Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-56/2025 17.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakı ilə xx.xx.1996-cı il tarixdə Göygöl rayonu Topalhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərid əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Göygöl rayonu Topalhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 dayısı oğlu X5 11000 manat müqabilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər şöbəsinə işə düzəldəcəyini Zərərçəkmiş şəxs1 vəd edərək, 11 aprel 2022-ci il tarixdə günorta saatlarında Gəncə şəhəri, Dəyirman dairəsi adlanan ərazidə 3500 manat pul vəsaitini alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 qəsdən 3500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən, təkrarən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 xalası oğlu X7 11000 manat müqabilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər şöbəsinə işə düzəldəcəyini Zərərçəkmiş şəxs1 vəd edərək, dəqiq günü istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2022-ci ilin may ayının ortalarında, günorta saatlarında Gəncə şəhərində “Panda” marketin qarşısında 4000 manat pul vəsaitini alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 qəsdən 4000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən, təkrarən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 oğlu X6 3000 manat müqabilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Ağcabədi rayon Yanğından Mühafizə şöbəsinə işə düzəldəcəyini Qismət Aslanova vəd edərək, dəqiq günü istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2023-cü ilin dekabr ayının ortalarında, günorta saatlarında Göygöl şəhəri, H.Əliyev prospektində yerləşən “Gilavar” adlı restoranın qarşısında 1100 manat pul vəsaitini alaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə dəqiq günü istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2023-cü ilin dekabr ayının ortalarında, günorta saatlarında Ağcabədi rayonu, Şərəfxanlı kəndi ərazisində yerləşən “Alsu Mall” marketdəki ödəniş terminalı vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******8412 nömrəli karta Qismət Aslanov tərəfindən 400 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs3 qəsdən vahid niyyətlə ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən, təkrarən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 3000 manat müqabilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Ağcabədi rayon Yanğından Mühafizə şöbəsinə işə düzəldəcəyini Zərərçəkmiş şəxs2 vəd edərək, 21 dekabr 2023-cü il tarixdə, günorta saatlarında Göygöl şəhəri, A.Hacıyev küçəsində yerləşən “Göygöl rayon mərkəzi xəstəxanası” publik hüuqi şəxsin yaxınlığında 350 manat pul vəsaitini alaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 23 dekabr 2023-cü il tarixdə, günorta saatlarında Ağcabədi rayonu, Boyat kəndi ərazisində yerləşən “Boyat” marketdəki Mpay ödəniş terminalı vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******8412 nömrəli karta Zərərçəkmiş şəxs2 tərəfindən 150 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 25 dekabr 2023-cü il tarixdə, saat 16:46-da Ağcabədi rayonu, Boyat kəndi ərazisində yerləşən “Boyat” marketdəki Mpay ödəniş terminalı vasitəsilə özünün adına və istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******8412 nömrəli karta Zərərçəkmiş şəxs2 tərəfindən 1000 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 qəsdən vahid niyyətlə ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 tanıyır, qohumluğu və ədavəti olmamışdır. Elnurə və ailəsini rayonlara gedəndə onu taksi kimi çağırmışlar və aparıb gətirmişdir. 2022-ci ilin aprel ayında Elnurə ilə birlikdə Samux rayonunun Eldar kəndinə getmişlər. Orada söhbət zamanı Elnurə dayısı oğlu Nəsibi işə düzəltmək istədiyini bildirmiş, o da X8 Nazirliyində tanışı olduğunu və həmin tanışı vasitəsilə Nəsibi işə düzəldə biləcəyini demişdir. O Elnurəyə bu iş üçün 11000 manat pul lazım olduğunu demiş, pulun bir hissəsini əvvəlcədən, qalan hissəsini isə Nəsibin əmri verildikdən sonra veriləcəyinə razılaşmışlar. 11 aprel 2022-ci il tarixdə günorta saatlarında Elnurənin dayısı oğlu Nəsib üçün Elnurədən Gəncə şəhəri Dəyirman dairəsi adlanan yerdə 3500 manat pulu almışdır. Bundan sonra Elnurəgil xalası oğlu Sənanın da FHN-də işə düzəlmək istədiyini deyərək köməklik etməyini bildirmiş, o da bu işdə köməklik göstərə biləcəyini demişdir. 2022-ci ilin may ayının ortalarında günorta saatlarında Elnurə və atası Madar ilə Gəncə şəhərində yerləşən Panda marketin yaxınlığında görüşmüşlər və 4000 manat pulu götürmüşdür. O həmin pullarla öz borclarını ödəmişdir. O Elnurəyə 3-4 ay ərzində əmrlərin gələcəyini demiş, həmin vaxt gəlib çatdıqda Elnurə işlə maraqlanmış, o əvvəl işin düzələcəyini deyərək müxtəlif bəhanələrlə yubatmışdır. Sonradan iş düzəlməyincə Elnurə pulu geri tələb etmişdir. O da pul düzəldib əvvəl 2500 manatını Elnurəyə qaytarmış, daha sonra Elnurənin polisə şikayət etdiyini öyrəndikdən sonra isə 1000 manat pulu da Elnurəyə qaytarmışdır. Onun ümumilikdə 4000 manat verəcəyi qalmışdır. Elnurə əvvəlcə Nəsibin işini danışmış və 3500 manat pul vermiş, o pula ehtiyacı olduğu üçün yalan vəd vermiş, bundan bir neçə gün sonra Elnurə Sənanı da işə düzəltməyi deyəndə əlavə olaraq həmin pulu da ələ keçirmək niyyəti yaranmışdır. O Elnurədən aldığı puldan heç kimə verməmiş, bu barədə heç kimlə danışmamış, Nemət adlı şəxsi tanımamış, həmin şəxsə pul verməmişdir. Bundan başqa Ağcabədi rayon sakini X6 tanıyır, aralarında ədavətləri olmamışdır. O, Qismət ilə 2016-cı ildə əsgəlikdə birlikdə xidmət etdiyini, o vaxtdan sonra bir-birilərini tanıdıqlarını, hərbi xidməti başa vurduqdan sonra da münasibətlərinin davam etdiyini, lakin sonradan nömrəsini itirdiyi üçün əlaqə saxlaya bilmədiyini bildirmişdir. Təxminən 2023-cü il tarixdə o, Qisməti instaqram sosial şəbəkəsində tapmış və orada yazdıqdan sonra nömrəsini əldə edib özünə məxsus ***-***-**-** saylı nömrədə əlaqə saxlamağa başlamışdır. O, Qismətlə danışanda ordan-burdan söhbət etdikdən sonra nə işlə məşğul olduğunu soruşmuş, Qismət də heç bir yerdə işləmədiyini və iş axtardığını demişdir. O da pula ehtiyacı olduğu üçün Qismətdən işə düzəlmək üçün pul ala biləcəyini düşünmüşdür. Həmin günlərdə o, yenidən Qismətlə danışmış və Qismətə FHN-nin X4 şöbəsinə işə düzəldə biləcəyini demiş, Qismət də razılaşaraq işə necə düzəldəcəyini soruşmuş, o da Qismətə 3000 manata düzəldə biləcəyini, 1500 manatı əvvəlcədən, qalan pulu da iş düzəldikdən sonra verməyi demiş, Qismət də razılaşmışdır. Təxminən 2023-cü ilin dekabr ayının əvvəllərində Cəlilabad rayonundan gəldiyi zaman yolu Ağcabədi rayonu ərazisindən keçəcəyi üçün Qismət ilə danışmış və onlar Ağcabədi rayonu, Dördyol adlanan ərazidə görüşmüş, orada Qismətdən sənədlərini götürmüş və oradan getmişdir. Aradan 1-2 gün keçdikdən sonra Qismətə zəng edib işinin düzəldiyini və pulu gətirməsini demiş, Qismət də həmin gün Qalib adlı şəxslə birlikdə Göygöl rayonuna gəlmiş, onlar Göygöl şəhəri, H.Əliyev prospektində yerləşən Gilavar restoranında görüşmüşlər. Qismət orada ona 1100 manat pul vermiş və qalan pulu da düzəldib verəcəyini bildirmişdir. Həmin gün axşam saatlarında Qismət ona 400 manatın da hazır olduğunu demiş, o da öz kartının şəklini Qismətə göndərmiş, Qismət də həmin karta 400 manat pul göndərmişdir. O, Qismətə işin iki ay ərzində düzələcəyini demişdir. Sonra o, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Aradan iki ay keçmiş, Qismət işlə maraqlanan zaman o, Qismətə narahat olmamasını, işin düzələcəyini demişdir. Artıq bir müddət keçdikdən sonra Qismət ondan pulu geri qaytarmasını tələb etmiş, lakin o, pul tapa bilmədiyinə görə Qismətin pulunu qaytara bilməmişdir. Bundan başqa Ağcabədi rayon sakini Zərərçəkmiş şəxs2 tanıyır, aralarında qohumluq və ədavətləri olmamışdır. O, Əfsunu Qismətə görə tanımış, belə ki, Qismət öz işi üçün ona pul verməyə Göygölə gələndə başqa tanışlarından kimsə işə düzəlmək istəyəcəyi təqdirdə ona müraciət etməsini demiş, həmin vaxt Qismətin yanında Qalib adlı şəxs də olmuş, Qalib ona qaynı Əfsunun da bekar olduğu üçün özünə iş axtardığını demiş, ondan Əfsunu da işə düzəldə biləcəyini soruşmuş, o da Qalibə düzəldə biləcəyini, bunun üçün sənədləri və 3000 manat pul lazım olduğunu, pulun 1500 manatını əvvəlcədən, qalan hissəsini isə iş düzəldikdən sonra verməyi demiş, Qalib də razılaşıb getmişdir. Təxminən 15-16 dekabr 2023-cü il tarixdə o, Qismətlə görüşmək üçün Ağcabədi rayonuna gəlmiş, orada Qismət Əfsunu da özü ilə gətirmiş, onlar Əfsunla bir daha iş barəsində danışmış və o, Əfsuna FHN-nin Ağcabədi şöbəsinə işə düzəldəcəyini və yaxın günlərdə pulu və sənədləri gətirməsini demişdir. Təxminən 21 dekabr 2023-cü il tarixdə Əfsun qohumu Qalib ilə birlikdə Göygöl rayonuna gəlmiş, onlar rayon xəstəxanasının yaxınlığında görüşmüşlər, Əfsun orada sənədlərini və 350 manat pul vermiş, qalan pulu da karta göndərəcəyini deyib getmişdir. Təxminən 23 dekabr 2023-cü il tarixdə Əfsun onun kartına 150 manat, 25 dekabr 2023-cü il tarixdə isə əlavə 1000 manat da pul göndərərək iş üçün ona ümumilikdə 1500 manat pul vermişdir. O Əfsuna işin bir ay müddətində düzələcəyini bildirmiş, sonra isə həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Aradan bir ay keçmiş, Əfsun işi maraqlanan zaman Əfsuna narahat olmamasını, işin düzələcəyini demişdir. Artıq bir müddət keçdikdən sonra Əfsun ondan pulu geri qaytarmasını tələb etmiş, lakin o, pul tapa bilmədiyinə görə Əfsunun pulunu qaytara bilməmişdir. Hazırda o, məhkəməyə ərizə təqdim edərək özünü təqsirli bilərək törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş zərəri tam ödədiyini və onlarla barışdığını, zərərçəkmiş şəxslərinin ona qarşı şikayət və tələblərinin olmamasını və cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında, yəni 2625 (iki min altı yüz iyirmi beş) manat məbləğində pulun dövlət büdcəsinə ödədiyini nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 1 ildir tanıyır, onunla qohumluğu və ədavəti olmamışdır. İlqar taksi xidməti ilə məşğul olmuş və İlqarın daimi müştərisi olmuşdur. 2022-ci ilin aprel ayının 8-də Samux rayonu, Eldar kəndində qohumunun ad gününə İlqarın avtomobili ilə getmiş, söhbət zamanı dayısı oğlu X5 işə düzəltməkdən danışan zaman İlqar ona Fövqəladə Hallar Nazirliyinin Gəncədə yerləşən şöbəsinin rəisi Nemətin İlqarın dostu olduğunu, Nəsibi FHNdə işlə təmin olunmasında köməklik edə biləcəyini bildirmiş və bunun qarşılığında 11000 manat pul istəmişdir. O da İlqarla 3500 manat pulu əvvəlcədən verəcəyini, yerdə qalan pulu isə Nəsibi işə düzəltmək üçün əmri gələndən sonra verəcəyini bildirmişdir. 11 aprel 2022-ci il tarixdə atası Şahid1 Gəncə şəhəri ərazisində 3500 manat pulu İlqara əlbəəl şəkildə vermiş, İlqar isə onlara 3 ay ərzində Nəsibin əmrinin gələcəyini demişdir. Bundan sonra xalası oğlu X7 da FHN-də işə düzəltmək istədiklərini İlqara dedikləri zaman İlqar yenə bu iş üçün 11000 manat pul istəmişdir. İlkin olaraq 4000 manat pulu o, Gəncə şəhərində yerləşən Panda marketin yaxınlığında İlqara əlbəəl vermiş, həmin vaxt onun atası Madar da onun yanında olmuşdur. Geri qalan pulu isə Sənanın əmri gələndən sonra verməyi aralarında razılaşmışlar. İlqar yenə də həmin işin 3 ay ərzində alınacağını söyləmişdir. Aradan 3 ay keçməsinə baxmayaraq nə Sənanın, nə də Nəsibin FHN-də işə düzəlməsi üçün əmri verilməmişdir. O da İlqarla dəfələrlə əlaqə quraraq işin vəziyyətini soruşduqda ona yaxın günlərdə işin alınacağını demiş, o da bundan sonra təxminən 1 ay da gözləmiş, lakin nəticə etibarilə heç nə əldə olunmamışdır. Bundan sonra İlqara verilən pulları geri qaytarılması üçün istədikdə İlqar pulun artıq Nemətdə olduğunu, yaxın günlərdə Nemətin Gəncəyə gələcəyini, ondan sonra Nemətdən pulu götürüb geri qaytacağını söz vermişdir. 2022-ci ilin avqust ayında İlqar ona verilən ümumi 7500 manat puldan 2500 manat pulu ona geri qaytarmış, qalan pulu isə yaxın günlərdə verəcəyini söz vermişdir. Bundan sonra o, İlqara nə qədər zəng etsə də, İlqar pulu ödəməkdən imtina etmişdir. İlqara verilən pullaırn hamısı ona məxsus olmuşdur. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında ədavətləri olmamışdır. Təxminən 2023-cü ilin dekabr ayının əvvəllərində yeznəsi Şahid3 həmkəndlisi Qismət ilə Göygöl rayonuna getmiş, Qismət orada əsgərlik yoldaşı İlqar ilə görüşüb işlə bağlı pul vermişdir. Qalib həmin vaxt İlqarın Qisməti FHN-nə işə düzəldəcəyini bilmişdir. O da işsiz olduğu üçün özünə iş axtarmış, Qalib də bunu bilmişdir. Qalib həmin vaxt İlqara onu da işə düzəltməyi soruşmuş, İlqar da Qalibə onu işə düzəldə biləcəyini demiş, Qalib elə orada onun işini danışmış, İlqar da Qismətə 3000 manata işi düzəldəcəyini, 1500 manatı əvvəlcədən verməyi, qalan 1500 manatı da sonra verməyi demişdir. Qalib oradan gəldikdən sonra onunla görüşüb bu barədə danışmış və İlqarla aralarında olan bütün söhbəti ona demiş, o da işə düzəlməyə razılıq vermişdir. Təxminən 15-16 dekabr 2023-cü il tarixdə Qismət ona zəng edib İlqarın Ağcabədi rayonuna gəldiyini və gedib onunla görüşməyi demiş, o da razılaşmış və Qismət ilə birlikdə gedib İlqar ilə görüşmüş, İlqar orada onu FHN-nin Ağcabədi şöbəsinə işə düzəldəcəyini bildirmiş və yaxın günlərdə sənədləri gətirməyi demişdir. O da lazımı sənədləri toplamış və 21 dekabr 2023-cü il tarixdə Qalib ilə birlikdə Göygöl rayonuna getmiş, orada İlqar ilə xəstəxananın yaxınlığında görüşmüşdür. O, orada İlqara sənədlərini və 350 manat pul vermiş, İlqar da sənədləri və pulu götürmüş və qalan pulu da tezlikdə göndərməyi demişdir. Təxminən 23 dekabr 2023-cü il tarixdə Boyat marketdə yerləşən Emanat terminalından İlqarın göndərdiyi karta 150 manat pul köçürmüş, sonuncu dəfə isə 25 dekabr 2023-cü il tarixdə saat 16:46-da Boyat marketdə yerləşən Emanat terminalı vasitəsilə İlqarın 4169-7388-___-8412 nömrəli karta 1000 manat pul göndərmişdir. O, ümumilikdə İlqara 1500 manat pul vermişdir. İlqar işin bir ay müddətinə düzəldəcəyinə söz vermiş, aradan bir ay keçmiş, İlqar ilə əlaqə saxlayıb işin düzəlməsini soruşmuş, İlqar da narahat olmamağı, yaxında düzələcəyini bildirmişdir. O, bir müddət gözləmiş, lakin İlqar işi düzəltməmiş, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. O, artıq İlqarın onu aldatdığnı başa düşmüş, ona görə də İlqardan pulunu geri tələb etmişdir. İlqar pulu qaytaracağına söz versə də, pulunu geri qaytarmamışdır. O, İlqara onun FHN-nin Ağcabədi şöbəsinə işə düzəltməsi üçün 2023-cü ilin dekabr ayının 21-22-də Göygöl rayonunda 350 manat, xx.xx.2023-cü il tarixdə kart vasitəsilə 150 manat, xx.xx.2023-cü il tarixdə isə kart vasitəsilə 1000 manat pul göndərərək ümumilikdə İlqara 1500 manat pul vermişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında ədavətləri olmamışdır. İlqar onun oğlu X3 əsgərlik yoldaşıdır. Qismət heç bir yerdə işləmədiyi üçün özünə iş axtarmışdır. Təxminən 2023-cü ilin noyabr ayının axırlarında Qismət ona əsgərlik yoldaşı İlqar ilə telefonla danışdığını, İlqarın onu FHN-nə işə düzəltməyə söz verdiyini demiş, o da necə düzəldəcəyini soruşmuş, Qismət də İlqarın 3000 manata düzəldəcəyini, 1500 manatı əvvəlcədən verməyi və qalan pulu da iş düzəldikdən sonra verməyi demişdir. Təxminən 2023-cü ilin dekabr ayının əvvəllərində X11 rayonu, Dörd yol adlanan ərazidən keçib gedəcəyini və sənədləri aparıb verəcəyini demiş və sənədləri götürüb getmişdir. Aradan bir neçə gün keçdikdən sonra Qismət İlqarın işi düzəltdiyini, indi də pulları istədiyini demiş, Qismətin pulu olmadığı üçün ondan pul istəmiş, o da həmin vaxt 1100 manatı olduğu üçün Qismətə 1100 manat pul vermiş, Qismət də pulu götürüb həmkəndlisi Qalib ilə birlikdə Göygöl rayonuna getmiş, Qismət pulu İlqara verib geri qayıtmışdır. O da həmin müddət ərzində əlavə 400 manat pul da tapmış, həmin pulu da Qismətə vermiş, Qismət də pulu bankomat vasitəsilə İlqara göndərmişdir. İlqar işin iki ay müddətinə düzəldəcəyinə söz vermişdir. Aradan iki ay keçmiş, Qismət İlqarla əlaqə saxlayıb işin düzəlməsini soruşmuş, İlqar da narahat olmamağı, yaxında düzələcəyini bildirmişdir. Onlar bir müddət də gözləmiş, lakin İlqar yenə də işi düzəltməmiş, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Onlar artıq İlqar tərəfindən aldanıldıqlarını başa düşmüş, ona görə də İlqardan pulları geri tələb etmişlər. İlqar pulu da qaytaracağına söz versə də, pulları geri qaytarmamışdır. İlqar onlardan sonra qardaşı Ağaəlidən sosial yardım düzəldəcəyini vəd edib 500 manat pulunu və bundan başqa uzaq qohumu Əfsunu da işə düzəldəcəyini vəd edib 1500 manat pulunu ələ keçirdiyini bildirmişdir. Qismətin işə düzəlməsi üçün verilən pullar ona məxsus olmuş, o, sadəcə Qismətə işini düzəltmək üçün pul vermişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında ədavət və düşmənçiliyi olmamışdır. Təxminən 15- 16 dekabr 2023-cü il tarixdə o, Ağcabədi şəhərinə gedən zaman yolda bacısı oğlu X6 görmüş, Qismət yolun kənarında dayanmış, o da buna görə Qismətin yanında avtomobilini saxlayıb nə məqsədlə dayandığını soruşmuş, Qismət də ona Dörd yol adlanan əraziyə getdiyini demişdir. O da həmin yerdən keçəcəyi üçün Qismətə maşına əyləşməsini, apara biləcəyini bildirmiş, Qismət avtomobilə əyləşdikdən sonra yola davam etmişlər. O, yolda gedən zaman Qismətdən Dörd yola nəyə getdiyini soruşmuş, Qismət də ona əsgəlik yoldaşının gəldiyini, onunla görüşməyə getdiyini demişdir. Onlar gəlib Dördyola çatmış, həmin şəxslə görüşmüş, Qismət onları tanış etmiş və o, İlqarı ilk dəfə orada görmüşdür. Onlar hamısı birlikdə Ağcabədi şəhərinə gəlmiş və Qismət ilə İlqarı Gənclər mərkəzinin qarşısında düşürüb getmiş, işlərini bitirdikdən sonra evinə qayıtmışdır. Həmin gün axşam saatlarında Qismət zəng edib onu evlərinə qonaq çağırmış, o da Qismətin evinə getmiş və İlqarı da orada görmüşdür. İlqar ondan əvvəl bacısı oğlu Qisməti də işə düzəldəcəyini vəd edib 1500 manat pulunu və bundan başqa uzaq qohumu Əfsunu da işə düzəldəcəyini vəd edib 1500 manat pulunu ələ keçirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında ədavəti olmamış, X9 həmkəndlisidir. Təxminən 2023-cü ilin dekabr ayının əvvəllərində Qismət ona əsgərlik yoldaşı İlqarın FHN-nə işə düzəldəcəyini, buna görə aparıb İlqara pul verməyi demiş, Qismət birlikdə getməyi bildirmiş, o da etiraz etməmiş və birlikdə Göygöl rayonuna getmişlər. Qismət orada 1100 manat pulu İlqara vermişdir. Onun qaynı Zərərçəkmiş şəxs2 da işsiz olduğu üçün özünə iş axtarmış, o da bunu bildiyi üçün İlqara Əfsunu da işə düəzlətməyi soruşmuş, İlqar da ona Əfsunu işə düzəldə biləcəyini demişdir. O elə orada İlqarla danışmış, İlqar da Qismətə düzəltdiyi kimi, yəni 3000 manata işi düzəldəcəyini, 1500 manatı əvvəlcədən verməyi, qalan 1500 manatı da sonra verməyi demişdir. O oradan gəkdikdən sonra Əfsunla görüşüb bu barədə danışmış və Əfsun işə düzəlməyə razılıq vermişdir. 21 dekabr 2023-cü il tarixdə Əfsun ilə birlikdə Göygöl rayonuna getmişlər, orada İlqar ilə xəstəxananın yaxınlığında görüşmüşlər. Əfsun orada İlqara sənədləri və 350 manat pul vermiş, İlqar da sənədləri və pulu götürmüş, qalan pulu da tezlikdə göndərməyi demişdir. Bundan sonra Əfsun İlqarın kartına əvvəl 150 manat, sonra isə 1000 manat pul göndərmişdir. İlqar işin bir ay müddətinə düzəldəcəyinə söz vermiş, aradan bir ay keçmiş, Əfsundan işin düzəlməsini soruşmuş, Əfsun da İlqarın yaxında düzələcəyini bildirmişdir. Sonradan isə İlqarın Qisməti və Əfsunu aldatdığını, işə düzəltmədiyini bilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 Mayıs oğlunun təqdim etdiyi ödəniş qəbzinin surətindən görünür ki, Təqsirləndirilən şəxs adına olan "xxxx" ASCyə məxsus 4169734******8412 nömrəli karta 25 dekabr 2023-cü il tarixdə saat 16:46-da Ağcabədi rayonu, Boyat kəndi ərazisində yerləşən “Boyat” marketdəki Mpay ödəniş terminalı vasitəsilə 1000 manat məbləğində pul köçürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Göygöl RİHB-nın Topalhəsənli kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN BƏSİİnin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam şəkildə ödənilmişdir. Onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam şəkildə ödənilmişdir. Onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam şəkildə ödənilmişdir. Onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, özünü təqsirli bilərək törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş zərəri tam ödədiyini və onlarla barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını və cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında, yəni 2625 (iki min altı yüz iyirmi beş) manat məbləğində pulun dövlət büdcəsinə ödənildiyini nəzərə alaraq barəsində olan cinayət işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 4(017)-113/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 09 mart 2025-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X16 verdiyi xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Göygöl RMX-sı X16 narkoloji və ruhi əsəb kabinetdə dipanser qeydiyyatında deyil. Məhkəmə, iş üzrə şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs nın Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, özünü təqsirli bilərək törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş zərəri tam ödədiyini və onlarla barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını və cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında, yəni 2625 (iki min altı yüz iyirmi beş) manat məbləğində pul dövlət büdcəsinə ödənildiyini nəzərə alaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim olunmuş Azərbaycan Beynəlxalq Bankın xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs adından cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında, yəni 2625 (iki min altı yüz iyirmi beş) manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin ifadəsini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş zərəri tam ödədiyini və onlarla barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, həmçinin Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında, yəni 2625 (iki min altı yüz iyirmi beş) manat məbləğində pulun dövlət büdcəsinə ödənilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, onun CM-nin 178.2.2-ci maddəsi üzrə cinayət təqibinə xitam verilməsi, cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi qanuna müvafiq və məqsədə uyğundur. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı tam olaraq ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında, yəni 2625 (iki min altı yüz iyirmi beş) manat pulu dövlət büdcəsinə ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində AR CMnin 178.2.2-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 22 iş saatı üçün 242 (iki yüz qırx iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekpertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2.2, 43.3, 73-1.2, 321, 321.2.1, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin; barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 22 iş saatı üçün 242 (iki yüz qırx iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-56/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-56/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver