Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-57/2025 08.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1992-ci il tarixdə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, İsmayıllı rayonunun İsmayıllı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: Təqsirləndirilən şəxs 29 iyul 2024-cü il tarixdə saat 19 radələrində etibarnamə əsasında, sürücülük vəsiqəsi ilə idarə etdiyi “VAZ-21015” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə maksimum hərəkət sürətinin 60 km/saata qədər məhdudlaşdırıldığı Ağcabədi rayonunun Yuxarı Qıyamadınlı kəndindən Arazbar kəndi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» 03 iyul 1998-ci il tarixli, 517-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin, 1-ci hissəsinin, 3-cü bəndinin tələblərini pozub, həmin maddənin tələblərinə riayət etməklə piyadanı vurma hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək avtomobillə 90 km/saat sürətlə hərəkət etdirərkən, yolda hərəkətdə olan mal-qaranı vurmamaq üçün yolun əks hərəkət istiqamətinə çıxdıqdan sonra yolun əks hərəkət istiqamətində iki baş mal-qaranı avtomobilin qabaq tərəfi ilə vurduqdan sonra həmin yolun sol tərəfi ilə hərəkət edən piyada X9 ehtiyyatsızlıqdan vuraraq sonuncunun kəllə əsasi sümüyünün xətti sınığı, baş beyinin sol yarımkürəsi üzərinə yayılmış qansızma, başın sağ təpə nahiyyəsində əzilmiş yara, hər iki göz qapaqlarında qançırlar xəsarətləri ilə müşayiət olunan və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Mamed Mamedovun ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və nəticədə Mamed Mamedov aldığı xəsarətlərindən 04 avqust 2024-cü il tarixdə Bakı şəhəri ərazisində yerləşən “Avrasiya” klinikasında ölmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 29 iyul 2024-cü il tarixdə etibarnamə ilə sürücülük vəsiqəsi əsasında idarə etdiyi “VAZ-21015” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayon Yuxarı Qiyaməddinli kəndinə gəlmiş, işlərini gördükdən sonra geri qayıdan zaman yolun kənarında köhnə iş yoldaşı Şahid görmüşdür. O, avtomobilini saxlamış, Fəridlə görüşdür. Fərid Bərdə rayonuna getdiyini demiş, onun yolu da həmin ərazidən keçdiyi üçün Fəridi aparmasını təklif etmişdir. Fərid avtomobilə əyləşdikdən sonra avtomobili saatda 90 km/saat sürətlə idarə etmiş, saat 19 radələrində Ağcabədi rayonunun Yuxarı Qıyamadınlı kəndi ərazisində avtomobillə hərəkətdə olan zaman qəflətən hərəkət istiqamətinə mal-qara çıxmış, həmin heyvanları vurmamaq üçün qarşı hərəkət istiqamətinə çıxmışdır. Qarşı hərəkət istiqamətinə çıxan zaman həmin yolda olan inəkləri vurmuşdur. O, mal-qaranı vuran zaman orada mal-qaranı gətirən piyadanı görməmiş, malqaranı vurduqdan sonra avtomobili saxlayaraq avtomobildən düşərkən avtomobilin sonradan adını bildiyi X10 dəydiyini görmüşdür. Mamaed Mamedov xəsarət aldığı üçün onu yoldan keçən başqa bir avtomobillə Ağcabədi RMX-ya yola salmışlar və daha sonra özü də xəstəxanaya getmişdir. X16 aldığı xəsarətlərdən ölmüşdür. Hadisədən sonra Mamed Mamedovun yaxın adamlarından üzr istəmiş, məhrumun hüquqi varisi olan X6 da onu bağışlamış və onunla barışmışdır. Hadisə ehtiyyatsızlıq üzündən baş versə də etdiyi əməldən peşmançılıq çəkir, hazırda da X2 üzr istəyir. Məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün səmimi etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonunun Yuxarı Qıyamadınlı kəndində yaşayır. X3 onun oğludur. 29 iyul 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhərində Ağcabədi rayonuna gələrkən yaşadığı Ağcabədi rayon Yuxarı Qiyaməddinli kəndində avtomobilin iri buynuzlu heyvanları vurmasını görmüş və həmin vaxt avtomobilin oğlu Mamed Mamedovu da vurmasını bilmişdir. Bundan sonra, Ağcabədi RMX-ya getmiş, xəstəxanada oğlu Mamed Mamedova ilkin tibbi yardım göstərildikdən sonra Bakı şəhərinə aparılması məsləhət görülmüşdür. Həmin vaxt xəstəxanada oğlunu vuran avtomobilin sahibi Təqsirləndirilən şəxs da orada olmuşdur. X20 RMX-dan Bakı şəhəri ərazisində yerləşən Avrasiya xəstəxanasına aparmışlar. Xəstəxanada oğlu əməliyyat olmuş, lakin 04 avqust 2024-cü il tarixdə vəfat etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs hadisə ilə bağlı ondan üzr istəmiş, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. Məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 29 iyul 2024-cü il tarixdə şəxsi işi ilə əlaqədar Ağcabədi rayonunun Yuxarı Qıyamadınlı kəndinə gəlmişdir. Saat 19 radələrində dostu Təqsirləndirilən şəxsla görüşmüş, söhbət əsnasında Tərlan ondan hara getdiyini soruşarkən Bərdə rayonuna getdiyini bildirmişdir. Tərlan da Bərdə rayonuna getdiyini bildirmiş, o Tərlanın avtomaşınına minmiş və birlikdə Bərdə istiqamətinə getməyə başlamışlar. Tərlan avtomobili təxminən 90 km/saat sürətlə idarə etmiş və döngəli yolda qarşılarına iri buynuzlu heyvan çıxmışdır. Tərlan mal-qaradan yayınmaq və vurmamaq üçün avtomobili əks hərəkət istiqamətinə çıxarmış, lakin əxks yolda olan iki baş mal-qaranı vurmuşdur. Onlar avtomobildən düşmüş və avtomobilin sonradan adını bildiyi X10 da dəydiyini görmüşlər. Mamaed Mamedov xəsarət aldığı üçün onu yoldan keçən başqa bir avtomobillə Ağcabədi RMX-ya aparmışlar. Sonradan ona məlum olmuşdur ki, Mamed Mamedov aldığı xəsarətlərdən ölmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” X21 Ağcabədi rayon şöbəsinin 04 avqust 2024-cü il tarixli, 29 saylı rəyindən görünür ki, 2010-cu il təvəllüdlü X7 meyitinin bədənində - kəllə əsasi sümüyünün xətti sınığı, baş beyinin sol yarımkürəsi üzərinə yayılmış qansızma, başın sağ təpə nahiyyəsində əzilmiş yara, hər iki göz qapaqlarında qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatı olmaqla X7 bədənin ağır küt travması nəticəsində törənmişdir, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə qeyd edilən xəsarətlər ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər. X7 ölümünə səbəb bədənin ağır küt travması nəticəsində əmələ gəlmiş kəllə əsasi sümüyünün sınığı və baş beyinə yayılmış qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən demək olar ki, X7 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 8-10 saat əvvəl, yəni xx.xx.2024-cü il tarixdə baş vermişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli, 3-16-16/2-8/3075 saylı rəyindən görünür ki, “VAZ 21015” markalı, **-XR-*** dölət qeyddiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs B1, B, C1, C kateqoriyalı, BD 043969 nömrəli sürücülük vəsiqəsi vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin 12 avqust 2024-cü il tarixli, 1843 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 iyul 2018-ci il təvəllüdlü X13 adlı bir nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 12 avqust 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 18 mart 2025-ci il tarixli iltizamdan görünür ki, X8 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 29 iyul 2024-cü il tarixdə saat 19 radələrində etibarnamə əsasında, sürücülük vəsiqəsi ilə idarə etdiyi “VAZ-21015” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə maksimum hərəkət sürətinin 60 km/saata qədər məhdudlaşdırıldığı Ağcabədi rayonunun Yuxarı Qıyamadınlı kəndindən Arazbar kəndi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» 03 iyul 1998-ci il tarixli, 517-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin, 1-ci hissəsinin, 3-cü bəndinin tələblərini pozub, həmin maddənin tələblərinə riayət etməklə piyadanı vurma hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək avtomobillə 90 km/saat sürətlə hərəkət etdirərkən, yolda hərəkətdə olan mal-qaranı vurmamaq üçün yolun əks hərəkət istiqamətinə çıxdıqdan sonra yolun əks hərəkət istiqamətində iki baş mal-qaranı avtomobilin qabaq tərəfi ilə vurduqdan sonra həmin yolun sol tərəfi ilə hərəkət edən piyada X9 ehtiyyatsızlıqdan vuraraq sonuncunun kəllə əsasi sümüyünün xətti sınığı, baş beyinin sol yarımkürəsi üzərinə yayılmış qansızma, başın sağ təpə nahiyyəsində əzilmiş yara, hər iki göz qapaqlarında qançırlar xəsarətləri ilə müşayiət olunan və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Mamed Mamedovun ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi və nəticədə Mamed Mamedov aldığı xəsarətlərindən 04 avqust 2024-cü il tarixdə Bakı şəhəri ərazisində yerləşən “Avrasiya” klinikasında ölməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə, himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam, hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını və cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalı və hökmün icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut olan “VAZ-21015” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı sahibinə qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 iş saatı üçün hər iş saatına görə 11 manat hesab edilməklə 132 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə mülki iddia, maddi sübut, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin maddə ilə ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin və cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan “VAZ-21015” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 12 (on iki) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 132 (bir yüz otuz iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-57/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-57/2025
08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver