Məhkəmə qərarları › İş №1(017)-65/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-65/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-65/2023 19.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 05 avqust 1974-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Ağcabədi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il on ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən çəkilməmiş qalan cəzası 6 ay azaldılmış, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərarı ilə bir ay yeddi gün vaxtından əvvəl şərti azad olunmuş, hazırkı cinayət əməlini törədən zaman məhkumluğu ödənilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 1(017)-20/2023 saylı, 02 fevral 2023cü il tarixli hökmü ilə qəti olaraq bir il altı ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, ev 20-də qeydiyyatda olan, Ağcabədi şəhəri, İ.Qayıbov küçəsi, bina 3, mənzil 13-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs “Xidməti və mülki silah haqqında” 30 dekabr 1997-ci il tarixli 422-İQ saylı Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələrində xidməti və mülki silahın əldə edilməsi üçün nəzərdə tutulmuş qanuni əsaslar olmadan, yəni istintaqa məlum olmayan vaxtda və mənbədən keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, nömrəsi silinmiş, 5,45 mm kalibirli, “kalaşnikov” konstruksiyalı, AK-74 modelli odlu yivli silah hesab edilən, texniki cəhətdən saz və atəş üçün yararlı olan bir ədəd avtomatı, “kalaşnikov” konstruksiyalı silahların komplekt hissəsi olmaqla zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tututlmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan bir ədəd darağı və zavod üsulu ilə keçmiş SSRİdə istehsal olunmuş döyüş sursatı hesab edilən 04 ədəd 5,45x39 mm kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan patronları qanunsuz olaraq əldə edib 19 yanvar 2023-cü il tarixədək yaşadığı Ağcabədi şəhəri, İ.Qayıbov küçəsi, bina 3, mənzil 13-də yerləşən fərdi yaşayış evinin yataq otağında saxlamış, 19 yanvar 2023-cü il tarixdə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin bir ədəd “Kalaşnikov” avtomatı, bir ədəd darağ və 4 ədəd patronlar yaşadığı evin yataq otağında olan dolabın üzərindən, yataq dəstinin altında bir ədəd əski parçasına bükülmüş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Ağcabədi şəhəri, İ.Qayıbov küçəsi, bina 3, mənzil 13də yerləşən fərdi yaşayış evi ona məxsusdur və həmin evdə tək yaşamışdır. 19 yanvar 2023-cü il tarixdə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq evində qanunsuz silah saxlamasını və evinə baxış keçirəcəklərini ona bildirmişlər və o, da etiraz etməmişdir. Bundan sonra, onun iştirakı ilə videoçəkiliş aparmaqla evə baxış keçirilmiş və evin yataq otağındakı dolabın üzərində olan, yataq dəstinin altından parçaya bükülmüş vəziyyətdə bir ədəd “Kalaşnikov” markalı avtomat silahı və bir ədəd sandıqça aşkar edilmişdir. Həmçinin aşkar olunan sandıqçada olan patronlar çıxarılaraq sayılmış və sandıqçada 04 ədəd patron olması müəyyən olunmuşdur. Lakin, həmin silah ona məxsus deyildir və həmin silahın kim tərəfindən və nə vaxt onun evinə qoyulmasından məlumatı olmamışdır. Ona gorə də özünü təqsirli bilmir və məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 19 yanvar 2023-cü il tarixdə Ağcabədi şəhəri, İ.Qayıbov küçəsi, bina 3, ev 13-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması barədə əməliyyat məlumat daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin gün, yəni 19 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmışlər və Təqsirləndirilən şəxs yaşadığı ünvanda odlu silah saxlaması barədə daxil olan məlumatla əlaqədar baxış keçirəcəklərini bildirmışlər. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə yazaraq təqdim etmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkiliş aparmaqla evə baxış keçirməyə başlamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs göstərdiyi yerdən, yəni evin koridorundan sol tərəfdə yerləşən yataq otağındakı dolabın üzərində olan, yataq dəstinin altından narıncı rəngli örtüyə oxşar parçaya bükülmüş vəziyyətdə bir ədəd qundaqlı, üzərində darağı olmayan, nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat silah və bir ədəd sandıqça aşkar edilmişdir. Aşkar olunan sandıqçada olan patronlar çıxarılaraq sayılmış və sandıqçada 04 ədəd patron olması müəyyən olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs evindən aşkar olunan silahı, darağı və patronları 3 gün əvvəl Ağcabədi rayonu ərazisindən keçən Qarabağ kanalının ətrafından tapmasını və gətirib yaşadığı evdə saxlamasını bildirmişdir. Aşkar olunan “Kalaşnikov” markalı avtomat silahı, bir ədəd sandıqça və 04 ədəd patronlar qablaşdırılıb ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Evə baxış keçirilən zaman əlavə olaraq qanunsuz saxlanılan əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs evindən aşkar olunan silahı, bir ədəd sandıqçanı və dörd ədəd patronu satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları X2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 19 yanvar 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 19 yanvar 2023-cü il tarixdə saat 21:10-dan başlayaraq saat 21:50-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi şəhəri, İ.Qayıbov küçəsi, bina 3, mənzil 13-də Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən video çəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilin koridorundan sol tərəfdə yerləşən yataq otağındakı dolabın üzərinə yığılmış yataq dəstlərinin altından bir ədəd narıncı rəngli örtüyə bükülmüş vəziyyətdə, üzərində nömrəsi olmayan “Kalaşnikov” markalı avtomat silah, bir ədəd sandıqça və sandıqçada olan 04 ədəd patronlar aşkar edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 20 yanvar 2023-cü il tarixli, 23/38 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd, №-si silinmiş silah, zavod üsuli ilə keçmiş SSRİ-də istehsal olunmuş 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdır, odlu yivli silahdır. Silah texniki cəhətdən sazdır və atəşə yararlıdır. Avtomatın hisssələrinin və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Təqdim edilmiş 04 ədəd patronlar, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 04 ədəd 5,45x39 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 27 yanvar 2023-cü il tarixli, 3-13-11/2- 1237/2023 saylı məktubundan görünür ki, 01 ədəd 5,45 mm kalibrli, №-si silinmiş Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış gülləgiliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanılmış və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 20 fevral 2023-cü il tarixli 308 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon X4 Hüquqi Şəxsinin 22 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Əhmədov X3 rayon Mərkəzi Xəstəxanasının narkoloji kabinetində qeydiyyatda dayanmır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Əhmədov X3 Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il on ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 29 dekabr 2021ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4cü bəndinə əsasən çəkilməmiş qalan cəzası 6 ay azaldılmış, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərarı ilə bir ay yeddi gün vaxtından əvvəl şərti azad olunmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 1(017)-20/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il yeddi ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 12 oktyabr 2022-ci il tarixdən 13 oktyabr 2022-ci il tarixə kimi tutularaq iki gün saxlanılması ona təyin olunmuş bir il yeddi ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq bir il altı ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2023-cü il tarixdən hesab edilməsi və barəsində ********* nömrəli cinayət işi üzrə Ağcabədi Rayon Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsinin nəzərə alınması, barəsində məcburi müalicə təyin edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması qərara alınmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs etmənin əvvəli 19 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 13 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf etməsə də, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, cinayət işinə əlavə edilmiş “baxış keçirilməsi haqqında” protokolla, həmin protokola əlavə edilmiş baxış keçirilərkən video çəkiliş aparılaraq cinayət işinə əlavə edilmiş “CD” diskə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Bundan başqa, Ağcabədi Rayon Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilərkən vermiş olduğu ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilir və aşkar edilmiş silahı Qarabağ kanalının kənarından tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs X5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Ağcabədi şəhəri, İ.Qayıbov küçəsi, bina 3, mənzil 13-də yaşayır. 16 yanvar 2023-cü il tarixdə Ağcabədi rayonunun ərazisindən keçən Qarabağ kanalının kənarında piyada gəzən zaman yerdə bir ədəd sintetik torbanın olduğunu görmüş, torba diqqətini cəlb etdiyi üçün içərisinə baxmışdır. Torbanın içərisində bir ədəd “Kalaşnikov” markalı avtombat silahının olduğunu görmüş, avtomatın üzərində 1 ədəd sandıqçası olmuşdur. Silahı torbadan çıxardıb üzrəində olan sandıqçanı ayırıb içərisinə baxmış və sandıqçada 04 ədəd patronun olduğunu görmüşdür. Bundan sonra, həmin sandıqçanı və silahı tapdığı kisəni içərisinə qoyub yaşadığı evə gətirmişdir. Evə gəldikdən sonra avtomat silahı kisədən çıxarmış, həmin avtomatın darağını silahdan çıxarıb 01 ədəd narıncı rəngli yorğan üzlüyünə büküb yataq otağında yerləşən paltar dolabının üzərində olan yataq döşəyinin altında gizlətmişdir. 19 yanvar 2023-cü il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları evin qarşına gəlmış və ona yaşadığı ünvanda odlu silah saxlamağı barədə məlumatlarının olduğunu demişlər. Polis əməkdaşları yaşadığı evə baxış keçirəcəklərini və onun hər hansı bir etirazının olub-olmadığını soruşmuşlar. Ərizə yazaraq heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, yaşadığı evdə silah saxlayıb-saxlamadığı soruşulmuş, o da yaşadığı evdə silah saxladığını demişdir. O, polis əməkdaşları ilə birlikdə yaşadığı mənzilə daxil olmuş, mənzildə yataq otağına daxil olub paltar dolabının üzərində yerləşən döşəyi göstərmiş və silahı həmin döşəyin altında gizlətdiyini polis əməkdaşlarına bildirmışdir. Polis əməkdaşları aşkar edilmiş bir ədəd “Kalaşnikov” markalı avtomata, həmin avtomata məxsus sandıqçaya və sandıqçanın içərisində olan 4 ədəd patronlara baxış keçirmışlər. Daha sonra isə həmin silahı, sandıqçasını və 4 ədəd patronlarını bir ədəd sintetik torbaya qablaşdırıb ekspertizaya təqdim edilməsi üçün götürmüşlər. Məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək “Xidməti və mülki silah haqqında” 30 dekabr 1997-ci il tarixli 422-İQ saylı Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələrində xidməti və mülki silahın əldə edilməsi üçün nəzərdə tutulmuş qanuni əsaslar olmadan, yəni istintaqa məlum olmayan vaxtda və mənbədən keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, nömrəsi silinmiş, 5,45 mm kalibirli, “kalaşnikov” konstruksiyalı, AK-74 modelli odlu yivli silah hesab edilən, texniki cəhətdən saz və atəş üçün yararlı olan bir ədəd avtomatı, “kalaşnikov” konstruksiyalı silahların komplekt hissəsi olmaqla zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tututlmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan bir ədəd darağı və zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş döyüş sursatı hesab edilən 04 ədəd 5,45x39 mm kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan patronları qanunsuz olaraq əldə edib 19 yanvar 2023-cü il tarixədək yaşadığı Ağcabədi şəhəri, İ.Qayıbov küçəsi, bina 3, mənzil 13-də yerləşən fərdi yaşayış evinin yataq otağında saxlaması və 19 yanvar 2023cü il tarixdə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı həmin bir ədəd “Kalaşnikov” avtomatı, bir ədəd darağ və 4 ədəd patronlar yaşadığı evin yataq otağında olan dolabın üzərindən, yataq dəstinin altında bir ədəd əski parçasına bükülmüş vəziyyətdə aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Əhmədov X3 Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il on ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 29 dekabr 2021ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4cü bəndinə əsasən Ağcabədi Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli hökmü ilə təyin edilmiş bir il on ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi altı ay azaldılmış, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərarı ilə bir ay yeddi gün vaxtından əvvəl şərti azad olunmuş və məhkumluğu ödənilmədən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulduğu kimi cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli qərarı ilə hazırkı cinayət əməli ilə əlaqədar Təqsirləndirilən şəxs haqqında həbs etmənin əvvəli 19 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından həmçinin görünür ki, Əhmədov X3 Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 1(017)-20/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il yeddi ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 12 oktyabr 2022-ci il tarixdən 13 oktyabr 2022-ci il tarixə kimi tutularaq iki gün saxlanılması ona təyin olunmuş bir il yeddi ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq bir il altı ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2023-cü il tarixdən hesab edilməsi və barəsində ********* nömrəli cinayət işi üzrə Ağcabədi Rayon Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsinin nəzərə alınması, barəsində məcburi müalicə təyin edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması qərara alınmışdır. Ağcabədi Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 1(017)-20/2023 saylı hökmü 22 fevral 2023-cü il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrnə əsasən Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 1(017)-20/2023 saylı hökmü ilə qəti olaraq təyin edilmiş bir il altı ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 19 yanvar 2023-cü il tarixdən hesab edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 20 fevral 2023-cü il tarixli 308 saylı rəyində Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülsə də, Ağcabədi Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 1(017)-20/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində məcburi müalicənin təyin edilməsi və narkoloji kabinetdə qeydiyyata alınmasının qərara alınması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis Şöbəsində saxlanılan keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, nömrəsi silinmiş, 5,45 mm kalibirli, “kalaşnikov” konstruksiyalı, AK-74 modelli 01 ədəd avtomat, zavod üsulu ilə istehsal olunmuş 01 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi-darağ və ekspertiza tədqiqatından sonra qalıq qalan 02 ədəd (ilkin sayı 04 ədəd) 5,45x39 mm kalibrli patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat anbarına təhvil verilməlidir. İşdə mülki iddia, maddi ziyan, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 1(017)-20/2023 saylı hökmü ilə qəti olaraq təyin edilmiş bir il altı ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablansın və Ağcabədi Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 1(017)-20/2023 saylı hökmü ilə qəti olaraq təyin edilmiş bir il altı ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə toplanılaraq Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 19 yanvar 2023-cü il tarixdən hesab edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis Şöbəsində saxlanılan, keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, nömrəsi silinmiş, 5,45 mm kalibirli, “kalaşnikov” konstruksiyalı, AK-74 modelli 01 ədəd avtomat, zavod üsulu ilə istehsal olunmuş 01 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi-darağ və ekspertiza tədqiqatından sonra qalıq qalan 02 ədəd (ilkin sayı 04 ədəd) 5,45x39 mm kalibrli patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat anbarına təhvil verilsin. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar