Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-66/2025 02.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs – (xx.xx.1992-ci il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyət ilə məşğul olmuş, Ağcabədi rayonunun Hüsülü kəndində qeydiyyatda olan və yaşamış, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilərək CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə xeyli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 10,51 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən, tamah niyyəti ilə, həm satış məqsədi ilə, həm də satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda əldə edərək daşıyıb saxlayaraq , həmin narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdarda olan hissəsini, yəni 5,04 qramını qəsdən, tamah niyyəti ilə, qanunsuz olaraq 19 fevral 2025-ci il tarixdə axşam saatlarında tanışı Şahid4 Ağcabədi rayonu, Hüsülü kəndi ərazisində yerləşən yaşadığı evin darvazasının qarşısında 50 manat müqabilində satmış, qalan 5,47 qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində daşıyaraq saxlamış, 20 fevral 2025-ci il tarixdə saat 15 radələrində Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında, istifadə etməsində və daşımasında, qanunsuz dövriyyəsində və satmağında şübhəli bilinərək həmin gün saat 15:45 dəqiqədən etibarən Ağcabədi rayonu, Hüsülü kənd ərazisində yaşadığı evin yaxınlığında üzərinə yoxlanış aparılan zaman əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd kibrit qutusunda, təmiz çəkisi 5,47 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli, CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, bir neçə illərdir ki, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 2024-cü ilin yay aylarında yaşadığı Hüsülü kəndində öz həyətində 01 ədəd çətənə bitkisinin toxumunu əkmiş, 2024cü ilin dekabr ayında həmin çətənə kolunu qurutduqdan sonra əldə etdiyi 02 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı öz şəxsi istifadə etməsi üçün saxlamışdır. xx.xx.2025-ci il tarixdə təxminən saat 15 radələrində Ağcabədi rayonu, Hüsülü kəndi ərazisində yaşadığı evin yaxınlığında olan zaman bir neçə nəfər mülki formada şəxslər ona yaxınlaşaraq özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını, narkotik vasitə saxlamaqda, satışında, eləcə də istifadəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirməzdən əvvəl ona hüquq və vəzifələrini izah etmiş, sonra üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində olan bir ədəd kibrit qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Onun iştirakı ilə həmin kibrit qutusunun içərisinə baxış keçirilmiş, kibrit qutusunun içərisində qurudulmuş marixuana olduğu aşkar olunmuşdur. Şahid4 narkotik vasitə olan qurudulmuş marixuana satmamışdır. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ağcabədi rayonu, Hüsülü kəndində qeydiyyatda olmaqla, Ağcabədi rayonu Hüsülü kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Ağcabədi rayon polis şöbəsinə Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, əldə edib üzərində gəzdirməsi, istifadə etməkdə və satmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə Ağcabədi RPŞ-nin əməkdaşları daxil olmuşdur. Qrupa rəhbərliyi özü həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüş, 20 fevral 2025-ci il tarixdə saat 15:45-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda, daşımaqda və satmaqda şübhəli olan Təqsirləndirilən şəxs yeri müəyyən edilərək Ağcabədi rayonu Hüsülü kəndi ərazisində yaşadığı evin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəli olduğunu bildirib paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbilə Təqsirləndirilən şəxs üstünü 150-200 metr aralıda yoxlamaq qərarına gəlmişlər. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs video çəkiliş vasitəsi ilə baxış keçirəcəklərini bildirdikdə sonuncu buna etirazının olmadığını bildirib bu barədə ərizə ilə müraciət etmişdir. Daha sonra Şahid3 tərəfindən “Samsung A13” markalı mobil telefon vasitəsilə video çəkiliş aparılaraq Təqsirləndirilən şəxs üzəri yoxlanılmağa başlanılmış, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyərinə malik ola biləcək digər əşyaları və sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən şəxsi istifadəsində olan “Kgtel” markalı mobil telefonunu, sağ yan cibindən 01 ədəd kibrit qutusunda, yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusu ilə bağlı verilən suallara cavab olaraq aşkar edilmiş narkotik vasitəni həyətyanı sahəsində əkdiyi çətənə kolundan əldə etdiyini bildirmişdir. Bundan sonra həmin kibrit qutusu açılaraq içərisinə baxıldıqda içərilərində narkotik vasitə olan marixuanaya bənzər kütlə olması müəyyən olunmuş, daha sonra həmin kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq möhürlənib götürülmüşdür. Məhkəmə iclasında Şahid3 Elburus oğlu Şahid1 ifadəsinə uyğun ifadə verdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan olunmuş şahidlər Şahid2 ifadəsi ilə də təsdiq olunur. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Bir neçə ildir ki, narkotik vasitə qəbul edir. Babanı təxminən 3 ay bundan əvvəl tanımışdır. Babanın evində 2024-cü noyabr ayının əvvəllərindən usta işləmiş, həmin vaxtdan etibarən aralarında münasibət yaranmağa başlamışdır. 2024-cü ilin noyabr ayının ortalarında Babanın evində alçıpan vurduğu zaman Baba onun yanında “nəşə” adlanan qurudulmuş marixuanadan istifadə etmişdir. Babadan həmin maddənin nə olduğunu soruşduqda Baba ona mənə “nəşə” adlanan qurudulmuş marixuana olduğunu demişdir. Bundan sonra “nəşə”-yə maraq göstərib çəkməyə başlamışdır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında öz şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Babanın şəxsi istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək öz şəxsi istifadəsi üçün “nəşə” adlanan qurudulmuş marixuana istəmiş, Baba isə ona kibrit qutusunda içi dolu vəziyyətdə narkotik vasitə olan qurudulmuş marixuananı 50 manata satacağını bildirmişdir. Bu qiymətlə razılaşaraq həmin gün əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən Ağcabədi rayon Hüsülü kəndinə Təqsirləndirilən şəxs yaşadığı evin darvazasının qarşısına gəlmiş, Baba ona bir ədəd kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuana vermiş, əvəzində 50 manatı çıxararaq Babaya vermişdir. Həmin vaxt onların yanında heç kim olmamış, hər hansı bir şəxsin onları görəcəyindən ehtiyat edərək həmin yerdən tez uzaqlaşmışdır. Qurudulmuş marixuananı Babadan aldıqdan sonra narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 12 radələrində Ağcabədi rayon N.Nərimanov küçəsində “Seyidoğlu” marketin yaxınlığında olan zaman bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını, üzərində narkotik vasitə gəzdirməyində və istifadə etməyində şübhəli olduğunu deyib, üzərinə baxış keçirməzdən əvvəl ona hüquq və vəzifələrini izah etdikdən sonra üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Əynində olan boz rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd kibirit qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmiş, onun iştirakı ilə həmin kibrit qutusunun içərisinə baxış keçirilmiş və həmin kibrit qutusunun içərisində qurudulmuş marixuana aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin xx.xx.2025-ci il tarixli 18/161 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "... Təqsirləndirilən şəxs üzərindən..." sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 5,47 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuana ilə Şahid4 aşkar edilmiş narkotik vasitə marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. (xx.xx.2025-ci il 18/160 nömrəli rəyə əsasən birgə tədqiqat aparılıb). Marixuananın təmiz çəkisi 5,47 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 5,45 qramdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 571 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. İİİ qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan və arayışdan görünür ki, aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan çəkisi 5,45 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut hesab olunaraq saxlanması üçün Ağcabədi rayon Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilərək CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Ağcabədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və hökmün icrasına dair göstəriş xx.xx.2023-cü il tarixdə Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi arayışdan və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağı (xx.xx.2013-cü, xx.xx.2015ci və xx.xx.2025-ci il təvəllüdlü) vardır. İş materiallarında olan Ağcabədi rayon Hüsülü Bələdiyyəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində Hüsülü Bələdiyyəsinə hər hansı bir şikayət ərizəsi daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” X4 xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” X4 Konsultativ Poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatında durur. Lakin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli göstərdiyi dəlillər istintaq materialları ilə təkzib edilməklə, törətmiş olduğu cinayət əməli özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla - şahidlərin ifadələri, üzləşdirilmə aparılması haqqında protokol, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokol, digər istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyi və iş üzrə toplanmış digər istintaq sənədləri ilə tam təsdiq edilmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olması sübuta yetirilir. Məhkəmə həmçinin hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət əməli törətməsini qismən etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, himayəsində 3 azyaşlı uşağının olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri cinayətlərin məcmusunu təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.2 və 67.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.2-cü maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Marixuna (kannabis)” olan maddələr narkotik vasitədir, onun qurudulmuş 5 qramı “xeyli miqdar”, 500 qramı isə “külli miqdar” hesab olunur ((təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri)). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Heroin” olan maddələr narkotik vasitədir, onun 0,15 qramı “xeyli miqdar”, 2 qramı isə “külli miqdar” hesab olunur ((təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri). Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Metamfetamin” olan maddələr narkotik vasitədir, onun 0,15 qramı “xeyli miqdar”, 2 qramı isə “külli miqdar” hesab olunur ((təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri). Məhkəmə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini qismən etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi, himayəsində 3 azyaşlı uşağının olması və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 ay 21 gün müddəti Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanaraq qismən birləşdirilməklə qəti olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanaraq barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzası da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınması nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin bildirişlərindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri 31 manat 95 qəpikdir. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərcini təşkil edən 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, maddi sübut kimi tanınaraq Ağcabədi rayon Polis şöbəsində saxlanılan ekspertizadan sonra qalıq qalan çəkisi - 5,45 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilən “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” Qaydasının 3.2-ci bəndinə əsasən əlil olan və narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Qanunvericilik aktının bu normasına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən narkomaniya xəstəliyindən əzab çəkməsinə baxmayaraq, Təqsirləndirilən şəxs İİİ qrup əlil olduğuna görə barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq oluna bilməz. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 ay 21 gün müddəti Cinayət Məcəlləsinin 68.1.1.-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanaraq qismən birləşdirilməklə qəti olaraq ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, ekspertizadan sonra qalıq qalan çəkisi - 5,45 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 31 manat 95 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-66/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-66/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver