Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-58/2024 30.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçisi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 18 iyun 1989-cu il tarixdə Laçın rayonun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, Laçın rayonun Təzəkənd kəndində qeydiyyatda olmaqla hazırda ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 1,353 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd qızılı rəngli bükümdə əlində olan qara rəngli pul kisəsində daşıyaraq saxlamış, 22 yanvar 2024cü il tarixdə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddələri üzərində saxlamasında, istifadə etməsində və daşımasında şübhəli bilinərək saat 04:30 radələrində sərnişin qismində əyləşdiyi “VAZ-21013” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində “Sevimli” marketin qarşısında saxlanılaraq Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 05:45-dən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əlində olan qara rəngli pul kisəsindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd qızılı rəngli bükümdə, təmiz çəkisi 1,353 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. O, təxminən 6 aydır ki, psixotrop maddə istifadə edir. 21 yanvar 2024-cü il tarixdə yaşadığı Bərdə rayonu 588 saylı qəsəbə ərazisində piyada gəzən zaman qızılı rəngli siqaret kağızına bükülmüş bir ədəd balaca büküm görmüşdür. O, həmin bükümü götürərək içərisinə baxan zaman içərisində “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. O, həmin bükümü istifadə etmək məqsədi ilə götürərək cibinə qoymuşdur. 22 yanvar 2024-cü il tarixdə saat 04 radələrində o, tanışı, taksi sürücüsü X8 məxsus “VAZ-21011” markalı **- BJ-*** dövlət nömrə nişanlı avtomobillə Ağcabədi rayonunda yaşayan qohumugilə getmək üçün Bərdə rayonundan çıxmışlar. Saat təxminən 04:30 radələrində onlar Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Sevimli” market deyilən yerin qarşısında avtomobillərini saxlamışlar. Həmin zaman 2 nəfər mülki formada olan şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və psixotrop maddə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirib Ağcabədi rayon Polis Şöbəsinə gəlməyi üçün avtomobillə birlikdə onları dəvət etmişlər. Onlar polis əməkdaşları ilə birlikdə Ağcabədi rayon Polis Şöbəsinə gəlmişlər. Orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona həmin müdafiəçilərdən kimi istəyirsə seçə biləcəyi, əgər seçməkdə tərəddüd edərsə bu gün növbətçi vəkilin yardımından istifadə edə bilərcəyini bildirilmişdir. O, təqdim olunmuş vəkillərin siyahısından hər hansı birinin hüquqlarının dövlət hesabına müdafiə olunması üçün etiraz etmədiyini bildirib bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X12 dəvət olunaraq ona təqdim edilmişdir. Sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Həmin sənədlərlə müdafiəçinin iştirakı ilə tanış olmuş və düzgün tərtib edildiyi üçün imza etmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əlində olan qara rəngli pul kisəsindən bir ədəd qızılı rəngli kağız bükümü təqdim etmişdir. O, həmin bükümün içərisində olan kütlənin “patı” adlandırdığı psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. O, üzərində olan 40 manat pul əskinaslarını, bir ədəd yaşıl rəngli alışqanı, bir ədəd kağız materiallı turbuçkanı, bir ədəd “Azərişıq” elektrik enerjisi istehlakçı kartını, bir ədəd qara rəngli samsung markalı mobil telefonu, bir ədəd 10 qəpiyi, bir ədəd 50 qəpiyi, 1 ədəd üzərində “bazarstore super” sözləri yazılmış kartı, bir ədəd üzərində “neptun bonus” kartı sözləri yazılmış kartı təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış və hər hansı cinayət xarakterli əşya aşkar edilməmişdir. Həmin içərisində psixotrop maddə metamfetamin olan büküm müdafiəçinin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş və 1,63 qram olmuşdur. Sorğu zamanı o, həmin kütlənin ona məxsus olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, ona qarşı heç bir fiziki və psixoloji təsir edilmədiyini, heç bir etirazının olmadığını bildirmişdir. Həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Sonradan ona ekspertin rəyi elan edilmiş və o, öyrənib ki, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə xeyli miqdarda, təmizi çəkisi 1,353 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. O, əldə edib saxladığı psixotrop maddə olan metamfetamini heç kəsə satmamış və verməmişdir. Belə bir məqsədi də olmamışdır. O, həmin psixotrop maddəni özü istifadə etmək üçün saxlamışdır. Polis əməkdaşları onu Ağcabədi rayon Polis Şöbəsinə apararkən, həmçinin Şöbənin inzibati binasında polis əməkdaşları tərəfindən heç bir psixi, fiziki təsir göstərilməyib. O, törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etmiş, həmin əməldən peşman olduğunu və özünün müdafiəsi üçün heç bir dəlil və sübutunun olmadığını bildirmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, Laçın rayonundan məcburi köçkün olmasını bildirərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Ona Laçın rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla Bərdə rayonu 588 saylı qəsəbədə yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq psixotrop maddələri qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 8-ci bəndini, 4-cü hissəsinin 2-ci bəndinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyataxtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə Ağcabədi rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri, polis serjantı X17 daxil olmuşdur. Qrupa rəhbərliyi o, həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 22 yanvar 2024-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs yeri müəyyən edilmişdir. Həmin günü Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Sevimli” marketin qarşısında “VAZ-21013” minik markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobildə X15 ilə birlikdə olarkən yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onları “VAZ-21013” minik markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobil ilə birlikdə saat 04:30-da Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Ağcabədi RPŞ-nin cərimə meydançasında Ağdam rayonu İsmayılbəyli kənd sakini X8 məxsus “VAZ-21013” minik markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildə narkotik vasitə və ya psixotrop maddə, həmçinin digər cinayət xarakterli əşya və ya predment aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs inzibati otaqlarından birində ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və X4 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və bu barədə bildiriş protokolu ona təqdim edilmişdir. Şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində olan qara rəngli pul kisəsindən bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Həmin bükümün içərisinə baxış keçirilən zaman içərisində şəffaf rəngli, kristal formalı, ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan 40 manat pul əskinaslarını, bir ədəd yaşıl rəngli alışqanı, bir ədəd kağız materiallı turbuçkanı, bir ədəd “Azərişıq” elektrik enerjisi istehlakçı kartını, bir ədəd qara rəngli samsung markalı mobil telefonu, bir ədəd 10 qəpiyi, bir ədəd 50 qəpiyi, 1 ədəd üzərində “bazarstore super” sözləri yazılmış kartı, bir ədəd üzərində “neptun bonus” kartı sözləri yazılmış kartı təqdim etmişdir. Daha sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə psixotrop maddə qəbul etməkdə, əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Götürülmüş kütlə elektron tərəzisində çəkilmişdir. Götürülmüş metamfetaminə oxşar kütlə falqa bükümlə birlikdə 1,63 (bir tam yüzdə altmış üç) qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanaraq rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza X11 Bölməsinə göndərilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan bir ədəd falqa bükümdəki kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddə olan “patı”nı tutulmazdan bir gün əvvəl yaşadığı Bərdə rayonu 588 saylı qəsəbə ərazisində piyada gəzən zaman yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını, satmaq fikrinin olmadığını, aşkar edilərək götürülmüş psixotrop maddədən başqa yaşadığı evdə və digər yerdə olmadığını, 22 yanvar 2024-cü il tarixdə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Sevimli” marketin qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra X6 üzərində psixotrop maddə saxlamaqda və istifadə etməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuş, şöbənin inzibati otaqlarının birində ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və X1 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və bu barədə bildiriş protokolu ona təqdim edilmişdir. Şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamışdır. Video çəkilişlə şəxsi axtarış aparmazdan əvvəl prosessual hərəkətin iştirakçılarının şəxsiyyəti dəqiqləşdirilmişdir. Bundan sonra şübhəli şəxs X8 üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Namiq Hüseynov üzərində hər hansı cinayət xarakterli əşya və ya predment olmadığını bildirmişdir. Onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən başqa heç bir narkotik vasitə və ya psixotrop maddə, həmçinin dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı X17 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, Laçın rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla Bərdə rayonu 588 saylı qəsəbədə yaşayan Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin aparılması, onun üzərinə şəxsi axtarış aparılması, müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Ağcabədi RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, İTB-nin sahə polis nəfəri, polis serjantı X7 ibarət əməlliyyat qrupu yaradılmışdır İş materiallarında olan 22 yanvar 2024-cü il tarixli Ağcabədi RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X18 tərəfindən tərtib edilmiş şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Ağcabədi rayon polis şöbəsinin Ağcabədi RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid1, Ağcabədi RPŞ-nin İTB-nin sahənin polis nəfəri polis serjantı X9 və vəkil X4 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan qara rəngli pul kisəsindən bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb stolun üzərinə qoymuş, həmin bükümün içərisinə baxış keçirilən zaman kağız bükümün içərisində şəffaf rəngli, kristal formalı, kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminə bənzər kütlənin olduğu aşkar olunmuş, daha sonra Təqsirləndirilən şəxs üzərində olan 40 manat pul əskinazlarını, bir ədəd yaşıl rəngli alışqan, bir ədəd kağız materiallı turbuckanı, bir ədəd azərişiq elektrik enerjisi istehlakçı kartı, bir ədəd qara rəngli samsung markalı mobil telefonu, bir ədəd 10 qəpik, bir ədəd 50 qəpik bir ədəd üzərində bazarstore super sözləri yazılmış kartı, bir ədəd üzərində neptun bonus kartı sözləri yazılmış kartı təqdim etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə aşkar olunduğu qaydada elektron tərəzidən istifadə edərək çəkilmiş və çəkisi 1.63 qram olmuşdur. Həmin 01 ədəd gümüşü rəngli kağız bükümdə kütlə zərfdə qablaşdırılmiş və DİN-nin 143 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs öz razılığı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, ancaq onun üzərindən başqa heç bir narkotik vasitə və ya psixotrop maddə, həmçinin dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. İş materiallarında olan 22 yanvar 2024-cü il tarixli Ağcabədi RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X18 tərəfindən tərtib edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış Ağcabədi RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid1, Ağcabədi RPŞ-nin İTBnin sahənin polis nəfəri polis serjantı X9 və vəkil X4 iştirakları ilə keçirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilərək, üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik və ya psixotrop maddələrin olub-olmaması soruşulmuş, əgər varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi istifadə üçün psixotrop maddə saxladığını bildirmiş, əlində olan qara rəngli pul kisəsindən bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb stolun üzərinə qoymuş, həmin bükümün içərisinə baxış keçirilən zaman kağız bükümün içərisində şəffaf rəngli, kristal formalı, kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminə bənzər kütlənin olduğu aşkar olunmuş, daha sonra Təqsirləndirilən şəxs üzərində olan 40 manat pul əskinazlarını, bir ədəd yaşıl rəngli alışqan, bir ədəd kağız materiallı turbuckanı, bir ədəd azərişiq elektrik enerjisi istehlakçı kartı, bir ədəd qara rəngli samsung markalı mobil telefonu, bir ədəd 10 qəpik, bir ədəd 50 qəpik bir ədəd üzərində bazarstore super sözləri yazılmış kartı, bir ədəd üzərində neptun bonus kartı sözləri yazılmış kartı təqdim etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə aşkar olunduğu qaydada elektron tərəzidən istifadə edərək çəkilmiş və çəkisi 1.63 qram olmuşdur. Bundan sonra götürülmüş kütlə kibrit qutusu ilə birlikdə bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri DİN-in 143 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. İş materiallarında olan 22 yanvar 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə, saat 05:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, 23 yanvar 2024-cü il tarixdə, saat 16:30 dəqiqədə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 22 yanvar 2024-cü il tarixli, 18/93 saylı məhkəmə-kimyəvi ekspertiza rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzaları olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi – 1,353 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrim siyahısı”na daxildir.(İ siyahı) Qeyd: metamfetaminin təmiz çəkisi -1,353 qr, tədqiqata sərf olundu -0,05 qr, qalıq - 1,303 qr. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 22 fevral 2024-cü il tarixli, 313 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən epizodik istifadə etmə halları olub. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən alınan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il islah işləri cəzasına məhkum edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1, 228.2.1, 228.2.2, 66.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci tarixli hökmü dəyişdirilərək, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü hissəsinə əsasən CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası 06 ay azaldılıb, üzərində qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən 09 ay 06 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. İş materiallarında olan “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin verdiyi xx.xx.2024-cü il tarixli, 18-1-28/2-432/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda durmur. İş materiallarında olan Bərdə MKİS-i nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İstintaqın tam, hərtərəfli və oyektiv aparılması məqsədilə Təqsirləndirilən şəxs həmin psixotrop maddəni haradan əldə etməsi, psixotrop maddənin əldə edilməsində ona kömək edən şəxsin olub-olmaması, həmin psixotrop maddəndən yaşadığı evində, yaxud digər yerlərdə gizlədərək saxlayıb-saxlamaması, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsinin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmişdir. Bununla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini haradan, kimdən, hansı məqsədlə və necə əldə etməsi, satması və psixotrop maddələrin qanunsuz dövriyyəsində başqa şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib-etməməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilərək yoxlanılmış, lakin müsbət nəticə əldə olunmamışdır Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, habelə işdə olan digər rəsmi sənədlərlə tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə. Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası AliMəhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən alınan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il islah işləri cəzasına məhkum edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1, 228.2.1, 228.2.2, 66.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci tarixli hökmü dəyişdirilərək, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü hissəsinə əsasən CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası 06 ay azaldılıb, üzərində qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən 09 ay 06 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində nəzərdə tutulmuş 2 il məhkumluq müddəti ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid olunmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 22 yanvar (saat 05:30) 2024-cü il tarixdən 23 yanvar (saat 16:30) 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 30 aprel 2024-cü il tarixdən hesab edilməlidir. Təqsirləndirilən şəxs «Bərdə rayon Mərkəzi xəstəxanası» Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut – tədqiqatdan sonra qalıq qalan 1,303 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin - AZ.MEM.VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstəriənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdən 23 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla onun üzərində qəti cəza olaraq bir il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından dərhal həbsə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 30 aprel 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs «Bərdə rayon Mərkəzi Xəsətəxnası» Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, tədqiqatdan sonra qalıq qalan 1,303 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 31 manat 95 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - Az.MEM.VÖİN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ 013601**********3944, hesab Az 34 CTRE******************** keçirilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) gündən 20 gün müddətə Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-58/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-58/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver