Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-65/2025 11.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə X1 arvadı X2 pensiya düzəldəcəyi barədə vəd verərək, Zahir İmamquliyevin etibarından sui-istifadə edib aldadaraq, 19 fevral 2024-cü il tarixdə, saat 12:26-da özünün adına olan Kapital Bank ASC-yə məxsus 4169-7388-4820-9395 nömrəli bank kartına Ağcabədi rayonu, Avşar kəndi ərazisində yerləşən “Al Market” adlı marketdən ödəniş terminalı vasitəsi ilə 200 manat pul vəsaitinin köçürülməsinə nail olmaqla ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmin tarixdə Ağcabədi rayonu, Avşar kəndində, Zahir İmamquliyevin yaşadığı evin qarşısında 1800 manat pul vəsaitini nağd qaydada alaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə 13 may 2024-cü il tarixdə, saat 13:12-də özünün adına olan Kapital Bank ASC-yə məxsus 4169-7388-4820-9395 nömrəli bank kartına Ağcabədi şəhəri, 28 May küçəsində yerləşən “Al Market” adlı marketdən ödəniş terminalı vasitəsi ilə 200 manat pul vəsaitinin köçürülməsinə nail olmaqla ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmin tarixdə Ağcabədi rayonu, Avşar kəndində, Zahir İmamquliyevin yaşadığı evin qarşısında 2800 manat pul vəsaitini nağd qaydada alaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə 21 iyul 2024-cü il tarixdə Ağcabədi rayonu, Avşar kəndində, Zahir İmamquliyevin yaşadığı evin qarşısında 3000 manat pul vəsaitini nağd qaydada alaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə 07 sentyabr 2024-cü il tarixdə Ağcabədi rayonu, Avşar kəndində, Zahir İmamquliyevin yaşadığı evin qarşısında 3000 manat pul vəsaitni nağd qaydada alaraq ələ keçirib verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitlərini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zahir İmamquliyevə ümumilikdə vahid niyyətlə 11000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü madəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, ünvan 2 ünvanında anası X10 ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, 2-ci qrup əlildi, əlilliyi ilə bağlı pensiya alır, qeyri rəsmi olaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində, “Üç Bulaq” deyilən yerdə icarəyə obyekt götürüb, həmin obyektdə telefon ustası kimi işləmişdir. 2024-cü ilin sentyabr ayının ortalarında isə o, Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. 17 dekabr 2024-cü il tarixdə isə anasının səhhətində problemlər olduğu üçün o, Rusiyadan Azərbaycana, Ağcabədi rayonuna gəlmişdir. Ağcabədi rayonu, Avşar kənd sakini X5 təxminən 3-4 ildir ki tanıyır, onun Zahirlə həmişə normal münasibətləri olmuşdur. Zahir onun işlətdiyi telefon təmiri mağazasına gəlirmiş, o isə lazım olduqça borca pul götürürmüş. Həmin pulu Zahir ona sələmə verirmiş. O da ondan aldığı pulları həmişə vaxtında qaytarırmış. 2024-cü ilin fevral ayının əvvəllərində Zahir istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək, onunla görüşmək istədiyini bildirmişdir. O da cavab olaraq Zahirə Ağcabədi şəhərində, Mədəniyyət evinin yaxınlığında yerləşən, hazırda adını xatırlamadığı çayxanada olduğunu bildirmişdir. Onlar razılaşmışlar ki, Zahir elə həmin çayxanaya yaxınlaşsın. Danışıqlarından təxminən 20 dəqiqə sonra Zahir həmin çayxanaya gəlmiş və onlar çay içib söhbət etməyə başlamışlar. Söhbət əsnasında Zahir ona arvadı X3 uşaqlığında problemləri olduğunun və bununla bağlı arvadına pensiya düzəltmək istədiyini bildirib. O isə cavab olaraq Zahirə arvadının pensiya işini 11000 manata düzəldə biləcəyini demiş və ilkin olaraq Zahirdən 2000 manat pul istəmişdir. Zahir də onunla razılaşmış və 10 gün ərzində 2000 manat pul vəsaitini verəcəyinə söz vermişdir. Qalan məbləği, Zahir ona 2024-cü ilin fevral ayından həmin ilin sentyabr ayınadək hissə-hissə olmaqla əlavə olaraq 9000 manat pul vermişdir. Zahir həmin pulları ona Ağcabədi rayonu, Avşar kəndində, yaşadığı evinin qarşısında vermişdir. Həmin puldan 200 manat pul vəsaitini Zahir onun təqdim etdiyi Kapital Bank ASC-yə məxsus 4169 7388 4820 9395 nömrəli bank kartına 19 fevral 2024-cü il tarixdə və 200 manat 13 may 2024-cü il tarixdə göndərmişdir. Bununla da, o, Zahirdən ümumilikdə 11000 manat pul almışdır, həmin pulun 10600 manat pul vəsaitini nağd şəkildə, qalan 400 manat pul vəsaitini isə istifadəsində olan bank kartı vasitəsi ilə almışdır. Həmin pulun müqabilində o, Zahirin arvadına pensiya düzəldəcəyi barədə vəd vermişdir, lakin vədinə əməl etməyərək, həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir, aldığı pulların müqabilində isə Zahirin arvadının pensiya işi ilə bağlı heç bir hərəkət etməmişdir. Aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda o, zərərçəkmiş şəxs X6 dəymiş zərərdən 3000 manat ödəyib, qalan 8000 manat borcu isə ayda 300 manat olmaqla ödəməsi barədə öz aralarında razılaşmışlar. Zərərçəkmiş şəxslə barışmış və ona qarşı heç bir şikayətinin olmamasını bildirib məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ifadə verərək göstərdi ki, Ağcabədi rayonu, Avşar kəndində ailə üzvlərilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs 3-4 ildir ki tanıyır, o, Elməddini telefon ustası kimi tanımışdır. Onların əvvəllər normal münasibətləri olmuş, heç bir ədavət və düşmənçilikləri olmamışdır. 2024cü ilin fevral ayında o, Elməddini çoxlu sayda tanışı olan adam kimi tanıdığımdan və eyni zamanda arvadı X3 uşaqlığında xəstəliyi olduğundan qərara gəlmiş ki, arvadına xəstəliyi ilə bağlı pensiya düzəltsin. Bunun üçün o, Elməddinə zəng edərək, onunla görüşmək istədiyimi bildirmişdir. Elməddin də onunla razılaşaraq Ağcabədi şəhərində, Mədəniyyət evinin yaxınlığında yerləşən, adını xatırlamadığı çayxanada olduğunu bildirmişdir. O, həmin çayxanaya gəlmiş, Elməddinin oturduğu masaya əyləşmişdir. Onlar iki nəfər olmuş, başqa masada heç kəs oturmamışdır. O, Elməddinə arvadının xəstə olduğunu, bununla bağlı arvadına pensiya düzəltmək istədiyimi və pensiya düzəldə bilən adam axtardığını demişdir. Elməddin də bu işi özü düzəldə biləcəyini demiş və bu işlər üçün ondan 2000 manat pul istəmişdir. O da Elməddinlə razılşmış və söz vermiş ki, 10 gün müddətində 2000 manat pul vəsaitini ona verəcəkdir. Elməddin isə ona söz vermişdir ki, arvadı Zabilə Həsənəliyevanın pensiya işini 6 ay müddətində həll edəcək. Bunun üçün o Elməddinə arvadının xəsətliyi ilə bağlı sənədləri təqdim etmişdir. O, danışıqlarına uyğun olaraq, 19 fevral 2024-cü il tarixdə Elməddinin ona təqdim etdiyi Kapital Bank ASC-yə məxsus 4169 7388 4820 9395 nömrəli bank kartına Ağcabədi rayonu, Avşar kəndində yerləşən “Al Market” adlı marketdən terminal vasitəsi ilə 200 manat pul göndərmiş, qalan 1800 manat pul vəsaitini isə elə həmin gün o, Elməddinə Ağcabədi rayonu, Avşar kəndi ərazisində yerləşən yaşadığı evinin qarşısında vermişdir. Elməddin həmin pul götürəndə, bir daha qeyd etmişdir ki, arvadının pensiya işi 6 ay müddətində düzələcəkdir. O, Elməddinlə hər görüşdükdə işin nə yerdə olduğu ilə maraqlanırmış, Elməddin isə əvvəllər ona narahat olmamağını bildirsə də, sonrdadan müxtəlif bəhanələr gətirərək, pensiyanın düzəlməsinə az qaldığını, lakin əlavə olaraq 3000 manat pul lazım olduğunu bildirmişdir, o da 13 may 2024-cü il tarixdə Elməddinin ona təqdim etdiyi Kapital Bank ASC-yə məxsus 4169 7388 4820 9395 nömrəli bank kartına Ağcabədi şəhəri, 28 May küçəsində yerləşən “Al Market” adlı marketdən terminal vasitəsi ilə 200 manat, qalan 2800 manat pul vəsaitini isə elə həmin gün o, Elməddinə Ağcabədi rayonu, Avşar kəndi ərazisində yerləşən yaşadığı evinin qarşısında vermişdir. Lakin buna baxmayaraq, Elməddin müxtəlif bəhanələr gətirərək, əlavə olaraq yaşadığı evinin qarşısında 21 iyul 2024-cü il tarixdə 3000 manat və 07 sentyabr 2024-cü il tarixdə 3000 manat almaqla, ümumilikdə ondan 11000 manat pul vəsaitini almışdır. Lakin həmin pulun müqabilində onun arvadının pensiya işi ilə bağlı heç bir iş görməmiş və ondan aldığı pulları isə geri qaytarmamışdır. O, Təqsirləndirilən şəxs həmin pulları verdikdə, onların yanında heç kəs olmamışdır. O məhkəməyə ərizə təqdim edərək göstəmişdir ki, hazırda Təqsirləndirilən şəxs ona dəymiş zərərdən 3000 manat ödəyib, qalan 8000 manat borcu isə ayda 300 manat olmaqla ödəməsi barədə öz aralarında razılaşmışlar. Ona görə də Təqsirləndirilən şəxsla barışmış və ona qarşı heç bir şikayəti yoxdur. Bütün bunların nəzərə alınmasını və ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 08 mart 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilkin sübutların məcmusu ilə kifayət qədər sübuta yetirildiyi üçün 10 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli 4(017)-28/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RMX-nin PHŞ-nin 04 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Baxışov X4 Poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda deyil. Lakin nevroloji kabinetdə “K.B.T” diaqnozu ilə qeydiyyatdadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ambulator məhkəmə-psixatrik ekspertizasının 25 aprel 2025-ci il tarixli, 265 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. O, hadisə zamanı törətmiş olduğu əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin təqibinə ehtiyac yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş 16 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərərçəkmiş şəxs X1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərərdən 3000 manat ödəyib, qalan 8000 manat borcu isə ayda 300 manat olmaqla ödəməsi barədə öz aralarında razılaşmışlar. Ona görə də Təqsirləndirilən şəxsla barışmış və ona qarşı heç bir şikayəti yoxdur. Beləliklə, məhkəmə istintaqında araşdırılmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, onun əməli AR CM-nin 178.2.4-cü madəsilə düzgün tövsif edilmişdir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirildi. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İnsan Hüquqları və X7 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın 3000 manat hissəsini ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini və onun cəmiyyətdən tam təcrid olunmadan nəzarət altında saxlanılmaqla islah olunmasının mümkün olmasını nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixədən bu günədək, yəni 11 iyun 2025-ci il tarixədək üç ay üç gün həbsdə saxlanıldığı müddət nəzərə alınaraq ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının altı ay altı günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə mülki iddianın, ekspertiza xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 20 iş saatı üçün 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, üç il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixədən bu günədək, yəni 11 iyun 2025-ci il tarixədək üç ay üç gün həbsdə saxlanıldığı müddət nəzərə alınaraq ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının altı ay altı günü təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq iki il beş ay iyirmi dörd gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə mülki iddianın, ekspertiza xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 20 iş saatı üçün 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan şəxsə verildiyi) gündən 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-65/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-65/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver