Məhkəmə qərarları › İş №1(017)-52/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-52/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-52/2024 05.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1978-ci il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunan, Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi, xeyli miqdarda, yəni 8,23 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 2023-cü ilin dekabr ayında istintaqa məlum olmayan gündə və saatda yaşadığı Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində yerləşən Etibar İsmayılov adına 1 nömrəli tam orta məktəbin yaxınlığında tanışı Şahid1 həmin narkotik vasitə olan qurudulmuş marixuananın 2.28 qram olan hissəsini bir ədəd kibrit qutusunda 50 manata satmış, 17 dekabr 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında və satışı ilə məşğul olmasında şübhəli bilinərək həmin gün saat 13:10-da yaşadığı Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib saat 13:45-dən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan cibində qəsdən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd kibrit qutusunda, təmiz çəkisi 5,95 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 19 dekabr 2023-cü il tarixdə Şahid1 həmin gün saat 07:20-də yaşadığı Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində saxlanılaraq Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib orada şübhəli şəxs qismində tutularaq üzərinə həmin tarixdə saat 08:45-dən etibarən video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 2,28 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitədən hərdənbir istifadə edir, lakin satmaqla məşğul olmur. Fədaili qəssəbə sakini kimi tanıyır, ona narkotik vasitə satmamışdır. 17 dekabr 2023-cü il tarixdə saat 13 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsində yaşadığı evin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişdir. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Polis şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş aparmaqla üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə olan marixuana aşkar edilmişdir. Bundan sonra protokol tərtib olunmuş və protokol imzalarla təsdiq edilmişdir. Lakin həmin narkotik vasitə ona məxsus olmamışdır. Narkotik vasitənin ona məxsus olmaması barədə heç bir orqana məlumat verməmişdir. Hazırda ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi RPŞ-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonu Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun Təqsirləndirilən şəxsla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Ona Ağcabədi rayonu Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin istifadəsində, üzərində gəzdirməsi və satışı ilə məşğul olmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 8-ci bəndini, 4-cü hissəsinin 2-ci bəndinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə Ağcabədi rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 daxil olmuşdur. Qrupa rəhbərliyi o, həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 17 dekabr 2023-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda, daşımaqda və satmaqda şübhəli olan Təqsirləndirilən şəxs yeri müəyyən edilmiş və həmin günü saat 13:10-da Təqsirləndirilən şəxs Ağcabədi rayonu Hindarx qəsəbəsində yaşadığı evin qarşısında olan zaman yaxınlaşaraq özünü təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və X5 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və bu barədə bildiriş protokolu ona təqdim edilmişdir. Şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamışdır. Şəxsi axtarış aparmazdan əvvəl prosessual hərəkətin iştirakçılarının şəxsiyyəti dəqiqləşdirilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxardıb stolun üzərinə qoymuşdur. Həmin qutunun içərisinə baxış keçirilən zaman içərisində yaşılımtıl rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olduğu aşkar olunmuşdur. Bundan sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə narkotik vasitə qəbul etməkdə, əldə edib saxlamaqda, üzərində gəzdirməkdə və satmaqda şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Götürülmüş kütlə elektron tərəzidə çəkilmişdir. Götürülmüş qurudulmuş marixuanaya oxşar kütlələr kibrit qutusu ilə birlikdə 8,46 (səkkiz tam yüzdə qırx altı) qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə zərfdə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanaraq rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza X11 Bölməsinə göndərilmişdir. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Sonra keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq Ağcabədi rayonu Hindarx kəndində qeydiyyatda olmaqla yaşayan Şahid1 ətrafında əməliyyat tədbirləri keçirilmişdir. Tərəfindən “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə Ağcabədi rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 daxil olmuşdur. Qrupa rəhbərliyi o, həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 19 dekabr 2023-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Şahid1 yeri müəyyən edilmişdir. Həmin günü saat 07:20-də Namazov X2 rayonu Hindarx qəsəbəsində olan zaman yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edildimiş və X1 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və bu barədə bildiriş protokolu ona təqdim edilmişdir. Şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamışdır. Şəxsi axtarış aparmazdan əvvəl prosessual hərəkətin iştirakçılarının şəxsiyyəti dəqiqləşdirilmişdir. Bundan sonra şübhəli şəxs Şahid1 üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Şahid1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən üzərində 01 ədəd kibrit qutusunu çıxardıb stolun üzərinə qoymuşdur. Həmin bükümün içərisinə baxış keçirilən zaman içərisində yaşılımtıl rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olduğu aşkar olunmuşdur. Bundan sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə psixotrop maddə qəbul etməkdə, əldə edib saxlamaqda, üzərində gəzdirməkdə şübhəli şəxs Şahid1 üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid1 üzərindən iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Götürülmüş kütlə elektron tərəzidə çəkilmişdir. Götürülmüş qurudulmuş marixuanaya oxşar kütlə kibrit qutusu ilə birlikdə 5,10 (beş tam yüzdə on) qram olmuşdur. Şahid1 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusundakı psixotrop maddə olan metamfetaminə bənzər kütlə zərfdə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİNin 143 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanaraq rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza X11 Bölməsinə göndərilmişdir. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Sorğu zamanı Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusundakı qurudulmuş marixuanaya bənzər kütləni Ağcabədi rayon Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxs 50 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni haradan və necə əldə etməsi konkret məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri satması ilə bağlı əməliyyat məlumatı olmuşdur. Belə ki, 2023-cü il dekabr ayının əvəllərində Təqsirləndirilən şəxs Şahid1 50 manat pul müqabilində narkotik vasitə olan qurdulmuş marixuana satmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və ya polis şöbəsində heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Onun Şirvani ilə normal münasibətləri var, heç bir ədavət və düşmənçiliyi yoxdur. Təxminən 1-2 aydır ki, o, hərdənbir narkotik vasitə olan “nəşə” kimi tanıdığı qurudulmuş marixuanadan istifadə edir. O, 2023-cü ilin dekabr ayının dəqiq yadında qalmayan günündə günortadan sonra Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində yerləşən Etibar İsmayılov adına 1 nömrəli tam orta məktəbin yaxınlığında həmkəndlisi X15 ilə rastlaşmışdır. Onlar bir qədər söhbət etdikdən sonra Şirvani ona onda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini, əgər istəyərsə ona da sata biləcəyini bildirmişdir. O, soruşduqda Şirvani yarım kibrit qutusu “nəşə”ni 50 manata satdığını demişdir. O, Şirvani ilə razılaşmış və orada ona 50 manat verərək Şirvanidən yarım kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana almışdır. Daha sonra o, Şirvanidən aldığı yarım kibrit qutusunun içərisindəki narkotik vasitə olan qurudulmuş marixuananı boş bir kibrit qutusuna tökərək özü istifadə etmək üçün üzərində saxlamışdır. 19 dekabr 2023-cü il tarixdə saat 07:20-də Ağcabədi rayonu Hindarx qəsəbəsində yaşadığı küçədə piyada gedən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ona hüquq və vəzifələrini, saxlanma səbəbini izah edib onu rayon polis şöbəsinə gətirmişlər. Burada onun üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə onun üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış başlanan zaman ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etmişdir. O, da əynində olan qara rəngli gödəkçənin sağ cibindən bir ədəd kibrit qutusunu çıxararaq stolun üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları həmin kibrit qutusunu açıb içərisinə baxış keçirmişlər. Həmin kibrit qutusunun içərisində yaşılımtıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Daha sonra həmin kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, çəkisi aşkar olunduğu qaydada 5,10 qram təşkil etmişdir. Üzərindən aşkar edilmiş içərisində narkotik vasitə olan qurudulmuş marixuana bir ədəd kibrit qutusu ağ kağız zərfdə qablaşdırılmış, üzəri yazılmış, möhürlənmiş və onlar imza etmişlər. Bundan sonra üzərinə əlavə şəxsi axtarış keçirilmiş, bu zaman üzərindən heç bir şey aşkar edilməmişdir. Şirvaninin narkotik vasitələr istifadə etdiyini bilsə də, satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı 2023-cü il dekabr ayının əvvəllərində Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində tanışı Təqsirləndirilən şəxs 50 manata almışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, şahid polis əməkdaşı Şahid3 səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs cinayət işi ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Ağcabədi rayonu Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun Təqsirləndirilən şəxsla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Ağcabədi rayonu Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin istifadəsində, üzərində gəzdirməsi və satışı ilə məşğul olmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də Ağcabədi RPŞ-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 8-ci bəndini, 4-cü hissəsinin 2-ci bəndinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyataxtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə oda daxil olmuşdur. Qrupa rəhbərliyi Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 17 dekabr 2023-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda, daşımaqda və satmaqda şübhəli olan Təqsirləndirilən şəxs yeri müəyyən edilmiş və həmin günü saat 13:10-da Təqsirləndirilən şəxs Ağcabədi rayonu Hindarx qəsəbəsində yaşadığı evin qarşısında olan zaman yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və X5 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və bu barədə bildiriş protokolu ona təqdim edilmişdir. Şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamışdır. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxardıb stolun üzərinə qoymuşdur. Həmin qutunun içərisinə baxış keçirilən zaman içərisində yaşılımtıl rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olduğu aşkar olunmuşdur. Sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə narkotik vasitə qəbul etməkdə, əldə edib saxlamaqda, üzərində gəzdirməkdə və satmaqda şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Götürülmüş kütlə elektron tərəzidə çəkilmişdir. Götürülmüş qurudulmuş marixuanaya oxşar kütlələr kibrit qutusu ilə birlikdə 8,46 (səkkiz tam yüzdə qırx altı) qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə zərfdə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanaraq rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza X11 Bölməsinə göndərilmişdir. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Sonra keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq Ağcabədi rayonu Hindarx kəndində qeydiyyatda olmaqla yaşayan Şahid1 ətrafında əməliyyat tədbirləri keçirilmişdir. Şahid2 tərəfindən “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə oda daxil olmuşdur. Qrupa rəhbərliyi Şahid2, həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 19 dekabr 2023-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Şahid1 yeri müəyyən edilmişdir. Həmin günü saat 07:20-də Namazov X2 rayonu Hindarx qəsəbəsində olan zaman yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edildimiş və X1 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və bu barədə bildiriş protokolu ona təqdim edilmişdir. Şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamışdır. Sonra şübhəli şəxs Şahid1 üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Şahid1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən üzərində 01 ədəd kibrit qutusunu çıxardıb stolun üzərinə qoymuşdur. Həmin bükümün içərisinə baxış keçirilən zaman içərisində yaşılımtıl rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olduğu aşkar olunmuşdur. Bundan sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə psixotrop maddə qəbul etməkdə, əldə edib saxlamaqda, üzərində gəzdirməkdə şübhəli şəxs Şahid1 üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid1 üzərindən iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Götürülmüş kütlə elektron tərəzidə çəkilmişdir. Götürülmüş qurudulmuş marixuanaya oxşar kütlə kibrit qutusu ilə birlikdə 5,10 (beş tam yüzdə on) qram olmuşdur. Şahid1 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusundakı psixotrop maddə olan metamfetaminə bənzər kütlə zərfdə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanaraq rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza X11 Bölməsinə göndərilmişdir. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Sorğu zamanı Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusundakı qurudulmuş marixuanaya bənzər kütləni Ağcabədi rayon Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxs 50 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni haradan və necə əldə etməsi konkret məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri satması ilə bağlı əməliyyat məlumatı olmuşdur. Belə ki, 2023-cü il dekabr ayının əvəllərində Təqsirləndirilən şəxs Şahid1 50 manat pul müqabilində narkotik vasitə olan qurdulmuş marixuana satmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 17 dekabr 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü, Ağcabədi rayonu Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin aparılması, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 17 dekabr 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 və TBnin təhqiqatçısı, polis baş leytenantı X9 və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi edilməsi məqsədilə müdafiçi təyin edilmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda 8,46 qram çəkidə narkotik vasitə olan qurdulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə iclası zamanı 17 dekabr 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında diskə baxış keçirilməsindən görünür ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 və TB-nin təhqiqatçısı, polis baş leytenantı X9 və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi edilməsi məqsədilə müdafiçi təyin edilmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda 8,46 qram çəkidə narkotik vasitə olan qurdulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 17 dekabr 2023-cü il tarixli Ağcabədi RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X9 tərəfindən tərtib edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 və vəkil X5 iştirakları ilə keçirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilərək, üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik və ya psixotrop maddələrin olub-olmaması soruşulmuş, əgər varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi istifadə üçün narkotik vasitə saxladığını bildirmiş, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu çıxardıb stolun üzərinə qoymuş, həmin kibrit qutusuna baxış keçirilən zaman içərisində narkotik vasitə olan qurdulmuş marixuanaya bənzər kütlənin olduğu aşkar olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə aşkar olunduğu qaydada təhqiqatçı tərəfindən elektron tərəzidən istifadə dilərək çəkilmiş və çəkisi 8,46 qram olmuşdur. Bundan sonra bir ədəd kibrit qutusu ağ rəngli kağız zərfə yerləşdirilmiş, üzəri DİN-in 143 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 19 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı aldığını onun üzünə qarşı demişdir. İşdə olan və məhkəmə iclası zamanı 19 dekabr 2023-cü il tarixli üzləşdirmə aparılması haqqında olan diskə baxış keçirilməsindən görünür ki, üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı əlli manata aldığını onun üzünə qarşı demişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı haradan, kimdən, nə vaxt əldə etməsi müəyyən edilə bilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğuldur, 2023-cü ilin dekabr ayının əvvəllərində Ağcabədi rayonu Hindarx qəsəbə sakini Şahid1 50 manat pul müqabilində narkotik vasitə olan qurdulmuş marixuana satmış, digər narkotik vasitə satdığı şəxs və ya şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində mobil telefon və ya mobil nömrə olmamışdır. Bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən tərəfindən vrilmiş 28 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 13 dekabr 2023-cü il tarixli, 18/1125 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki bir ədəd kibrit qutusunda təmiz çəkisi – 5,95 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurdulmuş marixuanadir. Qurdulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. (İ siyahı) İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 20 dekabr 2023-cü il tarixli, 18/1131 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Şahid1 o...” sözləri və imzalar olan kağız paketdəki bir ədəd kibrit qutusunda təmiz çəkisi – 2,28 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurdulmuş marixuanadir. Qurdulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. (İ siyahı) İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 16 fevral 2024-cü il tarixli, 3-16-16/2- 18/175 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim cəmi 02 ədəd kibrit qutusunda olan narkotik vasitə olan qurdulmuş marixuana orqanoleptik əlamətlərinə və biloji tərkiblərinə görə eyni tərkiblidir. Qurdulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. (İ siyahı) Qeyd: 1) Marixuananın təmiz çəkisi – 5,93 qram, tədqiqata istifadə olundu -0,02, qalıq – 5,91 qram. 2) Marixuananın təmiz çəkisi – 2,26 qram, tədqiqata istifadə olundu – 0,02 qr, qalıq – 2,24 qram. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X8 15 fevral 2024-cü il tarixli, 245 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Ağcabədi Rayon Mərkəzi X14 Şəxs” in 12 fevral 2024-cü il tarixli, 18-1-23/2-163/2024 nömrəli arayışından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Səfərov X10 RMX-nın Poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatına durmur. Cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Ağcabədi rayon Polis Şöbəsində məsul saxlanca verilmiş cinayət işi üzrə keçirilən əlavə məhkəmə-bioloji ekspertizasından sonra qalıq qalmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülərək 5,91 qram narkotik vasitə qurdulmuş marixuana və Şahid1 üzərindən aşkar edilmiş qalıq təmiz çəkisi 2,24 qram narkotik vasitə olan qurdulmuş marixuana, həmçinin cinayət işinə əlavə edilmiş 17 dekabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs və 19 dekabr 2023cü il tarixdə Şahid1 üzərinə şəxsi axtarış və götürmə keçirilməsi, həmçinin üzləşdirmə istintaq hərəkəti aparılan zaman istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 03 (üç) ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İHB-nın Hindarx qəsəbə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilməsə də, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, 17 dekabr 2023- cü il tarixli şəxsi axtarış və götürmə barədə protokolla, 17 dekabr 2023-cü il tarixdə tərtib edilmiş diskə baxış keçirilməsi haqqında protokolla, 19 dekabr 2024-cü il tarixli Şahid1 və Təqsirləndirilən şəxs üzləşdirmə haqqında protokolla və cinayət işinə əlavə edilmiş “CD” diskə baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, hərdənbir narkotik vasitə istifadə edir. 2023-cü il dekabr ayının əvvəllərində o, yaşadığı Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində piyada gəzən zaman yerdə iki ədəd kibrit qutusu görmüş və diqqətini çəkdiyini götürüb içərisinə baxan zaman içərisində “nəşə” kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin içərisində narkotik vasitə olan kibrit qutularını götürərək cibinə qoymuşdur ki, həm özü istifadə edər, həm də satar. Bundan həmin kibrit qutularının birini yarı bölüb özü istifadə etmişdir. 2023-cü il dekabr ayının əvvəllərində o, yaşadığı Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində məktəbin yanında olan zaman həmkəndlisi və qohumu Şahid1 ilə rastlaşmışdır. O, Fədailin narkotik vasitə istifadə etdiyini bildiyinə görə Fədailə onda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və satmaq istədiyini demişdir. Fədail ondan neçəyə satdığını soruşduqda o, pula ehtiyacı olduğu üçün yarım kibrit qutusunu 50 manata satdığını demişdir və Fədail onunla razılaşıb 50 manat verərək yarım kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Qalan bir kibrit qutusu nəşəni isə satmaq üçün üzərində saxlamışdır. O, işləmədiyi üçün pula ehtiyacı olduğundan həmin narkotik vasitəni satmış və qalanını da satmaq üçün üzərində saxlamışdır. 17 dekabr 2023-cü il tarixdə saat 13 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində yaşadığı evin qarşısında olan zaman 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitə gəzdirməkdə, saxlanılmasında və satmağında şübhəli olduğunu bildirib Ağcabədi rayon Polis Şöbəsinə gəlməyi üçün onu dəvət etmişlər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Ağcabədi rayon Polis Şöbəsinə gəlmiş və orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edərsə bu gün növbətçi vəkilin yardımından istifadə edə bilər. O, təqdim olunmuş vəkillərin siyahısından hər hansı birinin hüquqlarının dövlət hesabına müdafiə olunması üçün etiraz etmədiyini bildirib bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X12 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Həmin sənədlərlə müdafiəçinin iştirakı ilə tanış olmuş və düzgün tərtib edildiyi üçün imza etmişdir. Bundan sonra Ağcabədi rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. O, həmin kibrit qutusunun içərisində olan kütlənin “nəşə” adlandırdığı narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış və bundan başqa üzərində başqa hər hansı cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Həmin içərisində narkotik vasitə marixuana olan kibrit qutusu müdafiəçinin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 8,46 qram olmuşdur. Sorğu zamanı o, həmin kütlənin ona məxsus olduğunu, satış məqsədi ilə üzərində saxladığını, ona qarşı heç bir fiziki və psixoloji təsir edilmədiyini, heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişdir. Daha sonra ona ekspertin rəyi elan edilmiş və o, öyrənmişdir ki, üzərindən aşkar edilərək götürülmüş bir ədəd kibrit qutusunda xeyli miqdarda, təmiz çəkisi 5,95 qram olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Onun narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməyindən, saxlamağından və istifadə etməyindən ailə üzvlərinin xəbərləri olmamışdır. O, mobil telefon işlətməmiş və istifadəsində mobil nömrə olmamışdır. Polis əməkdaşları onu Ağcabədi rayon Polis Şöbəsinə apararkən, həmçinin Şöbənin inzibati binasında polis əməkdaşları tərəfindən heç bir psixi, fiziki təsir göstərilməyib, işgəncəyə məruz qalmamışdır. Saxlanmağı ilə bağlı heç bir şikayəti və tələbi yoxdur. O, törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etmiş, həmin əməldən peşmandır və özünün müdafiəsi üçün heç bir dəlil və sübutu olmadığını bildirmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşıması, 2023-cü ilin dekabr ayında istintaqa məlum olmayan gündə və saatda yaşadığı Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində yerləşən Etibar İsmayılov adına 1 nömrəli tam orta məktəbin yaxınlığında tanışı Şahid1 həmin narkotik vasitə olan qurudulmuş marixuananın hissəsini bir ədəd kibrit qutusunda 50 manata satması və 17 dekabr 2023-cü il tarixdə saat 13:10-da Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılarkən həmin qurudulmuş marixuana bir ədəd kibrit qutusunda aşkar edilərək götürülməsi məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş mateiallarında olan şübhəli şəxsin tutulması haqqında 17 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Ağcabədi rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə onun cəzaçəkmə müddətinin əvvəli 17 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi X14 Şəxs” in poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata götürülməlidir. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut – tədqiqatdan sonra qalıq qalan 5,91 və 2,24 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 131 manat 43 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin - AZ.MEM.VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 30 iş saatı üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstəriənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 17 dekabr 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəsisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs «Ağcabədi Rayon Mərkəzi X14 Şəxs»in poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata götürülsün. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübutlar – tədqiqatdan sonra qalıq qalan 5,91 və 2,24 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 131 manat 43 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin-AZ.MEM.VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 30 iş saatı üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə X4 apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar