Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-61/2025 27.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə xeyli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 5,66 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusunda əynindəki göy rəngli cins şalvarın sağ yan cibində daşıyaraq saxlamış, 15 mart 2025-ci il tarixdə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbriləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında, istifadə etməsində və daşımasında şübhəli bilinərək həmin gün saat 12:22 dəqiqədən etibarən Ağcabədi şəhər Xətai küçəsində “Lider” yanacaq doldurma məntəqəsinin yaxınlığında hərəkətdə olduğu zaman saxlanılaraq üzərinə yoxlanış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd kibrit qutusunda, təmiz çəkisi 5,66 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. O, Təxminən 1- 2 gün bundan əvvəl o, evə qayıtdığı zaman küçəyə döndükdə yol ayrıcında bir ədəd kibrit qutusu görmüş, bir anlıq həmin kibrit qutusu onun diqqətini çəkmiş, həmin kibrit qutusunun dolu vəziyyətdə olduğunu, içində kibrit deyil, yaşıl rəngli ota bənzər maddə olduğunu görmüşdür. O, onun narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bilmiş və bu məqsədlə kibrit qutusunu götürmüş və onun içərisində narkotik vasitə olan qurudulmuş marixuana görmüş və şəxsi istifadə etməyi üçün götürərək göy rəngli cins şalvarının sağ yan cibində saxlamışdır. xx.xx.2025-ci il tarixdə o, Ağcabədi şəhəri Xətai küçəsində “Lider” yanacaqdoldurma məntəqəsinin yaxınlığında hərəkətdə olduğu zaman saat 12 radələrində bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını, üzərində narkotik vasitə gəzdirməyində və istifadə etməyində şübhəli olduğunu deyib, üzərinə baxış keçirməzdən əvvəl ona hüquq və vəzifələrini izah etdikdən sonra üzərində narkotik vastə olub-olmamasını soruşmuşlar. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd kibrit qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmiş, onun iştirakı ilə həmin kibrit qutusunun içərisinə baxış keçirimiş və həmin kibrit qutusunun içərisində qurudulmuş marixuana aşkar olunmuşdur. Narkotik vasitə olan qurudulmuş marixuana onun və polis əməkdaşlarının iştirakı ilə elektron tərəzidə çəkilmiş, çəkisi 8.50 qram olmuş və DİN-nin 143 nömrəli möhürü ilə möhürlənərək ekspertiza təyin olunması üçün götürülmüşdür. O, narkotik vasitə olan qurudulmuş marixuananı əvvələr bir neçə dəfə qəbul etmiş, lakin narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, həmin narkotik vasitələri xatırlamadığı küçədə yerdən taparaq istifadə etmişdir.Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman və RPŞ-yə gətirilən zaman ona qarşı hər hansı fiziki və ya psoxoloji təzyiq olmamışdır. Onun şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi olmuş, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində mobil telefon olmamışdır. Hazırda törətdiyi əmələ görə çox peşman olmasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. O, ifadəsində ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olduğunu bildirmiş, buna görə də onun tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 8-ci bəndini, 4-cü hissəsinin 2-ci bəndinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə Ağcabədi RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Ağcabədi rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis kiçik serjantı Şahid2 daxil olmuşlar. Qrupa rəhbərliyi o həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüş və nəticə etibarilə 15 mart 2025-ci il tarixdə saat 12:22-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs yeri müəyyən edilərək Ağcabədi şəhəri Xətai küçəsində “Lider” yanacaq doldurma məntəqəsinin yaxınlığında hərəkətdə olarkən saxlanılmışdır. Sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəli olduğunu bildirib paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstünü yoxlamaq qərarına gəlmişlər. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirəcəklərini bildirdikdə sonuncu buna etirazının olmadığını bildirib bu barədə ərizə ilə müraciət etmişdir. Daha sonra Şahid2 tərəfindən “Apple iPhone 15 Pro” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılaraq Təqsirləndirilən şəxs üzəri yoxlanılmağa başlanılmışdır. Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyərinə malik ola biləcək digər əşyaları və sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunda, yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Bundan sonra həmin kibrit qutusu açılaraq içərisinə baxıldıqda içərilərində narkotik vasitə olan marixuanaya bənzər kütlə olması müəyyən olunmuş, daha sonra həmin kütlə elektron tərəziyə qoyulub baxıldıqda təmiz çəkisi 8,50 qram olması müəyyən olunmuşdur. Ardınca həmin kütlə qablaşdırılaraq üzəri möhürlə möhürlənmiş və üzərləri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və həmin zaman sonuncunun üzərindən əlavə qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldən etdiyi soruşulduqda Təqsirləndirilən şəxs polis əməkdaşlarına həmin narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı küçədə yerdən dolu kibrit qutusunu tapdığını və onu istifadə etmək məqsədilə götürdüyünü demişdir. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən RPŞ-yə gətirilmiş və burada müdafiəçi ilə təmin olunmuşdur. O, Təqsirləndirilən şəxs narkotik vasitələri satması ilə bağlı əməliyyat məlumatı olmadığını, lakin bu istiqamətdə tərəflərindən əməliyyat tədbirləri davam etdirildiyini, Təqsirləndirilən şəxs saxlanılarkən və ya polis şöbəsində heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 15 mart 2025-ci il tarixli əmrdən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin aparılması, onun üzərinə yoxlanış aparılması, müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Ağcabədi RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 5(017)-63/2025 nömrəli qərarından görünür ki, xx.xx.1973-cü il tarixdə anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə Ağcabədi rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 xx.xx.2025-ci il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri barədə məlumat qanuni hesab edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 15 mart 2025-ci il tarixli Ağcabədi RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Rəfail Zeynalov tərəfindən tərtib edilmiş təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə yoxlanış Ağcabədi RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1, polis leytenantı Şahid3 və PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 iştirakları ilə keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələri izah edilərək cinayət xarakterli əşya, o cümlədən narkotik və ya psixotrop maddələrin olub-olmaması soruşulmuş, olacağı təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə aşkar olunduğu qaydada çəkilmiş və çəkisi 8,50 qram olmuş və bundan sonra həmin kütlə 01 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalandıqdan sonra üzəri DİN-in 143 nömrəli möhürü ilə möhürlənərək ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş "xxxx" MMC-nin Ağcabədi RPŞ-yə göndərmiş olduğu xx.xx.2025-ci il tarixli, 7103 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin Zamin Hüseynovun adına rəsmiləşdirilməsini təsdiq etmişdir. O, ifadəsində Zamin Hüseynovun onun dayısı oğlu olduğunu, təxminən 10 il bundan əvvəl Zaminin onun hal-hazırda aktiv olaraq istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsini alıb öz adına rəsmiləşdirərək ona hədiyyə etdiyini, həmin gündən etibarən ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etdiyini bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X7 ifadəsində Azercell Telecom” MMC-nin Ağcabədi RPŞ-yə göndərmiş olduğu xx.xx.2025-ci il tarixli, 7103 saylı sorğuya cavab məktubunda Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin öz adına rəsmiləşdirilməsini təsdiq etmişdir. O, ifadəsində Təqsirləndirilən şəxs onun bibisi oğlu olduğunu, təxminən 10 il bundan əvvəl onun hal-hazırda Təqsirləndirilən şəxs aktiv olaraq istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsini alıb öz adına rəsmiləşdirərək Təqsirləndirilən şəxs hədiyyə etdiyini, həmin gündən etibarən Vaqifin ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etdiyini bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 15 mart 2025-ci il tarixli və 17 mart 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 mart 2025-ci il tarixdə onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 16 mart 2025-ci il tarixli, 18/240 saylı məhkəmə-bioloji ekspertiza rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Təqsirləndirilən şəxs imza” sözləri və imzaları olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi – 5,66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir.(İ siyahı) Qeyd: Marixuananın təmiz çəkisi -5,66 qram, tədqiqata sərf olundu – 0,02 qram, qalıq – 5,64 qram. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 568 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Ağcabədi Rayon Mərkəzi X6 Şəxs”in xx.xx.2025-ci il tarixli, 18-1-23/2-413/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi X6 Şəxs”in Konsultativ Poliklinika şöbəsinin rushi-əsəb və narkoloji kabinetdə qeydiyyatda deyil. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən alınan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, 1973-cü il təvəllüdlü Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şəxsiyyəti təsdiq edən sənədlərin surətindən görünür ki, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı X3 (xx.xx.2012-ci il təvəllüdlü) olmaqla yanaşı onun himayəsində bir yetkinlik yaşına çatmayan X5 (xx.xx.2007-ci il təvəllüdlü) adlı uşaqları var. Beləliklə, məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 5,66 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlaması, özünün etiraf etməsi, şahid ifadələri, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə, habelə işdə olan digər rəsmi sənədlərlə tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 15 mart 2025-ci il tarixdən 17 mart 2025-ci il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X11 poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyatda alınmalıdır. İş üzrə maddi sübut olan Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 5,64 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilməlidir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 12 iş saatı üçün 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdən 17 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X11 poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut olan – tədqiqatdan sonra qalıq qalan 5,64 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 12 iş saatı üçün 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-61/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-61/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver