Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-62/2023 27.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə 22 avqust 1994-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbdaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağcabədi rayonunun Rəncbərlər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən “Aura” şadlıq sarayının həyətində yüksək səslə ünvansız söyüşlər söydüyü üçün həmin kəndin sakini Zərərçəkmiş şəxs ona söyüş söyməsini irad tutarkən heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla bir dəfə vurub ona sağ və sol gözün qapaqlarında qançırlar, sol göz almasında xırda ölçülü qansızma ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə toy məclisinin normal gedişini pozub qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 19 oktyabr 2022-ci il tarixdə qohumu Samirin Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən “Aura” şadlıq sarayında toy şənliyi keçirilirmiş və o, da bir qohum kimi həmin toy məclisində iştirak etmişdir. Toy məclisində yemək yeyərkən spirtili içki qəbul etmişdir. Musiqiçilərin yanında olarkən əvvəllər tanıdığı Şahid1la aralarında mübahisə olmuş, lakin aralarında heç bir münaqişə olmamışdır. Bundan bir neçə saat sonra, yəni saat 17 radələrində şadlıq sarayının həyətinə çıxmış, Elgünün hərəkətlərinə əsəbi olduğu üçün nalayiq sözlər işlətmiş və bu zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs ona qadınların olmasını və söyüş söyməməsini bildirərkən Zərərçəkmiş şəxsla mübahisə edib yumruqla sifətindən bir dəfə vuraraq Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Həmin vaxt ətrafda olan şəxslər onları aralaşdırmışlar və onu yaxın qohumları oradan uzaqlaşdırıb evə aparmışlar. Onların mübahisələri təxminən 10-15 dəqiqə davam etmişdir. Hazırda hadisə ilə əlaqədar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış və zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Hüsülü kəndində yaşayır. 19 oktyabr 2022-ci il tarixdə Ağcabədi rayonu Hüsülü kəndində yerləşən “Aura” şadlıq sarayında əmisi oğlu X2 toy şənliyi keçirilirmiş və ailəsi ilə birlikdə toy məclisində iştirak edirmişdir. Təxminən saat 17 radələrində ailəsi ilə birlikdə toydan çıxıb evə getmək üçün şadlıq sarayının həyətinə çıxmış, həyətdə çoxlu insanlar olmuş və sonradan adını bildiyi Təqsirləndirilən şəxs nalayiq sözlər işlətdiyini görüb ona qadınların olmasını və qadınların yanında nalayiq sözlər işlətməsini Təqsirləndirilən şəxs irad tutmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir əsas olmadan onunla mübahisə edib qəflətən yumruqla onun sifətindən vurmuşdur. Şadlıq sarayının həyətində olan şəxslər onları aralaşdırmış və Təqsirləndirilən şəxs oradan uzaqlaşdırmışlar. Onların mübahisəsi təxminən 10-15 dəqiqə davam etmiş və həmin vaxt ərzində toy məclisində olan insanlar narahat olmuşlar. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş, o da Təqsirləndirilən şəxs ilə barışmış və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Hüsülü kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qardaşıdır. 19 oktyabr 2022-ci il tarixdə onlar ailəvi olaraq əmisi oğlu Samirin Hüsülü kəndində yerləşən “Aura” şadlıq sarayında keçirilən toy şənliyində iştirak etmişlər. Toy məclisində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs onunla mübahisə etmiş, lakin o, Rakifin içkili olmasını görüb Rakifi yola vermişdir. Bundan bir neçə saat sonra, yəni təxminən saat 17 radələrində insanların toy məclisindən sarayın həyətinə çıxmasını görüb o, da sarayın həyətinə çıxmış və qardaşı Zərərçəkmiş şəxs yerdə uzandığını və sifətində qan izlərinin olduğunu görmüşdür. Həmin vaxt sarayın həyətində olan insanlar qardaşı Elnurun nalayiq sözlər işlətməsini Rakifə irad tutarkən Rakifin yumruqla Elnurun sifətindən vurduğunu ona demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Hüsülü kəndində yaşayır. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 19 oktyabr 2022-ci il tarixdə qohumları Samirin Hüsülü kəndində yerləşən “Aura” şadlıq sarayında keçirilən toy şənliyində iştirak etmişlər. Təxminən saat 17 radələrində həyat yoldaşı Elnurla birlikdə toydan çıxıb evə getmək üçün sarayın həyətinə çıxmışlar. Sarayın həyətində olarkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs nalayiq sözlər işlətməsini görüb əri Elnur qadınların olmasını bildirərək Rakifə bu hərəkətlərini irad tutmuşdur. Bu zaman Təqsirləndirilən şəxs qəflətən Elnurun sifətindən yumruqla vurmuş və Elnur yerə yıxılmışdır. Sarayın həyətində olan insanlar Rakifi sakitləşdirərək oradan uzaqlaşdırmışlar. Rakifin bu hərəkətləri təxminən 10-15 dəqiqə davam etmiş və həmin vaxt toy şənliyində olan şəxslər sarayın həyətinə çıxmışlar. Rakifin bu hərəkətlərinə görə toy məclisi də dayanmışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTB Publik hüquqi şəxsin Ağcabədi rayon şöbəsinin 25 oktyabr 2022-cü il tarixli 831 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ və sol gözün qapaqlarında qançırlar, sol göz almasında xırda ölçülü qansızma küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən yumruqla vurulma nəticəsində əmələ gələ bilər, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlərə aiddir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq iki il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan yeddi ay on gün hissəsi vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 12 may 2020-ci il təvəllüdlü X3 adlı bir nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 18 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməllərini şərh olunan qaydada törədərək, 19 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən “Aura” şadlıq sarayının həyətində yüksək səslə ünvansız söyüşlər söydüyü üçün həmin kəndin sakini Zərərçəkmiş şəxs ona söyüş söyməsini irad tutarkən heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla bir dəfə vurub ona sağ və sol gözün qapaqlarında qançırlar, sol göz almasında xırda ölçülü qansızma ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə toy məclisinin normal gedişini pozub qərəzli xuliqanlıq hərəkətləri etməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasına görə məsuliyyət ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edildiyi hallarda yaranır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 18 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 yanvar 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək MSY-dən azad olunmiş və şübhəli şəxs qismində bir gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanıldığı bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından iki gün çıxılıb üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İşdə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona səkkiz ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq bir gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş səkkiz ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından iki gün çıxılaraq üzərində qəti olaraq yeddi ay iyirmi səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-62/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-62/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver