Məhkəmə qərarları › İş №1(017)-6/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-6/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-6/2025 20.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, himayəsində iki nəfər azyaşlı uşağı olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 01 dekabr 2023-cü il tarixdən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili kimi fəaliyyət göstərərkən 12 yanvar 2024-cü il tarixli, ******* nömrəli vəkil orderi əsasında hüquqlarını müdafiə etdiyi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X4 icraatında olan 1(101)-1193/2024 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs Şahid1 arvadı Şahid2 2024-cü ilin aprel ayının əvvəllərində Şahid1 cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərəcəyi adı ilə yalan vəd verməklə etibardan sui-istifadə edib aldadaraq 13 aprel 2024-cü il tarixdə iki dəfə 2.500 manat və 14 aprel 2024-cü il tarixdə 3.000 manat və 2.000 manat olmaqla vahid niyyətlə ümumilikdə 10.000 manat məbləğində pul vəsaitini ünvan 3ndə yerləşən “Megastore” supermarketində olan “MPay” ödəniş sistemi vasitəsilə "xxxx" ASC-də mövcud olan 4098 **** **** 4884 nömrəli kartına köçürülməklə ələ keçirib Şahid2 xeyli miqdarda, yəni 10.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2018-ci ildən Vəkillər Kollegiyasının üzvüdür və Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili işləmişdir. Vəkillər Kollegiyası Rəyasət Heyətinin 10 iyul 2024-cü il tarixli qərarı ilə vəkillik fəaliyyəti dayandırılmışdır. 2023-cü ilin sentyabr-oktyabr aylarında Şahid1 onunla əlaqə saxlayaraq Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaq olunduğunu, onun heç bir təqsiri olmadığını və əsassız olaraq həbs edildiyini bildirmiş və ondan vəkili olmasını xahiş etmişdir. O, Şahid1 bunun üçün müqavilə bağlanmalı olduğunu deyərək yaxınlarının ona yaxınlaşmasını bildirmişdir. Bundan sonra, Şahid1 qayınatası Şahid3 onun yanına gəlmiş və 05 noyabr 2023-cü il tarixdə ona 500 manat məbləğində pul göndərmişlər. Müqavilə bağlandıqdan sonra istintaq orqanına orderini təqdim edib Şahid1 hüquqlarının müdafiəsinə başlamışdır. 2023-cü ilin dekabr ayının sonunda cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 2024-cü ilin yanvar ayında Şahid3 yenidən onunla əlaqə saxlayaraq işin nə yerdə olduğunu soruşmuş, o da sonuncuya cinayət işinin məhkəməyə göndərilməsi səbəbindən yenidən order alması üçün əlavə 300 manat məbləğində pulun ödənilməli olduğunu bildirmişdir. 05 yanvar 2024-cü il tarixdə həmin pul ona ödənilmişdir. Şahid1 danışıq zamanı məhkəmədə bəraət almaq istədiyini bildirərək işi ilə məşğul olmaq üçün 10000 manat məbləğində ona pul təklif etmiş və o da Elgizlə razılaşmışdır. Elgiz həmçinin ona məxsus “Kamaz” markalı nəqliyyat vasitəsinin olduğunu, həmin nəqliyyat vasitəsini satacaqlarını və pulu ona verəcəklərini də bildirmişdir. 13 aprel 2024-cü il tarixdə Şahid1 arvadı Şahid2 ilə əlaqə saxlayaraq 10000 manat məbləğində pul vəsaitinin ona lazım olduğunu bildirmiş və 13-14 aprel 2024-cü il tarixlərdə Şahid2 hissə-hissə olmaqla ümumilikdə 10000 manat məbləğində vəsaitini onun bank kartı hesabına köçürmüşdür. Daha sonra, may ayında Şahid2 anası onunla əlaqə saxlayaraq Şahid1lə Şahid2 boşanacaqlarını bildirmiş və aldığı pulu geri tələb etmişdir. 17 və 18 may 2024-cü il tarixdə hissə-hissə olmaqla Şahid2 hesabına ümumilikdə 1500 manat məbləğində pul vəsaitini geri qaytarmışdır. O, hakimə və ya digər vəzifəli şəxsə vermək adı ilə Şahid2 pul almamış, aldığı puldan 5000 manatı müqavilədən kənar öz qonorarı kimi götürmüş, qalan 5000 manatı isə Şahid1 şəxsi işi ilə bağlı sərf etmişdir. Ona görə də ittiham üzrə özünü təqsirli bilmir. Göstərdiyi kimi həmin 10000 manat məbləğində pul vəsaitinin 5000 manatı Şahid1 şəxsi işi ilə bağlı sərf etmişdir. Şahid1 şəxsi işi ilə bağlı xərclənən pulun ailə üzvlərinin bilməməsini ona demişdir. 5000 manat qonorar alması müqavilədə qeyd olunmamışdır. Hakimə və ya digər vəzifəli şəxsə vermək üçün pul almamışdır. Şahid1 residiv olduğunu bilmişdir. Aldığı puldan istintaq zamanı 1500 manat, məhkəmə istintaqı zamanı isə 500 manat, cəmi 2000 manat Şahid2 kart hesabına köçürmüşdür. Fəaliyyəti dayandığı üçün işləri icra edə bilməmiş və bu səbəbdən də aldığı pulun 2000 manatını qaytarmışdır. Aldığı puldan 5000 manatı Şahid1 şəxsi işinə, yəni borcuna verməsini heç kim bilməmiş və Elgizin göstərişi ilə bu barədə heç kimə bir söz deməmişdir. Təqsirləndirilən şəxs sonda ədalətli məhkəmə araşdırması, tərəflərin bərabərliyi və çəkişməsi prinspini rəhbər tutaraq, işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək, işin faktiki hallarından asılı olaraq əməlində cinayət tərkibinin olub-olmaması, əməlin kriminallığının aradan qaldırılması və s. Bu kimi halları təsdiq etmək məqsədi ilə, həmçinin Şahid2 əməlində cinayət tərkibinin olub-olmaması barədə istintaq orqanının gəldiyi nəticə barədə yekun qərarı əldə etmək üçün zəruri sənədlərin əldə olunması məqsədilə məhkəmə istintaqının təzələnməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2023-cü ilin oktyabr ayında əri Şahid1 Bakı İstintaq Təcridxanasından onunla əlaqə saxlayaraq vəkil Təqsirləndirilən şəxs işi ilə məşğul olmasını bildirib mobil nömrəsini ona vermişdir. O, da Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və atası ilə birlikdə Təqsirləndirilən şəxs ilə Bakı şəhərində yerləşən ofisində görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs məhkəmə hökmünün ərinin xeyrinə çıxarılmasına köməklik göstərəcəyinə söz vermişdir. 2023-cü ilin noyabr ayında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq Şahid1 hüquqlarını müdafiə etmək üçün aralarında müqavilə bağlanmalı olduğunu bildirmiş və bunun üçün ondan 500 manat məbləğində pul istəmişdir. O, da həmin pulu 05 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs bank kartı hesabına göndərmişdir. Bundan sonra, 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs yenidən onunla əlaqə saxlayaraq işin məhkəmədə müdafiəsi üçün əlavə 300 manat pul istəmiş, həmin pulu da 07 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs bank kartı hesabına köçürmüşdür. 2024-cü ilin aprel ayında Təqsirləndirilən şəxs onunla yenidən əlaqə saxlayaraq 10000 manat məbləğində pul vəsaitinin 1 gün ərzində veriləcəyi təqdirdə ərinin xeyrinə qərar qəbul ediləcəyini bildirərək onu inandırmış, o da ünvan 3ndə yerləşən “Megastore” supermarketində olan “MPay” ödəniş sistemi vasitəsilə 13 aprel 2024-cü il tarixdə iki dəfə 2500 manat və 14 aprel 2024-cü il tarixdə 3000 manat və 2000 manat, yəni qeyd olunan tarixlərdə dörd dəfəyə, ümumilikdə 10000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs bank kartı hesabına köçürmüşdür. Pulu aldıqdan sonra Təqsirləndirilən şəxs məhkəmə hökmünün ərinin xeyrinə çıxarılacağını onlara vəd etmişdir. Həmin pulun verilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs ilə aralarında hər hansı müqavilə bağlanmamış və ona hər hansı qəbz və ya digər təsdiqedici sənəd təqdim edilməmişdir. Təqsirləndirilən şəxs ərinin barəsində olan cinayət işində kifayət qədər sübutun olmadığını bildirib ərinə bəraət almaq mümkün olacağını da ona demişdir. Lakin, Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə ərinin məhkəməsində iştirak etməmiş və Təqsirləndirilən şəxs həmin gün ərinin buraxılacağını bildirsə də, əri buraxılmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb ərinin nə üçün buraxılmamasını soruşduqda, Təqsirləndirilən şəxs məsələni qısa müddət ərzində həll edəcəyini bildirmişdir. Bu danışıqlardan xeyli vaxt keçməsinə baxmayaraq, ərinin işində heç bir dəyişiklik olmamış və Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirdiyini düşünərək verdiyi pulu geri tələb etməyə başlamışdır. 17-18 may 2024-cü il tarixlərdə Təqsirləndirilən şəxs həmin puldan hissə-hissə ümumilikdə 1500 manatını onun bank hesabına geri qaytarmışdır. Şahid1 onun məlumatı olmayan şəxsi işi və borcu olmamışdır. Təqsirləndirilən şəxs pulun konkret hakimə veriləcəyini ona deyərək onu inandırmışdır. Təqsirləndirilən şəxs 10000 manat pulu ondan istəyərkən hakimlə və məhkəmə işçiləri ilə bir yerdə olduğunu da ona demişdir. Təqsirləndirilən şəxs ilə ilk dəfə 2023-cü ilin oktyabrnoyabr aylarında görüşmüş və istintaq dövründə Təqsirləndirilən şəxs heç bir məbləğdə pul təklif etməsini xatırlamır. Pulunu tələb etmək üçün Bakı şəhərinə getmiş, 8 gün Təqsirləndirilən şəxs ofisində qalmış, lakin Təqsirləndirilən şəxs tapa bilməmişdir. Vəkillər Kollegiyasına ərizəni özü yazmış və özü də imza etmişdir. Təqsirləndirilən şəxs pulu alıb ona qaytaracağını bildirmiş, lakin pulu kimdən alacağını ona deməmişdir. O, pulun hakimə verildiyini güman etmişdir. Təqsirləndirilən şəxs ona hakimin adamlarıyla bir yerdə olduğunu, 10000 manat pul 1 gün ərzində veriləcəyi təqdirdə ərinin xeyrinə qərar qəbul ediləcəyini deyərək onu inandırmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2023-cü ilin oktyabr ayında kürəkəni Şahid1 Bakı X1 Babayeva ilə əlaqə saxlayaraq vəkil Təqsirləndirilən şəxs onun işi ilə məşğul olmasını bildirib mobil nömrəsini vermişdir. Şahid2 Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və o qızı ilə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhərində yerləşən ofisində görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs məhkəmə hökmünün Şahid1 xeyrinə çıxarılmasına köməklik göstərəcəyini, cinayət işində kifayət qədər sübutun olmadığını bildirib işə baxan hakimə pul verməklə ona bəraət almağın mümkün olacağını bildirmişdir. 2023-cü ilin noyabr ayında Təqsirləndirilən şəxs qızı ilə əlaqə saxlayaraq Elgiz Əlievin hüquqlarını müdafiə etmək üçün aralarında müqavilə bağlanmalı olduğunu bildirmiş və bunun üçün ilkin olaraq qızından 500 manat məbləğində pul istəmişdir. Qızı Şahid2 da həmin pulu 05 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs bank kartı hesabına göndərmişdir. Bundan sonra, 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs yenidən qızı ilə əlaqə saxlayaraq işin məhkəmədə müdafiəsi üçün əlavə 300 manat pul istəmiş, qızı Şahid2 həmin pulu 07 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs bank kartı hesabına köçürmüşdür. 2024-cü ilin aprel ayında Təqsirləndirilən şəxs Şahid2 ilə yenidən əlaqə saxlamış və 10000 manat məbləğində pul vəsaitinin veriləcəyi təqdirdə Şahid1 17 aprel 2024-cü il tarixdə azadlığa çıxacağını bildirmişdir. 13 aprel 2024-cü il tarixdə iki dəfə 2500 manat və 14 aprel 2024-cü il tarixdə 3000 manat və 2000 manat, yəni ümumilikdə 10000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs bank kartı hesabına köçürmüşlər. Pulu aldıqdan sonra Təqsirləndirilən şəxs məhkəmə hökmünün Şahid1 xeyrinə çıxarılacağını onlara demişdir. Lakin, Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasına gəlməmişdir. Bundan sonra, qızı Təqsirləndirilən şəxs ilə əlaqə saxlayarkən Təqsirləndirilən şəxs məsələni qısa müddət ərzində həll edəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs onları aldatdığını bilmişlər və qızı Şahid2 verdiyi pulu geri tələb etmişdir. Təqsirləndirilən şəxs pul istəyərkən Şahid1 xeyrinə qərar qəbul ediləcəyini bildirmiş və onları inandırmışdır. Şahid1 digər şəxsi işi və borcu olmamışdır. Təqsirləndirilən şəxs Şahid1 ikinci dəfə cinayət məsuliyyətinə cəlb olduğunu bilmişdir. Təqsirləndirilən şəxs qızı Məliykə ilə danışarkən hakimin adamlarıyla bir yerdə olduğunu, 10000 manat pulun 1 gün ərzində veriləcəyi təqdirdə Şahid1 17 aprel 2024-cü il tarixdə azadlığa çıxacağını bildirmişdir. Təqsirləndirilən şəxs pulu alaraq geri qaytaracağını bildirmiş, lakin pulu kimdən alacağını onlara deməmişdir. Onlar Təqsirləndirilən şəxs ilə öz aralarında danışmışlar və Şahid1 azadlığa çıxacağından məlumatı olmamışdır. Şahid1 iki məhkəmə prosessində iştirak etmiş və 17 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs iştirak etməmişdir. Məhkəmə şahidlər Şahid1 və Şahid4 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 26 noyabr 2010-cu il təvəllüdlü X8 və 15 aprel 2012-ci il təvəllüdlü X7 adlı iki nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 20 sentyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 17 oktyabr 2024-cü il tarixli əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 təqdim etdiyi içərisində iş üzrə əhəmiyyət kəsb edən məlumatların olduğu diskə baxış keçirilmiş və baxış zamanı diskin içərisində 01 ədəd videogörüntü, 04 ədəd fotoşəkil, 12 ədəd səs yazısının olması, “WhatsApp Video 2024-08-07 at 14.51.03” adlı videogörüntüyə daxil olduqda həmin görüntünün “WhatsApp” tətbiq proqramı üzərindən aparılmış yazışmanın video formatında qeydə dair olması müşahidə edilmişdir. Görüntüdə “Tükəzban Vəkil” adlı kontakta “Tükəzban Vəkil” adlı kontakt işlə bağlı hansısa adamın olması, ondan təklifin nə olması barədə soruşulması ilə bağlı sms yazması, “Tükəzban Vəkil” adlı kontakt pul vəsaitinin karta gələn kimi həll edəcəyini, ona güvənmələrini bildirməsi, qarşı tərəf pulun bir qisminin hazır olmasını, “Tükəzban Vəkil” adlı kontakt həmin hissənin göndərilməsini bildirməsi, “Tükəzban Vəkil” adlı kontakt 4098-5844-6780-4884 nömrəli plastik ödəniş kartının şəklini göndərməsi, qarşı tərəf pulun göndərilməsini bildirməsi, daha sonra “Tükəzban Vəkil” adlı kontakt 5.000 gəlməsini və qalanının növbəti gün nə vaxt göndəriləcəyini soruşaraq kiməsə bu barədə deyəcəyini bildirməsi, “Tükəzban Vəkil” adlı kontakta pul vəsaitinin digər hissəsinin göndərilməsinə dair qəbzlərin fotoşəkili göndərilməsi kimi qarşılıqlı məlumat mübadiləsi aparılmışdır. Bundan başqa, diskdə mövcud olan fotoşəkillərlə müəyyən edilmişdir ki, 4098- 58**-****-4884 nömrəli ödəniş kartına 500 və 300 manat pul göndərilmişdir. Bundan başqa, diskdə mövcud olan fotoşəkillərlə müəyyən edilmişdir ki, ****-****- 6780-4884 nömrəli ödəniş kartına ümumilikdə 10.000 (2.500, 2.500, 3.000, 2.000) manat pul göndərilmişdir. Bundan başqa, diskdə mövcud olan səs yazıları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Elgizin işinə görə istəmirəm problem yaransın, yoxsa sənin sözlərini götürmərəm, dirənərəm gedib götürüb verərəm, gözlə, gözlə, ondan götürməmişəm, öz pulumdan verəcəyəm, mən sənin yerində olsam, əlimi vicdanıma qoyaram, məni də aldadırlar ki, bu gün-sabah, amma mən qadınlığımla vəd edirəm ki, öz pullarımı yığıb pulunu verəcəm kimi səs yazılarə mövcuddur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 25682 nömrəli, 11876 nömrəli, 1654 nömrəli və 8051 nömrəli qəbzlərdən görünür ki, 13 aprel 2024-cü il tarixdə saat 22:04-də ünvan 3 ünvanında yerləşən “Megastore” supermarketindən “MPay” ödəniş sistemi vasitəsilə son 8 rəqəmi 67804884 olan bank kartına Təqsirləndirilən şəxs adına AZN 2.500, 13 aprel 2024-cü il tarixdə saat 22:08-də ünvan 3 ünvanında yerləşən “Megastore” supermarketindən “MPay” ödəniş sistemi vasitəsilə son 8 rəqəmi 67804884 olan bank kartına Təqsirləndirilən şəxs adına AZN 2.500, 14 aprel 2024-cü il tarixdə saat 15:48-də ünvan 3 ünvanında yerləşən “Megastore” supermarketindən “MPay” ödəniş sistemi vasitəsilə son 8 rəqəmi 67804884 olan bank kartına Təqsirləndirilən şəxs adına AZN 3.000, 14 aprel 2024-cü il tarixdə saat 15:51-də ünvan 3 ünvanında yerləşən “Megastore” supermarketindən “MPay” ödəniş sistemi vasitəsilə son 8 rəqəmi 67804884 olan bank kartına Təqsirləndirilən şəxs adına AZN 2.000 pul köçürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Vəkillər X2 21 oktyabr 2024-cü il tarixli, 1658 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Vəkillər X2 14 oktyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Vəkillər Kollegiyasının üzvliyindən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi qərara alınmış və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək vəkillik fəaliyyəti dayandırılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməlidir. Belə ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötəri ki, o 01 dekabr 2023-cü il tarixdən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili kimi fəaliyyət göstərərkən 12 yanvar 2024-cü il tarixli, ******* nömrəli vəkil orderi əsasında hüquqlarını müdafiə etdiyi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X4 icraatında olan 1(101)- 1193/2024 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs Şahid1 arvadı Şahid2 2024-cü ilin aprel ayının əvvəllərində Şahid1 cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərməsi ilə bağlı özünə müraciəti ilə əlaqədar Şahid2 özünün güman edilən təsir imkanlarından istifadə edərək hakim X6 tərəfindən Şahid1 barəsində bəraət hökmünün çıxarılması barədə qərarına təsir etmək imkanına malik olmasını bildirib, həmin məqsədlə Bakı şəhəri ərazisində 13 aprel 2024-cü il tarixdə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 10.000 manat məbləğində pul vəsaiti istəyərək, Şahid2 razılığını alıb onunla sövdələşərək, həmin niyyətlə sonuncunun 13 aprel 2024-cü il tarixdə iki dəfə 2.500 manat və 14 aprel 2024-cü il tarixdə 3.000 manat və 2.000 manat olmaqla ümumilikdə 10.000 manat məbləğində pul vəsaitini ünvan 3ndə yerləşən “Megastore” supermarketində olan “MPay” ödəniş sistemi vasitəsilə "xxxx" ASCdə mövcud olan 4098 **** **** 4884 nömrəli kartına köçürməsinə nail olub, 14-16 aprel 2024-cü il tarixlərdə Bakı şəhəri ərazisində nağdsız qaydada ödənişlər edib şəxsi ehtiyaclarına sərf etməklə, vəzifəli şəxs olan hakim Novruz Kərimovun qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 10.000 manat məbləğində pul vəsaitini alaraq nüfuz alveri etmişdir. Lakin, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs öz niyyətini gerçəkləşdirmək üçün 2023-cü ilin oktyabr ayında Şahid2 ilə Bakı şəhərində yerləşən ofisində görüşüb Şahid2 məhkəmə hökmünün ərinin xeyrinə çıxarılmasına köməklik göstərəcəyinə söz vermiş, 2024-cü ilin aprel ayında Şahid2 Təqsirləndirilən şəxs ilə əlaqə saxlayarkən Təqsirləndirilən şəxs 10000 manat məbləğində pul vəsaitinin 1 gün ərzində veriləcəyi təqdirdə ərinin xeyrinə qərar qəbul ediləcəyini Şahid2 yalan vəd verməklə etibardan sui-istifadə edib aldadaraq onu inandırmış, bundan sonra, Şahid2 13 aprel 2024-cü il tarixdə iki dəfə 2.500 manat və 14 aprel 2024-cü il tarixdə 3.000 manat və 2.000 manat olmaqla ümumilikdə 10.000 manat məbləğində pul vəsaitini ünvan 3ndə yerləşən “Megastore” supermarketində olan “MPay” ödəniş sistemi vasitəsilə Tükəzman Aşurovaya məxsus "xxxx" ASC-də mövcud olan 4098 **** **** 4884 nömrəli kartına köçürmüşdür. Bununla da Aşurova X3 Məleykə Novruz qızının vahid niyyətlə ümumilikdə 10.000 manat məbləğində pul vəsaitini ələ keçirib Şahid2 xeyli miqdarda, yəni 10.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs əməli hakimin qərarına qanunsuz təsir göstərmə deyildir və həmin hərəkətlər dələduzluğun üsuludur və onun niyyəti yalnız Şahid2 pul vəsaitini ələ keçirməklə ona maddi zərər vurmağa yönəlmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli, faktiki olaraq törətdiyi cinayət əməlinə görə deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsinə tövsif edilməklə, ona həmin maddə üzrə ittiham irəli sürülmüşdür. Bu hal belə nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin tərkibi düzgün müəyyən edilməmiş, nəticədə əməl düzgün tövsif edilməmişdir. Bu isə cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə imkan vermir. Məhkəmə əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif olunması ilə bağlı öz mövqeyini CM-in maddəsinin dispoziya şərtləri baxımından onunla əsaslandırır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312- 1.1-ci maddəsinin məzmuna əsasən, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) cinayəti o zaman törədilmiş olur ki, maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə həyata keçirilsin. Şəxsin qanunsuz təsir edilməsi nəzərdə tutulan vəzifəli şəxsə münasibətdə həqiqi və ya güman edilən təsir imkanlarının olmaması, onun tərəfindən bu cinayətin törədilməsini istisna edir. Belə ki, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərən şəxsin “Həqiqi təsir imkanı” olmalıdır. Bu hal isə o zaman mövcud olur ki, qanunsuz təsir ediləcək vəzifəli şəxs ona təsir etmək məqsədi güdən şəxsdən asılı vəziyyətdə olsun, yaxud ən pis halda ondan daha aşağı vəzifəli şəxs olsun. “Güman edilən təsir imkanı”na isə qanunsuz təsir etmə məqsədi güdən şəxsin, təsir edəcəyini düşündüyü şəxsdən daha yuxarı vəzifəli şəxs olması, daha inandırıcı və ağlabatandır. Hazırki cinayət işi üzrə istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamda, Azərbaycan Respublikasının Konstitusiyasında müstəqilliyi və toxunulmazlığı müəyyən edilmiş hakimə qanunsuz təsir göstərilməsi nəticəsində qərar çıxarılmasına nail olunmasının israr edilməsi, dövlətin adından çıxarılmış, qanuni qüvvəyə minmiş məhkəmə qərarının Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmasının məcburiliyi prinsipini şübhə altına alınmışdır. Bu hal isə qanunla yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasında hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsinin yolverilməz olduğu müəyyən edilmişdir. Qanunda nəzərdə tutulmuş bu halların mövcudluğu şəraitində hər hansı vəzifəli şəxs tərəfindən istənilən hakimə qarşı həqiqi təsir imkanı mövcud deyildir. Bu səbəbdən hər hansı şəxs tərəfindən bu cür təsir imkanının olması yalnız güman edilə bilər. Qanunsuz təsir imkanının güman edilməsi belə məntiqə uyğun və ağlabatan olmalıdır. Belə olan halda nəzərə alınmalıdır ki, vəkil tərəfindən hakimin qərarına qanunsuz təsir göstərməyi güman etməyə imkan verən hallar yoxdur. Bu da o nəticəyə gəlməyə əsas verir ki, vəkil kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X4 icraatında olan 1(101)-1193/2024 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs Şahid1 barəsində çıxarılacaq hökmə qanunsuz təsir göstərmək (nüfuz alveri) üçün həqiqi və ya güman edilən təsir imkanlara malik olması, yəni onun həmin iş üzrə təqsirləndirilən şəxs Şahid1 barəsində bəraət hökmünün çıxarılmasına nail olması, nəticə olaraq vəzifəli şəxs olan hakim X4 qərarına qanunsuz təsir göstərməsi ilə bağlı istintaq orqanının mövqeyi, işin həqiqi hallarına uyğun deyildir. Hansı ki, hakim Novruz Kərimov təqsirləndirilən şəxs Şahid1 barəsində 06 noyabr 2024-cü il tarixli hökm çıxararkən cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxs Şahid1 şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayaraq barəsində ittihamedici hökm çıxarmış və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2025-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış və hökm qanuni qüvvəyə minmişdir. Göründüyü kimi hakimin hökmü qanuni və əsaslı olmuş, yəni hökmün çıxarılmasına qanunsuz təsir olmamışdır. “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra - qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarları Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, 30 dekabr 2003-cü il tarixdə Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" 27 yanvar 1999-cu il tarixli Konvensiyasının 12-ci maddəsində birmənalı olaraq göstərilmişdir ki, hər bir tərəf, 2, 4-6 və 9-11-ci maddələrdə adı çəkilən hər hansı bir şəxs tərəfindən qərarın qəbul edilməsinə qeyri-qanuni nüfuz edə biləcəyini bəyan edən və ya təsdiq edən istənilən şəxsə, ediləcək nüfuz müqabilində, onun özünə və ya hər hansı bir digər şəxsə təqdim edilib-edilməməsindən asılı olmayaraq, hər hansı bir qeyriqanuni üstünlüyün birbaşa və ya dolayı vəd edilməsini, təklif edilməsini və ya təqdim edilməsini, habelə bu cür nüfuzun edilib-edilməməsindən və güman olunan edilmiş nüfuz nəticəsində arzu olunan nəticənin alınıb-alınmamasından asılı olmayaraq, ediləcək nüfuz müqabilində, bu cür üstünlüyün istənilməsini, alınmasını, qəbulunu və ya təklif edilməsini, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün lazım ola biləcək qanunvericilik və digər tədbirlər görür. Göründüyü kimi Konvensiyanın qeyd olunan normasında da tərəfin, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün həmin Konvensiyasının 2, 4-6 və 9-11-ci maddələrində adı çəkilən hər hansı bir şəxs tərəfindən qərarın qəbul edilməsinə qeyri-qanuni nüfuz edə biləcəyini bəyan edən və ya təsdiq edən istənilən şəxsə, ediləcək nüfuz müqabilində, bu cür üstünlüyün istənilməsi, alınması, qəbulu və ya təklif edilməsi ilə şərtləndirmişdir. Konvensiyasının 2, 4-6 və 9-11-ci maddələrində isə dövlətdə qanunvericilik və ya inzibati səlahiyyətləri həyata keçirən hər hansı bir seçkili orqanların üzvü olan, nüfuzlu səlahiyyətli vəzifəli şəxsləri olması göstərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hakimin qərarına qanunsuz təsir göstərmək (nüfuz alveri) üçün həqiqi və ya güman edilən təsir imkanları olmamışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində Şahid2 10000 manat məbləğində maddi ziyan vurulmuş, cinayət prosesini həyata keçirən orqana hadisə barədə şikayət məhz Şahid2 tərəfindən verilmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Şahid2 aldığı 10.000 manat məbləğində pul vəsaitinin 1500 manatını geri qaytarmış, istintaq orqanı isə zərəçəkmiş şəxs qismində tanınmadığı halda, Şahid2 vurulmuş ziyandan 1500 manat ödənilməsi qeyd olunmuşdur. Qeyd olunanlarla yanaşı, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun qərarlarında formalaşmış hüquqi mövqelərə uyğun olaraq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərədə tutulan cinayət tərkibi mövcud deyildir. Onun zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək əmlakını ələ keçirməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Bunlarla yanaşı, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, yuxarıda qeyd olunan cinayəti törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, 17 oktyabr 2024-cü il tarixli əlavə baxış keçirilməsi haqqında protokolla, Şahid2 təqdim etdiyi diskdə olan videogörüntü, fotoşəkil, səs yazışmaları və qəbzlərlə də öz təsdiqini tapmışdır. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Şahid2 aldığı 10000 manat pulun 5000 manatını qonorar kimi aldığını, 5000 manatını isə Şahid1 şəxsi işi ilə bağlı sərf etdiyini göstərsə də, bu halı təsdiq edən subutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini özünümüdafiə kimi qiymətləndirir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi, yəni aldığı 10000 manat pulun 5000 manatını Şahid1 şəxsi işi ilə bağlı sərf etməsi Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də öz təsdiqini tapmamışdır. Belə ki, Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, barəsində Binəqədi Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmış, daha sonra həmin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilməsinə dair olan cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə davam etdirilmişdir. 2023-cü ilin oktyabr ayında Bakı İstintaq Təcridxanasında kamera yoldaşlarından vəkil Təqsirləndirilən şəxs barəsində eşitmiş və sonuncunun yaxşı vəkil olduğunu düşünüb hüquqlarının müdafiəsini həyata keçirməsini istəmiş, buna görə o, arvadı Şahid2 ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs mobil nömrəsini vermişdir ki, onlar danışıb görüşsünlər və müqavilə bağlasınlar. Lakin, mobil nömrəni Şahid2 verdikdən sonra onların aralarında baş vermiş söhbətlər haqqında məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ilə müqavilə bağlandıqdan sonra sonuncu ibtidai istintaq zamanı onunla görüşmüş və işində yetərli sübut olmadığını, məhkəmədə ona bəraət alacağını bildirmişdir. Cinayət işi məhkəməyə göndərildikdən sonra Təqsirləndirilən şəxs proses zamanı məhkəmədə görmüş, lakin aralarında işinin gedişatı ilə bağlı hər hansı söhbət olmamışdır. 2024-cü ilin may ayında işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən, Şahid2 onunla əlaqə saxlayaraq işinin məhkəmədə həll olunması məqsədilə 10.000 manat məbləğində pul vəsaitini vəkil Təqsirləndirilən şəxs verdiyini, sonuncunun onu aldadaraq pulu ələ keçirtdiyini ona bildirmişdir. Şahid2 pulu Təqsirləndirilən şəxs verdikdə bu barədə ona heç nə deməmiş, onun Təqsirləndirilən şəxs arvadına işini həll edəcəyini və ona bəraət alacağını vəd etməsi və bunun üçün 10.000 manat məbləğində pul vəsaitini sonuncudan alması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs arvadı Şahid2 10.000 manat məbləğində pul vəsaitini ona bəraət almaq məqsədilə almışdır. Təqsirləndirilən şəxs həmin pulu müqavilə üzrə vəkil kimi hüquqlarını müdafiə edərək qanuni proses çərçivəsində müdafiənin keyfiyyətli qurulması yolu ilə ona bəraət qazanmaqdan ötrü almamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul vəsaiti təklif etməmiş və sonuncu onun şəxsi işi ilə bağlı hər hansı pul sərf etməmişdir. Belə ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında olan pul söhbətləri barədə onun məlumatı olmamış, o bu barədə artıq Şahid2 pulu verdikdən bir müddət sonra öyrənmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 01 dekabr 2023-cü il tarixdən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili kimi fəaliyyət göstərərkən 12 yanvar 2024-cü il tarixli, ******* nömrəli vəkil orderi əsasında hüquqlarını müdafiə etdiyi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X4 icraatında olan 1(101)-1193/2024 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs Şahid1 arvadı Şahid2 2024-cü ilin aprel ayının əvvəllərində Şahid1 cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərəcəyi adı ilə yalan vəd verməklə etibardan sui-istifadə edib aldadaraq 13 aprel 2024-cü il tarixdə iki dəfə 2.500 manat və 14 aprel 2024-cü il tarixdə 3.000 manat və 2.000 manat olmaqla vahid niyyətlə ümumilikdə 10.000 manat məbləğində pul vəsaitini ünvan 3ndə yerləşən “Megastore” supermarketində olan “MPay” ödəniş sistemi vasitəsilə "xxxx" ASC-də mövcud olan 4098 **** **** 4884 nömrəli kartına köçürülməklə ələ keçirib Şahid2 xeyli miqdarda, yəni 10.000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Həmin Məcəllənin 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hallarda yaranır. Həmin Məcəllənin 178.2.3-cü maddəsinin dispozisiyasına görə məsuliyyət şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə yaranır. Həmin Məcəllənin 178.2.4-cü maddəsinin dispozisiyasına görə məsuliyyət xeyli miqdarda ziyan vurmaqla törədildikdə yaranır. Göründüyü kimi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili olmuş Təqsirləndirilən şəxs dələduzluq əməlini törədərkən istifadə etdiyi yalanın məzmunu, ümumiyyətlə cinayətin törədilməsi üsulu onun tutduğu vəzifəsindən irəli gəlməmiş, özgə əmlakının ələ keçirilməsi prosesində vəzifəsinə aid hər hansı bir səlahiyyətdən sui-istifadə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi sözügedən cinayətin əsas obyektlə - mülkiyyətlə yanaşı əlavə obyektə - qulluq mənafeyi əleyhinə yönəlməsini ehtiva edir. Şəxsin qulluqla bağlı olan (vəzifənin verdiyi) səlahiyyətlərdən deyil, hansısa bir vəzifə tutmasına əsaslanan “şəxsi nüfuzundan”, “başqa vəzifəli şəxslərlə dostluğundan” istifadə etməklə cinayət törətməsi isə qulluq mənafeyinə qəsd etmədiyindən, həmin əlavə obyekti təhlükə altına almır. Odur ki, “öz qulluq mövqeyindən istifadə etmə” əlaməti və bu əlaməti nəzərdə tutan Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi Təqsirləndirilən şəxs xeyi miqdarda ziyan vurmaqla dələduzluq cinayətinə şamil edilə bilməz. Beləluklə məhkəmə, göstərilənlərlə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsindən həmin Məcəllənin yalnız 178.2.4-cü maddəsinə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14cü maddəsinə, müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri üzrə inzibati ərazinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili kimi fəaliyyət göstərərkən hazırki cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Qeyd edilən maddi hüquq normasının tələbinə əsasən məhkəmə belə hesab edir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası əlavə cəza kimi nəzərdə tutulmasa da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əlavə cəza kimi müəyyən müddətə vəkillik fəaliyyəti ilə məşğul olmaq, dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan da məhrum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, əlavə cəza kimi təyin ediləcək vəkillik fəaliyyəti ilə məşğul olmaq, dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Bakı Probasiya İdarəsinə tapşırılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində Şahid2 10000 manat məbləğində maddi ziyan vurulmuş, cinayət prosesini həyata keçirən orqana hadisə barədə şikayət də məhz Şahid2 tərəfindən verilmişdir. Məhkəmə, istintaq orqanı tərəfindən 10.000 manat məbləğində pul vəsaitinin dəymiş ziyan kimi qəbul edilib, həmin ziyandan 1500 manatını Şahid2 qaytarmasını nəzərə alaraq hesab edir ki, hazırkı cinayət işi üzrə istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilməsə də, 10000 manat məbləğində pul vəsaitinin 1500 manatını dəymiş ziyan kimi Şahid2 təhvil verilməsi, onun cinayət işi üzrə zərərçəkmiş şəxs olmasını ehtiva edir. Həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş ziyandan 500 manat da məhkəmə istintaqı zamanı ödənilmişdir. Məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmuş şəxsin ibtidai istintaq zamanı cinayət prosesini həyata keçirən orqan tərəfindən zərər çəkmiş şəxs qismində tanınmaması, onun zərər çəkmiş şəxs olmasını istisna etmir. Məhz buna görə qanunvericilikdə zərər çəkmiş şəxs qismində tanınma barədə qərarın məhkəmə tərəfindən qəbul edilməsi də nəzərdə tutulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.2, 87.2 və 106.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 15 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Cinayət-prosessual hüququnda isə zərərçəkmiş şəxs dedikdə, cinayət əməli nəticəsində ziyan vurulduğu ehtimal olunan proses iştirakçısı nəzərdə tutulur. Cinayət hüquqi mənada cinayətdən zərər çəkmiş şəxs anlayışı cinayət-prosessual hüquqi mənada zərər çəkmiş şəxs anlayışından geniş olmaqla, həm cinayət-prosessual mənada zərər çəkmiş qismində tanınmış şəxsi, həm də zərər çəkmiş şəxs qismində tanınana qədər cinayət nəticəsində və ya hər hansı başqa səbəbdən ölmüş şəxsi özündə ehtiva edir. Məhkəmə Konstitusiya Məhkəməsinin bu mövqeyini rəhbər tutaraq hesab edir ki, cinayət hüquqi mənada zərər çəkmiş şəxs anlayışı, həmçinin cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsi tərəfindən təqsirləndirilən şəxsə qarşı yanlış ittihamın irəli sürülməsinə görə zərər çəkmiş şəxs qismində tanına bilməyən şəxsi də özündə ehtiva edir. Buna görə də, ibtidai istintaqın gedişatında tanınmasa belə, Şahid2 məhkəmə tərəfindən zərər çəkmiş şəxs qismində tanınmalı və ona hüquq və vəzifələri izah edilməlidir. Beləliklə, Şahid2 izah edilməlidir ki, gələcəkdə təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənilməmiş qalan 8000 manat hissəsi ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməklə məhkəmədə iddia qaldırmaq hüququ vardır. İş üzrə maddi sübut olan “Azercell Telecom” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mobil şəbəkə operatorlarından daxil olmuş, içərisində telefon danışıqları məlumatlarının mövcud olunduğu 02 ədəd disk, Şahid2 təqdim etdiyi 01 ədəd disk, "xxxx" ASC-dən daxil olmuş 4098-****-****-4884 nömrəli ödəniş kartına dair bank çıxarışı, 25682, 11876, 1654 və 8051 nömrəli ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün hər iş saatına görə 6 manat hesab edilməklə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs torətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin maddə ilə ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri üzrə inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əlavə cəza kimi 01 (bir) il müddətə vəkillik fəaliyyəti ilə məşğul olmaq, dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilsin. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, əlavə cəza kimi təyin edilmiş vəkillik fəaliyyəti ilə məşğul olmaq, dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın və hökmün icrası Bakı Probasiya idarəsinə tapşırılsın. İş üzrə maddi sübut olan “Azercell Telecom” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mobil şəbəkə operatorlarından daxil olmuş, içərisində telefon danışıqları məlumatlarının mövcud olunduğu 02 ədəd disk, Şahid2 təqdim etdiyi 01 ədəd disk, "xxxx" ASC-dən daxil olmuş 4098-****-****-4884 nömrəli ödəniş kartına dair bank çıxarışı, 25682, 11876, 1654 və 8051 nömrəli ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 20 (iyirmi) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar