Məhkəmə qərarları › İş №1(017)-51/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-51/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-51/2023 28.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkun olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,58 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd siqaretin şəffaf sellofan bükümündə əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoyub daşıyaraq saxlamış, 13 dekabr 2022-ci il tarixdə saat 20:50 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi şəhəri, 28 May küçəsində saxlanılaraq Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib saat 21:30 radələrindən etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxladığı 01 (bir) ədəd siqaretin şəffaf sellofan bükümündə ümumi təmiz çəkisi 5,58 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, 28 May küçəsi, ev 38 ünvanında ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, özünə məxsus olan VAZ-21703 minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi-Bakı-Ağcabədi istiqamətində taksi fəaliyyəti ilə məşğul olur. Hərdən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 10 dekabr 2022-ci il tarixdə təxminən saat 16 radələrində Ağcabədi şəhərində, İdman Kompleksinin yaxınlığında piyada gəzən zaman yerdə bir ədəd siqaret qutusu görmüşdür. O, həmin qutunu yerdən götürmüş və içərisinə baxdıqda əvvəlllər istifadə etdiyi üçün tanıdığı qurudulmuş marixuana olmasını görmüş və siqaretin şəffaf sellofanına qoyub üzərində saxlamışdır ki, özü istifadə edər. 13 dekabr 2022-ci il tarixdə təxminən saat 20:50 radələrində yaşadığı Ağcabədi şəhəri, 28 May küçəsində olarkən bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və ona saxlanma səbəbini izah edib rayon polis şöbəsinə gətirmişlər. RPŞ-də müdafəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlanarkən ona təklif edilmişdir ki, üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə, eləcə də cinayət xarakterli əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Oda əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində şəxsi istifadəsi üçün saxladığı 01 ədəd siqaretin şəffaf sellofanında olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin sellofan bükümdə olan kütləyə baxış keçirmiş, spesifik iyə malik, yaşıl rəngli qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Sonra həmin aşkar edilmiş kütlə aşkar edildiyi qaydada elektron tərəzidə çəkilmiş, çəkisi 5,76 qram olmuşdur. Daha sonra həmin kütlə aşkar edildiyi qaydada kağız zərfdə qablaşdırılmış, protokol tərtib edilmiş və onlar imza etmişlər. Bundan başqa onun üzərinə əlavə şəxsi axtarış keçirilən zaman üzərindən heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. O, heç kimə narkotik vasitə satmamışdır. Hazırda törətdiyi əməldən çox peşmançılıq çəkməsini və himayəsində iki yetkinlik yaşına çatmayan xəstə uşaqlarının olmasını bildirib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Ağcabədi rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 13 dekabr 2022-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və saxlaması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı rəhbərliyə məruzə etdikdən sonra, ondan və polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirilməyə başlanmış və həmin gün Ağcabədi rayonu, ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Məlumat üzrə araşdırmanın aparılması Ağcabədi rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X5 həvalə edilmiş, onun tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı Sənan Məhərrəmov tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, ona axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri izah edilmişdir. Sonra onun, təhqiqatçı Sənan Məhərrəmovun və PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmiş və onun üzərində şəxsi axtarış aparılmasında hüquqlarını müdafiə edən Ağcabədi rayon vəkil bürosunun vəkili X2 da iştirak etmişdir. Polis əməkdaşlarının və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik vasitələr və psixotrop maddələr olub-olmaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcənin sağ yan cibindən 01 ədəd siqaretin şəffaf cığarasını çıxarıb stolun üzərinə qoymuşdur. Həmin şəffaf cığaranın içərisində yaşıl rəngli marixuanaya bənzər kütlənin olduğu aşkar olunmuşdur. Həmin kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş və çəkisi 5.76 qram olmuşdur. Həmin bir ədəd kütlə kağız zərfdə qablaşdrılmış və üzəri DİN-in 143 saylı möhürü ilə möhürlənərək ekspertizaya təqdim edilməsi məqsədi ilə götürülmüşdür. Polis şöbəsinə Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satması barədə əməliyyat məlumatı daxil olmamışdır. Eyni zamanda Əhməd Fətulayevin ətrafında əməliyyat tədbirləri həyata keçirərkən onun kiməsə narkotik vasitə və ya psixotrop maddə satması müşahidə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2 eyni məzmunlu ifadə verib, Şahid1 ifadəsində göstərilənləri təsdiq etmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il tarixdə saat 20:50-də şübhəli şəxs kimi tutulmuş və 15 dekabr 2022-ci il tarixdə azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək azad olunmuşdur. İş materiallarında olan 13 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılmasına dair protokoldan görünür ki, həmin gün saat 21:30-dan başlayaraq saat 21:40-dək olan müddət ərzində video çəkilişlə Ağcabədi rayon polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçisi X1 iştirakı ilə hüquq və vəzifələri izah edilib, üzərində şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd siqaretin şəffaf cığarasını təqdim etmiş, həmin cığaranı açıb içərisinə baxdıqda içərisində yaşıl rəngli marixuanaya bənzər kütlə olması aşkar olumuşdur. Həmin kütlə aşkar olunduğu qaydada elektron tərəzidənn istifadə etməklə çəkilmiş, çəkisi 5,76 qram təşkil etmişdir. Həmin 01 ədəd kütlə kağız zərfdə qablaşdırılmış və üzərinə 143 saylı möhür vurularaq götürülmüşdür. İş materiallarında olan Ağcabədi rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab raportundan görünür ki, tapşırıq üzrə keçirilən əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuananı öz istifadəsi üçün saxlaması müəyyən olunmuşdur. Onun üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbəni və ya narkotik vasitələr satmasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinə əlavə edilmiş SN-in MTE və PA birliyinin Ağcabədi rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 929 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, 1973cü il təvəllüdlü Təqsirləndirilən şəxs bədənində olan xəsarət – sifətin sol yarısında qançır – küt əşyanın təsirindən törənmişdir, yıxılma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 14 dekabr 2022-ci il tarixli, 18/1317 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən aydın olur ki, tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağızz paketdəki 1 ədəd sellofan torbacıqda təmiz çəkisi 5,58 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aşkar edilmiş marixuananın ümumi çəkisi 5,58 qram, cəmi tədqiqata istifadə olundu – 0,02 qram, qalıq 5,56 qramdır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vastələr siyahısı”na daxildir. İş materiallarında olan X7 06 fevral 2023-cü il tarixli, 196 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobionidlərdn epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 135 nömrəli “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X11 verdiyi tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi RMX-nın Poliklinika Şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyata alınmamış, Lakin narkoloji kabinetdə dispanser qeydiyyata alınmışdır. İşdə olan DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1973-cü il də anadan olub, orta təhsilli, ailəli, himayəsində üç övladı var, ünvan 5 ünvanda yaşayır. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç övladı, Fətullayeva Aysu 2004-cü il təvəllüdlü, Fətullayeva Aytac 2006-cı il təvəllüdlü, Fətullayev Mirsəyid 2008-ci il təvəllüdlü uşaqları var. Beləliklə, məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni 5,58 qram narkotik vasitə olan qurudulmuş marixuanani qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlaması, özünün etiraf etməsi, şahid ifadəsi, məhkəmə-bioloji ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirildi. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti tşrətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən, yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə tşrədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməlindən peşman olmasını, himayəsində iki yetkinlik yaçına çatmayan uşağı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X11 poliklinika şöbəsinin narkoloji kabinetində dipanser qeydiyyatda olması nəzərə alınmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut – tədqiqatdan sonra qalıq qalan 5,56 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - AZ.MEM.VÖEN **********, AZ34JTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X11 poliklinika şöbəsinin narkoloji kabinetində dipanser qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut – tədqiqatdan sonra qalıq qalan 5,56 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - AZ.MEM.VÖEN **********, AZ34JTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar