Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-63/2025 09.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə Təqsirləndirilən şəxs – (xx.xx.1979-cu il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Qaravəlli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs sabiq arvadı Zərərçəkmiş şəxs1 ilə görüşüb, övladları X4 ilə ünsiyyət əldə etmək məsələsini öz aralarında danışaraq razılaşdırmaq məqsədi ilə 18 dekabr 2024-cü il tarixdə saat 12 radələrində Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən Zərərçəkmiş şəxs2 istifadəsində olan və daimi yaşadığı fərdi yaşayış evinə gələrək, giriş qapısının bağlı olduğunu gördükdən sonra qəsdən, mənzildə yaşayan şəxslərdən yəni Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 icazə almadan, onların iradəsi ziddinə mənzil toxunulmazlığını pozub, Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan daş hasardan tullanaraq həyətə, oradan isə fərdi yaşayış evinə daxil olub birinci mərtəbədə yerləşən yataq otağında Zərərçəkmiş şəxs1 ilə qarşılaşıb, aralarında olan söhbət zamanı yaranan şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı heç bir əsaslı səbəb olmadan övladı ilə görüşmək istəməsinə maneçilik törədilməsi kimi cüzi bir səbəbi bəhanə edərək davranışı ilə hamı tərəfindən qəbul olunmuş əxlaq davranışlarına açıq surətdə etinasızlıq göstərilməsi ilə özünü müstəsna şəxsiyyət olduğunu təsdiq etmək üçün münaqişəni daha da gərginləşdirib sonuncuya qəsdən xuliqanlıq niyyəti ilə sillə və yumruqla zərbələr endirib başını otağın divarlarına vurmuş, Zərərçəkmiş şəxs1 köməklik göstərilməsi səsinə gələn Zərərçəkmiş şəxs2 da yumruq zərbələri vuraraq sonuncuya sağ gözün üst və alt göz qapaqlarında qançır diaqnozlu xəsarət yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs1 xilas olmaq üçün evdən həyətə çıxdıqda onun arxası ilə gedərək qeyd edilən qanuna zidd hərəkətlərini davam etdirib evin qarşısında onun üçün doğma və əziz olan azyaşlı övladı Fehruz Bayramovun və Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 gözləri önündə sonuncunu kənara itələyib qəsdən müstəsna dərəcədə rəhimsizlik və qəddarlıqla sillə, yumuruq və təpiklə çoxsaylı zərbələr endirərək Zərərçəkmiş şəxs1 qəsdən xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə burun tənəffüsünün pozulması ilə müşahidə olunan burun sümüyünün yerdəyişən qəlpəli sınığı, başın orta təpə və ənsə nahiyələrində şişkinliklər, sağ alt göz qapağında qançır, hər iki qulaq seyvanının arxa səthində qançır, burun tini üzərində üç ədəd əzilmiş yara, alt çənəaltı nahiyədə şişkinlik, döş qəfəsinin ön səthində qançır, qarının ön səthində qançır, sol bazu oynağının arxa səthində qançır, sağ bazunun orta üçdə birinin arxa səthində qançır, sağ saidin yuxarı üçdə birinin iç səthində qançır, sol saidin orta üçdə birinin iç səthində iki ədəd sıyrıqlar, sol budun orta üçdə birinin ön səthində qançır ilə müşayiət olunan az ağır dərəcəli xəsarət yetirməklə qəsdən Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma və qəsdən xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Qaravəlli kəndində yaşayır, şəxsi təsərrüfatla məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində qızı Hürzadı hazırlıqdan götürmək üçün Ağcabədi rayonunun Qaravəlli kənd orta məktəbinə getmiş, bu zaman oğlu Fehruz Bayramovu da görmüş, oğlu ilə görüşdükdən sonra qızını da götürərək Ağcabədi rayon Qaravəlli kənd tam orta məktəbindən uzaqlaşmış, bundan sonra Zərərçəkmiş şəxs1 oğlu Fehruz Bayramovla görüşdüyü üçün ondan sahə müvəkkilinə şikayət etmişdir. Baş verənlərə dözə bilməyərək Zərərçəkmiş şəxs1 ilə söhbət etmək üçün xx.xx.2024-cü il tarixdə saat 12 radələrində sonuncunun yaşadığı Ağcabədi rayonunun Qaravəllilər kəndinə yerləşən valideynlərinə məxsus fərdi yaşayış evinə getmişdir. Evin darvazasına baxdıqda qıfılla bağlandığını görmüş, heç kimi səsləmədən, icazə istəmədən və icazə xarakteri daşıyan digər hərəkətlər etmədən gizlin şəkildə giriş qapısı olan darvazanın sol tərəfindən daş hasardan tullanaraq ilkin olaraq fərdi yaşayış evinin həyətinə daxil olmuş, daha sonra fərdi yaşayış evinin qapısının açıq olmasından istifadə edib Zərərçəkmiş şəxs1 olduğu otağa daxil olaraq, ondan niyə şikayət etdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs1 onu təhqir etməyə başlamış, bundan sonra əsəblərini cilovlaya bilməyərək sonuncunun başına xatırlamadığı sayda yumruq zərbələri vuraraq, başını tutub dəfələrlə yataq otağının divarına vurmağa başlamış, bu zaman Zərərçəkmiş şəxs1 kömək səsinə anası Zərərçəkmiş şəxs2 gəlmişdir. Anası da otağa daxil olub onu təhqir etməyə başlamış, bu zaman Zərərçəkmiş şəxs2 da itələmiş, sonuncu isə yatağın üzərinə doğru yıxılmış, bu zaman Zərərçəkmiş şəxs1 çölə çıxmış o, da Günelin arxasınca çölə çıxaraq “setka” hasarın yanında sonuncunu yaxalayıb burnuna və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurmuşdur. Oğlu Fehruz anasını vurmağına mane olmağa çalışmış, bundan sonra hər hansı bir kənar təsir olmadan könüllü şəkildə əməlindən peşman olaraq Zərərçəkmiş şəxs1 döyməyi dayandırmış, oğlu Fehruzu da götürərək evi tərk etmiş, daha sonra Fehruzu qardaşı Şahid2 Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən fərdi yaşayış evinə apararaq sonuncunun yanına qoyduqdan sonra, təslim olmaq üçün Ağcabədi rayon polis şöbəsinə getmişdir. Zərərçəkmiş şəxslərlə barışmış, onlara vurduğu ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbləri yoxdur. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Qaravəlli kəndində anası ilə birlikdə yaşayır. 17 dekabr 2024-cü il tarixdə Fehruzun doğum günü olmuş, həmin tarixdə Ağcabədi şəhərinə gələrək orada yaşayan qardaşı Vüqar Abbasovun evində qalmışdır. 18 dekabr 2024-cü il tarixdə 12 radələrində qardaşıgildən gəldikdən sonra evə daxil olmuş, bu zaman otağına doğru gedərək aldığı bir-iki əşyanı otağa qoymağa çalışmış, lakin qəflətən bir nəfərin ona “uşaq hardadır?” dediyini eşitmiş, dönüb həmin şəxsin kim olduğuna baxdıqda onun Təqsirləndirilən şəxs olduğunu görmüş, Təqsirləndirilən şəxs onun başına xatırlamadığı sayda yumruq zərbələri vuraraq, başını tutub dəfələrlə yataq otağının divarına vurmağa başlamış, anası Zərərçəkmiş şəxs2 köməyə çağırmış, anası da otağa daxil olaraq Təqsirləndirilən şəxs onu döyməsinə mane olmağa çalışarkən, Təqsirləndirilən şəxs keçmiş qaynanası Zərərçəkmiş şəxs2 sağ gözünə bir yumruq zərbəsi vurmuş, bu zaman Zərərçəkmiş şəxs2 yerə yıxılmış, Təqsirləndirilən şəxs da bundan istifadə edib, yerdə Zərərçəkmiş şəxs2 daha bir-iki yumruq zərbəsi vurmuşdur. Kömək çağırmağa görə həyətə qaçmış, Təqsirləndirilən şəxs yenə də onu gəlib yaxalayaraq onun sifətinə və bədəninə möhkəm zərbə vurmuş, daha sonra da sonuncu onu ardıcıl yumruq-təpik zərbələri vurmağa davam etmişdir. X6 Bayramovu götürərək hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs hadisə günü hər hansı icazə və ya icazə almaq xarakteri daşıyan hərəkətlər etmədən ilkin olaraq onun ailə üzvləri ilə birlikdə yaşadığı Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən evin giriş qapısı olan darvazanın sol tərəfindən gizlin şəkildə daş hasardan tullanaraq həyət sahəsinə daha sonra qapının açıq olmasından istifadə edib fərdi yaşayış evinə daxil olmuşdur. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona vurulmuş ziyan tam ödənilmişdir. Hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 18 dekabr 2024-cü il tarixdə 12 radələrində günorta yeməyini hazılamaq üçün oğlu Etibargildən evlərinə qayıtmış, Güneldə digər oğlu Vüqar Abbasovun evindən qayıtdıqdan sonra evə daxil olmuşdur. Mətbəxdə bəzi işlər görməyə başlayan zaman Günelin otağından onu harayladığını eşitmiş, otağa getdikdə Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 başını divara dəfələrlə vurduğunu görmüş, bu zaman Təqsirləndirilən şəxs mane olmağa çalışarkən sonuncu onun da sağ gözünə bir yumruq zərbəsi vurmuş, həmin zərbənin təsirindən yerə yıxılmışdır. Bundan istifadə edən Təqsirləndirilən şəxs yerdə onun başına zərbələr vurmağa başlamış, Xalidin ona başının qarışmasından istifadə edən Günel kömək çağırmaq üçün dərhal çölə qaçmış, bunu görən Xalid də Günelin arxasınca getmişdir. Yerindən qalxaraq Zərərçəkmiş şəxs1 kömək etmək üçün Təqsirləndirilən şəxs arxasınca çölə çıxmış, çölə çıxdıqda Xalidin həyətdə olan “setka” hasarın yanında Zərərçəkmiş şəxs1 ardıcıl zərbələr vurduğunu görmüş, bu zaman Xalidin zərbələrinə mane olmağa çalışarkən sonuncu onu itələyərək Günelə zərbələr vurmağa davam etmiş, Xalidin keçmiş həyat yoldaşı qızı Zərərçəkmiş şəxs1 zərbələr vurmasına mane olmağa çalışmışdır. Təqsirləndirilən şəxs Fehruzu götürüb, Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən onlara məxsus fərdi yaşayış evini tərk etmişdir. Təqsirləndirilən şəxs heç kimdən icazə almadan ilkin olaraq, Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə əsas giriş olan darvazanın yanında olan hasardan tullanaraq evin həyətinə daxil olmuş, daha sonra fərdi yaşayış evinə daxil olmuşdur. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona vurulmuş ziyan tam ödənilmişdir. Hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Qaravəlli kəndində yaşayır. X2 qardaşı Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı olmuş, sonuncular 2018-ci il tarixdə ailə həyatı qurmuş, onların 2019-cu il təvəllüdlü Fehruz adlı övladları dünya gəlmişdir. Zərərçəkmiş şəxs1 təxminən 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxsla birlikdə yaşadıqları Ağcabədi rayonun Qaravəlli kəndinə yerləşən fərdi yaşayış evini tərk edərək, həmin kənddə yerləşən ata evinə getmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 nikah qeydi pozulmuş, uşaqları - X1 isə Zərərçəkmiş şəxs1 qalması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs uşaqla bağlı tez-tez Zərərçəkmiş şəxs1 ilə mübahisələr etmişdir. Zərərçəkmiş şəxs1 Fehruzla atası Xalidin görüşməyinə icazə verməmişdir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs oğlu Fehruz Bayramovla birlikdə onun Ağcabədi rayonun Qaravəlli kəndində yerləşən evinə gəlmiş, Xaliddən nə baş verdiyini soruşduqda sonuncu ona “Günel ilə söhbət etmək üçün sonuncunun yaşadığı Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən fərdi yaşayış evinə getdiyini, lakin əsəbləşdiyindən və əsəblərini cilovlaya bilmədiyindən heç kimdən icazə almadan Zərərçəkmiş şəxs1 ailə üzvləri ilə yaşadığı Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən evin giriş qapısı olan darvazanın yanındakı hasardan tullanaraq həyətə, qapının açıq olmasından istifadə edərək fərdi yaşayış evinə daxil olaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döydüyünü” demiş, daha sonra Zərərçəkmiş şəxs1 və anasının “Ağcabədi rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinə gedəcəkləri üçün Fehruzu götürərək onun yanına gətirdiyini deyərək, sonuncunu anası Zərərçəkmiş şəxs1 ailəsinə verməli olduğunu” tapşırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tutduğu əməldən peşman olduğu üçün könüllü olaraq Ağcabədi rayon polis şöbəsinə getmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun yaxın qohumumdur. Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda bir neçə dəfə evlənmiş, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə övladları Fehruz Bayramova görə aralarında müxtəlif problemləri olmuşdur. xx.xx.2024-cü il tarixdə Xalid keçmiş həyat yoldaşı Günelin yaşadığı Ağcabədi rayonunun Qaravəlli kəndində yerləşən fərdi yaşayış evinə getmiş, evin giriş qapısı olan darvazanın yanındakı hasardan tullanaraq həyətə daxil olmuş, sonra qapının açıq olmasından istifadə edərək fərdi yaşayış evinə girib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyərək onlara bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı Fehruz Bayramovun doğma oğlu olmuş, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda bir neçə dəfə evlənmiş, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə övladları Fehruz Bayramova görə aralarında müxtəlif problemləri olmuşdur. xx.xx.2024-cü il tarixdə Ağcabədi rayonunun Qaravəlli kəndində olarkən eşitmişdir ki, Xalidin keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 və onun anası Zərərçəkmiş şəxs2 yaşadığı evə getmiş, və onları döyərək bədən xəsarətləri yetirmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ona CM-nin 157.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək, işin icraatına həmin hissədə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsin 18 dekabr 2024-cü il tarixli, 789 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində olan xəsarətlər - burun tənəffüsünün pozulması ilə müşahidə edilən, burun sümüyünün yerdəyişən qəlpəli sınığı, başın orta təpə və ənsə nahiyələrində şişkinliklər, sağ alt göz qapağında qançır, hər iki qulaq seyvanının arxa səthində qançır, burun tini üzərində üç ədəd əzilmiş yara, alt çənəaltı nahiyədə şişkinlik, döş qəfəsinin ön səthində qançır, qarının ön səthində qançır, sol bazu oynağının arxa səthində qançır, sağ bazunun orta üçdə birinin arxa səthində qançır, sağ saidin yuxarı üçdə birinin iç səthində qançır, sol saidin orta üçdə birinin iç səthində iki ədəd sıyrıqlar, sol budun orta üçdə birinin ön səthində qançır - küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən yumruqla, təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi; yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və qeyd edilən xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsin 18 dekabr 2024-cü il tarixli, 768 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində olan xəsarət - sağ gözün üst və alt göz qapaqlarında qançır - küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan Regional bölməsinin məhkəmə ballistik ekspertizasının 28 fevral 2025-ci il tarixli 18/182 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq-zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, üzərində sonradan təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilmir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 28 fevral 2025-ci il tarixli 18/182 nömrəli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 57 manat 40 qəpik təşkil edir. İş materiallarında olan təyin edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizanın 07 yanvar 2025-ci il tarixli 06 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. O, hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. İş materiallarında olan “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 30 yanvar 2025-ci il tarixli 18-1-23/2-98/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda durmur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Qaravəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin nümayəndəliyə hər hansı şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Qaravəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 yetkinlik yaşına çatmayan (xx.xx.2009-cu il təvəllüdlü) uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə prosesinin gedişində Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə prosesinin gedişində Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, iş üzrə şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2 və 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2 və 127.2.3-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, Ağcabədi rayon polis şöbəsinə könüllü gələrək təqsirini boynuna almasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi, Ağcabədi rayon polis şöbəsinə könüllü gələrək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olması, vurulmuş ziyanın tam ödənilməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü-cü maddəsi ilə təqsirli bilinib ona azadlığın məhdudlaşdırması cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü tarixdən xx.xx.2025-ci tarixədək həbsdə saxlandığı 06 ay 14 gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırması cəzası saxlanılmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə məhkəmə xərci olan 57 manat 40 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçilərə (vəkillərə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 iş saatı üçün 275 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü tarixdən xx.xx.2025-ci tarixədək həbsdə saxlandığı 06 ay 14 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci olan 57 manat 40 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 25 iş saatı üçün 275 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-63/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-63/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver