndərərək ona göstərmişdir. Daha sonra X40 sürücülük vəsiqəsini xx.xx.2023-cü ildə tarixdə hazır olacağını dediyini bildirmiş, lakin Elməddin Əkbərobv vədinə əməl etməyərək sürücülük vəsiqəsini verməmiş, hətta dəfələrlə müraciət etsə də, pulunu qaytarmamışdır. Buna görə də Şahmar Cəbiyev pulu özü Təqsirləndirilən şəxs verməsi səbəbi ilə bu barədə polis müraciət etmişdir. İşdə olan və məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ağdam rayonu Saybalı kəndində qeydiyyatda Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayır. Mahiyyəti üzrə bildirirəm ki, Xudaverdi və Elməddin adlı şəxslərin ondan 1300 manat pul alaraq sürücülük vəsiqəsi düzəldəcəklərini vəd vermələri, lakin vədlərinə əməl etməyərək onu aldatmaları barədə Ağdam rayon polis şöbəsinə müraciət etmiş və bununla bağlı qeyd edtmişdir ki, Xudaverdi adlı şəxs tanışıdır, Təqsirləndirilən şəxs isə sonuncunun vasitəsi ilə tanımışdır. 2023-cü ilin avqust ayında Xudaverdi ilə söhbət edərkən sonuncudan “DE” kateqoriyalı sürücülük vəsiqəsi almağına köməklik edib-etməyəcəyi barədə soruşduqda sonuncu Elməddin adlı tanışı olduğunu həmin şəxsin köməkliyi ilə sürcülük vəsiqəsi alacağımı bildirmişdir. Bundan sonra 1200 manat müqabilində Xudaverdi ilə razılaşdıqdan sonra həmin şəxsin verdiyi bank hesabına 1200 manat pulu göndərmiş və həmin vaxtdan sonra Xudaverdi və Elməddin adlı şəxslərlə mütəmadi olaraq sürücülük vəsiqəsi almağı ilə bağlı əlaqə saxlamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Elməddin ona 200 manat pul göndərməyini, göndərməsə sürücülük vəsiqəsini ala bilməyəcəyimi söylədikdə o da Elməddinə 100 manat göndərəcəyini deyib sonuncu ilə razılaşdıqdan sonra 100 manat pulu Elməddinə göndərmişdir. Həmin vaxtdan sonra Xudaverdi və Elməddinlə əlaqə saxlasa da, sonuncular onu aldadaraq nə sürücülük vəsiqəsi vermiş, nə də pulunu geri qaytarmışlar. Buna görə də o, Ağdam RPŞ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. İşdə olan və məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs19 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs18 əvvəldən tanıyır və sonuncu ilə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. 2023-cü ilin iyun ayının ortalarında Xosrov onun yaşadığm evə gəlmiş və sonucu ilə söhbət edərkən həyat yoldaşə Məlahətin qıc olma xəstəliyi ilə bağlı təqaüdə çıxarmaq istədiyini , lakin belə bir tanışının olmadığı bildirdikdə Xosrov Elməddin adlı tanışının oldğunu və sonuncunun belə işlərlə məşğul olmasını bildirdikdə Xosrovdan onun da bu işini həll etməyini xahiş etmiş, ardınca Xosrov Elməddinlə danışıb ona xəbə edəcəyini deyib evdən çıxıb getmişdir. Bir qədər keçmişdi ki, Xosrov yenidən onun yaşadığm evə gəlib Elməddinlə danışdığını və sonuncunun həmin işi 2500 manat qarşılığında həll edə biləcəyini ona dedikdə həmin zaman dost-tanışdan borc alıb düzəltdiyi 2500 manat pulu yaşadığı evdə Xosrova vermiş, daha sonra Xosrov Elməddinlə danışıb işin nə vaxt hazır olacağını ona deyəcəyini bildirib yaşadığı evdən çıxıb getmişdir. Bir müddət osnra Xosrovla əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşduqda sonuncu Elməddinlə danışıb ona xəbər verəcəyini demişdir 2023-cü ilin iyul ayının sonlarında dəqiq tarixini xatrılamadığı bir vaxtda Xosrov onun yaşadığı evə gəlmiş, ardınca onun yanımda Elməddinə zəng vuaraq işin nə yerdə oldğunu soruşduqda sonuncu tez bir zamanda həll olunacağını deyib telefonu söndürmüş, lakin həmin gündən sonra Elməddindən bir xəbər çıxmamış və hər dəfə Xosrov Elməddinlə danışdıqda sonuncu müxtəlif bəhanələr gətirib işi yubandırmışdır. Bir müddət sonra Elməddinin belə hərəkətlərinə görə Ağdam polisi tərəfindən tutulub məsuliyyətə cəlb olunduğunu öyrənmiş, ardınca pulu Xosrova verdiyi üçün sonuncu Elməddinlə bağlı Ağdam RPŞ-nə şikayət etmişdir. İşdə olan və məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs23 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs18 əvvəldən tanıyır və sonuncu ilə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə Xosrovun vasitəsi ilə tanışım, lakin sonuncu ilə əlaqəsi olmamışdır. Belə ki, 2023-cü ilin fevral ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı bir gündə Xosrovla Ağdam rayonu Quzanlı qsəbəsində söhbət edən zaman sonuncuya həyat yoldaşı Natiqə Məhərrəmovanı xəstəliyinə görə təqaüdə çıxarmaq istədiyini, lakin belə bir tanışının olmadığını, əgər belə bir tanışı varsa ona köməklik etməyini xahiş etdikdə Xosrov Elnməddin adlı müəllim tanışının olduğunu və sonuncunun vasitəsilə ona kömək edə biləcəyini demiş və ardınca Elməddinə telefonla zəng etmişdir. Telefon danışığı zamanı Elməddin həmin işin 4000 maat qarşılığında həll edə biləcəyini deyib telefonu söndürdükdən sonra o da Xosrova həmin pulun çox olduğunu, lakin tapıb tezliklə verəcəyini sonuncuya demişdir. Daha sonra o, bir-iki yerdın borc aldıqdan sonra 3750 manat pul düzəldib Xosrova zəng edərək sonuncu ilə görüşmık istədiyini bildirmiş və ardınca 2023-cü ilin fevral ayında dəqiq gününü xatırlamadığım bir vaxtda Xosrovla Ağdam rayonu Quzanlı qəsəbəsində dəqiq yerini xatırlamadığım bir vaxtda görüşərək 3750 mant pul tağdığını sonuncuya dedikdə Xosrov Elməddinə zəng edərək onun həmin pulu düzəltdiyini dedikdə sonuncu razılaşmışdır. Ardınca Xosrov ona həmin pulu aparıb Elməddinı verəcəyini deyib çıxıb getmiş və həmin günün axşamı Xosrov ona telefonla zəng edərək verdiyi 3750 mant pulu Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində Elməddinə məxsus kart hesabına atdığını demiş və o da Xosrova öz təşəkkürümü bildirdim. Bundan sonra dəfələrdə Xosrovla əlaqə saxlayıb işin nə yerdə olduğu soruşduqda sonuncu Elməddinlə əlaqə saxlayıb ona xəbər verəcəyini demiş, lakin Elməddin hər dəfə müxtəlif bəhanələr gətirib işi yubandırmış, hətta bir neçə dəfə Xosrov onun yanında Elməddinə zəng vuraraq işin nə yerdə olduğunu soruşduqda sonnuncu hər dəfə bəhanə gətirmişdir. Bir müddət sonra Elməddinin dələdzuluq əməllərinə görə Ağdam RPŞ tərəfindən tutulub məsuliyyətə cəlb oldunduğunu öyrəndikdə sonuncunun ona qarşı da dələduzluq etdiyini bilmişdir. Daha sonra onun pulunu Elməddinə Xosrov verdiyi üçün sonuncu da Ağdam RPŞ-nə şikayət etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş cinayət işinin başlanması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə Ağdam rayon prokuroru, ədliyyə müşaviri X29 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə başlanmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş cinayət işinin başlanması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə Ağdam RPŞ-nin istintaq bölməsinin rəisi, polis mayoru Sadiq Alıyev tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə başlanmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş qərardan görünür ki, Ağdam RPŞnin istintaq bölməsinin rəisi, polis mayoru Sadiq Alıyev tərəfindən xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağdam rayon Məhkəməsinin qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş qərardan görünür ki, Ağdam RPŞnin istintaq bölməsinin rəisi, polis mayoru Sadiq Alıyev tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 131 №-li ekspertiza rəyinə əsasən, Təqsirləndirilən şəxs üzvü dissisiativ pozuntu XBT 10 F06.5 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, ona şamil edilən cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarinda olmuşdur, yəni ANLAQLİ olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Onda hal-hazırda əqli cəhətdən geri qalma və ləngimə əlamətləri müşahidə olunmur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən alınan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2022-ci il tarixli “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” X80 07 saylı Bərdə Ərazi İdarəsindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına əmlak qeydə alınmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X62 “Ağdam Rayon Mərkəzi Xəstəxanası” X85 tərəfindən verilmiş 24 yanvar 2024-cü il tarixli 56 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Ağdam Rayon Mərkəzi Xəstəxanası” X80 poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ağdam ruhi-əsəb dispanserindən daxil olmuş 24 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdən “Mülayim dərəcədə ifadə olunmuş üzvi dissosativ formalı qıcolma tutmaları. F 06.5” diaqnozu ilə Ağdam Ruhi- Əsəb dispanserinə dispanser müşahidəsindədir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü müdafiə üçün dəlil gətirərək özünü qismən də olsa təqsirli bilməmiş, həmçinin bəzi zərərçəkmiş şəxs qismində tanınmış şəxslərə qarşı dələduzluq əməlini etməməsini, həmçinin ona verilmiş 17 sentyabr 2024-cü il tarixli ittihamla razılaşmayaraq bəzi sənədlərə qol çəkməkdən imtina etmişdir. İstintaq zamanı alınmış ilkin izahat və ifadələr, üzləşdirmə protokolları, cinayət işi materillarında əlavə edilmiş səs yazılarını və görüntüləri əks etdirən disklər və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi oğurluq və dələduzluq cinayətləri tam olaraq sübuta yetirilmişdir. Buna görə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü müdafiə üçün dəlil gətirərək özünü təqsirli bilməməsi, həmçinin ona verilmiş 17 sentyabr 2024-cü il tarixli ittihamla razılaşmayaraq bəzi sənədlərə qol çəkməkdən imtina etməsi və bəzi zərərçəkmiş şəxs qismində tanınmış şəxslərə qarşı dələduzluq əməlini etməməsi özünü müdafiə kimi qiymətləndirilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağdam RPŞ-nin istintaq bölməsinin rəisi, polis mayoru Sadiq Alıyev tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi sonuncunun barəsində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək ibtidai istintaq davam etdirilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 49.1-ci maddəsində əsasən, yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bildiyindən, ********* və ********* nömrəli cinayət işləri xx.xx.2024-cü il tarixdə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə istintaq ********* nömrə altında davam etdirilmiş, həmin tarixdə iş üzrə əməl Azərbaycan Respublikası CM-in 177.2.3-1 və 178.2.2-ci maddələrinə tövsif edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan yeni ittiham, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan yeni ittiham irəli sürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş qərardan görünür ki, iş üzrə ibtidai istintaq müddəti Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən 18 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti Ağcabədi rayon məhkəməsinin hakimi Nuriyev Rəşad Mövsüm oğlunun 16 sentyabr 2024-cü il tarixli 4(017)-79/2024 nömrəli qərarı ilə 18 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs9 03 may 2024-cü il tarixli ərizsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət, tələb və iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs12 03 may 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti, tələb və iddiası yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs11 03 may 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs10 03 may 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs13 03 may 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs6 03 may 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs14 03 may 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs28 03 may 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs14 03 may 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs12 məhkəməyə ünvanladığı 07 yanvar 2025-ci il tarixli teleqramdan görünür ki, ona dəymiş zərər ödənilib və məhkəməyə səhətilə əlaqədar gələ bilmədiyinə görə məhkəmə iclasının onsuz keçirilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs23 məhkəməyə ünvanladığı 10 dekabr 2024-cü il tarixli teleqramdan görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və məhkəməyə səhətilə əlaqədar gələ bilmir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs27 məhkəməyə ünvanladığı 11 dekabr 2024-cü il tarixli teleqramdan görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ona dəymiş zərər tam olaraq ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə gələ bilməməsini nəzərə alınaraq iclasın onsuz keçirilməsinə etirazı yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs13 məhkəməyə ünvanladığı 11 dekabr 2024-cü il tarixli teleqramdan görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənildiyi üçün heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə gələ bilməməsini nəzərə alınaraq iclasın onun iştirakı olmadan keçirilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs19 məhkəməyə ünvanladığı 10 dekabr 2024-cü il tarixli teleqramdan görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs8 məhkəməyə təqdim etdiyi 11 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs26 Oktay qızının məhkəməyə təqdim etdiyi 11 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs10 məhkəməyə təqdim etdiyi 11 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs11 məhkəməyə təqdim etdiyi 30 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 16 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs29 4500 manat, Zərərçəkmiş şəxs24 6000 manat, Zərərçəkmiş şəxs19 2500 manat, Zərərçəkmiş şəxs20 4200 manat, Zərərçəkmiş şəxs23 3750 manat, Zərərçəkmiş şəxs22 Hüseyn oğlundan 2600 manat və Zərərçəkmiş şəxs26 Oktay qızınındam 5000 manat pulu Zərərçəkmiş şəxs18 vasitəsilə almış və Zərərçəkmiş şəxs18 həmin pulları zərərçəkmiş şəxslərin istəyi və xahişi ilə alıb bütöv halda Təqsirləndirilən şəxs vermiş və Zərərçəkmiş şəxs18 həmin pulların verilməsində hər hansı bir qazanc əldə etməmişdir. Bunun bəzilərini Təqsirləndirilən şəxs öz ifadısində bildirsə də, yuxarıda adlarını çəkdiyi şəxslərdən bir çoxundan pul almamasını bildirmişdir. Lakin, istintaq zamanı Zərərçəkmiş şəxs18 təqdim etdiyi pul çekləri, həmçinin üzləşdirmə istintaq hərəkətləri ilə bu sübuta yetirilmişdir. Bundan başqa, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərərəçəkmiş şəxslər olan Zərərçəkmiş şəxs5 1000 manat və X14 1000 manat pulu X11 vasitəsilə almış və Şahmar Cəbiyev həmin pulları zərərçəkmiş şəxslərin istəyi və xahişi ilə alıb bütöv halda Təqsirləndirilən şəxs vermiş və Şahmar Cəbiyev həmin pulların verilməsində hər hansı bir qazanc əldə etməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs18 və X11 əməllərində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin əlamətləri yoxdur. Buna görə də Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs18 və X11 həmin xüsusatlar üzrə əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinin tərkibi əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barələrində cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 16 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs18 tərəfindən təqdim edilmiş 02 ədəd qəbz, 1 ədəd səs yazılarını əks etdirən 1 ədəd Disk, həmçinin Zərərçəkmiş şəxs16 tərəfindən təqdim edilmiş 1 ədəd Disk, Əsəd Əhədov tərəfindən təqdim edilmiş 02 ədəd qəbz və üzləşdirmə protokollarını özündə əks etdirən 01 ədəd Disk maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə olunmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsi haqqında sənəddən görünür ki, Təqsirləndirilən şəxs atası X35 ikinci dərəcəli müddətsiz əlildir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı olmaqla xx.xx.2015-ci il təvəllüdlü X15 və xx.xx.2018-ci il təvəllüdlü X30 adlı uşaqları var. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilməsə də, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin əməl üzrə törətdiyi cinayət əməli onun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, həbs olunanadək Ağdam rayonu, Yusifcanlı kəndində qeydiyyatda olmaqla Ağdam rayonu, Qasımbəyli qəsəbəsi 29-da yaşamışdır. Zərərçəkmiş şəxs1 barəsində etdiyi şikayətlərlə tanış olmuş və bildirmişdir ki, Zərərçəkmiş şəxs1 müəllim olaraq tanıyır. Zərərçəkmiş şəxs1 ondan özünü təqaüdə çıxarmağı xahiş etdikdə həmin vaxt İmişli rayonundan olan tanışı X31 bu işlə məşğul olmasını bildiyindən Zərərçəkmiş şəxs1lə danışaraq razılaşmış, ardınca o, Əşrəflə danışaraq Zərərçəkmiş şəxs1 istəyini Əşrəfə bildirmişdir. Daha sonra Əşrəf bunun müqabilində 5000 manat pul istədikdə Zərərçəkmiş şəxs1 bu barədə bildirmiş və Zərərçəkmiş şəxs1 2018-ci ilin iyun-iyul aylarında Ağdam rayonu Təhsil Şöbəsinin qarşısında ona məxsus avtomobildə 5000 manat pulu Əşrəf Həsənova çatdırmağı üçün ona vermiş, o da həmin pulu həmin gün İmişli rayonu ərazisində Bəhramtəpədə Əşrəfə əlbəəl olaraq vermişdir. Bundan sonra Həmzənin sənədlərinin surətini götürərək Əşrəf vədinə əməl edərək Zərərçəkmiş şəxs1 təqaüdə çıxmasına köməklik etmişdir. Zərərçəkmiş şəxs1 təxminən bir ilə yaxın müddətdə təqaüd almış, lakin baş vermiş dəyişiklikərlə əlaqədar olaraq Zərərçəkmiş şəxs1 təqaüdü dövlət tərəfindən dayandırılmış və Zərərçəkmiş şəxs1 bu barədə narazılıq etdikdə Əşrəfə müraciət etməsini bildirmiş və bundan sonra bir müddət Zərərçəkmiş şəxs1lə görüşməmişdir. Lakin, sonradan Zərərçəkmiş şəxs1 ondan şikayət etməsini bildirmişdir. Onu da qeyd edtmişdir ki, Əşrəf Həsənovun vasitəsilə başqa tanışlarını da təqaüdə çıxmasına köməklik etmiş, eyni qaydada düzəltdiyi təqaüdlər dayandırıldığı üçün və bəzi şəxsləri isə vədinə əməl etməyərək təqaüdə çıxartmadığı üçün o, 2020-ci ildə İmişli RPŞyə Əşrəf Həsənov barədə şikayət etmiş və İmişli RPŞ-nin İstintaq bölməsində xatırlamadığı nömrə ilə fakta görə cinayət işi başlanılaraq istintaq aparılmış və araşdırma zamanı X87 və başqalarına dəymiş maddi ziyanı qaytartar o, da hamının pulunu özünə vermiş və həmin vaxt Zərərçəkmiş şəxs1 Əşrəf Həsənovdan pulunu alması, şikayətçi olmaması barədə ərizə vermişdir. Cinayət işinin sonrakı gedişatını xatırlamadığını bildirmişdir. Bundan başqa, 2020-ci ilin fevral ayında Zərərçəkmiş şəxs1 nasazlığın aradan qaldırılması məqsədilə özünə məxsus pul kartını ona vermiş və həmin kartda pul olmamışdır. Lakin, kartdan maksimum 200 manat məbləğində avans çıxarılmasını bilmiş və pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs1 kartından 200 manat pulunu avans yolu ilə çıxararaq şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 bundan xəbər tutmayacağını düşünmüş, lakin Zərərçəkmiş şəxs1 bundan xəbər tutmuş və ondan şübhələndikdə bu işdən xəbərsiz olduğunu bildirərək cinayət məsuliyyətindən yayınmaq istəmiş və Zərərçəkmiş şəxs1 pulu qaytarmamışdır. Buna görə də Zərərçəkmiş şəxs1 barəsində Ağdam RPŞ-yə şikayət etdikdə ilkin izahat zamanı etdiyi cinayətin sübut olunmayacağını düşünərək cinayət məsuliyyətindən yayınmaq üçün əməlini etiraf etməmiş, lakin bir neçə ay sonra etdiyi cinayət əməlinin videogörüntüləri əldə olunduqda artıq yalanı ortaya çıxmış və buna görə də həmin pulu Zərərçəkmiş şəxs1 öz xahişi ilə kartdan çıxararaq qaynatasına olan borcunun əvəzinə verdiyini bildirərək məsuliyyətdən yayınmaq istəmiş, lakin hazırda barəsində istintaq olunan cinayət işi etdiyi cinayət əməlləri üzrə ona ittiham olunaraq həbs olunmuş və cinayət məsuliyyətindən yayınmağa cəhd etməyin lüzumsuz olmasını başa düşmüş və buna görə də etdiyi əməllərdən peşmançılıq hissi keçirərək Zərərçəkmiş şəxs1 vurduğu 200 manat maddi ziyanı, eləcə də həmin ziyanın üzərinə bank faizi olaraq hesablanmış 12 manat maddi ziyanı olmaqla cəmi 212 mant maddi ziyanı Zərərçəkmiş şəxs1 ödəyərək barışmış və əməlini etiraf etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 təqaüdə çıxmasına Əşrəf Həsənovun vasitəsilə köməklik etməyi Həmzənin ona etibar etməsinə səbəb olmuş, eyni zamanda Zərərçəkmiş şəxs1 dayısının Riyasətin Tərtər rayonu Regional qaz idarəsində işlədiyini bilmişdir. 2019cu ilin oktyabr ayında aralarında olan inam və etibara, həmçinin dayısının qaz idarəsində işləməsinə əsaslanaraq Zərərçəkmiş şəxs1 qardaşı oğlu Siyavuşun Ağdam rayon X65 işə düzəlməsini ondan xahiş etdikdə pula ehtiyacı olduğu üçün razılaşmış və bunun müqabilində 500 manat pul istəmiş, ardınca Zərərçəkmiş şəxs1 də razılaşaraq Siyavuşdan 500 manat alaraq 2019-cu ilin oktyabr-noyabr ayında Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən Fazil Rüstəmova məxsus çayxanada ona vermişdir. Daha sonra o, tezliklə Siyavuşun işinin düzələcəyini bildirmiş və bundan təxminən 1 ay sonra Zərərçəkmiş şəxs1 Siyavuşun bacanağı Nicatı da həmin İdarəyə işə düzəltməyini ondan xahiş etdikdə Həmzə ilə razılaşaraq Siyavuşdan fərqli olaraq Nicatın qanuni şəkildə ştatlı işçi olacağını bildirib bunun üçün 1000 manat pul istəmiş, ardınca Zərərçəkmiş şəxs1 də Nicatdan 1000 manat pul alaraq Quzanlı qəsəbəsində yerləşən qaz idarəsinə işə düzəlməsinə köməklik etməyi üçün 2019-cu ilin təxminən oktyabr-noyabr aylarında Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən Fazil Rüstəmova məxsus çayxanada ona vermişdir. Bundan təxminən 10-15 gün sonra Zərərçəkmiş şəxs1 tələbə yoldaşı X23 hazırda adını xatırlamadığı övladını Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən Qaz İstismar idarəsinə işə düzəltmək istəməsini ona bildidikdə bununla razılaşaraq bunun üçün də 1000 manat pul istəmiş, ardınca Zərərçəkmiş şəxs1 1000 manat pulu Elşənin övladını Quzanlı qəsəbəsində yerləşən qaz idarəsinə işə düzəlməsinə köməklik etməyi üçün 2019-cu ilin təxminən oktyabr-noyabr aylarında Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən Fazil Rüstəmova məxsus çayxanada ona vermiş və bundan sonra hər dəfə Zərərçəkmiş şəxs1 onunla əlaqə saxladıqda sonuncuya gözləməsini bildirmişdir. Həmin ərəfələrdə, Zərərçəkmiş şəxs1 təqaüdü kəsilmiş və sonuncu onunla münasibətini korlamaq istəməmiş və onun vasitəsi ilə təqaüdünün bərpasına çalışmışdır. Daha sonra dəfələrlə şəxsən Həmzənin özü təqaüdünün bərpasına köməklik etməyini istəmiş və bunun müqabilində pul verəcəyini bildirmişdir. 2020-ci ilin fevral ayında o, Zərərçəkmiş şəxs1 təqaüdün bərpası üçün razılıq aldığını bildirib bunun üçün 1000 manat pul lazım olduğunu bildirmiş, lakin belə bir hal olmamış, sadəcə olaraq pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs1 bu şəkildə bildirmiş və Zərərçəkmiş şəxs1 dərhal razılaşmışdır. Ardınca o, Həmzənin dərhal razılaşmasının daha yüksək məbləği də verə biləcəyinə işarə etdiyini düşünərək bir müddət sonra Zərərçəkmiş şəxs1 təqaüdünü bərpası üçün 1500 manat pul lazım olmasını bildirdikdə sonuncu bununla razılaşmış və 2020-ci ilin fevral ayının 22-də o, Həmzənin yaşadığı evin qarşısına gedərək sonuncudan əlbəəl olaraq 1500 manat pulu təqaüdünü bərpa etdirmək adı ilə aldadaraq alıb tezliklə təqaüdünün bərpa olunacağını bildirmiş, hətta Zərərçəkmiş şəxs1 Siyavuşun, Nicatın və Elşənin oğlunun işinin düzəlməməsi ilə bağlı şübhələri olduğundan maaş kartını Həmzəyə girov verərək öz xətti ilə qəbz yazıb imzalamışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 mütəmadi olaraq onunla əlaqə saxlasa da, hər dəfə bəhanə gətirərək gölzəməyini bildirmiş və Həmzə də ona inanmışdır. Çünki, Həmzənin təqaüdünü düzəltmiş və sonuncu bir neçə ay təqaüd almışdır. Həmzə tez-tez zəng etdiyindən o, işlərinin pulun azlığı ucbatından düzəlməməsini bildirib Həmzənin öz işi üçün isə əlavə 250 manat pul lazım olduğunu deyərək 2020-ci ilin xatırlamadığı vaxlarında və xatırlamadığı yerlərdə Həmzədən həmin pulları almışdır. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 verdiyi vədlər yalançı vədlər olmuş və kimisə işə düzəltmək barədə səlahiyyətm olmamış, bununla bağlı olaraq əvvəlcədən iş görməyi düşünməmiş, sonradan da heç bir iş görməmişdir. O, sadəcə olaraq pula ehtiyacı olduğu üçün həmin cinayət əməllərini törətmiş və əməlindən çox peşman olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 özündən təqaüdünün bərpası üçün 1750, eləcə də onun vasitəsilə işə düzəlmələri adı ilə Siyavuşdan 500 manat, Nicatdan 1000 manat, Elşəndən 1000 manat olaraq aldığı pulları maddi imkanı olmadığı üçün qaytarmamış, lakin maddi imkanı imkan verdikdə qaytaracağına dair söz vermiş, həmçinin Zərərçəkmiş şəxs1 aldığı 5000 manatı isə həqiqətən də Əşrəf Həsənova vermiş və həm o, həm də Əşrəf Həsənov vədlərinə əməl edərək Həmzəni təqaüdə çıxmasına köməkilik etmiş, eyni zamanda həmin 5000 manatı Əşrəf Həsənov onun vasitə ilə Zərərçəkmiş şəxs1 qaytarmışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs2 xeyli müddətdir ki, tanıyır. Belə ki, sonuncunu Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində benzin satarkən tanımış və Nazimdən benzin almışdır. Əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Təxminən 2021-ci ilin aprel ayında Zərərçəkmiş şəxs2 tanışı X16 “BC” kateqoriyalı sürücülük vəsiqəsi almaq istəməsini, lakin özünün bunu bacarmamasını bildirib ondan sürücülük vəsiqəsi almaqda kömək etməyini istədikdə Nazimlə razılaşıb bunun üçün 1100 manat pul lazım olacağını bildirmiş, ardınca Nazim də Şükür Hümbətovla danışaraq razı olmasını bildirmiş və Şükür ilkin olaraq oxuması üçün Zərərçəkmiş şəxs2 100 manat pul vermişdir. Nazim də həmin pulu ona vermiş və o, həmin pulu Şükürün oxuması üçün X24-İmtahan və Texniki baxış şöbəsində işləyən Ələkbər adlı şəxsin vasitəsilə Şükürün təhsilə haqqısı üçün müvafiq hesaba ödəmiş və Şükür bir ay təhsil almışdır. Daha sonra Ələkbər vədinə əməl edərək Şükürün sənədlərini “BC” katqeqoriyalı sürücülük vəsiqəsi üçün hazırladıqdan sonra sənədləri mərkəzə təqdim etmiş, lakin, Şükürün gözündə problem olduğu üçün tibbi müayinədən keçə bilməmiş və sonuncuya yalnız “B” kateqoriyalı sürücülük vəsiqəsi veriləcəyi bildirilmişdir. Bundan sonra ona məxsus avtomobillə Nazimlə birlikdə X24- İmtahan və Texniki baxış şöbəsinə getmiş və 2021-ci ilin may ayında ona məxsus avtonmobildə Şükür Hümbətov zəhmət haqqı olaraq 1000 manat pulu sayıb ona vermiş və o, Şükürü imtahana göndərmişdir. Şükür imtahan verərək qanuni şəkildə sürücülük vəsiqəsini almış və vəsiqəsini aldıqdan sonra Ağdam rayonuna qayıtmış, lakin Ağdam rayonuna çatdıqda qəflətən heç bir əsaslı səbəb olmadan, Şükür özünün “BC” kateqoriyalı sürücülük vəsiqəsi almaq istəməsini bildirərək sənədlərini onun avtomobilinə ataraq çıxıb getmişdir. Daha sonra isə sənədləri Ağdam RPŞ-yə gətirərək təhvil vermiş və müvafiq qaydada araşdırma aparılmışdır. Qeyd etmişdir ki, o, 1000 manatı şəxsi ehtiyaclarına xərcləmiş, 100 manatı isə Şükürün təhsili üçün ödəniş etmişdir. O, həmin puldan heç kimə verməmiş, Şükür qanuni olaraq sürücülük vəsiqəsi almışdır. Onu da qeyd etmişdir ki, Şükür Hümbətov sağlamlıq kağızı almaq, eləcə də digər sənədləri toplamaq üçün əlavə olaraq 200 manat pul xərcləmişdir, lakin həmin pulları o, ələ keçirməmiş, Şükür Hümbətovun sənədlərinə xərcləmişdir. Bundan başqa, Şükür Hümbətova sürücülük vəsiqəsi almağa kömək edən ərəfədə Zərərçəkmiş şəxs21 və oğlu Şükür Hümbətovla aralarında inam etibar yaranmışdır. Sonuncular onun əlaqələrinin geniş olmasını düşünərək ondan Şükürü işə düzəltməyini xahiş etdikdə Şükürü X65 işə düzəldə biləcəyini deyərək bunun müqabilində 1500 manat pul istəmiş və sonuncular razılaşmışlar. 2021-ci ilin aprel ayında yaşadıqları evin qarşısında onun avtomobilində 1500 manat pulu həmin məqsədlə sayıb ona vermişlər. Əslində isə onun Şükürü işə düzləmək kimi səlahiyyəti olmamış, sadəcə olaraq pula ehtiyacı olduğu üçün yalançı vəd verərək 1500 manatı Zərərçəkmiş şəxs21 almışdır. Sonra isə hər dəfəsində gözləmələrini deyərək vaxtı uzatmışdır. İzahat verərkən isə məsuliyyədən yayınmaq üçün əməlini etiraf etməmiş, həmçinin həmin ərəfədə Zərərçəkmiş şəxs21 arxivdən sənədlərinin surətinin çıxarılmasının gərəkli olmasını və bunu bacaramamasını ona bildirdikdə bunu etmək imkanına malik olmasa da, belə imkanının olması barədə yalançı vəd verərək Nüşabə Səlimavadan bunun üçün 350 manat pul istəmiş və Zərərçəkmiş şəxs21 razılaşmış, ardınca evində 350 manatı ona vermişdir. Daha sonra eyni qaydada Zərərçəkmiş şəxs21 hər dəfə gözləməsini deyərək aldatmışdır. Bundan başqa, bildirmişdir ki, Zərərçəkmiş şəxs2 ifadəsində həqiqətləri qeyd edir. Belə ki, aralarında əvəlcədən olan inam və etibara əsasən Nazim ondan işə düzəlməsini xahiş etdikdə sonuncunu X65 sürücü kimi işə düzəldəcəyi ilə bağlı olaraq vəd verərək 2021-ci ilin may ayında Ağdam rayonu Quzanlı qəsəbəsində sonuncunun yaşadığı evin qarşısında əlbəəl olaraq 1000 manat pul almış, əslində isə belə bir səlahiyyəti olmamış, sadəcə olaraq pula ehtiyacı olduğu üçün Nazimi aldadaraq 1000 manat pulunu almış və şəxsi ehtiyaclarına xərcləmişdir. O da həmin pulu qaytara bilməmiş, həmçinin Nazimi işə düzlədəcəyi barədə vədinə də əməl etməmiş, buna görə də Nazim ondan şikayət etmişdir. O, etdiyi cinayət məsuliyyətindən yayınmaq üçün hər dəfə əməlini etiraf etməsə də, daha sonra əməlindən peşman olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs2 qarşı etdiyi dələduzluq əməlini dərk etmişdir. Bundan başqa, bildirmişdir ki, Zərərçəkmiş şəxs3 ifadəsində həqiqətləri qeyd edir. Belə ki, o, Nizamini X65 çilingər kimi işə düzəldəcəyi ilə bağlı olaraq vəd verərək 2021-ci ilin iyun ayında qardaşı Zərərçəkmiş şəxs2 Ağdam rayonu Quzanlı qəsəbəsində sonuncunun yaşadığı evin qarşısında əlbəəl olaraq 900 manat nağd pul almış, əslində isə onun belə bir səlahiyyəti olmamış, sadəcə olaraq pula ehtiyacı olduğu üçün Nazimi aldadaraq qardaşı Nizamini işə düzəldəcəyi adı ilə sonuncunun 900 manat pulunu almış və şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra o, həmin pulu qaytara bilməmiş, həmçinin Nizamini işə düzlədəcəyi barədə vədinə də əməl etməmişdir. Buna görə də Nazim ondan şikayət etmişdir. O, cinayət məsuliyyətindən yayınmaq üçün hər dəfə əməlini etiraf etməsə də, sonradan əməlindən peşman olduğunu, Nazim və Zərərçəkmiş şəxs3lara qarşı etdiyi dələduzluq əməllərini dərk etdiyini bildirmişdir. Bundan başqa, bildirmişdir ki, Zərərçəkmiş şəxs4 ifadəsində həqiqətləri qeyd edir. Belə ki, o, Ruslanı X65 çilingər kimi işə düzəldəcəyi ilə bağlı olaraq vəd verərək 2021-ci ilin iyun ayında sonuncunun dayısı Zərərçəkmiş şəxs2 Ağdam rayonu Quzanlı qəsəbəsində sonuncunun yaşadığı evin qarşısında əlbəəəl olaraq 850 manat nağd pul almış, əslində isə belə bir səlahiyyəti olmamış, sadəcə olaraq pula ehtiyacı olduğu üçün Nazimi aldadaraq bacısı oğlu Ruslanı işə düzəldəcəyi adı ilə sonuncunun 850 manat pulunu alıb şəxsi ehtiyaclarına xərcləmiş və bu səbəbdən həmin pulu qaytara bilməmiş, həmçinin Ruslanı işə düzlədəcəyi barədə vədinə də əməl etməmişdir. Buna görə də Nazim ondan şikayət etmişdir. O, cinayət məsuliyyətindən yayınmaq üçün hər dəfə əməlini etiraf etməsə də, sonradan əməlindən peşman olduğunu, Nazim və Zərərçəkmiş şəxs4lara qarşı etdiyi dələduzluq əməllərini dərk etdiyini bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs8 tanışı Zərərçəkmiş şəxs13 vasitsəilə tanımışdır. Belə ki, Hüsü oğlu Cavidi X84a işə düzəltmək istədiyini bildiyində Zərərçəkmiş şəxs8 oğlunu işə düzəldə biləcəyini bildirib bunun müqabilində Zərərçəkmiş şəxs8 5000 manat pul istəmiş və Hüsü də bununla razılaşmışdır. 2023-cü ilin mart ayının 8-də Zərərçəkmiş şəxs8 yaşadığı Ağdam rayonu Kolqışlaq kəndində yerləşən evində sonuncudan əlbəəl olaraq 5000 manat pulu almış və əslində isə onun belə bir səlahiyyəti olmamış, sadəcə olaraq pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs8 aldadaraq oğlu Cavidi işə düzəldəcəyi adı ilə Hüsünün 5000 manat pulunu alıb şəxsi ehtiyaclarına xərcləmiş, sonradan isə həmin pulu qaytara bilməmiş, həmçinin Cavidi işə düzlədəcəyi barədə vədinə də əməl etməmişdir. Buna görə də Zərərçəkmiş şəxs8 ondan şikayət etdikdə cinayət məsuliyyətindən yayınmaq üçün hər dəfə əməlini etiraf etməsə də, sonradan əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs8 qarşı etdiyi dələduzluq əməlini dərk etdiyini bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs7 X3 vasitəsilə tanımış, Xudaverdi Zərərçəkmiş şəxs7 təcili bibbi yardım stansiyasına işə düzəlmək istədiyini ona bildirdikdə bunun müqabilində Fəridin 4500 manat pul verməli olduğunu demiş, ardınca Xudaverdi Fəridlə danışaraq razılaşıb 2023-cü ilin mart ayında xatırlamadığı gündə saat 17 radələrində Xudaverdi Quliyevin yaşadığı Ağdam rayonu Bənövşələr qəsəbəsi 275 saylı evdə sonuncudan əlbəəl olaraq 4500 almış, əslində isə belə bir səlahiyyəti olmamış, sadəcə olaraq pula ehtiyacı olduğu üçün Xudaverdi Quliyevi aldadaraq tanışı Zərərçəkmiş şəxs7 işə düzəldəcəyi adı ilə sonuncunun 4500 manat pulunu alıb şəxsi ehtiyaclarına xərcləmişdir. O, həmin pulu qaytara bilməmiş, həmçinin Fəridi işə düzlədəcəyi barədə vədinə də əməl etməmişdir. Buna görə də Zərərçəkmiş şəxs7 ondan şikayət etdikdə cinayət məsuliyyətindən yayınmaq üçün hər dəfə əməlini etiraf etməsə də, sonradan əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs7 qarşı etdiyi dələduzluq əməlini dərk etdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs7 vurduğu maddi ziyanı tam şəkildə ödəyərək sonuncu ilə barışmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs26 Zərərçəkmiş şəxs18 vasitəsilə tanımış, X17 işə düzəlmək istədiyini bildirdikdə Zərərçəkmiş şəxs26 qızı Əfsanəni 4 saylı DOST mərkəzinə işə düzəldə biləcəyini Xosrova bildirib bunun müqabilində 5000 manat pul istəmiş, ardınca Zərərçəkmiş şəxs18 Zərərçəkmiş şəxs26 ilə danışaraq razılaşmış və 2023-cü ilin may ayının 25-də xatırlamadığı saatda Ağcabədi rayonu Sarıcalı kəndi ərazisində yerləşən “Çinar” adlandırılan yeməkxanada Zərərçəkmiş şəxs18 Zərərçəkmiş şəxs26 məxsus 5000 manat pulu əlbəəl olaraq almış, əslində isə belə bir səlahiyyəti olmamış, sadəcə olaraq pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs18 aldadaraq tanışı Zərərçəkmiş şəxs26 qızı Əfsanəni işə düzəldəcəyi adı ilə Zərərçəkmiş şəxs26 5000 manat pulunu alıb şəxsi ehtiyaclarına xərcləmiş, sonradan isə həmin pulu qaytara bilməmiş, həmçinin Əfsanəni işə düzlədəcəyi barədə vədimə də əməl etməmişdir. Buna görə də Zərərçəkmiş şəxs26 bu barədə şikayət etdikdə cinayət məsuliyyətindən yayınmaq üçün hər dəfə əməlini etiraf etməsə də, sonradan əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs26 qarşı etdiyi dələduzluq əməlini dərk etmişdir. O, Zərərçəkmiş şəxs26 vurduğu maddi ziyanı tam şəkildə ödəyərək sonuncu ilə barışmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs18 vasitəsilə tanımış və Zərərçəkmiş şəxs18 Zərərçəkmiş şəxs6 oğlu Sadiqin sürücülük vəsiqəsi almaq istəməsini, lakin bunu bacarmamasını, kömək lazım olmasını ona bildirdikdə kömək edə biləcəyini bildirib bunun üçün 1100 manat pul istəmiş, ardınca Zərərçəkmiş şəxs18 Zərərçəkmiş şəxs6la razılaşaraq Zərərçəkmiş şəxs6 məxsus 650 manat pulu 2023-cü ilin iyun ayının ortalarında Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində əlbəəl olaraq, həmçinin Zərərçəkmiş şəxs6 məxsus 450 manat pulu 2023-cü ilin iyun ayının sonlarında Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində əlbəəl olaraq verməklə Zərərçəkmiş şəxs6 məxsus 1100 manat pulu ona vermiş, əslində isə belə bir səlahiyyəti olmamış, sadəcə olaraq pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs18 aldadaraq tanışı Zərərçəkmiş şəxs6 övladı Sadiqə sürücülük vəsiqəsi almağa köməklik edəcəyi adı ilə Zərərçəkmiş şəxs6 1100 manat pulunu alıb şəxsi ehtiyaclarına xərcləmiş, sonradan isə həmin pulu qaytara bilməmiş, həmçinin Sadiqə sürücülük vəsiqəsi almağa köməklik barədə vədinə də əməl etməmişdir. Buna görə də Zərərçəkmiş şəxs6 ondan şikayət etdikdə cinayət məsuliyyətindən yayınmaq üçün hər dəfə əməlini etiraf etməsə də, sonradan əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs6 qarşı etdiyi dələduzluq əməlini dərk etdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs6 vurduğu maddi ziyanı tam şəkildə ödəyərək sonuncu ilə barışdığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs28 X3 vasitəsilə tanıdığını, Zərərçəkmiş şəxs28 telefon danışığı zamanı ona sürücülük vəsiqəsi almaq istədiyini bildirdikdə Sahilə 1050 manat müqabilində sürcülük vəsiqəsi almağa köməklik edəcəyi barədə vəd verərək özünə məxsus **********982807 nömrəli “Kapital Bank ASC”dən verilmiş plastik kart hesabına həmin 1050 manatı ödəməsini bildirdikdə Zərərçəkmiş şəxs28 özünə məxsus 1050 manat pulu 2023-cü ilin iyul ayının 31-də saat 16:27-da ona məxsus həmin kart hesabına ödədikdən sonra o da həmin pulu xatırlamdığı yerdən bankomatdan çıxararaq şəxsi ehtiyaclarına xərcləmiş, əslində isə belə bir səlahiyyəti olmamış, sadəcə olaraq pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs28 sürücülük vəsiqəsi almağa köməklik edəcəyi adı ilə aldadaraq sonucuya məxsus 1050 manat pulunu alıb şəxsi ehtiyaclarına xərcləmiş, sonradan isə həmin pulu qaytara bilməmiş, həmçinin Sahilə sürücülük vəsiqəsi almağa köməklik barədə vədinə də əməl etməmiş, buna görə də Zərərçəkmiş şəxs28 ondan şikayət etdikdə cinayət məsuliyyətindən yayınmaq üçün hər dəfə əməlini etiraf etməsə də, sonradan əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs28 qarşı etdiyi dələduzluq əməlini dərk etdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs28 vurduğu maddi ziyanı tam şəkildə ödəyərək sonuncu ilə barışmışdığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs10 X3 vasitəsilə tanıdığını, aralarında olan danışıq zamanı Xudavardi Farizin dostu Həsən adlı şəxsin sürücülük vəsiqəsi almasına köməklik lazım olmasını bildirdikdə Xudaverdiyə sürücülük vəsiqəsi almağa köməklik edə biləcəyini bildirib bunun müqabilində 1300 manat pul istəyib uzaqda olduğu üçün kartının nömrələrini Xudaverdiyə demiş və Xudaverdi 2023-cü ilin avqust ayının 8-də ona məxsus **********982807 nömrəli kapitalbank ASC-dən verilmiş plastik kart hesabına 1050 manat, daha sonra isə onun dediyi xatırlamdığı hesaba 250 manat olmaqla Fariz Allahayarova məxsus 1300 manat pulu ödədikdən sonra həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmiş, əslində isə belə bir səlahiyyəti olmamış, sadəcə olaraq pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs10 tanışı Həsənə sürücülük vəsiqəsi almağa köməklik edəcəyi adı ilə aldadaraq birinciyə məxsus 1050 manat pulunu alıb şəxsi ehtiyaclarına xərcləmiş, sonradan isə həmin pulu qaytara bilməmiş, həmçinin Farizə sürücülük vəsiqəsi almağa köməklik barədə vədinə də əməl etməmişdir. Buna görə də Zərərçəkmiş şəxs10 ondan şikayət etdikdə cinayət məsuliyyətindən yayınmaq üçün əməlini etiraf etməsə də, sonradan əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs10 qarşı etdiyi dələduzluq əməlini dərk etdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs10 vurduğu maddi ziyanı tam şəkildə ödəyərək sonuncu ilə barışdığını bildirmişdir. Bundan başqa, X13 2023-cü ilin iyul ayından tanışı Zərərçəkmiş şəxs18 vasitəsilə tanımış və Şahmar Cəbiyevin barəsində qeyd etdikləri ilə tanış olmasını və sonuncunun doğru danışmasını bildirmişdir. Belə ki, 2023-cü ilin avqust ayında Şahmar Cəbiyev ona qohumları Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs27 sürücülük vəsiqəsi almaq istəmələrini, bu işdə sonunculara köməklik lazım olmasını ona bildirdikdə bunun üçün hər birinin 1000 manat pul verməli olmasını bildirdikdən sonra Şahmar Cəbiyev bir müddət sonra ona zəng edərək razılaşdığını və pulu Zərərçəkmiş şəxs5 almaq üçün Bərdə rayonu ərazisində yerləşən 688 saylı Məcburi Köçkün qəsəbəsinə getməyi təklif etdif etdikdə razılaşıb özünə məxsus avtomobillə həmin yerə getmiş, daha sonra Şahmar Cəbiyev avtomobildən enərək Zərərçəkmiş şəxs5la görüşüb geri qayıtmış və 2023-cü ilin avqust ayının 25-də saat 21 radələrində Bərdə rayonu ərazisində yerləşən 688 saylı Məcburi Köçkün qəsəbəsi ərazisində ona məxsus “Lada” markalı avtomobildə Şahmar Cəbiyev Zərərçəkmiş şəxs5 məxsus 1000 manat pulu əlbəəl olaraq ona verdikdən sonra həmin pulları şəxsi ehtiyaclarına xərcləmiş, lakin vədinə əməl etməyərək Nihat Mahmudovun sürücülük vəsiqəsi almasına köməklik edə bilməmişdir. Əslində isə onun belə bir səlahiyyəti olmamış, sadəcə olaraq pula ehtiyacı olduğu üçün Şahmar Cəbiyevi tanışı Nicata sürücülük vəsiqəsi almağa köməklik edəcəyi adı ilə aldadaraq sonucuya məxsus 1000 manat pulunu alıb şəxsi ehtiyaclarına xərclədikdən sonra həmin pulu qaytara bilməmiş, həmçinin Nicata sürücülük vəsiqəsi almağa köməklik barədə vədinə də əməl etməmişdir. Buna görə də Şahmar Cəbiyev ondan şikayət etdikdə cinayət məsuliyyətindən yayınmaq üçün hər dəfə əməlimi etiraf etməsə də, sonradan əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs5 qarşı etdiyi dələduzluq əməlini dərk etdiyini, Zərərçəkmiş şəxs5 vurduğu maddi ziyanı Şahmar Cəbiyev vasitəsilə tam şəkildə ödəyərək sonuncu ilə barışdığını bildirmişdir. Həmçinin, X82 Quliyevə sürücülük vəsiqəsi almağa köməklik etməyi üçün sonuncuya məxsus 1000 manat pulu 2023-cü ilin sentyabr ayının 15-də saat 19:49-da ona məxsus **********982807 nömrəli kapitalbank ASC-dən verilmiş plastik kart hesabına ödədikdən sonra həmin pulları çıxaxaraq şəxsi ehtiyaclarına xərcləmiş, lakin Zərərçəkmiş şəxs27 sürücülük vəsiqəsi almağa köməklik edə bilməmiş, əslində isə belə bir səlahiyyəti olmamış, sadəcə olaraq pula ehtiyacı olduğu üçün Şahmar Cəbiyevi tanışı Nihada sürücülük vəsiqəsi almağa köməklik edəcəyi adı ilə aldadaraq sonucuya məxsus 1000 manat pulunu alıb şəxsi ehtiyaclarına xərcləmiş, sonradan isə həmin pulu qaytara bilməmiş, həmçinin Nihada sürücülük vəsiqəsi almağa köməklik barədə vədinə də əməl etməmişdir. Buna görə də Şahmar Cəbiyev ondan şikayət etdikdə cinayət məsuliyyətindən yayınmaq üçün hər dəfə əməlini etiraf etməsə də, sonradan əməlindən peşman olduğunu, Nihad Quliyevə qarşı etdiyi dələduzluq əməlini dərk etdiyini, Nihad Quliyevə vurduğu maddi ziyanı Şahmar Cəbiyev vasitəsilə tam şəkildə ödəyərək sonuncu ilə barışdığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs9 X3 vasitəsilə tanımış və 2023-cü ilin avqust ayında Xudaverdi Zərərçəkmiş şəxs9 sürücülük vəsiqəsi almaq istəməsini və bunun üçün sonuncuya köməklik lazım olduğunu bildirdikdə köməklik edə biləcəyini bildirib bunun üçün 1300 manat pul lazım olacağını bildirdikdən sonra 2023-cü ilin avqust ayının 18-də saat 16:19-da Xudaverdi Quliyevin vasitəsilə Zərərçəkmiş şəxs9 mənə məxsus **********982807 nömrəli kapitalbank ASC-dən verilmiş plastik kart hesabına 1200 manat, 17 oktyabr 2023cü il tarixdə saat 13:39-da isə Zərərçəkmiş şəxs9 tərəfindən ona məxsus olan **********113668 nömrəli kapitalbank ASC-dən verilmiş plastik kart hesabına 100 manat olmaqla cəmi 1300 manat kartına ödəndikdən sonra o, həmin pulları çıxarıb şəxsi ehtiyaclarına xərcləmiş, əslində isə belə bir səlahiyyəti olmamış, sadəcə olaraq pula ehtiyacı olduğu üçün Xudaverdi Quliyevi tanışı Turala sürücülük vəsiqəsi almağa köməklik edəcəyi adı ilə aldadaraq sonucuya məxsus 1300 manat pulunu alıb şəxsi ehtiyaclarına xərcləmiş, sonradan isə həmin pulu qaytara bilməmiş, həmçinin Turala sürücülük vəsiqəsi almağa köməklik barədə vədinə də əməl etməmişdir. Buna görə də Zərərçəkmiş şəxs9 ondan şikayət etdikdə cinayət məsuliyyətindən yayınmaq üçün hər dəfə əməlini etiraf etməsə də, sonradan əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs9 qarşı etdiyi dələduzluq əməlini dərk etdiyini, Zərərçəkmiş şəxs9 vurduğu maddi ziyanı tam şəkildə ödəyərək sonuncu ilə barışdığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs12 onun tanışıdır və 2023-cü ilin noyabr ayının sonlarında Fikrət sürücülük vəsiqəsi almaqda ondan köməklik istədikdə sonuncu ilə razılaşaraq bunun üçün 1100 manat pul istəmiş, ardınca Fikrət də bununla razılaşmış və **********901695 nömrəli kart hesabında saxladığı 500 (beş yüz) manat pulu 2023-cü ilin noyabr ayının 29-da saat 11:44-də, “Birbank” mobil tətbiqi vasitəsilə ona məxsus **********113668 nömrəli plastik kart hesabına, həmçinin özünə məxsus 600 manat pulu 2023-cü ilin dekabr ayının 01-də saat 20:08-də ona məxsus **********113668 nömrəli plastik kart hesabına ödədikdən sonra həmin pulları hesabından çıxararaq şəxsi ehtiyaclarına xərcləmiş, əslində isə belə bir səlahiyyəti olmamış, sadəcə olaraq pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs12 sürücülük vəsiqəsi almağa köməklik edəcəyi adı ilə aldadaraq sonucuya məxsus 1100 manat pulunu alıb şəxsi ehtiyaclarına xərcləmiş, sonradan isə həmin pulu qaytara bilməmiş, həmçinin Fikrətə sürücülük vəsiqəsi almağa köməklik edəcəyi barədə vədinə də əməl etməmişdir. Buna görə də Zərərçəkmiş şəxs12 ondan şikayət etdikdə cinayət məsuliyyətindən yayınmaq üçün hər dəfə əməlini etiraf etməsə də, sonradan əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs12 qarşı etdiyi dələduzluq əməlini dərk etdiyini, sonuncuya vurduğu maddi ziyanı tam şəkildə ödəyərək barışdığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs11 onun tanışıdır və 2023-cü ilin noyabr ayının sonlarında Qalib sürücülük vəsiqəsi almaqda ondan köməklik istədikdə razılaşaraq bunun üçün 1100 manat pul istəmiş, ardınca Qalib də bununla razılaşıb özünə məxsus 500 manat pulu 2023-cü ilin noyabr ayının sonlarında xatırlamadığı tarixdə və vaxtda Ağcabədi rayonu Sarıcallı kəndi ərazisində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunlarının N saylı hərbi hissəsinin qarşısında əlbəəl olaraq, 500 manat pulu 2023-cü ilin noyabr ayının sonlarında xatırlamadığı tarixdə və vaxtda Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində əlbəəl olaraq, həmçinin 100 manat pulu 2023-cü ilin dekabr ayının əvvəllərində xatırlamadığı tarixdə və vaxtda ona məxsus **********113668 nömrəli plastik kart hesabına ödədikdən sonra o, həmin pulları şəxsi ehtiyaclarına xərcləmiş, əslində isə belə bir səlahiyyəti olmamış, sadəcə olaraq pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs11 sürücülük vəsiqəsi almağa köməklik edəcəyi adı ilə aldadaraq sonucuya məxsus 1100 manat pulunu alıb şəxsi ehtiyaclarına xərcləmiş, sonradan isə həmin pulu qaytara bilməmiş, həmçinin Qalibə sürücülük vəsiqəsi almağa köməklik barədə vədinə də əməl etməmişdir. Buna görə də Zərərçəkmiş şəxs11 ondan şikayət etdikdə cinayət məsuliyyətindən yayınmaq üçün hər dəfə əməlini etiraf etməsə də, sonradan əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs11 qarşı etdiyi dələduzluq əməlini dərk edərək sonuncuya vurduğu maddi ziyanı tam şəkildə ödəyərək sonuncu ilə barışdığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs14 tanışı Zərərçəkmiş şəxs13 vasitəsilə tanımış və 2023cü ilin yanvar ayında Zərərçəkmiş şəxs13 Zərərçəkmiş şəxs14 həyat yoldaşı Sevinc Hüseynovanı işə düzəlmək istədiyini bildirdikdə X44 RMX-ya işə düzəldə biləcəyini bildirib bunun müqabilində 3500 manat pul istəmiş, ardınca Zərərçəkmiş şəxs13 Zərərçəkmiş şəxs14la danışaraq razılaşıb sonuncuya məxsus 3500 manat pulu ona Şünasibdən alıb gətirərək əlbəəl olaraq Ağdam rayonu Quzanlı qəsəbəsində vermişdir. Daha sonra o, həmin pulları bir müddət özündə saxlayaraq vədinə əməl edə bilməyərək Ramilin vasitəsilə Şünasibə göndərmiş, lakin 2023-cü ilin may ayında pula ehtiyacı olduğu üçün Şünasibdən həmin pulları almaq qərarına gəlib sonuncuya zəng edərək Sevincin işinin hazır olmasını bildirdikdə Şünasib 200 manat pulu xərclədiyini, 3300 manat pulunun qalmasını ona bildirdikdə sonuncu ilə razılaşaraq pulu ona məxsus kart hesabına göndərməsini bildirdikdən sonra xatırlamadığı kart hesabını Şünasibə bildirdikdən sonra sonuncu 2023cü ilin may ayında 3300 manat pulu ona məxsus kart hesabına, eləcə də 150 manat pulu bir neçə gün sonra eyni qaydada ona məxsus kart hesabına göndərdikdən sonra həmin pulları şəxsi ehtiyaclarına xərcləmiş, əslində isə belə bir səlahiyyəti olmamış, sadəcə olaraq pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs14 arvadını işə düzəldəcəyi adı ilə aldadaraq sonucuya məxsus 3450 manat pulunu alıb şəxsi ehtiyaclarına xərcləmiş, sonradan isə həmin pulu qaytara bilməmiş, həmçinin Şünasibin arvadı Sevincə işə qəbulla bağlı köməklik barədə vədinə də əməl etməmişdir. Buna görə də Zərərçəkmiş şəxs14 ondan şikayət etdikdə cinayət məsuliyyətindən yayınmaq üçün hər dəfə əməlini etiraf etməsə də, sonradan əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs14 qarşı etdiyi dələduzluq əməlini dərk etdiyini, sonuncuya vurduğu maddi ziyanı tam şəkildə ödəyərək barışdığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs13 2023-cü ilin fevral ayında Gəncə şəhərində yaşayan dostunun həyat yoldaşının təqaüdünün dayanmasını, təqaüdünün bərpa olunması üçün köməklik lazım olduğunu ona bildirdikdə Ramilə köməklik edəcəyi barədə vəd verərək bunun üçün 4000 manat pul istəmiş, ardınca Ramil dostu ilə danışaraq ona razı olduqlarını bildirdikdən sonra 2023-cü ilin fevral ayının xatırlamadığı günündə Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən Camal adlı şəxsin sexinin yaxınlığında ona məxsus avtomobildə 4000 manat pulu sayıb ona vermiş, daha sonra həmin puldan 250 manatını sənəd toplayacağını bildirərək Zərərçəkmiş şəxs13 qaytarıb 3750 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmiş, əslində isə belə bir səlahiyyəti olmamış, sadəcə olaraq pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs13 dostu Arzunun adını xatırlamadığı arvadını işə düzəldəcəym adı ilə aldadaraq Arzuya məxsus 3750 manat pulunu alıb şəxsi ehtiyaclarına xərcləmiş, sonradan isə həmin pulu qaytara bilməmiş, həmçinin Ramilin dostu Arzunun arvadını işə qabulla bağlı köməklik edəcəyi barədə vədinə də əməl etməmişdir. Buna görə də Zərərçəkmiş şəxs13 ondan şikayət etdikdə cinayət məsuliyyətindən yayınmaq üçün hər dəfə əməlini etiraf etməsə də, sonradan əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs13 və dostu Arzuya qarşı etdiyi dələduzluq əməlini dərk etdiyini, Arzuya vurduğu maddi ziyanı Zərərçəkmiş şəxs13 vasitəsilə tam şəkildə ödəyərək sonuncu ilə barışdığını bildirmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs15 tanıyır və sonuncu ilə Xosrovun vasitəsilə tanış olmuşdur. O, Elgizlə bir neçə dəfə görüşmüş, lakin Elgizin anasının pensiyasının bərpa edilməsi ilə bağlı sonuncudan heç bir məbləğdə pul almamış, lakin Xosrov ona zəng edərək öz evlərinin qarşısına çağırmış və həmin vaxt Xosrov ona “Allahverdinin pulundan sonra Elgiz də gətirib mənə 5000 manat pul verdi” deyə bildirmişdir. Bundan sonra Xosrov Elgizin evində söz-söhbətin olduğunu və həmin pulu xərclədiyini demişdir Bildirmişdir ki, onun həmin puldan xəbəri yoxdur və ona pul çatmamışdır. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs16 tanıyır. Belə ki, o, Allahverdini dostu Xosrovun vasitəsi ilə tanımışdır. 2023-cü ilin may ayında Xosrov ona Allahverdi adlı tanışının olduğunu və sonuncunun oğlunu Ağdam TTYS-də işə düzəltmək istədiyini dedikdə o, “Hacıağa ilə danışıb deyərəm” deyə cavab vermişdir. Bundan sonra o, Hacıağa ilə danışdıqda sonuncu həmin işi 4000 manata düzəldə biləcəyini demiş, ardınca o da bu barədə Xosrova demişdir. 2023-cü ilin may ayının xatırlamadığı günündə Xosrov ona 4000 manat pul verdikdən sonra o da həmin pulu Bakı şəhərinə Hacıağaya vermiş, lakin Hacıağa onu aldatmış, sonradan isə o, Hacıağadan pulunu geri alan zaman Xosrova həmin pulu qaytarmışdır. Bundan başqa, bildirmişdir ki, Zərərçəkmiş şəxs17 tanıyır və sonuncu ilə arasında normal münasibət olmuşdur. 2023-cü ilin dekabr ortalarında Əsəd ona bacısı oğluna sürücülük vəsiqəsi düzəltmək lazım olduğunu dedikdə o “adını yazdıraq, sürücük məktəbini oxusun, yaşı çatanda alıb verərik” deyə cavab vermişdir. Buna görə də 2023-cü ilin dekabr ayının sonlarında Əsəd onun kartına 950 manat pul göndərmiş, o da sürücülük vəsiqəsi düzəltmək üçün adını yazdırmış və daha sonra isə həmin uşaq sürücülük vəsiqəsi almışdır. Bundan başqa o, Ağdam rayon sakinləri Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs25 şikayətləri ilə tanış olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs20 heç tanımır və sonuncu ilə heç bir yerdə görüşməmişdir. O, Nəvai adlı şəxsdən və yaxud Xosrovun vasitəsi ilə ondan pul almamış və həmin şəxslə heç bir danışığa getməmişdir. Bundan başqa o, bildirmişdir ki, Zərərçəkmiş şəxs22 də tanımır və sonuncu ilə heç bir yerdə görüşməmişdir. O, Niyaməddin adlı şəxsdən və yaxud Xosrovun vasitəsi ilə həmin şəxsdən pul almamış və Niyaməddin adlı şəxslə heç bir danışığa getməmişdir. Bundan başqa bildirmişdir ki, Elvanə Behbudovanı əvvəldən tanıyır və sonuncu ilə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. O, Əlvanə ilə sonuncunun qızını işə düzəltmək barədə heç bir danışığa getməmiş və ya Xosrovun vasitəsi ilə həmin şəxsdən pul almamışdır. Bundan başqa o, bildirmişdir ki, Zərərçəkmiş şəxs29 Ağdam rayon sakini kimi, həmçinin Zərərçəkmiş şəxs18 qohumu kimi tanıyır və sonuncu ilə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. O, Qurbanın həyat yoldaşına təqaüd düzəltmək üçün sonuncu ilə heç bir danışığa getməmiş və heç bir məbləğdə pul almamış, həmçinin həmin məsələ ilə bağlı da Xosrovun əli ilə heç bir iş görməmişdir. Bundan başqa o, bildirmişdir ki, Zərərçəkmiş şəxs19 adlı şəxsi tanımır və sonuncu ilə arasında heç bir danışıq olmamış, həmçinin Xosrovun vasitəsi ilə Nicat adlı şəxsin hər hansı bir işini düzəltmək üçün danışığa getməmişdir. Bundan başqa o, bildirmişdir ki, Zərərçəkmiş şəxs25 əvvəldən tanıyır və təxminən 2023-cü ilin dəqiq tarixini xatırlamadığı bir vaxtında o, Bakı şəhərində olan zaman Xosrov ona telefonla zəng edib müəllim yoldaşının atası olan İsmayıl adlı şəxslə Bakı şəhərində görüşməyini və sonuncudan pul alıb gətirməyini demişdir. Daha sonra İsmayıl adlı şəxslə Bakı ərazisində dəqiq yerini xatırlamadığı yerdə görüşmüş və görüş zamanı İsmayıl ona pul verməyəcəyini, özü rayona gedən zaman Xosrova həmin pulu verəcəyini demişdir. Bildirmişdir ki, onun İsmayıl ilə danışığı bu qədər olmuş və bundan başqa, İsmayıl adlı şəxslə heç bir danışığa getməmiş və sonuncudan heç bir məbləğdə pul almamışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs15, X8, Zərərçəkmiş şəxs22 Hüseyn oğlunun, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs26 Oktay qızının və Zərərçəkmiş şəxs21 zərərçəkmiş şəxs qismində verdikləri ifadələri, iş materiallarında olan digər istintaq hərəkəti protokolları və sənədlərlə tam sübut edilir. Azərbaycan Respublikası CM-in 75.1.1 və 75.2-ci maddələrinə əsasən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətdiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək iki il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-in: - 41.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin) razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. - 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda (yəni, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə) məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. - 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Məhkəmə yuxarıda göstərilən işin faktiki hallarına, onlara tətbiq edilməli olan maddi və prosessual qanunvericilik normalarına, eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi, Azərbaycan Respublikası CM-in 15.2ci maddəsinə əsasən həmin Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulduğu üçün böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxil olan birinci epizod üzrə cinayət əməlini 2018-ci ilin iyul ayında törətdiyinə, üçüncü epizod üzrə cinayət əməlini 2020-ci ilin fevral ayında törətdiyinə, dördüncü epizod üzrə cinayət əməlini xx.xx.2021-ci il tarixdə törətdiyinə, beşinci epizod üzrə cinayət əməlini xx.xx.2021-ci ilin iyul ayında törətdiyinə, altıncı epizod üzrə cinayət əməlini 2021-ci ilin may ayında, istintaqa məlum olmayan gündə törətdiyinə, yedinci epizod üzrə cinayət əməlini 2021-ci ilin iyun ayının əvvəllərində törətdiyinə və səkkizinci epizod üzrə cinayət əməlini 2021-ci ilin iyun ayının əvvəllərində törətdiyinə, həmin əməllərə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti onların axımının başladığı 2018-ci ilin iyul ayından, 2020-ci ilin fevral ayından, xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixdən, 2021-ci ilin may ayından və 2021-ci ilin iyun ayının əvvələrindən hal-hazıradək iki il ötməklə keçdiyinə və ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədiyinə görə məhkəmə tərəfindən təqsirli bilinməli olsa da, barəsində cəza təyin edilməməlidir. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda göstərildiyi kimi, törətdiyi birinci, üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci və səkkizinci epizodlar üzrə cinayət əməllərinə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə sonrakı epizodlar üzrə cinayət əməli təkrarlıq yarada bilməz. Bu səbəbdən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan sonuncunun sonrakı epizodlar üzrə cinayət əməlini təkrar törətməsi ilə bağlı bəndlər (birinci, üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci və səkkizinci epizodlar) çıxarılmalıdır. Eyni zamanda hazırki ittihama görə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 plastik kart hesabından 212 manat məbləğində pulun oğurlanması ilə bağlı ona CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə yanaşı CM-nin 177.2.2, 177.2.3-1-ci maddələri ilə də ittiham irəli sürümüşdür. Lakin yuxarıda göstərilən əsaslara görə, yəni ilk yeddi bənd irəli sürülmüş ittihamdan çıxarıldığı üçün Təqsirləndirilən şəxs oğurluq əməlinə münasibətdə də təkrarçılıq yaratmadığı üçün onun əməlləri CM-nin 177.2.3-1, 178.2.2, və 178.2.4-cü maddələri tam əhatə olunur, yəni əlavə olaraq onun əməllərinin CM-nin 177.2.2ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Buna görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə verilmiş ittiham ümumi ittihamdan xaric edilməlidir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi ümumilikdə əməllərində Azərbaycan Respublikası CM-in 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. İbtidai istintaq orqanı onun həmin cinayət əməllərini törətməkdə təqsirini tam sübuta yetirmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Bu səbəblərdən o, CM-nin 177.2.3-1, 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyandan qismən ödəniş etməsini, zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid olunmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 24 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilməli və Təqsirləndirilən şəxs 6962 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs21 iddiası təmin edilməli və Təqsirləndirilən şəxs 2500 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs21 xeyrinə ödənilməlidir. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs24 iddiası təmin edilməli və Təqsirləndirilən şəxs 6000 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs24 xeyrinə ödənilməlidir. İş üzrə maddi sübutlar, yəni zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs18 tərəfindən təqdim edilmiş 02 ədəd qəbz, 1 ədəd səs yazılarını əks etdirən 1 ədəd Disk, həmçinin Zərərçəkmiş şəxs16 tərəfindən təqdim edilmiş 1 ədəd Disk, Zərərçəkmiş şəxs17 tərəfindən təqdim edilmiş 02 ədəd qəbz və üzləşdirmə protokollarını özündə əks etdirən 01 ədəd Diskin maddi sübut kimi tanınması və saxlanması üçün cinayət işi materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 40 iş saatı üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstəriənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə verilmiş ittiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona CM-nin 177.2.3-1 maddəsi ilə iki il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq üç il doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 24 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs 6962 (altı min doqquz yüz altmış iki) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs21 iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 2500 (iki min beş yüz) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs21 xeyrinə ödənilsin. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs24 iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 6000 (altı min) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs24 xeyrinə ödənilsin. İş üzrə ekspertiza xərci və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 40 iş saatı üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətinə Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar