Məhkəmə qərarları › İş №1(017)-55/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-55/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-55/2025 13.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.2003-cü il tarixdə Laçın rayonu Vağazin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM) 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi yaxınlığında, Ağcabədi-Zərdab avtomobil yolunun sol tərəfində yerləşən, Laçın rayonu Qarakeçdi kənd sakini X3 məxsus avtomobil yuma məntəqəsində 2024-cü ilin avqust ayından etibarən avtomobil yuyucusu kimi işləyərkən 26 oktyabr 2024-cü il tarixdə, günorta saatlarında həmin avtoyuma məntəqəsində işdə olarkən alkaqol sərxoşluğu vəziyyətində tanışı, Laçın rayonu Uludüz kənd sakini Zərərçəkmiş şəxs məxsus “VAZ 21074” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yuyulması üçün ona təhvil verilib yuyulduqdan sonra həmin nəqliyyat vasitəsini müvəqqəti ələ keçirib idarə etmək, yəni talama məqsədi olmadan qəsdən qanunsuz olaraq özgə avtomobilini ələ keçirmək (qaçırmaq) qərarına gələrək nəqliyyat vasitəsinin sahibinin məlumatı və icazəsi olmadan avtomobildən istifadə etməyə icazəsi və hüququ olmadan, sükan arxasına əyləşərək nəqliyyat vasitəsini işə salıb Ağcabədi-Zərdab avtomobil yoluna çıxıb Zərdab rayonu istiqamətində bir neçə kilometr hərəkət edərək talamadan, müvəqqəti həmin nəqliyyat vasitəsinə yiyələnmiş, sonra isə geri qayıdaraq Ağcabədi şəhəri istiqamətində hərəkətdə olarkən onun eyni istiqamətdə hərəkət edən Laçın rayonu Vağazin kənd sakini Şahid2 idarə etdiyi “VAZ- 21074” minik markalı 10- UZ-095 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq talama məqsədi olmadan qəsdən qanunsuz olaraq özgə avtomobilini ələ keçirmişdir (qaçırmışdır). Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 7 aydır ki, Ağcabədi rayonu ərazisində yerləşən avtoyuma məntəqəsində əmək müqaviləsi olmadan avtomobil yuyan şəxs kimi işləyir. 26 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində işdə olarkən spirtli içki qəbul etmiş, sonra yaxınlıqdakı ərzaq mağazasından “Əfsanə” adlı yarım litrlik pivə alıb tək içərək işinə davam etdiyini bildirmiş, həmin ərəfədə polis əməkdaşı olan Şahid1 ** SL *** dövlət qeydiyyat nişanlı Vaz 2107 markalı nəqliyyat vasitəsini avtoyuma məntəqəsinə gətirərək həmin avtomaşını yumağıı, yuduqdan sonra maşını gəlib götürəcəyini bildirmiş, bundan sonra Şahid1 həmin nəqliyyat vasitəsi ilə RPŞ-nə düşürüb tək halda geri qayıtmış, həmin avtomaşının Zərərçəkmiş şəxs aid olduğunu bilsə də həvəsli olduğundan sözügedən nəqliyyat vasitəsini təxminən 30 dəqiqə yuduqdan sonra özbaşına heç kəsə məlumat vermədən götürüb Zərdab-Ağcabədi yoluna çıxaraq idarə etməyə başlamış, üzü Zərdab rayonu istiqamətində həmin avtomobili saatda 80-90 kilometr sürətlə idarə etmiş, Zərdab rayon istiqamətində təxminən 1-2 kilometr getdikdən sonra geriyə, Ağcabədi rayonu istiqamətinə, yəni avtoyuma məntəqəsinə tərəf sürməyə davam etmiş, həmin vaxt həvəslənib sürəti saatda 150-160 kilometrə qədər qaldırmış, işlədiyi avtoyuma məntəqəsini keçdikdən sonrakı körpünü keçməzdən əvvəl qarşıdan ağ rəngli avtomobilin getdiyini, əks tərəfdən isə ona tərəf Mersedes markalı nömrəsini xatırlamadığı avtomobilin gəldiyini görmüş, sürəti yüksək olduğundan həmin Vaz 21074 markalı nəqliyyat vasitəsini ötə biləcəyini, yəni Mersedeslə Vaz 2107-nin arasından keçə biləcəyini düşünmüş, bu səbəbdən əks yola çıxıb bir qədər irəliləmiş, lakin Vaz 21074 markalı nəqliyyat vasitəsinə çatmağa az qalmış Mersedesin artıq yaxınlaşdığını görərək onların arasından keçə bilməyəcəyini anlamış, yenidən öz yoluna qayıtmış, qayıtdıqdan sonra əyləci sıxıb avtomobili saxlamaq istəsə də, sürəti yüksək olduğundan avtomobil dayanmamış və Vaz 21074 markalı nəqliyyat vasitəsinə arxadan yüksək zərbə ilə dəymişdir. Hadisə vaxtı avtomobildə tək olub. Heç bir xəsarət almayıb. Avtomobildən düşdükdən sonra dəydiyi avtomobilin ** UZ *** qeydiyyat nişanlı Vaz 21074 markalı ağ rəngli avtomobil olduğunu və sürücünün qonşusu Şahid2, sərnişinin isə digər həmkəndlisi Şahid3 olduğunu görmüş, hadisə yerinə polis gəldikdən sonra spirtli içki içdiyi dəqiqləşdirilmişdir. O, ** SL *** dövlət qeydiyyat nişanlı Vaz 21074 markalı nəqliyyat vasitəsini oğurluq niyyəti olmadan sadəcə sürmək həvəsi üçün qaçırmış, həmin nəqliyyat vasitəsini qanunsuz olaraq qaçırdıqda bu barədə hər hansı şəxsə məlumat verməmiş, qaçırdığı nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə olduğunu bildirmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışmasını, ona vurduğu ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını nəzərə alaraq onun barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 26 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində nahar vaxtı özümə məxsus ** SL *** dövlət qeydiyyat nişanlı Vaz 21074 markalı nəqliyyat vasitəsini avtoyuma məntəqəsində yudurtmaq fikrinə düşmüş, bu səbəbdən iş yerimin yaxınlığında olan, Ağcabədi rayonu Taxta-körpü qəsəbəsinin giriş hissəsinin yaxınlığında yerləşən avtoyuma məntəqəsinə getmiş, nəqliyyat vasitəsini orada işləyən, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi cavan oğlana vermiş, nəqliyyat vasitəsini yuyub qurtardıqdan sonra ona mobil telefonla xəbər verməyi tapşırmışdır. Təxminən 1 saat sonra hazırda xatırlamadığı şəxsin ona zəng edərək nəqliyyat vasitəsinin Zərdab-Ağcabədi yolunun Taxta-körpü qəsəbəsinin giriş hissəsindən keçən istiqamətində avtoqəza törətdiyi barədə məlumat vermiş, bu vaxt o həmin hadisə yerinə getdikdə avtomobilinin ** UZ *** nömrəli Vaz 21074 markalı avtomobilə arxa tərəfdən dəydiyini, hər iki vatomobilin əzildiyini, hadisə yerində də Təqsirləndirilən şəxs görmüş və Təqsirləndirilən şəxs ona avtomobili özbaşına sürmək üçün götürdüyünü və avtoqəza törətdiyini demişdir. Avtomobilin əzilməsi ilə əlaqədar ona 1.000 (bir min) manat maddi ziyan dəymişdi ki, həmin maddi zərər Təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənilmişdir. Eyni zamanda avtoyuma məntəqəsinə Şahid1la birgə getmiş, Şahid1 ** SL *** dövlət qeydiyyat nişanlı, Vaz 21074 markalı nəqliyyat vasitəsini idarə etmiş, o isə sərnişin üçün nəzərdə tutulmuş ön sağ oturacaqda əyləşmişdi. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, 26 oktyabr 2024-cü il tarixdə mülkiyyətimdə olan ** UZ *** qeydiyyat nişanlı Vaz 2107 markalı nəqliyyat vasitəsilə, sözügedən nəqliyyat vasitəsində sərnişin olan Şahid3 ilə birlikdə Ağcabədi rayon Taxtakörpü qəsəbəsindən üzü Ağcabədi rayonu istiqamətində hərəkətdə olarkən həmin yoldakı körpünün üzərində arxadan gələn nəqliyyat vasitəsindən çox yüksək tonda əyləc səsi gəldiyini eşitmiş, güzgüdən arxadan bir ədəd nəqliyyat vasitəsinin təxminən 160 kilometr saat sürətlə gəldiyini görmüş, o avtomobili nə qədər sağ kənara çəkməyə çalışsa da bunu etmək mümkün olmamış, həmin avtomobil anidən gələrək onun avtomobilinin arxa tərəfinə zərblə dəyərək avtoqəza törətmiş, bu zaman o avtomobildən düşdükdə qəzaya səbəb olan avtomobilin ** SL *** dövlət qeydiyyat nişanlı Vaz 2107 markalı nəqliyyat vasitəsi olduğunu, sürücünün isə həmkəndlisi Təqsirləndirilən şəxs Etibar oğlu olduğunu görmüş, ümumiyyətlə hadisə vaxtı nəqliyyat vasitəsinin texniki cəhətdən saz olsa da hadisədən yayına bilmədiyini də bildirmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayonu ərazisində yerləşən avtoyuma məntəqəsində Zərərçəkmiş şəxs məxsus Vaz 21074 minik markalı, ** SL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icazəsiz Ağcabədi-Zərdab yolu istiqamətində idarə etmiş. Daha sonra sözügedən yolla geri qayıtmış, Ağcabədi rayon ərazisində isə körpü üzərində idarə etməni düzgün tənzimləmədiyindən Şahid2 məxsus Vaz 21074 minik markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Şahid2 xx.xx.2024-cü il tarixdə Laçın RPŞ-nə yazmış olduğu ərizəsindən görünür ki, 26 oktyabr 2024-cü il tarixdə günorta saatlarında baş vermiş avtoqəza zamanı həmkəndlisi Təqsirləndirilən şəxs ona məxsus Vaz 21074 markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan vursa da, ona dəymiş zərəri tam həcmdə ödədiyindən heç bir şikayət, tələb və mülki iddiasının olmadığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş AR Səhiyyə Nazirliyinin “Məhkəmətibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsin 692 nömrəli rəyinə əsasən, Şahid2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2025-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 Zərərçəkmiş şəxs səhhətində yaranmış problemlə əlaqədar sonuncuya məxsus Vaz 21074 minik markalı, ** SL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini avtoyuma məntəqəsinə gətirdiyini, daha sonra işləri olduğundan həmin nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs yuması üçün verərək getdiklərini, lakin Təqsirləndirilən şəxs onların yoxluğundan istifadə edərək nəqliyyat vasitəsini icazəsiz qaçıraraq sürdüyünü bildirərək sonuncunu ifşa etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2025-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs səhhətində yaranmış problemlə əlaqədar ona məxsus Vaz 21074 minik markalı, ** SL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Şahid1 idarə edərək avtoyuma məntəqəsinə gətirdiyini, daha sonra işləri olduğundan həmin nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs yuması üçün verərək getdiklərini, lakin Təqsirləndirilən şəxs onların yoxluğundan istifadə edərək nəqliyyat vasitəsini icazəsiz qaçıraraq sürdüyünü bildirərək sonuncunu ifşa etmişdir. Cinayət işinin hərtərəfli, tam, obyektiv araşdırılması üçün əməliyyat tapşırığı verilmiş, əməliyyat tapşırığına verilmiş cavab raportundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 26 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində Şahid1 Vaz 2107 markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək avtoyuma məntəqəsinə gətirmiş, həmin zaman Zərərçəkmiş şəxs da avtomobildə olmuş, Təqsirləndirilən şəxs nəqliyyat sahibindən icazə almadan avtomobili ələ keçirərək qaçırmış, həmin zaman avtoyuma məntəqəsində və ətrafda kənar şəxslər olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Laçın rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsinnin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında durmur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Avtoservis və Ticarərt MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, Zərərçəkmiş şəxs məxsus Vaz 21074 minik markalı, ** SL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 805(səkkiz yüz beş) manat maddi zərər vurulmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Avtoservis və Ticarərt MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, Şahid2 məxsus ** UZ *** dövlət qeydiyyat nişanlı, “Vaz 21074” markalı nəqliyyat vasitəsinə 951(doqquz yüz əlli bir) manat maddi zərər vurulmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RQİ və TBŞ-nin verilmiş məktubdan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2003-cü il təvəllüdlü Laçın rayonu, Vağazin kənd sakini Təqsirləndirilən şəxs adında sürücülük vəsiqəsi qeydə alınmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 30 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qaçırılmış Zərərçəkmiş şəxs məxsus “VAZ-21074” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınıb və saxlanılması üçün avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs qaytarılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Laçın RİHB Vağazin kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə prosesinin gedişində Zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, özünü təqsirli bilir, törətdiyi əməlindən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, ziyanı tam ödəyib və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadədən görünür ki, o, özünü təqsirli bilir, törətdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışaraq ona vurduğu ziyanı ödəmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahid ifadələrini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilindiyi (törətdiyi) əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun CM-nin 185.1ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə CM-nin 185.1-ci maddəsi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4 və 40.3-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda; 43.3. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyi baxımından da Təqsirləndirilən şəxs CM-nin 185.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməsi və həmin hissədə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs tərəfindən qaçırılmış Zərərçəkmiş şəxs məxsus “VAZ-21074” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınıb və saxlanılması üçün avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 20 iş saatı üçün 220(iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.1-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3, 43, 321 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 20 iş saatı üçün 220(iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan iyirmi gün müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar