Məhkəmə qərarları › İş №1(017)-68/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-68/2023

05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-68/2023 05.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Nürəddin oğlunun, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1986-cı il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir nəfər azyaşlı uşağı olan, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq iki il beş ay iyirmi yeddi gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr- Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4cü bəndinə əsasən çəkilməmiş qalan cəzası 6 ay azaldılmış, cəzasını çəkib qurtarmış və məhkumluğu ödənilməmiş, Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-ci ilin fevral ayının əvvəllərində istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs2 məxsus Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən, saxlanc yeri hesab edilən avtomobil təmiri sexinin pəncərəsindən qanunsuz olaraq sexə daxil olub oradan Rusiya Federasiyasında istehsal olunmuş sedan modelli, minik tipli, Niva markalı avtomobillərə məxsus 1 ədəd 150 manat dəyərində avtomobil generatorunu (dinamo), Vaz markalı avtomobillərə məxsus hər birinin dəyəri 50 manat olan, cəmi 150 manat dəyərində 3 ədəd avtomobil start verəni (startyor) gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs2 300 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 11 fevral 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 Nürəddin oğluna məxsus Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən, saxlanc yeri hesab edilən avtomobil təmiri sexinin pəncərəsindən qanunsuz olaraq sexə daxil olub oradan 1 ədəd 1200 manat dəyərində qaynaq aparatını gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs1 Nürəddin oğluna 1200 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o istintaqa məlum olmayan vaxtda və mənbədən «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,78 qram narkotik vasitə olan qurudulmuş marixuananı 1 ədəd kibrit qutusunda satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxlamış, 11 fevral 2023-cü il tarixdə saat 21 radələrində Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Ağcabədi rayonunun Hindarx qəsəbəsində saxlanılaraq Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən həmin narkotik vasitə olan qurudulmuş marixuana əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 4-5 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan və heroindən istifadə edir. 2023-cü ilin fevral ayının əvvəllərində pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə gecə saatlarında Zərərçəkmiş şəxs2 məxsus Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən avtomobil təmiri sexinə gedərək sexin arxa tərəfində olan pəncərədən sexə daxil olmuşdur. Sexdən 1 ədəd dinamo və 3 ədəd startyor götürüb özü ilə gətirdiyi kisəyə yığaraq pəncərədən çıxıb yaşadığı evə aparmışdır. Səhəri gün həmin əşyaları Hindarx qəsəbəsində tanımadığı dəmir qəbul edən şəxsə 30 manata satmış və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan bir müddət sonra, yəni 11 fevral 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 Nürəddin oğluna məxsus Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən avtomobil təmiri sexinin yanına gedərək sexin arxa tərəfində olan pəncərədən sexə daxil olmuşdur. Sexdən 1 ədəd qaynaq aparatını götürüb oradan uzaqlaşaraq yaşadığı evə aparmışdır. Səhər açıldıqdan sonra qaynaq aparatını satmaq üçün qəsəbə sakini X8 ilə əlaqə saxlayaraq özünə məxsus qaynaq aparatını satmaq istədiyini bildirmiş və Vüqarla görüşüb razılaşaraq qaynaq aparatını Vüqara satmışdır. Əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. 11 fevral 2023-cü il tarixdə yaşadığı Ağcabədi rayonunun Hindarx qəsəbəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu Ağcabədi Rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt üzərində narkotik vasitə və digər qanunsuz əşya olmamışdır. Ağcabədi Rayon Polis Şöbəsində onun üzərinə bir ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana qoymuşlar və üzərinə baxış keçirilərkən həmin narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Üzərinə baxış keçirilərkən vəkili də yanında olmuşdur. Lakin, narkotikin üzərinə qoyulması barədə vəkilinə heç bir söz deməmişdir. Hazırda zərər çəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəmiş, zərər çəkmiş şəxslərdən üzr istəyərək onlarla barışmış və oğurluq etdiyinə görə peşmançılıq çəkir. Lakin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilmir və ona həmin hissədə bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayır və həmin qəsəbədə özünə məxsus avtomobil təmiri sexi vardır. 2023-cü ilin fevral ayının əvvəllərində səhər saatlarında işlədiyi sexə gəlmiş və sexin qapısını açıb içəri daxil olarkən sexin pəncərəsinin açıq olmasını görmüşdür. Pəncərinin qarşısında dəmir barmaqlıq olmuş, həmin barmaqlıq yerindən çıxarılmışdır. Həmin vaxt sexə baxmış və məlum olmuşdur ki, 1 ədəd 150 manat dəyərində Niva markalı avtomobilin dinamosu və hər birinin dəyəri 50 manat olan Vaz-2106 markalı avtomobilin startyoru oğurlanmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin əşyaları Təqsirləndirilən şəxs oğurlamışdır. Cinayət nəticəsində ona 300 manat ziyan dəymiş və həmin ziyan da tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Nürəddin oğlu ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsində özünə məxsus avtomobil təmiri sexi vardır. 11 fevral 2023-cü il tarixdə səhər saatlarında sexə gəlmiş, sexin qapısını açıb içəri daxil olarkən arxa pəncərənin açıq olmasını və sexdə olan qaynaq aparatının oğurlanmasını görmüşdür. Bundan sonra, DİN-nin 102 zəng xidmətinə bu barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin qaynaq aparatını Təqsirləndirilən şəxs oğurlamışdır. Cinayət nəticəsində ona 1200 manat ziyan dəymiş və həmin ziyan da tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsində CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 fevral 2023-cü il tarixdə Ağcabədi rayon Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində saxlaması, eləcədə Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisindən oğurluq etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirməyə başlamışlar. Təqsirləndirilən şəxs həmin gün, yəni 11 fevral 2023-cü il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində saxlanılaraq RPŞ-yə gətirilmişdir. Ağcabədi RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video çəkiliş vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim edərək həmin kibrit qutusunda marixuana olmasını bildirmişdir. Kibrit qutusuna baxış keçirərkən içərisində kəskin spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin olması müəyyən edilmişdir. Aşkar edilmiş bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləyə baxış keçirilərək elektron tərəzidə çəkilmiş, kağız konvertdə qablaşdırılmış və həmin kütlə ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əlavə olaraq başqa bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitəni tapdığını və özü istifadə etmək üçün özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olması barədə məlumat daxil olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməkdaşları X7 və Şahid3 Şahid1 ilə eyni məzmunda ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayır. Ağcabədi rayon Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxs Firovsi oğlunu tanıyır və aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. 11 fevral 2023-cü il tarixdə, səhər vaxtlarında Ruslan onunla əlaqə saxlayaraq özünə məxsus bir ədəd qaynaq aparatını satmaq istədiyini bildirmişdir. Təxminən bundan 15-20 dəqiqə sonra Ruslan qaynaq aparatını onun yanına gətirmiş və qaynaq aparatının kimə məxsus olmasını soruşarkən Ruslan yenə də aparatın özünə məxsus olduğunu bildirmişdir. O, Ruslanla razılaşıb aparatı 70 manata almışdır. Həmin gün axşam saatlarında həmkəndlisi Mübarizin sexindən qaynaq aparatının oğurlanmasını eşitmiş və Ruslandan aldığı aparatı könüllü olaraq rayon polis şöbəsinə təhvil vermişdir. Təqsirləndirilən şəxs qaynaq aparatını ona satan zaman özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri məhkəmədə iştirak etməsə də, Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 11 fevral 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, həmin kibrit qutusunun içərisinə baxış keçirilərkən içərisində kəskin spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş “Əli” firmasının 12 fevral 2023-cü il tarixli 125 saylı məktubundan görünür ki, 2023-cü ilin fevral ayına pərakəndə satış qiyməti 1 ədəd işlənmiş MİG/MMA 200 markalı qaynaq aparatı 1200 manat, 1 ədəd işlənmiş Niva markalı avtomobilin dinamosu 150 manat, 1 ədəd işlənmiş Vaz-2106 markalı avtomobilin startyoru 50 manat təşkil edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsinin 12 fevral 2022-ci il tarixli 18/167 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,78 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 14 mart 2023-cü il tarixli 432 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon X6 Hüquqi Şəxsinin 13 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayon Mərkəzi Xəstəxanasının narkoloji kabinetində qeydiyyatda durur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq iki il beş ay iyirmi yeddi gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Salyan Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq təyin edilmiş iki il beş ay iyirmi yeddi gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4cü bəndinə əsasən 6 ay azaldılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs etmənin əvvəli 11 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 24 dekabr 2011-ci il təvəllüdlü X4 adlı bir nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 16 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli üzrə özünü təqsirli bilməsə də, həmin maddə üzrə ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, cinayət işinə əlavə edilmiş “baxış keçirilməsi haqqında” protokolla, həmin protokola əlavə edilmiş baxış keçirilərkən video çəkiliş aparılaraq cinayət işinə əlavə edilmiş “CD” diskə baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin əməl üzrə törətdiyi cinayət əməli onun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 11 fevral 2023-cü il tarixdə Ağcabədi rayon Hindarx qəsəbəsi ilə piyada gedən zaman küçələrinin çıxışında yerdə kibrit qutusu görmüş, təpiklə kibrit qutusuna vuranda kibrit qutusunun dolu olduğu nəzərinə çarpmış, kibrit qutusunu götürüb baxarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin kibrit qutusunu götürüb özü istifadə etmək üçün cibinə qoymuşdur. Həmin gün, yəni 11 fevral 2023-cü il tarixdə saat 21 radələrində Hindarx qəsəbəsində olarkən bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları kimi təqdim etmiş və onu Ağcabədi rayon Polis şöbəsinə gətirmişlər. Ağcabədi rayon Polis şöbəsində ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə vardırsa təqdim etməsi təklif olunmuş və o da əynində olan şalvarın sağ yan cibində sağladığı 1 ədəd kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş həmin ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməllərini şərh olunan qaydada törədərək 2023-ci ilin fevral ayının əvvəllərində istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs2 məxsus Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən, saxlanc yeri hesab edilən avtomobil təmiri sexinin pəncərəsindən qanunsuz olaraq sexə daxil olub oradan Rusiya Federasiyasında istehsal olunmuş sedan modelli, minik tipli, Niva markalı avtomobillərə məxsus 1 ədəd 150 manat dəyərində avtomobil generatorunu (dinamo), Vaz markalı avtomobillərə məxsus hər birinin dəyəri 50 manat olan, cəmi 150 manat dəyərində 3 ədəd avtomobil start verəni (startyor) gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs2 300 manat məbləğində maddi ziyan vurması, təkrarən 11 fevral 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 Nürəddin oğluna məxsus Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən, saxlanc yeri hesab edilən avtomobil təmiri sexinin pəncərəsindən qanunsuz olaraq sexə daxil olub oradan 1 ədəd 1200 manat dəyərində qaynaq aparatını gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs1 Nürəddin oğluna 1200 manat məbləğində maddi ziyan vurması və istintaqa məlum olmayan vaxtda və mənbədən «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,78 qram narkotik vasitə olan qurudulmuş marixuananı 1 ədəd kibrit qutusunda satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxlaması məhkəmə istintaqında tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin dispozisiyasında oğurluğa görə məsuliyyət özgənin əmlakını gizli olaraq talandığı hallarda yaranır. Həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinin dispozisiyasına görə məsuliyyət təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə yaranır. Həmin Məcəllənin 177-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunla təsdiq edilmiş 1-ci siyahıya əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qramdır. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq iki il beş ay iyirmi yeddi gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq təyin edilmiş iki il beş ay iyirmi yeddi gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4cü bəndinə əsasən 6 ay azaldılmış və məhkumluğu ödənilmədən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulduğu kimi cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 11 fevral 2023-cü il tarixdən hesab edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 14 mart 2023-cü il tarixli 432 saylı rəyini və Ağcabədi rayon X6 Hüquqi Şəxsinin 13 fevral 2023-cü il tarixli məktubunu nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində yalnız narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 5,76 qram (ilkin xalis çəkisi 5,78 qram) narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut olan 1 ədəd qaynaq aparatının sahibi-zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Nürəddin oğluna, 1 ədəd dinamo və 3 ədəd startyorun sahibi-zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İşdə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə iki il altı ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq üç il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 11 fevral 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 5,76 qram (ilkin xalis çəkisi 5,78 qram) narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar