Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-56/2023 14.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1982-ci il tarixdə Ağcabədi rayonunun Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, məhkum olunmamış, Ağcabədi rayonunun Şahsevən kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə saat 15 radələrində Ağcabədi rayonunun Şahsevən kəndində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə yanaşı məhkəməyə ərizə təqdim edərək göstərdi ki, ona elan olunmuş yekun protokolu üzrə özünü təqsirli bilir, etdiyi əməldən peşmandır. 11 fevral 2023-cü il tarixdə saat 15 radələrində Ağcabədi rayonunun Şahsevən kəndində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında mübahisə düşmüş və mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmuşdur. Hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış və Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur və onu bağışlamışdır. Ona görə də onu cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində və ifadəsində göstərdi ki, 11 fevral 2023-cü il tarixdə saat 15 radələrində Ağcabədi rayonunun Şahsevən kəndində Təqsirləndirilən şəxs ilə şəxsi münasibətlər zəminində aralarında mübahisə düşmüş və mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla sifətindən vuraraq ona xəsarət yetirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ondan üzr istəyərək onunla barışmış, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onu bağışlayaraq bu barədə olan şikayətindən imtina edir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTB Publik hüquqi şəxsin Ağcabədi rayon şöbəsinin 11 fevral 2023-cü il tarixli 94 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol göz almasının ağlı qişasında iri həmli qansızma, sol alt göz qapağında qançır küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə vurulma nəticəsində əmələ gələ bilər, yetirilmə müddəti 11 fevral 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci məddəsində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 73.1-ci maddəsində göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmasını, zərər çəkmiş şəxsin şikayətinin olmamasını, eləcə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsi barədə özünün və zərər çəkmiş şəxsin ərizə və ifadələrini nəzərə alıb, Azərbaycan Respubllikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsaslanaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İşdə maddi sübut, mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-56/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-56/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver