Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-54/2023 26.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmənin iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü ildə Ağcabədi rayonu, Üzeyirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 4 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının «şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 10,11 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib 05 ədəd şəffaf selofan bükümündə əynindəki qara rəngli cins şalvarının sağ yan cibinə qoyub daşıyaraq saxlamış, 04 dekabr 2022-ci il tarixdə saat 17:30 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi şəhərində yerləşən bazar ərazisində saxlanılaraq Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 17:40-dan üzərinə şəxsi axtarış keçirilərkən qəsdən, satış məqsədi ilə qanunsuz olaraq əldə edib əynindəki qara rəngli cins şalvarının sağ yan cibində daşıyaraq saxladığı 5 (beş) ədəd şəffaf sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkisi 1,80 qram, 2,18 qram, 2,03 qram, 2,42 qram, 1,68 qram, ümumi çəkisi 10,11 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu, Avşar kəndində yaşayır və fərdi əməklə məşğul olmuşdur. Özü 3 ildən artıq müddətdir narkotik vasitələrdən, əsasən narkotik vasitə olan marixuanadan istifadə edir. 2022-ci ilin noyabr ayının ortalarında sosial şəbəkə vasitəsi ilə tanış olduğu adını xatırlamadığı İran İslam Respublikası vətəndaşından narkotik vasitə olan marixunana əldə etmişdir. Belə ki, “vatsap” ani mesajlaşma proqramı vasitəsi ilə adını Baba kimi tanıdığı İran Respublikasının vətəndaşı ilə əlaqə saxlayıb ondan 100 qram narkotik vasitə olan marixuana almaq istədiyini bildirmişdir. Həmin Baba adlı şəxs 100 qram narkotik vasitə olan marixuna üçün ondan 700 manat məbləğində pul istəmiş, həmin şəxsin təqdim etdiyi hal-hazırda nömrələrini xatırlamadığı bank hesabına Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən marketdə quraşdırılmış “Emanat” ödəniş terminalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 600 manat, 21 noyabr 2022-ci il tarixdə 100 manat məbləğində pul göndərmişdir. Pulu göndərdikdən sonra həmin İran İslam Respublikasının vətəndaşı ona “vatsap” ani mesajlaşma proqramı vasitəsi ilə narkotik vasitə olan marixuananı Mingeçevir- Bəhrəmtəpə yolunun kənarında quraşdırılmış “yol nişanı”-nın yaxınlığında Qarabağ kanalının kənarında qamışlığın içərisinə qoyduğunu demişdir. Onun dediyi ünvana uyğun olaraq Ağcabədi rayonu ərazisində Qarabağ kanalının kənarına getmış, kanalın kənarında qamışlığın arasında şəffaf sellofan torbada gizlətdiyi narkotik vasitə olan marixuananı götürmüşdür. Həmin narkotik vasitə olan marixuananın üzərindən bir qismini özü çəkmə yolu ilə istifadə etmiş, narkotik vasitədən təxminən 10 gün əvvəl Ağcabədi rayonu, Xocavənd kənd sakini Qulu kimi tanıdığı şəxslə Ağcabədi rayonu, Xocavənd kəndində körpünün yaxınlığında görüşüb təxminən 3-4 qram satmış və Quludan 30 manat məbləğində pul almışdır. Əldə etdiyi narkotik vasitələrdən üzərindən cəmi beş büküm qalmışdır. 04 dekabr 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı Avşar kəndindən tanımadığı taksi ilə evdən özünə məxsus 35 ədəd hind quşlarını satmaq üçün götürüb Ağcabədi şəhərinə “üç bulaq” adlanan ərazisində yerləşən bazara gəlmişdir. Həmin vaxt cibində 01 ədəd siqaret qutusunun içərisində beş ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olmuşdur. Həmin hind quşlarını bazarda tanımadığı şəxslərə ümumilikdə 746 manata satmışdır. Bundan sonra bazarda piyada hərəkətdə olan zaman ona bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona hüquq və vəzifələrini, saxlanma səbəbini izah etmiş və onu rayon polis şöbəsinə gətirmişlər. Orada dəvət edilmiş vəkilin iştirakı ilə xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində cinayət xarakterli əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd siqaret kutusunu içərisində beş ədəd narkotik vasitə marixuana olan bükmləri ilə birlikdə çıxarıb təqdim etmişdir. Həmçinin şalvarının sağ arxa cibindən 746 manat məbləğində pulu, üzərində olan gödəkçəsinin sol yan cibindən bir ədəd Samsung A10 markalı mobil telefonu da masanın üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən həmin siqaret qutusunun içərisindən aşkar edilmiş 5 ədəd sellofan bükümünə baxıldıqda içərisində yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Üzərindən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş, müvafiq olaraq kütlələrin çəkiləri bükümlərlə birlikdə 1.81 qram, 2.54 qram, 2.35 qram, 1.92 qram və 2.15 qram olmuşdur. Daha sonra üzərindən aşkar edilmiş kütlələr ağ rəngli kağız zərfdə qablaşdırılmış, zərfin üzəri yazıldıqdan sonra imza etmişlər. Onun üzərinə əlavə şəxsi axtarış keçirilmiş, əlavə şəxsi axtarış zamanı üzərindən heç bir cinayət xarakterli əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 05 ədəd sellofan kəsiyinin içərisində olan kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır və saxlamaqda məqsədi istifadə etmək olmuşdur. İlkin ifadə zamanı və üzərinə keçirilən şəxsi axtarış zamanı narkotik vasitə olan marixuananı bir neçə nəfər şəxsə pay verdiyini demişdir. Əsl həqiqətdə narktotik vasitə olan marixuananı heç kimə pay verməmişdir. Üzərindən aşkar edilmiş 746 manat pulu bazara gətirdiyi hind quşlarının satışından əldə etmişdir. Başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, narkotik vasitə qəbul etməyini kimsə bilməmişdir. O, ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Üzərindən aşkar edilmiş 2 ədəd qəbzlərdə xx.xx.2022-ci il tarixdə 600 manat və xx.xx.2022-ci il tarixdə 100 manat məbləğində pulun göndərilməsi müəyyən olunur. İran İslam Respublikasının vətəndaşına narkotik vasitə olan qurudulmuş marixuananı gələcəkdə satıb pul əldə etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə 600 manat və xx.xx.2022-ci il tarixdə 100 manat olmaqla ümumilikdə 700 manat məbləğində pul göndərmişdir. Hazırda törətdiyi əmələ görə peşman olmasını və himayəsində 4 uşağının olduğunu bildirib, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonu, Xocavənd kəndində yaşayır. Uzun müddətdir narkotik vasitələrdən, əsasən narkotik vasitə olan marixuanadan istifadə edir. Əvvəllər dəfələrlə Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə məhkum olunmuşdur. Sonuncu dəfə Azərbaycan Respbublikası Cinayət Məcəlləsinin 237.1-ci ilə təqsirli bilinib 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 07 iyun 2022-ci il tarixdə azadlığa çıxmışdır. Tanışları və kənd sakinləri onu Qulu olaraq çağırsalar da, əsl adı Məmmədquludur. Təqsirləndirilən şəxs əvvəldən tanıyır, Təyyarın narkotik vasitələrin istifadə etməsi ilə məşğul olması barədə məlumatı olmuşdur. Təxminən 2022-ci ilin noyabr ayının əvvəllərində Təyyarla Ağcabədi rayonu, Xocavənd kəndində körpünün yaxınlığında görüşmüş, Təyyara narkotik vasitə marixuana almaq istədiyini bildirmişdir. Ona Təyyar cibindən bir ədəd kağız bükümünü çıxarıb vermiş, Təyyardan həmin bükümünün neçə qram olduğunu soruşmuş, Təyyar təxminən 3-4 qram olduğunu demişdir. Bunun müqabilində Təyyara 30 manat məbləğində pul vermiş, Təyyardan aldığı narkotik vasitə olan marixuananı çəkmə yolu ilə istifadə etmişdir. Bundan başqa Təyyardan narkotik vasitə olan marixuanan almamışdır. Təyyardan narkotik vasitə olan qurudulmuş marixuana almasını heç kəsə bildirməmişdir. O, Təyyardan aldığı narkotik vasitə olan marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir və Təyyardan cəmi bir dəfə narkotik vasitə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayon Polis Şöbəsində Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis mayoru rütbəsindədir. 04 dekabr 2022-ci il tarixdə Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və satışında şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra ondan və şöbənin PPXB-nün polis nəfəri polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Qrup olaraq Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Təqsirləndirilən şəxs həmin gün, yəni 04 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Ağcabədi şəhərində yerləşən bazarda saxlayaraq rayon polis şöbəsinə gətirmişlər. Ağcabədi RPŞ-nin inzibati binasında xidməti otaqda TB-nin təhqiqatçısı polis kapitanı X11 tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilməklə, onun özünün dövlət hesabına müdafiəçi ilə təmin edilməsi xahişinə əsasən Ağcabədi rayon Vəkil Bürosunun vəkili X2 hüquqlarını müdafiə etməsi məqsədilə müdafiəçi təyin edilmışdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkili X1 da iştirakı ilə hüquq və vəzifələri izah edilmış və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın video çəkiliş vasitəsi ilə keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirib əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisində beş ədəd selofan kəsiyi bükümlərini, şalvarının sağ arxa cibindən ümumilikdə 746 manat pulu və iki ədəd ödəniş çeklərini, əynində olan gödəkçənin sol yan cibindən isə “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 05 ədəd selofan kəsiyi bükümləri açıldıqda içərilərində yaşıl rəngli, spesfik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Həmin bükümlər ayrı ayrılıqda aşkar olunduğu qaydada elekton tərəzidə çəkilmiş, bükümlərin ayrı-ayrılıqda çəkiləri 1,81 qram, 2,54 qram, 2,35 qram, 1,92 qram və 2,15 qram olmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən beş ədəd selofan kəsiyi bükümündə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr bir ədəd kağız zərfdə qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün üzərinə Azərbaycan Respublikası DİN-nin 143 saylı möhürü vurulub götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilərkən əlavə olaraq başqa bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən onun yanında heçkim olmamış, Təqsirləndirilən şəxs RPŞ-nə gətirilməsini, üzərinə şəxsi axtarış keçirilməsini tədbirdə iştirak edən PPXB-nün polis nəfəri polis serjantı Şahid3 başqa heç kəs görməmiş, şəxsi axtarış keçirilərkən vəkil X2 da iştirak etmişdir. Polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməlliyyat məlumatı daxil olmuşdur.. Şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verib, Şahid2 ifadəsində göstərilənləri mahiyyəti üzrə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 05 dekabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan aydın olur ki, diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs müdafiəçisi X1 iştirakı ilə hüquq və vəzifələri izah edilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparlması, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən çıxardığı bir ədəd siqaret qutusunun içərisində olan beş ədəd sellofan kəsiyi bükümlərini, eləcə də ümumilikdə 746 manat məbləğində pulu, iki ədəd ödəniş qəbzini və bir ədəd mobil telefonu masanın üzərinə qoyması, həmin bükümlərin içərisinə baxış keçirilən zaman içərilərində yaşıl rəngli, spesfik iyə malik narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar olunması, bükümlərin aşkar olunduğu qaydada elektron tərəzidə çəkilməsi, bükümlərin ayrı ayrılıqda çəkilərinin 1,81 qram, 2,54 qram, 2,35 qram, 1,92 qram və 2,15 qram olması, içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan beş ədəd sellofan bükümlərinin bir ədəd kağız zərfdə qablaşdırılmas, zərfin üzərinin imzalanması və üzərinə Azərbaycan Respublikası DİN-nin 143 saylı möhürünün vurularaq götürülməsi müşahidə olunur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması haqqında 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində “Baba” adlı İran İslam Respublikası vətəndaşından aldığı narkotik vasitə qurudulmuş marixuananı yola pararlel keçən Qarabağ kanalının kənarından götürdüyü yeri göstərmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 20 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Rüstəmov X7 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və məhkumluğu ödənilmişdir İş materiallarına əlavə edimiş baxış keçirilməsi və götürülməsi haqqında 04 dekabr 2022-ci il tarixli şəxsi axtarış aparılması haqqında tərtib edilmiş protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd siqaretin paçkasının içərisindən 5(beş) ədəd sellofan kəsiyinə bükülmüş bükümü, həmin bükümlərin içərisinə baxış keçirilən zaman içərilərində yaşıl rəngli, spesfik iyə malik narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar olunmuş, ümumilikdə 746 manat məbləğində pulu, iki ədəd ödəniş qəbzini və bir ədəd mobil telefonu olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 05 dekabr 2022-ci il tarixli, 18/1291 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən aydın olur ki, tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,80 qram, 2,18 qram, 2,03 qram, 2,42 qram, 1,68 qram, ümumi təmiz çəkisi 10,11 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aşkar edilmiş marixuananın ümumi çəkisi-10,11 qram, cəmi tədqiqata sərf olundu – 0,10 qram, qalıq 10,01 qramdır. İş materiallarına əlavə edilmiş X5 09 yanvar 2023-cü il tarixli, 39 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə “proflaktiki” qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş “Ağcabədi Rayon Mərkəzi X10 Şəxs” in 21 dekabr 2022-ci il tarixli, 655 nömrəli arayışından görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Rüstəmov X7 RMX-nın Poliklinika Şöbəsində ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatına alınmamışdır. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon İHB-nın Avşar kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi RİHB-nın Avşar kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1984-cü il də anadan olub, orta təhsilli, ailəli, himayəsində dörd övladı var, Ağcabədi rayonu, Avşar kəndində yaşayır. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Avşar kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində dörd övladı, Rüstəmova Gülay 2010-cu il təvəllüdlü, Rüstəmova Ruqiyyə 2014-cü il təvəllüdlü, Rüstəmova Yağmur 2008-ci il təvəllüdlü, Rüstəmov Mülhazim 2013cü il təvəllüdlü uşaqları var. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, habelə işdə olan digər rəsmi sənədlərlə tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə. Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası AliMəhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X6 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını, himayəsində üç azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşirən hallar kimi nəzərə alır. Barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini və onun cəmiyyətdən tam təcrid olunmaqla islah olunması mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. İş mateiallarında olan şübhəli şəxsin tutulması haqqında 04 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 4 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Ağcabədi rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə onun cəza çəkmə müddətinin əvvəli 4 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi X10 Şəxs” in poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut – tədqiqatdan sonra qalıq qalan 10,01 qram çəkidə qurudulmuş marixua hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin - AZ.MEM.VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilməlidir. Yuxarıda göstəriənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 04 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12 poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata götürülsün. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut – tədqiqatdan sonra qalıq qalan 10,01 qram çəkidə qurudulmuş marixuna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin-AZ.MEM.VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə X4 Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-54/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-54/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver