Məhkəmə qərarları › İş №1(017)-55/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-55/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-55/2024 16.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx xxx 1999-cu ildə Ağcabədi rayonu Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu Mərzili kəndində qeydiyyatda olmaqla Ağcabədi rayonu, Hindarx qəsəbəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs aralarında iki ildən çox yaş fərqi olan xx xxxxxxxx 2009-cu il tarixdə anadan olmuş, on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə 25 dekabr 2023-cü il tarixdə Şahid1 məxsus Ağcabədi rayonu, Hindarx qəsəbəsində fərdi yaşayış evində cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2009-cü il təvəllüdlü Zərərçəkmiş şəxs onun dayısı qızıdır və onlar bir-birilərini uşaqlıqdan tanıyırlar. Zərərçəkmiş şəxs anası ilə Türkiyədə yaşamış və 2023-cü ilin təxminən avqust-sentyabr ayında Selcan bacısı Aysel ilə, ailə münaqişəsi zəmnində, Türkiyədən Azərbaycana gəlmişlər. Burada onları nənəsi Şahid1 qarşılayaraq Ağcabədi rayonu, Hindarx qəsəbəsindəki evinə gətirmiş və həmin evdə o nənəsinə kömək etmişdir. Onun Selcan ilə həmişə normal münasibəti olub. Selcan Türkiyədən gəldikən sonra o, valdiyenlərinə Selcanı istədiyini və onunla ailə həyatı qurmaq istədiyini bildirmiş və valideyinləri buna razı olaraq onun Selcan ilə 2023-cü ilin noyabr ayının təxminən 25-26-sı nişan mərasimləri olmuşdur. 25 dekabr 2023-cü il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsində “Yunis” şadlıq sarayanda saat 13 radələrində onların toy mərasimləri keçirilmiş, saat 19-20 radələrində isə onların toy mərasimi yekunlaşmışdır. Toy mərasimi başa çatdıqdan sonra, o Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən, nənəsi Şahid1 məxsus olan evdə, Selcanla onun üçün ayrılmış otaqda, Selcan ilə ilk dəfə, təbii yolla, sonuncunun könüllü razılığı ilə saat 23 radələrində cinsi əlaqədə olmuşlar, cinsi əlaqə zamanı Selcanın bakirəliyii pozulmuşdur. Cinsi əlaqədə olan zamanı o Zərərçəkmiş şəxs heç bir zor tətbiq göstərməmiş, Selcan konüllü olaraq, öz razılığı ilə onunla cinsi əlaqədə olmuşdur. O, Selcanın 16 yaşı tamam olmadığını bilmiş, lakin onlar bir-birilərini istədikləri üçün, qərara gəlmişdilər ki onların toyları olsun. O, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuş və ona qarşı seksual xarakterli digər hərəkətlər etməmişdir. Toydan sonrakı gün Selcanın Türkiyədə yaşayan anası oradan Azerbaycan Respublikası Daxili İşlər Nazirliyinə şikayət etmişdir. Hazırda törətdiyi əmələ görə peşmançılıq çəkir. Ailə başçısı olmaqla ailənin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi-atası Qanuni nümayəndə iştirakı ilə dindirilərkən göstərdi ki, xx.xx.1999-cü il təvəllüdlü Təqsirləndirilən şəxs bibisi oğludur və bir-birilərini uşaqlıqdan tanıyırlar. O, təxminən 5-6 yaşından ailəsi ilə Türkiyədə, anası X5 ilə yaşamışdır. Atası isə Ağcabədi rayonu, Hindarx qəsəbəsində yaşayır. 2023-cü ilin təxminən avqust ayında, ailə münaqişəsi zəmnində, o bacısı Aysel Əliyeva ilə Azərbaycana qayıtmış və onlar atası Qanuni nümayəndə və nənəsi Şahid1 ilə birlikdə Ağcabədi rayonu, Hindarx qəsəbəsində, nənəsi Şahid1 evində yaşamışlar. Həmin evdə Təqsirləndirilən şəxs da tez-tez, nənəsinə kömək üçün gəlmişdir. Onun Tərxanla həmişə normal münasibəti olmuşdur. O, Azərbaycana gəldikdən sonra 2023-cü ilin noyabr ayının axırlarında Tərxan ona demişdiri ki, onunla ailə həyatı qurmaq istəyir, o isə buna razılaşdığı üçün Tərxan valideyinlərinə onunla ailə həyatı qurmaq istədiyini bildirmiş və təxminən 24 noyabr 2023-cü il tarixdə Tərxanla onun nişanları olmuşdur. Onlar qərara gəlmiş ki, onun 18 yaşı olanda onların Tərxanla toyları olacaqdır. Türkiyədə yaşayan anası buna razı olmuş, lakin Tərxangil toylarının yaxın bir zamanda olduğunu istədikləri üçün anası Türkiyədə olan zaman, yəni xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən “Yunis” şadlıq sarayında onların toy mərasimləri olmuşdur. Toy mərasimi təxminən saat 13:00 radələrində başlamış və saat 19:00 radələrində isə toy mərasimi başa çatmışdır. Anasının isə onların toylarından xəbəri yox imiş. Toy mərasimi başa çatdıqdan sonra, o Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən, nənəsi Şahid1 məxsus olan evdə, Tərxanla onun üçün ayrılmış otaqda, Tərxanla ilk dəfə, özünün razılığı ilə, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində cinsi əlaqədə olmuşdular. Bundan sonra o bilmişdir ki, anası onların toyu barədə xəbər almış, atası və Tərxanla danışaraq onlara bildirmişdir ki, bununla bağlı şikayət edəcəkdir. Onların nikah haqqında şəhadətnamələri yoxdur, çünki nikaha daxil olmamışdılar. Hər hansı bir qeydiyyata düşməklə bağlı müraciət etməmişdilər. Bildirmişdir ki, onun Tərxanla həmişə normal münasibəti olmuşdur. O, Tərxanla könüllü razılığı ilə ailə qurmuş, ona qarşı heç bir məcburiyyət və ya təsir edilməmişdir. Hazırda o, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o Ağcabədi rayonu, Hindarx qəsəbəsində nəvəsi Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. 2023-cü ilin təxminən avqust ayında Türkiyədə anaları ilə yaşayan nəvələri Selcanla Aysel, anaları ilə aralarında yaranmış münaqişə nəticəsində, Türkiyədən Azərbaycana gəlmişdilər. Bir-neçə gün sonra isə Aysel dərsini davam etdirmək üçün Türkiyəyə qayıtmışdır, Selcan isə onunla Ağcabədi rayonu, Hindarx qəsəbəsində, ona məxsus evdə qalmışdır. Həmin evdə, digər nəvəsi Təqsirləndirilən şəxs kömək etmək üçün tez-tez qonaq olurmuş və orada qalmışdır. Selcan Azərbaycana gəldikdən təxminən 1 ay sonra o başa düşmüşdür ki, Tərxanla Selcan bir-birlərini sevirlər. O, qızın atası Qanuni nümayəndə və Tərxanın atası X6 və anası Şahid2 buna razı olmamışlar. Uşaqlar onların dediklərinə və məsləhətlərinə heç fikir vermərmişlər, o isə təklif etmişdir ki, onların hələlik nişanları olsun və Selcanın 18 yaşı olanda onlara toy etsinlər. 24 noyabr 2023-cü il tarixdə Tərxanla Selcanın nişanı olmuşdur. Nişandan sonra isə Tərxanla Selcan toylarının yaxın bir zamanda olmasını istədiklərini bildirmişdilər. Əks halda isə, Tərxan Selcanı qaçırdacağını bildirmişdir. O isə bununla bağlı polisə məlumat vermək istəsə də, sonradan fikirindən daşınmışdır, çünkü Tərxan onun nəvəsidir. 2023-cü ilin dekabr ayının axırlarında isə Tərxan onlara bildirmişdir ki, artıq toya aid olan bütün hazırlıq işlərini görmüş, şadlıq sarayı ilə danışmış və hazırda isə dəvətnamələri paylamışdır. Onların heç biri Tərxanın bu işindən xəbəri olmamış və 25 dekabr 2023-cü il tarixdə Tərxanla Selcanın “Yunis” şadlıq sarayında toyları olmuşdur. Toydan sonrakı gün Selcanın anası Türkiyədən eşidən kimi polisə şikayət etmişdir ki, azyaşlı qızının toyu olub. Onun fikirincə, Selcanın Tərxan ilə ailə qurmasında Zərərçəkmiş şəxs qarşı heç bir təzyiq və ya digər məcburiyyət xarakterli hərəkətlər görülməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verib, göstərilən xüsusatları təsdiq etdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş AA ******* seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxxxx 2009-cu il tarixdə anadan olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin 26 dekabr 2023-cü il tarixli, 753 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, gərginləşmiş kişi cinsiyyət üzvünün təsirindən pozula bilərdi, pozulma müddəti təzə olmaqla 25 dekabr 2023-cü il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətin hər hansı bir obyektiv əlamətləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edən hər hansı bir əlamət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı hamiləlik əlamətləri aşkar edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş məhkəmə-tibb ekspertizasının 22 fevral 2024-cü il tarixli, 26 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş məhkəmə psixiatrik ekspertizasının 30 yanvar 2024-cü il tarixli, 66 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. Zərərçəkmiş şəxs hadisə zamanı və halhazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs görmüş olduğu hadisələri düzgün qavrayaraq həmin hadisələr barədə düzgün ifadə verə bilər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş məhkəmə-psixoloji ekspertizasının 20 fevral 2024-cü il tarixli, 12 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətləri aşağıdakı kimidir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqli fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərini nəzərə alaraq Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olmasını dərk edə bilmişdir. Zərərçəkmiş şəxs uydurmağa meyilli deyildir. O. Görmüş olduğu hadisələri düzgün qavrayıb, hadisələr barəsində düzgün ifadə verə bilər. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərindən, yaş həddindən, intellektual inkişafından, malik olduğu fərdi psoxoloji xüsusiyyətlərinə görə hadisə zamanı köməksiz vəziyyətdə olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 26 dekbar 2023-cü il tarixli baxış protokolundan və baxış protokoluna əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs nənələri Şahid1 Nəzakət qızına məxsus fərdi yaşayış evində, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs üçün ayrılmış xüsusi otaqda, yatağın üzərində baş vermişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Əliyeva X2 RPŞ-nə, atası Qanuni nümayəndə iştirakı ilə, xx.xx.2023-cü il tarixli ərizəsi ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə könüllü olaraq ailə həyatını qurduğunu və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Əliyev X3 RPŞ-nə xx.xx.2023-cü il tarixli ərizəsi ilə müraciət edərək, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 12 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X10 19 yanvar 2024-cü il tarixli, 18-1-23/2-43/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada narkolji və ruhi-əsəb kabinetlərində qeydiyyatda durmur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İHB-nın Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Səlimov X4 rayonu, Hindarx qəsəbəsində yaşadığı müddət ərzində onun barəsində heç bir yazılı və şifahi şikayət ərizəsi daxil olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İHB-nın Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs daimi qeydiyyat yeri Ağdam rayonu, Mərzili kəndi olsa da, onun müvəqqəti qeydiyyat yeri Ağcabədi rayonu, Hindarx qəsəbəsidir və o həmin ünvanda yaşayır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Əliyeva X2 Rayon məhkəməsinə atası Qanuni nümayəndə iştirakı ilə, xx.xx.2024-cü il tarixli ərizəsi ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə onunla barışmasını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək aralarında iki ildən çox yaş fərqi olan xx xxxxxxxx 2009-cu il tarixdə anadan olmuş, on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə 25 dekabr 2023-cü il tarixdə Şahid1 məxsus Ağcabədi rayonu, Hindarx qəsəbəsində fərdi yaşayış evində cinsi əlaqədə olması məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, ilk dəfə az ağır cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növü təyin edərkən cəza təyin edilməsinin ümumi əsaslarını, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərər çəkmiş şəxsin şikayət və tələbinin olmamasını, gəncliyini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, cəza çəkməsinin əvvəli tutulduğu gündən yəni, 28 dekabr 2023-cü il tarixdən hesablanmalıdır; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir; Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib bir il iki ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin; Cəza çəkmə müddətinin əvvəli tutulduğu gündən yəni, 28 dekabr 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar