Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-60/2025 03.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər, Ağcabədi rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir nəfər azyaşlı uşağı olan, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2taqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair; xx xxxxx 1992-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki nəfər azyaşlı uşağı olan, hazırki cinayət əməlini törədən zaman məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə qeyri rəsmi həyat yoldaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək Zərərçəkmiş şəxs3 Ağcabədi rayon Pambıq zavodunun rəhbərliyindən olan pul tələbini məhkəmədə həll etmək üçün Zərərçəkmiş şəxs3 vəkili olacağına inandırdıqdan sonra 27 iyun 2024-cü il tarixdə emanat ödəniş sistemi vasitəsilə Təqsirləndirilən şəxs2 adına olan "xxxx" ASC-yə məxsus **********549903 nömrəli karta İslam Hüseynov tərəfindən bir bank vasitəsilə Ağcabədi rayonunun Mehrablı kəndi ərazisindən 200 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, vahid niyyətlə cinayət əməlini davam etdirərək Təqsirləndirilən şəxs2 adına olan "xxxx" ASC-yə məxsus **********549903 nömrəli karta İslam Hüseynov tərəfindən bir bank vasitəsilə dəqiq günü istintaqa məlim olmayan tarixdə, yəni 2024-cü ilin iyul-avqust aylarında Ağcabədi rayonunun Mehrablı kəndi ərazisindən 860 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirməklə, ümumilikdə 1060 manat pulu vahid niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs3 1060 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə qeyri rəsmi həyat yoldaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək X2 problemi ilə bağlı mübahisəsini məhkəmədə həll etmək üçün sonuncunun vəkili olacağına inandırdıqdan sonra 19 iyul 2024-cü il tarixdə saat 15:13-də Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində yerləşən Neptun marketdəki “mpay” ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs2 adına olan "xxxx" ASC-yə məxsus **********549903 nömrəli karta 1000 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, vahid niyyətlə cinayət əməlini davam etdirərək 27 iyul 2024-cü il tarixdə saat 13:49 dəqiqədə Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində yerləşən Neptun marketdəki “mpay” ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs2 adına olan "xxxx" ASC-yə məxsus **********549903 nömrəli karta 235 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, vahid niyyətlə cinayət əməlini davam etdirərək 30 iyul 2024-cü il tarixdə saat 09:50 dəqiqədə Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində yerləşən Neptun marketdəki “mpay” ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs2 adına olan "xxxx" ASC-yə məxsus **********549903 nömrəli karta 300 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirməklə, ümumilikdə 1535 manat pulu vahid niyyətlə ələ keçirib zərərçəkmiş şəxs Fəxrəddin Hacıyevə 1535 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə qeyri rəsmi həyat yoldaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək Zərərçəkmiş şəxs4 əkin sahəsini suvara bilməməsi səbəbindən sonuncuya dəymiş maddi zərərlə bağlı mülki məsələsini məhkəmədə həll etmək üçün sonununcunun vəkili olacağına inandırdıqdan sonra 19 iyul 2024-cü il tarixdən hissə-hissə Zərərçəkmiş şəxs4 450 manat və 250 manat məbləğində pul vəsaitini ələ keçirmiş, vahid niyyətlə cinayət əməlini davam etdirərək 2024-cü ilin iyul ayının sonlarında dəqiq tairixi və vaxtı istintaqa məlum olmayan vaxta Zərərçəkmiş şəxs4 50 manat məbləğində pul vəsaitini ələ keçirməklə, ümumilikdə 750 manat pulu vahid niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs4 750 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə qeyri rəsmi həyat yoldaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək Şahid1 və onun övladları Şahid2 və X10 cinayət işində vəkili olacağını, Şahid1 həbsdə olan oğlu X11 azadlığa buraxdıracaqlarını vəd verib inandırdıqdan sonra 20 iyul 2024-cü il tarixdə saat 13:34-də Ağcabədi şəhəri, H.Əliyev prospekti ərazisində yerləşən “Nur market”dəki millön ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs2 adına olan "xxxx" ASC-yə məxsus **********549903 nömrəli karta 2700 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, vahid niyyətlə cinayət əməlini davam etdirərək 28 iyul 2024-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Ağcabədi rayon Xocavənd kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində sonuncunun nəğd olaraq 9020 manat pulu ələ keçirmiş, vahid niyyətlə cinayət əməlini davam etdirərək 09 avqust 2024-cü il tarixdə saat 16:52 dəqiqədə Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən “Oba” marketdəki “eManat” ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs2 adına olan "xxxx" ASC-yə məxsus **********549903 nömrəli karta 1730 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, vahid niyyətlə cinayət əməlini davam etdirərək 11 avqust 2024-cü il tarixdə saat 11:13 dəqiqədə Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən “Oba” marketdəki “eManat” ödəniş terminalı vasitəsilə X5 adına olan 416973******9805 saylı karta 2000 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, vahid niyyətlə cinayət əməlini davam etdirərək 12 avqust 2024-cü il tarixdə saat 11:13 dəqiqədə Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən “Oba” marketdəki “eManat” ödəniş terminalı vasitəsilə X5 adına olan 416973******9805 saylı karta 750 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, vahid niyyətlə cinayət əməlini davam etdirərək 16 avqust 2024-cü il tarixdə saat 13:03 dəqiqədə Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən “Oba” marketdəki “eManat” ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs2 adına olan "xxxx" ASC-yə məxsus **********549903 nömrəli karta 500 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirməklə, ümumilikdə 16700 manat pulu vahid niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs1 16700 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə qeyri rəsmi həyat yoldaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək Zərərçəkmiş şəxs3 Ağcabədi rayon Pambıq zavodunun rəhbərliyindən olan pul tələbini məhkəmədə həll etmək üçün Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 vəkili olmasına inandırdıqdan sonra 27 iyun 2024-cü il tarixdə emanat ödəniş sistemi vasitəsi ilə özünün adına olan "xxxx" ASC-yə məxsus **********549903 nömrəli karta İslam Hüseynov tərəfindən bir bank vasitəsilə Ağcabədi rayonunun Mehrablı kəndi ərazisindən 200 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, vahid niyyətlə cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs3 tərəfindən bir bank vasitəsilə dəqiq günü istintaqa məlim olmayan tarixdə, yəni 2024-cü ilin iyul-avqust aylarında Ağcabədi rayonunun Mehrablı kəndi ərazisindən özünün adına olan "xxxx" ASC-yə məxsus **********549903 nömrəli karta 860 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirməklə, ümumilikdə 1060 manat pulu vahid niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs3 1060 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən tamah niyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə qeyri rəsmi həyat yoldaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək X2 problemi ilə bağlı mübahisəsini məhkəmədə həll etmək üçün Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 vəkili olmasına inandırdıqdan sonra 19 iyul 2024-cü il tarixdə saat 15:13-də Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində yerləşən Neptun marketdəki “mpay” ödəniş terminalı vasitəsilə üzünün adına olan "xxxx" ASC-yə məxsus **********549903 nömrəli karta 1000 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, vahid niyyətlə cinayət əməlini davam etdirərək 27 iyul 2024-cü il tarixdə saat 13:49 dəqiqədə Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində yerləşən Neptun marketdəki “mpay” ödəniş terminalı vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus **********549903 nömrəli karta 235 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, vahid niyyətlə cinayət əməlini davam etdirərək 30 iyul 2024-cü il tarixdə saat 09:50 dəqiqədə Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində yerləşən Neptun marketdəki “mpay” ödəniş terminalı vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus **********549903 nömrəli karta 300 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirməklə, ümumilikdə 1535 manat pulu vahid niyyətlə ələ keçirib zərərçəkmiş şəxs Fəxrəddin Hacıyevə 1535 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə qeyri rəsmi həyat yoldaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək Zərərçəkmiş şəxs4 əkin sahəsini suvara bilməməsi səbəbindən Zərərçəkmiş şəxs4 dəymiş maddi zərərlə bağlı mülki məsələsini məhkəmədə həll etmək üçün Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 vəkili olacağına inandırdıqdan sonra 19 iyul 2024-cü il tarixdən hissə-hissə Zərərçəkmiş şəxs4 450 manat və 250 manat məbləğində pul vəsaitini ələ keçirmiş, vahid niyyətlə cinayət əməlini davam etdirərək 2024-cü ilin iyul ayının sonlarında dəqiq tairixi istintaqa məlum olmayan vaxta Zərərçəkmiş şəxs4 50 manat məbləğində pul vəsaitini ələ keçirməklə, ümumilikdə 750 manat pulu vahid niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs4 750 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən tamah niyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə qeyri rəsmi həyat yoldaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək Şahid1 və onun övladları Şahid2 və X10 cinayət işində vəkili olacağını, həbsdə olan X11 azadlığa buraxdıracaqlarını vəd verib inandırdıqdan sonra 20 iyul 2024-cü il tarixdə saat 13:34-də Ağcabədi şəhəri, H.Əliyev prospekti ərazisində yerləşən “Nur market”dəki millön ödəniş terminalı vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus **********549903 nömrəli karta 2700 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, vahid niyyətlə cinayət əməlini davam etdirərək 28 iyul 2024-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Ağcabədi rayonnun Xocavənd kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində nəğd olaraq 9020 manat pulu ələ keçirmiş, vahid niyyətlə cinayət əməlini davam etdirərək 09 avqust 2024-cü il tarixdə saat 16:52 dəqiqədə Ağcabədi rayon Xocavənd kəndi ərazisində yerləşən “Oba” marketdə yerləşən “eManat” ödəniş terminalı vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus **********549903 nömrəli karta 1730 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, vahid niyyətlə cinayət əməlini davam etdirərək 11 avqust 2024-cü il tarixdə saat 11:13 dəqiqədə Ağcabədi rayon Xocavənd kəndi ərazisində yerləşən “Oba” marketdəki “eManat” ödəniş terminalı vasitəsilə X5 adına olan 416973******9805 saylı karta 2000 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, vahid niyyətlə cinayət əməlini davam etdirərək 12 avqust 2024-cü il tarixdə saat 11:13 dəqiqədə Ağcabədi rayon Xocavənd kəndi ərazisində yerləşən “Oba” marketdəki “eManat” ödəniş terminalı vasitəsilə X5 adına olan 416973******9805 saylı karta 750 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, vahid niyyətlə cinayət əməlini davam etdirərək 16 avqust 2024-cü il tarixdə saat 13:03 dəqiqədə Ağcabədi rayon Xocavənd kəndi ərazisində yerləşən “Oba” marketdəki “eManat” ödəniş terminalı vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus **********549903 nömrəli karta 500 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirməklə, ümumilikdə 16700 manat pulu vahid niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs1 16700 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 ilə qeyri rəsmi ər-arvad kimi yaşamışlar. Təqsirləndirilən şəxs2 atası Şahid3 rəhbərlik etdiyi redaksiyada işləmişdir. 27 iyun 2024-cü tarixdə Ağcabədi rayon Mehrablı kənd sakini Zərərçəkmiş şəxs3 redaksiyaya gələrək pambıq sahəsi olduğunu, sahəsindən yığılmış pambıq məhsulunu Ağcabədi rayon Pambıq emalı zavoduna verməsinə baxmayaraq məhsulun dəyəri olan 5300 manat pulu zavodun direktoru Kazım Tapdıqlıdan ala bilmədiyini və bu məsələni ictimailəşdirmək istədiyini bildirmişdir. Elvinlə birlikdə Hüseynlə danışmış və Hüseyndən müsahibə alaraq videoçəkiliş çəkmişlər. Hüseyn müsahibəsində pambıq zavdodunun müdiri Kazım Tapdıqlıdan şikayət etmişdir. Bundan sonra Hüseynlə telefon əlaqəsi saxlayaraq verəcəyi pulun məbləğini demiş və danışdıqdan sonra Elvinin adına olan bank kartını Zərərçəkmiş şəxs3 göndərmişdir. Zərərçəkmiş şəxs3 həm əlbə-əl, həm də karta ümumilikdə 1060 manat pul göndərmişdir. Elvinlə həmin pulları öz şəxsi ehtiyyacları üçün xərcləmişlər. 2024-cü ilin iyul ayında İlqar X1 ilə onun çalışdığı “Haq səsi” redaksiyasına gəlmiş, redaksiyada söhbət əsnasında Fəxrəddin Ağcabədi rayon Taynaq kəndi əraisində torpaq sahəsi və əkinləri olduğunu, həmin əkin sahələrinə su verilmədiyini bildirmişdir. Fəxrəddin Hacıyevin şikayəti Ağcabədi suvarma sistemləri idarəsindən olmuşdur. Fəxrəddin Hacıyev ərizə yazaraq müsahibə götürüb efirə verməyi onlardan xahiş etmişdir. Bunun üçün, Fəxrəddinlə 1535 manata razılaşmışlar və Fəxrəddin Hacıyevə həmin pulu Təqsirləndirilən şəxs2 adına olan kart hesabına göndərməsini demişdir. Fəxərdin hissə-hissə 3 dəfəyə həmin pulu Təqsirləndirilən şəxs2 adına olan kart hesabına göndərmiş, Təqsirləndirilən şəxs2 adına olan kart hesabına köçmüş 1535 manat pulu Elvinlə şəxsi ehtiyaclarına xərcləmişlər. 2024-cü ilin iyul ayında Zərərçəkmiş şəxs4 çalışdığı “Haq səsi” redaksiyasına gəlmiş və redaksiyada söhbət əsnasında Ağcabədi rayonun Kürdlər kəndi ərazisində torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinə su verilmədiyini demişdir. Təqsirləndirilən şəxs2la birlikdə bir neçə dəfə Zərərçəkmiş şəxs4 yaşadığı kəndə gedib Zərərçəkmiş şəxs4 müsahibə almışlar. Zərərçəkmiş şəxs4 çəkliş üçün 400 manat ödəniş etməli olduğunu demiş, Təqsirləndirilən şəxs2 məxsus kart hesabını Zərərçəkmiş şəxs4 verərək pulu həmin kart hesabına göndərməsini bildirmişdir. Zərərçəkmiş şəxs4 həmin pulu kart hesabına göndərmişdir. Zərərçəkmiş şəxs4 750 manat deyil, 400 manat almışlar və həmin 400 manat pulu da sonradan Zərərçəkmiş şəxs4 qaytarmışlar. 20 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 oğlu Vüsalın həbsdə olduğunu bilmiş, Zərərçəkmiş şəxs1 oğlunu həbsdən çıxara biləcəyini deyərək Təqsirləndirilən şəxs2 ilə birlikdə bir neçə dəfə Kəmalə, Kəmalənin oğlu və əri ilə görüşmüşlər. Elvinlə birlikdə Zərərçəkmiş şəxs1 hissə-hissə ümumilikdə 16700 manat pul almışlar və həmin pulu Elvinlə birlikdə öz ehtiyaclarına xərcləmişlər. O, çəklişləri həvəskar çəkilçi kimi aparmışdır. Zərərçəkmiş şəxslərdən alacaqları pulun məbləğindən əvvəlcədən Elvinin məlumatı olmuşdur. Təqsirləndirilən şəxs2 həbs olunana kimi onlar bir yerdə yaşamışlar. Zərərçəkmiş şəxs1 dəymiş ziyandan 1300 manat ödəmişlər. Himayəsində azyaşlıuşağının olmasını, ödənilməmiş qalan ziyanı hissə-hissə ödəyəcəyini nəzərə alaraq məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun iş yoldaşı olmuş, Mahirə ilə ər-arvad kimi bir yerdə yaşamamışlar. 27 iyun 2024-cü tarixdə Ağcabədi rayon Mehrablı kənd sakini İslamov X13 Sahib İslam oğlu ilə redaksiyaya gəlmiş, Hüseyn pambıq sahəsi olduğunu, sahəsindən yığılmış pambıq məhsulunu Ağcabədi rayon Pambıq emalı zavoduna verməsinə baxmayaraq məhsulunun dəyəri olan 5300 manat pulu zavodun direktoru Kazım Tapdıqlıdan ala bilmədiyini və bu məsələni ictimailəşdirmək istədiyini bildirmişdir. Mahirə ilə birlikdə Hüseynlə danışmışlar və Hüseyndən müsahibə alaraq videoçəkiliş aparmışlar. Hüseyn müsahibəsində pambıq zavdodunun müdiri Kazım Tapdıqlıdan şikayət etmişdir. Bundan sonra, Mahirə öz mobil telefonu ilə Zərərçəkmiş şəxs3la əlaqə saxlamış və 1060 manat pul istəmişdir. Pulun məbləğini Mahirə müəyyən etmiş və Mahirə onun adına olan bank kartını Zərərçəkmiş şəxs3 göndərmişdir. Zərərçəkmiş şəxs3 həm əlbə-əl, həm də onun kartına ümumilikdə 1060 manat pul göndərmişdir. Həmin pulun 300 manatını redaksiyaya ödəmiş və qalan hissəsini Mahirəyə vermişdir. 2024-cü ilin iyul ayında X8 redaksiyasına gəlmiş və redaksiyada söhbət əsnasında Ağcabədi rayon Taynaq kəndi əraisində torpaq sahəsi və əkinləri olduğunu, həmin əkin sahələrinə su verilmədiyini bildirmişdir. Mahirə Fəxrəddinlə 1535 manata razılaşmış və onun kart hesabını Fəxrəddinə vermişdir. Fəxərddin Hacıyev ona məxsus bank kartına 1535 manat pul göndərmişdir. Həmin puldan redaksiyaya ödənilən pulu götürmüş və qalan hissəsini Mahirəyə vermişdir. 19 iyul 2024-cü tarixdə Ağcabədi rayon Kürdlər kənd sakini Zərərçəkmiş şəxs4 redaksiyasına gəlmiş, redaksiyada söhbət əsnasında yaşadığı kənddə torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini bələdiyyənin ona vermədiyini bildirmişdir. Mahirə öz mobil telefonu vasitəsilə Rasimlə danışmış və çəkiliş üçün pul istəmişdir. Pulun məbləğini Mahirə müəyyən etmiş və danışdıqdan sonra onun adına olan bank hesabını Rasimə göndərmişdir. Zərərçəkmiş şəxs4 da karta 400 manat pul göndərmişdir. Sonradan həmin 400 manat pul Zərərçəkmiş şəxs4 ödənilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 oğlu həbsdə olduğu üçün və oğluna təzyiqlər olduğu üçün onu çəkib efirdə paylaşmağı xahiş etmişdir. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, çəkiliş üçün 300 manat rüsum ödəməlidir. Kəmalədən əlavə pul alınmasından məlumatı olmamış və həmin puldan onun kartına ödənilsə də, o pulu çıxarıb Mahirəyə vermişdir. Videoçəklişləri həvəskar çəkilişçi kimi çəkmişlər. Mahirə zərər çəkmişlərin evinə onunla getmiş və o, sürücü kimi getmişdir. Zərərçəkmiş şəxs1 alınan pulun məbləğini tam olaraq xatırlamır. Zərərçəkmiş şəxs1 alınmış puldan 1300 manat qaytarılmışdır. Göstərdiyi kimi o, heç bir cinayət törətməmişdir və ona görə də ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, həyat yoldaşı Şahid1, oğlanlları Şahid2 və X16 01 aprel 2024-cü il tarixdə törətdikləri cinayət hadisəsinə görə müxtəlif maddələrlə barələrində cinayət işi başlanmış və oğlu X10 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin işlə əlaqədar vəkil axtarmışlar və ona bir nəfər qadın vəkil olmasını, Türkiyədən gəlməsini və savadlı olması bildirmişlər. Bundan sonra, həmin qadının, yəni Təqsirləndirilən şəxs1 həyat yoldaşı Elvin adlı şəxsin nömrəsini taparaq Elvinlə telefon əlaqəsi saxlamışlar və Elvin həyat yoldaşı Fərhadı söhbət etmək üçün Ağcabədi rayon, Ü.Hacıbəyli prospekti ərazisində yerləşən Gənclər Mərkəzinin qarşısında olan ikimərtəbəli binaya dəvət etmişdir. Həyat yoldaşı Fərhad və oğlu Səlim həmin ünvana getmişlər. Həmin gün Fərhad və Səlim evə gələrək Mahirə adlı qadınla müqavilə bağladıqlarını, 2700 manat pul ödədiklərini, həmin qadının onların ailə vəkili olduğunu, çəkiliş aparılması üçün əlavə 300 manat pul ödədiklərini demişlər. Həmin pulu o, borc alaraq əri Fərhada vermiş və Fərhad da ödənişləri etmişdir. Bundan 2-3 gün sonra, Elvinlə Mahirə onun yaşadığı evə gəlmiş və həyat yoldaşı Fərhad və oğlu Səlim hadisəsi ilə bağlı çıxış etmişlər. Mahirə həmin videonun montaj ediləcəyini və “Yutub”da paylaşılacağını demişdir. 23 iyul 2024-cü il tarixdə işi aparan orqan oğlunu Ağcabədi RPŞ-nin MYS-yə etab etmiş və Mahirə ona oğlu ilə MSY-də görüşəcəyini desə də, sonradan oğlu ilə görüşmədiyini öyrənmişdir. Bunun səbəbini soruşan zaman Mahirə müxtəlif bəhanələr gətirmişdir. Daha sonra, oğlu Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasına aparılmışdır. Həmin vaxtlarda Elxan onunla telefon əlaqəsi saxlayaraq guya Pentensiar xidmətin rəsinə onun adından məktub yazacağını və oğlu Vüsalın xəstəxana şəraitində müalicəyə çıxacağını demişdir. Onlar Ağcabədi şəhəri ərazisində xatırlamadığı bir obyektə getmişlər və həmin obyektdə sənədlərin kserosurəti çıxarılmışdır. Həmin vaxt Mahirə guya kiminləsə danışmış və onu çağıraraq oğlu Vüsalı həkimə çıxarmaq üçün 8700 manat pul istədiklərini demişdir. Mahirə ona Vüsalı ev şəraitində müalicəyə çıxaracağını və müalicə pulu da həmin 8700 manat pula daxil olacağını demişdir. Bir müddət sonra Mahirə ilə Elvini evinə dəvət etmiş və 8700 manat pulu sayıb Elvinə vermişdir. Təxminən 2 gün sonra, yəni 09 avqust 2024-cü il tarixdə Mahirə oğlu Səlimə zəng edib təcili 1730 manat pul lazım olduğunu, həmin pulun guya pentensiar xidmətin rəsinə çatmalı olduğunu demiş, o 1730 manat pulu oğlu Səlimə vermiş, Səlim də həmin pulu Xocavənd kəndində marketdə olan emanat aparatı vasitəsilə Mahirənin verdiyi hesab nömrəsinə göndərmişdir. Bundan bir neçə gün sonra Mahirə Elvinlə onun yaşadığı evə gəlmiş, adi kağızda dərman adları və yataq dəstinin lazım olduğunu demiş və ondan əlavə 2750 manat pul istəmişdir. O, 2000 manat pul düzəldib 11 avqust 2024-cü il tarixdə Mahirənin verdiyi hesab nömrəsinə Xocavənd kəndi ərazisindəki marketdə olan emanat aparatı vasitəsi ilə göndərmiş, qalan 750 manat pulu da eyni hesab nömrəsinə 12 avqust 2024-cü il tarixdə göndərmişdir. Həmin vaxtlarda Mahirə başqa heç bir həkimin gəlməməsini, həkimin pulu da həmin pula daxil olduğunu və guya Türkiyə Respublikasının Azrbaycanda olan konsulluğunun nümayəndəsi Gəncə şəhərinə Vüsalı çıxarması üçün apardığını demişdir. Mahirə həmçinin oğlu Səlim və həyat yoldaşı Fərhadın işini də həll etdiyini və həmin şəxslərin məhkəmə zalından birbaşa azad olacaqlarını demişdir. Mahirə həmçinin Gəncə şəhərinə apardığı konsullara şirinlik kimi 500 manat pul lazım olduğunu, həmin pulu Elvinin kartına atmağı və pulu çıxarıb kağızın arasında konsula şirnlik kimi verəcəyini demişdir. 16 avqust 2024-cü il tarixdə oğlu Səlimə 500 manat pul vermiş, Səlim də həmin pulu Elvinin hesab nömrəsinə göndərmişdir. 17 avqust 2024-cü il tarixdə Elvin və Mahirə və Mahirənin köməkçisi kimi təqdim etdikləri Aysel adlı qadın onlara gəlmişlər və Mahirə ilə Elvin iş barəsində məlumat verib oğlu Vüsalı xəstəxana şəraitində müalicəyə çıxaracağını və məhkəmədən də azadlığın məhdudlaşması cəzası alıb buraxdıracaqlarını demişlər. 19 avqust 2024-cü il tarixdə artıq aldadıldığını bilib DİN-in 102 zəng xidmətinə məlumat vermişdir. Ona dəymiş ziyandan 1300 manat ödənilmiş və hazırda da qalan ziyanı tələb edir. Təqsirləndirilən şəxslərə ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Kazım Tapdıqlının direktoru olduğu Pambıq zavodunda Mehrablı kəndi üzrə ərazi nümayəndəsi işləmişdir. X28 2023-cü ildə tanıdığı Kazım Tapdıqlı ilə birgə 63 ha torpaq sahəsinə pambıq əkmişlər və həmin pambıq sahəsinin əkilməsinə 5300 manat pul xərcləmişlər. 2023-cü ilin oktyabr ayında pambıq yığımı başlamış, Kazım pambıq yığılandan sonra 5300 manat pulu verməmişdir. Bundan başqa, Kazım Tapdıqlı onun 6 aylıq əmək haqqısı olan 3900 manat pulunu da verməmişdir. Bununla bağlı Kazım Tapdıqlını məhkəməyə vermək üçün vəkil axtarmağa başlamış və əvvəllər tanıdığı Şahid3 ona gəlininin vəkil olduğunu və bu işdə ona kömək edə biləcəyini demişdir. X25 tanışı Elxan adlı şəxsin olduğunu və Elxanın gəlini Təqsirləndirilən şəxs1 güclü vəkil olduğunu, işlə bağlı onlara kömək edə biləcəyini demiş və 06 iyun 2024-cü il tarixdə X28, Elxan, Elvin və Elxanın gəlini Təqsirləndirilən şəxs1 ilə Ağcabədi rayonunda yerləşən Gənclər Mərkəzinin yaxınlığındakı ofisdə görüşmüşlər. Elxan gəlini Təqsirləndirilən şəxs1 onlara vəkil kimi təqdim etmiş və o Kazım Tapdıqlı ilə aralarında olan məsələni Təqsirləndirilən şəxs1 danışmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona “narahat olma sənə kömək edəcəyik” sözlərini demişlər. Təqsirləndirilən şəxs1 həmçinin ona bir sənəd vermiş və o da həmin sənədi oxumadan imzalamışdır. Təqsirləndirilən şəxs1 ona “bu sənəd bizim aramızda bağlanan müqavilədir” sözlərini deyib onu inandırmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmçinin ondan 200 manat rüsum pulu istəmiş və üzərində nağd pul olmadığından həmin pulu 27 iyun 2024-cü il tarixdə bir bank vasitəsi ilə Təqsirləndirilən şəxs1 ona göndərdiyi Təqsirləndirilən şəxs2 məxsus kart hesabına göçürmüşdür. Bundan sonra, təxminən iki ay ərizində Təqsirləndirilən şəxs1 ona verdiyi kart hesabına hissə-hissə 860 manat da göndərmiş, ümumilikdə Mahirə Ağyevanın ona verdiyi kart hesabına 1060 manat pul göndərmişdir. Bu söhbətdən təxminən 4 ay keçməsinə baxmayarq heç bir yenilik olmadığı üçün Elxanla əlaqə saxlayıb gəlini Təqsirləndirilən şəxs1 vəkil kimi onun işini məhkəməyə verməməsini demiş, Elxan da Təqsirləndirilən şəxs1 onu da aldatdığını, vəkil olmadığını ona demişdir. Elxan həmçinin ona “narahat olma sənin pulunu alıb qaytaracam” sözünü də demiş, lakin onun pulu qaytarılmamışdır. Hazırda da ona dəymiş ziyanı tələb edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, yaşadığı kənddə su problemi olmuş və həmin problemi həll edə bilməmişdir. Ağcabədi rayon Suvarma Sistemləri idarəsini məhkəməyə vermək və həmçinin də su problemini işıqlandırmaq üçün 2024-cü ilin iyul ayında əvvəlcədən tanıdığı və jurnalist kimi bildiyi Şahid3 müraciət etmişdir. Bu barədə Elxana danışmış, Elxan gəlini Təqsirləndirilən şəxs1 Türkiyyədən yeni gəldiyini, vəkil olduğunu ona demişdir. Şahid3 redaksiyasında Elxanın oğlu Elvin və Təqsirləndirilən şəxs1 ilə görüşərək peoblemini danışmış, Mahirə vəkil olduğunu və peoblemi həll edə biləcəyini ona demişdir. Elxan Məhərəmov da həmin ərazidəki su problemini çəkib işıqlandırmaq lazım olduğunu demişdir. Redaksiyadan çıxdıqdan sonra Mahirə və Elvin onunla telefon əlaqəsi saxlamış və Mahirə onunla türk dilində danışaraq məsələni həll etmək üçün 750 manat rüsum ödəməli olduğunu demişdir. Mahirəyə həmin pulu tapıb ödəyəcəyini demiş və 2024-cü ilin iyul ayının ortalarında dəqiq gününü xatırlamadığı vaxtda Mahirə ilə telefon əaqləsi saxlayaraq ona 450 manat pul düzəltdiyini demişdir. Təqsirləndirilən şəxs1 ona kart hesabı göndərərək həmin pulu karta göndərməsini demiş, o da həmin pulu karta göndərmişdir. Həmin kart Elvin Məhərrmovun adına olmuşdur. Növbəti gün 250 manat pulu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vermiş, sonradan yol pulu kimi Mahirə və Elvin ondan 20 manat və 30 manat, cəmi 50 manat da almışlar. Mahirə ilə Elvin ondan ümumilikdə 750 manat pul almış, lakin heç bir iş görməmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun 750 manat pulunu dələduzluq yolu ilə ələ keçirmələri barədə Elxana demiş, Şahid3 ona şikayət etməməsini və həmin pulu ona verəcəyini demişdir. Hazırda ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, atası Şahid1 və qardaşı Vüsal Bəşirov 01 aprel 2024-cü il tarixdə törətdikləri cinayət hadisəsinə görə müxtəlif maddələrlə barələrində cinayət işi başlamış və qardaşı X16 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin işlə əlaqədar vəkil axtarmışlar və onlara bir nəfər qadın olmasını, Türkiyədən gəlməsini və savadlı olmasını demişlər. Onlar Təqsirləndirilən şəxs1 həyat yoldaşı Elvinin mobil telefon nömrəsini taparaq Elvinlə danışmışlar və Elvin görüşmək üçün Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən Gənclər Mərkəzinin qarşısındakı ikimərtəbəli binaya gəlmələrini bildirmişdir. O, atası ilə birlikdə həmin yerə getmişlər və Elxan, Elvin, Mahirə və tanımadığı bir nəfər qadınla həmin yerdə görüşmüşlər. Elvin və Mahirəyə məsələni danışaraq vəkil axtardıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs1 onların ailə vəkili olacağını demiş və 40-45 günə işi həll edəcəyini öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs1 geniş əlaqələrinin olduğunu deyib onları inandırmışdır. Mahirə müqavilə üçün 2697 manat rüsum ödənməli olduqlarını da demiş və həmin pulun Türkiyyə Səfirliyinin balansına köçürüləcəyini bildirmişdir. Mahirə həmçinin həmin puldan ona heç nə çatmadığını da demişdir. O, 2700 manat pulu Mahirəyə vermək istəyən zaman Mahirə pulun karta vurulmalı olduğunu demiş və kart hesabını ona verərək pulu həmin kart hesabına köçürməsini bildirmişdir. Bundan sonra, o Təqsirləndirilən şəxs2la Ağcabədi şəhəri ərazisində yerləşən kapital bankın filialının yanındakı bankomata gedərək həmin 2700 manat pulu Təqsirləndirilən şəxs2 adına olan karta köçürmüşdür. Təqsirləndirilən şəxs1 istəyi ilə həmin pulun qəbzinin arxa hissəsinə Mahirə ilə o, imza etmişlər. Mahirə həmin sənədin guya müqavilə olduğunu bildirmişdir. Həmin vaxt Mahirənin qayınatası kimi tanıdığı Elxan onlara hadisə barədə çəkiliş aparmalı olduğunu və çəkiliş üçün 300 manat pul ödəməli olduqlarını bildirmiş, onlar çəkiliş etmək istəmədiklərini desələr də, Elxan çəkiliş olmasa işin alınmayacağını bildirmişdir. Onlar Elxana 300 manat pul vermişlər. Bundan 2-3 gün sonra Elvin və Mahirə onların yaşadığı evə gəlgəlmiş, anası Kəmalə və o bıçaqlanma hadisəsi ilə bağlı çıxış etmişlər və Mahirə həmin videonun montaj ediləcəyini, youtube kanalında paylaşılacağını bildirmişdir. 23 iyul 2024-cü il tarixdə qardaşı Ağcabədi RPŞ-yə gətirilmiş, Mahirə onlara qardaşı ilə görüşəcəyini bildirmiş, lakin sonradan Mahirənin qardaşı ilə görüşmədiyini öyrənmişlər. Bunun səbəbini Mahirədən soruşarkən Mahirə müxtəlif bəhanələr gətirmişdir. Daha sonra qardaşı Gəncə 2 saylı təcridxanaya aparılmışdır. Bundan sonra, Elxan anası ilə telefon əlaqəsi saxlayaraq Pentensiar xidmətin rəsinə məktub yazacağını və qardaşı Vüsalın xəstəxana şəraitində müalicəyə çıxacağını demiş, o, anası ilə birlikdə Elvin, Mahirə və Elxanla görüşmüşlər. Bundan bir neçə gün sonra Elvinlə Mahirə onlara məxsus evə gəlmiş və qardaşı Vüsalı xəstəxana şəraitində müalicəyə çıxaracağını demişlər. Anası Mahirə ilə razılaşmış, anası satdıqları torpaq sahəsinin pulundan 8700 manat pulu sayıb Elvinə vermişdir. Təxminən 2 gün sonra Mahirə onunla telefon əlaqəsi saxlayaraq təcili 1730 manat pul lazım olduğunu, həmin pulun guya pentensiar xidmətin rəsinə verəcəyini bildirmiş, anası ona 1730 manat pul vermiş və o da həmin pulu 09 avqust 2024-cü il tarixdə Xocavənd kəndində olan marketlərtdən birindən emanat aparatı vasitəsi ilə Mahirənin verdiyi hesab nömrəsinə göndərmişdir. Bundan bir neçə gün sonra Mahirə Elvinlə onların yaşadığı evə gələlərək adi kağıza yazılmış dərman adları və yataq lazım olduğunu bildirərək həmin alət və dərmanlara görə 2750 manat pul istəmişdir. 11 avqust 2024-cü il tarixdə 2000 manat pulu Xocavənd kəndi ərazisindəki marketdə olan emanat aparatı vasitəsi ilə Mahirənin verdiyi hesab nömrəsinə köçürmüş, qalan 750 manat pulu da eyni hesab nömrəsinə 12 avqust 2024-cü il tarixdə köçürmüşdür. Mahirə Vüsalın azad olunması üçün Türkiyə Respublikasının Azrbaycanda olan konsulluğunun nümayəndəsinin Gəncə şəhərinə aparacağını və konsullara şirinlik kimi 500 manat pul vermək lazım olduğunu demiş, 16 avqust 2024-cü il tarixdə o, 500 manat pulu Elvinin kart hesabına köçürmüşdür. 17 avqust 2024-cü il tarixdə Elvin və Mahirə və Mahirənin köməkçisi kimi təqdim etdikləri Aysel adlı qadın onlara gəlmiş, Mahirə və Elvin iş barəsində məlumat verib qardaşı Vüsalı xəstəxana şəraitində müalicəyə çıxaracağını və məhkəmədən də azadlığın məhdudlaşması cəzası verib buraxacaqlarını demişlər. Bundan sonra, aldadıldıqlarını bilmişlər və anası Zərərçəkmiş şəxs1 19 avqust 2024-cü il tarixdə DİN-in 102 zəng xidmətinə şikayət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 şahid-oğlu Şahid2 ilə eyni məzmunda ifadə verdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, jurnalist kimi fəaliyyət göstərir və faliyyət göstərdiyi redaksiyanın müdiridir. Təqsirləndirilən şəxs1 təxminən 4 ay müddətində könüllü olaraq redaksiyada hüquq məsələləri üzrə araşdırma aparmışdır. Oğlu Təqsirləndirilən şəxs2 da həmin redaksiyada direktor fəaliyyəti göstərmişdir. Təxminən 2-3 ay əvvəl Zərərçəkmiş şəxs1 və onun ailə üzvləri ərizə ilə redaksiyaya müraciət edərək Şahid1, oğlu Şahid2 və Vüsal Bəşirovun döyüldüyünü və bunun ictimailəşməsini xahiş etmişdir. O, da həmin şəxslərə döyülmələri ilə bağlı görüntülü müsahibə götürməli olduğunu bildirmiş, Şahid1 oğlu Vüsalın həbsdə olduğunu, çəkiliş efirə verilərsə oğluna ziyan gələ biləcəyini və çəkiliş çəkilsə də, efirə verilməməsini bildirmişdir. O, çəkiliş üçün ödənişin 300 manat olduğunu demiş və Şahid2 ona 300 manat çəkiliş üçün pul vermişdir. Bir neçə gün sonra Elvin və Mahirə Şahid1 yaşadığı evə gedərək çəkiliş etmişlər. Lakin, çəkiliş efirə verilməmişdir. Təxminən bundan 1 ay sonra Mahirə Fərhad və ailə üzvlərinin çəkilişin efirə verilməməsindən narazılıq etdiyini ona demiş və o da Mahirə ilə Evinin çəkdiyi çəkilişi youtube kanalına yerləşdirmişdir. Həmin çəkiliş bir gün youtube kanalında qalmışdır. Bundan bir müddət sonra Şahid1 ona müraciət edərək Mahirə və Elvinə 17000 manat pul verdiyini bildirmişdir. Onun həmin puldan məlumatı olmamış və bunu bildikdən sonra Şahid1 evinə gedərək Mahirə ilə Elvinin onlardan 17000 manat vəkil adı ilə pul aldığından məlumatının olmadığını və özlərinə vəkil tutmalarını məsləhət görmüş və həmçinin Mahirənin vəkil statusu olmadığını demişdir. X8 ilə 10 ildən artıqdır ki, bir-birlərini tanıyırlar. Şahid5la Fəxərddin Hacıyev 2024-cü ilin iyul ayında Təqsirləndirilən şəxs1 redaksiyada işləyən zaman redaksiyaya gəlmişlər və Fəxrəddinlə söhbət edən zaman Fəxrəddin Taynaq kəndi ərazisində əkin sahələri olduğunu və həmin sahələrin susuz olduğu üçün bir neçə dəfə Ağcabədi rayon suvarma sistemləri idarəsinə müraciət etsə də, ona su verilmədiyini bildirmişdir. Şahid5 Fəxrəddinin ərizəsini almış və Şahid5 bu işi onun üzərinə yazmasını və özü məşğul olmaq istədiyini demişdir. Bundan sonra, Şahid5 Fəxrəddinin əkin sahəsini çəkmiş və o da həmin çəkilişi youtube kanalında yayımlamışdır. Fəxrəddin onun dostu olduğu üçün ödəniş istəməmişdir. Mahirə ilə Elvin onun məlumatı olmadan Fəxrəddinlə pul söhbəti etmiş və Fəxrəddin Hacıyevdən 1535 manat pul almışlar. Zərərçəkmiş şəxs3 1993-cü il tarixdən tanıyır və bir yerdə xidmət etmişlər. 06 iyun 2024-cü il tarixdə Hüseyn onunla əlaqə saxlayaraq Ağcabədi rayon pambıq zavodunda alacaqlarının olduğunu və ala bilmədiklərini deyib ondan kömək istəmiş və o Hüseyni redkasiyaya dəvət etmişdir. Hüseyn və Sahib redkasiyaya gəlmiş, o, Elvin, Mahirə, Sahib və Hüseyn birlikdə söhbət etmişlər. Hüseynin sənədlərinə baxmışlar və Hüseyn ondan videoçəkilişlə müsahibə götürülməsini və efirdə paylaşmağı xahiş etmişdir. O, da Hüseynlə razılaşmış, Hüseyndən ərizə alaraq ərizəni Mahirə və Elvinə həvalə etmişdir. Elvin və Mahirə Hüseyn və Sahibdən videoçəkilişlə müsahibə götürməmişdən əvvəl pambıq zavodunun direktoru Kazım adlı şəxslə söhbət etmişlər. Lakin, Kazım pulu ödəməmişdir. Buna görə də, Elvin və Mahirə pambıq zavodunun qarşısında çəkiliş etmiş və bunu youtube kanalında paylaşmışdır. Sonradan ona məlum olmuşdur ki, Mahirə və Elvin Hüseyndən 1050 manat pul almışlar. Həmçinin sonradan ona məlum olmuşdur ki, Mahirə və Elvin Zərərçəkmiş şəxs4 da 400 manat pul almışlar və o həmin pulu Zərərçəkmiş şəxs4 qaytarmışdır. Təqsirləndirilən şəxs1 onu hüquqşünas olmasına inandırmış və o da Mahirəni redaksiyada hüquq şöbəsinin əməkdaşı kimi işə qəbul etmişdir. Təqsirləndirilən şəxs1 işə qəbul edərkən ondan heç bir sənəd almamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Şahid3 redaktoru olduğu “Haqq səsi” redaksiyasında jurnalist kimi çalışır. X6 ona şifahi şəkildə müraciət edərək bir nəfərə borca pul verdiyini və ala bilmədiyini bildirmişdir. Təxminən 5 ay əvvəl o, redaksiyanın müdiri Elxan və X3 şəhəri ərazisində yerləşən çay evlərindən birində söhbət etmişlər. Elxanla Fazili o, tanış etmiş, söhbət əsnasında Fazil Əsədov problemini danışmışdır. O və Şahid3 Fazil Əsədova həmin məsələnin mülki məsələ olduğunu və işin ancaq məhkəmədə həll oluna biləcəyini və bunun üçün də vəkil lazım olduğunu bildirmişlər. Təxminən 10 gün sonra Elxan yaxşı vəkil olduğunu və savadlı olduğunu ona demiş, Şahid3 onu Təqsirləndirilən şəxs1 savadlı vəkil olmasına inandırdığı üçün o, da Fazil Əsədova onun işini Mahirənin həll edəcəyini demişdir. Elxanla Fazilin arasında pul söhbətinin getməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri məhkəmədə iştirak etməsələr də zərər çəkmiş şəxs X8 və Şahid4 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 16 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 4(017)-91/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində, əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesab edilməklə 03 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 4(017)-12/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində, əvvəli 03 fevral 2025-ci il tarixdən hesab edilməklə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 21 avqust 2023-cü il tarixdə anadan olmuş X17 adlı bir nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 01 noyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli qərarından görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək Ağcabədi Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 1(017)-119/2024 nömrəli hökmü cəza hissəsində dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 4(017)-11/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 31 yanvar 2025-ci il tarixdən hesab edilməklə həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X30 X20 şöbəsinin 14 noyabr 2024-cü il tarixli, 887 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 üzvi mənşəli şəxsiyyət pozuntusu XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxışı) F07.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onun hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal hazırda məcburi müalicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs2 üzvi mənşəli şəxsiyyət pozuntusu XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.1 xəstəliyi keçirməsi səbəbindən onun əməli AR CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 01 noyabr 2024-cü il tarixli arayışdın görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 09 dekabr 2013-cü il tarixdə anadan olmuş X12 və 23 sentyabr 2015-ci il tarixdə anadan olmuş X9 adlı iki nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 01 noyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş İ-9328 nömrəli, İ-3938 nömrəli və İ-42705 nömrəli vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 16 mart 2025-ci il tarixli ərizəsindən görünür ki, cinayət nəticəsində ona dəymiş ziyandan 1300 manat ödənilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməllərini etiraf etməsə də, ona istinad edilən cinayətləri törətməsi iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, məhkəmə iclasında ifadəsi elan edilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri ilə öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri onun ibtidai istintaq zamanı vermiş olduğu mə məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə həyat yoldaşından ayrılaraq himayəsində 2 yaşına çatmayan azyaşlı uşağı ilə birlikdə yaşamasını nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 16 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Ağcabədi Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 4(017)-91/2024 saylı qərarı ilə barəsində, əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesab edilməklə 03 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 16 yanvar 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Ağcabədi Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 4(017)-12/2025 saylı qərarı ilə barəsində əvvəli 03 fevral 2025-ci il tarixdən hesab edilməklə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin məzmunundan görünür ki, təqsirləndirilən şəxsin tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs1 16 oktyabr 2024-cü il tarixdən 16 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində və ev dustaqlığında saxlanıldığı 03 ay müddət və 03 fevral 2025-ci il tarixdən bu günə kimi, yəni 03 iyul 2025-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 05 ay müddət, ümulilikdə 08 ay şübhəli şəxs qismində və ev dustaqlığında saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından 01 il 04 ay çıxılıb üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli və barəsində seçiləcək polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Digər Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə üzvi mənşəli şəxsiyyət pozuntusu XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxışı) F07.1 xəstəliyindən əziyyət çəkməsini, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını aşağı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 4(017)-11/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 haqqında həbsetmənin əvvəli 31 yanvar 2025-ci il tarixdən hesab edilməklə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 Ağcabədi Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 1(017)-119/2024 nömrəli hökmü cəza hissəsində dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Şirvan Apellyasiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 1(106)-151/2025 saylı qərarı ilə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanmalı, Şirvan Apellyasiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 1(106)-151/2025 saylı qərarı ilə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə toplanılaraq Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 31 yanvar 2025-ci il tarixdən hesab edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda hökmün Təqsirləndirilən şəxs1 aid hissəsinin icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri nəticəsində zərər çəkmiş şəxslərə dəymiş maddi ziyan tam olaraq ödənilməmiş və həmçinin zərər çəkmiş şəxslər tərəfindən mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Zərərçəkmiş şəxslər göstərilən qanuna riayət etmədikləri üçün onlara izah edilməlidir ki, gələcəkdə təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyanla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməklə məhkəmədə iddia qaldırmaq hüquqları vardır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün hər iş saatına görə 11 manat hesab edilməklə 220 manat, Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün hər iş saatına görə 11 manat hesab edilməklə 220 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və həmin maddə ilə ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 16 oktyabr 2024-cü il tarixdən 16 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət və 03 fevral 2025-ci il tarixdən bu günə kimi, yəni 03 iyul 2025-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 05 (beş) ay müddət, ümulilikdə 08 (səkkiz) ay müddətə şübhəli şəxs qismində və ev dustaqlığında saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 04 (dörd) ay çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və həmin maddələrlə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 Şirvan Apellyasiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 1(106)-151/2025 saylı qərarı ilə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablansın və Şirvan Apellyasiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 1(106)-151/2025 saylı qərarı ilə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə toplanılaraq Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 31 yanvar 2025-ci il tarixdən hesab edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün Təqsirləndirilən şəxs1 aid hissəsinin icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 20 (iyirmi) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və 20 (iyirmi) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində (Təqsirləndirilən şəxs2 hökmün surəti təqdim edildiyi gündən) Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-60/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-60/2025
03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver