Məhkəmə qərarları › İş №1(017)-59/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-59/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-59/2024 07.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxx 1974-cü ildə Ağcabədi rayonu Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.4.3-cü maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağcabədi rayon Hindarx qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qitimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə, Ağcabədi rayonu, Bilağanlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 ilə aralarında olan söhbət zamanı sonuncunun bacısı Şahid xəstəliyi ilə əlaqədar olaraq təqaüdə çıxaracağı adı ilə yalan vəd verməklə onun etibarından suiistifadə edib aldadaraq 2022-ci ilin mart ayının istintaqla müəyyən edilməyən günündə Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən Ağcabədi rayon mərkəzi xəstəxanasının qarşısında 1100 manat pulu əlbəəl, eləcə də 2022-ci ilin may ayının əvvəllərində istintaqla müəyyən edilməyən günündə Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən Ağcabədi rayon mərkəzi xəstəxanasının qarşısında yerləşən çay evində 1300 manat pulu əlbəəl almaqla, ümumilikdə vahid niyyətlə 2400 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs1 2400 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, qəsdən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə, təkrarən Ağcabədi şəhəri, K.Nəsibov küçəsində yaşayan Zərərçəkmiş şəxs2 ilə aralarında olan söhbət zamanı sonuncunun oğlu X1 təqaüdünün bərpa edilməsi üçün lazım olan sənədləri Gəncə şəhər ruhi-əsəb dispanserindən alacağı adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2023-cü ilin yanvar ayının istintaqla müəyyən edilməyən günündə Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən Ağcabədi rayon mərkəzi xəstəxanasının qarşısında 800 manat pulu əlbəəl alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 800 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, Ağcabədi rayon Hindarx qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. O, müalicə dərmanlarını almaq üçün arada rayon mərkəzi xəsətaxanısa gedib-gəlir. Ağcabədi rayon Bilağanlı kənd sakini Zərərçəkmiş şəxs1 onun qardaşının qaynatasının qonşusu kimi uzun müddətdir tanıyır. 2022-ci ilin mart ayında Akiflə rayon mərkəzi xəstəxanasında görüşmüşdür. Xəstəxanada Akif və bacısı Maarifə orada olan şəxslərdən sorğu sual edərək sənədləri hara, kimə təqdim etməli olduqlarını soruşmuş, həmin vaxt o yaxınlaşıb tanışlıq verib Hindarx qəsəbəsindən olduğunu, özüdə təqaüdə çıxdığından sənədləri necə toplamalı olduğunu bildiyini demişdir. Onlar söhbətləşib tanış olan zaman Akif demişdir ki, Maarifə asma xəstəsidir, sənədlərini komisiyaya təqdim etmək üçün toplamaq istəyirlər ki, Maarifəni təqaüdə çıxartsınlar. Onların arasında tanışlıq yaranandan sonra demişdir ki, mənim əlillərin bərpası mərkəzində tanışım var, onun vasitəsi ilə sizə köməklik edəcəm. Maarifənin təqaüdə çıxmasını təşkil edəcəm. Onlar söhbəti davam etmək üçün xəstəxananın qarşısında yerləşən çay evinə getmişlər. Akif ona demişdir ki, bacısı Maarifə xəstəliklə təqaüd almaq istəyir, köməklik etsin həkim komisiyasından keçsin.O, sənədlərin düzəldilməsi üçün 2500 manat demiş, Akif onunla 2400 manata razılaşmışdır. Bir neçə gün sonra Akiflə Ağcabədi şəhərində mərkəzi xəstəxanının qarşısında görüşmüş və Akif ona 1100 manat pul və Maarifənin adına olan xəstəlik sənədlərini vermişdir. Təxminən 15- 20 gün sonra o demiş ki, Bakı şəhərinə gedilməlidir. O, düşünmüş ki, Maarifənin sənədlərini aparıb Bakı şəhərində əlillərin bərpası mərkəzinə verər, alınarsa pulu götürüb xərcləyər. 2022-ci ilin aprel ayında o, Akif və Maarifə Bakı şəhərinə getmişlər. Bakı şəhərində əlillərin bərpası mərkəzində o otaqların birinə girmiş, sonra çıxıb demiş ki, hazırdı gedəyin royona. Onlar qayıdıb rayona gəlmişlər. Bir müddət sonra o Akifə pulun qalan hissəsini gətirməsini demiş, 2022-ci ilin may ayında Ağcabədi şəhərində H.Hacıyev küçəsində yerləşən çay evində Akiflə görüşmüş, Akif ona 1300 manat pul vermişdir. O, həmin puluda öz ehtiyaclarına xərclədiyini göstərmişdir. Bundan başqa o, dərmanlarını almaq üçün arada rayon mərkəzi xəsətaxanısa gedib-gəldiyi, zaman bir neçə dəfə Ağcabədi şəhər sakini Zərərçəkmiş şəxs2 xəstəxanada gördüyünü bildirmişdir. Xəyalə əlində sənəd ora-bura getdiyini görmüş, çayxanada oturub çay içən zaman Xəyalə ilə tanışlıqları yaranmışdır. Təxminən 4-5 ay bundan əvvəl Xəyalə ilə xəstəxanada görüşmüş, söhbət zamanı bilmiş ki, Xəyalə oğlunun sənədlərini düzəltmək istəyir. Xəyalə demişdir ki, oğlu İsa epilepsiya xəstəsidir, təqaüd almış, təqaüdü kəsildiyindən yenidən komisiyadan keçmək üçün Maştağadan epikriz alınmalıdır. O, Maştağadandısa, Gəncə ruhi-əsəb xəstəxanasından müalicə alması barədə epikriz ala bilərəm cavabını vermişdir. O, demişdir ki, xəstəxana sənəd vermir, ancaq ruhi-əsəb dispanserindən ala bilərəm, sənəd 800 manata başa gələcək. 2023-cü ilin yanvar ayının sonlarında Xəyalə sənədləri və 800 manat pulu Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən mərkəzi xəstəxananın qarşısında ona vermişdir. Onun ehtiyacı olduğundan pulu xərcləmişdir. O əvvəldən düşünmüş ki, Xəyalədən pulu alıb ehtiyaclarına xərcləyər, sonra Xəyalənin pulunu düzəldib verər. Xəyalə tez-tez ona zəng edib pulunu istəmiş, onun maddi imkanı olmadığından pulu qaytarıb verə bilməmişdir. Akifin bacısı Maarifənin təqaüdə çıxmasına köməklik edəcəyini vəd edərək 2022-ci ilin mart ayında rayon mərkəzi xəstəxanasının qarşısında 1100 manat və may ayında yenə həmin yerdə çay evində 1300 manat pul almışdır. O, sonra təqaüd kartını Akifə vermiş, Akif 8 ay hər ay 80 manat olmaqla 640 manat çıxarıb götürdüyünü bildirmişdir. Hazırda imkanı olmadığına görə 1760 manat Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 isə 800 manat maddi ziyanı ödəyə bilməmişdir. Hazırda törətdiyi əməldən çox peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyandan qismən ödəniş etməsini və İ Qrabağ müharibəsi veteranı olmağını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, o, Ağcabədi rayon Hindarx qəsəbəsində yaşayır. Bilidrir ki, Ağcabədi rayon Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayından tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Bacısı Şahid asma-bronxit xəstəliyindən əziyyət çəkir. Bir dəfə Maarifə ona demişdir ki, təqaüdə çıxmaq istəyir, onunla rayon mərkəzi xəstəxanasına getsin və sənədlərini komisiyaya təqdim etsinlər. 2022-ci ilin mart ayının əvvəllərində o Maarifə ilə birlikdə Ağcabədi rayon mərkəzi xəstəxanasına getmişlər. Xəstəxanada tanımadıqları şəxslərdən sorğu sual edərək sənədləri hara, kimə təqdim etməli olduqlarını soruşmağa başlamışlar. Həmin vaxt sonradan adının Eldəniz olduğunu bildiyi şəxs ona yaxınlaşmışdır. Eldəniz tanışlıq verib Hindarx qəsəbəsindən olduğunu, maklerlik edərək təqaüdə çıxmaq istəyənlərə köməklik etdiyini bildirmişdir. Söhbətləşən zaman məlum olmuş ki, Eldənizin qardaşının qaynanası qonşularıdır. Onların arasında tanışlıq yaranandan sonra Eldəniz demiş ki, görürəm sizdə təqaüd məsələsindən ötürü gəlmisiniz, bilmirsiniz hara gedəsiniz. O, bacısı Maarifənin xəstə olmasını, onun sənədlərini təqdim etmək üçün gəldiklərini demişdir. Eldəniz demiş ki, mənim əlillərin bərpası mərkəzində tanışım var onun vasitəsi ilə Maarifənin təqaüdə çıxmasını təşkil edərəm. Onlar söhbəti davam etmək üçün xəstəxananın qarşısında yerləşən çay evinə getmiş, Eldəniz bacısı Maarifənin xəstəlik sənədlərinə baxıb demiş ki, 2500 manat verəcəksiniz, Maarifənin sənədlərini hazırladacam, təqaüdə çıxmasına köməklik edəcəm. Onlar razılaşmışlar. Qayıdıb evə gəlib məsləhətləşib qərara gəlmişlər ki, Maarifənin pulu yoxdur, o Maarifənin əvəzinə pulu versin. Belə ki, bacısı tək yaşadığından o düşünmüş ki, pulu versin təqaüdü düzəltsin, sonra bacısı təqaüdlə özünü dolandırar. 2022-ci ilin mart ayında o, 1100 manat pul götürüb Ağcabədi Rayon mərkəzi xəstəxanasının qarşısına gəlmiş, xəstəxanının qarşısında çay evində Eldənizlə görüşmüş, 1100 manat pulu Eldənizə vermişdir. Eldəniz pulu alıb sənədləri gətirməyi demişdir. Təxminən 2 gün sonra o Maarifənin adına olan xəstəliklə bağlı sənədləri gətirib Eldənizə vermişdir. Təxminən aradan 20 gün keçmiş 2022-ci ilin aprel ayının ortalarında Eldəniz demişdir ki, Maarifəni Bakı şəhərinə əlillərin bərpası mərkəzinə aparmalıdır. 2022-ci ilin aprel ayının ortalarında o, Maarifə və Eldəniz birlikdə Bakı şəhərinə getmişlər. Əlillərin bərpası mərkəzinə gedib orada Eldəniz Maarifənin sənədlərini götürüb bir otağa girmişdir. Təxminən 5-6 dəqiqə sonra Eldəniz çıxıb onlara düzəldi qayıdırıq rayona sözlərini demişdir. Onlar işlərinin düzəldiyini zənn edib birlikdə qayıdıb rayona gəlmişlər. 2022-ci ilin may ayının əvvəllərində Eldəniz onunla görüşüb «sənədləri almağa gedirəm, pulun qalan hissəsini gətir mənə ver» sözlərini demişdir. O, 1300 manat pul düzəltmiş və Ağcabədi şəhərində xəstəxanının qarşısında yerləşən çay evinə getmişdir. Çay evində Eldənizlə görüşüb pulu ona vermişdir. Bundan bir müddət sonra Eldənizlə əlaqə saxlayanda tezliklə düzələcəyini desədə, təqaüd düzəlməyib. 2023-cü ilin yanvar ayında o Eldənizlə görüşmüş və pulunu qaytarmasını tələb etmiş, Eldəniz pulunun olmadığını bildirmişdir. Sonra Eldəniz görmüş ki, o pulunu təkidlə tələb edir, özünə məxsus təqaüd kartını ona verib «hər ay karta 80 manat pul yüklənir, pulu götürürsən» sözlərini demişdir. O, kartı almış və 8 ay hər ay 80 manat olmaqla ümumilikdə 640 manat pul çıxartmışdır. 2023-cü ilin sentyabr ayında o kartı bankomata daxil etmiş və balansda 3 manat olduğunu görmüşdür. Eldənizlə əlaqə saxlayıb bu barədə ona demiş, Eldəniz ona banka borcu var, pulu bank tutur cavabını vermişdir. Bundan sonrakı günlərdə Eldəniz pulunu qaytaracağına söz versədə onu aldadıb pulunu tam qaytarıb verməmişdir. O, Təqsirləndirilən şəxs dəymiş olan maddi ziyandan qismən ödəniş etməsini və qalan 1760 manat ödəməsini tələb edərək Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid da oxşar məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, o, Ağcabədi şəhəri, K.Nəsibov küçəsi təzə məhlədə yaşayır. Ağcabədi rayon Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayından tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Bildirir ki, onun 1 övladı 2008-cı il təvəllüdlü X7 anadan gəlmə iflic xəstəsi, digər 2006-cı il təvəllüdlü qızı X5 epilepsiya xəstəsidirlər. İsanın 3 illik təqaüd müddəti tamamlandığı üçün İsanın sənədlərini hazırlayıb Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən psixiatrik xəstəxanaya aparmalı olmuşdur. Həmin vaxt Eldənizlə təxmini tanış olmuşlar. O, İsanın sənədlərini almaq üçüq rayon mərkəzi xəstəxanasından göndəriş almaq istəmiş, onun söhbətlərini Eldəniz eşidib ona yaxınlaşıb tanışlıq vermiş və demiş ki, nə lazımdırsa köməklik edə bilərəm. O, danışmış ki, oğlu İsanın komisiya vaxtı çatır, yenidən sənədlər toplanmalıdır. Bu səbəbdən İsa Maştağa psixiatrik xəstəxanasında müayinə olunmalı, həmin sənəd komisiyaya təqdim olunmalıdır. Eldəniz ona demişdir ki, Maştağaya apararsan uşağa dəlilik iynəsi vurarlar, aparma istəyirsənsə mən həll edim. Daha sonra Eldəniz demiş ki, fərqi yoxdur, 800 manat pula Gəncə ruhi-əsəb dispanserindən də sənəd almaq olar. Eldənizlə danışıb razılaşmış ki, Eldəniz göndərişi özü alıb, daha sonra Gəncə şəhəri ruhi-əsəb dispanserindən İsanın adına epikriz alacaqdır. Bundan təxminən iki gün sonra 2023-cü ilin yanvar ayının sonlarında Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən mərkəzi xəstəxanasının qarşısında Eldənizlə görüşüb İsanın şəxsiyyət vəsiqəsinin sürətini və 800 manat pulu Eldənizə vermişdir. Bir müddət o soruşduqca Eldəniz narahat olma sənədlər hazırlanır desədə, sonda görmüş ki, onu aldadıb vaxt uzadır. Bu səbəbdən o Eldənizə pulunu qaytarmasını tələb etmiş, lakin Eldəniz pulu xərclədiyini və hissə-hissə qaytaracağını bildirmişdir. Sonradan Eldəniz zənglərini açmamış, o şikayət etmək qərarına gəlmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyandan ödəniş etməmişdir. Hazırda o, Təqsirləndirilən şəxs həbslə bağlı olmayan yüngül cəza verilməsini və azadlıqda qalaraq ona dəymiş maddi ziyanı ödəməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Aslanov X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2,234.4.3, 66.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay azadlıqdan mərhum etmə cəzasına məhkum olunub. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsini Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan Ağcabədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmış, məhkum şöbənin qeydiyyatından xx.xx.2020-ci il tarixdə çıxarılmışdır. Onun üzərində çəkilməmiş cəzası qalmamış, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan «Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Aslanov X3 Rayon Mərkəzi Xəstəxanası X10in Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında deyildir. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Hindarx qəsəbə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, 1974cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağcabədi Rayon Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ağcabədi rayon Hindarx qəsəbə sakini ehtiyatda olan gizir xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi hərbi xidmət keçib. Azərbaycan Respublikasının müharibə veteranıdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi dələduzluğun, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin təkrar və xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarında qeyd olunur ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər-hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddəsinin tələbini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, vurulmuş maddi ziyandan qismən ödəniş etməsini və İ Qarabağ müharibə veteranı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğu halda yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratmaqla cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi gündən, yəni 07 may 2024-cü il tarixdən hesab edilməlidir. İş üzrə mülki iddianın, xüsusi müsadirənin və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin; cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin; cəza çəkməsinin əvvəli bu gündən, yəni 07 may 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın, xüsusi müsadirənin və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar