Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-50/2024 12.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X7 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X7 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 iştirakları ilə Təqsirləndirilən şəxs – (xx.xx.1986-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmuş, işsiz, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev 87-də qeydiyyatda olan, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti ev 87-də yaşamış, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023cü il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 11 saylı X11 cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PXnin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə X3 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə aşpaz köməkçisi işinə düzəldəcəyini sonuncunun tanışı Şahid1 ilə aralarında olan söhbət zamanı vəd edərək, 24 aprel 2023-cü il tarixdə axşam saatlarında yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid1 vasitəsilə Nüşabə Mehrəliyevanın əri Zərərçəkmiş şəxs1 1500 manat pulunu alaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə dəqiq günü istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2023-cü ilin may ayının axırlarında axşam saatlarında yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid1 vasitəsilə Nüşabə Mehrəliyevanın əri Zərərçəkmiş şəxs1 500 manat pulunu alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə Şahid5 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin ümumi şöbədə işə düzəldəcəyini sonuncunun tanışı Şahid1 ilə aralarında olan söhbət zamanı vəd edərək, dəqiq günü istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2023-cü ilin may ayının ortalarında axşam saatlarında Şahid1 yaşadığı ünvan 2 ünvanda yerləşən evinin qarşısında onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid1 vasitəsilə Şahid5 anası Zərərçəkmiş şəxs5 3300 manat pulunu alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs5 3300 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə aşpaz köməkçisi işinə düzəldəcəyini sonuncunun tanışı Şahid1 ilə aralarında olan söhbət zamanı vəd edərək, 27 may 2023-cü il tarixdə axşam saatlarında Şahid1 yaşadığı ünvan 2 ünvanda yerləşən evinin qarşısında onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs3 1400 manat pulunu alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs3 1400 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə aşpaz köməkçisi işinə düzəldəcəyini sonuncunun tanışı Şahid1 ilə aralarında olan söhbət zamanı vəd edərək, 28 may 2023-cü il tarixdə axşam saatlarında Şahid1 yaşadığı ünvan 2 ünvanda yerləşən evinin qarşısında onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs4 1500 manat pulunu alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs4 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə aşpaz köməkçisi işinə düzəldəcəyini sonuncunun tanışı Şahid1 ilə aralarında olan söhbət zamanı vəd edərək, 30 may 2023-cü il tarixdə axşam saatlarında Şahid1 yaşadığı ünvan 2 ünvanda yerləşən evinin qarşısında onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs2 1400 manat pulunu alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs4 1400 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə X1 təqaüdünü bərpa etdirəcəyini sonuncunun əri Zərərçəkmiş şəxs6 ilə aralarında olan söhbət zamanı vəd edərək, 20 iyun 2023-cü il tarixdə axşam saatlarında yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında onun cinayətkar niyyətindən xəbəri olmayan Zərərçəkmiş şəxs6 oğlu Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs6 2500 manat pulunu alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan suiistifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs6 2500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi şəhərində yaşayır. Şahid1 ilə yaxınlıqda yaşayır, ona santexnik işləri görmüşdür. Təxminən 2023-cü ilin aprel ayının ortalarında Rafiq ilə əlaqə saxlayıb evində santexnik işləri görməyini demişdir. Rafiq də razılaşmış və onun evinə işləməyə gəlmişdir. Rafiq işlərini görüb yekunlaşmış, Rafiqlə söhbətləşib həyətdən çıxanda ona demiş ki, xəstəxanada iş var, əgər kiməsə iş lazım olarsa deyərsən. Rafiq ondan nə işi olduğunu soruşmuş, xəstəxanada tibb bacısı, xadimə, aşpaz, aşpaz köməkçisi və sürücü işləri olduğunu demişdir. Həmin vaxt Rafiq arvadının işsiz olduğunu, onu işə düzəldə biləcəyini soruşmuşdur. Rafiqdən bu iş üçün 2000 manat pul istəmiş, Rafiq də pulu olmadığını, hissə-hissə verə biləcəyini demiş, onunla razılaşmışdır. 22 aprel 2023-cü il tarixdə Rafiq ona zəng etmiş və onlar Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində, foto studiyanın qarşısında görüşmüşlər. Rafiq orada ona 500 manat pul və arvadı Kəmalənin vəsiqəsinin surətini vermişdir. Bir ay müddətinə işin düzəldəcəyinə söz vermişdir. Bundan başqa Rafiqə əgər başqa kimsə işə düzəlmək istəyirsə sənədini və pulunu alıb gətirməsini və işə düzəldəcəyini demişdir. Təxminən 23 aprel 2023-cü il tarixdə Rafiq ona zəng edib bir yaxınını xəstəxanaya işə düzəlmək istədiyini demiş, o da düzəldə biləcəyini demişdir. Rafiqdən bu iş üçün 2000 manat pul istəmiş, Rafiq də razılaşmışdır. Təxminən 24 aprel 2023-cü il tarixdə Rafiq ona zəng etmiş və Ağcabədi şəhərində Gənclik kafesində görüşmüşlər. Rafiq orada ona Rəfailin arvadı Nüşabənin sənədlərini və 2000 manat pul vermişdir. Nüşabəni xəstəxanaya aşpaz köməkçisi işinə düzəldəcəyini demişdir. Bu işin də bir aya düzəldəcəyinə söz vermişdir. Bundan başqa 2023-cü ilin may ayında Rafiq ona zəng edib dostunun bacısını xəstəxanaya işə düzəltmək istədiyini demiş, düzəldə biləcəyini demişdir. Rafiqdən bu iş üçün 2000 manat pul istəmiş, Rafiq də bir az aşağı qiymətə düzəltməyi demiş və onlar 1400 manata razılaşmışlar. Təxminən 30 may 2023-cü il tarixdə Rafiq ona zəng etmiş və onlar Rafiqin evinin yaxınlığında görüşmüşlər. Rafiq orada ona Esmiranın sənədlərini və 1400 manat pul vermişdir. Esmiranı xəstəxanaya aşpaz köməkçisi işinə düzəldəcəyini demişdir. Bundan başqa 2023-cü ilin may ayında Rafiq ona zəng edib dostunun bacısını xəstəxanaya işə düzəlmək istədiyini demiş, düzəldə biləcəyini demişdir. Rafiqdən bu iş üçün 2000 manat pul istəmiş, Rafiq də bir az aşağı qiymətə düzəltməyi demiş və onlar 1400 manata razılaşmışlar. Təxminən 27 may 2023-cü il tarixdə Rafiq ona zəng etmiş və onlar Rafiqin evinin yaxınlığında görüşmüşlər. Rafiq orada ona Tavatın sənədlərini və 1400 manat pul vermişdir. Bundan başqa 2023-cü ilin may ayında Rafiq ona zəng edib dostunun qohumunu xəstəxanaya işə düzəlmək istədiyini demiş, o da düzəldə biləcəyini demişdir. Rafiqdən bu iş üçün 2000 manat pul istəmiş, Rafiq də bir az aşağı qiymətə düzəltməyi demiş və onlar 1500 manata razılaşmışlar. Təxminən 28 may 2023-cü il tarixdə Rafiq ona zəng etmiş və onlar Rafiqin evinin yaxınlığında görüşmüşlər. Rafiq orada ona Günelin sənədlərini və 1500 manat pul vermişdir. Güneli xəstəxanaya aşpaz köməkçisi işinə düzəldəcəyini demiş, bu işin də bir aya düzəldəcəyinə söz vermişdir. Bundan başqa 2023-cü ilin may ayında Rafiq ona zəng edib dostunun oğlunu xəstəxanaya işə düzəlmək istədiyini demiş, o da düzəldə biləcəyini demişdir. Rafiqdən bu iş üçün 4000 manat pul istəmiş, Rafiq də bir az aşağı qiymətə düzəltməyi demiş və onlar 3500 manata razılaşmışlar. Təxminən 2023-cü ilin may ayının ortalarında Rafiq ona zəng etmiş və onlar Rafiqin evinin yaxınlığında görüşmüşlər. Rafiq orada ona Nazilənin oğlu Heydərin sənədlərini və 3300 manat pul vermişdir. Heydəri xəstəxanaya ümumi şöbəyə işə düzəldəcəyini demiş, bu işin də bir aya düzəldəcəyinə söz vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs6 tanıyır, qohumluğu və ədavəti olmamışdır. Müslümü tanışı Sərdara görə tanımış, sonradan isə Müslümün onun atası və əmisi ilə də münasibətləri olduğunu bilmişdir. Müslüm ona arvadı Saçlının təqaüdünün kəsildiyini və onu bərpa etdirmək istədiyini demiş, o da Müslümə təqaüdü bərpa etdirə biləcəyini demişdir. Bu iş üçün Müslümdən 2500 manat pul istəmişdir. 20 iyun 2023-cü il tarixdə Müslüm ona zəng edib pulun hazır olduğunu demiş və onlar görüşəsi olmuşlar. Həmin gün günorta saatlarında Müslümün oğlu Mərdan onlara gəlmişdir. Onun Mərdanla da tanışlığı olmuşdur. Həmin vaxt Mərdan ona anası Saçlının sənədlərini və 2500 manat pul vermişdir. Mərdana təqaüdün bir ay ərzində hazır olacağını demişdir. Adlarını çəkdiyi şəxslərdən aldığı pulun hamısını şəxsi ehtiyaclarına xərcləmiş, sonradan ondan pulu geri tələb etmişlər, lakin onun maddi imkanı olmadığı üçün pulları geri qaytara bilməmişdir. Rafiqdən aldığı pullardan Rafiqə verməmiş, Rafiqə şəxsləri aldadıb pulunu ələ keçirməyi deməmiş, aralarında belə bir razılaşma olmamışdır. Hazırda tutduğu əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onlarla qohumluğu və ədavəti olmamışdır. Onun baldızı X2 ilə qonşuluqda yaşayırlar. Təxminən 2023-cü ilin aprel ayının ortalarında Səadət Rafiqin işə düzəltdiyini eşidib onun arvadı Şahid6 bu barədə danışmış və Nüşabə də bunu ona demişdir. Buna görə Rafiqin nömrəsini öyrənib telefon əlaqəsi saxlamış, telefonla danışan zaman X15 rayon mərkəzi xəstəxanasının yeməkxanasına işə düzəldəcəyini demiş, o da razılaşmış və Rafiq bu iş üçün ona 3000 manat pul lazım olduğunu, pulun yarısını əvvəlcədən, qalan hissəsini isə iş düzəldikdən sonra verməyi razılaşmışdır. 1500 manat pul düzəltmiş və 24 aprel 2023-cü il tarixdə axşam saatlarında Rafiqlə telefon əlaqəsi saxlayıb Ağcabədi şəhəri Gənclik kafesində görüşmüşlər. Həmin vaxt Rafiq oraya tək olaraq gəlmişdir. Həmin kafedə Rafiqə 1500 manat pul vermiş, Rafiq ondan pulu alan zaman işin Rüstəm adlı şəxsin düzəltdiyini və işin 1-2 ay ərzində düzələcəyini demiş, o da razılaşmışdır. Təxminən 2023-cü ilin may ayının axırlarında Rafiq yenidən onunla əlaqə saxlayıb əlavə 500 manat da pul istəmişdir. O da razılaşmış və onlar Turan bankın yaxınlığında görüşmüş və orada 500 manat pulu Rafiqə vermişdir. İki ay tamam olmuş, Rafiqlə əlaqə saxlayıb işlə maraqlanmış, Rafiq də ona Rüstəmlə danışdığını, işin yaxında düzələcəyini demişdir. Təxminən 2023-cü ilin iyul ayının əvvəllərində Rafiq ona Rüstəmin həbs edildiyini, ona görə də işin düzəlmədiyini demişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, təqaüdçüdür, Təqsirləndirilən şəxs tanıyır, qohumluğu və ədavəti olmamışdır. Onun arvadı X9 təqaüd almış, lakin 3 il bundan əvvəl Saçlının təqaüdü kəsilmişdir. Təxminən 2023-cü ilin iyun ayının ortalarında yaşadığı evin yaxınlığında çayxanada olan zaman xatırlamadığı tanışlardan kimsə ondan arvadının təqaüdünün düzəlib düzəlmədiyini soruşmuş, o da düzəlmədiyini demişdir. Həmin vaxt yanında tanışı Şahid3 da əyləşmişdir. Həmin vaxt Sərdar ona demiş ki, bir nəfər şəxs var təqaüd düzəldə bilir. Sərdar onu Rüstəmlə tanış etmiş, Rüstəmlə tanış olanda atasını və əmisini tanımış, Rüstəm Saçlının təqaüdünü düzəldə biləcəyini demiş, onlar bu barədə danışmışlar və Rüstəm bu iş üçün ondan 2500 manat pul istəmişdir. Həmin pulu düzəltmiş və 20 iyun 2023-cü il tarixdə Rüstəmlə danışıb pulun hazır olduğunu demişdir. Onun oğlu Şahid2 da Rüstəmi tanımışdır. Ona görə də pulu Mərdana vermiş, Mərdan da həmin gün günorta saatlarında aparıb 2500 manat pulu Rüstəmə vermişdir. Rüstəm təqaüdün 15 gün ərzində düzələcəyini bildirmiş, o da razılaşmışdır. Aradan 15 gün keçmiş, lakin hələ Rüstəmdən bir xəbər çıxmamışdır. Elə həmin günlərdə Mərdanla söhbət edib Rüstəmi maraqlananda Rüstəmin başqa şəxsləri aldatdığı üçün həbs edildiyini bilmişdir. Rüstəm işin kiminsə vasitəsilə düzəldəcəyi barədə biz söz deməmişdir. Onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, Şahid1 tanıyır, qohumluğu və ədavəti olmamışdır. Rafiq onun qardaşı Fizulinin dostudur. Təxminən 25 may 2023-cü il tarixdə Fizuli onlara gəlmiş, onlar söhbət edən zaman Fizuli demiş ki, dostu Rafiq xəstəxanaya işə düzəldə bilir. Fizuliyə demiş ki, Rafiqlə danış, əgər alınarsa xəstəxanaya işə düzəlmək istədiyini demiş, Fizuli Rafiqlə danışmış və onun işə düzəlmək istədiyini demişdir. Səhəri gün Rafiqlə Fizuli birlikdə onun evinə gəlmişlər. Özü də Rafiqdən bir daha iş barəsində soruşmuş, Rafiq ona demiş ki, Rüstəm adlı tanışı var, Rüstəm vasitəsilə işi düzəldir. Rafiq onlarda olan zaman Rüstəmlə danışmış və ona işə qəbul olunmaqla bağlı ərizə yazmağı demiş, o da yazmışdır. Onun özünün pulu olmadığı üçün rəfiqəsi Samirədən pul istəmiş, Samirənin də kartını ona vermiş, o da həmin kartı Fizuliyə vermiş və Rafiqlə birlikdə gedib kartdan 800 manat pul çıxartmışlar. 28 may 2023-cü il tarixdə 300 manat pul düzəltmiş, Fizuli ilə danışmış, Fizuli də gəlmiş və ondan 300 manat pulu götürüb aparıb Rafiqə vermişdir. 30 may 2023-cü il tarixdə isə əlavə 300 manat da pul düzəltmiş və həmin pulu da Fizuliyə vermişdir. Fizuli də aparıb Rafiqə vermişdir. Rafiq söz vermiş ki, 2023-cü ilin iyul ayında işə çıxacaqsan. Rafiqin vəd etdiyi vaxt tamam olmuş, lakin işdən bir xəbər çıxmamışdır. Rafiqlə bazarda qarşılaşmış, işi maraqlanmış, Rafiq də demiş ki, iş ayın axırına kimi düzələcəkdir. Hələ iyul ayının ortalarında əri X16 evə gələndə demiş ki, Rafiqin iş düzəltdiyi Rüstəm adlı şəxsi dələduzluq etdiyinə görə həbs etmişlər. Onlar dərhal Rafiq ilə əlaqə saxlamışlar, Rafiqdən bu barədə maraqlanmışlar, Rafiq də demiş ki, Rüstəm həqiqətən həbs edilib, ona görə iş düzəlmir, lakin pulu düzəldib verəcəyini demişdir. Aradan bir neçə vaxt keçmiş, yenə də Rafiqdən pulu istəmiş, Rafiq demiş ki, tək siz deyilsiniz, cəmi 11000 manat pul var, evi satıb hamının pulunu verəcək. Onlar gözləmişlər, lakin Rafiq pulu qaytarmamışdır. Onlar buna görə Rafiqin evinə getmişlər, həmin vaxt Rafiq Rüstəmin qardaşı Zöhraba zəng edib pulu tələb etmişdir. Zöhrab da bankdan pul götürüb qaytaracağını bildirmişdir. Zöhrab 21 sentyabr 2023-cü il tarixdə həmin puldan cəmi 360 manat Zaura qaytarmış, lakin qalan pulu qaytarılmadığı üçün gəlib şikayət etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 Yunis qızı ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, Şahid1 tanıyır, onunla qohumluğu və ədavəti olmamışdır. Rafiq onun qardaşı Xəyyamın dostudur. Mağazalarda xadiməliklə məşğul olmuşdur. 27 may 2023-cü il tarixdə qardaşı Xəyyam ona zəng edib demiş ki, dostu Rafiq xəstəxanaya işə düzəldə bilir, əgər istəyirsənsə Rafiqlə danışıb onu xəstəxanaya aşpaz köməkçisi işinə düzəltməsini demişdir. Xəyyama Rafiqlə danışmasını, əgər alınarsa xəstəxanaya işə düzəlmək istədiyini demişdir. Xəyyam Rafiqlə danışmış və onun işə düzəlmək istədiyini demişdir. Sonra Xəyyam onunla danışıb Rafiqin 1400 manat pul istədiyini demiş, o da razılaşmışdır. Həmin gün axşam saatlarında Xəyyam Rafiqlə birlikdə onlara gəlmiş, özü də Rafiqdən bir daha iş barəsində soruşmuş, Rafiq ona demiş ki, Rüstəm adlı tanışı var, Rüstəm vasitəsilə işi düzəldir. Rafiq onlarda olan zaman Rüstəmlə danışmış və ona işə qəbul olunmaqla bağlı ərizə yazmağı demişdir. Evində 1400 manat pulu Rafiqə vermişdir. Rafiq ona söz vermiş ki, 2023-cü ilin iyul ayında işə çıxacaqsan. Rafiqin vəd etdiyi vaxt tamam olmuş, lakin işdən bir xəbər çıxmamış, Rafiqlə telefon əlaqəsi saxlamış, işi maraqlanmış, Rafiq də işin ayın axırına kimi düzələcəyini demişdir. Artıq iyul ayının axırı tamam olmuş, işdən bir xəbər çıxmadığı üçün Rafiqlə əlaqə saxlamış, Rafiq Rüstəmin həbs edildiyini, ona görə iş düzəlmir, lakin pulu düzəldib verəcəyini demişdir. Aradan bir neçə vaxt keçmiş, yenə də Rafiqdən pulunu istəmiş, Rafiq demiş ki, tək siz deyilsiniz, cəmi 11000 manat pul var, evi satıb hamının pulunu verəcək. Onlar gözləmişlər, lakin Rafiq pulu qaytarmamışdır. Onlar buna görə Rafiqin evinə getmişlər, həmin vaxt Rafiq Rüstəmin qardaşı Zöhraba zəng etmiş, pulu tələb etmişdir. Zöhrab da bankdan pul götürüb qaytaracağını bildirmişdir. Zöhrab 2023-cü ilin oktyabr ayının əvvəllərində həmin puldan cəmi 300 manat qardaşı Xəyyama pul vermiş, Xəyyam da həmin pulu ona vermiş, lakin qalan pulu qaytarılmadığı üçün gəlib şikayət etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs4 Rafiq qızı ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, Şahid1 tanıyır, qohumluğu və ədavəti olmamışdır. Rafiq onun əmisi oğlu Xəyyamın dostudur. 28 may 2023-cü il tarixdə Xəyyam ona zəng edib demiş ki, dostu Rafiq xəstəxanaya işə düzəldə bilir, əgər istəyirsənsə Rafiqlə danışım səni xəstəxanaya aşpaz köməkçisi işinə düzəltsin. Xəyyama Rafiqlə danışmasını, əgər alınarsa xəstəxanaya işə düzəlmək istədiyini demişdir. Xəyyam Rafiqlə danışmış və onun işə düzəlmək istədiyini demişdir. Sonra Xəyyam onunla danışıb Rafiqin 1500 manat pul istədiyini demiş, onunla razılaşmışdır. Həmin gün axşam saatlarında Xəyyam Rafiqlə birlikdə onlara gəlmişlər. Özü də Rafiqdən bir daha iş barəsində soruşmuş, Rafiq ona demiş ki, Rüstəm adlı tanışı var, Rüstəm vasitəsilə işi düzəldir. Rafiq onlarda olan zaman Rüstəmlə danışmış və ona işə qəbul olunmaqla bağlı ərizə yazmağı demiş, o da yazmışdır. Evində 1500 manat pulu Rafiqə vermişdir. Rafiq ona söz vermiş ki, 2023-cü ilin iyul ayında işə çıxacaqsan. Rafiqin vəd etdiyi vaxt tamam olmuş, lakin işdən bir xəbər çıxmamışdır. Rafiqlə telefon əlaqəsi saxlamış, işi maraqlanmış, Rafiq də demiş ki, iş ayın axırına kimi düzələcəkdir. Artıq iyul ayının axırı tamam olmuş, işdən bir xəbər çıxmadığı üçün Rafiqlə əlaqə saxlamış, işi maraqlanmış, Rafiq isə demiş ki, Rüstəm həbs edilib, ona görə iş düzəlmir, lakin narahat olmayın, sizin pulunuz veriləcək. Aradan bir neçə vaxt keçmiş, yenə də Rafiqdən pulu istəmiş, Rafiq demiş ki, tək siz deyilsiniz, cəmi 11000 manat pul var, evi satıb hamının pulunu verəcək. Onlar gözləmiş, lakin Rafiq pulu qaytarmamışdır. Onlar buna görə Rafiqin evinə getmişlər, həmin vaxt Rafiq Rüstəmin qardaşı Zöhraba zəng etmiş, pulu tələb etmiş, Zöhrab da bankdan pul götürüb qaytaracağını bildirmiş, lakin onun pulu qaytarılmadığı üçün gəlib şikayət etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 1996-cı il tarixdən Ağcabədi rayon mərkəzi xəstəxanasında tibb bacısı işləyir, Şahid1 tanıyır, qohumluğu və ədavəti olmamışdır. Onun oğlu Şahid5 2021-ci il tarixdə Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsini bitirmiş, 2022-ci il tarixdə isə hərbi xidməti başa vurub geri qayıtmışdır. Heydərin ali təhsili olsa da işləmədiyinə görə tanışlarından Heydərə bir iş olsa düzəltməyi soraqlamışdır. 2023-cü ilin may ayının ortalarında evində təmir işləri aparmış, təmir işlərini Yusif adlı usta görmüşdür. Yusufi bir neçə ildir tanıyır, Yusif xəstəxanaya gələndə tibbi yardım göstərmişdir. Yusif onlarda işləyən zaman Heydərin ali təhsilli olduğunu, lakin işləmədiyini bilmişdir. Həmin vaxt Yusif ona demiş ki, niyə Heydər bir yerdə işləmir, o da Yusifə demiş ki, Heydərə iş axtarır, lakin hələ bir iş tapmamış, Yusif həmçinin ona demiş ki, sən özün xəstəxanada işləyirsən, nə səbəbə oğlunu xəstəxanaya düzəltmirsən, o da Yusifə demiş ki, xəstəxanada iş sözü veriblər, lakin hələ gözləyir. Həmin vaxt Yusif ona demiş ki, bir tanışı var, əlaqələri genişdir, istəyirsinizsə oğlunu xəstəxanaya işə düzəltməyə köməklik etsin, o da razılaşmışdır. Təxminən 15-17 may 2023-cü il tarixdə Yusif Rafiqə zəng edib çağırmış, aradan bir az keçdikdən sonra Rafiq onlara gəlmişdir. Rafiqlə iş barəsində söhbət edən zaman Heydəri xəstəxananın ümumi şöbəsinə işə düzəldəcəyini demiş və bu işin düzəlməsi üçün 4000 manat pul istəmişdir. O da Rafiqə demiş ki, 4000 manata imkanı çatmır, Rafiq həmin vaxt kiminləsə danışmış və axırda 3500 manata razılaşmışdır. Rafiqdən işin kimin düzəldəcəyini soruşmuş, lakin Rafiq işi kimin düzəldəcəyini deməmişdir. İki gün ərzində 3300 manat pul düzəltmiş və Yusifə demiş ki, Rafiqə zəng edib çağırsın. Yusif də Rafiqə zəng edib çağırmış, Rafiq günorta saatlarında tək olaraq gəlmiş, yaşadığı evin həyətində 3300 manat pulu Rafiqə vermiş və qalan 200 manatı da iş düzəldikdən sonra verəcəyini demişdir. Rafiq də razılaşmış və Heydərin bir ay müddətinə işə düzələcəyinə söz vermişdir. Rafiq Heydərin sənədlərinin surətini də götürüb getmiş, aradan bir ay keçmiş və Heydərin işinə görə Rafiqə zəng etmiş, lakin Rafiq cavab verməmişdir. Aradan üç gün keçdikdən sonra Rafiq zəng etmiş və Heydərin işi yaxın günlərdə düzələcəyini demişdir. Bir müddət də gözləmiş, lakin Rafiq işi düzəltməmiş, ona görə də Rafiqdən pulu tələb etmişdir. Rafiq də həmin vaxt demiş ki, Heydərin işi düzəlməsi üçün pulu Təqsirləndirilən şəxs Firodvsi oğluna verib. Rafiqə demiş ki, Rüstəmi tanımır, pulu sənə vermiş, pulu geri qaytar. Rafiq əvvəl söz vermiş ki, onun pulunu geri qaytaracaq, lakin hələ də pulu geri qaytarmamışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, santexnik işləri ilə məşğul olur, Təqsirləndirilən şəxs Firodvsi oğlunu tanıyır, qohumluğu və ədavəti olmamışdır. Rüstəm ilə yaxınlıqda yaşayır, ona görə də bir rayon sakini kimi tanış olmuşlar və yaxın münasibətləri yaranmışdır. Təxminən 2023-cü ilin aprel ayının ortalarında Rüstəm onunla əlaqə saxlayıb evlərində santexnik işləri görməyi demiş, Rüstəmin yaşadığı evdə lazımı işlər görmüşdür. Evdə işləri görüb yekunlaşmış və Rüstəmlə söhbətləşib həyətdən çıxanda Rüstəm ona demiş ki, xəstəxanada iş var, əgər kiməsə iş lazım olarsa deyərsən. Rüstəmdən nə işi olduğunu soruşmuş, Rüstəm də ona xəstəxanada tibb bacısı, xadimə, aşpaz, aşpaz köməkçisi və sürücü işləri olduğunu demişdir. Onun arvadı X6 işsiz olduğu üçün işə düzəltmək istəmiş, Rüstəmə demiş ki, Kəmaləni işə düzəldə bilərsənmi, Rüstəm də düzəldə biləcəyini demişdir. Rüstəmdən necə düzəldəcəyini soruşmuş, Rüstəm iş üçün ondan 2000 manat pul istəmişdir. Rüstəmə o qədər pulu olmadığını, hissə-hissə verə biləcəyini demiş, Rüstəm də razlaşmışdır. Gəlib evdə Kəmalə ilə də danışmış və Rüstəmin dediklərini dəqiqləşdirmək üçün qardaşı Zöhraba da zəng edib soruşmuşdur. 22 aprel 2023-cü il tarixdə 500 manat düzəltmiş və Kəmalənin vəsiqəsini surətini də götürüb Rüstəmlə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektin, foto studiyanın qarşısında görüşmüş, pulu və sənədi Rüstəmə vermiş və Rüstəm bir ay müddətinə işi düzəldəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs2 qardaşı Füzuliyə görə tanımış, Füzuli ilə uzun illərdir dostluq münasibəti olmuşdur. Təxminən 2023-cü ilin may ayında Füzuli ilə görüşüb söhbət etmişlər, bir dost kimi həmişə maddi sıxıntılardan danışmışlar, Kəmaləni işə düzəltmək istədiyini demiş, bu dəfə Füzuli ilə danışanda Kəmaləni işə düzəltdiyini demişdir. Füzuli bu barədə soruşduqda Rüstəm ilə olan işə düzəltməklə bağlı məsələni Füzuliyə danışmışdır. Füzuli də bacısı Esmira ilə işə düzəltməklə bağlı danışmışlar və həmin vaxt Füzuli onu Esmiranın evinə getməyi demiş, razılaşmış və onlar birlikdə Esmiranın evinə getmişlər. Onlar evdə olan zaman yenidən işə düzəlməklə bağlı danışmışlar, Esmiraya demiş ki, Rüstəm adlı tanış var, işə düzəldə bilir. Rüstəmə zəng etmiş, Esmiranın xəstəxanada işə düzəlmək istədiyini demiş, Rüstəm Esmiranı xəstəxanada aşpaz köməkçisi işinə düzəldə biləcəyini demişdir. Həmçinin Rüstəm bu iş üçün 2000 manat pul istəmiş, Rüstəmə demiş ki, Esmira dostunun bacısıdır, danış bir az aşağı qiymətə düzəltsinlər. Sonra Rüstəmlə yenidən danışıb yekunda 1400 manata razılaşmışdır. Təxminən 30 may 2023-cü il tarixdə gündüz saatlarında Füzuli ilə evlərinin yanında görüşmüşlər və Esmiranın sənədi ilə 1400 manat pulu Füzulidən götürmüş, Rüstəmlə əlaqə saxlayıb pulu götürdüyünü demiş, Rüstəm də onun evinin qarşısına gəlmiş və sənədlərlə birlikdə 1400 manat pulu götürüb getmişdir. Zərərçəkmiş şəxs3 tanıyır, qohumluğu və ədavəti olmamışdır. Tavatı qardaşı Xəyyama görə tanımış, Xəyyam ilə uzun illərdir dostluq münasibəti olmuşdur. Təxminən 2023-cü ilin may ayında Xəyyam ilə görüşüb söhbət etmişlər. Onlar bir dost kimi həmişə maddi sıxıntılardan danışmışlar, o da Kəmaləni işə düzəltmək istədiyini demiş, bu dəfə Xəyyam ilə danışanda Kəmaləni işə düzəltdiyini demişdir. Xəyyam bu barədə soruşduqda Rüstəm ilə olan işə düzəltməklə bağlı məsələni Xəyyama danışmışdır. Xəyyam da bacısı Tavatla işə düzəltməklə bağlı danışmış və həmin vaxt Xəyyam onu Tavatın evinə getməyi demiş, o da razılaşmış və onlar birlikdə Tavatın evinə getmişlər. Onlar evdə olan zaman yenidən işə düzəlməklə bağlı danışmışlar, o da Tavata demiş ki, Rüstəm adlı tanış var, işə düzəldə bilir. Rüstəmə zəng etmiş, Tavatın xəstəxanada işə düzəlmək istədiyini demiş, Rüstəm Tavatı xəstəxanada aşpaz köməkçisi işinə düzəldə biləcəyini demiş, həmçinin Rüstəm bu iş üçün 2000 manat pul istəmişdir. Rüstəmə demiş ki, Tavat dostunun bacısıdır, danış bir az aşağı qiymətə düzəltsinlər. Sonra Rüstəmlə yenidən danışıb yekunda 1400 manata razılaşmışlar. Təxminən 27 may 2023-cü il tarixdə gündüz saatlarında Xəyyam ilə evlərinin yanında görüşmüşlər və Tavatın sənədi ilə 1400 manat pulu Xəyyamdan götürmüş, sonra Rüstəmlə əlaqə saxlayıb pulu götürdüyünü demiş, Rüstəm də onun evinin qarşısına gəlmiş və sənədlərlə birlikdə 1400 manat pulu götürüb getmişdir. Zərərçəkmiş şəxs4 tanıyır, qohumluğu və ədavəti olmamışdır. Güneli əmisi oğlu Xəyyama görə tanımış, Xəyyam ilə uzun illərdir dostluq münasibəti olmuşdur. Təxminən 2023-cü ilin may ayında Xəyyam ilə görüşüb söhbət edən zaman Rüstəm ilə işə düzəltməklə bağlı məsələni Xəyyama danışmışdır. Xəyyam da əmisi qızı Günel ilə işə düzəltməklə bağlı danışmışlar və həmin vaxt Xəyyam onu Günelin evinə getməyi demiş, o da razılaşmış və onlar birlikdə Günelin evinə getmişlər. Onlar evdə olan zaman yenidən işə düzəlməklə bağlı danışmışlar, o da Günelə demiş ki, Rüstəm adlı tanış var, işə düzəldə bilir. Rüstəmə zəng etmiş, Günelin xəstəxanada işə düzəlmək istədiyini demişdir. Rüstəm Güneli xəstəxanada aşpaz köməkçisi işinə düzəldə biləcəyini demiş, həmçinin Rüstəm bu iş üçün 2000 manat pul istəmişdir. O da Rüstəmə demiş ki, Günel dostunun əmisi qızıdır, danış bir az aşağı qiymətə düzəltsinlər. Sonra Rüstəmlə yenidən danışıb yekunda 1500 manata razılaşmışlar. Təxminən 28 may 2023-cü il tarixdə gündüz saatlarında Xəyyam ilə evlərinin yanında görüşmüşlər və Günelin sənədi ilə 1500 manat pulu Xəyyamdan götürmüş, Rüstəmlə əlaqə saxlayıb pulu götürdüyünü demiş, Rüstəm də evin qarşısına gəlmiş və sənədlərlə birlikdə 1500 manat pulu götürüb getmişdir. Zərərçəkmiş şəxs5 tanıyır, qohumluğu və ədavəti olmamışdır. Təxminən 2023-cü ilin may ayında dostu Şahid4 ilə görüşüb söhbət etmişlər. Onlar bir dost kimi həmişə maddi sıxıntılardan danışmışlar, o da Kəmaləni işə düzəltmək istədiyini demişdir. Bu dəfə Yusif ilə danışanda Kəmaləni işə düzəltdiyini demişdir. Yusif bu barədə soruşduqda Rüstəm ilə olan işə düzəltməklə bağlı məsələni Yusifə danışmışdır. Yusif də həmin vaxtlarda Nazilənin evində usta işləmişdir. Yusif Nazilə ilə işə düzəltməklə bağlı danışmışlar və həmin vaxt Yusif onu Nazilənin evinə çağırmış, o da getmişdir. Nazilə ona demiş ki, oğlu Heydəri işə düzəltmək istəyir. O da Naziləyə demiş ki, Rüstəm adlı tanış var, işə düzəldə bilir. Nazilənin sözü ilə Rüstəmə zəng etmiş, Nazilənin oğlunun xəstəxanada işə düzəlmək istədiyini demiş, Nazilənin oğlunun təhsili olduğu üçün Rüstəm xəstəxanada ümumi şöbəyə işə düzəldə biləcəyini demiş, həmçinin Rüstəm bu iş üçün 4000 manat pul istəmişdir. O da bunu Naziləyə demişdir. Nazilə pulun çox olduğunu demiş, yenidən Rüstəmə zəng edib bu barədə bildirmiş, Rüstəm də 3500 manata razılaşmışdır. Səhəri gün Nazilə ona zəng edib pulun hazır olduğunu demiş, o da buna görə Nazilənin evinə getmişdir. Nazilə ona Heydərin sənədlərini və 3300 manat pul vermiş, qalan 200 manatı da iş düzəldikdən sonra verəcəyini demişdir. O da sənədləri və 3300 manat pulu Nazilədən götürüb evə gəlmiş, sonra Rüstəmlə əlaqə saxlayıb pulu götürdüyünü demiş, Rüstəm də evin qarşısına gəlmiş və sənədlərlə birlikdə 3300 manat pulu götürüb getmişdir. Zərərçəkmiş şəxs1 tanıyır, qohumluğu və ədavəti olmamışdır. 23 aprel 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evdə olan Nüşabə və Səadət adlı qadınlar onlara gəlmişlər, Nüşabə Kəmaləyə xəstəxanaya işə düzəlməsini eşitdiyini, özü də düzəlmək istədiyini demişdir. O da Nüşabəyə demiş ki, Rüstəm adlı tanış var, Kəmaləni işə Rüstəm düzəldəcək, əgər istəsəniz Rüstəmlə danışar. Rüstəmə zəng etmiş, xəstəxanaya işə düzəlmək istəyən olduğunu demiş, Rüstəm də hazırda xəstəxanada aşpaz köməkçisi işi olduğunu demiş, Rüstəmə həmin işə düzəlmək üçün nə lazım olduğunu soruşmuş, Rüstəm də ona 2500 manat pul lazım olduğunu demiş, o da Rüstəmin sözünü Nüşabəyə demiş, Nüşabə də xəbər edəcəyini deyib getmişdir. 24 aprel 2023-cü il tarixdə Nüşabənin əri Zərərçəkmiş şəxs1 ona zəng etmiş və demiş ki, Nüşabənin işinin düzəlməsi üçün pul hazırdır. Həmin gün gündüz saatlarında Rəfail ilə Ağcabədi şəhərində Gənclik kafesində görüşmüşlər, Rəfail orada ona 1500 manat pul və Nüşabənin vəsiqəsinin surətini vermiş və qalan pulu da iş düzəldikdən sonra verəcəyini demişdir. Həmin 1500 manat pulu və sənədi Rəfaildən götürmüş və evə gəlmişdir. Sonra Rüstəmə zəng etmiş, Rəfaildən 1500 manat pul götürdüyünü demiş, Rüstəm evdə olduğunu və pulu evə gətirməyi demişdir. Rüstəmin evinin qarşısına getmiş, Rüstəmi çağırmış və darvazanın qarşısında Nüşabənin sənədini və 1500 manatı Rüstəmə vermişdir. Aradan bir ay keçmiş, təxminən 2023-cü ilin may ayının axırlarında Rüstəm ona zəng edib Nüşabənin işi üçün əlavə 500 manat da pul lazım olduğunu demiş, o da bunu Rəfailə zəng edib demiş, Rəfail də razılaşmışdır. Onlar həmin gün Turan Bankın yaxınlığında görüşmüşlər, orada Rəfaildən 500 manat pulu götürüb Rüstəm ilə əlaqə saxlamış, Rüstəm evdə olduğunu və pulu evə gətirməyi demişdir. Rüstəmin evinin qarşısına getmiş, Rüstəmi çağırmış və darvazanın qarşısında 500 manatı Rüstəmə vermişdir. Aradan bir ay keçmiş, Rüstəmlə danışıb işi maraqlanmış, Rüstəm də narahat olmamağı, işlərin yaxında düzəldəcəyini bildirmişdir. Aradan bir neçə vaxt da keçmiş, lakin hələ də Rüstəm işləri düzəltməmiş, həmçinin pul verən şəxslər də gəlib işi tələb etmişlər. Buna görə Rüstəmdən işi düzəltməyi tələb etmişdir. Həmin şəxslərdən Rəfail özü də Rüstəmlə danışmışdır. Rüstəm də pulu qaytaracağına söz vermiş, lakin pulları qaytarmamışdır. Adları göstərilən şəxslərdən pul alıb Rüstəmə verməkdə heç bir marağı, o cümlədən qazancı olmamış, şəxslərdən aldığı pulun hamısını Rüstəmə vermiş, həmin şəxslərin hamısı onun dostları olmuşdur. Rüstəmə pulları verən zaman həmin pullardan Rüstəm ona heç vaxt, hər hansı bir məbləğdə pul verməmiş, Rüstəmlə əvvəlcədən həmin şəxsləri aldadıb pullarını ələ keçirməklə bağlı aralarında hər hansı bir razılaşma olmamış, bütün bu proseslər qısa bir müddətdə baş vermiş, adamlar da hamısı işə düzəlməyi bildikdən sonra ona Rüstəmlə danışmağı demişlər və danışan kimi də pulu vermişlər, ona görə də Rüstəmin əvvəlcədən vəd etdiyi vaxt tamam olmadan digər şəxslərin pulunu alıb Rüstəmə vermişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərdi ki, onun ali təhsili olsa da işləməmiş, ona görə də özü və anası Zərərçəkmiş şəxs5 iş soraqlamışlar. 2023-cü ilin may ayının ortalarında evdə təmir işləri aparmışlar, təmir işlərini Yusif adlı usta görmüşdür. Yusif onlarda işləyən zaman ordan-burdan söhbət etmişlər və Yusif onun ali təhsilli olduğunu, lakin işləmədiyini bilmişdir. Həmin vaxt Yusif demiş ki, bir tanışı var, əlaqələri genişdir, istəyirsiniz onunla danışım, bura gəlsin, səni xəstəxanaya işə düzəltməyə köməklik etsin, onlar da razılaşmışlar. Təxminən 15-17 may 2023-cü il tarixdə Yusif Rafiqə zəng edib çağırmış, aradan bir az keçdikdən sonra Rafiq onlara gəlmişdir. Rafiqi ilk dəfə orada görmüşdür. Onlar Rafiqlə iş barəsində söhbət edən zaman onu xəstəxananın ümumi şöbəsinə işə düzəldəcəyini demiş və bu işin düzəlməsi üçün 4000 manat pul istəmişdir. Rafiqə demiş ki, 4000 manata imkanı çatmır, Rafiq həmin vaxt kiminləsə danışmış və axırda 3500 manata razılaşmışlar. Anası iki gün ərzində 3300 manat pul düzəltmiş və Yusifə demiş ki, Rafiqə zəng edib çağırsın. Yusif də Rafiqə zəng edib çağırmışdır. Rafiq günorta saatlarında tək olaraq onlara gəlmiş, anası yaşadığı evin həyətində 3300 manat pulu Rafiqə vermiş və qalan 200 manatı da iş düzəldikdən sonra verəcəyini demişdir. Rafiq də razılaşmış və bir ay müddətinə işə düzələcəyinə söz vermiş, sənədlərin surətini də götürüb getmişdir. Aradan bir ay keçmiş və işə görə Rafiqə zəng etmişlər, lakin Rafiq cavab verməmiş, aradan üç gün keçdikdən sonra Rafiq zəng etmiş və demiş ki, narahat olmayın, iş yaxın günlərdə düzələcək. Onlar bir müddət də gözləmiş, lakin Rafiq işi düzəltməmiş, artıq başa düşmüş ki, Rafiq onları aldadır. Ona görə də Rafiqdən pulu tələb etmişlər. Rafiq də həmin vaxt demiş ki, Heydərin işi düzəlməsi üçün pulu Təqsirləndirilən şəxs vermiş, anası da Rafiqə demiş ki, Rüstəmi tanımır, pulu sənə vermiş, pulu geri qaytar. Rafiq əvvəl pulu geri qaytaracağına söz vermiş, lakin hələ də pulu geri qaytarmamışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid6 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, qohumluğu və ədavəti olmamışdır. Onun bacısı Cəfərquliyeva X14 ilə qonşuluqda yaşayırlar. Təxminən 2023-cü ilin aprel ayının ortalarında Səadət Rafiqin arvadı Kəmaləni işə düzəltdiyini eşidib bu barədə ona bildirmiş, o da işsiz olduğu üçün işə düzəlmək istəmişdir. Onlar bu məqsədlə Rafiqgilə gedib arvadı Kəmalədən işə necə düzəldiyini maraqlanmışlar. Həmin vaxt Rafiq demiş ki, tanıdığı bir adam var, həmin adam xəstəxanaya işə düzəldir. O da evə gəlib bunu əri Zərərçəkmiş şəxs1 bildirmişdir. Rəfail də buna görə Rafiq ilə telefon əlaqəsi saxlamış, Rafiq Rəfailə onu Ağcabədi rayon mərkəzi xəstəxanasının yeməkxanasında işçi vəzifəsinə düzəldəcəyini demiş və bu iş üçün 3000 manat pul lazım olduğunu, pulun yarısını əvvəlcədən, qalan hissəsini isə iş düzəldikdən sonra verməyi razılaşmışlar. Rəfail 1500 manat pul düzəltmiş və 24 aprel 2023-cü il tarixdə Rafiqlə görüşüb həmin pulu Rafiqə vermişdir. Rafiq pulu alan zaman işin Rüstəm adlı şəxsin düzəltdiyini və işin 1-2 ay ərzində düzələcəyini demişdir. Təxminən 2023-cü ilin may ayının axırlarında Rəfail evdə olan zaman demiş ki, Rafiq yenidən əlaqə saxlayıb əlavə 500 manat da pul istəmiş və Rəfail də həmin pulu vermişdir. Rəfail Rafiqlə əlaqə saxlayıb işi maraqlanmış, Rafiq də Rüstəmlə danışdığını, işin yaxında düzələcəyini demişdir. Təxminən 2023-cü ilin iyul ayının əvvəllərində Rafiq Rüstəmin həbs edildiyini, ona görə də işin düzəlmədiyini demişdir. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, Şahid1 tanıyır, qohumluğu və ədavəti olmamışdır. Təxminən 2023-cü ilin may ayının axırlarında Rafiq ilə görüşüb oradan-burdan söhbət edən zaman Rafiq arvadı Kəmaləni xəstəxanaya işə düzəldiyini demiş, o da Rafiqdən bu barədə soruşmuş, Rafiq də bir tanış adamı olduğunu, onun vasitəsilə düzəltdiyini demişdir. Onun bacısı Esmira da işsiz olmuş, Esmiranın iş axtardığını bilmiş, ona görə də Rafiqə demiş ki, Esmiranı da işə düzəltmək olarmı, Rafiq də həmin adamla danışacağını demişdir. Rafiqdən nə işi olacağını soruşmuş, Rafiq də ona xəstəxanada aşpaz köməkçisi işi olduğunu demişdir. Sonra bu barədə Esmira ilə də danışmış, Esmira da razılaşmışdır. Rafiqdən işin necə düzələcəyini soruşmuş, Rafiq də ona işin 1400 manat müqabilində düzələcəyini demiş, onlar razılaşıb birlikdə Esmiranın evinə getmişlər. Onlar evdə olan zaman Rafiq Esmiranın vəsiqəsinin surətini və işə qəbul ilə bağlı ərizə yazdırıb götürmüş. Esmira əvvəl ona 800 manat, sonrakı günlərdə isə iki dəfə 300 manat olmaqla 600 manat pul vermiş, o da həmin pulu bütöv halda Rafiqə vermişdir. Rafiq işin bir ay müddətində düzələcəyini bildirmişdir. Aradan bir ay keçmiş, lakin işdən bir xəbər çıxmamışdır. Rafiqlə telefon əlaqəsi saxlamış, işi maraqlanmış, Rafiq də işin düzələcəyini demişdir. Artıq Rafiqin vəd etdiyi vaxtın ikinci ayında işdən bir xəbər çıxmadığı üçün Rafiqlə əlaqə saxlamış, işi maraqlanmış, Rafiq isə demiş ki, işi düzəltmək üçün pulları Rüstəmə vermiş, Rüstəmi də həbs etmişlər, ona görə iş düzəlmir, lakin narahat olmayın, pulu düzəldib verəcəyini bilidirmişdir. Aradan bir neçə vaxt keçmiş, yenə də Rafiqdən pulu istəmiş, Rafiq evi satıb hamının pulunu verəcəyini demiş, onlar gözləmişlər, lakin Rafiq pulu qaytarmamışdır. Buna görə Rafiqin evinə getmişlər, həmin vaxt Rafiq Rüstəmin qardaşı Zöhraba zəng etmiş, pulu tələb etmiş, Zöhrab da bankdan pul götürüb qaytaracağını bildirmiş, Zöhrab həmin puldan 360 manat qaytarmış, lakin qalan pul qaytarılmamışdır. Məhkəmə iclasında Şahid9 ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, Şahid1 tanıyır, qohumluğu və ədavəti olmamışdır. Rafiq ilə təxminən 3-4 ildir tanış olmuş və yaxın münasibətləri yaranmışdır. Təxminən 2023-cü ilin may ayının axırlarında Rafiq ilə görüşüb oradan-burdan söhbət edən zaman Rafiq arvadı Kəmaləni xəstəxanaya işə düzəldiyini demiş, o da Rafiqdən bu barədə soruşmuş, Rafiq də bir tanış adamı olduğunu, onun vasitəsilə düzəltdiyini demişdir. Onun bacısı Tavat da işsiz olmuş, Tavatın iş axtardığını bilmiş, ona görə də Rafiqə demiş ki, Tavatı da işə düzəltmək olarmı, Rafiq də həmin adamla danışacağını demişdir. O Rafiqdən nə işi olacağını soruşmuş, Rafiq də xəstəxanada aşpaz köməkçisi işi olduğunu demişdir. Sonra bu barədə Tavatla da danışmış, Tavat da razılaşmışdır. Rafiqdən işin necə düzələcəyini soruşmuş, Rafiq də işin 1400 manat müqabilində düzələcəyini demiş, onlar razılaşıb birlikdə Tavatın evinə getmişlər. Onlar evdə olan zaman Tavat 1400 manat pulu ona vermiş, o da həmin pulu Rafiqə vermiş, həmçinin Rafiq Tavatın vəsiqəsinin surətini və işə qəbul ilə bağlı ərizə yazdırıb götürmüşdür. Aradan bir neçə gün keçdikdən sonra Tavat əmisi qızı Günel ilə danışıb işə düzəlmək istədiyini demiş, buna görə də Günel zəng edib Rafiqlə danışmağı və xəstəxanaya işə düzəltmək istədiyini demiş, o da bu barədə Rafiqlə danışmış və Günelin də xəstəxanaya işə düzəlmək istədiyini demişdir. Rafiq də həmin şəxslə danışacağını demiş, bir az keçdikdən sonra Rafiq həmin şəxslə danışdığını, Güneli də işə düzəldə biləcəyini və bunun üçün 1500 manat lazım olduğunu demişdir. Bunu Günelə demiş, Günel də razılaşmışdır. Sonra Rafiqlə birlikdə Günelin evinə getmişlər, Günel evdə ona 1500 manat pul vermiş, o da həmin pulu Rafiqə vermiş, həmçinin Rafiq Günelin vəsiqəsinin surətini və işə qəbul ilə bağlı ərizə yazdırıb götürmüşdür. Aradan bir ay keçmiş, lakin işdən bir xəbər çıxmamış, Rafiqlə telefon əlaqəsi saxlayıb işi maraqlanmış, Rafiq də işin düzələcəyini demişdir. Artıq Rafiqin vəd etdiyi vaxtın ikinci aıynda işdən bir xəbər çıxmadığı üçün Rafiqlə əlaqə saxlamış, işi maraqlanmış, Rafiq isə demiş ki, işi düzəltmək üçün pulları Rüstəmə vermiş, Rüstəmi də həbs etmişlər, ona görə iş düzəlmir, lakin pulu düzəldib verəcəyini demişdir. Aradan bir neçə vaxt keçmiş, Rafiqdən pulu istəmiş, Rafiq evi satıb hamının pulunu verəcəyini demişdir. Onlar gözləmişlər, lakin Rafiq pulu qaytarmamış, buna görə Rafiqin evinə getmişlər, həmin vaxt Rafiq Rüstəmin qardaşı Zöhraba zəng etmiş, pulu tələb etmiş, Zöhrab da bankdan pul götürüb qaytaracağını bildirmiş, Zöhrab Tavatın pulundan 300 manat ona vermiş, oda həmin pulu Tavata qaytarmış, lakin qalan pul qaytarılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən, CM-nin 178.2.2, 178.2.4 və 69.4-cü maddələri ilə 1500 manat cərimə cəzası təyin edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən, CM-nin 178.2.2, 178.2.4, 67.1 və 68.2-ci maddələri ilə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 500 manat cərimə cəzası təyin edlmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə həmin cəza 5 il müddətə azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzası həddində saxlanılmış, xx.xx.2020-ci il tarixdə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2021-ci il tarixdə 500 manat cərimə cəzasını tam icra etmiş və qeydiyyatdan çıxarılmışdır. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib ona 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl üzrə məhkumluğu vardır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi isə cinayətin residivini yaradır (CM, mad. 18.1) İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı (xx.xx.2024-cü il təvəllüdlü) vardır. İş materiallarında olan ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs ziyandan Zərərçəkmiş şəxs2 360 manat, Zərərçəkmiş şəxs3 300 manat, Zərərçəkmiş şəxs5 isə 400 manat məbləğində pul ödəmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi dələduzluğun, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin təkrar törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarında qeyd olunur ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər-hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddəsinin tələbini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət törətməsini etiraf edib səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, vurulmuş ziyanın qismən ödənilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinin tələblərinə əsasən cinayətin residivini isə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Xocavənd Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini və birinci hökm üzrə təyin edilmiş cəzasını çəkib qurtarmadığını nəzərə alaraq hesab edir ki, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Xocavənd Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə onun birinci hökmə əsasən çəkdiyi cəza qəti cəza müddətinə hesablanmalı, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Barəsində qətimkan tədbirinin seçilməməsi azadlıqdan məhrum etmə cəzası çəkdiyi üçün nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Xocavənd Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun birinci hökmə əsasən çəkdiyi cəza qəti cəza müddətinə hesablanmaqla, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın; barəsində qətimkan tədbirinin seçilməməsi azadlıqdan məhrum etmə cəzası çəkdiyi üçün nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə mülki iddia vermək hüququ izah edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-50/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-50/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver