Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-52/2025 13.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçinnun və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1989-cu il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Ağcabədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilib Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib barəsində həmin məcəllənin 62-ci maddəsi tətbiq edilərək 01 il 06 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 5,06 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd kibrit qutusunda əynindəki qara rəngli gödəkçənin sağ yan cibində daşıyaraq saxlamış, 04 fevral 2025-ci il tarixdə Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz olaraq narkotik vasitələrii üzərində saxlamasında, istifadə etməsində və daşımasında şübhəli bilinərək Ağcabədi rayonu Salmanbəyli kəndinin girəcəyində saxlanılaraq saat 20:05-dən başlayaraq üzərinə yoxlama aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd kibrit qutusunda, xeyli miqdarda təmiz çəkisi 5,06 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yaşayır və üç azyaşlı övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. O, təxminən bir ildir ki, hərdən-bir narkotik vasitə olan “nəşə” kimi tanıdığı qurudulmuş marixuana qəbul edir. Tutulmazdan bir neçə gün əvvəl saat 15 radələrində o, evdən çıxıb “Qarabağ Kanalı”na balıq tutmaq üçün getmişdir. Həmin zaman kanalın kənarında yerdə bir ədəd salfetkaya bükülmüş büküm diqqətini çəkmişdir. O, həmin bükümü götürən zaman içərisində kibrit qutusu olduğunu görmüşdür. Kibrit qutusunu götürüb içinə baxanda içərisində qurudulmuş marixuana olduğunu görmüş və həmin kibrit qutusunu öz şəxsi istifadəsi üçün cibinə qoyub üzərində saxlamışdır. 04 fevral 2025-ci il tarixdə saat 20 radələrində o, Ağcabədi rayonu Salmanbəyli kəndinin girişində körpünün yanında olan zaman mülki formada olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirib üzərinə baxış keçiriləcəyini demişlər. O, heç bir etiraz etməmiş, video çəkilişlə üzərinə baxış keçirilmiş və ondan üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunu, əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu könüllü olaraq təqdim etmişdir. O, qara rəngli gödəkçənin sağ yan cibindən təqdim etdiyi kibrit qutusunun içərisində olan kütlənin “nəşə” adlandırdığı qurudulmuş marixuana olduğunu bildirmişdir. Üzərinə baxış keçirilmiş və bundan başqa üzərindən başqa hər hansı cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Qara rəngli gödəkçənin sağ yan cibindən təqdim etdiyi kibrit qutusuna baxış keçirilən zaman içərisində yaşılımtıl rəngli, spesifik iyə malik kütlə aşkar edilmişdir. Həmin içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu onun və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 7,73 qram olmuşdur. Sorğu zamanı o, həmin kütlənin ona məxsus olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, ona qarşı heç bir fiziki və psixoloji təsir edilmədiyini bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra ona ekspertin rəyi elan edilmiş və o, öyrənmişdir ki, üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,06 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. O, əldə edib saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmişdir. Onun narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməyindən, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamışdır. Polis əməkdaşları onu Ağcabədi rayon Polis Şöbəsinə apararkən, həmçinin Şöbənin inzibati binasında polis əməkdaşları tərəfindən ona fiziki təsir göstərilməmiş, işgəncəyə məruz qalmamışdır. Hazırda törətdiyi əmələ görə çox peşman olmasını və himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Ağcabədi rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun Təqsirləndirilən şəxsla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Ona ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10, 11, 12-ci maddələrinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 86, 445-ci maddələrinin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə Ağcabədi rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və PPXB-nin polis nəfəri, polis kiçik serjantı X5 daxil olmuşdur. Qrupa rəhbərliyi o, həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 04 fevral 2025-ci il tarixdə saat 20 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Həsənov X8 rayonu, Salmanbəyli kəndinin girəcəyində olarkən yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib hüquq və vəzifələri izah edilmişdir. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlamışlar. Üstünə yoxlama və götürmə aparılmasında əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər vasitə və əynindəki göy rəngli cins şalvarın sol yan cibindən “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qurudulmuş marixuanaya oxşar kütlə ilə bağlı verilən suallara cavab olaraq bildirmişdir ki, içərisində qurudululmuş marixuana olan kibrit qutusunu balıq ovuna gedən zaman, Ağcabədi rayonu ərazisindən keçən “Qarabağ” kanalının kənarından tapmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olduğu qaydada kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 7,73 (yeddi tam yüzdə yetmiş üç) qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusundakı narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra Ağcabədi rayon Polis Şöbəsinin inzibati binasında Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Elçin Piriyev tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd ağ zərfdə qablaşdırılmış kütləyə və həmin anın video görüntüsünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni haradan və necə əldə etməsi barədə konkret məlumatları yoxdur, lakin bu istiqamətdə tərəflərindən əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs narkotik vasitələri satması ilə bağlı əməliyyat məlumatı olmamışdır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və ya polis şöbəsində hər hansı fiziki və ya psixoloji təsirə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşları Şahid2 və X5 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin aparılması, onun üzərinə şəxsi axtarış aparılması, müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, Ağcabədi RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və Ağcabədi RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X1 ibarət əməlliyyat qrupu yaradılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 04 fevral 2025-ci il tarixli Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 tərəfindən tərtib edilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, Ağcabədi RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və Ağcabədi RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X2 iştirakları ilə narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Həsənov X8 rayonu, Salmanbəyli kəndinin girəcəyində saxlanılmış, üstünə yoxlama və götürmə aparılman zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər vasitə və əynindəki göy rəngli cins şalvarın sol yan cibindən “Nokia” markalı mobil telefonu təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olduğu qaydada kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 7,73 (yeddi tam yüzdə yetmiş üç) qram olmuş və həmin qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırılaraq götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 04 fevral 2025-ci il tarixli Ağcabədi RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən tərtib edilmiş “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 04 fevral 2025-ci il tarixdə saat 20:00 radələrində Həsənov X8 rayonu Salmanbəyli kəndi ərazisində piyada gəzərkən saxlanılaraq üstünün yoxlanılması, üzərindən 1 ədəd kibrit qutusunda qurudulmuş marixuana oxşar kütlə aşkar edilməsi, həmin kütlənin 1 ədəd ağ rəngli zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi qeyd olunmuş, həmin bir ədəd ağ rəngli zərfə, 1 ədəd DVD diskə baxış keçirilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazılı zərfdəki 1 ədəd kibrit qutusunun içərisində açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra 1 ədəd DVD diskə baxış keçirilmiş, görüntülərdə təhqiqata təqdim olunar narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs narkotik vasitə aşkar olunması öz əksini tapmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 04 fevral 2025-ci il tarixli Ağcabədi RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən tərtib edilmiş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilərək, üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi istifadə üçün narkotik vasitə saxladığını bildirmiş və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusu, həmin qutunun içərisində yaşılımtıl rəngdə, kəskin spesifik iyə malik narkotik vasitə olan qudurulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlələr kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 7,73 (yeddi tam yüzdə yetmiş üç) qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusundakı narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi üzrə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, həmçinin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatlara baxış keçirilmiş, baxış zamanı şübhəli zəng və ya mesaj mətni, həmçinin heç bir sübut əhəmiyyəti kəsb edəcək hal aşkar edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli 5(017)-34/2025 nömrəli qərarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasını təmin etmək məqsədi ilə təxirəsalınmaz əməliyyataxtarış tədbirinin keçirilməsi barədə Ağcabədi rayon polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 04 fevral 2025-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən tərəfindən vrilmiş 10 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Həsənov X8 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Ağcabədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilib Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib barəsində həmin məcəllənin 62-ci maddəsi tətbiq edilərək 01 il 06 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şivan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və hökmün icrasına dair göstəriş icra olunması üçün xx.xx.2025-ci il tarixdə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdən qeydiyyata götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 05 fevral 2025-ci il tarixli, 18/91 saylı məhkəmə-bioloji ekspertiza rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 5,06 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir.(İ siyahı) Aşkar edilmiş marixuananın təmiz çəkisi 5,06 qram, tədqiqata sərf olundu 0,02 qram, qalıq 5,04 qramdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Məhkəmə-narkoloji ekspertizasının 10 mart 2025-ci il tarixli, 435 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İstintaqın tam, hərtərəfli və obyektiv aparılması məqsədilə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi, narkotik vasitənin əldə edilməsində ona kömək edən şəxsin olub-olmaması, narkotik tərkibli bitkiləri əkib-əkməməsi, həmin narkotik vasitədən yaşadığı evində, yaxud digər yerlərdə gizlədərək saxlayıb-saxlamaması, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsinin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmişdir. Bununla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı haradan, kimdən, hansı məqsədlə və necə əldə etməsi, satması və narkotik vasitələrin qanunsuz dövriyyəsində başqa şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib-etməməsi, narkotik tərkibli bitkilər əkməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilərək yoxlanılmış, lakin müsbət nəticə əldə olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Ağcabədi Rayon Mərkəzi X9 Şəxs” in xx.xx.2025-ci il tarixli, 18-1-23/2-226/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi X9 Şəxs” in Konsultativ Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda deyil. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 10 fevral 2025-ci il tarixli arayışdan və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı X10 (xx.xx.2013-cü il təvəllüdlü), X13 (xx.xx.2015-ci il təvəllüdlü) və X7 (xx.xx.2017-ci il təvəllüdlü) adlı uşaqları var. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, habelə işdə olan digər rəsmi sənədlərlə tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını və himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşirən hallar kimi nəzərə alır. Barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, əvvəldə eyni xarakterli cinayət əməli törətməsini və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini və onun cəmiyyətdən tam təcrid olunmaqla islah olunması mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cü il tarixli qərarı ilə AR CM-nin 221.3-cü maddəsi ilə təyin olunmuş bir il altı ay dörd gün müddətə azadlığın məhdudlaşırılması cəzasının çəkilməmiş qalan bir il beş ay on doqquz günü azadlıqdan məhrum etmənin bir gününə iki gün hesablanmaqla yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 fevral 2025-ci il tarixdən 06 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Cəza çəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 13 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəsətəxnası” Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, tədqiqatdan sonra qalıq qalan 5,04 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 31 manat 95 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - Az.MEM.VÖİN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ ********************, hesab Az 34 CTRE******************** keçirilməlidir. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 iş saatı üçün 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstəriənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, bir il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cü il tarixli qərarı ilə AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib barəsində həmin məcəllənin 62-ci maddəsi tətbiq edilərək təyin edilmiş 01 il 06 ay 04 gün müddətə azadlığın məhdudlaşırılması cəzasının çəkilməmiş qalan bir il beş ay on doqquz günü azadlıqdan məhrum etmənin bir gününə iki gün hesablanmaqla yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilərək ona bir il üç ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 fevral 2025-ci il tarixdən 06 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilmiş bir il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti cəza olaraq bir il iki ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi gündən, yəni 13 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından dərhal həbsə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəsətəxnası” Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, tədqiqatdan sonra qalıq qalan 5,04 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 31 manat 95 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (- Az.MEM.VÖİN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ ********************, hesab Az 34 CTRE********************) keçirilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 iş saatı üçün 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətə Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-52/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-52/2025
13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver